Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-7/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC 16 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsi üzrə 03 may 2023-ci il tarixə 150824.47 (bir yüz əlli min səkkiz yüz iyirmi dörd manat 47 qəpik) manat əsas borc, 13323.62 (on üç min üç yüz iyirmi üç manat 62 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 164148.09 (bir yüz altmış dörd min bir yüz səkkiz manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 276.33 (iki yüz yetmiş altı manat 33 qəpik) manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) manatın və iddia ərizəsinin verilməsinə görə ödənilən 54.15 (əlli dörd manat 15 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsini, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 86000 (səksən altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********15-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 6ində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, ilkin satış qiyməti 229000 (iki yüz iyirmi doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-06301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.08 kv.m olan qeyri-yaşayış binasının, ilkin satış qiyməti 76263 (yetmiş altı min iki yüz altmış üç) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh8 məxsus **********72-05101-093007 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, ilkin satış qiyməti 122490 (bir yüz iyirmi iki min dörd yüz doxsan) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********36-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 qızının, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh8, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvanbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 84 ay müddətinə illik 6% dərəcəsi ilə 271000 (iki yüz yetmiş bir min) manat məbləğində biznes krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********15-10301 reyestr nömrəli Naxçıvan MR, Babək ray., Şəkərabad kəndində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-06301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən ümumi səahəsi 527.08 kv.m olan qeyriyaşayış binası, xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh8 məxsus **********72-05101-093007 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********36-10301 reyestr nömrəli Naxçıvan MR, Babək ray., Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 02 iyun 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Kəngərli rayonu dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh3 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 838 gecikmə günü qeydə alındığını, İddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı borcalan Cavabdeh3 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini,, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin ipoteka qoyanlar – Cavabdeh1, Cavabdeh8, Cavabdeh2 və borcalan-ipotekaqoyan - Cavabdeh3 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə borcalana təklif ünvanlandığını, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Cavabdeh3 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsi üzrə 03 may 2023-ci il tarixə 150824.47 (bir yüz əlli min səkkiz yüz iyirmi dörd manat 47 qəpik) manat əsas borc, 13323.62 (on üç min üç yüz iyirmi üç manat 62 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 163148.09 (bir yüz altmış dörd min bir yüz səkkiz manat 09 qəpik) manat kredit borcu öhdəliyi olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı Naxçıvanbank” ASC-nin nümayəndəsi Nümayəndə 08 fevral 2024-cü il tarixdə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsi üzrə 03 may 2023-ci il tarixə 150824.47 (bir yüz əlli min səkkiz yüz iyirmi dörd manat 47 qəpik) manat əsas borc, 13323.62 (on üç min üç yüz iyirmi üç manat 62 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 164148.09 (bir yüz altmış dörd min bir yüz səkkiz manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 276.33 (iki yüz yetmiş altı manat 33 qəpik) manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) və iddia ərizəsinin verilməsinə görə ödənilən 54.15 (əlli dörd manat 15 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsini, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 86000 (səksən altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********15-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 6ində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, ilkin satış qiyməti 229000 (iki yüz iyirmi doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-06301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.08 kv.m olan qeyri-yaşayış binasının, ilkin satış qiyməti 122490 (bir yüz iyirmi iki min dörd yüz doxsan) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********36-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə “Cavabdeh3 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsi üzrə 03 may 2023-ci il tarixə 150824.47 (bir yüz əlli min səkkiz yüz iyirmi dörd manat 47 qəpik) manat əsas borc, 13323.62 (on üç min üç yüz iyirmi üç manat 62 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 164148.09 (bir yüz altmış dörd min bir yüz səkkiz manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 276.33 (iki yüz yetmiş altı manat 33 qəpik) manatın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) və iddia ərizəsinin verilməsinə görə ödənilən 54.15 (əlli dörd manat 15 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsini, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 86000 (səksən altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********15-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 6ində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, ilkin satış qiyməti 229000 (iki yüz iyirmi doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-06301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.08 kv.m olan qeyri-yaşayış binasının, ilkin satış qiyməti 122490 (bir yüz iyirmi iki min dörd yüz doxsan) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********36-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbi həddində baxılması qərara alınmışdır. Cavabdeh3 19 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında banka çox pul ödədiyini, bundan əvvəl də dəfələrlə ödədiyini, bankın ödədiyi məbləğləri faizə çıxıldığını, dəhşət dərəcədə faiz çıxdıqlarını, bunun da nəzərə alınmasını xahiş etdiyini, həmçinin onların iddiaçı ilə başqa problemlərinin olduğunu, o vaxt pul əvəzinə əmlak verdiklərini, pulun verilmədiyini, yəni iki yüz yetmiş min manat kredit yazıldığını, yüz iyirmi beş minini verdiklərini, yüz qırx beş minin əvəzinə isə ona əmlak verdiklərini, əmlakın da hal-hazırda girovda olan yer olduğunu, əmlakın bu iş üzrə girovda olduğunu, mülkünü satışa qoyduğunu, özünün də gəlirləri olduğunu, borcu bağlaya biləcəyini, onun sadəcə vaxt istədiyini, 3 və ya 4 ay vaxt verilsə və ya bank kredit verdiyi faiz dərəcəsi ilə borcu bir və ya iki ilə bağlasa borcunu ödəyəcəyini bildirmişdir. 08 aprel 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 16:05-ə təyin edildiyi, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. 08 aprel 2024-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X3, Cavabdeh2 və X10 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 01 iyun 2016-cı il tarixli, 0106701/SKF nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC, Naxçıvan MR X8 və Cavabdeh3 kredit müqaviləsi bağlanmış, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 84 ay müddətinə illik 6% dərəcəsi ilə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 271000 (iki yüz yetmiş bir min) manat kredit verilməsini öhdəsinə götürmüş, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. 02 iyun 2016-cı il tarixli, İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan X11 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 0106/01/SKF nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 02 iyun 2016-cı il tarixli, İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüquq ilə ona məxsus olan əmlakını 0106/01/SKF nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 02 iyun 2016-cı il tarixli, İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh3 mülkiyyət hüquq ilə ona məxsus olan əmlakını 0106/01/SKF nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 03 may 2023-cü il tarixli, 619 nömrəli arayışından görünür ki, Cavabdeh3 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə 150824.47 (yüz əlli min səkkiz yüz iyirmi dörd manat qırx yeddi qəpik) manat əsas, 13323.62 (on üç min üç yüz iyirmi üç manat altmış iki qəpik) manat faiz, cəmi borcu 164148.09 ( yüz altmış dörd min yüz qırx səkkiz manat, doqquz qəpik) manat təşkil edir. 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 illik 6% dərəcəsi ilə, 84 ay müddətinə 271000 (iki yüz yetmiş bir min) manat məbləğində verilmiş kreditin xx.xx.2016-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 84 ay müddətində ödənilməli olan faiz 85171.72 (səksən beş min yüz yetmiş bir manat yetmiş iki qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 356171.72 (üç yüz əlli altı min yüz yetmiş bir manat yetmiş iki qəpik) manat təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 527.08 kv.m, torpaq sahəsi 0.0625 ha olan, **********55-06301 reyestr nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 2/1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, 1497 nömrəli Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 15B ünvanında yerləşən ümumi sahəsi 527.08 kv.m olan qeyri yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2/1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2016-cı il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 527.08 kv.m olan Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 6ində mülkiyyətində olan 0.1932 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı 113.6 kv.m yaşayış,--- qeyri-yaşayış, 41.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 23/2 nömrəli reyestr kitabının 295 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, 1498 nömrəli Arayışdan görünür ki, Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, yardımçı sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23/2 nömrəli reyestr kitabının 295 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2016-cı il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 6i ünvanında 0.1932 ha torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-cu il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 6ində mülkiyyətində 0.13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62.36 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış 62.88 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 23/2 nömrəli reyestr kitabının 331 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2016-ci il tarixli, 1499 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, yardımçı sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23/2 nömrəli reyestr kitabının 331 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2016-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 6i ünvanında 0.13 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 120 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 05 iyun 2023-cü il tarixli, 7906 saylı xəzinə mədaxil orderindən görünür ki, "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən 13000 manat məbləğində kredit borcu ödənilmişdir. 05 iyul 2023-cü il tarixli, 7400 saylı xəzinə mədaxil orderindən görünür ki, "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən 3000 manat məbləğində kredit borcu ödənilmişdir. 24 noyabr 2023-cü il tarixli, 2016 saylı xəzinə mədaxil orderindən görünür ki, "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən 30000 manat məbləğində kredit borcu ödənilmişdir. Cavabdeh6 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Babək rayon Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin "xxxx" ASCyə girov qoyulmasına və gələcəkdə kredit və ona hesablanmış faizlər ödənilməzsə həmin əmlakın "xxxx" ASC-nin tələbi ilə heç bir məhkəmə qətnaməsi tələb etmədən satılıb borcun ödənilməsinə etirazı olmayıb. Cavabdeh7 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Babək rayon Şəkərabad kəndində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin "xxxx" ASC-yə girov qoyulmasına və gələcəkdə kredit və ona hesablanmış faizlər ödənilməzsə həmin əmlakın "xxxx" ASC-nin tələbi ilə heç bir məhkəmə qətnaməsi tələb etmədən satılıb borcun ödənilməsinə etirazı olmayıb. Cavabdeh5 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Babək rayon Şəkərabad kəndində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin "xxxx" ASC-yə girov qoyulmasına və gələcəkdə kredit və ona hesablanmış faizlər ödənilməzsə həmin əmlakın "xxxx" ASC-nin tələbi ilə heç bir məhkəmə qətnaməsi tələb etmədən satılıb borcun ödənilməsinə etirazı olmayıb. Cavabdeh4 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2 adına olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə girov (ipoteka) qoyulmasına etirazı olmayıb və gələcəkdə kredit və faizlər ödənilməzsə bankın ilk tələbi ilə satılmasına razı olmuşdur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana illik 6% dərəcəsi olmaqla 84 ay müddətinə 271000 (iki yüz yetmiş bir min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i kəndində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, mülkiyyət hüququ Cavabdeh2 məxsus qeyri-yaşayış binası, mülkiyyət hüququ Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 7ində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka müqavilələri əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh3 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hal isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə cavabdehə qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 984 nömrəli rəyindən görünür ki, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 01 iyun 2016-cı il tarixli, 0106/01/SKF nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 03 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3nın, "xxxx" ASC nə 03 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 142096,21 (bir yüz qırx iki min doxsan altı manat iyirmi bir qəpik) manat, faiz borcu 7223,22 (yeddi min iki yüz iyirmi üç manat iyirmi iki qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək sübut növü kimi qəbul edib həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 984 nömrəli məhkəmə eksperizasının rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 02 iyun 2016-cı il tarixdə İpoteka müqavilələri bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq üstünlüyü əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 59.3 və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 203.3 - 203.3.6-cı maddələrinə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Məhkəmə iddia tələbinin “1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsi 18 dekabr 2018-ci il tarixdə dəyişiklik edilərək Qanuna əlavə edildiyindən və hazırkı tərəflər arasında bağlanmış müqavilənin 01 iyun 2016-cı il tarixdə bağlanması göz önündə tutularaq həmin maddənin tətbiqinin mümkün olmadığı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin hissəsi tərəflər arasında bağlanmış Kredit və İpoteka müqavilələrindən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin “1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi”nə dair hissələrinə münasibətdə qismən haqlıdır. Belə ki, “1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X2, Cavabdeh2, X4 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbi Cavabdeh2 və X5 münasibətdə təmin edilməməlidir. Çünki nikah dövründə əldə edilən, Cavabdeh2 adına olan, X4 Naxçıvanbank” ASC-yə girov (ipoteka) qoyulmasına etirazı olmamasına dair ərizə verdiyi və ipoteka ilə yüklü edilən əmlak fərdi yaşayış evi deyil, qeyriyaşayış binasıdır və qeyri-yaşayış binasında qeydiyyatda olmaq halı mövcud deyildir. İddia tələbinin “tutmanın ilkin satış qiyməti 86000 (səksən altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********15-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 6ində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, ilkin satış qiyməti 229000 (iki yüz iyirmi doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-06301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 527.08 kv.m olan qeyri-yaşayış binasının, ilkin satış qiyməti 122490 (bir yüz iyirmi iki min dörd yüz doxsan) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh3 məxsus **********36-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Şəkərabad kəndində 0.1932 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqavilələri bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan Cavabdeh1 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 11 dekabr 2023-cü il tarixli Rəyinə və “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinin 11 dekabr 2023-cü il tarixinə bazar dəyəri 47800 (qırx yeddi min səkkiz yüz) manat təşkil edir. Likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 45400 (qırx beş min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 11 dekabr 2023-cü il tarixli Rəyi və “Qiymətləndirmə hesabatı” əsas götürülməli, Naxçıvan MR, ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 45400 (qırx beş min dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Həmçinin ipoteka predmeti olan Cavabdeh3 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 11 dekabr 2023-cü il tarixli Rəyinə və “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı fərdi yaşayış evinin 11 dekabr 2023-cü il tarixinə bazar dəyəri 67300 (altmış yeddi min üç yüz) manat təşkil edir. Likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 63900 (altmış üç min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 11 dekabr 2023-cü il tarixli Rəyi və “Qiymətləndirmə hesabatı” əsas götürülməli, Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 63900 (altmış üç min doqquz yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı ipoteka predmeti olan Cavabdeh2 məxsus digər daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 19 dekabr 2023-cü il tarixli Rəyinə və “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 15B ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı qeyri yaşayış binasının 19 dekabr 2023-cü il tarixinə bazar dəyəri 183100 (bir yüz səksən üç min yüz) manat təşkil edir. Likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 174000 (bir yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 19 dekabr 2023-cü il tarixli Rəyi və “Qiymətləndirmə hesabatı” əsas götürülməli, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 15B ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı qeyriyaşayış binasının ilkin satışı, likvid qiyməti ilə 174000 (bir yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 454.15 (dörd yüz əlli dörd manat on beş qəpik) manat təşkil edir. Belə ki, iddiaçı 400 manat məbləğində mediasiya xərci ödədiyindən çəkdiyi xərc həddində, yəni 400 manat məbləğində dövlət rüsumundan azad olmuş, qalan 54.15 (əlli dörd manat on beş qəpik) isə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 454.15 (dörd yüz əlli dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 90,97%-ə mütənasib olaraq 413.14 (dörd yüz on üç manat, on dörd qəpik) manat Cavabdeh3 aid edilməlidir. Belə ki, iddianın təmin olunmuş hissəsinə münasibətdə və iddiaçının qanuna uyğun olaraq azad edildiyi 400 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq dövlət gəlirlərinə alınmalı, qalan 13.14 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya qaytarılmalıdır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 54.15 (əlli dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun 41.01 manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid oluğundan iddiaçıya aid edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat məbləğində İMS xərci Cavabdeh3 tutularaq tutularaq iddiaçı "xxxx" ASC nə ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 11 dekabr 2023-cü il tarixli, 30 saylı məktubdan müəyyən olunur ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109.16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməlidir. X9 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 11 dekabr 2023-cü il tarixli, 31 saylı məktubdan müəyyən olunur ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109.16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 26 dekabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 19 dekabr 2023-cü il tarixli, 35 saylı məktubdan müəyyən olunur ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq qeyri-yaşayış binasının qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109.16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməlidir. Bunlarla yanaşı məhkəmə bildirir ki, iddiaçı “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ümumilikdə ödənilmiş 276.33 manat məbləği də tələb etmişdir. Belə ki, Cavabdeh8 mülkiyyətində olan əmlaka tutmanın yönəldilməsi barədə tələbi əvvəlcə mövcud olsa da ipoteka ilə yüklü edilmiş həmin əmlak yüklülükdən azad olunduğundan iddiaçı tərəf “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizədə Cavabdeh8 mülkiyyətində olan əmlaka tutmanın yönəldilməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Yəni iddiaçının belə bir tələbi olmadığından Cavabdeh8 mülkiyyətində olan əmlakla bağlı olaraq ödənilmiş, təsdiqetmə bildirişində öz əksini tapan 45 manat təmin edilməməlidir. Həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlaklarına dair iş materiallarına əlavə edilmiş təsdiqetmə bildirişlərindən görünür ki, 45 manat, 135 manat və 45 manat olmaqla ümumilikdə 225 manat ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 276.33 manat məbləğində tələbinin 225 (45+45+135) manat məbləğində hissəsi təmin edilməlidir. Həmçinin məhkəmə 05 iyun 2023-cü il tarixli, 7906 saylı; 05 iyul 2023-cü il tarixli, 7400 sayl və 24 noyabr 2023-cü il tarixli, 2016 saylı xəzinə mədaxil orderlərinə əsasən "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən ödənilmiş 13000, 3000 və 30000 məbləğində kredit borcunun qətnamənin icrası vaxtı icra məmuru tərəfindən icra zamanı ödənilən məbləğ olaraq nəzərə alınması qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh3 əsas borc üzrə 142096.21 (bir yüz qırx iki min doxsan altı manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 7223.22 (yeddi min iki yüz iyirmi üç manat iyirmi iki qəpik) manat olmaqla ümumilikdə 149319.43 (bir yüz qırx doqquz min üç yüz on doqquz manat qırx üç qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 454.15 (dörd yüz əlli dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 90,97%-ə mütənasib olaraq 413.14 (dörd yüz on üç manat, on dörd qəpik) manat Cavabdeh3 aid edilərək iddianın təmin olunmuş hissəsinə münasibətdə və iddiaçının qanuna uyğun olaraq azad edildiyi 400 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq dövlət gəlirlərinə alınmalı, qalan 13.14 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya qaytarılmalı, iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat məbləğində İMS xərci Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC nə ödənilməli, Cavabdeh1 məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109,16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməli, Cavabdeh3 məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109,16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməli, Cavabdeh2 məxsus qeyri-yaşayış binasının qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109,16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi- (036)-545-77-39) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ümumilikdə ödənilmiş 225 manat məbləği bütünlükdə Cavabdeh3 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 15B ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı qeyri-yaşayış binasına yönəldilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı ilkin satış qiyməti 45400 (qırx beş min dörd yüz) manat olan fərdi yaşayış evi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı ilkin satış qiyməti 63900 (altmış üç min doqquz yüz) manat olan fərdi yaşayış evi və ipoteka predmeti olan Cavabdeh2 məxsus Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 15B ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı ilkin satış qiyməti 174000 (bir yüz yetmiş dörd min) manat olan qeyri-yaşayış binası açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh3 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X3 və həmin evlərdə qeydiyyatda olan digər şəxslər fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmalı və fərdi yaşayış evi yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməli, "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən ödənilmiş 13000, 3000 və 30000 məbləğləri cəm olaraq 46000 (qırx altı min) manat məbləği qətnamənin icrası vaxtı icra məmuru tərəfindən nəzərə alınması və iddia qalan hissələrdə təmin edilməməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh3 əsas borc üzrə 142096.21 (bir yüz qırx iki min doxsan altı manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 7223.22 (yeddi min iki yüz iyirmi üç manat iyirmi iki qəpik) manat olmaqla ümumilikdə 149319.43 (bir yüz qırx doqquz min üç yüz on doqquz manat qırx üç qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 454.15 (dörd yüz əlli dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun, iddianın təmin edilmiş hissəsinə, yəni 90,97%-ə mütənasib olaraq 413.14 (dörd yüz on üç manat, on dörd qəpik) manat məbləğin 400 (dörd yüz) manat hissəsi Cavabdeh3 tutularaq dövlət gəlirlərinə alınsın, 13.14 (on üç manat 14 qəpik) manat hissəsi isə Cavabdeh3 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin, ödənilmiş olan 54.15 (əlli dörd manat 15 qəpik) manat dövlət rüsumunun 41.01 manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid oluğundan iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat məbləğində İMS xərci Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. "xxxx" ASC-nin AZ45NAXB**********0320000AZN saylı hesabına Cavabdeh3 tərəfindən 05 iyun 2023-cü il tarixli, 7906 saylı qəbzlə ödənilmiş 13000 (on üç min) manat, 05 iyul 2023-cü il tarixli, 7400 saylı qəbzlə ödənilmiş 3000 (üç min) manat və 24 noyabr 2023-cü il tarixli, 2016 saylı qəbzlə ödənilmiş 30000 (otuz min) manat məbləğində olmaqla, ümumilikdə 46000 (qırx altı min) manat məbləğində edilmiş ödəniş, qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ, icra zamanı cavabdeh tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınsın. Cavabdeh1 məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109.16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği, isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi- (036)-545-77-39) ödənilsin. Cavabdeh3 məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109,16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi- (036)-545-77-39) ödənilsin. Cavabdeh2 məxsus qeyri-yaşayış binasının qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 109,16 (bir yüz doqquz manat on altı qəpik) manat məbləği Cavabdeh3, qalan 10.84 (on manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi- (036)-545-77-39) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınması üçün, ********** qeydiyyat nömrəli ərizə ilə ödənilmiş 45 (qırx beş) manat, ********** qeydiyyat nömrəli ərizə ilə ödənilmiş 135 (bir yüz otuz beş) manat və ********** qeydiyyat nömrəli ərizə ilə ödənilmiş 45 (qırx beş) manat olmaqla ümumilikdə cəm olaraq 225 (iki yüz iyirmi beş) manat Cavabdeh3 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında 0.1932 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus ünvan 9 ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı qeyri-yaşayış binasına yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.24 kv.m, yaşayış sahəsi 62.36 kv.m, köməkçi sahəsi 62.88 kv.mdən ibarət 3 otaqlı ilkin satış qiyməti 45400 (qırx beş min dörd yüz) manat olan fərdi yaşayış evi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında 0.1932 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 154.7 kv.m, yaşayış sahəsi 113.6 kv.m, köməkçi sahəsi 41.1 kv.m-dən ibarət 5 otaqlı ilkin satış qiyməti 63900 (altmış üç min doqquz yüz) manat olan fərdi yaşayış evi və ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 9 ünvanında 0.0625 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 527.08 kv.m, əsas sahəsi 221.61 kv.m, köməkçi sahəsi 305.47 kv.m ibarət 13 otaqlı ilkin satış qiyməti 174000 (bir yüz yetmiş dörd min) manat olan qeyri-yaşayış binası açıq hərrac vasitəsi, yuxarıda göstərilən ilkin satış qiymətləri ilə satılsın. 1 (bir) ay ərzində həmin fərdi yaşayış evlərində qeydiyyatda olan Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, X3 və həmin evlərdə qeydiyyatda olan digər şəxslər fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onlar həmin yaşayış evlərindən qeydiyyatından çıxarılsın və fərdi yaşayış evi yararlı vəziyyətdə boşaldılaraq təhvil verilsin. Əmlakların satışdan əldə edilmiş vəsait Cavabdeh3 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğlər isə iptekaqoyan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bərabər olaraq, müştərək qaydada qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-7/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-7/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver