Məhkəmə qərarları › İş №e-2-2(123)-76/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-76/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-76/2024 18.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31 mart 2020-ci il tarixli, 3103/01/SİF saylı kredit müqaviləsi üzrə 04 noyabr 2023-cü il tarixə 7642.88 (yeddi min altı yüz qırx iki manat 88 qəpik) manat əsas borc, 6.45 (altı manat 45 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7649.33 (yeddi min altı qırx doqquz manat 33 qəpik) manat kredit borcu kredit borcunun,eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 32 400 (otuz iki min dörd yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********52-10301 reyestr nömrəli Kəngərli rayon, Xok kəndində, 0.1961 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 24 aprel 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək Cavabdeh 31 mart 2020-ci il tarixli, 3103/01/SİF saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 7642.88 (yeddi min altı yüz qırx iki manat 88 qəpik) manat əsas borc, 36.13 (otuz altı manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7679.01 (yeddi min altı yüz yetmiş doqquz manat 01 qəpik) manat kredit borcu kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 32 400 (otuz iki min dörd yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********52-10301 reyestr nömrəli Kəngərli rayon, Xok kəndində, 0.1961 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini təmin edərək, iddiaya həmin tələb çərçivəsində baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə 16 may 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərərək Cavabdeh “ipoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 32 400 (otuz iki min dörd yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********52-10301 reyestr nömrəli Kəngərli rayon, Xok kəndində, 0.1961 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini təmin edərək, iddiaya həmin tələb çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmənin 25 aprel 2024-cü il tarixli qərardad ilə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubu 26 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 27 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası 10 sentyabr 2024-cü il tarixə, saat 15:05-ə təyin edilmişdir. 10 sentyabr 2024-cü il tarixə, saat 15:05-da keçirilən məhkəmə hazırlıq iclasında tərəflər məhkəməyə gəlmədiklərindən məhkəmə hazırlıq iclası 18 sentyabr 2024-cü il tarixə, saat 10:05-ə təxirə salınmaqla bu bаrədə tərəflərə məhkəmə iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа məlumat verilmişdir. Lakin tərəflər heç bir üzürlü səbəb оlmаdаn məhkəmə iclаslаrınа gəlməmiş və gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişlər. Belə olduqda məhkəmə yuxаrıdа qeyd edilənlərə əsаsən hesаb edir ki, tərəflərin iştirаkı оlmаdаn işə mаhiyyəti üzrə bаxmаq mümkün deyildir. Оnа görə də hazırki iş bаxılmаmış sаxlаnmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 16 yanvar 2024-cü il tarixli qərardad ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 15 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 168 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 06 aprel 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iştirak etmədiklərindən və onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar