Məhkəmə qərarları › İş №e-2-2(123)-78/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-78/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-78/2023 20.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 nümayəndəsi Nümayəndə1 08 may 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 94.35 AZN, cəmi 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xidməti haqqının "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QBKT MMM ərizəsində "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 10.12.21-ci il tarixli **********18925 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********18925- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 94.35 AZN, cəmi 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) AZN təşkil etdiyini, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində Pretenziya və xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyini, lakin X4 verdiyi xx.xx.2023-cü il tarixli F-265 nömrəli arayışdan cavabdehin X9 iştirak etmədiyinin göründüyünü, eləcə də Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verənin məhkəmə orqanlarına müraciət edəcəyini, lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməyəcəyini, müqavilənin bu müddəasının heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməyəcəyini, X17 Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, qeyd olunan maddənin tələbini rəhbər tutaraq tərəfindən mediasiya prosesinin tətbiqi üçün X6 ödənilən 60 (altmış manat) AZN məbləğində rüsum məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan rüsumdan azad olduğunu bildirmiş və ərizəsini yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası MPM-nin 35, 149-151, 284-1, 284-3, 284-5-ci və Azərbaycan Respublikası MMnin 385.1, 486, 442, 462 və 472-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə, İddiaçı QBKT MMM-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli, **********305400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışların notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X7 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə, ********** saylı VÖEN ilə xx.xx.1999-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Tarrant Tımothy-dir. “AZEMİS”-in Çıxarışından görünür ki, Cavabdeh2 xx.xx.2008-ci il tarixdə, ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, iddiaçı məktubunda "xxxx" Azerbaijan QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********18925 saylı kredit müqaviləsinə əsasən borcluya illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kreditin verildiyini, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 166 AZN ödəniş edilməsinin razılaşdırıldığını, eyni tarixli **********18925 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Kredit Alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Kredit Alanın Kredit Verən qarşısında birgə məsuliyyət daşıdıqlarını, lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyini, yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əsas borcun 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 94.35 AZN, olmaqla cəmi 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) AZN məbləğində borcun qısa zaman ərzində təşkilata ödənilməsinin tələb olunduğunu, əks təqdirdə kredit müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin Cavabdeh1 məcburi qaydada alınaraq, "xxxx" Azerbaijan MMM QBKT-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını cavabdehə bildirmişdir. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvanlanmış “Onlayn Kargüzarlıq” sistemindən çıxarılmiş elektron məktubun məzmunundan görünür ki, iddiaçı məktubunda "xxxx" Azerbaijan QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********18925 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kreditin verildiyini, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 166 AZN ödəniş edilməsinin razılaşdırıldığını, lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyini, yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əsas borcun 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 94.35 AZN, olmaqla cəmi 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) AZN məbləğində borcun qısa zaman ərzində təşkilata ödənilməsinin tələb olunduğunu, əks təqdirdə kredit müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin Cavabdeh2 məcburi qaydada alınaraq, "xxxx" Azerbaijan MMM QBKT-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını cavabdehə bildirmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə **********143800 saylı pretenziya məktubu Cavabdeh2 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə ******* nömrəli iddia ərizəsi Cavabdeh2 AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir xx.xx.2023-cü il tarixli, F-265 nömrəli X9 iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" Azerbaijan MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********18925 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər əsasında yaranan kommersiya mübahisələri barəsində iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə və İMS-nin keçirilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan 17 mart 2023-cü il tarixdə X5 X11 keçirilmiş, o cümlədən İMS-nin keçirilməsi ilə əlaqədar 60 (altmış) AZN məbləğində mediasiya xərci iddiaçı "xxxx" Azerbaijan MMM QBKT tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixli, **********926227 nömrəli “Fincard” kreditvermə qəbzindən görünür ki, həmin tarixdə "xxxx" Azerbaijan MMM QBKT tərəfindən 114 AZN kommissiya haqqı daxil olmaqla ümumilikdə 3000 AZN məbləğində pul vəsaiti "xxxx" MMC vasitəsilə Cavabdeh2 AZ39AZPO******************** saylı hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, **********8925 nömrəli kredit müqaviləsindən görünür ki, bir tərəfdən bundan sonra "Kredit Verən" adlandırılacaq "xxxx" X7 Qeyri-Bank Kredit Təşkilatı, onun şəxsində etibarnamə əsasında fəaliyyət göstərən X13 və digər tərəfdən bundan sonra "Kredit Alan" adlandırılacaq Naxçıvan, B.Abbasov, ev-79 ünvanında qeydiyyatda olan AA******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Cavabdeh2 bu müqaviləni bağlamışdırlar. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması, (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3000.00 manat məbləğində pul vəsaitini (bundan sonra "Kredit" ) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit Verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetiməyi öz öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, kredit üzərində 28.00% illik faiz (bundan sonra "Nominal Faiz") hesablanacaqdır və Nominal Faiz ilin 360 günündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. 1.3-cü bəndindən görünür ki, kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.8 %-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutması həvalə və etibar edir. 1.4-cü bəndindən görünür ki, kredit alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan kreditin qaytarılması cədvəlinə (bundan sonra ödəniş cədvəli adlandırılacaq) müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər ödəniş cədvəli ilə müqavilənin 1.2-ci bəndi də daxil olmaqla, bu müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa ödəniş cədvəlində göstərilən rəqəmlər üstün tutulacaqdır. 1.6-cı bəndindən görünür ki, kredit kredit alana Fincard kredit kartı vasitəsi ilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsilə verildiyi halda həmin kartın verilməsi barədə akt tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. 2.1.3-cü bəndindən görünür ki, kredit verənin kredit alan müqavilə şərtlərinə əməl etmədikdə, bu müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərə əl atmaq hüququ vardır. 2.1.4-cü bəndindən görünür ki, kredit verənin, kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. 2.2-ci bəndindən görünür ki, bu müqavilədə əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar dedikdə kredit alanın işsiz qalması, onun sahibkarlıq fəaliyyətində əvvəlki göstəricilərə nisbətən geriləmənin müşahidə edilməsi, üçüncü şəxslərdən onun əmlak vəziyyətinə mütənasib olmayan kredit və borcların götürülməsi, nəzərdə tutulan girov predmetinin itirilməsi, sıradan çıxması, dəyərinin azalması, habelə gələcəkdə təminat kimi çıxış edə biləcək daşınar və daşənmaz əmlakın digər kreditorların tələb predmetinə çevrilməsi, bu müqavilənin 6.2-ci və 7.8ci bəndlərinə əməl edilməməsi, bu müqavilənin 7-ci maddəsində müəyyən edilən təminatların pozulması, kredit alana qarşı istənilən əmlak iddiasının irəli sürülməsi, kredit alanın cinayət məsuliyyətinə cəlb edilməsi, kreditin ödəniş cədvəlinə uyğun icra edilməməsi və kreditin və faizlərin vaxtında və tam şəkildə qaytarılmaması gümanını yaradan istənilən digər halın mövcud olması başa düşülür. 2.3.1-cü bəndindən görünür ki, krediti vaxtında vermək kredit verənin vəzifəsidir. 2.3.4-cü bəndindən görünür ki,kredit verən bu müqavilə və qanunvericiliklə nəzərdə tutulan digər vəzifələr daşıyır. 3.1.1-ci bəndindən görünür ki, kredit alanın krediti nağdsız qaydada, kart vasitəsi ilə və ya bank hesabına köçürməklə müqavilənin imzalanması ilə eyni anda almaq hüququ vardır. 3.1.3-cü bəndindən görünür ki, kredit alan bu müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malikdir. 3.2.1-ci bəndindən görünür ki, krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmaq kredit alanın vəzifəsidir. 3.2.2-ci bəndindən görünür ki, krediti qaytararkən, mexaniki qaydada və ya avtomatik rejimdə təqdim edilən qəbzi almaq kredit alanın vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Əgər ödəniş cədvəlində göstərilən hər hansı ödəniş günü qeyri iş gününə düşərsə, həmin ödəniş günü növbəti iş günü hesab ediləcəkdir. 4.4-cü bəndindən görünür ki, kredit alan bu müqaviləyə əsasən ödənişləri kredit verənin hesabına e-pul onlayn ödəniş xidməti vasitəsi ilə, Milli-ön və e-manat ödəmə terminalları, partnyor bankların Kapital Bank, ABB aidiyyəti filialları və Azərpoçt poçt rabitəsi operatoru vasitəsilə və yaxud digər banklardan kredit verənin hesabına köçürmə yolu ilə ödəyə bilər. Qeyd edilən ödəniş etmə vasitələri ilə edilən ödənişlər zamanı həmin vasitələrin təminatçıları tərəfindən müvafiq xidmət haqqı tutula bilər və buna görə də kredit verən heç bir məsuliyyət daşımır. 4.5-ci bəndindən görünür ki, kredit alan bu müqvilə üzrə olan öhdəliklərini üçüncü şəxslərin, o cümlədən, kredit verənin hər hansı işçisi və ya nümayəndəsinin üzərinə qoya bilməz. 5.1-ci bəndindən görünür ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. 5.2-ci bəndindən görünür ki, müqavilə üzrə dəbbə pulunun tutulması, müqavilənin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbini istisna etmir. 6.1-ci bəndindən görünür ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud 2.2 və 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən: 6.1.1-ci maddəsinə əsasən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək, 6.1.2-ci maddəsinə əsasən kredit alanın bu müqavilənin şərtlərini yerinə yetirməməsi və yaxud qismən yerinə yetirməsi nəticəsində vurduğu ziyanın ödənilməsini kredit alandan tələb etmək hüququna malikdir. 6.2-ci bəndindən görünür ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 (on) iş günü ərzində krediti və və yaxud ona aid digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdulaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. 6.3-cü bəndindən görünür ki, tərəflər razılaşırılar ki, kredit alan tərəfindən yubatma və ya krediti qaytarmaqdan imtina ilə əlaqədar kredit verən tərəfindən çəkilən bütün xərclər kredit alan tərəfindən ödənilməlidir. Bu xərclərə məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu, nümayəndəlik xərcləri, o cümlədən, kredit verənin nümayəndəsi ilə bağlı olan ezamiyyə, nəqliyyat və dgiər xərclər, məhkəmə qərarlarının icrası ilə əlaqədar bütün xərclər, kredit alanla yazışmaya sərf edilən poçt xərcləri də daxildir, lakin xərclər bunlarla məhdudlaşmır. 7.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. 7.5-ci bəndindən görünür ki, bu müqavilənin hər hansı bir müddəasının Azərbaycan Respublikasının qanuvericiliyinə əsasən etibarsız hesab edilməsi müqavilənin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığı ilə nəticələnə bilməz. 7.14-cü bəndindən görünür ki, tərəflər bu müqaviləni imzalamaqla müqavilə mətnini diqqətlə oxuduqlarını, onun məzmununu tam dərk etdiklərini, onun şərtləri ilə tam şəkildə razı olduqlarını və müqavilədə nəzərdə tutulan hüquq və vəzifələri qəbul etdiklərini təsdiq edirlər. xx.xx.2021-ci il tarixli, **********8***-******* saylı zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən bundan sonra "Kredit Verən" adlandırılacaq "xxxx" X12-Bank Kredit Təşkilatı, onun şəxsində etibarnamə əsasında fəaliyyət göstərən X14 və digər tərəfdən bundan sonra "Zamin" adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan AA******* saylı şəxsiyyət vəsiqəsinin sahibi X15 bu müqaviləni bağlamışdırlar. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Zamin xx.xx.2021-ci il tarixli, **********8925 nömrəli kredit müqaviləsinə əsasən, (“Kredit Müqaviləsi”), həmin müqavilə üzrə Kredit Alan olan X16 müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulmuş digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən Kredit Alan 24 ay müddətində 3000.00 AZN məbləğində pul vəsaitini illik 28.00 faiz dərəcəsi ilə Kredit Verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.6-cı bəndindən görünür ki, Zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi Kredit alandan tələb etmək hüququ qazanır. Lakin bu hüquq heç bir halda Zaminin Kredit Verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir. 2.1-ci bəndindən görünür ki, Kredit Alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Kredit alan Kredit Verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit Verənin hüququ var ki öhdəlik üzrə hər bir borclunu, həm Kredit alanı həm Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit Verənin seçimi heç bir halda mübahisə predmenti ola bilməz. 2.2-ci bəndindən görünür ki Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və Kredit Alanın öz öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kredit Verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kredit Verən qarşısında Kredit Alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 01 fevral 2023-cü il tarixli, 13/23 saylı etibarnamədən görünür ki, bu etibarnamə iddiaçı təşkilatın nümayəndəsi qismində iştirak etmək üçün Azərbaycan Respublikasında qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Füzuli küçəsi, ev 67 olan İddiaçı Qeyri Bank Kredit Təşkilatı X7 (bundan sonra Təşkilat) tərəfindən Nümayəndə2 adına (AA*******) 3 ay müddətinə verilir. 01 may 2023-cü il tarixli, 012/23 saylı etibarnamədən görünür ki, bu etibarnamə iddiaçı təşkilatın nümayəndəsi qismində iştirak etmək üçün Azərbaycan Respublikasında qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Füzuli küçəsi, ev 67 olan İddiaçı Qeyri Bank Kredit Təşkilatı X7 (bundan sonra Təşkilat) tərəfindən Nümayəndə2 adına (AA*******) 3 ay müddətinə verilir. 01 yanvar 2023-cü il tarixli etibarnamədən görünür ki, bu etibarnamə iddiaçı təşkilatın nümayəndəsi qismində iştirak etmək üçün Azərbaycan Respublikasında qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Füzuli küçəsi, ev 67 olan İddiaçı Qeyri Bank Kredit Təşkilatı X7 tərəfindən Nümayəndə1 adına 1 il müddətinə verilir. Kredit müqaviləsinə əlavə hesab edilən kreditin ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixində illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə verilən, ümumilikdə 3000 AZN məbləğində pul vəsaitinin hər ay 166 AZN olmaqla borclu tərəfindən bərabər hissələrdə ödəniş etdirilməsi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli kredit kartının mədaxil qəbul aktının: 1.1-ci bəndindən görünür ki, kredit alan kredit məbləğinin nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində Fincard adı qeyd edilən, **********926227 saylı kredit kartında ona təqdim edildiyini təsdiq edir. İddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilməklə ümumilikdə ödənilməli olan 3958 AZN pul vəsaitindən cavabdeh 142.72 manat faiz, 17.28 manat cərimə, 190.00 AZN əsas borc olmaqla ümumilikdə 350 AZN ödəyərək, əsas borc üzrə 2810.00 AZN, faizlər üzrə 815.28 AZN, cərimə üzrə 94.35 AZN olmaqla cəmi 3719.63 AZN məbləğində qalıq borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında **********8925 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilərək, 10 dekabr 2021-ci il tarixli, **********926227 nömrəli “Fincard” kreditvermə qəbzinə əsasən, həmin tarixdə "xxxx" Azerbaijan MMM QBKT tərəfindən 3000 AZN məbləğində pul vəsaiti "xxxx" MMC vasitəsilə Cavabdeh2 AZ39AZPO******************** saylı hesabına köçürülmüş, kredit alan tərəfindən həmin müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli kredit kartının mədaxil qəbul aktı əsasında, kredit məbləğinin nağdsız qaydada **********8925 saylı “Fincard” kredit kartında borcluya təqdim edildiyi təsdiq edilmişdir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən kredit müqaviləsinin bağlanması və təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilməkdədir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixində illik 28 faiz dərəcəsi ilə 958 AZN məbləğində faiz hesablanmaqla, 24 ay müddətinə verilən, ümumilikdə 3958.00 AZN məbləğində pul vəsaitinin hər ay üçün 166 AZN olmaqla borclu tərəfindən bərabər hissələrdə ödəniş etdirilməsi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında razılaşdırılsa da, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2023-cü il tarixdə Poçt vasitəsilə Cavabdeh1 adına ünvanlanmış elektron məktubda "xxxx" Azerbaijan QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********18925 saylı kredit müqaviləsinə əsasən borcluya illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kreditin verildiyi, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 166 AZN ödəniş edilməsinin razılaşdırıldığı, eyni tarixli, **********18925- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən Kredit Alan öz öhdəliklərini icra etmədikdə vəya lazımınca icra etmədikdə zamin və Kredit Alanın Kredit Verən qarşısında birgə məsuliyyət daşıdıqlarını, hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin kredit müqaviləsinin tələbləri pozularaq, öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilmədiyini, yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əsas borcun 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 94.35 AZN, olmaqla cəmi 3719.63 AZN məbləğində borcun qısa zaman ərzində təşkilata ödənilməsinin tələb olunduğu, əks təqdirdə kredit müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin cavabdehdən məcburi qaydada alınaraq, "xxxx" Azerbaijan MMM QBKT-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehə bildirilməsinə baxmayaraq, onun tərəfindən öhdəliyin icrasının şərtləşdirilmiş qaydada həyata keçirilmədiyi müəyyən edilmiş, habelə müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud 2.2 və 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verənin tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ ayrıca olaraq nəzərdə tutulduğundan, iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasının mütəmadi olaraq pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Nəticədə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 12 may 2023-cü il tarixli, e-2-2(123)-78/2023 saylı qərardadı qəbul edildikdən sonra həmin tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların qeydiyyatda olduğu yer üzrə ünvanlanmış məhkəmə bildirişində tərəfin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsi ilə nəzərdə tutulan prosessual hüquq və vəzifələri xüsusilə qeyd olunsa da, cavabdeh öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatəti, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etirazı təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Bundan əlavə, məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış **********8925 saylı kredit müqaviləsinin və **********18925- ******* saylı zaminlik müqaviləsinin bəndlərindən, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməməsi nəticəsində irəli sürdüyü 2810.00 AZN əsas borcun, o cümlədən 815.28 AZN faiz borcunun və 94.35 cərimə borcunun Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 xeyrinə ödənilməsi hissəsində tələbin əsaslı olduğunu müəyyən etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verilməklə ümumilikdə ödənilməli olan 3958 AZN pul vəsaitindən cavabdeh 17,28 manat cərimə, 142.72 manat faiz, 190.00 AZN əsas borc olmaqla ümumilikdə 350 AZN ödəmiş, onun əsas borc üzrə 2810.00 AZN, faizlər üzrə 815.28 AZN, cərimə üzrə 94.35 AZN olmaqla qalıq borc cəmi 3719.63 AZN məbləğində hesablanmışdır. Belə olduğu halda, xx.xx.2022-ci il tarixli maliyyə arayışının: Faizlər üzrə Ödənilməli olan 815.28 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd edilən maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bu müddəalardan aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən onun barəsində mülki qanunvericilikdə nəzərdə tutulan məsuliyyət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsi, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyi, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyəcəyi, 449.2-ci maddəsi ilə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi qeyd olunsa da, eyni zamanda sonuncu tarixə, yəni xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən faiz uçot dərəcəsinin 9.0% dərəcəsi ilə hesablanmağı nəzərdə tutulsa da, həmin məcəllənin 390.1-ci maddəsinin məzmunundan fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bağlanılan müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququları nəzərdə tutulduğundan, həmin kredit müqaviləsinin 1.2-ci bəndindən kredit üzərində illik faiz dərəcəsinin (bundan sonra "Nominal Faiz") 28.00% olmaqla hesablandığı müəyyən edilmiş, belə olduğu halda məhkəmə mülki qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin verdiyi tələb çərçivəsində qətnamə qəbul etdiyindən kredit müqaviləsində müəyyənləşdirilən, o cümlədən sözügedən arayışda nəzərdə tutulmuş qaydada hesablanılan illik faiz uçot dərəcəsini əsas götürməklə, iddiaçının cavabdehdən əsas borc üzrə hesablanılan 815.28 AZN məbləğində faiz borcunu tələb etməsini əsaslı hesab etməkdədir. Cərimə üzrə ödənilməli olan 94.35 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, kredit müqaviləsinin 5.1-ci bəndində, kredit alanın kreditin ödənilməsi üzrə öhdəliyi vaxtıvaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alanın kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borclu olduğunun qeyd edildiyini, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 94.35 AZN məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 30 AZN məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, Borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə pul vəsaitindən faydalanır. -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma -ödənilməsini digər şəkildə gecikdirmə -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə 30.00 AZN, cəmi 3655.28 (üç min altı yüz əlli beş manat iyirmi səkkiz qəpik) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xidməti tutularaq, İddiaçı QBKT MMM-ə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 94.35 AZN məbləğində cərimə məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq, 30.00 AZN məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsi təmin edilməli və X10 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “X17” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 2810.00 (iki min səkkiz yüz on) manat, faizlər üzrə 815.28 (səkkiz yüz on beş manat iyirmi səkkiz qəpik) manat, cərimə üzrə 94.35 (doxsan dörd manat otuz beş qəpik) manat məbləğində olmaqla ümumilikdə 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 27 manat 19 qəpik (2719,63 manat x 1%) = 57,19 (Əlli yeddi manat on doqquz qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X9 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X9 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı vəziyyətdə, xx.xx.2023-cü il tarixli, F-265 saylı X9 iştirak edilməməsi barədə arayışdan "xxxx" Azerbaijan MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 10.12.21-ci il tarixli **********18925 saylı kredit müqaviləsi və Cavabdeh1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, **********18925- ******* saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliklər əsasında yaranan kommersiya mübahisələri barəsində iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə və İMSnin keçirilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan xx.xx.2023-cü il tarixdə X5 X11 keçirilmiş, o cümlədən cavabdeh tərəf iştirak etmədiyindən İMS-nin keçirilməsi ilə əlaqədar 60 (altmış) AZN məbləğində mediasiya xərci iddiaçı "xxxx" Azerbaijan MMM QBKT tərəfindən ödənildiyindən, 60 manat mediasiya xərcinin məbləği 57.19 manat məbləğində ödənilməli olan dövlət rüsumunu əhatə edərək, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə, yəni 98,26 % hissəsinə mütənasib olaraq, 56,19 (əlli altı manat on doqquz qəpik) manat cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməli, X9 üzrsüz səbəbdən iştirak etməyən tərəf Cavabdeh2 və Cavabdeh1 olduğundan, X10 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 AZN məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı qalan hissədə dövlət rüsumundan azad edildiyinə görə məhkəmə 1,00 (bir manat sıfır qəpik) AZN məbləğində təmin edilməmiş dövlət rüsumunun ödənilməsinə toxunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 xx.xx.2021-ci il tarixli **********18925 saylı kredit müqaviləsi, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, **********18925- ******* saylı zaminlik müqaviləsinə əsasən əsas borc üzrə 2810.00 AZN, faiz borcuna görə 815.28 AZN, cərimə borcuna görə isə 94.35 AZN, cəmi 3719.63 (üç min yeddi yüz on doqquz manat altmış üç qəpik) AZN manat məbləğində tələb edilən, lakin məhkəmə tərəfindən azaldılaraq 30 (otuz) manat məbləğində müəyyənləşdirilən cərimə olmaqla ümumilikdə 3655,28 (üç min altı yüz əlli beş manat iyirmi səkkiz qəpik) AZN borc məbləği müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 57,19 (Əlli yeddi manat on doqquz qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə 56,19 (əlli altı manat on doqquz qəpik) AZN məbləği cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilsin. Cavabdeh tərəf üzrsüz səbəbdən mediasiya prosesində iştirak etmədiyindən X10 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci, bütövlükdə Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar