Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-6/2025 29.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 nümayəndəsi X10 və cavabdeh-iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X13rşı pul tələbi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı-cavabdeh İddiaçı 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 göstərdiyi xidmətlərin dəyəri olan 18500 (on səkkiz min beş yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 146 ( bir yüz qırx altı) manat pulun, ümumillikdə 18646 (on səkkiz min altı yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində 2019-cu il tarixdən 2024-cü ilədək Naxçıvan Sağlamlıq Mərkəzi X27ndə xidməti müqavilə əsasında kardiocərrahiyyə bölməsində ürək-damar xəstəlikləri cərrahiyə əməliyyatları icra etdiyini, sonuncu dəfə 01 mart 2023-cü il tarixli, 12 nömrəli müqavilə əsasında Naxçıvan Sağlamlıq mərkəzində xidməti fəaliyyətini davam etdirdiyini, Naxçıvan Sağlamlıq Mərkəzi ilə onun arasında bağlanmış müqavilənin 4.1 bəndinə əsasən icraçı tərəfin göstərilən tibbi xidmətlərinin dəyərinin vergi də daxil olmaqla 30%-i təşkil etdiyini, 2019-cu il tarixdən 2023-cü ilin oktyabr ayınadək göstərilən tibbi xidmətlərinin dəyərinin 30% miqdarında (müəyyən kəsirlərlə) xidmət haqqı aldığını, lakin 2024-cü ilin yanvar ayının 23-də ona yazılı şəkildə göndərilən məktubda 2023-cü ilin oktyabr ayından onunla heç bir razılaşma olmadan heç bir xəbəri olmadan xidmət haqqının 30%-dən 15%-ə endirildiyinin bildirildiyini, buna əsas olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il tarixli, 13k kollegiya qərarının göstərildiyini, lakin bu qərar barədə ona yazılı məlumat verilmədiyini, bunun da müqavilənin 11-ci bəndinə zidd olduğunu, onun həmin qərar ilə razı olmadığını, həmin qərar xəstəxana daxili əmək müqaviləsi ilə işləyən həkimlərinə şamil edildiyini, onun Naxçıvan Sağlamlıq Mərkəzi X27 ilə əmək müqavilə bağlamadığını, oradan əmək haqqı almadığını, onun orada xidməti müqavilə əsasında xidmət göstərdiyini, Naxçıvan Sağlamlıq Mərkəzi X20 göstərdiyi xidmətlərin dəyəri olaraq toplam 18500 (on səkkiz min beş yüz) manat ödənilməmiş xidmət haqqının qaldığını, bu məsələ ilə bağlı onun Naxçıvan Sağlamlıq Mərkəzi X21 müraciət etdiyini, ona cavab olaraq onun 2023-cü ilin oktyabr ayı göstərdiyi xidmətlərin qarşılığında 19047 AZN xidmətdən gəlirinin olduğunun və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il tarixli 13k kollegiya qərarına əsasən həkimlərə ödənilən əlavənin tarifi tibbi xidmətlərdən gələn gəlirin 8-15% həcmində müəyyənləşdiyinin bildirildiyini, həmin qərarə əsasən ona ödəniləcək məbləğin 2857 AZN olduğunu, digər aylarda və illərdə göstərdiyi xidmətlərdən əldə edilən gəlirlər və ona ödəniləcək məbləğlər barədə ona məlumat vermələrini xahiş etsə də, bu günədək ona heç bir məlumat verilmədiyini və beləliklə də onun hüquqlarının Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi şəxs tərəfindən kobut şəkildə pozulduğunu bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 385, 425, 442, 443, 448-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına istinad etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh-iddiaçı “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 nümayəndəsi Şahid1 03 aprel 2024-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mülki məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında və düzgün icra edilməməsi (elektron qaimələrin təqdim edilməməsi) Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququndan artıq vaxt ərzində müraciət etdiyi halları olduğunu nəzərə alaraq iddiaçının iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 nümayəndəsi Şahid1 iddia ərizəsinə etiraz ərizəsində 2019-cu il tarixdən 2024-cü il tarixədək Naxçıvan Sağlamlıq Mərkəzi (X9) PHŞdə xidməti müqavilə əsasında kardiocərrahiyyə şöbəsində ürək-damar xəstəlikləri cərrahi əməliyyatları və ambulator xidmətləri göstərmiş İddiaçı ilə müəssisənin sabiq rəhbərləri arasında bağlanmış qanuni əsası olmayan xidməti müqavilələr üzrə 2022-cü il avqust ayından 2023-cü ilin aprel ayına qədər (aprel ayı daxil olmaqla) bütün ödənişlərin (54898.06) qeyri-qanuni olaraq heç bir əsassız 30% miqdarında ödənildiyini, qanunla isə 15% həcmində - 27449.03 manat hesablanmalı olduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2019-cu il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan X22in göstərdikləri ödənişli xidmətlərə görə büdcədənkənar xüsusi hesablarına yığılan vəsaitin 30 faizindən işçilərə stimullaşdırıcı əlavə ödənilməsinin bağlanılmış müqavilə üçün əsas olmadığını, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il kollegiya qərarına əsasən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasının təsdiqləndiyini və 01 avqust 2023-cü il tarixdən tətbiqinə başlanıldığını, həmin kollegiya qərarına əsasən cərrahi xidmət göstərən həkimlərə ödənilən məbləğin ödəniş faizi 15% olaraq və ambulator fəalliyyət üçün isə 8% məbləğində müəyyən edildiyini, bu barədə Həkim İddiaçı noyabr 2023-cü il tarixdə şifahi məlumat verildiyini və oktyabr, noyabr, dekabr ayı üçün elektron qaimələri qeyd edilən faizlə razılaşmadığı üçün onlara təqdim etmədiyini, yalnız yanvar 2024-cü il tarixdə hər üç qaiməni 30%-lə hesablanmış məbləğdə onlara göndərdiyini və mühasibatlıq tərəfindən faiz dərəcəsinin düzgün olmadığı qeyd olunaraq elektron qaimənin düzəlişə göndərildiyini, buna baxmayaraq eyni rəqəmlərlə yenidən elektron qaimə təqdim edilmiş olsa da həmin aylarla bağlı əsassız olduğu üçün heç bir ödəniş ödənilmədiyini, bildiriş 2023-cü ilin noyabr ayında olduğuna baxmayaraq iddiaçının bununla bağlı məhkəməyə fevral 2024-cü il tarixdə müraciət etdiyini, həmçinin İddiaçı işlədiyi dövr ərzində təqdim etdiyi qaimələrin yalnız may 2023-cü il tarixdən etibarən olduğunu, həmin tarixədək xidməti müqavilənin ödəniş formasının düzgün formada həyata keçirilmədiyini, dövlət vergi xidmətindən yayınaraq elektron qaimə olmadan ödənildiyini bildirməklə ərizəsini əsaslandırmışdır. Bundan əlavə, e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 və iddiaçının nümayəndəsi Şahid1 05 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında və düzgün icra edilməməsi (elektron qaimələrin təqdim edilməməsi) və inzibati xətalar məcəlləsinin 227-ci maddəsinə əsasən vurulan zərərin əvəzinin ödənilməsi üçün cavabdeh İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nə qaiməsiz vurulan 27449.03 manat və qaiməli vurulan 25924.04 manat dəyərindəki ziyanın müəssisənin bank hesabına ödənilməsi və qaiməsinin vurulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 və iddiaçının nümayəndəsi Şahid1 iddia ərizəsində 2019-cu il tarixdən 2024-cü il tarixədək Naxçıvan Sağlamlıq Mərkəzi (X9) PHŞ-ndə xidməti müqavilə əsasında kardiocərrahiyyə şöbəsində ürək-damar xəstəlikləri cərrahi əməliyyatları və ambulator xidmətləri göstərmiş İddiaçı ilə müəssisənin sabiq rəhbəri Şahid3 Cəlil qızı arasında bağlanmış qanuni əsası olmayan xidməti müqavilələr üzrə 2022-cü il avqust ayından 2023-cü ilin aprel ayına qədər (aprel ayı daxil olmaqla) bütün ödənişlərin (54898.06 manat) qeyri-qanuni olaraq heç bir əsassız və qaiməsiz 30% miqdarında ödənildiyini, 2023-cü ilin may ayından 2023-cü ilin sentyabr ayına qədər bütün ödənişlərin 30% miqdarında (51848.08 manat) hesablanıb ödənildiyini, X24 şərtləri daxilində müraciət edən xəstələrdən 30% stimulun həkimin hesabına yönəldilməsinin heç bir qanunda öz əksini tapmadığını, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il kollegiya qərarına əsasən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasının təsdiqləndiyini və 01 avqust 2023-cü il tarixdən tətbiqinə başlanıldığını, həmin kollegiya qərarına əsasən cərrahi xidmət göstərən həkimlərə ödənilən məbləğin ödəniş faizinin 15% olaraq və ambulator fəalliyyət üçün isə 8% məbləğində müəyyən edildiyini, bu barədə Həkim İddiaçı noyabr 2023-cü il tarixdə şifahi məlumat verildiyini və oktyabr, noyabr, dekabr ayı üçün elektron qaimələri qeyd edilən faizlə razılaşmadığı üçün onlara təqdim etmədiyini, yalnız yanvar 2024-cü il tarixdə hər üç qaiməni 30%-lə hesablanmış məbləğdə onlara göndərdiyini və mühasibatlıq tərəfindən faiz dərəcəsinin düzgün olmadığı qeyd olunaraq elektron qaimənin düzəlişə göndərildiyini, buna baxmayaraq eyni rəqəmlərlə yenidən elektron qaimə təqdim edilmiş olsa da həmin aylarla bağlı əsassız olduğu üçün heç bir ödəniş ödənilmədiyini, həmçinin İddiaçı işlədiyi dövr ərzində təqdim etdiyi qaimələrin yalnız may 2023-cü il tarixdən etibarən olduğunu, həmin tarixədək xidməti müqavilənin ödəniş formasının düzgün formada həyata keçirilmədiyini, dövlət vergi xidmətindən yayınaraq elektron qaimə olmadan ödənildiyini, əsassız və qaiməsiz ödənilmiş 27449.03 manat vəsaitin geri qaytarılması barədə Firdovsi həkimə xx.xx.2024-cü il tarixdə məktub ünvanlandığını, ancaq məktuba cavab verilmədiyini, dövlət rüsumu haqqında qanunun 9.1.14. maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumundan azad olunduğunu bildirərək ərizəsini əsaslandırmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2- 2(123)- 384/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə cavabdeh-iddiaçının nümayəndəsi Şahid1 məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2- 2(123)-275/2024 saylı qərardadı ilə 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi Şahid1 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatətin təmin olunması, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-384/2024 saylı işin, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X13rşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə e-2-2(123)-275/2024 qeydiyyat sayının saxlanılması, e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməsi məsələsinin həmin iş üzrə məhkəmə iclasında həll edilməsi, e-2-2(123)- 384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə keçirilmiş 09 iyul tarixli məhkəmə hazırlıq iclasında isə 09 iyul 2024-cü il tarixli, e-2-2(123)- 384/2024 saylı məhkəmə qərardadı ilə məhkəmənin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)- 275/2024 saylı qərardadı nəzərə alınaraq e-2-2(123)-384/2024 saylı iş həmin qərardadla e-2- 2(123)-275/2024 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2-2(123)-384/2024 saylı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı-cavabdeh İddiaçı 19 iyul 2024-cü il tarixdə “iddianın həcminin artırılması tələbi barədə” ərizəsini elektron qaydada məhkəməyə ünvanlayaraq xx.xx.2024-cü il tarixli iddia ərizəsinin həcmini artıraraq “cavabdeh Naxçıvan Sağlamlıq Mərkəzi X15 göstərdiyi xidmətlərin dəyəri olan 20387 (iyirmi min üç yüz səksən yeddi) manat pulun, Naxçıvan Sağlamlıq X2 olan borcunu vaxtında ödəmədiyindən yaranan 2714 (iki min yeddi yüz on dörd) manat zərərin və dövlət rüsumu qismində ödədiyi 159.30 (yüz əlli doqquz manat otuz qəpik) manat pulun ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sədrlik edən iş üzrə qəbul edilmiş qərardaddan şikayət vermə müddəti başa çatmadan iddiaçı-cavabdeh İddiaçı tərəfindən 19 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş “iddianın həcminin artırılması tələbi barədə” ərizənin müzakirə edilə bilmədiyini, şikayət müddəti bitdikdən sonra məsələnin həll olunacağını bildirmiş və xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı tərəfindən 19 iyul 2024-cü il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş “iddianın həcminin artırılması tələbi barədə” ərizəyə məhkəmə tərəfindən münasibət bildirilmiş və işə ilkin iddia ərizəsi üzrə “cavabdeh Naxçıvan Sağlamlıq Mərkəzi X15 göstərdiyi xidmətlərin dəyəri olan 20387 (iyirmi min üç yüz səksən yeddi) manat pulun, Naxçıvan Sağlamlıq X2 olan borcunu vaxtında ödəmədiyindən yaranan 2714 (iki min yeddi yüz on dörd) manat zərərin və dövlət rüsumu qismində ödədiyi 159.30 (yüz əlli doqquz manat otuz qəpik) manat pulun ona ödənilməsi” tələbi həddində baxılması qərara alınmışdır. İddiaçı-cavabdeh İddiaçı 20 iyul 2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi qanunsuz və əsassız olduğundan, həmçinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü "Əgər iş ərazi və ya məһkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə" və 152.1.5-ci "müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq ədən sənəd təqdim edilmədikdə" maddələrinə əsasən Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-in iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı etiraz ərizəsində 2019-cu il tarixdən 2024-cü ilədək Naxçıvan Sağlamlıq Mərkəzi X27ndə xidməti müqavilə əsasında kardiocərrahiyyə bölməsində ürək-damar xəstəlikləri cərrahiyə əməliyyatları icra etdiyini, sonuncu dəfə 01 mart 2023-cü il tarixdə 12 nömrəli müqavilə əsasında Naxçıvan Sağlamlıq Mərkəzində xidməti fəaliyyətini davam etdirdiyini, Naxçıvan Sağlamlıq Mərkəzi ilə onun arasında bağlanmış müqavilənin 4.1 bəndinə əsasən ona ödəniləcək məbləğin icraçı tərəfindən göstərilən tibbi xidmətlərinin dəyərinin vergilər daxil olmaqla 30%-i təşkil etdiyini, 2019-cu il tarixdən 2023-cü ilin oktyabr ayınadək göstərilən tibbi xidmətlərinin dəyərinin 30% miqdarında (müəyyən kəsirlərlə) xidmət haqqı aldığını, lakin 2024-cü ilin yanvar ayının 23-də ona yazılı şəkildə göndərilən məktubda 2023-cü ilin oktyabr ayından onunla heç bir razılaşma olmadan heç bir xəbəri olmadan xidmət haqqının 30%-dən 15%-ə endirildiyinin bildirildiyini, buna əsas olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il tarixli 13k kollegiya qərarının göstərildiyini, lakin bu qərar barədə ona yazılı məlumat verilmədiyini, bunun da müqavilənin 11-ci bəndinə zidd olduğunu, Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsi ilə razı olmadığını, belə ki, iddia ərizəsində istinad etdikləri Dövlət Rüsumu haqqında qanunun 9.1.14-cü maddəsində qeyd olunan büdcə təşkilatları və bələdiyyələr hissəsinə Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin daxil olmadığını, X22 haqqında Azərbaycan Respublikası qanununda PHŞ-lərin büdcə təşkilatı olduğuna dair bəndin olmadığını, Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ iddia ilə müraciət etdiyi zaman dövlət rüsumu ödəmədiyini, bundan əlavə olaraq yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri zaman MPM-in 35.1-ci "Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir" maddəsini pozduğunu, belə ki onun qeydiyyat ünvanının Bakı şəhərində olduğunu, həmçinin sübut olaraq təqdim etdikləri Naxçıvan MR Səhiyyə Nazirliyinin Kollegiya qərarının əmək müqaviləsi əsasında fəaliyyət göstərən həkimlərə aid olduğundan və onun xəstəxana ilə əmək müqaviləsi olmadığından ona şamil edilə bilməyəcəyini, sübut olaraq təqdim edilən digər sənəddə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 heyətinin qərarında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrində əməyin ödənilməsi qaydasının göstərildiyini, Naxçıvan Sağlamlıq Mərkəzi TƏBİB-in tabeliyində olmadığından bu sübutun da əsas olaraq qəbul edilə bilməyəcəyini, əlavə olaraq, onun Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini, belə ki, müqavilənin 5-ci bəndində "Sifarişçi tərəfindən ay ərzində yerinə yetirilən xidmətlər (onun nəticəsinin) üzrə rəsmi qaydada etirazın və ya narazılığın bildirilməməsi, icraçının bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin məqbul icra edildiyini təsdiq edir" göstərildiyini, Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ tərəfindən ona öhdəlikləri barədə heç bir rəsmi etiraz və ya narazılıq bildirilmədiyini, fəaliyyət göstərdiyi dövrdə 2023-cü ilin may ayına qədər ondan və müəssisədə onun kimi xidməti müqavilə ilə fəaliyyət göstərən digər həkimlərdən elektron qaimə tələb edilmədiyini, elektron qaimə tələb edildiyi dövrdən etibarən elektron qaimələrin dövlət vergi xidmətinin portalında vurulduğunu, həmçinin onun vergi öhdəliyinin cavabdehin səlahiyyətlərinə aid olmadığını bildirərək ərizəsini əsaslandırmışdır. 25 iyul 2024-cü il tarixli məhkəmə iclasında birləşdirilmiş işlərdən e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə cavabdeh İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olduğu müəyyən edildiyindən, məhkəmənin 25 iyul 2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-384/2024 saylı işin icraatının, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X13rşı pul tələbi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işdən ayrılması, e-2-2(123)- 384/2024 saylı işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, proses iştirakçılarına qərardaddan şikayət vermə qaydası və müddəti izah olunmuşdur. 05 avqust 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 məhkəməyə elektron qaydada şikayət göndərərək, işin daha tez həll olunması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinin bu proses barədə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadının ləğv edilib yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06 avqust 2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadı ilə iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X13rşı pul tələbi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2-2(123)- 275/2024 saylı qərardadından cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(108)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə qarşı pulun ödənilməsi tələbi barədə iddiasına və birləşdirilmiş iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27n cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)-275/2024 saylı qərardadından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)- 275/2024 saylı qərardadının tam ləğv edilməsi, Kommersiya mübahisəsinə dair işin baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin e-2-2(123)-275/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. 04 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli, 3-16-33-3/2-25/2025 saylı məktubu Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə daxil olmuş və həmin məktubda daxil olmuş materiallarla tanış olduqda müəyyən olunmuşdur ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün 2022-ci ildən 2023-cü ilin sentyabr ayınadək elektron qaimələr və sualda göstərilən məbləğləri (qaiməsiz 27449,03 manat və qaimə əsasında ödənilən 25924,04 manat) təsdiq edən rəsmi sənədlərin tədqiqata təqdim olunması üçün 29 dekabr 2024-cü il tarixdə vəsatət verilsə də bu günədək vəsatətin təmin olunmadığı, odur ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü və 5.8ci bəndlərinin tələblərinə müvafiq olaraq bir ay müddətində vəsatət təmin edilmədiyindən 30 yanvar 2025-ci il tarixli qərardad icra olunmadan mülki işin materiallarının məhkəməyə geri qaytarılması qeyd olunmuşdur. Məhkəmənin e-2-2(123)-6/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. 12 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 saylı rəyi Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə daxil olmuşdur. 27 mart 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı onun 2019-cu ildən bəri xəstəxanada işlədiyini, keçən ilin oktyabr ayına qədər ödənişlərini müəyyən kəsrlərlə aldığını, müqavilə üzrə 30% məbləğində, sonra yanvar ayında ona bildiriş gəldiyini, onun faizinin 15%-ə endirildiyini, ona heç bir yazılı məlumat verilmədiyini, ödənişlərini də etmədiklərini, 15% ilə ödəyəcəklərini bildirdiklərini, istəmirsə verməyəcəklərini bildirdiklərini, müqavilədə dəyişiklik barədə ona şifahi şəkildə məlumat verildiyini, şifahi şəkildə ona məlumat veriləndən sonra əməliyyat icra etmədiyini, başqa həkimin gəldiyini və əməliyyat etdiyini, sabit əmək haqqı aldığını və 15% ilə razılaşdığını, onun ordan ümumiyyətlə əmək haqqı almadığını bildirmişdir. 07 may 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı yanvar ayında xəstəxanadan ona yazılan məktubun məhkəməyə təqdim edilməsini xahiş etdiyini, çünki onun həmin dövrdə Şahid1 direktor olduğunu təsdiq edən sənəd olduğunu, qeyri-qanuni olaraq xəstəxananın möhürü ilə ona məktub göndərildiyini, həmin dövrdə ona yazılan məktubların səlahiyyətsiz şəxs tərəfindən yazıldığını bildirmişdir. 24 may 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığını, son tarix kimi xx.xx.2024-cü ilə qədər fəaliyyət göstərdiyini, kardioloji müayinənin əvvəllər 17 manat, sonra 25 manat olduğunu, ona ödənilənin onun 30 faizi olduğunu, ona sıfırlardan sonra ödəniş olmadığını, xx.xx.2023-cü il tarixdən ödəniş olmadığını, qarşı tərəfin hesabatı səhv verdiyini, ona olan borclarını onun xəstəlik tarixinin nömrəsi ilə deyə biləcəyini, hansı əməliyyatları ki ona ödəməyiblər, onları ümumiyyətlə hesabata yazmadıqlarını, məhkəməni aldatdıqlarını, onun xəstənin adını deyə bilməyəcəyini, amma xəstəlik tarixinin nömrəsini deyə biləcəyini, 25 iyulda iki tərəfli femoro-popliteal şuntlama, 02342 nömrəli xəstəlik tarixi üzrə göstərdiyi xidmətin siyahıda olmadığını, avqust ayında 7 ürək əməliyyatı etdiyini, siyahıya baxdıqda 5 dənə olduğunu, ikisini ödəmədiklərini və yazmadıqlarını, yəni hansıları ki ödəməyiblər, onları ümumiyyətlə, siyahıya qeyd etmədiklərini, xəstəxananın aylıq nə qədər iş gördüyü barədə sığortaya hesabat verdiyini, sığortanın xəstəxanaya pul ödədiyini, sığortanın ona hesabatı vermək kimi bir öhdəliyinin olmadığını, sığortanın hesabatı xəstəxanaya verə biləcəyini, 25 iyun 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdeh Hüseynov X3 Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə X16 Hüquqi Şəxsi tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzi X21 ünvanlanmış məktubda dövlət tibb müəssisələrində əmək müqaviləsi əsasında xidmət göstərənlər yazıldığını, onun orda əmək müqaviləsi əsasında fəaliyyət göstərmədiyini, ödəniş qrafikinin də, ödəniş qaydasının da, 8-15 faizin də əmək müqaviləsi olan, əmək haqqı alan həkimlərə aid olduğunu, onun ordan (xəstəxanadan) əmək haqqı almadığını və əmək müqaviləsinin olmadığını, onun probleminin xəstəxana ilə olduğunu, üçüncü tərəfə ehtiyac olmadığını, ödənişlərin hardan qaynaqlandığının onun üçün əhəmiyyətinin olmadığını, onun xəstəlik tarixinin nömrəsi ilə, xəstəxananın baş həkiminin imzası ilə xəstəyə epikriz verildiyini bildirdiyini, bunun onun öhdəliyini yerinə yetirməsi demək olduğunu, hesabatı verdiyini, sığortaya təqdim olunan hesabatdakı səhvlərin xəstəxananın hesabat sənədləri ilə düzgün işləməməsi nəticəsində yaranan səhvlər olduğunu və bunun ona heç bir aidiyyəti olmadığını, xəstəxananın qeydiyyat sənədlərini səhv apardığını, xəstəxana rəhbərliyinin imzası ilə epikriz verdiyini, bu xəstənin filan tarixdən filan tarixə hansısa diaqnozla xəstəxanada yatdığını, epikrizin xəstənin tibbi sirri olduğuna görə məhkəməyə təqdim edə bilmədiyini, onun xəstə ilə əlaqə saxladığını, xəstənin epikrizi ona göndərdiyini, 29 may 2025-ci il tarixli məhkəmə iclasında iddiaçıcavabdeh İddiaçı çıxış edərək ilkin iddia üzrə ödənilməmiş məbləğin ödənilməsini xahiş etdiyini, qarşılıqlı iddia üzrə qarşı tərəfin iddialarının əsassız olduğunu, çünki qanunsuz olduğunu, heç bir əsası olmadığını, müqavilədə göstərilənin əksi bir şeyi tələb etdiklərini, buna görə də iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. 09 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə-vəsatəti səhv yüklədiklərini, çünki eyni ərizəni digər işdə də təqdim etdiklərini, işlər birləşdirildiyində sonrakı işin əvvəlki işə birləşdirilməsi qərarının verilməli olduğunu, bunun əvvəlki işin məhkəməsi olduğunu, digər işə birləşdirilməsinin mümkün olmayacağını, bu prosesdə digər işin bu işlə birləşdirilməsi haqqında qərar çıxarılmasının uyğunsuz olduğunu, digər işin prosesində əvvəlki işə birləşdirilməsi qərarının verildiyini, onun hüquqşünas olmadığını, bildiyi qədər belə olmalı olduğunu, qarşı tərəfin işlərin birləşdirilməsinin mübahisənin həllini tezləşdirəcəyini hesab etdiyini, əgər onların prosesi tezləşdirməkdə maraqları olsaydı, iclasda iştirak edəcəklərini, yaxud da 13 iyun 2024-cü il tarixində məhkəməyə məktub yazaraq “İddiaçı iddia etdiyi, onların bugün təqdim etdikləri yəni, xəstəlik vərəqələri bizdə yoxdur” bildirdiklərini, sonradan bu xəstələrin İddiaçı aid olduğunu təqdim etdiklərini, onların məqsədinin 275 saylı məhkəmə işini yubadıb vaxtı uzatmaq olduğunu, onların bunun üçün etiraz etdiklərini, həmçinin, digər işə aid olsa da, vəsatət verdikləri üçün onların 384 saylı iş üzrə iddialarının həmin işin iclasında dəqiqləşdirilməli olduğunun müəyyən edildiyini, çünki onların iddiasında qeyd olunan İXM-nin 227-ci maddəsini hər halda oxumadıqlarını, həmin maddəyə görə cavabdeh tərəfə iki ilə qədər islah işləri və üç aya qədər həbs verilə biləcəyini, ona görə, onların iddiasının hələ dəqiq olmadığını, ona görə də, işlərin birləşdirilməsinə etiraz etdiklərini, onların digər işdə özlərini müdafiə edə bilmədiklərini, çünki onların qaldırdıqları iddianın Kommersiya Məhkəməsinə aid olan iş olmadığını, həmin işin bu işlə birləşdirilməsini tələb etdikləri vəsatətin təmin olunmamasını xahiş etdiklərini, onların öz iddialarına əlavə üç min manatdan da keçdiyini, bu işin tez yekunlaşmasını, qərar qəbul olunmasını, çünki həkimin hərbidən azad olduğunu, Naxçıvanda olmayacağını, ona görə də işin tez yekunlaşmasını məhkəmədən xahiş etdiyini, 29 may 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə2 çıxış edərək həm ilkin iddia üzrə, həm də qarşılıqlı iddia üzrə iddiaçı-cavabdehlə eyni fikirdə olduğunu bildirmişdir. 24 may 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə1 mühasibatlığın hesabatı Vergidən çıxardığını, Əli müəllimin imzaladığını, möhürlədiyini, həmin ayların necə ödənilib-necə ödənilmədiyini bilmədiyini, vergidən çıxardıb ona verdiklərini, onun da məhkəməyə göndərdiyini, yəni onların bu ay ödənilib, bu ay ödənilməyib deyə seçmədiklərini, hesabatın tam olub-olmadığını bilmədiyini, sadəcə sistemdə olanın bunlar olduğunun ona deyildiyini, olsaydı çıxaracaqlarını, onlar üçün nə fərq etdiyini soruşduğunu bildirmişdir. 06 iyun 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə1 məktubda olan həmin 3 ayın ödənilmədiyini, qarşı tərəfin 3 ay işləyib ambulator xidmət göstərdiyini, onun da Səhiyyə Nazirliyinin Kollegiya Qərarına əsasən 15 % ilə ödənilməli olduğunu, məhkəməyə təqdim edilmiş hesabatda 2023-cü ilin oktyabr ayında icra etdiyi əməliyyatların dəyərinin iddiaçıya ödənilmiş kimi göstərildiyini, lakin onların ödənilmədiyini, hesabatda texniki səhvlik olduğunu güman etdiyini bildirmişdir. 25 iyun 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə1 həkimin dediyi 2 xəstənin səhvlik nəticəsində elektron variantda bu dəqiqə stasionar vəziyyətdə xəstəxanada yatdığını, çıxışı olmadığını, ona görə də bu xəstənin nə hesabatının aparıla biləcəyini, nə də ki pulunun verilə biləcəyini, həm də ki, həmin xəstənin Firdovsi həkimin yox başqa həkimin adına yazıldığını, bu iki xəstənin həm tarix, həm də ad olaraq əldə qeyd olunduğunu, bunun birbaşa həkimin məsuliyyətində olan birşey olduğunu rəhbərliyin ona bildirdiyini, həkimin xəstəsilə maraqlanmalı olduğunu, 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi Mirzəyev X11 Firdovsi ilə müqavilənin ondan əvvəl bağlanıldığını, müqavilə bağlananda onun dəvət olunmadığını, onun dəvət olunduğu məqamın 30 faiz məsələsi olduğunu, onun ora iyun ayında gəldiyini, o ərəfədə bu məsələnin içində olmadığını, iyundan sonra vaxtından əvvəl müqavilənin xitam edilməsinə dair şifahi şəkildə məlumat verildiyini, onun da avqust ayı olmalı olduğunu, kollegiya qərarına əsasən 30 faizlə işləyə bilməyəcəkləri barədə məlumat verildiyini, sentyabr, oktyabr, noyabr aylarında Firdovsi həkimin 15 faizlə razılaşdığını ki, gəlib əməliyyat etdiyini bildirmişdir. 29 may 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçının nümayəndəsi X14 çıxış edərək ilkin iddia üzrə iddianı qəbul etmədiklərini, rədd etdiklərini, məhkəmədən qanuni qərar verməsini xahiş etdiyini, qarşılıqlı iddia üzrə iddialarını müdafiə etdiklərini, əlavə edəcəyi heç nəyin olmadığını, qanuni qərar çıxarılmasını xahiş etdiyini bildirmişdir. 17 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında Şahid3 ifadə verərək iddiaçı-cavabdeh İddiaçı tanıdığını, heç bir tərəflə qohumluğu və ədavətinin olmadığını, bildiyi qədərilə Firdovsi həkimin geri ala bilmədiyi ödənişlərlə bağlı məhkəməyə müraciət etdiyini, əslində onların onunla bağladığı müqavilənin 2023-cü ilin fevral ayından Cəlal müəllimin dönəmindən Baş həkimin əvəzi olaraq ona təhvil verildiyini, onlardakı qaydalara görə də hər dəfə rəhbərlik dəyişəndə müqavilənin yeniləndiyini, əslində Firdovsi həkimlə onların arasında müqavilənin yanvar ayında Cəlal müəllimlə bağlanıldığını, həmin dövrdə kadrlara ehtiyac olduğundan həkimin dediyi kimi 30 faizə bağlanmış müqavilənin olduğunu, 30 faizin içərisində də həkim və anestezioloqun ödənişinin eyni hesablandığını, yəni ordan tam 30 faiz həkimə ödənilmədiyini, onların araşdırma apardığını, 30 faiz ödənilməyə icazə verildiyini, o şəkildə də ödədiklərini, onun mart, aprel, may ayına qədər əvəz etdiyini, may ayında da Vüqar müəllimin direktor olaraq gəldiyini, onun bildiyi qədərilə, onunla da müqavilələrin təzələndiyini, iddiaçının iddia etdiyi dönəmlər hansı ki ödənilməyib, ümumiyyətlə ona aid olmayan dönəmlər olduğunu, baş həkimi əvəz etdiyini, amma ona aid olmadığını, çünki rəhbər vəzifənin var olduğunu, ondan üstün direktorun olduğunu, yanvar ayında onunla bir müqavilə bağlanıldığını, X27n hansısa şirkətin nəzdinə keçirildiyini, sonra müəssisənin yenidən Səhiyyə Nazirliyinin nəzdinə qaytarıldığını, qaytarılanda müəssisə başsız qalmasın deyə yenidən onu baş həkim əvəzi verdiklərini, həmin dönəmdə də müqavilələri səhv etmirsə təzələdiklərini, rəhbərliyin də dediyi şəkildə müqaviləni 30 faizlə bağladıqlarını, amma bildiyi qədər Vüqar müəllim direktor gələndə onun da əvəz gəldiyini, səhv etmirsə həmin müqavilələrin təzələnmiş olmalı olduğunu, onun baş həkim vəzifəsini əvəz etməyinə sentyabrın 14-də xitam verildiyini, ondan sonra həkim olaraq fəaliyyətinə davam etdiyini, Firdovsi həkimin orda 2019-cu il tarixdən işlədiyini, 2019-cu ildən eyni şəkildə kadr yetməzliyi olduğundan hərbi həkimlərin diaqnostikaya işə cəlb olunduğunu, Əmək Müfəttişliyinin, Vergilər Naziriyinin o vaxt araşdırıb qərara gəldiyini ki, 30 faizdən çox olmamaqla 30 faiz verilə biləcəyini, bura həm həkimin ödənişinin, həm də anestezioloqun ödənişinin daxil olduğunu, sonra o əvəz edəndə Niyazi həkimə müraciət etdiyini ki, “bəs 30 faizi necə ödəyəcəyik?” deyə soruşduğunu, onun özünün araşdırdığını, qanunun özünün bu şəkildə işləməyə icazə vermədiyini, əslində xidməti müqavilənin ləğv olunduğunu, amma sonra Səhiyyə Nazirinin “bağlaya bilərik, icazə var” dediyini, Əmək Müfəttişliyinə, Vergilər Naziriliyinə müraciət elədiklərini, onların da “müddətli şəkildə bağlaya bilərsiniz, qısa müddətə. Əgər uzun müddətə bağlayacaqsınızsa, mütləq həkimi siz işə götürməlisiniz” dediklərini, faiz ilə bağlı da “siz X17. Yəni o faizi siz istədiyiniz şəkildə qoya bilərsiniz” dediklərini, o dönəmdə Azərbaycan Respublikasında tətbiq olunan sığorta sisteminin onlarda tətbiq olunmadığını, avqustun birindən tətbiq olunmağa başladığını, avqustun birindən həkimin dediyi kimi ola biləcəyini, sığortanın qanunlarında konkret “cəlb olunmuş həkimlərə, ödənişli xidmətlərə 30 faiz, digər cərrahlara 15 faiz” yazıldığını, amma avqustun birinədək onlarda Azərbaycan Respublikasında tətbiq olunan sığorta sistemi tətbiq olunmadığından onların müəssisə olaraq öz aralarında bağladığı müqavilə əsasında xidməti müqavilə bağlayıb faizini də verdiklərini, Azərbaycan Respublikasında verilmiş həm Nazirlər Kabinetinin qərarında, həm də ki, icbari tibbi sığorta haqqında qanunda göstərilmiş 15 faizdən əslində xəbərlərinin olduğunu, Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən 2023-cü ilin avqustun birində təsdiqlənmiş əmrin olduğunu, avqustda tətbiq olunmağa başladığını, əvvəl onlarda faizlərin də fərqli hesablandığını, faizlərin düzəldildiyini, həkimlərin əmək haqqının artırıldığını, hesablamanın ordakı kimi aparıldığını, o vaxta qədər tətbiq olunmadığını, göstərişin onlara şifahi verildiyini, xidməti müqavilə bağladıqlarına görə xidməti müqavilənin şərtlərinə uyğun götürdüklərini, çünki həkimin onların öz həkimi olmadığını, öz həkimlərində o qərarı nəzərə aldıqlarını, yəni o qərar tətbiq olunmasa da o qərarı nəzərə alıb ödəmə etdiklərini, artıq ödəmə olmadığını, öz ştat həkimlərinə də artıq ödəmə olmadığını, bunların 2023-cü ilin avqust ayı Samiq həkimin vaxtında olduğunu, Samiq həkimin gəldiyini, gələndən sonra bir-iki ay belə işləmlərin getdiyini, ştatlar işlənəndən sonra təsdiqləndiyini, avqustdan 15 faizə keçdiklərini, rəsmi əmr gəldiyini, amma nə vaxtdan tətbiq olundu onu deyə bilməyəcəyini bildirmişdir. 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında Şahid1 ifadə verərək onun ora rəhbərlik etdiyi vaxtlarda belə bir nüans olduğunu, Nazirlər Kabinetinin bir qərarının olduğunu, bu qərarın xüsusi vəsaitdən həkimlərə 30 faiz məbləğin ödənilə biləcəyini qeyd edən bir qərar olduğunu, təəssüflər olsun ki, bu qərarın xüsusi vəsaitə aid olduğunu, bugünkü gündə xüsusi vəsait deyəndə “hansı ki, bir vətəndaşın gəlib ordakı kassaya nağd şəkildə vəsaiti ödəyib, bu əməliyyatın aparılmasının” nəzərdə tutulduğunu, Nazirlər Kabinetinin qərarında da qeyd olunduğunu, bu vəsaitdən 30 faizədək həcmdə həkimə ödəniş ola biləcəyini, onsuz Firdovsi həkimin onlarda o zaman Naxçıvanda bir tək açıq ürək cərrahı olduğunu, onların də Sığorta ilə, Səhiyyə Nazirliyi ilə, Nazirlər Kabineti ilə, Ali Məclislə kifayət qədər bu fikirləri müzakirə etdiklərini, bütün çıxarılan qərarların hamısını demək olar ki, nəzərdən keçirdiklərini, hər hansı bir şəkildə sığortadan xəstəxanaya ödəniş olunan vəsaitdən 30 faiz həcmində həkimə mükafat kimi verilən bir qanunun olmadığını, onların bunu sığorta ilə də çox götür-qoy etdiklərini, bugünkü gündə hesablama palatasının da vəziyyətinin ortada olduğunu, hər hansı artıq ödəmə olanda ya müəssisə rəhbərinə vəsaiti geri qaytarmasını dediyini, ya da qarşı tərəfdən vəsaiti öz bank hesabına qaytarmalı olduğunu dediyini, onların də bunları nəzərə alaraq bunun pulunu tibb müəssisəsinin balansına vura bilmədiklərini, “Siz burdan 15 faiz həcmində mükafat ödəyə bilərsiniz” deyildiyini, onu nəzərə alaraq onların da Firdovsi həkimin mükafatını 30 faizdən 15 faizə endirdiklərini, hansı ki, bu qərarın onun istəyilə, nə sığortanın istəyilə, nə də səhiyyə sektorunun istəyilə heç birindən asılı olmayaraq yaranmış məsələ olduğunu, onların Firdovsi həkimlə yenə yollarını ayırmaq istəmədiklərini, onların davam etmək istədiklərini, yəni qanunvericiliyin bu şəkildə olduğunu, 30 faiz ödənişin xüsusi vəsaitdən ola biləcəyini, əlavə olaraq Azərbaycanın heç bir yerində 30 faiz ödəniş şərtinin mövcud olmadığını, onların Firdovsi həkimə də bunu bildirdiklərini, onların həkimə “gəlin bizlə işləyin, artıq biz buna bir şey edə bilmərik, 30 faiz ödəniş edə bilmərik, bugün-sabah qanunvericilik qarşısında tamamilə o məbləği bizdən geri istəyəcəklər” dediklərini, ola bilər bu dövrə qədər onların ödənişləri etdiyini, ola bilər ki, sığortada yoxlamalar həyata keçirilmədiyini, bütün köhnə dövrlərin artıq ödənilən vəsaitlərinin hesablama palatası tərəfindən geri istənildiyini, onların da bunu Firdovsi həkimə də bildirdiklərini, bundan etibarən 15 faiz olacağını dediklərini, Firdovsi həkimin də “mən işləmək istəmirəm” dediyini, onların “problem yoxdur, işləmək istəmirsinizsə bu qanunvericilik tərəfindən mümkün deyil” deyə bildirdiklərini, bütün mərtəbələrə müraciət etdiklərini, bu mövzu ilə əlaqəli özünün şəxsən məşul olduğunu, Səhiyyə Nazirliyinin balansında olduğu üçün Səhiyyə nazirinin özünün bu proseslə əlaqəli əlavə qanun çıxarıla bilərmi deyə müraciət etdiyini, heç birinin mümkün olmadığını, ona görə də yanvar ayının sonunda onlara yeni açıq ürək əməliyyatları edən həkimcərrahın gəldiyini, bunun, tək o dövrü əhatə etmədiyini, 30 faizin xüsusi vəsaitdən ödəniş olunanların məbləği olduğunu, xüsusi vəsaitin nağd şəkildə kassaya ödənilən vəsait olduğunu, 2023-cü ildə 13K nömrəli qərarla Əməyin ödənişi qaydalarının təsdiq olunduğunu, orda da həkim cərrahların tamamının sığorta hesabından 15 faizdən yuxarı həddə heç kimə ödəniş olunmadığının görüləcəyini, yəni 15 faizin sığorta vəsaiti hesabına olduğunu, 30 faizin xüsusi vəsait hesabına olduğunu, xüsusi vəsaitdən həkimlərə ödəniş edilməsinin Əməyin ödənişi qaydalarında qeyd olunduğunu, 13K nömrəli qərarda və Nazirlər Kabinetinin qərarında qeyd olunduğunu, xüsusi vəsaitdən 30 faizədək müəssisə rəhbərinin qərarı ilə pul ödənişi oluna biləcəyini, Əməyin ödənişi qaydalarında vətəndaşın hesabına ödənilən vəsaitdən 30 faizədək, amma digərlərinin hamısında 15 faiz olduğunun qeyd olunduğunu, əməyin ödənişi qaydalarında, konkret olaraq faiz dərəcələrində hansı sığorta hesabınadır və sığorta olunanın hesabına həkimə 15 faiz həvəsləndirici əlavədir, göründüyünü, amma digərində xüsusi vəsait olaraq keçdiyini, xüsusi vəsaitin xəstənin öz xüsusi vəsaitini nəzərdə tutduğunu, sığortadan gələn pulun xüsusi vəsait yox, sığorta vəsaiti olduğunu, onların da Əməyin ödənişi qaydalarında ayrıca göstərildiyini, həkimlərin mükafat yerinə baxdıqda konkret qeyd olunduğunu, sığortaolunanın hesabına ödənilən vəsaitin, xüsusi vəsait olduğunu, yanvar ayından yeni həkimin gəldiyini, Firdovsi həkimə əmək haqqı ödənişi etmədiklərini, hər hansı bir ay əməliyyat olmadısa, onun ödənişini etmədiklərini, bu müqavilənin bu şəkildə bağlanmasının qanuna uyğunsuzluq olduğunu, qanun pozuntusu olmadığını, çünki müəyyən insanlar var bilərəkdən etdiklərini, müəyyən insanlar var bilməyərəkdən etdiklərini, Azərbaycan Səhiyyə Nazirliyinin hüquq şöbəsiylə də zəng vurub məsləhətləşdiyini, hər hansı bir müqavilə formasıyla həkimlərin işlədilməsinin səhiyyə cəhətdən uyğun görülmədiyini, bəs həkimlərlə işi necə təmin etdiklərini bilmədiyini, onların misal üçün 025, 05 aklad əmək müqaviləsi bağladığını bildiklərini, onların suvaqçı ilə işləmədiyini, bugün sabah həkim olaraq daşıdığı məsuliyyətin olduğunu və müqaviləni də onun bağlamadığını bildiklərini, o vaxtın dönəmlərinin onu tələb etdiyini, ona uyğun şəkildə bir qaydada bağlandığını, onların Firdovsi həkimə hər hansı şəkildə əmək haqqı ödənişi etmədiklərini, ancaq mükafat verdiklərini, onun xidmət haqqı getmədiyini, onu stimuldan verdiklərini, “hər hansı bir müqavilədə əmək haqqı olaraq nəsə qeyd olunmuşdu biz vermədik?” deyə soruşduğunu, bununla bağlı onun Firdovsi həkimə müraciəti olduğunu, onsuz hərbi ilə yekunlaşmaq üzrə olduğunu, onun “Firdovsi həkim, ordan yekunlaşdırın işinizi, gəlin, bu çərçivədə bizlə davam edin, biz sizə əmək haqqı da verək” dediyini, təzə gələn həkimə artıq maaş da verdiklərini, həkimlə 025 akladla əmək müqaviləsi bağlanılıb 15 faiz ödəniş oluna biləcəyini, həkim 15 faizlə işləmədiyi üçün onların əmək müqaviləsi bağlamadıqlarını, Firdovsi həkimin 15 faizlə işləməyəcəyini bildirdiyini, 30 faizdən 1 faiz belə aşağı faizlə işləməyəcəyini bildirdiyini, onun qanunvericiliklə bu halın mümkün olmayacağını bildiyini, həkim “işləməyəcəm” dedikdən sonra onun müəssisə rəhbəri olaraq həkimə əməliyyat etməsini dediyini, həkimin eləmədiyini, onun həkimə “olsun, problem yoxdur” dediyini, ondan sonra rəhbərliklərin danışdığını, həkimin özünün də “mənə rəhbərlik deyibsə ki, bu şeyləri elə, (hansı ki digər iş yerindəki rəhbərliyini deyir) bunu mən eləməliyəm” dediyini, onun da həkimə “çox sağ olun rəhbərliyiniz də sağ olsun” dediyini, Firdovsi həkimin iş saatlarında, 1-6 arasında X1 əməliyyatlar etdiyini, həmin vaxtların əmək haqqının qospitalda da ona yazılırdığını tam olaraq bilmədiyini, onun fikrincə ezam yazıldığını, onun Firdovsi həkimi çağırdığını, ona ”əgər hərbidən çıxacaqsınızsa, uzman həkimsinizsə biz sizi Azərbaycan Səhiyyə Nazirliyinin bir dənə fərmanı var, cərrahlar altı min manatdan az olmayaraq, terapeftlər beş min manatdan az olmayaraq, aylıq əmək haqqı ala bilərlər. Onu işə götürək” dediyini, Firdovsi həkimin “mən uzman deyiləm” dediyini, əgər uzman olsaydı, uzman çərçivəsində o əmək haqqını təyin edib üzərinə faiz verə biləcəklərini, təəssüflər olsun ki, özəl xəstəxanalarda sığortanın vahid şəkildə ümumi əməliyyatın ödənişini etdiyini, misal üçün, açıq ürək əməliyyatının qiymətinin altı min, on mindirsə, bu on minin dəyərinin tamamının xəstəxananın balansına keçdiyini, xəstəxana artıq o on mini necə xərcləyəcəksə, onun öz öhdəliyində olduğunu, amma, 100 faiz həcmi dövlətə məxsus olan xəstəxanalarda və icbari tibbi sığorta ilə müqaviləsi olan dövlət xəstəxanalarında bunu etməyin qeyri-mümkün olduğunu, onun bunu həkimin özünə də bildirdiyini, burda o sistemi qura bilmədiklərini, özəl klinikalardan hər hansı birinin açıq ürək əməliyyatı eləmədiyini, ordan hər hansı biriylə də sığortanın hər hansı müqaviləsinin olmadığını bildirmişdir. 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında Şahid2 ifadə verərək iddiaçı-cavabdehi tanıdığını, heç bir tərəflə düşmənçilik və ədavətinin olmadığını, onun Naxçıvan Sağlamlıq Mərkəzində 2023-cü ilin aprel ayının 10-da baş mühasib vəzifəsində işləməyə başladığını, başladığı ayda da demək olar stimul olaraq həkimlərə və müqavilə üzrə işləyən həkimlərə ödənilməli olan məbləğlərin olduğunu, mühasibin vəzifə təlimatına əsasən onun təsdiqedici sənədlər əsasında onları ödəməli olduğunu, amma o bura gələndə heç bir müqavilədə həkimlərin, Firdovsi Kamran oğlu da daxil olmaqla elektron qaimə təqdim etmədiklərini gördüyünü, onun həmin aydan etibarən üzərinə düşən vəzifəyə görə ödənişləri dayandırdığını, demək olar avqust ayına qədər heç bir ödənişin aparılmadığını, çünki heç biri elektron qaiməni təqdim etmədiklərini, digər həkimlərə də stimul haqqında heç bir qanun olmadığına görə onun ödənişləri dayandırdığını, ondan sonra avqust ayında may, iyun, iyul aylarının qaimələrini həm xüsusi vəsait üzrə, həm də sığortadan gələn vəsait üzrə onlara təqdim elədiklərini, sığortadan gələn vəsait üzrə 30 faiz ödənişlə bağlı ümumiyyətlə heç bir qanunvericilikdə ödəniş olmadığını, araşdırdıqları qədər 30 faiz maddəsinin olmadığını, Əməyin ödənişi qaydalarını əsas tutduqlarını, bunun xidməti müqavilə olduğunu, Əməyin ödənişi qaydaları ilə bağlı heç bir əlaqəsi olmadığını, əməyin ödənişi qaydalarının onların ştatda olan işçilərə, bir də ştatdan kənar işçilərə aid olduğunu, amma müqaviləylə əgər xidməti müqavilə bağlanılıbsa ona xidmət dəyərində ödəniş aparıldığını, həkimin də xidməti müqavilə bağlamaq kimi nə Səhiyyə Nazirliyinin nizamnaməsində, nə də əsasnaməsində elə bir maddə göstərilmədiyini, yəni müqavilənin bağlanmasının başdan səhv olduğunu və bunu onun rəhbərliyə də bildirdiyini, elə bir müqavilənin bağlanmasının yol verilməz olduğunu bildiklərini, buna baxmayaraq Naxçıvanın vəziyyətini nəzərə alaraq, belə bir müqavilə bağlanıldığını, bunun rəhbərliklə işçiləri arasında olan bir şey olduğunu, təbii ki mühasibin ona qarışmaq hüququnun olmadığını və təbii ki, hüquqşünasın orda iştirak etməli olduğunu, onlarda səhv etmisə hüquqşünas olmadığını, müqavilə bağlanıldığını, müqavilədə də absurd bir şeylər olduğunu, müqavilədə “qanunvericiliklə nəzərdə tutulmuş digər hallar” yazıldığını, hansı qanunvericilikdir onunla bağlı bir göstəriş olmadığını və 30 faizin nəyin əsasında müəyyənləşməsi ilə bağlı bir əsasın olmadığını, misal üçün digər fiziki şəxslərlə müqavilə bağlayanda orda müqavilənin arxasında xidmətin göstərildiyini, müqavilənin dəyərinin müəyyənləşdiyini və ən azından orada “əgər tarix cədvəlinə görə ödənilibdirsə pul, tarix cədvəlinin məbləğləri”nin göstərilməli olduğunu, bu tarixli xidmətlər üzrə gələn vəsaitin misal üçün “30 faizi fiziki şəxsə ödənilsin”, bununla bağlı da heç bir şeyin orda olmadığını, sonra onun avqust ayında Əməyin ödəniş qaydalarını təsdiqlədiyini, Əməyin ödənişi qaydaları təsdiqlənməsinə baxmayaraq yenə də həmin ödəniş qaydalarıyla pul məbləğinin ödənilməsinin əsassız olduğunu, onun bunu rəhbərliyə də bildirdiyini, hüquqşünasa da bildirdiyini, sadəcə olaraq rəhbərin göstərişi və əlində əsas göstərdiyi müqaviləylə e-qaimə əsasında ödənişləri etdiyini, daha sonra da “əmək müqaviləsinə xitam verilib, (əmək müqaviləsi də dediyi yəni xidməti müqavilə idi) ödənişləri dayandırın” dediklərini, onun da dayandırdığını, eşitdiyi qədərilə Firdovsi həkimin “Mənə məlumat verilməyib” dediyini, amma onun şəxsən özünün şifahi şəkildə avqust ayında Firdovsi həkimə məlumat verdiyini, onun həkimə “sizin ödənişləri 15 faiz nəzərdə tutublar, ona görə də müqavilənizə xitam verilir. Bunu rəhbərliklə danışın uzadacaqsınızsa uzadın uzatmıyassınızsa da sizə ödəniş edilməyəcək” dediyini, həkimin də “rəhbərlə özümüz danışırıq” dediyini, onun iclasda da olmadığını, o görüşdə də olmadığını, necə razılaşıblar, hansı qaydada işləyiblər, sonradan əməliyyatları kimin tapşırığı ilə ediblərsə artıq onların biləcəyi iş olduğunu, amma Azərbaycan Respubikasının qanunvericiliyinə uyğun olaraq elə bir müqavilənin bağlanmasının qəti şəkildə yolverilməz olduğunu, digər həkimlərlə 15 faizlə yeni xidməti müqavilə bağlandığını, çünki xidməti müqavilədə “əməyin ödənişi qaydalarına əsasən əməyin ödənişi qaydalarının 17.13-cü bəndində göstərilən qaydada göstərilən xidmətin 15 faizi və 8 faizi qədəri ödənilsin” kimi qeyd edildiyini, onun da o şəkildə ödənildiyini, ümumiyyətlə bugünə kimi 15 faizin ödənildiyini, 30 faizlə müqavilənin bağlanmasının qanunsuz olduğunu, qanunsuz da demədiyini, əsassızdır dediyini, ola bilər qanunu da olduğunu, amma əsassız olduğunu, onun görmədiyini, amma sonradan bağlanılan müqavilələrin hər birində əməyin ödənişi qaydalarının maddəsi əsas qoyularaq bağlanıldığını, onun da ödənilməsində və bağlanılmasında heç bir problem olmadığını, onun hüquqşünas olmadığını, 30 faizlə bağlı heç bir şey olmadığını, amma 15 faizin olduğunu, müqavilədə göstərildiyini, onun əvvəlki dövrdə işləmədiyini, amma, qanunu bilməməyin məsuliyyətdən azad etmədiyini, səhv etmirsə Vergi Məcəlləsinin 144.5-ci maddəsinə görə “xidmət göstərilirsə, qaimə faktura əsasında və təhvil-təslim aktı əsasında pul verilməlidir” qeyd olunduğunu, həmin dövrə qədər də müqaviləylə işləyən həkimlərin heç birinin elektron qaimə təqdim etmədiyini, dediyi kimi onun aprel ayında gəldiyini, avqust ayında elektron qaimə olmadığına görə ödənişləri dayandırdığını, çünki elektron qaimənin “mən bu işi görmüşəm, onun qarşılığında mən ödəniş alıram” demək olduğunu, onların iş görməyi ilə bağlı heç bir əsas sübut onların sistemindən başqa olmadığını, onu təqdim etməyə borclu olmadıqlarını, Firdovsi həkim əgər bunu tələb edirsə, proqram üzərindən hesabatı çıxarmalı olduğunu və özünün icbari tibbi sığortaya yoxlamasını göndərməli olduğunu, dəqiqləşdirib üzləşdirməli olduğunu, ondan sonra onlara təhvil-təslim aktını təqdim eləməli olduğunu ki, həkimin “mən bu xidmətləri göstərmişəm, dəyər bu qədərdir, ödənişi bu qədərdir” bildirməli olduğunu, onun da onun əsasında öz hesabatına baxacağını, yoxlamalı olduğunu, əgər, doğurdan da tələb edirsə, həqiqətən Firdovsi həkimin onlarda göstərilən əməliyyatları etdiyini, ödənişinin bu qədər olduğunu görəcəyini, onun da ödəyəcəyini, qarşı tərəfin “icbari tibbi sığorta ilə qarşılıqlı öhdəliyi yoxdur və ora heç bir təhviltəslim aktı da təqdim etməməlidir. Müəssisəyə təqdim etməlidir” dediyini, bunu başa düşdüyünü, müəyyən qədər haqlı olduqlarını, hansı hissədə ki müqaviləni onlarla bağlayıblar, yəni X4, buna baxmayaraq İcbari Tibbi Sığortanın təqdim etdiyi zərflər xidmətinə əsasən ödəniş aparıldığını, onlarda həkimlərin hamısı ştatda olduğuna görə sığortanın onlarla təkbətək müqavilə bağlamağına ehtiyac olmadığını, onları ştatda olan işçiləri olaraq göstərdiklərini, sığortanın gəlib həkimdən “sən bunu eləmisən ya eləməmisən?!” deyə soruşmadığını, amma Firdovsi həkimlə xidməti müqavilə bağlandığı üçün, icbari tibbi sığortanın xidmətlər zərfi ilə yoxlanmasını Firdovsi həkimin özünün birbaşa ona təqdim etməli olduğunu, sığorta ilə müqavilə bağlamalıydımı, bağlamalı deyilmi iddiaçının məsələsi olduğunu, onların məsələsi olmadığını, fiziki şəxs xidmət göstərir, deyək ki, təmizlik işlərini görür, onun təmizlik mallarını hardan alacağını gəlib ona demədiyini, gedib müqaviləsini bağladığını, xidmətlərini onlara təqdim etdiyini, müəssisəylə bağladığının, yaxud da sığortayla bağladığının fərqinin olmadığını, Firdovsi həkim ödənişini almaq istəyirdisə, sığortaya müraciət etməli olduğunu və qanuna baxılmalı, hesabatları yoxlanılmalı olduğunu, müəssisə üzərindən deyil, fərdi olaraq etməli olduğunu və iddiaçının da öz hesabatını onlara təqdim etməli olduğunu, ondan sonra onun öz əlində olan hesabatla onun hesabatını üzləşdirməli olduğunu, onun əsasında ödəniş aparmalı olduğunu, indi elektron qaimələrin vurulduğunu, onların rəhbərliyin göstərişilə və həkim yoldaşlığını, vətəndaşları düşünərəkdən bunu tələb etmədiyini, bunun onun səhvi ola biləcəyini, amma bu o demək deyil ki, yəni belə olub deyə həmişə belə olmalı olduğunu, çünki onda həkim çatışmazlığı var idi deyə bu kimi problemlərin olduğunu və onların ötüşdürdüyünü, artıq yeni həkim uzmanlar gəldikdən sonra rəhbərliyin də bunlara ehtiyac olmadığını dediyini, yəni hər şeyin qanun daxilində, normasına uyğun olaraq aparılmalı olduğunu, o şəkildə də ödənişlərin aparıldığını, ödənişləri elektron qaimə əsasında etdiklərini, may ayından bu tərəfə nə qədər ödəniş edibsə hamısının elektron qaimə əsasında olduğunu, onun özünün də aprel ayında işə başladığını, apreldən avqusta qədər olan ödənişi qaiməsiz elədiyini, həkimin İcbari Tibbi Sığortanın xidmətlər zərfi əsasında öz hesabatını ona təqdim etməli olduğunu, onun da sığortanın yoxladığıyla üzləşdirməli olduğunu, həqiqətən Firdovsi həkim bu əməliyyatları edib ya yox, Sığorta da bunu təsdiqləyib ya yox, bu şəkildə ödənişin aparılmalı olduğunu, hər hansı vətəndaşın əməliyyatından alınan ödənişin həkimin öhdəliyində olduğunu, xidmətlər zərfinə daxil olan xidmətlər olduğunu, daxil olmayan xidmətlər olduğunu, həkim görürsə ki, bu xidmətlər zərfinə daxil deyilsə ödəniş qəbzini görmədən heç bir əməliyyat etməsinin mümkün olmadığını, həmin ödəniş qəbzləri əsasında bu gün də, əvvəl də bunların olduğunu, bununla bağlı Ali Məclisin də, Nazirlər Kabinetinin də qərarının olduğunu, xüsusi vəsait deyilən vəsaitin sığorta olunmayan gəlirlərdən söhbət getdiyini, hansı ki xidmətlər zərfində həmin xidmətin olmadığını, onun ödənişini vətəndaşın öz şəxsi cibindən etdiyini, məsəl üçün “eksimer əməliyyatı deyək ki, kosmetik əməliyyat gedir, xidmətlər zərfində sığorta bunu təsdiqləmir” sığortanın “vətəndaşın öz istəyiylə olan bir şeydir, mən bunu qarşılamıram, öz istəyiylə həmin ödənişi xəstəxanaya edirsə bu xüsusi vəsait adlanır” dediyini, xüsusi vəsaitin də icbari tibbi sığortanın vəsaitinə heç bir aidiyyəti olmadığını, onun ödəniş qaydalarının fərqli olduğunu, onun orda kiməsə müqavilə təklif edəcək səlahiyyətdə insan olmadığını, onun şifahi məlumat verdiyini, onun həkimə “sizə rəhbərlik deyir ki, 15 faizlə müqavilə bağlanacaqsa gəlsin danışaq bağlayaq. Bağlamıyacaqsa müqaviləyə xitam verilir” dediyini, onun heç bir təklif vermədiyini, sadəcə şifahi məlumat verdiyini və onun kiməsə təklif vermək kimi nə səlahiyyəti, nə də hüququnun olduğunu, Əməyin ödəniş qaydalarının 17.3-cü maddəsinə əsasən sığorta olunan xəstələrdən gələn gəlirlərin 15 faizinin cərrahi xidmətlər üzrə həkimlərə ödənilməli olduğunu, bunun Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Agentliyinin 20 iyun 2023-cü il tarixli qərarı olduğunu, 2022-ci ilin müqaviləsinin rəhbərliyin göstərişilə olduğunu, ona 2022-ci ilin müqaviləsinə baxılması tapşırığının verildiyini, o gələndə 2023-cü ildə bağlanmış müqavilənin 30 faizlə əsasının olmadığını, Azərbaycan Respublikası qanunvericiliyinə baxanda tək olan 15 faiz məbləğin olduğunu, onun da Təbibin qərarı olduğunu, yenə də onların qərarı olmadığını, onun Təbibin nizamnaməsini maddə-maddə danışa bilməyəcəyini, amma Təbibin yaranma məqsədinin İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşən xəstəxanaların idarəetmə birliyinin yaradılması olduğunu, çünki onların hər birinin İcbari Tibbi Sığorta ilə maliyyələşdiyini, Firdovsi həkimin etdiyi əməliyyatların da hər birinin İcbari Tibbi Sığortada maliyyələşdiyini, onu uyğunlaşdırmaq şərti ilə dediyini, 15 faizi götürməyin hardasa qanunvericiliklə müəyyən oluna biləcəyini, amma 30 faizin mümkün olmadığını, onun 30 faizin mümkün olmadığını bilə-bilə 3 ay ödəniş etdiyini, bir neçə dəfə vurğuladığı kimi əsas olaraq mühasibin vəzifə təlimatlarında təsdiqedici sənədlər əsasında ödəniş aparılmasının göstərildiyini, 30 faiz göstərilən məbləği onun həm müqaviləsi olduğuna, həm də elektron qaiməsi olduğuna görə ödədiyini, orda artıq ödənilən 15 faizin müqavilə bağlayanla işi görən arasında olan məsələ olduğunu, mühasibatlığın işi olmadığını, sondakı 3 qaiməni geri qaytardığını, düz olmadığından vergi səhifəsinə qeyd elədiyini, məbləğin artıq olduğunu, vurulan məbləğin otuz faiz həcmində olduğunu və otuz faiz ödənilməyəcəyini qeyd edib geri qaytardığını, 3 ay ödəməyi üçün əsasın müqavilə, təsdiqedici sənədlər və elektron qaimə olduğunu, onun onları əsas götürüb ödəniş etdiyini, daha sonra rəhbər müqaviləyə xitam verildiyini ona bildirdikdən sonra, ortada bir müqavilə qalmadığına görə onun heç bir əsas götürüb ödəmədiyini, sentyabr ayından müqaviləyə xitam verildiyini, müqaviləsinə xitam verildiyini rəhbərin dediyini, “yenidən davam etmək istəyirsinizsə, 15 faizlə davam edəcəksiziniz, əgər davam etmək istəmirsinizsə 30 faiz yoxdur” deyə onun iddiaçının özünə şifahi məlumat olaraq dediyini, Firdovsi həkimin onda yazışmalarının da qaldığını, şifahi şəkildə hesabatları üzrə olan məlumatları ona bildirdiyini, onun da həkim olduğuna xatir ona köməklik etdiyini, birinci müqavilənin şərtini pozduğuna görə ikinci tərəf pozduğu andan qarşılıqlı şəkildə olduğunu, Firdovsi həkimin əməliyyatlarında hər hansı problem olduğu təqdirdə müqavilə üzrə yazılı məlumatın ona göndərilmədiyini, şifahi şəkildə həll olunan məsələlər olduğunu, müqavilənin şərtini birinci qarşı tərəf pozduğuna görə, bu şəkildə pozulmağının heç də qanunsuz olmadığını, iddiaçının nümayəndəsinin “hər şey yazılı qeyd olunmalı idi” dediyini, əgər Firdovsi həkimin müqaviləsinə xitam verilməmişdirsə, şifahi şəkildə 15 faiz verilsin deyəndə, həkimin “yazılı şəkildə bildirin mənə bunu” deyə biləcəyini, əgər müqaviləsinə bu qədər arxayın idisə, müqaviləsi fevral ayında bitəndə müqaviləsi davam etdiyi müddətcə əməliyyatları davam elətdirib, ondan sonra elədiyi əməliyyatların ödənişini tələb edə biləcəyini, həkimin özünün də bütün işləri şifahi şəkildə gördüyünü, amma indi “müqavilənin filan maddəsinə əsasən yazılı bildirilməli idi” dediyini, onların aksiyalar da keçirdiyini, Türkiyədən, Bakıdan onların ştatında olmayan aksiya olaraq kömək etmək istəyən həkimlərin də gəldiyini, aksiya iştirakçıları ilə müqavilə bağlanmadığını, Sentyabr ayında onların Firdovsi həkimə şifahi dediklərini, onun razılaşmadığını, bunun müqavilənin xitam verilməsi olduğunu, artıq bundan sonra kimin razılığıyla kiminsə xətrinə iş görübsə o demək deyil ki, xəstəxanadan pul tələb edə biləcəyini, onun iddiaçının yanında olmadığını, kömək məqsədilə mi gəlib, rəhbərliyin tapşırığıyla mı gəlib bilmədiyini, necə əməliyyat edibsə artıq onun görəcəyi iş olduğunu, o demək deyil ki, hər gəlib bir gün əməliyyat edənlə onların müqavilə bağlamalı olduqlarını, bugünkü gün rəhbərliyin göstərişi varsa, Firdovsi həkimin gəlib Diaqnostikada əməliyyat edə biləcəyini, direktorun vəzifə səlahiyyətləri olduğunu, binanın direktora tapşırıldığını ki, bu bina daxilində qərar vermək qabiliyyətinin olduğunu, inzibati işlər görmək səlahiyyətinin olduğunu, ona görə də direktorun hər hansı həkimə “müvəqqəti gəl bizdə işini gör” deyə biləcəyini, bunun qərar olduğunu, qanunsuz da olmadığını bildirmişdir. 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Bayramov X8 Firdovsinin onlarla heç bir müqaviləsinin olmadığını, onların müqaviləsinin tibb müəssisəsiylə olduğunu, deyək ki, Naxçıvan Sağlamlıq Mərkəzi ilə müqavilələri var, sənədlərinə yerində bəzən baxdıqları vaxtların olduğunu, tibb müəssisəsinin onlara təqdim etdiyi sənədlər əsasında baxdıqlarını, praktikalarında hər hansı həkimlə müqavilə bağlamadıqlarını, xəstəxananı yoxladıqlarında üzləşmələrin hamısına baxdıqlarını, xidmətlər üzrə hamısıyla yoxladıqlarını, amma heç bir həkimlə onların birbaşa müqavilələrinin olmadığını və yaxud hər hansı xəstəxana daxili qurumla müqavilələrinin olmadığını, onların birbaşa olaraq heç bir həkimi yoxlamadıqlarını, sadəcə xəstəxana olaraq tibb məntəqəsi olaraq yoxlanışlarını həyata keçirdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 01 mart 2023-cü il tarixli, 12 saylı Tibbi Xidmətlərin Göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsis olunmuş və fəaliyyət göstərən, baş direktor müavini baş həkim VMİE Şahid3 şəxsində təmsil olunan “X5 Mərkəzi” X27 (bundan sonra “Sifarişçi” adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (şəxsiyyət vəsiqəsi seriya- №19099898, Fərdi identifikasiya nömrəsi-xxxxxxx) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndindən görünür ki, İcraçı Tibbi Xidmətləri Müqavilə ilə müəyyən edilmiş qaydada Sifarişçiyə təhvil verir. Sifarişçi isə öz növbəsində İcraçı tərəfindən Müqavilənin şərtlərinə uyğun göstərilmiş xidmətləri təhvil alır. Müqaviləyə əsasən Tibbi Xidmətlərin dəyərini vaxtında və tam həcmdə icraçıya ödəyir. 1.3-cü bəndindən görünür ki, icraçı aşağıdakı Tibbi Xidmətləri göstərir: Sifarişçinin pasiyentlərinə həkim-cərrah xidmətini icra edir. 2.1-ci bəndindən görünür ki, icraçının hüquqları aşağıdakılardır: Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini Sifarişçidən tələb etmək; Müqavilənin icrası zamanı Sifarişçinin avadanlıq, ləvazimat, vasitə və yerlərindən istifadə etmək; Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlara malik olmaq. 3.1-ci bəndindən görünür ki, Sifarişçinin hüquqları aşağıdakılardır: İcraçıdan hazırkı Müqavilənin 2.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsini tələb etmək və onların icrasına nəzarət etmək; Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlara malik olmaq. 4.1-ci bəndindən görünür ki, İcraçı tərəfindən göstərilən tibbi xidmətlərinin dəyərinin vergilər daxil olmaqla 30% -i (bundan sonra “Xidmət Haqqı”) təşkil edir. 4.2-ci bəndindən görünür ki, Müqavilə ilə müəyyən olunmuş xidmət haqqı sabitdir və İcraçı tərəfindən birtərəfli qaydada artırıla bilməz. 4.3-cü bəndindən görünür ki, Sifarişçi tərəfindən Müqavilə üzrə ödənişlər, Tibbi Xidmətlərin göstərilməsinə dair İcraçı tərəfindən hesabın təqdim edilməsindən və həmin hesabatın Sifarişçi tərəfindən təsdiq edilməsindən etibarən 30 (otuz) bank günü ərzində, yalnız Azərbaycan manatı ilə və İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 4.4-cü bəndindən görünür ki, Tibbi Xidmətlərlə bağlı olan lazımlı bütün vasitələri, tibbi avadanlıqları və digər tibbi ləvazimatları Sifarişçi tərəfindən təmin edir. 8.1-ci bəndindən görünür ki, Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1(bir) il müddətində qüvvədə qalır. 8.2-ci bəndindən görünür ki, Müqaviləyə aşağıdakı qaydada və hallarda xitam verilir: Tərəflərdən hər hansı biri digər Tərəfi 30 (otuz) təqvim günü qabaqcadan yazılı xəbərdarlıq etməklə; Tərəflərin bu Müqaviləyə xitam vermək barədə, səbəb göstərilmədən yazılı qarşılıqlı razılığı ilə istənilən vaxt; Tərəflərdən hər hansı biri bu Müqavilə üzrə digər Tərəf qarşısında daşıdığı öhdəlikləri əhəmiyyətli şəkildə pozarsa digər Tərəfin ixtiyarı vardır ki, Müqavilə üzrə öhdəliklərin icrasını dərhal dayandırsın və Müqaviləyə xitam versin; İcraçı xidmətlərin icrası zamanı vicdansızlıq, etimadsızlıq göstərdiyi, pasiyentlərin müraciətinə və zəruri tibbi prosedurların tətbiqinə laqeydlik göstərdiyi, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, Müqavilənin 7.1-ci bəndində sadalanan məlumatları açıqladığı, Xidmətlərin icrası ilə bağlı inzibati və ya cinayət məsuliyyətinə cəlb edildiyi hallarda; Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. 8.3-cü bəndindən görünür ki, Müqavilənin qüvvədə olma müddətinin bitməsi və hər hansı digər səbəbdən qüvvədən düşmüş sayılması Tərəfləri buna qədər yaranmış və icrası bitməmiş öhdəliklərin icrasından azad etmir. 11-ci bəndindən görünür ki, Müqaviləyə edilən bütün dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edildikdən və hər iki Tərəfin imzaladığı andan etibarən hüquqi qüvvəyə malikdir. Müqaviləyə bu maddədə göstərilmiş qaydaya əsasən hazırlanmış bütün əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin direktor v.m.i.e - Şahid1 İddiaçı Kamram oğluna ünvanladığı 23 yanvar 2024-cü il tarixli, 06 saylı məktubunda qeyd olunmuşdur: “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 tərəfinizdən ünvanlanan 07.011.2024 və xx.xx.2024-cü il tarixli məktublarınıza cavab olaraq bildiririk ki, sizin 2023-cü ilin oktyabr ayı göstərdiyiniz xidmətlərin qarşılığında 19047 AZN xidmətdən gəliriniz olmuş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 20 iyul 2023-cü il tarixli 13k kollegiya qərarına əsasən həkimlərə ödənilən əlavənin tarifi tibbi xidmətlərdən gələn gəlirin 8-15% həcmində müəyyənləşmişdir. Həmin qərarə əsasən sizə ödəniləcək məbləğ 2857 AZN-dir. Sizin xx.xx.2024-cü tarixli elektron qaimədə isə 5714 AZN təqdim etdiyinizə görə ödəniləcək məbləğ düzgün olmadığından ödəmə məbləğinin tarixi müəyyən deyil. Sizdən xahiş olunur ki, qanunvericiliyə əsasən elektron qaimədə təqdim olunmuş məbləğdə düzəliş edərək yenidən göndərəsiniz. xx.xx.2022-ci il tarixli, NAXBAZ22AXXX**********60001771271 nömrəli ödəniş tapşırığından görünür ki, 2022-ci ilin avqust ayı üçün stimullaşdırıcı əlavə dəyəri olan 4600.00 (dörd min altı yüz) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, NAXBAZ22AXXX********************6 nömrəli ödəniş tapşırığından görünür ki, 2022-ci ilin sentyabr ayı üçün stimullaşdırıcı əlavə dəyəri olan 3120.00 (üç min bir yüz iyirmi) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, NAXBAZ22AXXX********************3 nömrəli ödəniş tapşırığından görünür ki, 2022-ci ilin oktyabr ayı üçün stimullaşdırıcı əlavə dəyəri olan 7200.00 (yeddi min iki yüz) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, NAXBAZ22AXXX********************0 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 02 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən tibbi xidmətlərin dəyəri olan 1500.00 (bir min beş yüz) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, NAXBAZ22AXXX**********50001879790 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 02 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən noyabr ayı tibbi xidmətlərin dəyəri olan 6400.00 (altı min dörd yüz) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, NAXBAZ22AXXX********************2 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 02 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən dekabr ayı tibbi xidmətlərin dəyəri olan 16750.98 (on altı min yeddi yüz əlli azn. 98) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, NAXBAZ22AXXX********************3 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 02 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən yanvar ayı tibbi xidmətlərin dəyəri olan 8356.06 (səkkiz min üç yüz əlli altı azn. 06) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, NAXBAZ22AXXX********************2 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 02 nömrəli tibbi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən fevral ayı tibbi xidmətlərin dəyəri olan 6971.02 (altı min doqquz yüz yetmiş bir azn. 02) manat “X5 Mərkəzi” X20 hesabından İddiaçı hesabına köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan X22in işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2019-cu il tarixli, 151 saylı qərarında qeyd olunur: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan X22in göstərdikləri ödənişli xidmətlərə görə büdcədənkənar xüsusi hesablarına yığılan vəsaitin 30 faizindən işçilərə stimullaşdırıcı əlavə ödənilməsinə icazə verilsin. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13(k) nömrəli, 20 iyul 2023cü il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən cərrahi prosedurlar üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği tətbiq edilən tarifin 15%-i həcmində müəyyən edilmişdir. Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin direktoru Şahid1 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə ünvanlanan 46 saylı, 15 may 2024cü il tarixli məktubda qeyd olunur: “Naxçıvan Sağlamlıq Mərkəzi" X20 rəhbərliyi sizin göndərdiyiniz xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq bildirir ki, sifarişçi qismində X5 Mərkəzi və icraçı qismində İddiaçı arasında bağlanan müqavilədə sifarişçi qismində öhdəliklərimizin arasında bu şəkildə hesabatın təqdim olunması olunmadığından və xidməti müqavilənin fıziki şəxslə VÖEN əsasında bağlandığından İddiaçı mühasibatlıq xidmətinin göstərilməsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Fəaliyyəti ilə bağlı hesabat qeydlərini özü və ya mühasibatlığı tərəfindən aparılması hüquqi müstəviyə əsasən daha uyğundur. Bizim təqdim edəcəyimiz hesabat qarşı tərəfdən heç bir üzləşmə forması olmadığı üçün hər hansı sübut daşıyacağına əsas vermir. “Naxçıvan Sağlamlıq Mərkəzi" X20 möhrü ilə təsdiq edilmiş cədvəldən görünür ki, 05 yanvar 2023-cü il tarixdən 24 yanvar 2024-cü il tarixinədək edilən bütün xidmətlər və onların dəyəri müəyyən olunmuşdur. Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin direktoru Şahid1 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə ünvanlanan 61 saylı, 13 iyun 2024cü il tarixli məktubda qeyd olunur: "Naxçıvan Sağlamlıq Mərkəzi" PHŞ-nin rəhbərliyi yazaraq bildirir ki, İddiaçı medisoft proqramı üzərindən şəxsi giriş məlumatları verilmişdir. Buna baxmayaraq, həkimin işində məsuliyyətsizliyinə görə qeyd olunan prosəsləri sistem üzərindən qeydiyyatını aparmaması təqdim olunan hesabatda qeyd olunmamasına səbəb olduğundan göstərilən xidmətin dəyəri İcbari Tibbi Sığorta Agəntliyi tərəfindən xastəxananın bank həsabına köçürülməmişdir. Yuxarıda göstərilən səbəblər əsasında da xəstəxananın bu məsələdə məsuliyyəti yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta Üzrə X16 Hüquqi Şəxsinin idarə heyətinin sədri Elnur İbrahimov tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzi X21 ünvanlanan 21 iyun 2024-cü il tarixli, 08/139 saylı məktubda qeyd olunur: Sizin 12 iyun 2024-cü il tarixli 60 nömrəli məktubunuza tərəfimizdən baxıldı ve bildiririk ki, "Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta əsasında fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi" Qaydasının 18.3-cü bəndinə əsasən sığortaolunanlara (Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) göstərilən ixtisaslı həkim müayinəsi üçün tətbiq edilən tarifin 8%-i həcmində, cərrahi prosedur və əməliyyatlar üçün isə tətbiq edilən tarifin 15%-i həcmində görülən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilə bilər. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə X25 tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X21 ünvanlanan 24 iyun 2024-cü il tarixli, 2/778 saylı məktubda qeyd olunur: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış 12 iyun 2024-cü il tarixli, 15 nömrəli məktuba cavab olaraq bildirilir ki, dövlət tibb müəssisələrində işləyən həkimlərin əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri əsasında bağlanılmış fərdi əmək müqaviləsi (kontraktı) əsasında “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta əsasında fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 440821 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 7152,90 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 440000 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 11009,18 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 481033 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 2085,30 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 481856 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 12,60 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 481306 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 10,20 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 483883 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 5,10 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 117008 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 8853,30 manat vurulmuşdur. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 445792 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 5220,60 manat vurulmuşdur. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 009019 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 5714,00 manat vurulmuşdur. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 507046 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 9720,90 manat vurulmuşdur. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 507282 nömrəli elektron qaimədən görünür ki, tibbi həkimlərlə təmin edilmiş sair xəstəxana xidmətlərinə görə İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına 2091,90 manat vurulmuşdur. Məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə verilmiş sorğu əsasında, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixdə X6 Dövriyyəsi Sistemi vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə işə əlavə edilmiş cavab məktubunda Məhkəmənin 2024-cü il 21 oktyabr tarixli iş № e-2-2(123)-275/2024 nömrəli məktubuna aidiyyəti üzrə baxıldığını, “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan X22in işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 oktyabr tarixli, 151 nömrəli Qərarının ləğv edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin e-2-2(123)-275/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. 04 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli, 3-16-33-3/2-25/2025 saylı məktubu Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə daxil olmuş və həmin məktubda daxil olmuş materiallarla tanış olduqda müəyyən olunmuşdur ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün 2022-ci ildən 2023-cü ilin sentyabr ayınadək elektron qaimələr və sualda göstərilən məbləğləri (qaiməsiz 27449,03 manat və qaimə əsasında ödənilən 25924,04 manat) təsdiq edən rəsmi sənədlərin tədqiqata təqdim olunması üçün 29 dekabr 2024-cü il tarixdə vəsatət verilsə də bu günədək vəsatətin təmin olunmadığı, odur ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü və 5.8ci bəndlərinin tələblərinə müvafiq olaraq bir ay müddətində vəsatət təmin edilmədiyindən 30 yanvar 2025-ci il tarixli qərardad icra olunmadan mülki işin materiallarının məhkəməyə geri qaytarılması qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-6/2025 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, 2022-2023-cü ilin noyabr ayınadək elektron qaimələr və ödəniş tapşırıqları iş materiallarında öz əksini tapmadığından və elektron qaimələr ümumilikdə görülən işlərin dəyərini özündə əks etdirmədiyindən həmin müddət üzrə cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 tərəfindən iddiaçı-cavabdeh İddiaçı 15% və 30% tətbiq edilməklə ödənilməli olan xidmət haqqını müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında olan elektron qaimələr İddiaçı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına vurulmuşdur. Vurulmuş elektron qaimələr müqaviləyə uyğun olması və ödəniş tapşırıqlarının düzgünlüyü nəzərə alındıqda 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına vurulmuş elektron qaimələrin dəyəri 20655,50 (iyirmi min altı yüz əlli beş manat əlli qəpik) manat olmuşdur ki, 2023-cü ilin sentyabr ayı üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 5220,60 (beş min iki yüz iyirmi manat altmış qəpik) manat müəyyən edilmiş məbləğin düzgünlüyü nəzərə alındıqda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 İddiaçı 2023cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməmiş pul məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat doxsan qəpik) manat təşkil edər. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, sualda qoyulan iddiaçı-cavabdeh İddiaçı qaiməsiz olaraq 27449.03 manat və iddiaçı-cavabdeh İddiaçı qaimə əsasında 25924.04 manat pul vəsaitinin hardan yaranması elektron qaimələr və ödəniş tapşırıqları bütün dövrü əhatə etmədiyindən və eyni zamanda üzləşdirilməsi mümkün olmadığından bu məbləğlərin hardan yaranmasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək bildirir ki, 01 mart 2023-cü il tarixdə baş həkim VMİE Şahid3 şəxsində təmsil olunan “X5 Mərkəzi” X27 (“Sifarişçi”) ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (İcraçı) arasında Tibbi Xidmətlərin Göstərilməsinə dair müqavilənin bağlanması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İlkin iddia ərizəsi üzrə iddia tələbi ilə bağlı məhkəmə bildirir ki, ilkin iddia ərizəsində qeyd olunanlar, təqdim olunan elektron qaimələr, ödəniş tapşırıqları, tərəflərin izahatları, şahid ifadələri, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyi nəzərə alınmaqla iddia tələbinin qismən əsaslı olduğu məlum olur. Belə ki, iş üzrə təyin olunmuş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 nömrəli rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 nömrəli rəyin nəticəsi ilə razılaşır. Həmin ekspert rəyi ilə müəyən olunur ki, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 tərəfindən iddiaçıcavabdeh İddiaçı 15% və 30% tətbiq edilməklə ödənilməli olan xidmət haqqını müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarında olan elektron qaimələr İddiaçı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına vurulmuşdur. Vurulmuş elektron qaimələr müqaviləyə uyğun olması və ödəniş tapşırıqlarının düzgünlüyü nəzərə alındıqda 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 hesabına vurulmuş elektron qaimələrin dəyəri 20655,50 (iyirmi min altı yüz əlli beş manat əlli qəpik) manat olmuşdur ki, 2023-cü ilin sentyabr ayı üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 5220,60 (beş min iki yüz iyirmi manat altmış qəpik) manat müəyyən edilmiş məbləğin düzgünlüyü nəzərə alındıqda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20 İddiaçı 2023cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməmiş pul məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat doxsan qəpik) manat təşkil edər. Həmçinin ekspertin Məhkəmə tərəfindən qarşısına qoyulan sualların bir qisminə cavab verə bilməməsinin səbəbini tərəflərin hesablama aparılması üçün sübutlar və digər materialların təqdim edilməməsində görməkdədirş. Bu məqamda məhkəmə bir məsələni də vurğulamaq istəyir ki, hazırkı iş üzrə xidmət müqaviləsinin 8.3-cü bəndindən görünür ki, Müqavilənin qüvvədə olma müddətinin bitməsi və hər hansı digər səbəbdən qüvvədən düşmüş sayılması Tərəfləri buna qədər yaranmış və icrası bitməmiş öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 11-ci bəndindən görünür ki, Müqaviləyə edilən bütün dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edildikdən və hər iki Tərəfin imzaladığı andan etibarən hüquqi qüvvəyə malikdir. Müqaviləyə bu maddədə göstərilmiş qaydaya əsasən hazırlanmış bütün əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, müqaviləyə edilən bütün dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə tərtib edildikdən və hər iki Tərəfin imzaladığı andan etibarən hüquqi qüvvəyə malik olduğundan iddiaçı-cavabdeh İddiaçı 15% tətbiq edilməklə ödənilməli olan xidmət haqqının müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndi ilə ziddiyyət təşkil edir. Həmçinin hazırkı iş üzrə müqavilənin şərtinə görə müqavilənin qüvvədə olma müddətinin bitməsi və hər hansı digər səbəbdən qüvvədən düşmüş sayılması tərəfləri icra edilməmiş öhdəliklərindən azad etmir. İlkin iddia ərizəsində qeyd olunan digər tələb “Naxçıvan Sağlamlıq Mərkəzi X27 iddiaçıcavabdehə olan borcunu vaxtında ödəmədiyindən yaranan 2714 (iki min yeddi yüz on dörd) manat zərərin iddiaçı-cavabdehə ödənilməsi”dir ki, bununla bağlı məhkəmə bildirir ki, iddiaçıcavabdeh tərəf ona dəymiş zərəri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia üzrə iddia ərizəsinin “Naxçıvan Sağlamlıq X2 olan borcunu vaxtında ödəmədiyindən yaranan 2714 (iki min yeddi yüz on dörd) manat zərərin iddiaçı-cavabdehə ödənilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə borc məbləği olan 15434,90 AZN (on beş min dörd yüz otuz dörd manat, doxsan qəpik) cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçıcavabdeh İddiaçı verilməli, ilkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 və onun nümayəndəsi Şahid1 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış qarşılıqlı iddia ərizəsinin əsassız olduğu qənaətindədir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında və düzgün icra edilməməsi (elektron qaimələrin təqdim edilməməsi) və inzibati xətalar məcəlləsinin 227-ci maddəsinə əsasən vurulan zərərin əvəzinin ödənilməsi üçün cavabdeh İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nə qaiməsiz vurulan 27449.03 manat və qaiməli vurulan 25924.04 manat dəyərindəki ziyanın müəssisənin bank hesabına ödənilməsi və qaiməsinin vurulması haqqında qətnamə qəbul edilməsi” tələbi ilə bağlı cavabdeh-iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələr və ödəniş tapşırıqları qarşı tərəfin borclu olduğunu təsdiq etmir və cavabdeh-iddiaçı qarşılıqlı iddia tələbi üzrə iddiasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, eyni zamanda, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-6/2025 saylı qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, sualda qoyulan iddiaçı-cavabdeh İddiaçı qaiməsiz olaraq 27449.03 manat və iddiaçı-cavabdeh İddiaçı qaimə əsasında 25924.04 manat pul vəsaitinin hardan yaranması elektron qaimələr və ödəniş tapşırıqları bütün dövrü əhatə etmədiyindən və eyni zamanda üzləşdirilməsi mümkün olmadığından bu məbləğlərin hardan yaranmasını müəyyən etmək mümkün olmadığı göstərildiyindən, Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki işdə ilkin iddia tələbi üzrə iddianın qiyməti iddiaçı-cavabdehin “iddianın həcminin artırılması tələbi barədə” ərizəsi nəzərə alınmaqla göstərdiyi xidmətlərin dəyəri olan 20387 (iyirmi min üç yüz səksən yeddi) manat və Naxçıvan Sağlamlıq X2 olan borcunu vaxtında ödəmədiyindən yaranan 2714 (iki min yeddi yüz on dörd) manat zərər olmaqla cəmi 23101 (iyirmi üç min yüz bir) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 159.30 (bir yüz əlli doqquz manat otuz qəpik) manat olaraq müəyyən edilir. İlkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 106,43 manat (bir yüz altı manat qırx üç qəpik) məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməlidir. İlkin iddia tələbi üzrə iddianın təmin olunmamış 33,19% hissəsinə mütənasib olaraq 52,87 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumu 159.30 manat məbləğində deyil, 161,54 manat məbləğində, yəni artıq olaraq ödənildiyindən dövlət rüsumunun artıq ödənilən hissəsi yəni, 2,24 (iki manat iyirmi dörd qəpik) manat məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçı-cavabdeh İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Bundan əlavə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia tələbləri üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-16-33-13/2-303/2025 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısının, yəni 50,00 (əlli) manatın ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq 33,41 (otuz üç manat qırx bir qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15, qalan 16,59 (on altı manat əlli doqquz qəpik) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddia təmin olunmadığından təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısı, yəni 50,00 (əlli) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə əsas borc məbləği 15434,90 AZN (on beş min dörd yüz otuz dörd manat, doxsan qəpik) cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməli, ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 106,43 manat (bir yüz altı manat qırx üç qəpik) məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməli, ilkin iddia tələbi üzrə dövlət rüsumunun artıq ödənilən hissəsi yəni, 2,24 (iki manat iyirmi dörd qəpik) manat məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçı-cavabdeh İddiaçı qaytarılmalı, təkrar məhkəməmühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısının, yəni 50,00 (əlli) manatın ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq 33,41 (otuz üç manat qırx bir qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15, qalan 16,59 (on altı manat əlli doqquz qəpik) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməli, ilkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi üzrə iddia təmin olunmadığından təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısı, yəni 50,00 (əlli) manat məbləği cavabdehiddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İlkin iddia üzrə iddiaçı-cavabdeh İddiaçı (FİN: xxxxxxx, VÖEN: **********) cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X21 (VÖEN: **********) qarşı pul tələbi barədə iddiası qismən əsaslı olduğundan qismən təmin edilsin. İlkin iddia üzrə borc məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat, doxsan qəpik) manat cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçı-cavabdeh İddiaçı verilsin. İlkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 106,43 (bir yüz altı manat qırx üç qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. İlkin iddia tələbi üzrə dövlət rüsumunun artıq ödənilən hissəsi yəni, 2,24 (iki manat iyirmi dörd qəpik) manat məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçı-cavabdeh İddiaçı qaytarılsın. Təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısının, yəni 50,00 (əlli) manatın ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq 33,41 (otuz üç manat qırx bir qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15, qalan 16,59 (on altı manat əlli doqquz qəpik) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilsin. İlkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddia təmin olunmadığından təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısı, yəni 50,00 (əlli) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 alınaraq X18 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-6/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-6/2025
29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver