Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-62/2023 18.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC 15 aprel 2023-cü il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 05 dekabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Belə ki, iddiaçı və cavabdehlərə dair müvafiq məlumatlar elektron formada göndərilmiş ərizənin tərəflərə dair məlumatların əks olunduğu bölməsində, yəni elektron ərizənin formasının müvafiq qrfalarında qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, ərizənin elektron nüsxəsi onun Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməli elektron variantı olduğundan həmin məlumatlar elektron ərizədə dəqiq göstərilməlidir. Məhkəmə bildirir ki, İddiaçı ASC iddia ərizəsi ilə 19 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi zaman iddiaçı tərəfindən məhkəməyə elektron formada ünvanlanmış ərizənin tərəflərə dair məlumatların əks olunduğu bölməsində, yəni elektron ərizənin formasının müvafiq qrfalarında iddiaçı və cavabdehə aid müvafiq məlumatlar (“Ünvan” hissəsində iddiaçı və bütün cavabdehlərin ünvanları, “Telefon” hissəsində isə hər iki tərəfin telefon nömrələri, poçt indeksləri) əks olunmuşdur. Lakin hazırda məhkəməyə elektron ünvanlanmış ərizədə tərəflərə dair məlumatların əks olunduğu bölmədə iddiaçı və cavabdehə aid müvafiq məlumatlar əks olunmamışdır. Belə ki, hazırkı elektron ərizənin “Ünvan” qrfasında cavabdehlərdən yalnız Cavabdeh3 ünvanı qeyd edilmiş, lakin digər cavabdehlər kimi göstərilən şəxslərin ünvanları qeyd edilməmişdir. Həmçinin 19 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olan elektron iddia ərizəsinin müvafiq qrfalarında tərəflərin telefon nömrələri və poçt indeksləri göstərilməsinə baxmayaraq hazırkı iddia ərizəsinin müvafiq qrfalarında telefon nömrələri və poçt indeksləri göstərilməmişdir.(əvvəlki ərizə sənədlərə əlavə edilir) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizəçi qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, ərizəçi ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, elektron formada göndərilmiş ərizənin tərəflərə dair məlumatların əks olunduğu bölməsində, yəni elektron ərizənin formasının müvafiq qrfalarında Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 cavabdeh olaraq qeyd edilmiş, lakin iddia ərizəsinin “Xahiş etdi” hissəsində isə borcun müştərək qaydada İddiaçı ASC-nin xeyrinə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutulması xahiş edilmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyə uyğun olaraq iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin hazırkı iddia ərizəsinin “Xahiş etdi” hissəsində elektron iddia ərizəsinin müvafiq qrafasında cavabdeh olaraq qeyd edilmiş Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qarşı hər hans bir tələbin mövcud olmadığını müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən xəbərdarlığın (mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd) qanunverilikdə nəzərdə tutulmuş qaydada, 150.2-ci maddəyə uyğun olaraq Cavabdeh3 göndərilməsi müəyyən edilmir. Məhkəmə iş üzrə cavabdeh olan zaminlərə (Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2) MPM-nin 150.2-ci maddəsinin onlara tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə qeyd edir ki, xəbərdarlığın (mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin) Cavabdeh2 çatdırılmasını təsdiq edən müvafiq sənəd, həmçinin iddia ərizəsinin Cavabdeh4 çatdırılmasını təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 çatdırılmasını təsdiq edən sənəd kimi iddia ərizəsinə yol qaimələri (poçt qəbzləri) əlavə edilsədə, həmin yol qaimələrində (poçt qəbzlərində) “Bu ünvanda yaşamır” qeydi olduğundan iddia ərizəsinin adı çəkilən cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd kimi məhkəmə tərəfindən nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, həmçinin İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB******************** olan 4 (dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. (yeni iddia ərizəsi verildikdə bu rüsumdan təkrar istifadə etməyin) Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB******************** olan 4 (dörd) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-62/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-62/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver