Məhkəmə qərarları › İş №e-2-2(123)-7/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-7/2025

04.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-7/2025 04.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 04 aprel 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurulmuş ziyanın əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat pulun və ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində 2005-ci ildən ticarətlə, Türkiyə Respublikasından gətirilən mebel, inşaat materialları və bəyaz əşyaların topdan satışı ilə məşğul olduğunu, bu ticarətlə 2010-cu ilə qədər tək məşğul olduğunu, belə ki, 2009-cu ildə Rusiya Federasiyasının Tümən şəhərində yaşayan bacanağı əlində 45000 dollar pul olduğunu bildirdiyini və bunu ona göndərməyi təklif etdiyini, o bu təkliflə razı olduğunu, bu puldan özü də istifadə edər nə zaman qayıtsa onun pulunu qaytarmağı düşündüyünü, o dolların bu dərəcədə yüksələcəyini gözləmədiyini, indi bacanağının bu günkü dolların kursu ilə ondan pulunu tələb etdiyini, həmin zamanlarda qardaşlar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhərindən nisyə olaraq Qazel markalı maşın gətirdiklərini, plastik satışı ilə məşğul olduqlarını, bir gün o Türkiyədə olanda Qurbanın ona yaxınlaşıb sən qazancını kənara verdiyinə ver mənə sənin mallarını mən daşıyım dediyini, onun da razılaşdığını, onun Qurbanla ortaq işə başladığını, ortaqlıq barədə heç bir razılıq olmadan işə başladıqlarını, bu ticarətdə bütün pullar onun olmasına baxmayaraq tam ortaqlığa girdiyini, bu işlərinin 2017-ci ilin fevral ayına qədər davam etdiyini, 2010-cu ildə Qurbanın böyük qardaşı Kamranın Prado yaxşı qazanc gətirdiyindən onunla şərik maşın almağını ona təklif etdiyini, o istəməsə də yenə də onunla razılaşdığını, adama 8000 (səkkiz) min manat pul qoyub Pradonu kreditlə aldıqlarını, sahibkara isə 7000 (yeddi min) manat borclarının qaldığını, Kamranın maşını öz adına keçirərək sahibkarlığı əldə etdiyini, Kamranla bir yerdə gedib-gələrək əldə etdikləri qazancla borclarını bağladıqlarını, ancaq Kamranın şərik maşına onun minməyinə razı olmadığından aralarında narazıçılığın yarandığını və maşını Kürtçülü kənd sakini Zaur adlı şəxsə 25000 (iyirmi beş min) manat olaraq danışdıqlarını, 18000 (on səkkiz min) manat aldığını, 7000 (yeddi min) manatını isə kreditlə razılaşdıqlarını, 18000 (on səkkiz min) manat pulun almasından onun xəbərinin olmadığını, şərikli olaraq ona çatası pulun ödənilmədiyini, Kamranın özünə 10-15 gündən sonra Vosvaqen markalı maşın aldığını, həmin ərəfədə Kamranla münasibətlərinin pisləşdiyini və o pulunu tələb etdiyində Kamranın vəziyyəti görüb maşını gətirib onun həyətinə atıb “sənin olsun” dediyini, o da bunu qəbul etmədiyini, Kamranın bu maşınla Türkiyədən mal daşıyacağını bildirdiyini, o ucuz nəqliyyat olaraq Qazeli qoyub bununla mal daşımayacağını bildirdiyini, lakin Kamranın inadından əl çəkmədiyini, yenə xırım-xırda mal daşıdığını və nəticədə maşının matorunun bağlandığını, onun da təmirinə 10.000 min manat pul qoyduqlarını, ümumilikdə isə Vosvaqenin təmirinə 15000 manata qədər şərik pulunun getdiyini, halbuki, tırla salyarka aparmaq üçün ona yalvardıqlarını, Kamrandan 2013-cü ildə pulunu çıxarıb özünə Prado aldığını, 2013-cü ildən 2021-ci ilədək qazandığı pulu Qurbanla böldüyünü, maşınların il məsələsi götürüldükdən sonra Pradonun qiymətinin yarı-yarıya endiyini, o Qurbana onun maşını ilə indiyədək olan qazancı yarı böldüklərini, indi cəriməyə şərik durmalı olduqlarını dediyini, Qurbanın bundan boyun qaçırdığını, 2017-ci ilin fevral ayında onlara səyyari VÖEN verilmədiyindən Qurbanla o məcburi mağaza götürməli olduqlarını, univermaqdan mağaza götürdüklərini, ilk olaraq o öz pulu ilə mağazaya 58.322 manatlıq mebellər yerləşdirdiyini, Kamran ona satıcıya verilən 300 manat pulu ona vermələrini, özünün idarə edəcəyini bildirdiyini, onlar bununla razılaşaraq Kamranla 300 manata razılaşdıqlarını, Kamranın xx.xx.2017-ci il tarixdə işə başladığını, qısa zamandan sonra Qurbanın düzüb qoşaraq Kamranı satıcıdan ortaqlığa döndürdüyünü, Qurbanın onda 2685 manat pulu olduğunu, 2023-cü il martın 31-dək nə qədər qazanc olubsa iki qardaşın ikisinin də götürdüyünü, yenə onun pulları ilə işə başladıqlarını, 2-ci mərtəbənin zibilliyini təmizləyəndən sonra yenidən o mağazaya 113,515 (yüz on üç min beş yüz on beş) manatlıq pul qoyduğunu, qardaşların onun mallarını nisyə buraxaraq ortada nə qədər qazancları var idisə hamısını mənimsədiklərini, Kamranı nə qədər başa saldığını, mal alışını çatdıra bilmədiyini, Kamranın həm nisyə payladığını, həm də özünün ayda 3-4 min manat apardığını dediyini, Qurbana da dələlərlə qardaşının işləməyinə imkan vermədiyini dediyini, Qurban da yəqin evini tamamlamayıb, ona görə pul götürdüyünü demiş, mağazanı boşaltmaqda davam etdiklərini, onu aldatdıqlarını, 2023cü ilin yanvar ayı evi girov qoyub 100.000 (bir yüz min) manat pul götürüb işləməyə başlayarıq dediklərini, onu aldadıb pul götürmədiklərini, onu aldatdıqlarına görə ayrılmaq qərarına gəldiyini, 31 mart 2023-cü ildə son hesablaşmanı etdiklərini, onun nisyəli və mal olaraq 96.807 manatının qaldığını, nisyələrdən onun aldığı 31.432 manat, mağazada qalan mallar 18020 manat, nisyədə 23768 manat pulunun qaldığını, hal hazırda Kamranın ona maddi ziyan vuraraq ona məxsus olan 23588 manat pul əldə etdiyini, bu son hesabı onunla bərabər yazdıqlarını, xx.xx.2018-ci ildə sex qurmaq üçün makinalara 13.000 manata qədər pul verdiyini, o bu işləri xx.xx.2023-cü ilədək Qurbanla şərik işlədiklərini, bu tarixə qədər nə qədər qazanc olub ikisi öz aralarında bölmüş, pulları şərik böldükləri zamanlarda Qurbanın bir dəfə də olsun Kamrana da bölək, o da bizə şərikdir ifadəsini işlətmədiyini, ayrılandan sonra isə Kamranın mənə də sexdən qazanc verəcəksiniz dediyini, o Kamrana sexə bir manat pul qoymadığını, ona nəyə görə pul verməli olduğunu demiş, 2017-ci ilin may ayında onlar, Qurban, Kamran və o şərik mağaza almışlar, mağazanın çıxarışı olmadığına görə heç Qurban Kamran və o heç birinin adına sənədləşdirə bilmədiklərini, sadəcə mağazanı qol kağızı ilə aldıqlarını, 2023-cü ilin mart ayında mağazaya kupça alınması üçün o 1795 manat pul verdiyini, mağazanın çıxarışı gələndən sonra onun xəbəri olmadan Qurbanın mağazanı öz adına keçirdiyini, o mağazanın satılmasını istəsə də Qurbanın ona rədd cavabı verdiyini, hesabları onların hər ikisinin yazdığını, mağazanın hesablarını Kamran ilə, sexin hesablarını Qurbanla, hər birinin dəftərində olan hesabları aydınlaşdıra biləcəklərini, tarix gün olaraq ikisində də eyni hesabların yazıldığını, tərəfindən aparılmış hesablaşmaya əsasən cavabdehlər tərəfindən ondan 48.000 (qırx səkkiz min) manat məbləğində pulunun götürüldüyünü, aralarındakı şəriklik pozulsa da cavabdehlərin ona vurduqları ziyanı ödəmək istəmədiklərini, əksinə birgə hesablamaya əsasən nisyə vermiş və ona çatmalı olan ödənişlər cavabdehlər lərəfindən toplanmaqla ona təkrar ziyan vurulduğunu, cavabdeh qardaşların ona qarşı qanunsuz əməlləri barədə tərəfindən Şərur rayon polis idarəsinə müraciət edildiyini, lakin orqan tərəfindən tərəflər arasındakı mübahisə mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsinin tövsiyə edildiyini, bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1097.5-ci, 1113.1-ci və 1113.2-ci maddələrinə istinad etmişdir. 17 aprel 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş etirazlarda iddiaçının Şərur Rayon Məhkəməsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə etiraz qeydi olduğundan həmin etirazlar məhkəmə tərəfindən qəbul edilməmiş, görünməsi üçün iş materiallarına əlavə edilmişdir. İddiaçı 12 iyun 2024-cü il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 27035 manat pulun və Cavabdeh2 20965 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Məhkəmə tərəfindən 12 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinə cavabdehlərin hər birinə münasibətdə ərizədə qeyd olunmuş həcmdə baxılması qərara alınmışdır. İddiaçı 3 iyun 2024-cü il tarixli ərizəsində məhkəmə prosesində qarşı tərəflərdən Cavabdeh1 və Cavabdeh2 -hər iki qardaşın əlbir olaraq özlərini doğru çıxarmaq ücün hər cürə yalanlar danışmaqla fikir yayındırmaq istədiklərini, o bütün haqq hesabları Kamranla tam dəqiqliklə getdiyini, onlar ayrılana qədər bir dəfə də olsun onların hansısa hesabında səhvlik olduğunu demədiyini, sonuncu hesablarını xx.xx.2023-cü il tarixdə getdiklərini, lakin Kamrana sərf eləmədiyinə görə axırıncı hesab getdikləri dəftəri gizlətdiyini, şərik olduğu mağazanın onun xəbəri olmadan öz adlarına keçirməyi və sonradan 33000 manata sataraq mənimsəmələrinin nə dərəcədə doğru olmasına rəy verilməsini məhkəmədən xahiş etdiyini, hər halda mağaza haqqhesabını heç bir hesaba qarışdırmayıb ona çatan pulları ödəməli olduqlarını, onların mağazanı işlətməyə gəldikdə o 2017-ci il fevralın 4 dən başlayaraq 2023-cü ilin martın 31-ə qədər olan hesabları dəqiqliklə məhkəməyə təqdim etdiyini, mağazanın bu hesablarını Kamranla birlikdə getdiklərini, lakin Kamranın məhkəmə prosesini qarışdırmaq ucun son hesab getdikləri dəftəri ortaya çıxarmaq istəmədiyini, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər mağazaya verdiyi malların 146.605 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər mağazadan aldığı pulların 88.283 manat, onların getdikləri ilk haqq hesabdan onun alacağının 58.322 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər mağazaya verdiyi malların 258.155 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər mağazadan aldığı pulların 144.640 manat, bu hesabdan onun mağazadan alacağının 113.515 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər verdiyi malların 181.355 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər aldığı pulların 164.322 manat, bu verdiklərindən alacağının 17.123 manat, bundan öncəki alacağının 113,515 manat + 17.123 manat, xx.xx.2019-cu ilə qədər alacağının 130.638 manat təşkil etdiyini, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan hesabdan verdiyi malların 102.299 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər aldığı pulların 67.086 manat, bu hesabdan alacağının 35.213 manat, bundan öncəki alacağının 130.638 manat, xx.xx.2020-ci il tarixə qədər cəmi alacağının 165.851 manat təşkil etdiyini, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər bölünən qazancdan ona çatan qazancın 29.912 manat təşkil etdiyini, xx.xx.2020-ci il tarixdə cəmi alacağının 195.763 manat olduğunu, son hesabdan verdiklərinin Sex Nazim ustaya 16.793 manat, Sex Tehran ustaya 8.000 manatdan ibarət olduğunu, sexə aldığı aksesuarlara 10,428 manat, bu verəcəkləri çıxandan sonra onun mal və nisyə olaraq alacağının 133.402 manat təşkil etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər verdiyi malların 103.777 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər aldığı pulların 103.753 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ona çatan qazancın 7.535 manat təşkil etdiyini, xx.xx.2020-ci il tarixə olan pulunun 133.402 manat, ona çatan qazancın 7.535 manat, bu tarixdə cəmi alacağının 140.937 manat olduğunu, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər verdiyi malların 41.078manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər aldığı pulların 41.217 manat, bu tarixdə ona düşən qazancın 3.456 manat olduğunu, xx.xx.2021-ci il tarixdə son alacağının 140.937 manat, ona düşən qazancın 3.456 manat, cəmi alacağının 144.393 manat olduğunu, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər verdiyi malların 212.292 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aldığı pulların 236.897 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər onun verəcəyinin 24.605 manat, ona çatan qazancın 20.063 manat, xx.xx.2021-ci il tarixdə alacağının 144.393 manat, xx.xx.2022-ci il tarixə onun cəmi alacağının 164.456 manat olduğunu, bu tarixdə dükana verəcəyinin 24.605 manat, xx.xx.2022-ci il tarixdə cəmi alacağının 139.851 manat olduğunu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər verdiyi malların 101.509 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aldığı pulların 134.012 manat, 134.012- 101.509=32.503 manat verəcəyi, cəmi alacağı 39.851+11.190 manat qazanc = 151.041 manat, onun pulu 151.141-32.503 verəcək = 118.633, bu tarixdə alacağının 118.633 manat olduğunu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər verdiyi malların 48.037 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər aldığı pulların 55.132 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər hesabdan verəcəyinin 7.115 manat, son hesabdan 118.633- 7.115=111.518+4.886 ona düşən qazanc, cəmi alacağının 116.384 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər aldığı pulların 23.656 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər verdiyi malların 3.480, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə ona çatan qazancın 599 manat, 116.384 manat + 599 manat qazanc = 116.983 manat, 120.463 hesabı – 23.656 aldığı pullar = 96.807 manat, o Kamrandan ayrılandan sonra xx.xx.2023-cü il tarixdə son hesabının 96.807 manat olduğunu, mebel sexinin Qurbanla getdikləri axırıncı hesabın xx.xx.2023-cü il tarixdə satışa gedən malların 79.170 manat, sexə aldığı material və rasxodların 63.390 manat, aldığı pulların 25.282 manat, Qurbanda olan pulların 38.525 manat, ustalara verdiyinin 7.379manat + 480 manat, 79.170 manat – 63.390 manat = 15.780 manat, 15.780 manat – 7.379 manat - 480 manat = 7.921 manat, qazanc 7.921 manat /2 = hərəsinə düşən qazancın 3.960 manat, Qurbanda olan pulun 38.525 – 25.282 aldığı pullar = 13.243 manat, 13.243 manat – 3.960 manat = 9.283 manat, 9.283 manat + 10.139 manat Qurbanın ona verəcəyi = alacağının 19.422 manat Türkiyədən gələn mallarda Qurbana düşən qazancın 12.151 manat, 19.422 - 12.151 = 7.271 manat, 7.271 manat – 4.000 manat = 3.271manat, Qurbanın sexin hesabından ona verəcəyinin 3.271 manat olduğunu bildirmişdir. Cavababdeh Cavabdeh2 10 iyun 2024-cü il tarixli ərizəsində 2009-cu ildən qardaşı Cavabdeh1la öz şəxsi Qazel markalı avtomobillərilə Türkiyə Respublikasından ticari mallar gətirib şərikli alver etdiklərini, 2010-cu ildə Talıb adlı şəxsın yaxınlaşıb onlara qoşulmağı, üçünün bir yerdə alver etməsini xahiş etdiyini, onların razılaşdığını, sonra malları birlikdə vurub gətirib razılaşıb səyyari satdıqlarını, onların türklərin maddi dəstəyi ilə işləri genişləndirmək istədiklərini, sonra 2017-ci ildə Kamranın Şərur rayon Univermağından bir dükkan kirayə götürmək üçün danışdığını, onların bir müddət işlədikdən sonra 2018-ci ildə sex açmaq qərarına gəldiklərini, sexi onların 2023-cü ilə qədər birgə işlətdiklərini, 25 iyul 2018-ci il tarixində işlədikləri univermağın 1-ci mərtəbəsində yerləşən mağazanı dükan sahibinin 10000 manata satmaq qərarına gəldiyini, onlar o mağazanı almaq istəyəndə Talıbın onlara dəstək olmadığını və həmin mağazanı almaq istəmədiyini, 18 kv.m-lik dükanı 10 000 manata almağa dəymədiyini, heç ona veriləsi pullarının da olmadığını dediyini, onların dükanı məcbur almalı olduqlarını, ona görə də Kamranın evini girov qoyaraq bankdan 8000 manat pul götürdüyünü və qalan məbləği də tamamlayıb dükanı aldıqlarını, o dükanı alan vaxtı onların öz aralarında bununla bağlı akt tərtib etdiklərini, həmin o aktı Talıbın imzalamadığını, çünki Talıbın dükanın alınmasına razı olmadığını, Talıbın iddia qaldırdığı dükanın pulunu öz insanlığı ilə artıq məbləğdə ödədiyini, Talıbın ona iddia etdiyi məbləğin əsassız olduğunu bilərək iddia qaldırdığını, əksinə Talıbda onun Türkiyədən gətirib satdıqları malların 4979 manat dəyərində türklərdən götürülən lirələrin fərqi olaraq 3678 manat, sonradan Talıbın aldığı 2500 manat pulu, sexdə qalan materialların 2800 manat, Bakıda şərikli tikdirdikləri binanın qazancı, Talıbın anbarında qalan 8139 manat dəyərində malın, Talıbın iddia etdiyi kimi dükanın pulunu o sexdə işləyən ustanın 8670 manat borcunu vermək üçün onu da dükana çağırdığını və həmin pulu ondan alaraq ustaya verdiyini, hal-hazırda Talıbın həmin pulu vermədiyini söyləyərək ondan istədiyini, Talıbın sexdən qazanclarını götürüb onu isə sexdən alacaqlarla yalnız, üz-üzə qoyduğunu, hal-hazırda onun sexdən 9765 manat alacağının olduğunu, Talıbın verəcək kimi göstərdiyi məbləğdə onların əvvəl alacaqları olan 1380 manatı orada göstərmədiyini, ondan əlavə Bakıda tikdirdikləri şərikli evdən ona düşəcək 4000 manat payı orada göstərmədiyini, onların evləri tikdirəndə Mehman adında dostlarına da ev tikdiklərini, Mehmanın da oradan ona düşəcək 4000 manat payı Talıba verdiyini, iddiaçı Talıbın ona aid olan pulları - Cəlildən 1000 manat, Zülfiyyədən 1380 manat, Samirədən 1380 manat aldığını bildirmişdir. Cavababdeh Cavabdeh1 10 iyun 2024-cü il tarixli ərizəsində qardaşı Cavabdeh2 ilə şərikli aldıqları Qazel markalı maşınla Türkiyədən mebel əşyaları gətirib satıb dolandıqlarını, həmin vaxt Talıbın da gah yol maşını ilə gah da 2141 moskviç markalı maşın ilə əşya gətirdiyini, Talıbın onlara özünə məxsus əşyaları onların avtomobilinə yükləyib aparmağı təklif etdiyini, bir neçə reysdən sonra Talıbın “onsuz da bir yerdə aparıb satırıq, gəlin şərikli işləyək” deyə təklif etdiyini, onların Talıbla razılaşdıqlarını, onun bir müddət işləyəndən sonra həm iş üçün, həm də sürmək üçün balaca maşın almaq istədiyini, 8000 dollar pul götürüb Talıba Bakıdan maşın gətirməyə getdiyini deməsini, Talıbın mən də əlavə olaraq 8000 dollar pul verim yaxşı maşın al gətir dediyini, Bakıya getdiyini, 16000 dollar dəyərində həm dizellə işləyən, həm də çəni böyük olan avtomobil tapa bilmədiyini, təsadüfən bir Prado markalı cip tapdığını, qiymətinin 28500 dollar olduğunu, Prado satan şəxslə 16000 dollar nağd verib daha sonra qalan 12500 dollar borcu ayda 1000 dollar vermək şərtilə razılaşdığını, maşını gətirdiyini, Talıbın ayda 1000 dolları haradan verəcəklər deyə deyinməyə başladığını, onun 2 il nə gecəsinin, nə gündüzünün olduğunu, ancaq yollarda olduğunu, Talıbın Məhəmməd adlı qardaşının olduğunu, Məhəmmədin dolanışığı yaxşı olmadığına görə insanlıq xatirinə hər Türkiyəyə gedəndə onu da aparıb onun da malını gətirdiyini, apardığı norma siqaret və içkinin qazancını Məhəmmədə verdiyini, Məhəmmədin hardasa 10 ildən çox onunla gedib gəldiyini, bütün getdiyi reysləri yazaraq gətirdiyi malları Talıba təhvil verib onların həyətinə yığdıqlarını, sonra lazımi yerlərə daşıdıqlarını, maşını xx.xx.2010-cu il tarixində alıb xx.xx.2012-ci il tarixində 12500 dollar borcu ödəyib aldıqları qiymətdən 6923 dollar təmiz qazancla satdığını, ona görə ki, Türkiyəyə gediş reyslərini azaltdıqlarını, Talıbın verdiyi sözu tutmayıb onun qazeli ilə qazandığı pula qıymayıb ona heç bir pay vermədiyini, 13 il Qazel markalı maşınının Talıba işlədiyini, Talıbın ona heç sağ ol da demədiyini, sonra özünə düşən pulu götürüb üstünü də düzəldib yarı pulunu da Talıba da verib özünə şəxsi Volksvagen minibus aldığını, öz maşını ilə işləməyə başladığını, təxminən bir ilə qədər işləyib yenə də əvvəlki kimi qazancı Talıbla böldüyünü, sonra Talıba 21000 dollara Prado markalı avtomobil aldıqlarını, o həm öz maşınını, həm də Talıbın maşınını Türkiyəyə aparıb-gətirdiyini, gələn malları, qazanılan pulu, hesab-kitabı Talıba təhvil verdiyini, öz maşını ilə tək 10 il müddətində 100 4 000 manatdan çox pul qazanıb Talıbla böldüyünü, pandemiya olduqdan sonra o mağazada oturduğuna görə Talıbın Prado markalı maşını ilə 124 reys gedib-gəldiyini, həmin reyslərin heç birini ortaya çıxartmadığını, necə ki o reysləri ortaya yazılı sürətdə qoymuşdur, Talıbın da 124 reysin qazancını ortaya qoymasını tələb etdiyini, Talıbın əvvəl “narahat olma hamısı yazılıb, gətirəcəm” dediyini, sonra “mən maşın almamışam ki, sənlə şərik olum” dediyini, sex açdığını, həm istehsal edib, həm də öz mağazalarında satmalarını demiş, onun da üstündə mübahisələrinin olduğunu, Talıbın nələrinə lazım olduğunu dediyini, sexi açdığını, oğlu Cəfərov Tehranın usta olduğuna görə mebel istehsal etdiyini, Tehranın 5 il orada işlədiyini və 18100 manat pul qazandığını, 3 ildən sonra 8000 manatını götürdüyünü, qalan pulunu dava-dalaşla hesab-kitabın Talıbda olduğuna görə işdən çıxandan 1 il sonra, dükan satılanda ancaq aldığını, Talıbın Pradonun həm getdiyi reysləri vermədiyini, həm də rasxodunu 3 nəfər yazıb hesabladığını, sexin qazancını 2 yerə, rasxodu isə 3 yerə böldüyünü, dükan alanda Talıbın heç razı olmadığını, pulunun olmadığını dediyini, evini girov qoyub kreditlə 8000 manat pul alıb özünün aldığını, Talıbın onun dükanı necə almasını bilmədiyini, ancaq bu gün satan adamın qapısına gedib dilindən dükanı özünün 12000 manat verib almasına dair kağız aldığını, ancaq o Talıbı dükana şərik elədiyini, halbuki dükanın 12000-ə yox 10000-ə alındığını, Talıbın Volksvagen markalı maşının xarab olmasını, onun motoruna 10000 manat pul qoymalarını bildirməsini, motora 7425 manat pul qoyulduğunu, yenə də utanmadan qazancı 2 yerə bölünən pulu, rasxodda 3 yerə böldüyünü, Talıbın 4350 manat onunla Qurbana, 2175 manatı isə özünə yazdığını, halbuki bu maşından qazanılan pulu 2 yerə, Talıbla ona bölündüyünü, onun açdığı sexdən ona pay düşmədiyini dediyini və kilidini dəyişib içindəki materiallara və makinalara sahib çıxdığını, halbuki sexi hər adama dövlətin vermədiyini, ancaq o işdə işləyənlərə və əvvəldən sexləri olanlara verdiklərini, o sexdən qazanılan pulu və ona düşən payı tələb etdiyini, aralarındakı mübahisənin o Talıba hesabı gətir təmizləyək deyəndə başladığını, Talıbın Prado markalı avtomobilin 124 reysi, sexin qazancı, artıq yazılan pullar deyəndə bu gün, sabah gətirəcəyini, hesab-kitabın onda olduğunu dediyini, ancaq sonra Talıbın ona “sən burda heç kim idin, adi satıcı idin” dediyini ,əksinə ona aid olan dəftərləri götürüb qaçıb maşına oturduğunu, Talib onun pulunu yediyini deyir, amma Talıbın onunla işləyəndə Bakıdan ev, Naxçıvandan ev, oğluna 30000-ə maşın, həyətdə 20-25 minlik anbar, Prado markalı avtomobil aldığını, evlərinin hamısını təmir elədiyini, 2 uşaq oxutduğunu, 2 toy elədiyini, 100000- dən çox pulu var deyirsə, onun də Talıba borcunun olduğunu dediyini, yenə də şər atdığını, o borcun haradan çıxdığını bilmədiyini, işlədikləri dövrlərdə, 2010-2023-cü illər arası hesab-kitabın Talıbda olduğunu, gələn mallar və sexdə istehsal olunan malların hamısının Talıbın adı ilə mağazaya daxil olduğunu, Türkiyədən gələn nisyə mebellər, nisyə bəyaz əşyalar, Naxçıvandan gələn mallar, Bakıdan gələn malların satılıb pulunun Talıba verildiyini və onun da borcları payladığını, dükana gələndə ancaq fikri-zikrinin pul, nə satdın, nə qədər nisyə gətirdilər olduğunun, yığılan pulu alıb biraz başını qatıb, bir bəhanə uydurub öz şəxsi işinə getdiyini, aylarla şəxsi işi üçün gedib Bakıda qaldığını, ancaq Talıbın işini onun və Qurbanın gördüyünü, Talıbın onun ayda 3000-4000 manat pul götürməsini iddia etdiyini, ancaq fikri-zikrinin nə böhtan atsın ki, Kamrana çatan pulu verməməsinin olduğunu, qarşısındakı məqsədin ancaq bu olduğunu, sexdən ona heç nə düşməməsini iddia etdiyini, sex açılıb işə düşəndən, yəni 2018-ci ildən 2020-yə kimi sexin rasxodunu onun mağazadan verdiyini, Talıbın mağaza açılanda ilk olaraq 12 kvadrat yerə 58 minlik mal gətirməsini iddia etdiyini, gələn malın ilk 2 ayda 20400 manat olduğunu, Talıbın ona çatan pulun, təqribən 45000 manatın hesabını onunla getməsini xahiş etdiyini bildirmişdir. İddiaçı 29 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, 2004-cü ildən ticarətlə məşğuldur. 2009-cu ilə qədər o özü tək fəaliyyət göstərmiş, 2009-cu ildən sonra Cavabdeh2la Türkiyə Respublikasında, İğdırda qarşılaşmışdır. Qurbanın qazeli olmuşdur. Qurban ona demişdir ki, sənin yüklərini mən daşıyım, qazancı ver mənə. O da razılığa gəlmişdir. Elə işləmişlər. O tikinti materialları, mebel əşyaları kimi müəyyən şeylərin satışı ilə məşğul olmuşdur. Bu iş davam etmişdir. Sonra elə alınmışdır ki, Cavabdeh2la o ikisi ortaq işə başlamışlar. İki qardaş Kamran və Cavabdeh2 başqa işlə məşğul olmuşlar, qab-qaşıq, müəyyən şeylərlə. Onların özünün alveri, onun özünün alveri olmuşdur. Talıbın onlara heç bir aidiyyəti olmamışdır. Qurbanla 2017-ci ilə qədər tam şərik işləmişlər. Qurbanla onlar nə qazanmışlarsa, ikisi bölmüşlər. Əlavə də öz işləri olmuş, oradan onun umacağı heç nə olmamışdır. 2017-ci ildə onları məcbur etmişlər ki, vergi ödəyicisi kimi dükan lazımdır, səyyari fəaliyyət göstərmələrinə icazə verməmişlər. Məcbur qalıb dükan açmışlar. Dükanda onlara satıcı lazım olmuşdur. Kamran satıcı olacağını demişdir. Onunla 300-400 manata razılaşmışlar. Belə danışıq olmuşdur. İlk olaraq o ora əlli səkkiz min nə qədər mal tökmüşdür. Fevral ayının dördü onlar başlamışlar. 2017-ci ilin fevral ayının on dördü Cavabdeh2la onlar hesab aparmış, Qurbanın onda iki min altı yüz səksən beş manat hesabı olmuşdur. Həmişə öz pullarını götürmüşlər, ortada pul qoymamışlar. Sonra il sonuna qədər yüz on üç min manatlıq mal gətirmişlər. Malların satışı da var idi, ona pul verilmişdir. Ancaq ilin sonunda noyabr ayı iki min on üç manat ona borclu qalmışlar. O, onlara dəfələrlə demişdir ki, belə olmaz, biz ortağıqsa üçümüz də pul qoymalıyıq. Onların biri demişdir ki, mən ev tikirəm, o Qurbanla razı olmuş, o evini tikmişdir. Yenə o borc xərclə işləyir, çatdıra bilmir, mal alıcısı odur, malı Kamrana verir. Münasibət elə yaranmışdır ki, razılığa gəlmişlər ki, Kamranı satıcı yox, ortaq kimi götürsünlər. Üçü 2018- 2019-cu ilə qədər ortaq işləmişlər. Sonra o da özünə evlər tikməyə başlamış, o çatdıra bilməyib malı, dükan boşaltmışdır. Onu da qeyd etmişdir ki, o, bacanağından qırx beş min dollar pul götürmüşdür. Bugünkü gün ona qırx beş min dollar pul borcludur. Yəni sərmayəni pul olaraq o ortaya qoymuş, istifadə etmişlər. O, 2023-cü ilin yanvar ayının 10-u Qurbana dükanın boşaldığını, onlarla işləmək istəmədiyini demişdir. Onunla gedib sexdə oturmuş, haqq-hesab aparmışlar. Üç min iki yüz yetmiş bir manat Qurbanın ona verəcəyi qalmışdır. Gəlib Kamranla danışmışlar ki, buranın hesabını etsinlər. Hətta o demişdir ki, qalxaq üstə yoxlayaq görək dükanda nə qalıb qalmayıb. Halbuki dükana onların yüz min manatlıq malı vurulmuşdur. Axırda o dükandan on səkkiz min iyirmi manatlıq mal çıxarmışdır. Doxsan altı min səkkiz yüz yeddi manat keçən il mart ayının otuz biri Kamranla hesab getmişlər. Onda da, Kamranda da yazılmışdır. Onun alacağı o qədər olmuşdur. O, oradan otuz bir min nə qədər pul almış, qalanı Kamranda olmuşdur. Kamran orada satıcı olduğuna görə gələn hamısı gedib ona çatmış, onun nisyələrindən pullarını yığmağa başlamışdır. Dükan satılmışdır, onlar dükanı şərik almışdılar. Onlar dükana on iki min manat pul vermişlər. Dükanın kupçasına doxsan altı min səkkiz yüz yeddi manatdan min yeddi yüz doxsan beş manat pul verilmişdir. Min manatını sahibkara vermişlər. Sahibkar demişdir ki, min manat verməsəniz dükanı başqasına satıram. Yeddi yüz doxsan beş manat da özəlləşdirməyə pul getmişdir. Dükanın sənədinin nə vaxt, necə gəldiyindən onun xəbəri olmamışdır. Dəfələrlə Cavabdeh2 o soruşmuş, ona sənədin gəlmədiyini demişdir. Sonra eşitmişdir ki, dükanı sənədləşdirmişlər, Qurban öz adına keçirmişdir. O gəlib özünə demiş, Qurban and-aman etmişdir. Üzərindən bir müddət keçdikdən sonra dükanı Şərurda Fariz adlı şəxsə satmışdır. On bir min manat oradan ona çatır. Bugünki gündə onun haradasa on yeddi min alacağı var, o pulları qəti surətdə o ala bilmir. Haqq-hesab gedəndə nisyə pulun hamısı ona aid olmuşdur. Doxsan altı min səkkiz yüz yeddi manat pul olmuşdur. Sonra bu pulları yığmağa başlamışdır. Hazırda on yeddi min nə qədər alacağı var, o adamlar vermir. Bir nəfər var mebeldən alacağı var, dəfələrlə qapısına getmiş, ona pulunu verəcəyini demişdir. Borcu keçən ilin may ayı bağlayacaqdı, sonra ona zəng etmiş, o demişdir ki, “mənim sənə verəcək pulum yoxdur, mən Cavabdeh1 almışam, pulu da ona verəcəm”. O da demişdir ki, “qardaş, biz onlarla ayrılmışıq, o pul mənə çatmalıdır”. Tələb etdiyi pul məbləği qırx səkkiz min manatdır. Keçən ildən onlar axırıncı hesabı getmişlər, 2023-cü ildə bu pul məbləği yaranmışdır. Onlar ortaq şəkildə işləmişlər, cavabdehlərin hər ikisi qazancını götürmüşdür. Axırda hesab edəndə mal formasında pul olaraq onun doxsan altı min səkkiz yüz yeddi manat pulu qalmışdır. O cavabdehlərlə 2018-ci ildən ayrılmaq istəmişdir. Cavabdeh1 ona həmişə problem olmadığını, özünün və qardaşının ev tikdiyini demişdir. O, o vaxtdan heç nə etməmiş, oğluna bir maşın almışdır. 2013-cü ildən də onun Prado markalı avtomobili olmuşdur. Naxçıvan şəhərində də bir ev almışdır. 2017-ci il fevral ayının on dördü iki min altı yüz səksən beş manat Cavabdeh2 pulu olmuşdur. Pul olaraq o qoymuş, Kamranın isə orada bir qəpik pulu olmamışdır. İl sonuna qədər yüz on üç min manat o pul qoymuşdur. Onlar avadanlıqlar almağa getmişlər, yenə yüz on üç min nə qədər pul onun olmuşdur. Onlar yenə Cavabdeh2 qardaşı ilə işləmişlər. Avadanlıqlar hazırda onun sexindədir. Avadanlıqlar üzrə Cavabdeh2la şərikdirlər. Avadanlıqları onlar almış, qazancı nə qədər olubsa 2023-cü ilin yanvar ayının 10-una qədər onlar ikisi bölmüşlər. Hazırda sexi o işlədir, bir ildir Qurbanla şəriklikləri yoxdur. Avadanlıqlarda şəriklikləri var. Qurban avadanlıqları istəyirsə pulunu versin götürsün. Avadanlıqları təqribən on iki-on üç minə almışlar. Cavabdeh1 Pradonu satanda ona pul qaytarmamışdır. Onun ustaya olan səkkiz min altı yüz yetmiş manat borcu hələ qalır, verməmişdir. Cavabdeh1 29 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, 2017-ci ildə qardaşı Cavabdeh2la şərik işləmişlər. Qazel də şərik olmuşdur. İddiaçının da 2141 maskiviçi olmuşdur. Sonra elə olmuşdur ki, dedilər malı Qazele vursunlar, Talıbla Qurban gətirsinlər burada satılsın. O da səkkiz min dollar pul götürüb Bakıdan getmişdir ki, Qaz-31 alıb bu yolu o da işləsin. Səkkiz min dollar da Talıb ona vermiş, on altı min dollar götürüb Bakıdan maşın gətirməyə getmiş, Prado gətirmişdir. Bakıdan iyirmi doqquz min beş yüz dollara Prado tapmış, on altı minini vermiş, qalanını adama borclu qalmışdır. İşləməyə başlamış, gecəsi gündüzü olmamış, on neçə il işləmiş, maşın yeddi min dollar qazanc vermişdir. Maşının on üç min qalan borcunu o tək vermişdir. Kitab-dəftər, hesab iddiaçıda olmuşdur. O, malı gətirib Talıbın həyətinə tökmüş, Bakıya getmiş, nə varsa hamısını, xərcləri, yemək, çay hamısını bir tərəfə yazıb dəftəri gətirib ortaya qoymuşdur. Hesabı iddiaçıya verib gəlmişdir. Sonra maşını satmış, yeddi min dollar qazanc vermiş, pulunu bağlamışdır. Maşını satan adam min dolları güzəşt eləmişdir. Pradonu sonra ona görə satmışdır ki, gedib bu biri maşını almış, bu ondan qazanclı olmuşdur. Bu maşınla işləyəndə də gedib gəlib malı iddiaçının həyətinə tökmüşdür. O, Pradonu satanda Talıbın borcunu verib qurtarmışdı. Pradonu iyirmi beş minə satmış, iddiaçının səkkiz minini də qaytarmışdır. Sonra o gedib Wolksvagen markalı maşın almışdır. O maşınla bir il işləməyə başlamışdır. Yenə də gedir, mal vurur, iddiaçının qapısına gəlir, oturub bir çay içir, haqqhesab edirlər. Bir ildən sonra Talıba bir Prado almışlar. Wolksvageni o öz pulu ilə almış, iddiaçıya da çatan pul ilə ona Pradonu almışlar. Wolksvagen və Prado alınan zaman iddiaçı ilə onun arasında hər hansısa borc münasibəti qalmamışdır. Mağazanı alana qədər onlar orada təqribən bir il, hətta ildən də çox müddət olardı kira ödəyib işləmişlər. Onlar qazanca işləmişlər. Rayondakı dükanı o zorla açdırmış, onun üstündə küsülü qalmışlar. O demişdir ki, gəlin dükan açaq, malımızı tökək ora, şərik işlədək. Əvvəlcə razı olmamışlar, sonra bir təhər dükanı açmışlar, yenə hesab-kitab iddiaçıda olmuşdur. Altı il o orada gecəsi gündüzü olmadan işləmişdir. Sonra rayonda bir sex götürmüşlər, nə iddiaçı, nə də qardaşı razı olmuşdur. O demişdir ki, sex açaq, orada malı istehsal edək, gətirib dükanda sataq. Avadanlıqların gətirilməsinə nə qədər əmək sərf eləmiş, axırda da sexin qazancını yetmiş dörd min pulu hesab kitab gedəndə bölünmüş, Talıb onun orada haqqının olmadığını demişdir. Əlavə də sexin xərclərini gətirib dükanda yazıb onunla bölürdü. Talıbın qardaşı Məhəmmədi də az aparsa dörd yüz-beş yüz reys Türkiyəyə aparıb gətirmişdir. Əlavə də onun malını gətirib evlərinə qoymuş, demişdir ki, get, dolan. Onu vursa on bir ilə qırx beş-əlli min pul edir. Axırda o şəriklikdən sıfır qəpik pulla çıxmış, axırda gedib dövlətdən pul götürmüşdür. Pandemiya dövründə Pradonu Talıb özü aparıb gətirməyə başlamışdır. Talıb gedib mal gətirib üstünə pul qoyur, malı dükana yerləşdirirmişlər, axı şərik idilər. Yüz iyirmi dörd reys, haradasa qırx beş-əlli minə yaxın pul olmuşdur. İndi nə dəftəri, nə də heç nəyi ortaya çıxarır. Talıb deyir ki, “sənə nə pul, mən maşın almışam ki səninlə şərik olum? Sexi vermirəm, sexin qazancı səndə yoxdur”. Onun maşını ilə gedib-gəlmiş, qalan yüz iyirmi dörd reysi, məsrəfi onda dəftərdədir, Talıb onunla bölüb, qazancı ortalığa qoymur. Wolksvagen maşını ilə qazancları iki yerə bölünmüşdür. Maşın qırılmış, yeddi-səkkiz min pul qoymuşlar. O illər ərzində yüz dörd min pul qazanmışdır. Talıb onu gətirib üç yerə bölmüşdür. Talıb dükanda on səkkiz minlik malının olduğunu deyir. Alacaq altmış neçə min olmuşdur, yazılıb, otuz neçə minlik də mal dükanda olmuşdur. Talıb gəlib hamısını daşıyıb aparmışdır. Talıb onun pulunu götürüb sexdə istehsal edib malları dükana qoymuşdur, axı Talıbın adı ilə mallar dükana gəlmişdir, orada ondan alacağının olduğu yazılmışdır. Şərur rayon Məhkəməsində iş olandan əvvəl də, sonra da iddiaçının evinə adam göndərmiş, əmioğlusuna, tanışlarına gəlib danışmağı, haqq-hesab etməyi təklif etmişdir. Dükanı alanda alınmasına razı olmadıqları üçün evini aparıb girov qoymuş, səkkiz min pul götürüb vermişdir, qalan pulu orada işləyib vermişlər. Dükanı onlara on iki minə satmışdılar. Dükanda işləyib səkkiz min krediti, dörd min dükanın borcunu ödəmişlər. Elə çox pulu olmuşdursa onun evini niyə girov qoymuşlar. O fikirləşmişdir ki, aşağını onlar almasa üstdə dükanda işləyə bilməyəcəklər. Girişi aşağıdan idi, üst dövlətin olmuşdur. Girişi almaq lazım idi ki, üstdə onların işi getsin. Üst mərtəbəni kira götürmüş, kirasına beş yüz manat ödəmişlər. Qazanc ola-ola evini girov qoyub borc pul götürməsinin səbəbi o olmuşdur ki, gələn pulların hamısı iddiaçıda olmuşdur. Talıb gəlib pulu haradan ortaya çıxaracaqlarını soruşmuş, türkə pul verməli olduqlarını demişdir. Satıcı Mirsalam adlı şəxs olmuşdur. Mirsalam Talıba əgər dükanı almırsa, türk var, səhər dükanı ona verib pulu da alacağını demişdir. O satıcıya narahat olmamasını, iki-üç gün gözləməsini, gedib bankdan pul götürüb onun pulunu verəcəyini demişdir. Aqrokreditdən səkkiz min götürüb aparıb vermişdir. Pulu dükanın satıcısına şəxsən o təqdim etmişdir. Səyyari satışdan mağazada satışa keçəndə onların ikisinin malda otuz beş min pulları olmuş, iddiaçının nə qədər pulu olduğunu isə bilə bilməmiş, ona görə ki, haqq-hesab iddiaçıda olmuşdur. Cavabdeh2 29 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı iddia edir ki, onların 2017-ci ildən Talıbda pulları olmuşdur. Onun dəftərdə də faktları var, Talıbın da dəftərində var. Talıb deyir ki, Qurban gəlib ona təklif eləmişdir ki, Qazel ilə sənin mallarını daşıyım, ancaq elə hal baş verməmişdir. Onlar qardaşı ilə şərik işləmişlər. O təklifi birinci Talıbın özü etmişdir. Talıbın da bir 2141-i olmuş, onunla Türkiyəyə gedib gəlmişdir. Talıb onun da mallarını aparmalarını istəmişdir. Malları bir yerdə gətirdiklərinə görə şərik işləməyə başlamışlar. Sonra gəlib onlar mağazanı açanda ondan əvvəl Nailə xanım adlı mebelçidən də mal götürürmüşlər. İddiaçı indi bir niyyəti var ki, onların pullarına yiyələnsin, sexə əl qoysun. Talıb sexin kilidini dəyişdirmiş, içəridə onların materialları da qalmışdır. Sexdə qalan materiallar avadanlıqlardan əlavə təqribən beş min–altı min manat dəyərindədir. O sexin alınmasında o ərizə ilə İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişdi. Sexə pul verməmişlər. İqtisadi İnkişaf Nazirliyi sexi Sənaye məhəlləsindən iş adamlarına verirdi. Ondan əvvəl onlar Şərurda Yeyicə kəndində kirayə işləmişlər. Nazim və Tehran adlı ustalar ilə orada kirayədə işləmişlər. Sonradan o müraciət etmiş, sex onlara verilmişdir. Sexin hələ sənədləri də gəlməmişdir, heç kimin adına deyil. Kommunal xərclər Talıbın adındadır. Onların iki qardaşın bu dəqiqə banklara əlli min borcu var. Haqq-hesab iddiaçıda olduğuna görə mənimsəmişdir. Talıb ona Türkiyədən mallarını daşımaq təklifi verəndə o qardaşı ilə şərik işlədiyini, öz mallarını ancaq gətirirmişlər. Sonra ikinci dəfə Talıb onlara şərik işləməyi təklif etmişdir. O vaxta qədər onlar mal gətirib rayona, şəhərə, Nailənin dükanına verirmişlər. Sonra onlar Talıbla üçü şərik işləməyə başlamışlar. Dükanı götürmələrinin səbəbkarı qardaşı Kamran olmuşdur. İddiaçı dükanda kim oturacağını soruşmuşdur. Kamran da özünün oturacağını demişdir. Qardaşı Kamrana maaş verilməmişdir, o da onlarla şərik olmuşdur. Dükana yığılan malın pulunun hamısı bir büdcədə olmuşdur. O gətirdiyi malları da, Talıbın gətirdiyi malları da dükana yığırmışlar. Talıb şərikliyə girənə kimi qardaşı ilə ikisinin əlli neçə min pulları olmuşdur. İddiaçı deyir ki, iki min altı yüz səksən beş manat Qurbanın pulu olmuşdur. O dəftərində qeyd etmişdir, Talıbda da var. Onun 2017-ci il tarixinə Talıbdan alacağı iyirmi üç min doqquz yüz iyirmi səkkiz manat pul qeyd olunmuşdur. Talıb axırdan danışır əvvələ gəlir. Əvvəldən axıra getmir. Mal gətirmişlər, iddiaçı ilə bir yerdə alver etmiş, pulları bölmüşlər. Pullar Talıbda olduğuna görə onların əllərinə çatmamışdır. Dükan məsələsinə gəlincə, Talıb iddia edir ki, oradan ona on bir min manat çatır. O dükanın satılmasından da iddiaçı deyir ki, mənim xəbərim olmamışdır. Dükan onun adına sənədləşdirilmişdi. O, dükanı satmamışdan qabaq Talıbın pulunu vermişdir. Talıb ona ustaya borcunun olduğunu, o pulu verə bilmədiyini demişdir. Dükanı satıb o pulu vermək istəmişdir. O da razılaşmışdır. O sexdə olarkən həmin usta arxasınca gəlmişdir ki, Talıb dükanda səni çağırır. Onlar dükana gəlmiş, Talıb demişdir ki, dükanı istəyən var, sataq mən adamın pulunu verim. O neçəyə istədiklərini soruşduqda Talıb iyirmi beş minə demişdir. Dükanı iki qat qazancına satmışlar. O Talıbdan ustaya nə qədər borcunun olduğunu soruşduqda səkkiz min altı yüz yetmiş manat demişdir. O, ustanın borcunu vermiş, iddiaçının ustaya borcu qalmamışdır. İndi də Talıb iddia edir, istəyir ki, dükanın pulunu ikinci dəfə ondan alsın. Ustanın adı X2r. Dükanı otuz bir min manata Həsən adlı şəxsə satmış, iki min manatını sənədləşməyə vermişdir. Talıb istəyir ki, ustanın pulunu vermədiyini iddia edib o pulu da alsın. Halbuki ustanın pulu verilmişdir, yoxsa usta Talıbdan əl çəkmirdi. Sexin də kilidini iddiaçı dəyişmiş, içində onların avadanlıqları qalmışdır. Sexi indi Talıb işlədir. Yəqin ki, vergisini də o ödəyər. Talıb gələnə qədər sexin vergisi, hər bir şeyi Tehran Cəfərovun adına olmuşdur. O, dükanı satanda qardaşına da səkkiz min altı yüz yetmiş manat pul vermişdir. Onun oğlu sərhəd qoşunlarında işləmiş, ayda səkkiz yüz doxsan manat, sonradan əmək haqqı artmış, min yüz manat almışdır. Oğlunun maaş kartı ilə o bankdan pul götürmüş, həmin ərəfələrdə yenə onun banka borcu olmuşdur. O pul ilə evi qurmuşdur. Hazırda da o şəriklikdən sıfırla çıxdığına görə adına otuz-qırx min manat pul var. İddiaçı 17 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, onların hərəsinin ayrı dəftərləri olmuş, o məhkəməyə təqdim etdiyi surətləri öz dəftərindən çıxarmışdır. Onda dəftərin əsli də var. Axırıncı hesabla doxsan altı min səkkiz yüz yeddi manat Kamranın da dəftərində var. Kamran bütün günü dükanda oturduğu deyir, bəli oturmalı idi. Onun vergidən çıxarışı da olmuş, oranın sahibkarı o olmuşdur. Malı verən o olmuşdur. Cavabdeh1 dəftərin ona tanış olmadığını deyir. Axırıncı hesab dəftərinin eynisi Kamranda da var. Eyni dəftər, doxsan altı min səkkiz yüz yeddi manatlıq hesabdır. O pulu o yığmalıdır. 2017-ci ilə qədər Qurban qardaşı Kamranla şərik işləmişdir. 2010-cu ildən 2017-ci ilə qədər Qurban eyni qaydada onunla şərik işləmişdir. Qazancı onunla Qurban bölmüşdür. Qurbanla o dükana gələn vaxtı Kamran boşda olmuşdur. O, üç yüz-dörd yüz manat birinə verməyi təklif etmiş, Kamran o pulu ona verməmizi, dükanda özünün duracağını demişdir. Bir müddət işlədikdən sonra münasibətlər elə yaranmışdır ki, 2017-ci ilin fevral ayından sonra Kamranı da şərik etməli olmuşlar. Kamran dəmiryolunda işlədiyinə görə işinə 2018-ci ildə xitam verilmişdir. Sonra satıcı Qurban olmuşdur. Qurbanın bu dəftərdən xəbəri olmamış, malı verən o olmuşdur. Qurbanla o sexin haqq-hesabını getmişlər. Qurbanda da eyni bu dəftərdən var. Kamranın da sexin dəftərindən xəbəri yoxdur. O dükanın haqq-hesabını Kamranla, sexin haqqhesabını Qurbanla getmişdir. Dükandakı dəftərləri Kamran yazmışdır. Nisyə dəftərləri ondadır, qalan dəftərlərin hamısı Kamrandadır. Onların hesab-kitab dəftərindən iyirmi üç min beş yüz Kamrandadır. Kamran onun qardaşı oğluna səkkiz min beş yüz iyirmi manat onun pul borclu olduğunu deyir, bəli, o borcludur. Qurbanın qardaşı oğlu ilə şərik işləyən usta var, o ona beş min səksən beş manat pul borcludur. Üç min iki yüz yetmiş bir manat pulu da Qurban götürüb ona verməlidir ki, o Qurbanın qardaşının oğlunun pulunu versin. Dükan otuz üç minə satılmışdır, oradan on bir min onun puludur. Qurbanla topdan mal satmışlar, on doqquz min qədər onların nisyəsi var. Qurban yenə qazancını götürmüşdür, alacaq olaraq onun puludur. Almalı olduğu pulu Qurbana borc yazmasının səbəbi odur ki, o ala bilmir, qazancı Qurban götürmüşdür, onlar şərik işləmişlər. O, Əli Tana və Əhməd Tana borclu qalmamışdır. İlkin ortaqlığa başlayanda qazancı Qurbanla bölmüşlər. 2017-ci ilin fevral ayından Kamranla ortaqlıq başlamışdır. Ondan əvvəl Qurbanla ikisi işləmişlər.Ortaqlığa maddi vəsaiti o qoymuşdur. Cavabdehlər həmişə öz qazanclarını götürmüşlər, heç vaxt ortada pul saxlamamışlar. Axırda nisyə olaraq onun pulunu saxlamışlar. O ona görə onlardan ayrılmışdır ki, onlara əgər ortaqdırlarsa, doxsan altı min onun pulu qalırsa, yüz əlli min də onların ortaya atmalı olduqlarını demişdir. Pul onun olmuş, qazanc üç yerə bölünmüşdür. Şərur rayonunda dollarçı var, o pulu ondan götürürdü. Aparıb malın pulunu verirmiş, malın nisyə verilməsi mümkün olan hal olmamışdır. Sonra gəlib pulu yığıb onun pulunu qaytarırmış. 27-si on birinci ay iki min on yeddinci ildə onun əlli səkkiz min üç yüz iyirmi iki manat pulu olmuşdur. O, mal vermiş, o malların satılan pulu ona verilmiş, gəlirləri götürdükdən sonra bu qədər pul alacaq qalmışdır. Cavabdeh yalan deyir, Türkiyədən nisyə mal verən şəxsləri o özü tanımışdır. Sexə avadanlıqlar alınanda yüz on üç min beş yüz on beş manat onun pulu olmuşdur. Cavabdeh1 17 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş dəftərdəki yazıların heç biri onun xətti ilə yazılmamışdır. Altı il o dükanda oturmuş, siyahını o yazmışdır. Talıb öz işlərinin arxasınca düşmüşdür. Onların Talıbla mübahisəsi olmuş, Talıb dəftərləri götürüb aparıb maşınına minmişdir. O Talıba sexin hesabını gətirib ortaya qoymasını, oğlunun orada işlədiyini, sexi özünün açdığını demişdir. Talıb maşınla yüz iyirmi dörd reys etmişdi. O, Talıba demişdir ki, “on üç il mən işləmişəm, yüz iyirmi dörd reys də sən edibsən, gətir hesabı qoy ortaya”, Talıb isə demişdir ki, “mən maşın almamışam sənə verəm”. Burada iddiaçının məqsədi odur ki, ona çatan pulu verməsin. Talıb sexin hesabını iki yerə bölmüş, oradan on min nisyə ilə pulu götürüb dükana axıtmış, dükandan da orada qalan malları bir dənə siyahı tutmuşdur. O, bu dəftərlə razılaşmır, onun özünün dəftəri olmuşdur, malın gəlişi də, nisyəsi də orada olmuşdur. İndi onda dəftər yoxdur, hamısını Talıb götürüb aparmışdır. İddiaçının təqdim etdiyi nisyələrin siyahısı və dəftərdən kserosurətləri qəbul etmir. O, təqdim edilən dəftərləri iki-üç ildən bir görmüş, lakin öz dəftəri həmişə iş yerində stolun üstündə olmuşdur. Cavabdeh2 17 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o, iddiaçının təqdim etdiyi nisyələrin siyahısı və dəftərdən kserosurətləri qəbul etmir. Talıb nisyə malın verilmədiyini deyir. Verilən nisyə malların siyahısı onda da var, Talıbda da var. 2015-ci ildən onlar Türkiyədən nisyə mal almışlar. Türkiyədən nisyə mal verən adamı o tanımışdır. X6, Əhməd Tan adlı şəxslər olmuşlar. İddiaçının dediyi pul onun deyil, öz pullarıdır. İddiaçı o maşınlardan yüz min pul götürmüşdür, indi onları ört basdır etmək istəyir. Kamran öz haqqını istəyir. Nə onların, nə də ata-babalarının indiyə qədər nə polisə, nə məhkəməyə işləri getməmişdir. Onlar öz aralarında həll etmək istəmişlər. Tanış insanlarla təklif də göndərmişlər. Talıb bu pulların onlara deyil özünə verilməli olduğunu demişdir. Yəni indiyə qədər dediyi sözləri o vaxt da demişdir. Talıbın oğlu ilə onun oğlu dostdur, neçə dəfə oğlu ilə sifariş göndərmişdir ki, get atana de ki ayıbdır, məhkəməyə, polisə düşürük. Pradonun reysləridir, bir də sexin puludur, iddiaçı ortaya qoysun, məsələ qurtarsın. Sexə avadanlıqlar alınanda Talıbın pulu olmamışdır. İddiaçı 30 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, Kamran götürdüyü səkkiz min pulun altı mininə özünə torpaq almışdır. Torpağı da on səkkiz minə satmış, ondan ona bir qəpik pul verilməmişdir. Borclular ona pul verməmişdir, o yalnız Cəlildən Qurbanın sex pulundan altı yüz manat almışdır. Onun son hesabı doxsan altı min səkkiz yüz yeddi manat pul olmuşdur. Cavabdeh1 30 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o pulu götürüb dükanın alınmasına vermişdir. O torpağı oğluna almışdır. O Talıba torpağı ucuz qiymətə verdiklərini demiş, onun öz oğluna, Talıbın da öz oğluna alıb orada ev tikmələrini təklif etmişdir. Getmiş, birlikdə baxmış, razılaşmışlar. Talıb sonra torpağı götürməyəcəyini demişdir. 31-i üçüncü aydan sonra o pul almamışdır. Cavabdeh2 30 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, dükan alınanda onlar akt tərtib etmiş, Talıb dükanın alınmağına razı olmadığına görə heç akta qol da çəkməmişdir, indi də iddia edir ki, dükanın pulunu özü vermişdir. Dükan on minə alınmış, altı mini verilmiş, qalan dörd mini də sonra adama verilmişdir. Talıb səkkiz min-on iki manat ölü pullar yazmış, o pullardan almışdır. Borclular ona Talıba pulu verdiklərini deyirlər. İddiaçı 12 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, onun öz haqq-hesab dəftəri var. Cavabdeh1 12 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, onda haqq-hesab dəftəri yoxdur, hər ikisini Talıb götürüb özü ilə aparmışdır. Talıb ancaq alacaqlarını deyir, verəcəkləri haqqında heç nə demir. Cavabdeh2 12 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı dəftərdə ancaq özünə xeyir olan halları yazmışdır. Çox şeylər var ki, Talıb dəftərdə göstərməmiş, ancaq alacaqlarını göstərmişdir. Onların pulları dəftərdə göstərilməmişdir. İş materiallarında olan: 23 sentyabr 2024-cü il tarixli, 713 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 200 (iki yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddət şərik işləmiş, sonradan aralarında pul mübahisəsi yarandığından şəriklik münasibətləri pozulmuşdur. Qeyd edilən hallar tərəflərin verdiyi izahatlarla öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı cavabdehlər tərəfindən mülki hüquq pozuntusu törədilməklə maddi zərərin vurulduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı iddia tələbinin əsasında duran fakt və halları təsdiq edən sübutlar qismində məhkəməyə dəftərlər və siyahılar təqdim etmişdir. İş üzrə təqdim edilən sənədlərdə öz əksini tapan riyazi hesablamalar əsasında cavabdehlərin borcunun olub-olmamasının hesablanması məhkəmənin səlahiyyətində olmadan xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, e-2-2(123)-310/2024 saylı qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 26 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 713 saylı ekspert rəyindən görünür ki, dəftərlərdə olan məbləğlər tədqiq edilərkən iddiaçı tərəfindən tələb edilən, cavabdehlər Cavabdeh2 20965 (iyirmi min doqquz yüz altmış beş) manat və Cavabdeh1 27035 (iyirmi yeddi min otuz beş) manat borc məbləğinin haradan yarandığını müəyyən etmək mümkün olmamışdır. İş üzrə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-310/2024 saylı qərardadla təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 09 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatda “ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılması üçün hazırkı tədqiqata mühasibat sənədləri, hesabatlarının təqdim edilmədiyi, belə ki, hazırkı ekspertiza tədqiqatına hesablamaların aparılması üçün dəftərlər və dəftər məlumatlarının təqdim edildiyi, məhkəmə -mühasibat ekspertizasının mühasibat sənədləri, hesabatları və s. əsasında aparılan tədqiqat obyekti olduğuna görə hazırkı ekspertiza qarşısında qoyulan suallar üzrə tədqiqatın aparılmadığı, yəni dəftərlər və dəftər məlumatlarının nəzərə alınması məhkəmə mühasibat ekspertizası tədqiqatının həll etdiyi məsələlələr dairəsinə aid olmadığı” qeyd olunaraq ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Göründüyü kimi İddiaçı qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülki hüquq pozuntusunun törədilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən bu sübutlarla təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 48000 (qırx səkkiz min) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 234 (iki yüz otuz dörd manat) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən 34 (otuz dörd) manat məbləğində, ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən isə 200 (iki yüz) manat məbləğində olmaqla ümumilikdə 234 (iki yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənildiyi görünür. Lakin yuxarıda müəyyən edilmiş hallara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş 234 (iki yüz otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Həmçinin, 23 sentyabr 2024-cü il tarixli, 713 saylı ekspert rəyinə əlavə edilmiş məhkəmə ekspertizası xərclərinə dair bildirişə əsasən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin olunmadığından İddiaçı alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbi əsassız olduğundan təmin olunmamalı, İddiaçı tərəfindən ödənilmiş 234 (iki yüz otuz dörd) manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən təmin edilməməklə iddiaçının özünə aid edilməli, ekspertiza xərci olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində tədqiqatın dəyəri İddiaçı (FİN: xxxxxxx) alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi bu əsaslarla əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 234 (iki yüz otuz dörd) manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməklə təmin edilməsin. Ekspertiza xərci olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində tədqiqatın dəyəri İddiaçı (FİN: xxxxxxx) alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar