Məhkəmə qərarları › İş №e-2-2(123)-74/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-74/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-74/2024 18.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 29 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3316.05 AZN əsas; 1028.82 AZN faiz; cəmi 4344.87 AZN borcun və ödənilmiş 63.45 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 iyul 2022-ci il tarixli, KBPK5923460A500 saylı kredit müqaviləsi bağlandığını, Kredit müqaviləsinə əsasən, İddiaçı ASCnin 4000 (dörd min) manat məbləğində krediti 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faizlə Cavabdeh1 verdiyini, Kreditin təminatı qismində Cavabdeh2 05 iyul 2022-ci il tarixli, ZM- KBPK5923460A500 saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə zamin durduğunu, cavabdehin kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünü və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini, nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3316.05 AZN əsas; 1028.82 AZN faiz; cəmi 4344.87 AZN borcu yarandığını, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etdiyini, bank X1 iştirak etsə də, cavabdehlərin X1 iştirak etmədiyini, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılmasının təmin edilmədiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən cavabdehin onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-345/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 18 mart 2024-cü il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. ƏRİZƏ OLSA YAZİLMALİ Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 21 sentyabr 2023-cü il tarixli, K-1339 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Kredit borcunun qaytarılması” tələbi ilə bağlı keçirilən X1 iddiaçının nümayəndəsi X4 iştirak etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, o cümlədən, İddiaçı ASC tərəfindən 60 azn məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli, **********05072022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBPK5923460A500 saylı Əlavədən görünür ki, bu əlavə bir tərəfdən “Naxçıvan filialı”nın müdiri X2 şəxsində təmsil olunan İddiaçı ASC olmaqla digər tərəfdən borcalan Cavabdeh1 şəxsində imzalanmışdır. Həmin əlavənin: 1-ci bəndindən görünür ki, hazırkı əlavə bank və borcalan arasında bağlanmış 05 iyul 2022-ci il tarixli, **********05072022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin ayrılmaz tərkib hissəsi elan olunur. 2-ci bəndindən görünür ki, Bank dövriyyə vəsaiti məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 24 faiz dərəcəsilə 4000 (dörd min manat sıfır qəpik) azn məbləğində peşə kreditini borcalanın 410400D**********500 nömrəli bank hesabına köçürür, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. 2.14-cü bəndindən görünür ki, bu əlavə ilə müəyyən edilmiş öhdəliklərin təminatı kimi Cavabdeh2 zaminliyi qeydə alınacaqdır. xx.xx.2022-ci il tarixli, KBPK5923460A500 saylı kredit müqaviləsinə əlavə İddiaçı ASC-nin Naxçıvan filialının ödəniş qrafikindən görünür ki, Cavabdeh1 illik 24 faiz dərəcəsilə 24 ay müddətinə verilmiş 4000 (dörd min) AZN məbləğində kreditin, xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixə qədər aylar üzrə ödənilməsi nəzərədə tutulmuş, eyni zamanda əsas borcdan əlavə ödənilməli olan faiz məbləği 1077.07 (bir min yetmiş yeddi manat 07 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 5077.07 (beş min yetmiş yeddi manat 07 qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, ZM-KBPK5923460A500 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin Naxçıvan filialının müdiri X2 şəxsində, digər tərəfdən zamin adlandırılacaq Cavabdeh2 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, zaminlərin hər biri borcalanın (Cavabdeh1) Bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir zamin bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır. 1.2-ci bəndindən görünür ki, Zaminliklə təmin edilən öhdəlik olaraq xx.xx.2022-ci il tarixli, **********05072022 №-li Bank Xidmətlərinin göstərilməsi barədə ümumi müqavilənin kreditləşmənin Xüsusi şərtlərinə dair xx-xx-2022 tarixli, KBPK5923460A500 saylı Əlavəsi üzrə kreditin qaytarılması və digər borcların ödənilməsi çıxış edir. 1.9-cu bəndindən görünür ki, Zamin(lər) əsas borc, hesablanmış faiz və dəbbə pulu, maliyyə sanksiyası, kreditin ödənilməsi və tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclərə görə, habelə bu müqavilənin 1.2-ci bəndində nəzərədə tutulan Kredit müqaviləsi və bu müqavilə üzrə Borcalanın (bundan sonra borcalan) öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında Borcalanla eyni həcmdə, tam birgə məsuliyyət daşıyır. 3.3.2 və 3.3.2.1-ci bəndindən görünür ki, borcalan tərəfindən əsas borc və faizlərin, yaxud onların bir hissəsinin ödənilməsi müddətləri pozulduqda kredit öhdəliklərinin icrasını birlikdə və ya ayrılıqda Borcalan və Zaminlərin hər hansı birindən vaxtından əvvəl tələb etmək bankın hüququdur. xx.xx.2022-ci il tarixli, TT**********17439604 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 3960,40 (üç min doqquz yüz altmış manat 40 qəpik) manat məbləğində kredit verilmişdir. Bank Xidmətlərinin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********05072022 nömrəli ümumi müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən “Naxçıvan filialı”nın müdiri X2 şəxsində təmsil olunan İddiaçı ASC və digər tərəfdən müştəri Cavabdeh1 arasında bağlanmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müqavilə üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən, xx.xx.2024-cü il tarixə qədər 24 ay müddətinə verilmiş kredit üzrə Cavabdeh1 adına 291 gecikmə günü qeydə alınmaqla xx.xx.2023-cü il tarixə olan əsas borcu 3316,05 (üç min üç yüz on altı manat 05 qəpik) manat, faiz borcu 1028,82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat təşkil edir. Problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə tərəfindən imzalanmış və iddiaçı təşkilatın möhürü ilə təsdiq edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh1 xx.xx.2023-cü il tarixə 05 iyul 2022-ci il tarixli, KBPK5923460A500 saylı kredit müqaviləsi üzrə 3316,05 AZN əsas; 1028,82 AZN faiz olmaqla cəmi 4344,87 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, **********05072022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBPK5923460A500 saylı əlavənin bağlanması və təqdim edilmiş sübutlardan xx.xx.2022-ci il tarixli, TT**********17439604 nömrəli kassa məxaric orderindən İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 3960,40 (üç min doqquz yüz altmış manat 40 qəpik) manat məbləğində kredit verilməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 14 aprel 2023-cü il tarixdə borclu Cavabdeh1 və zamin Cavabdeh2 bildiriş ünvanlanaraq gecikdirilmiş borc məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli, ZM-KBPK5923460A500 nömrəli zaminlik müqaviləsinin 3.3.2 və 3.3.2.1-ci bəndlərində borcalan tərəfindən əsas borc və faizlərin, yaxud onların bir hissəsinin ödənilməsi müddətləri pozulduqda kredit öhdəliklərinin icrasını birlikdə və ya ayrılıqda Borcalan və Zaminlərin hər hansı birindən vaxtından əvvəl tələb etməyin bankın hüququ olaraq nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh1 xx.xx.2022-ci il tarixli, **********05072022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBPK5923460A500 saylı Əlavənin 2-ci bəndinin tələbini pozaraq müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq əsas borcu, kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqqlarını müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəmədiyindən adına 291 gecikmə günü qeydə alınmış, bu səbəbdən xx.xx.2022-ci il tarixli, KBPK5923460A500 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan vəziyyətə dair əsas borc üzrə 3316,05 (üç min üç yüz on altı manat 05 qəpik) manat, faiz borcu üzrə 1028,82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat məbləğində olmaqla, ümumilikdə 4344,87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat borc öhdəliyi yaranmışdır. İş materiallarında olan Müqavilə üzrə xx.xx.2023-cü il tarixli çıxarış və maliyyə arayışı ilə cavabdehin borcu təsdiq edildiyindən, həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş, eyni zamanda məhkəmə araşdırması zamanı sadalanan sübutlarda müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Odur ki, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə uyğun olaraq qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Belə ki, məhkəmə İddiaçı ASC-nin cavabdehlərdən xx.xx.2023-cü il tarixə 3316.05 (üç min üç yüz on altı manat 05 qəpik) manat əsas; 1028.82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat faiz borcu olmaqla cəmi 4344.87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması hissədə haqlı olduğunu bildirir. Bundan əlavə xx.xx.2022-ci il tarixli, **********05072022 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBPK5923460A500 saylı Əlavədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə həmin əlavənin 2.14-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə zamin Cavabdeh2 ilə İddiaçı ASC-nin Naxçıvan filialının müdiri X2 arasında ZM-KBPK5923460A500 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh2 xx-xx-2022 tarixli, KBPK5923460A500 saylı Əlavə üzrə kreditin qaytarılması və digər borcların ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti və bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşımağı, o cümlədən, əsas borc, hesablanmış faiz və müqavilədə qeyd olunmuş digər öhdəliklər daxil olmaqla bank qarşısında Borcalanla eyni həcmdə, tam birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bununla yanaşı zaminlik müqaviləsində borcalan tərəfindən əsas borc və faizlərin, yaxud onların bir hissəsinin ödənilməsi müddətləri pozulduqda Bankın, kredit öhdəliklərinin icrasını birlikdə və ya ayrılıqda Borcalan və Zaminlərin hər hansı birindən vaxtından əvvəl tələb etmək hüququ təsbit olunduğundan və zaminin birgə məsuliyyəti müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcalan və zamindən birgə qaydada öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 21 sentyabr 2023-cü il tarixli, K-1339 nömrəli X1 İştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilmişdir ki xx.xx.2023-cü il tarixdə keçirilmiş X1 iddiaçının nümayəndəsi X4 iştirak etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iştirak etməmiş, İddiaçı ASC tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləğinin 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 63,45 (altmış üç manat 45 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilməli olan 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumundan çəkdiyi xərc həddində azad olmasına baxmayaraq iddiaçı tərəfindən 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmiş, dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən maddəyə əsasən keçirilmiş X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olduğundan iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci iddiaçı ərizəsində tələb etməməsinə baxmayaraq məhkəmə bu halı iddia tələbindən kənara çıxılmağın müstəsna halı kimi qiymətləndirərək iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qənaətindədir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən dövlət gəlirlərinə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixə müştərək qaydada 3316.05 (üç min üç yüz on altı manat 05 qəpik) manat əsas, 1028.82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat faiz borcu olmaqla cəmi 4344.87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat kredit borcu alınaraq İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət gəlirlərinə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3316.05 (üç min üç yüz on altı manat 05 qəpik) manat əsas, 1028.82 (bir min iyirmi səkkiz manat 82 qəpik) manat faiz borcu olmaqla cəmi 4344.87 (dörd min üç yüz qırx dörd manat 87 qəpik) manat kredit borcu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən dövlət gəlirlərinə ödənilmiş 63,45 (altmış üç manat 45 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar