Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-70/2023 18.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi Nümayəndə1 04 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə olan 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat əsas borc, 1 022.18 (bir min iyirmi iki manat 18 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5475.61 (beş min dörd yüz yetmiş beş manat 61 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60.00 (altmış manat sıfır qəpik) və iddia ərizəsinin verilməsinə görə ödənilən 14,75 (on dörd manat 75 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, X2 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 15% dərəcəsi ilə 5 000 (beş min) manat məbləğində kənd təsərrüfatı kreditinin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin 18 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Kəngərli rayonu dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına 03 may 2023-ci il tarixə adına 432 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2022ci il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin ipoteka qoyan - Cavabdeh2 və borcalan - Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, 25 avqust 2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, 04 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin X1 etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2022-ci il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan və borcalana - Cavabdeh2 və Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, lakin cavabdehlər həmin ünvanda yaşamadığından bildirişin onlara çatdırılmasının mümkün olmadığını, Cavabdeh1 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə 03 may 2023-cü il tarixə 4 453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat əsas borc, 1 022.18 (bir min iyirmi iki manat 18 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5475.61 (beş min dörd yüz yetmiş beş manat 61 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etməklə əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etmiş, İpoteka qoyan Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 Məhəmməd qızı və qızı X2 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduğunu, X5 (xx.xx.2007, Kəngərli RPŞ, AZE********) azyaşlı olduğundan onun qanuni nümayəndəsi olaraq atası Cavabdeh2 və anası Cavabdeh3 Məhəmməd qızı işə cəlb oluduğundan cavabdeh kimi qeyd edilmədiyini, Kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalan qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, e-2-2(123)-70/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, X2 və həmin evlərdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin yaşayış evlərindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-70/2023 saylı işə “Cavabdeh1 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat əsas borc, 1 022.18 (bir min iyirmi iki manat 18 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5475.61 (beş min dörd yüz yetmiş beş manat 61 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60.00 (altmış manat sıfır qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 14,75 (on dörd manat 75 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Məhkəmənin 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 28 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 648 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 28 iyul 2023-cü il tarixli, e-2-2(123)-70/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 17 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 09 oktyabr 2023-cü il tarixli, 23 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 17 oktyabr 2023-cü il tarixli, e-2-2(123)-70/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, o cümlədən, məhkəmənin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə işə baxılma müddəti xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılması qərara alınmışdır. 18 dekabr 2023-cü il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndələri Nümayəndə1, Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişlər. 18 dekabr 2023-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2023-cü il tarixə, saat 14:15-ə təyin edildiyi, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 03 may 2023-cü il tarixli, 618 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 5 000 (beş min) manat kredit məbləği üzrə “03” may 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 4 453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat, faiz borcu 1 022.18 (bir min iyirmi iki manat 18 qəpik) manat olmaqla cəmi öhdəliyi 5475.61 (beş min dörd yüz yetmiş beş manat 61 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 14,75 (on dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli, KT 0810/01 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 15% dərəcəsi ilə, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 24 ay müddətində ödənilməli olan faiz 818.40 (səkkiz yüz on səkkiz manat 40 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 5818.40 (beş min səkkiz yüz on səkiz manat 40 qəpik) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, borcalan Cavabdeh1 yekun borcu 5750.00 (beş min yeddi yüz əlli) manat təşkil edir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 5014 nömrəli Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 146.25 kv.m, yaşayış sahəsi 75.78 kv.m, yardımçı sahəsi 70.47 kv.m-dən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 146.25 kv.m, torpaq sahəsi 0.2551 ha olan, **********72-10301 reyestr nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 19 oktyabr 2021-ci il tarixli, 0007 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Kəngərli filialı tərəfindən Heyvandarlığın inkişafı üçün 4906.00 (dörd min doqquz yüz altı) manat kredit məbləği Cavabdeh1 AZ20NAXB**********1951007AZN nömrəli hesabına köçürülmüşdür. Naxçıvanbank ASC-nin Kəngərli filialına təqdim etmək üçün verilmiş 04 oktyabr 2021-ci il tarixli, 940/21 nömrəli Arayışdan görünür ki, həqiqətən Cavabdeh2, Cavabdeh3 Məhəmməd qızı və X5 tərkibdən ibarət ailə üzvləri vardır. Cavabdeh3 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh2 adına olan Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin "xxxx" ASC-yə ipotekaya (girova) qoyulmasına etirazı olmayıb. 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının müdiri v.m.i.e X7 şəxsində və digər tərəfdən Naxçıvan MR. Kəngərli rayon, Qarabağlar kəndində yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-40 baş xırdabuynuzlu) üçün 24 ay müddətinə 5 000 (beş min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 22 300 (iyirmi iki min üç yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış evi) təqdim edir. 2.3-cü bəndindən görünür ki, kreditin verilməsi təyinatına köçürülməsi yolu ilə və yaxud nağd qaydada həyata keçirilir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 08 oktyabr 2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, Kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə Müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 5.9-cu bəndindən görünür ki, Faizlər və cərimələr gündəlik olaraq hesablanır və Borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. 6.1.7-ci bəndindən görünür ki, Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək bankın hüququdur. 6.1.9-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndindən görünür ki, Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizləri, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 8.1-ci bəndindən görünür ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 8.5-ci bəndindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma və ya razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll ediləcəkdir. 8.6-cı bəndindən görünür ki, tərəflər mübahisələrin həlli haqqında razılığı gəlmədikdə mübahisənin notariusun icra qeydi və ya məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə bilərlər. 8.7-ci bəndindən görünür ki, kreditdən istifadə müddətinin bitməsi tərəfləri bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri qüsurlar üzrə məsuliyyətdən azad etmir. 18 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə notariat qaydada təsdiqlənməklə bir tərəfdən borcalan Cavabdeh1 oğu şəxsində, digər tərəfdən ipoteka saxlayan X6 ( Naxçıvanbank ASC-nin Kəngərli rayon Filialı əvəzinə) şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 22300 manat 00 qəpik (iyirmi iki min üç yüz manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 15 faiz dərəcəsi ilə verilmiş 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) kredit məbləğidir. 3.3-cü bəndindən görünür ki, öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borcluya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2023 tarixinədək təşkil edir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və ddaha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 12.2-ci bəndindən görünür ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2021-xx.xx.2023; 24 ay müddətinə "xxxx" ASC-nin Kəngərli rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 08 oktyabr 2021-ci il tarixdə KT0810/01 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı (heyvandarlıq-40 baş xırdabuynuzlu) məqsədilə illik 15% dərəcəsi olmaqla 24 ay müddətinə 5 000 (beş min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli, 0007 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi 18 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Kəngərli rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 olduğundan ipoteka müqaviləsi borclu (eyni zamanda ipoteka qoyan Cavabdeh2 əvəzinə) tərəfindən imzalanmış və müvafiq olaraq Kəngərli rayonu dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə Bank tərəfindən adına kredit reyestrində 03 may 2023-ci il tarixə 432 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb şifahi xəbərdarlıq edilərək onlara məlum olan sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “03” may 2023-cü il tarixə əsas borc üzrə 4 453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat, faiz borcu üzrə 1 022.18 (bir min iyirmi iki manat 18 qəpik) manat olmaqla cəmi 5475.61 (beş min dörd yüz yetmiş beş manat 61 qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 03 may 2023-cü il tarixli, 618 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 648 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 nömrəli kənd təsərrüfatı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 03 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1nın, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 03 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 4465.22 (dörd min dörd yüz əltmış beş manat iyirmi iki qəpik) manat, faiz borcu 852,11 (səkkiz yüz əlli iki manat on bir qəpik) manat olmaqla, ümumilikdə 5317,33 (beş min üç yüz on yeddi manat otuz üç qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 27 iyul 2023-cü il tarixli, 648 nömrəli ekspert rəyi ilə qismən, yəni kredit üzrə hesablanmış 4465.22 (dörd min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat məbləğin 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat iddia tələbi hissəsində razılaşdığı, cavabdehin faiz borcunun isə 852,11 (səkkiz yüz əlli iki manat on bir qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən, yəni 96,89% faiz təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 18 oktyabr 2021-ci il tarixdə KT0810/01 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 22 300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 09 oktyabr 2023-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin 09 oktyabr 2023-cü il tarixinə bazar dəyəri 23 600 (iyirmi üç min altı yüz) manat, likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 22 400 (iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 22 400 (iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, N-931 nömrəli X1 edilməməsi barədə arayışdan görünür ki, “Kredit üzrə borcun qaytarılması” tələbinə dair 04 oktyabr 2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirak etmiş, Cavabdeh1 isə iştirak etməmişdir. Həmçinin, 04 oktyabr 2022-ci il tarixli, Seriya AAU 109804 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən mediasiya prosesinə dair 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. O cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 74,75 (yetmiş dörd manat 75 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 60 (altmış) manat manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 14,75 (on dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki qeyd edilən dövlət rüsumunun ödənilməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə təsdiq edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, iddia qismən, yəni 96,89% təmin edilməli, 08 oktyabr 2021-ci il tarixli, KT0810/01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat, faiz borcu üzrə 852,11 (səkkiz yüz əlli iki manat on bir qəpik) manat olmaqla ümumilikdə 5305,54 (beş min üç yüz beş manat 54 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, İlkin X1 edilməməsi barədə arayışdan Cavabdeh1 iştirak etmədiyi nəzərə alındıqda, qeyd edilən qanunun müddəasına əsasən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin bütünlükdə Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 74,75 (yetmiş dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 96,89% -ə mütənasib olaraq 60 (altmış) manat məbləği (iddiaçının ödəməkdən azad edildiyi) Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 14,75 (on dörd manat 75 qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 12,43 (on iki manat 43 qəpik) manat məbləği Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, qalan hissədə təmin edilməməklə iddiaçının özünə aid edilməli, məhkəmənin 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 116,27 (bir yüz on altı manat 27 qəpik) manat məbləği Cavabdeh1, qalan 3,73 (üç manat 73 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-548-01-11) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat məbləği bütünlükdə Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin yönəldilməli, ipoteka predmeti olan Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 22 400 (iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmiş və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 4453.43 (dörd min dörd yüz əlli üç manat 43 qəpik) manat, faiz borcu üzrə 852,11 (səkkiz yüz əlli iki manat on bir qəpik) manat olmaqla ümumilikdə 5305,54 (beş min üç yüz beş manat 54 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 74,75 (yetmiş dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 96,89%-ə mütənasib olaraq 60 (altmış) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 14,75 (on dörd manat 75 qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 12,43 (on iki manat 43 qəpik) manat məbləği Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin qalan hissədə iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 116,27 (bir yüz on altı manat 27 qəpik) manat məbləği Cavabdeh1, qalan 3,73 (üç manat 73 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-548-01-11) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat məbləği Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Yuxarıda məhkəmə tərəfindən ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, Kəngərli ray., Qarabağlar kəndində 0.2551 ha torpaq sahəsində yerləşən 146.25 kv.m. ümumi, 75.78 kv.m yaşayış, 70.47 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 22 400 (iyirmi iki min dörd yüz) manat məbləğində müəyyən edilmiş həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 özünə qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-70/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-70/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver