Məhkəmə qərarları › İş №e-2-2(123)-7/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-7/2023

28.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-7/2023 28.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil1, cavabdehin vəkilinümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 oktyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6297.32 (altı min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat borcun, X1 ödənilmiş 100 manatın və hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 12 fevral 2021-ci il tarixdə "xxxx" şirkətindən faktura əsasında Naxçıvan şəhərində yerləşən anbarından 7297.32 (yeddi min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat dəyərində qida məhsulunu şirkətdən təhvil alıb Şahid1 idarə etdiyi, şirkətə məxsus avtomaşınla Cavabdeh Qahab kəndində yerləşən evlərinə iki reyslə aparıb təhvil verildiyini, əvvəllər də onunla belə ticarət əlaqələrinin olduğunu, malı ona təhvil verdiklərini, onun isə bildiklərinə görə həmin malı Bakı şəhərinə göndərib orada satışını təşkil etdiyini, axırıncı dəfə verdikləri malın pulundan 1000 (bir min) manatını ödədiyini, 6297.32 (altı min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manatın qaldığını, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, pulunu ondan tələb edəndə malı satıb ziyana düşmüşəm, ona görə verə bilmirəm, lakin hissə-hissə ödəyəcəm dediyini, cavabdehin uzun müddət telefon zənglərini açmadığını, sonra isə onun yeni nömrəsini öyrənib pulunu tələb edəndə Bakı şəhərində restoran götürmüşəm işlədirəm, yavaş-yavaş pulunuzu ödəyəcəyəm, cavabını verdiyini, lakin bu günə kimi Cavabdeh borcundan bir manat belə olsun ödəmədiyini, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı X1 müraciət olunaraq müvafiq arayış alındığını, X1 müraciət edərək ilkin mediasiya sessiyasınının xərci olan 100 ( bir yüz) manat ödənişin və iddia ərizəsində tələb olunan məbləğ üçün ödəniləcək dövlət rüsumunun 83 (səksən üç) manat təşkil etdiyindən dövlət rüsumu ödəməkdən azad olunduğunu, Cavabdeh dəfələrlə pulunu istəməsinə baxmayaraq, bununla əlaqədar məhkəməyə müraciət etməli olacağını, bunun üçün çəkilən bütün xərcləri ondan tələb edəcəyini bildirməyinə baxmayaraq, borcunu ödəmədiyini qeyd etmişdir. 28 mart 2023-cü il tarixdə İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Babək rayon Qahab kəndində qeydiyyatda olan Cavabdeh 6297.32 manat borcun, X1 ödənilmiş 100 manatın və hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmiş, iddia ərizəsində 12 fevral 2021-ci il tarixdə "Bizim Qida' şirkətində faktura əsasında Naxçıvan şəhərində yerləşən anbarından 7297.32 manat dəyərində qida məhsullarını şirkətdən təhvil alıb Şahid1 idarə etdiyi şirkətə məxsus avtomaşınla Cavabdeh Qahab kəndində yerləşən evlərinə 2 relslə aparılıb təhvil verildiyini göstərdiyini, məhkəmə iclasında şahid kimi izahat verərkən Şahid1 fakturada göstərilən qida məhsullarının onun idarə eldiyi avtomaşına yığıldığını, onun isə apararaq Cavabdeh Naxçıvan şəhəri "Cahan" ticarət mərkəzinin arxasında yerləşən qaraja boşaldaraq təhvil verdiyini bildirdiyini, bununla əlaqədar olaraq fakturada göstəriən qida məhsullarının anbardan Şahid1 avtomaşınına yığılıb Cavabdeh göndərilərkən iddiaçının iştirak etmədiyini, sürücü Şahid1 iddiaçı ilə telefon əlaqəsi saxladığını, iddiaçının da Cavabdeh telefon nömrəsini ona verdiyini, Şahid1 malı aparıb Cavabdeh təhvil verərəkən iddiaçıya telefon açdığını, iddiaçını Cavabdehla danışdırdığını, iddiaçının da ona malı Cabirə təhvil ver dediyini, iddiaçının Şahid1 malı aparıb Babək rayon Qahab kəndində, orada təhvil verdiyini bildiyini bildirmiş, lakin, Şahid1 malı Cavabdeh Naxçıvan şəhəri Cahan ticarət Mərkəzinin arxasında yerləşən qaraja boşaldaraq təhvil verdiyinin məlum olduğunu, ona görə də iddia ərizəsindəki yanlışlığı dəqiqləşdirərək malın Cavabdeh Naxçıvan şəhəri Cahan Ticarət Mərkəzinin arxasında yerləşən qaraja boşaldılaraq təhvil verildiyi kimi göstərilməsini xahiş etdiyini, əlavə olaraq, Cavabdehla iddiaçının ticari əlaqəsinin 12 fevral 2021-ci il tarixdə olduğunu, bu keçən zaman ərzində həmin malların qiymətlərində artımlar müşahidə olunduğunu, bu məqsədlə də "xxxx" MMC-yə göndərdikləri sorğuya cavab verildiyini, 23 fevral 2023-cü il tarixli, 03 saylı məktubdan həmin malların satış qiymətlərinin artdığının məlum olduğunu qeyd etmək istədiklərini, iddiaçının ticarətlə məşğul olduğunu, 2 il bundan əvvəl satdığı malın dəyəri ilə bu gün həmin miqdarda mal ala bilmədiyini, Cavabdeh borcunu vaxtında qaytarmadığından iddiaçını ziyana saldığını, ona görə də iddiaçının iddia tələbinin həcmini artıraraq Cavabdeh 11280 manat, (200x27.60=5520 manat; 150x38.40=5760 manat; cəmi 5520+5760=11280 manat) borcun X1 ödənilmiş 100 manatın və Hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun alınıb iddiaçıya verilməsi tələbi daxilində baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizənin baxış mərhələsində verilməsinə baxmayaraq, məhkəmənin icraatına qəbul edilməsi və işə həmin tələb çərçivəsində baxılması məhkəmə tərəfindən qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə müvafiq olaraq bu ərizəyə etirazın yazılı surətdə bildirilməsi üçün cavabdeh tərəfə 20 gün vaxt verilmiş və bu məqsədlə məhkəmə baxışı iclasında fasilə elan edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq hər zaman Cabir mal istəyən dövrdə özü Elvindən Cabir məndən mal istəyir, əlavə yenə mallar istəyir, verək ya verməyək?-deyə maraqlandığını, Elvinin də ona məsləhət kimi köhnə hesabı bağlasın, sonra mal ver, hesab artmasın dediyini, Elvinlə şərik olmadıqlarını, malın pulunu Cabirin qaytara bilib-bilməyəcəyini maraqlandığını, həmin hesabını Cabirin çətinliklə də olsa bağladığını, 3-5 günə o pulu göndər gəlsin, sonra əlavə malları göndərək dediklərini, bu minvalla işlədiklərini, axırıncı dəfə də təqribən yeddi min üç yüz doxsan iki manat civarında mal verdiklərini, onun pulundan da cəmi min manat qaytardığını, qalan hamısının qaldığını, özünün Türkandan yox, Türkanın ekspeditorundan soruşduğunu, onun “malın bir reysini göndərmişik Qahab kəndinə, ikinci reysi də göndərmişik”, yəni ayrı-ayrı göndərdiklərini dediyini, bir malın Cabirə verildiyini, Cabirin də ona zəng edib “malı təhvil aldım” dediyini bildiyini, Cabirin malı harada qəbul etdiyini bilmədiyini, malın 200 karopka Ozmo, digərinin də Ozmo yumurta var 150 karopka da o olduğunu, yumurtanın bir, keklərin bir getdiyini bildirmişdir. İddiaçı həmçinin cavabdehin pulların hamısını məhkəmədə şahid qismində dindirilmiş, cavabdehin qonşusu Şahid2 vasitəsilə ona verdiyini, hər zaman onun da pulları gətirib özünə verdiyini, cavabdehin ona zəng edib “bu qədər pul göndərmişəm” dediyini, Elvinin də həmin pulları gətirib verdiyini, axırıncı dəfə verilən malların pulunu verməsi ilə bağlı cavabdehin ona zəng etmə halının baş vermədiyini, cavabdeh tərəfin bildirdiklərinin doğru olmadığını, düz olan hər şeyi Elvinin dediyini, Elvinin cavabdehin ən yaxın qonşusu olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirərək izahatında iddiaçının bildirdiklərini təsdiq edib iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbində iddiaçı tərəfin mal verilməsini xahiş etmədiyini, pul məbləğinin ödənilməsini xahiş etdiyini, özlərinin iddianı qəbul etmədiklərini bildirdiklərini, cavabdehin borclu olduğunu qəbul etmədiyini, məhkəmə prosesindəki barışıq ilə bağlı məsələni müvəkkilinə bildirdiyini, onun isə “qarşı tərəfin vicdanı olsaydı heç məni bugün məhkəməyə verməz idi, mənim vasitəmlə onlar nə qədər artıqlamasıyla pul qazanıblar, bugün mən onlardan aralanıb getmişəm, məndən pul qazanmaq istəyirlər, vicdanları olsaydı mənim vəziyyətimdən istifadə edib məhkəmədə mənə qarşı belə bir iddia ilə müraciət edib məndən pul tələb etməzdilər” dediyini, iddiaçı tərəfin cavabdehdən sözügedən malın pulunu alıb-almadığını bilə bilmədiyini, əvvəlki vəziyyətdə tərəflərin dost olduğunu, münasibətlərinin olduğunu, hazırki vəziyyətdə isə cavabdehin “mən pul tələbini qəbul etmirəm, bunların isə o pulu tələb etməyə haqları çatmır, çünki mən onlara artıqlaması ilə pul qazandırmışam, niyə iddiaçı indi gəlib məndən pul tələb edir mənim üçün anlaşılan deyil” dediyini, özünün də cavabdehə barışığı təklif etdiyini, məhkəmənin də prosesin barışıq ilə qurtarmasını təklif etdiyini, “gərək yoxdur məhkəmənin yekun qərarı çıxsın, icra olunsun”, dediyini, cavabdehin isə ona cavabında “onlar əllərini vicdanlarına qoysaydılar mənə qarşı bu tələbi irəli sürməməli idilər” dediyini bildirmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 əlavə olaraq Cavabdeh ilə barışıq sazişi ilə bağlı danışdığını, cavabdehin heç bir borcunun olmadığını, tələbin əsassız olduğunu, verilmiş malların pulunun vaxtında ödənildiyini bildirdiyini, qeyd edilən halları təsdiq edən hər hansı sübutun olmadığını, cavabdehə nəsə sübut olsa verməsini dediyini, cavabdehin iddiaçının mallarının pulunu kimin yanında verdiyini bilmədiyini, ancaq cavabdehin əvvəlki verilən malların hamısının pulunu verdiyini dediyini, cavabdehdən Elvinin bildirdikləri ilə bağlı soruşduğunu, Elvinin Bakıda olduğunu, cavabdehlə görüşüb söhbət etdiklərini, onun üzə gələ bilməyib iddiaçının yanında fərqli, cavabdehin özünün yanında fərqli danışdığını cavabdehin bildirdiyini, özünün də cavabdehə “imkan et, gəl məhkəmədə iştirak et” dediyini, şahidin cavabdehin əleyhinə danışdığını cavabdehə dediyini, cavabdehin isə şahidin “mənim yanımda da gəlib başqa cür danışır”, “yox, o qardaşdır” dediyini, onu özünün də anlaya bilmədiyini, cavabdehin əlavə olaraq iddiaçı tərəfin təqdim etdiyi sübutların əsası olmadığını qeyd etdiyini, iddiaçının malların pulunu Cabir mənə Elvin vasitəsilə verib dediyini, cavabdehin də pulu vermişəm, Elvin orada iddiaçının yanında fərqli, mənim yanımda fərqli danışır dediyini bildirmiş, həmçinin iddia tələbinin təsdiqi kimi təqdim edilmiş sübutların əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə baxışı iclasında verdiyi ifadəsində həm İddiaçı, həm də Cavabdeh tanıdığını, Qurbanı bazardan, Cabiri də neçə illərdir kənddən tanıdığını, onun da özünün də Qahablı olduğunu, Cabirin istədiyi malların Qurbanla əlaqədar olan mallar olduğunu, onun alver etdiyini, əlində də pulunun olduğunu, Cabirin mən alver edirəm dediyini, özünün Qurban da alver edir, ikinizi də tanıyıram, edəcəksizsə alverinizi edin, sən pulunu verirsən, o da malını verir dediyini, bir müddət elə alver etdiklərini, təxminən 3-4 ay pulunu verib malını apardığını, axırıncı dəfə apardığı malın pulunu qaytarıb gətirmədiyini, Qurbana vermədiyini, onun özünə də Qurban deyir ki, Cabir malı aparıb, pulu gətirib verməyib dediyini, onun özünün də həqiqətən malı apardığını, pulunu gətirib vermədiyini təsdiq elədiyini, gətirib Qurbanın yanında şəxsiyyət vəsiqəsini Qurbana verdiyini, pulunu verəcəyəm, şəxsiyyət vəsiqəmi onda götürərəm dediyini, ondan sonra min manat pul gətirib Qurbana verdiyini, geri qalanının qaldığını, altı min iki yüz neçə manatdırsa o pulun hamısının qaldığını, özünün də həqiqətən o malı apardığını qeyd etdiyini, dediklərində gördüklərindən, eşitdiklərindən başqa heç nə olmadığını, Cabirin malı həqiqətən apardığından xəbəri olduğunu, özünün də yanında Qurbandan malı apardığını təsdiq elədiyini, malı sata bilmədiyini, zərər etdiyini, bunları onun ona belə dediyini, amma özünün Cabirin malı harada satdığını, nə etdiyini görmədiyini, aparıb Bakıdamı satıb, nə edib ondan xəbəri olmadığını, özünün də aparmışam, malı sata bilməmişəm, zərər eləmişəm, Qurbanın da pulunu çatdıracağam dediyini, şəxsiyyət vəsiqəsini də Qurbana onun yanında verdiyini qeyd etmiş, əlavə olaraq isə Cabirin bazarda alver eləmədiyini, Qurbanın etdiyini, onun bazardan mal alıb Bakıya göndərdiyini, Cabirə Qurbanla topdançı kimi alver edə bilərsən dediyini, bu gün onu da topdançı kimi tanıdıqlarını, onu da kimsə kiməsə tuş edib deyəndə ki, əlində pulu var, imkanı var, mal aparandı, özünün də mal verdiyini, özünü də kiminsə Bakıda hansısa alverçiyə meyvəli bazarında tuş etdiyini, özünün də oradan işlədiyini, gedib malı gətirdiyini, satdığını, aparıb pulunu verdiyini, Qurbanla Cabirin bir neçə vaxt alver elədiklərini, öz işinin üstündə olduğunu, özünün onlar alver edərkən yanlarında durub hansı alveri etdiklərində iştirak eləmədiyini, axırıncı dəfə verilən maldan məlumatının sonradan olduğunu, axırıncı dəfə, Qurbanın yanına gəldiyini, onun mal sifariş eləmişdilər, sonra biz bunu ləğv elədik, sonradan təzədən bu malı göndərdilər Cabirə dediyini, müdirin özünün də “Cabirlə danışmışam, özü göndərəcək pulunu” danışdığını, ondan sonra özünün həqiqətən belə bir hal baş verdiyindən xəbəri olduğunu, özündən də Cabir, sən elə bir mal aparmısan? soruşduğunu, onun “aparmışam, pulunu qaytaracağam” dediyini, bir aya verəcəyini dediyini bildirdiyini, bir aydan sonra heç verə bilmədiyini, sonra özünün Naxçıvana gəldiyini, Qurbanın yanında, Qurbanı yanına çağırdıqlarını, bəs belədi dediklərini, olubdur qardaş, başıma iş gəlib, malı aparmışam zərər eləmişəm dediyini, şəxsiyyət vəsiqəsini Qurbana verdiyini, pulu ödəyəndə sən mənim şəxsiyyət vəsiqəmi verərsən, qaytararsan özümə dediyini bildirmişdir. Şahid2 yenidən dindirildiyi 20 aprel 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində əvvəlki prosesdə dediyi kimi bu hala şahid olduğunu, Qurbana Cabirin borcu olmasından xəbəri olduğunu, özünün də Qurbana borcu olduğunu təsdiq etdiyini, yeddi min üç yüz neçə manat nə qədərsə dediyini, yadına gəldiyini, ondan sonra əlavə deyəcəyi, Cabirin vəkilinin guya Cabirin onunla məsələni bağladığını iddia etdiyini, Cabirin də özünə onu yalanladığını, “mən ona elə söz deməmişəm, o, özündən nə deyib, bilmirəm.” dediyini, özünün də belə deyib, yəni “biz Bakıda görüşmüşük, sən pulumu mənə çatdırmısan, məsələnimi bağlamısan” dediyini, “mən sənə pul verməmişəm” dediyini, sənin vəkilin belə deyib, özündən deyib? dediyini, “mən ona elə söz deməmişəm, yəqin ki, özündən deyib” dediyini, hətta Cabirin vəkilinə indi vəziyyətinin pis olduğunu, vəkilin işi bir az yubatmasını, vəziyyəti düzələn kimi pulu ödəməsi üçün apellyasiya verməsini vəkilə dediyini, cavabdehin vəkilinin şahidin cavabdehlə Bakıda görüşüb ona sənin borcun yoxdu dediyini, burda bir cür, onunla görüşəndə bir söz danışması barədə dediyinin tamamilə yalan olduğunu, gəlib burada üzünə qarşı deməsini, onu atdığı böhtana görə məhkəməyə verəcəyini, sübut etsə, Qurbanın pulunu özünün verəcəyini, sübut edə bilməsə onu məhkəməyə verəcəyini, Cabirlə özünün necə danışa biləcəyini, Cabirə “Cabir, sən məhkəməyə düşmüsən. Mən də Qurbana şahid durmuşam. Sən o pulu çatdırmalısan. Apar, pulu çatdır. Ya məhkəmə yolu ilə çatdıracaqsan, ya da belə.” dediyini, indi işlərinin olmayan vaxtı olduğunu, həmin ərəfə heç cavabdehlə görüşmədiyini, görüşmək üçün zəng elədiyini, axşam vaxtı Xırdalandayam dediyini, özünün də meyvəli bazarında olduğunu, gəl ora dediyini, “mən ora gələ bilməyəcəyəm” dediyini, onda sabah görüşək dediyini, sabahı da Qurbanın ona zəng edib Cabirin vəkili deyir ki, bunlar görüşüblər, məsələni də bağlayıblar dediyini, onda özlərinin görüşmədiyini, səhərisi görüşdüyünü, özünün axşam ona zəng edib “görüşək” dediyini, onun da gəl Xırdalana dediyini, onda da yolun uzaq olduğunu, özünün də yorğun olduğunu, getmədiyini, nə vaxt bekarsan, dediyini, sabah görüşək onda dediyini, yaxşı, sabah görüşək dediyini, səhərisi də Qurbanın ona zəng edib belə, “məhkəmədə vəkil dedi ki, Cabirlə Elvin görüşüblər.” dediyini, özlərinin heç görüşmədiklərini, özünün Cabirə zəng elədiyini, telefonu götürmədiyini, üç-dörd dəfə zəng elədiyini, sonda telefonu açdığını “Cabir, biz görüşmüşük sənlə Bakıda?” dediyini, “ yox, görüşməmişik” dediyini, “bəs sənin vəkilin deyib ki, biz sənlə görüşmüşük, sənlə məsələni bağlamışıq.”, Sən mənə pul vermisən? dediyini, “yox, verməmişəm” dediyini, “vəkilə belə söz demisən?” dediyini, “vəkilə mən elə söz deməmişəm.” dediyini, dediklərinin təsdiqi kimi özündə Cabirlə danışığının səs yazısına dair CD-yə yazılmış şəkildə materialın mövcudluğunu, cavabdehin vəkili gəlsəydi iclasa o sözləri ona deyəsi olduğunu, o səs yazısının özünün əlində “Cabir, sən bu pulu mənə vermisən, verməmisən? – Verməmişəm. Özünün diliylə ona pul vermədiyi, heç görüşmədikləri, o sözü demədiyi” barəsində olduğunu, cavabdeh tərəfin gəlib hər hansı vaxt “Cabir, sən doğrusan, Qurbana pul düşmür və yaxud da sən Qurbana pulu vermisən, məsələni bağlamışıq” dediyini əgər sübut eləsə o pulu Qurbana özünün verəcəyini, ayın 29-u axşam Cabirlə telefonda danışdıqlarını, özünün ona “biz görüşməliyik” dediyini, onun da “gəl görüşək” dediyini, özünün “indi gələ bilməyəcəyəm, sən hardasan?” dediyini, “mən Xırdalandayam, Sumqayıt tərəfə gəl” dediyini, getmədiyini, onda sabah görüşək, dediyini, sabah dediyinin yəqin ki, məhkəmənin olacağı gün olduğunu, həmin gün Qurbanın ona zəng edib “bəs belə deyilir məhkəmədə” dediyini, “axı biz hələ görüşməmişik Cabirlə, bugün görüşəcəkdik” dediyini, ondan sonra özünün Cabirə zəng elədiyini, 29-u zəng etdiyini, Qurbanın ona deyəndən sonra ki belə söhbət olub təkrarən zəng elədiyini, Cabirə “sən vəkilinə demisən ki Elvinlə görüşmüşəm, Elvinlə məsələni bağlamışıq, mənim Qurbana borcum yoxdur?” dediyini, onun da “mən elə söz deməmişəm” dediyini, cavabdehin vəkilinə “mənim hazırki vəziyyətim imkan vermir pulu ödəməyə, işlərim yaxşı getmir, prosesi uzada bilsəniz uzadın, mən elə vaxt olsun ki, o pulu ödəyə bilim” dediyini bildirdiyini, “mən vəkilimə bu cür demişəm, deməmişəm ki get, Elvinə böhtan at və ya mən Elvinlə görüşmüşəm” dediyini, vəkilin özündən o sözləri quraşdırdığını dediyini bildirmişdir. Şahid1 məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qurbanın mal yazdırdığını, özünün Qurbanın malını götürüb onun yanına getdiyini, gedib “Qurban əmi, sənin malın gəlib, malı hara boşaldaq, nə edək? dediyini, Qurbanın “gedin Cahan bazarın arxasına orada gəlib malı təhvil alacaqlar” dediyini, yəni Cabirin təhvil alacağını, özünün heç o adamı tanımadığını, 1 dəfə gəldiyini, orada gördüyünü, özünün aparıb malı təhvil verəndə bir dənə belə ev olduğunu, evin yanında da sarı qapının olduğunu, anbar kimi qaraj olduğunu, “boşaldın malı bura” dediklərini, malı boşaldıb ora Qurbanın qapısına getdiyini, “Qurban əmi, malı təhvil verdim, burdan qol çək, mən gedim” dediyini, Qolunu çəkdiyini, malı verdiyini, özünün çıxıb getdiyini, bundan sonrasını bilmədiyini, Qurbanın “adam gəlir” dediyini, nömrəsini verdiyini, o adamın ora gəldiyini, “mal bizimdir” dediklərini, özünün də Qurban əmiyə zəng vurub “Qurban əmi, adam gəldi, malı verim?” dediyini, “ver” dediyini, malı verəndən sonra özünün qol çəkib getdiyini, Qurbana da qol çəkdirib çıxıb getdiyini, qol çəkdirdiyi sənədin faktura olduğunu və şirkətdə olduğunu, fakturanın da müdirin özündə qaldığını, Qurbanın “apar filankəsdir, gəlsin ora malı təhvil ver” dediyini, malı təhvil verəndən sonra Qurbanın dükanına getdiyini, malın alınması ilə bağlı Cavabdeh qol çəkdiyini, fakturada da qolu olduğunu, sonra da həmin fakturanı qaytarıb Qurbana gətirib verdiyini, Qurbanın da qol çəkdiyini, sonra idarəyə verdiklərini, malı verəndə orada qol çəkdirdiyini, 1 fakturanın iddiaçıda, 1 dənə fakturanın özündə olduğunu, ondan başqa faktura olmadığını, fakturanın özündə deyil, şirkətdə olduğunu, öz fakturasının olmadığını, fakturada 2 dənə qol olduğunu, birinin iddiaçının olur, birinin də öz qolu olduğunu, malın dəyəri barədə məlumatın yadında olmadığını, dəqiq deyə bilməyəcəyini, vaxtı dəqiq xatırlamadığını, amma çoxdan gedən mal olduğunu, hər gün mal payladığını, tam yadımda qalmaya biləcəyini, şirkətin mal paylayanı olduğunu, dükançıya yazdıqlarını, onların aparıb malı verdiklərini, malı dəqiq Cavabdeh verdiyini, Cavabdeh həmin qolu malı təhvil aldığına görə çəkdiyini, özünün pulu alan deyil, sadəcə sürücü olduğunu, məsəl üçün Qurbanın malı yazdığını, özünün apardığını, cavabdehin orada olduğunu, özünün Qurbana fakturanı verdiyini, qolunu çəkib çıxıb getdiyini, Cavabdeh verdiyi malın Qurbanın malı olduğunu, Qurbanın adına gedən mal olduğunu, Qurbanla onun iş gördüyünü, Qurbanın malı adına yazdırdığını, aparıb cavabdehə verdiklərini, Qurbanın onu ora yönləndirdiyini, Qurbanın yəqin güvəndiyinə görə, apar ona deydiyini, Qurbanın cavabdehlə iş gördüyünü, özünün iş görən deyil, sadəcə sürücü olduğunu, onun maşınına 3 dənə un qoyurlarsa deyirlər “apar, Qurbana təhvil ver”, özünün də vəzifəsınin bu olduğunu, aparıb Qurbana təhvil verdiyini, “Qurban əmi, malın gəldi?” Bəli. “Düzdü?” Bəli. Burdan qol çək, get dediyini, Qurbanın onu ora yönləndirdiyini, yəqin ki, elə məsləhət gördüyü üçün “ver ona” dediyini, fakturada Qurbanın adı olduğunu, malı Azərsunun anbarından, Qurbanın adına götürdüyünü, malı götürəndən sonra Qurbanın dükanına getdiyini, Qurbana “Qurban əmi, malını gətirmişəm” dediyini, Qurbanın ona “get, səni yönləndirəcəyəm” dediyini, ona nömrə verib “get Cahan bazarın arxasına” dediyini, ora getdiyini, orada duranda Qurbana zəng vurub “Qurban əmi, bunlar gəlmədi” dediyini, “gözlə, gəlirlər” dediyini, adamların gəldiyini, malı verib çıxıb getdiyini, sonra da Qurbanın dükanının qapısına gedib qolunu çəkib çıxıb getdiyini, malı karopka karopka sayıb götürdüklərini, mal barədə heç nə demədiklərini, Cavabdeh elə dərindən tanımadığını, tanıdığının Qurban əmi olduğunu, Cavabdeh üzdən görsə tanıyacağını, malı aparıb cahan bazarın arxasında bir dənə belə qarajda təhvil verdiyini, bir reys aparıb orada boşaltdığını, Qahaba belə getmədiyini, desə ki, “Qahabda tanıyıram onu” “durun gedək qapısına göstər görək harada boşaltmısan onun qapısına” deyə biləcəklərini, bu dəqiqə Cahanın arxasında malı boşaltdığı qarajı tanıdığını, Cavabdeh şəklini görsə tanıyacağını, pul məsələlərinə qarışmadığını, o işlərin onun işi olmadığını, yalan danışa bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini, eləcə də şahid ifadələrini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Belə ki, iş materiallarında olan TF**********0 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"-nın fakturasının təsdiq olunmuş tərcüməsindən görünür ki, İddiaçı SP**********6 saylı sifarişi əsasında mərkəz anbardan Şölen 013-3540.03 kodlu, X7 6 box 24p. 20q. açıqlamalı, miqdar 200, vahid q. qiyməti 22,08, toplam 4.416,48, Şölen 017-5809.03 kodlu, Ozmo Ogopogo 4box 24p. 30q. açıqlamalı, miqdar 150, vahid kl. qiyməti 20,20, toplam 3.029,76 olmaqla, mal salamat şəkildə İddiaçı təslim edilib, onun tərəfindən təhvil alınmış, faktura məbləği cəmi 7.297.32 manat təşkil etmişdir. İş materiallarında olan, iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilən vəsatət əsasında 15 fevral 2023-cü il tarixdə verilmiş sorğuya "xxxx" MMC-nin 21 fevral 2023-cü il tarixli, 02 saylı cavab məktubundan görünür ki, İddiaçı adına yazılmış xx.xx.2021-ci il tarixli, TF**********0 saylı fakturada qeyd olunan 7.297,32 dəyər AZN olmaqdadır. Fakturada TL yazılmağının səbəbi proqram təminatının Türkiyə istehsalı olmasıdır, bu proqram təminatı 2023-cü ildən AZN olaraq dəyişdirilmişdir. İş materiallarında olan Babək Rayon Vergilər İdarəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, **********717700 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ********** saylı VÖEN-lə Babək Rayon Vergilər İdarəsində qeydiyyatdan keçmiş, ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. İş materiallarında olan, AZEMİS Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2022-ci il çap tarixli vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2010cu il tarixdən ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 223 saylı arayışdan görünür ki, Cavabdeh Babək rayonunun Qahab kəndində qeydiyyatdadır, haliyədə Bakı şəhərində yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia tələbi ilə bağlı Cavabdeh məhkəməyə müraciət ediləcəyi ilə əlaqədar olaraq xəbərdarlıq edilmiş, həmin məktub qarşı tərəfə Babək Rayon Vergilər İdarəsi vasitəsilə elektron qaydada göndərilmişdir. İş materiallarında olan X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1/R-824 saylı X3 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı kommersiya borcunun ödənilməsi tələbi ilə bağlı olaraq X3 iştirak etmiş və 100 manat məbləğində İMS xərcini ödəmiş, Cavabdeh isə İMS-də iştirak etməmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli, AAU seriyalı, 180200 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 100,00 manat məbləğində ilkin mediasiya xərcini ödəmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli, 04/380 saylı hüquqi yardım üzrə xidmət müqaviləsindən görünür ki, İddiaçı və Vəkil1 arasında pul tələbi ilə bağlı Naxçıvan MR Kommersiya Məhkəməsində yerinə yetirilməli olan hüquqi yardım üzrə tapşırıq barədə müqavilə bağlanmış və 400.0 (dörd yüz) manat məbləğində qonorar və xərclər təyin olunmuşdur. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli, 005393 saylı qəbzin kötüyündən görünür ki, İddiaçı 04/380 nömrəli razılaşma və 008001 saylı order üzrə 400.0 (dörd yüz) manat məbləğində pul vəsaitini Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına ödəmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli, AR-İİ № 831070 saylı etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil1 3 il müddətinə etibarnamə üzrə nümayəndəlik səlahiyyətləri verilmişdir və həmin etibarnamə 10 oktyabr 2025-ci il tarixə qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC-nin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ünvanladığı 23 fevral 2023-cü il tarixli, 03 saylı məktubundan görünür ki, 15 fevral 2023-cü il tarixli, 2/210 №-li məktuba əsasən, 12 fevral 2021-ci il tarixli fakturaya daxil olan malların həmin günə olan AZN qiymətləri aşağıdakı kimidir: X7 6box24pcs 1KT-27.60 AZN OZMO Ogopogo 4box24pcs 1KL – 38.40 AZN İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli, 11326 saylı qəbzindən görünür ki, İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 60.00 AZN məbləğində dövlət rüsumunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iş üzrə Şahid2 tərəfindən CD- R-də təqdim edilmiş, cavabdehlə danışığının səs yazısına dair material şahidin həmin iclasda cavabdehlə danışığı ilə bağlı bildirdiklərini təsdiq etməkdədir. Qeyd olunanlara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də 12 fevral 2021-ci il tarixdə "xxxx" şirkətindən faktura əsasında mərkəz anbarından 7297.32 (yeddi min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat dəyərində qida məhsulunu şirkətdən təhvil almışdır. Həmin malların Cavabdeh təhvil verilməsi, onun bu malların dəyərini təşkil edən məbləğdən 1000 (bir min) manatı iddiaçıya ödəməsi, qalan hissədə hələ də ödəyə bilmədiyi və iddiaçıya borcunun qalması iş üzrə müvafiq şahid ifadələri ilə də öz təsdiqini tapmaqdadır. Eyni zamanda məhkəmə bildirir ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada əldə edilmiş razılaşma üzrə ticarət əlaqələrinin aparılması işin mübahisəsiz halıdır, bu hal isə məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halları ilə əlaqələndirildiyində nəticə olaraq onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətlərinin mövcud olmasını müəyyən etməyə əsas verməkdədir. Müəyyən edilmiş öhdəlik üzrə isə İddiaçı öz üzərinə düşən öhdəliyini icra edərək malları Cavabdeh təhvil vermiş, qarşı tərəf isə kreditor olan İddiaçı öhdəliyini lazımi qaydada icra etməmiş və ona borclu qalmaqda davam etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halı ondan ibarətdir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi səbəbindən iddiaçıya zərər vurulmuşdur. Belə ki, iş materiallarında olan TF**********0 saylı, xx.xx.2021-ci il tarixli "xxxx"-nın fakturasının təsdiq olunmuş tərcüməsindən görünür ki, İddiaçı SP**********6 saylı sifarişi əsasında mərkəz anbardan götürdüyü X7 6 box 24p. 20q. açıqlamalı, 200 miqdar, malın vahidinin qiyməti 22,08 olmaqla, toplam 4.416,48, Ozmo Ogopogo 4box 24p. 30q. açıqlamalı, 150 miqdar, malın vahidinin qiyməti 20,20, toplam 3.029,76 olmaqla faktura məbləğinin cəmi 7.297,32 TL təşkil edir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilən vəsatət əsasında 15 fevral 2023-cü il tarixdə verilmiş sorğuya "xxxx" MMC-nin 21 fevral 2023-cü il tarixli, 02 saylı cavab məktubundan isə İddiaçı adına yazılmış xx.xx.2021-ci il tarixli, TF**********0 saylı fakturada qeyd olunan 7.297,32 dəyərin AZN olması, fakturada TL yazılmağının səbəbinin proqram təminatının Türkiyə istehsalı olması müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan "xxxx" MMC-nin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər Hüquq Məsləhətxanasına ünvanladığı 23 fevral 2023-cü il tarixli məktubundan 15 fevral 2023-cü il tarixli, 2/210 №-li məktuba əsasən, 12 fevral 2021-ci il tarixli fakturaya daxil olan malların həmin günə olan AZN qiymətlərinin X7 6box24pcs 1KT-27.60 AZN, OZMO Ogopogo 4box24pcs 1KL – 38.40 AZN olması göründüyündən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ticarətlə məşğul olduğundan və öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən ona hazırda cavabdeh tərəfindən alınmış malın pulunun qalan hissəsi ödənilsə belə, həmin miqdarda mal ala bilməsi mümkün olmayacaq, nəticədə eyni miqdarda malı ala bilməsi üçün ya özü əlavə xərc çəkməli, yaxud da həmin pula daha az miqdarda mal almalı olacaqdır. Bu isə hər bir halda iddiaçının pul itkisinə gətirib çıxaracaqdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 135.1-ci maddəsinə əsasən, bu məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Tələbin həcminə münasibətdə məhkəmə qeyd edir ki, vahidinin qiyməti 22,08 manat olmaqla 200 miqdar X7 6 box 24p. açıqlamalı məhsulun vahidinin hazırki qiyməti 27.60 AZN, vahidinin qiyməti 20,20 manat olmaqla 150 miqdar Ozmo Ogopogo 4box 24p. açıqlamalı məhsulun vahidinin hazırki qiyməti 38.40 AZN olduğundan, 200x27.60=5520 manat məbləğ və 150x38.40=5760 manat məbləğ toplanıldıqda belə məlum olur ki, hal—hazırda iddiaçının həmin miqdarda mal ala bilməsi üçün ümumilikdə 11.280 manat pul vəsaitinə ehtiyacı olacaqdır. Lakin iddiaçının özü cavabdehin malın pulundan 1000 (bir min) manatı ödədiyini təsdiq etdiyindən, qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddiasında göstərdiyi 11280 manat pul məbləğinin 11280-1000=10280 manat hissəsini Cavabdeh tələb edə bilər, iddia tələb edilən məbləğə münasibətdə qismən əsaslıdır və qismən təmin olunmalıdır, yəni Cavabdeh tələb olunan borcdan 10280 manat alınaraq iddiaçıya verilməsi etimal edilir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığı qismən sübuta yetirilsə də, məhkəmə baxışı iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Cavabdeh borclu olduğunu qəbul etmədiyini bildirməsinə baxmayaraq, iddiaçıdan alınmış malın pulunun ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən müddəa məhkəmənin öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmasını nəzərdə tutsa da məhkəmə bildirir ki, 20 aprel 2023cü il tarixli məhkəmə baxışı iclasında iş üzrə Şahid2 tərəfindən məhkəməyə CD-R-də təqdim olunmuş cavabdehlə danışığının səs yazısına dair materialın CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilməsi mümkün olmamış, həmçinin bu mümkünsüzslük İKT tərəfindən də təsdiq edilmiş və aktlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bundan əlavə məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0-cı və 2.0.1-ci maddələrinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. MPM-in 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və 115.0, 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni hazırki vəziyyətdə məhkəməyə ilkin olaraq verilmiş iddianın qiyməti 6297.32 (altı min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat olduğundan, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan rüsumun məbləği, 30 manat + 5297.32 (beş min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğin 1 faizi, yəni 52,9732 manat, ümumilikdə isə 82,9732 manat təşkil edir. Sonradan iddia tələbinin həcmi artırılaraq iddianın qiyməti ərizədə 11280 manat göstərildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi kimi müəyyən edildiyindən, artırılmış tələb üzrə iddia qiymətinə münasibətdə ödənilməli olan dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin, yəni hal-hazırda 1280 manatın 0,3 faizi, 3.84 manata bərabər olmaqla cəmi 123.84 manat təşkil edir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli, AAU seriyalı, 180200 saylı mədaxil qəbzindən İddiaçı 100,00 manat məbləğində ilkin mediasiya xərcini, Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli, 11326 saylı qəbzindən isə İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 60.00 AZN məbləğində dövlət rüsumunu ödəməsi müəyyən olunmuşdur. Nəticə olaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qiyməti üzrə cəmi 123.84 manat dövlət rüsumu ödənilməli olduğu halda və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbi nəzərə alınmaqla iddiaçı 100 manat məbləğində ilkin mediasiya xərcini ödədiyindən dövlət rüsumunun mediasiya xərcindən artıq hissəsi, yəni hazırki vəziyyətdə artırılmış iddia tələbi üzrə əlavə olaraq 23.84 manat ödənilməli idi. Lakin iddiaçı qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq olmaqla 60.00 manat, nəticədə 60.00- 23.84=36,16 manat artıq dövlət rüsumu ödəmişdir. Buna görə də, dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 36,16 manat məbləğ “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılmalıdır. Eləcə də, iddia qismən, 11280 manatın 10280 manat hissəsində, yəni 91,13 % təmin edilməli olacağından, dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun-123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməli, cavabdehdən 12.85 manat məbləğ alınaraq iddiaçıya verilməli, rüsumun qalan 10,99 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş materiallarında olan 09 avqust 2022-ci il tarixli, 005393 saylı qəbzin kötüyündən İddiaçı 04/380 nömrəli razılaşma və 008001 saylı order üzrə 400.0 (dörd yüz) manat məbləğində pul vəsaitini Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına ödədiyi müəyyən edildiyindən, iddia qismən, 91.13 % hissədə təmin edilməli olduğundan beləliklə iddiaçının vəkilə göstərdiyi hüquqi yardıma görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun 91.13 % hissəsi, yəni 364.52 manat məbləğ məhkəmə xərci kimi Cavabdeh tutularaq İddiaçı ödənilməli, həmin məbləğin qalan hissədə 400-364.52=35.48 manatı iddiaçının özünə aid edilməlidir. Əlavə olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, Cavabdeh hazırkı tələb üzrə X3 iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər İddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 100 manat məbləğində İMS xərci cavabdeh tərəfindən ona ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin olunmalı, Cavabdeh 10280 manat borc, Hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun 91.13 % hissəsi, yəni 364.52 manat məbləğ məhkəmə xərci kimi tutularaq İddiaçı ödənilməli, həmin məbləğin qalan hissədə 400-364.52=35.48 manatı iddiaçının özünə aid edilməli və X1 ödənilmiş 100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin, dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 36,16 manat məbləğ “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılmalı, iddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun-123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməli, 12.85 manat məbləğ iddiaçıya verilməli, rüsumun qalan 10,99 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2-ci və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh 10280 manat pul məbləği, Hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun 91.13 % hissəsi, yəni 364.52 manat məbləğ məhkəmə xərci kimi tutularaq İddiaçı ödənilsin. Həmin məbləğin qalan hissədə 400-364.52=35.48 manatı iddiaçının özünə aid edilsin. X1 ödənilmiş 100 manat Cavabdeh alınıb iddiaçıya verilsin. Həmçinin, dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 36,16 manat məbləğ “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılsın. İddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun-123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün və cavabdehdən 12.85 manat məbləğ alınaraq iddiaçıya verilsin, rüsumun qalan 10,99 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar