Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-66/2024 02.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsi üzrə 01 noyabr 2023-ci il tarixə 5307.71 (beş min üç yüz yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 13.85 (on üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 17.000 (on yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********63-10301 reyestr nömrəli Şərur rayon, Çomaxtur kəndində olan 0.0243 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 15% dərəcəsi ilə 11.000 (on bir min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********63- 10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Çomaxtur kəndində 0.0243 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 18 aprel 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Şərur rayon 1 saylı dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 754 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan Cavabdeh ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə borcalana-ipoteka qoyan Cavabdeh “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsi təklif edildiyini, Cavabdeh 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə 5307.71 (beş min üç yüz yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 13.85 (on üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat kredit borcu öhdəliyinin olduğunu bildirmişdir. 15 dekabr 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, bankdan krediti heyvandarlıq üçün götürdüyünü, lakin heyvanlarının öldüyünü, müəllim işlədiyini, aylıq maaşının 500 manat olduğunu, başqa gəlir yerinin olmadığını, 500 manat maaşının 300 manatını kreditə verdiyini bildirmiş, 02 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında araşdırmanın ədalətli aparıldığını, nəticə nədirsə onu ödəyəcəyini qeyd etmişdir. 04 sentyabr 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini göstərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-66/2024 saylı qərardadı ilə İddiaçı ASC iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işi üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 27 sentyabr 2024-cü il tarixdə elektron qaydada məhkəməyə 15/00708 saylı ərizə ünvanlanaraq, həmin ərizədə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbinin azaldılması zərurətinin olduğu qeyd edilərək Cavabdeh 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsi üzrə 01 noyabr 2023-cü il tarixə 5307.71 (beş min üç yüz yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 13.85 (on üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tələbə bu həcmdə baxılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 02 oktyabr 2024-cü il tarixə, saat 15:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 27 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 12 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 49 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 13 fevral 2024-cü il tarixli, e-2-2(123)-66/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 20 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan “Məhkəməqiymətləndirmə” ekspertizası təyin edilmiş, 29 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 mart 2024-cü il tarixli, 04/98 nömrəli məktubu məhkəməyə daxil olmuş, məhkəmənin 02 sentyabr 2024-cü il tarixli, e- 2-2(123)-66/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: 01 noyabr 2023-cü il tarixli, 1340 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 11.000 (on bir min) manat kredit məbləği üzrə “01” noyabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 5307.71 (beş min üç yüz yeddi manat yetmiş bir qəpik) manat, faiz borcu 13.85 (on üç manat səksən beş qəpik) manat olmaqla cəmi öhdəliyi 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Naxçıvan MR, Şərur rayon, Çomaxtur kəndində olan 0.0243 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 181.96 kv.m olan ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 21/8 nömrəli reyestr kitabının 1423 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş 1080 saylı Arayışdan görünür ki, Cavabdeh məxsus Naxçıvan MR, Şərur rayon, Çomaxtur kəndində olan 0.0243 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 2 mərtəbəli ümumi sahəsi 181.96 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21/8 nömrəli reyestr kitabının 1423 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialının müdiri X4 şəxsində və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 24 ay müddətinə 11.000 (on bir min) manat məbləğində illik 15% dərəcəsi ilə kreditin tam və ya hissəhissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatını kimi banka DƏTMDX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus dəyəri 17.000 (on yeddi min) manat olan daşınmaz əmlakı təqdim edir. 3.1-ci bəndindən görünür ki, bankla ipotekaqoyan və borcalan arasında 18 aprel 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 30 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçının bank hesabına 300 (üç yüz) manat məbləğində vəsait ödənilmişdir. 12 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 300 (üç yüz) manat məbləğində vəsait ödənilmişdir. 26 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 210 (iki yüz on) manat məbləğində vəsait ödənilmişdir. 14 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 18 aprel 2019-cu il tarixli, KT1804/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 15% dərəcəsi olmaqla 24 ay müddətinə 11.000 (on bir min) manat məbləğində kredit verilmişdir. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********63-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində olan 0.0243 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 18 aprel 2019-cu il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borcluipoteka qoyan Cavabdeh olduğundan ipoteka müqaviləsi onlar tərəfindən imzalanmış və müvafiq olaraq Şərur rayon 1 saylı dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə bank tərəfindən adına kredit reyestrində xx.xx.2023-cü il tarixə 754 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 18 aprel 2019-cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsi üzrə Cavabdeh adına xx.xx.2023-ci il tarixə 5307.71 (beş min üç yüz yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 13.85 (on üç manat səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasını təsdiq edən sübut qismində 01 noyabr 2023-cü il tarixli, 1340 nömrəli maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 49 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 18 aprel 2019cu il tarixli, KT1804/05 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 3.597,07 (üç min beş yüz doxsan yeddi manat yeddi qəpik) manat, faiz borcu 573,73 (beş yüz yetmiş üç manat yetmiş üç qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Nəticədə məhkəmə 06 fevral 2024-cü il tarixli, 49 saylı ekspert rəyi ilə razılaşaraq cavabdehin əsas borcunun 3.597,07 (üç min beş yüz doxsan yeddi manat yeddi qəpik) manat, faiz borcunun 573,73 (beş yüz yetmiş üç manat yetmiş üç qəpik) manat olmaqla, ümumilikdə borcun 4170,80 (dörd min bir yüz yetmiş manat səksən qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən, 78,38% təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 27 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 12 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024cü il tarixli, 49 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 06 fevral 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş hissəsinə münasibətdə 47,03 (qırx yeddi manat üç qəpik) manat məbləği Cavabdeh, qalan 12,97 (on iki manat doxsan yeddi qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X1 sonra Prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, N-257 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirak etmiş, iddiaçının nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5321.56 (beş min üç yüz iyirmi bir manat əlli altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 73,22 (yetmiş üç manat iyirmi iki qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci 73,22 (yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən 73,22 (yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 78,38% hissəsinə mütənasib olaraq 57,39 (əlli yeddi manat otuz doqquz qəpik) manat məbləği Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan mediasiya xərcinin əhatə etdiyi 15,83 (on beş manat səksən üç qəpik) manat iddianın təmin edilməmiş hissəsinə aiddir. Lakin iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə X1 sonra Prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, N- 257 saylı arayışdan iddiaçı və cavabdeh tərəfin hər ikisinin xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirakı göründüyündən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 50 (əlli) manat məbləği Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməli, qalan 50 (əlli) manat məbləği isə təmin edilməməklə iddiaçının özünə aid edilməlidir. Bununla yanaşı, Cavabdeh tərəfindən 30 noyabr 2023-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 12 iyul 2024-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 26 avqust 2024-cü il tarixdə ödənilmiş 210 (iki yüz on) manat, 14 sentyabr 2024-cü il tarixdə ödənilmiş 220 (iki yüz iyirmi) manat 21 noyabr 2023-cü il tarixdən (iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən) icra edildiyindən həmin ödənişlər qətnamə icra edilən zaman, icra məmuru tərəfindən ödənilmiş məbləğlər olaraq nəzərə alınmalıdır. Nəticədə, iddia tələbi 78,38% əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 3.597,07 (üç min beş yüz doxsan yeddi manat yeddi qəpik) manat, faiz borcu üzrə 573,73 (beş yüz yetmiş üç manat yetmiş üç qəpik) manat olmaqla, ümumilikdə 4170,80 (dörd min bir yüz yetmiş manat səksən qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə münasibətdə 47,03 (qırx yeddi manat üç qəpik) manat məbləği Cavabdeh, qalan 12,97 (on iki manat doxsan yeddi qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməli, hər iki tərəf mediasiya sessiyasında iştirak etdiyindən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 50 (əlli) manat məbləği Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməli, qalan 50 (əlli) manat məbləği isə təmin edilməməklə iddiaçının özünə aid edilməli, 73,22 (yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 78,38% hissəsinə mütənasib olaraq 57,39 (əlli yeddi manat otuz doqquz qəpik) manat məbləği Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməli, qalan hissədə iddiaçı dövlət rüsumundan azad edildiyindən bu məsələyə toxunulmamalı, Cavabdeh tərəfindən 30 noyabr 2023-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 12 iyul 2024-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 26 avqust 2024-cü il tarixdə ödənilmiş 210 (iki yüz on) manat, 14 sentyabr 2024-cü il tarixdə ödənilmiş 220 (iki yüz iyirmi) manat olmaqla cəm olaraq 1030 (bir min otuz) manat qətnamə icra edilən zaman, icra məmuru tərəfindən ödənilmiş məbləğlər olaraq nəzərə alınmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (FİN: xxxxxxx; Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2358390) əsas borc üzrə 3.597,07 (üç min beş yüz doxsan yeddi manat yeddi qəpik) manat, faiz borcu üzrə 573,73 (beş yüz yetmiş üç manat yetmiş üç qəpik) manat olmaqla, ümumilikdə 4170,80 (dörd min bir yüz yetmiş manat səksən qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə münasibətdə 47,03 (qırx yeddi manat üç qəpik) manat məbləği Cavabdeh, qalan 12,97 (on iki manat doxsan yeddi qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 73,22 (yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 78,38% hissəsinə mütənasib olaraq 57,39 (əlli yeddi manat otuz doqquz qəpik) manat məbləği Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. Hər iki tərəf mediasiya sessiyasında iştirak etdiyindən iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 50 (əlli) manat məbləği Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin, qalan 50 (əlli) manat məbləği isə təmin edilməməklə iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən 30 noyabr 2023-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 12 iyul 2024-cü il tarixdə ödənilmiş 300 (üç yüz) manat, 26 avqust 2024-cü il tarixdə ödənilmiş 210 (iki yüz on) manat, 14 sentyabr 2024-cü il tarixdə ödənilmiş 220 (iki yüz iyirmi) manat olmaqla cəm olaraq 1030 (bir min otuz) manat qətnamə icra edilən zaman icra məmuru tərəfindən ödənilmiş məbləğlər olaraq nəzərə alınsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-66/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-66/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver