Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-65/2020 25.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı xx xxxxxx 2011-ci il tarixli, 037 saylı, xx xxxxxx 2011-ci il tarixli, 044 saylı və xx xxxxxxxx 2014-cü il tarixli, 194 saylı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi Pərvin Bağırov xx xxxxxxxx 2020-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxxxx 2011-ci il tarixli, 037 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 205.707.27 (iki yüz beş min yeddi yüz yeddi) manat 27 qəpik, hesablanmış faiz - 0 , cərimə borcu -0, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan faiz borcu - 48684.05 (qırx səkkiz min altı yüz səksən dörd) manat 05 qəpik , cəmi 254391.32 manat (iki yüz əlli dörd min üç yüz doxsan bir manat 32 qəpik), xx xxxxxx 2020-ci il tarixinə Cavabdeh MMC, xx xxxxxx 2011-ci il tarixli, 044 saylı kredit müqaviləsi üzrə əsas məbləğ – 91658.71 (doxsan bir min altı yüz əlli səkkiz) manat 71 qəpik, hesablanmış faiz -0 (sıfır), cərimə borcu – 0 (sıfır), kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan faiz borcu - 19996.88 (on doqquz min doqquz yüz doxsan altı) manat 88 qəpik cəmi 111655.59 manat (bir yüz on bir min altı yüz əlli beş manat 59 qəpik), xx xxxxxxxx 2014-cü il tarixli, 194 saylı kredit müqaviləsi üzrə əsas məbləğ –(sıfır), hesablanmış faiz -2839.39 (iki min səkkiz yüz otuz doqquz) manat 39 qəpik, cərimə borcu – 667.58 (altı yüz altmış yeddi) manat 58 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan faiz borcu -0 (sıfır), cəmi 3506.97 manat (üç min beş yüz altı manat 97 qəpik) məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.3-cü maddələrinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddia ərizəsini imza etmiş Qanuni nümayəndə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı sübut növü (etibarnamə) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, məhkəməyə ünvanlanmış elektron iddia ərizəsinə və ona əlavə olunmuş xx xxxxxx 2011-ci il tarixli, 037 saylı, xx xxxxxx 2011-ci il tarixli, 044 saylı və xx xxxxxxxx 2014-cü il tarixli, 194 saylı kredit müqavilələrinə nəzər yetirilərkən Cavabdeh MMC-nin vergi ödəyicisi nömrəsinin ********* olduğu müəyyən olunmuşdur. Lakin iddia ərizəsində göstərilən vergi ödəyicisi nömrəsi ********* olan Cavabdeh MMC ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1, 152.1.2 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda və iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Məhkəmə məlumat üçün iddiaçının nəzərinə çatdırır ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən məhkəməyə daxil olmuş 1100 saylı xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən məlum olur ki, X2 ölüm tarixi xx.xx.2008-ci il olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin **********043600 saylı xx xxxxxxxx 2020-ci il tarixli məktubunda isə Cavabdeh MMC üçün vərəsəlik qaydasında yeni sahibkarlıq barədə müraciətin olunmadığı və hal-hazırda cəmiyyətin təsisçisinin X2 olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı xx xxxxxx 2011-ci il tarixli, 037 saylı, xx xxxxxx 2011-ci il tarixli, 044 saylı və xx xxxxxxxx 2014-cü il tarixli, 194 saylı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-65/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-65/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver