Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-8/2023 20.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı nümayəndəsi Nümayəndə 17 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində, Cavabdeh 2011-ci il tarixdən tanıdığını, 2011-ci ilin may ayından onunla un alqı-satqısı etdiyini, Cavabdeh çörək sexi işlətdiyini, hər dəfəsində təxminən 50- 120 kisə civarında unu cavabdehə verdiyini sonra isə hesablaşdığını, Cavabdeh həmin unları çörək pişirdikçə satıb sonra ona pulunu ödədiyini, bir çox hallarda yarısını ödədiyini, yarısının qaldığını, həmçinin cavabdehə un verərkən unların verildiyi tarix və qiymətləri barədə onda olan dəftərə müvafiq qeydlər edildiyini, eyni zamanda unun pulunu alan zaman da verdiyi pulun məbləği və tarixi barədə hər ikisinin dəftərə müvafiq qeydlər-imzalar etdiyini, 2021-ci ilin sonunda Cavabdeh ilə haqq-hesab etdiyini, həmin haqq-hesab nəticəsində İslamın ona 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borcu qaldığını, Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borcunu bu günədək ona ödəmədiyini, Cavabdeh müvafiq borcunu qaytarması barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, həmin müraciətinin baxılması üçün Ordubad Rayon Polis Şöbəsinə göndərildiyini, Ordubad Rayon Polis Şöbəsində müvafiq müraciətinə baxılması barədə ona məlumat verildiyini, həmin məktubda Cavabdeh ona olan borcunu səmimi olaraq etiraf etməsinin, maddi vəziyyəti aşağı olduğundan borcunu hissə-hissə ödəyəcəyinin bildirildiyini qeyd etmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci, 425.1-ci, 442-ci, 445.2-ci, 445.1-ci, 448.1-ci 739.1-ci və 740-cı maddələrinə, o cümlədən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-116/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi icraata qəbul edilmişdir, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş məhkəmə baxışına təyin olunmuş, məhkəmənin 25 may 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə mülki prosessual qanunvericiliklə 4 ay müddətinə baxılması üçün nəzərdə tutulmuş prosessual müddətin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 12 dekabr 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında Cavabdeh ilə əmisi vasitəsilə tanış olduğunu, əmisinin adının Həsən olduğunu, həmin kənddə yaşadığını, əmisi ilə münasibətinin yaxşı olduğunu, İslamın kirayəyə pekarnı götürüb işlətdiyini, əmisinin ondan “Rza müəllim, bu yaxşı adamdır, ver malı işləsin, sənin pulunu ödəsin” deyə bildirərək xahiş etdiyini, əmisi elə dediyinə görə İslama mal verdiyini, onun da pulu qaytardığını, malı verdikcə qol çəkdirdiyini, malın pulunu qaytardıqca da qol çəkdiyini, qol çəkdirə-çəkdirə malı verib iş gördüyünü, bir müddətdən sonra İslamın ona “Pekarnı tikirəm, Rza müəllim, kömək elə” dediyini, “tikər, özü də qazanar, mən də qazanaram” deyə düşündüyünü, hər tayın üstündə 50 qəpik pul qoyduğunu, İslamın pekarnını tikdiyini, sonra ora avadanlıqlar aldığını, hazırda pekarnını tikib istifadə etdiyini, az-az mal verdiyini, nəticədə bu məqamın yarandığını, sonrasında pulu ala bilmədiyini, 200 manatı iddia veriləndən sonra gətirib verdiyini, onu da dəftərdə tarixi ilə qeyd etdiyini, 21 yanvar 2022-ci il tarixdə həmin ödənişi etdiyini, 3000 (üç min) bir, 600 (altı yüz) bir, 200 (iki yüz) bir, 200 (iki yüz) də bir verdiyini, həmin 200 (iki yüz) manatı çıxanda da borcun məbləğinin 39874 manat etdiyini, iddia tələbində də yazdığı qədərini istədiyini bildirmiş, 31 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında İslamın əvvəllər Əmirin zapravkasının yanında iki qaynı ilə birgə pekarnı işlətdiyini, o qardaşların başına oyunlar gətirdiyini, qayınlarının pekarnını qoyub qaçdıqlarını, İslamın oranı tək işlətməyə başladığını, sonradan əmisi Həsənlə özü yaxın olduğundan, hansı ki uzun müddət alver etdiyini qeyd edərək, əlaqələrinin olduğunu, aralarında heç inciklik olmadığını, Həsənlə İslamın bazara gəldiyini, bazarın ortasında əmisinin “Rza müəllim, bu mənim qardaşım oğludur, ona unla kömək elə işləsin” dediyini, onun da “nə olar, Həsən, sən zamin olsan işlərəm” dediyini və un verdiyini, onun da işlətdiyini, bir müddət hesabına düz olduğunu, dəftərdə də bunların hamısının hesabını açıq-aşkar yazdığını, onun tutarsız danışdığını gördüyünü və qol çəkdirdiyini, öz qolunun olduğunu, ayrı adamın qolunun olmadığını, qolu çəkdirib malı ona verdiyini, sonradan İslamın ona ”Rza müəllim, istəyirəm həyətdə bir pekarnı tikim, sən də un verərsən mən işləyərəm” dediyini, unu verərək onun işlətdiyini, pekarnını öz həyətinin kənarında tikməyə başladığını, pekarnını işlətməyə başladığını, İslamın pulunun olmadığını, o pulların hamısını ona özünün verdiyini, “İslam, ordan pul da götür eybi yox, bir az xərclə, mənim dəyirmana bir ətək pul borcum qaldı” dediyini, özünün də bazarda dükanının olduğunu, dükanı işlətdikcə dəyirmanın pulunu özünün verdiyini, ondan sonra İslamın pekarnını yavaş-yavaş ora köçürtdüyünü, avadanlıq almağa da, malı İrandan bu tərəfə keçirməyə də onun pulunun olmadığını, yüz manat dayısına verdiyini, “apar İslama ver” dediyini, yüz manat əmisinə verdiyini, “apar İslama ver” dediyini, yüz manat özünün verdiyini, sonra qırx manat bir verdiyini, malları keçirdib gətirdiyini, pekarnısının gözəl pekarnı olduğunu, özünün də çox gözəl çörək bişirdiyini, iddiaçı İslamın hərdən gedib avadanlıqların bir hissəsini gətirməsi üçün ona pulları az-az verdiyini, dəftərdə də verdiyi pulları yazdığını, İslamın pekarnını tikib hasilə gətirdiyini, ondan sonra yenə onun İslama un verdiyini, İslamın işlətdiyini, ona çox miqdarda pul borclu qaldığını, pekarnını bir müddət işlətdikdən sonra İslamın pulunun artdığını, sonrasında Parağadan Şahin adlı oğlanın onunla yoldaşlıq etdiyini, İstanbuldan guya Rusiyaya mal vursunlar deyə İstanbula getdiklərini, Şahinin Moskvaya getdiyini, İslamın qayıdıb Ordubada gəldiyini, Ordubada gələndən sonra onun İslama un vermədiyini, onun məcburiyyət qarşısında qalaraq gedib Yaycıdan hazır lavaş gətirib satdığını, Rizvan adlı adamın lavaşını satdığını, Rizvanın lavaşının pulunu ona qaytardığını, özü qazancını götürdüyünü qaytarmadığını, dörd min səkkiz yüz manat Rizvana pul borclu qaldığını, bir gün atasıyla özünün iddiaçı gilə gəldiyini, evdə adam olmadığını, İslam və atası və onun maşına minib çay içməyə getdiyini, Atasının “Rza müəllim, mənim xətrimə unu ver, narahat olma” dediyini, bir maşın un verdiyini, iki min altı yüz səksən dörd manatlıq mal verdiyini, İslamın səkkiz yüz manat pul verdiyini, min səkkiz yüz manat qaldığını, atasını çağırıb ona “belə olmaz axı” dediyini, atasının “mənim təzyiqim var, mənim şəkərim var, təqaüdçü adamam, pulu verə bilmərəm” dediyini, onun da ”verə bilmərsənsə, təzyiqin varsa bizə gəlməzdin. Gəldinsə oğlunu başa sal pulumu ödəsin” dediyini, amma pulu vermədiklərini, axırda ortada İslamın əmisi Həsənin rol oynamasını, malı verib, onun satmasını məsləhət bildiklərini, İslam əmisini də aldatdığını, onda İslamın ona (iddiaçıya) iyirmi üç min manat borcunun olduğunu, Həsənə gah verdiyini, gah da vermədiyini dediyini, Həsənin də “sən Allah bunu mənim üstümdən götür. Özün malı ver, özün də al” dediyini, İslamın pekarnıdan yaxşı pul qazandığını gördüyünü, ona görə malı verdiyini, hissəhissə pulunu verəcəyini düşündüyünü, “özü də qazansın, dolansın, nə olar elə bil ki bir ailəyə kömək edirəm” deyə bildirdiyini, Həsənin kənara çıxdığını, İslamın onu aldatdığını, min manatını da vermədiyini, “eybi yox, min manatı çıxaq” deyə bildirdiyini pulu çıxdığını, onu ta ötürmədiyini, qolu çəkdirdiyini, özünün nəzarət etdiyini, onu sıxma-boğmaya saldığını, ondan sonra yenə mal verdiyini, onların evlərinə getdiklərini, yoldaşının, İslamın yoldaşının danışdığını, İslamın yoldaşının “Rza müəllim, belə edək, ayda iki yüz manat iki yüz manat verək, yavaş-yavaş da artıraq verək” deyə məsləhət bildiyini, onlara 18 oktyabr 2020-ci ildə getdiyini, həmin vaxt təxminən İslamın ona otuz yeddi minə kimi borcunun olduğunu, “pulları xırda-xırda versin” deyə güman etdiyini, onun gündə beş tayla doqquz tay arası çörək bişirib satmağa başladığını, hər bir tayda on beş bağlamın əmələ gəldiyini, hər bağlamanı dörd manata satanda hər tayda altmış manat pul etdiyini, bunun otuzunun unun puluna getdiyini, otuz manatı qaldığını, otuz manatın on beş manatının fəhlələrə getdiyini, yerdə on beş manatı qaldığını, təxminən beş tay bişirsə idi gündə yetmiş beş manat-yüz manat pulunun olduğunu qeyd etdiyini, ondan sonra İslamın pulu israf etməyə başladığını, İslamın pekarnısının çörəyinə çörək çatmadığını, yaxşı çörək bişirdiyini, “bu az-az mənim pulumu verər” deyə fikirləşdiyini, onu sıxışdırdığını, bir fevral iki min iyirmi birinci ildən İslama “daha sənə mal verməyəcəyəm. Pulları verəcəksən, ondan sonra” dediyini, o vaxt təxminən İslamın ona qırx minə kimi borcu olduğunu, qırx mini keçdiyini, on doqquz min borcun dördüncü partiyada olduğunu, axırda on doqquz min iki yüz altmış dörd manata kimi olduğunu, hələ İslamın ona min manat əlavə pul verdiyini, 01 fevral 2021-ci ildə İslama daha ödənməmiş mal vermədiyini, pulu alıb, malı verdiyini, pulu verməmiş, axırda ona mal vermədiyini, beləliklə, İslamın ona o vaxt qırx üç min manat borcunun olduğunu, qırx üç min manat puldan xırdaxırda 200-200 ödəməklə, üç min manat bir verdiyini, sonradan iki yüz manat, iki yüz manat, iki yüz manat da bir verdiyini, axırda iki yüz manatı qaldığını, onu, “pulu verəcəyəm” deyə inandırdığını, müstəntiqin yanında, bu dəftəri verdiyini, ona “İslam, o iki yüzü də yazarsan üstünə” dediyini, iki yüz manatı verə-verə gəldiyini, pulları da yavaş-yavaş verəcəyəni, onun cəmi dörd min manat pul verdiyini, deməli, qırx üç min səkkiz yüz yetmiş dörd manat İslamın ona pul borcunun qaldığını, 200-200 verərək üç min bir etdiyini, sonradan 200-200 də dörd yüz manat bir verdiyini, səkkiz yüz manat da bir verib dəftərdə çıxdığını, İslamın ona 200 manatı qaldığını, o da gələndə min manat olduğunu, ona dörd min manat pul verdiyini, qalan pulların hamısının qaldığını, hara ki imzanı qoyubsa, ora cavabdeh olduğunu, onun İslama çörək verdiyini, heç kimi aldatmadığını, Ordubadda bugünə kimi bir adama borclu qalmadığını, bir adamın bir manatını mənimsəmədiyini, öz yazdıqlarını dəftər şəklinə salandan sonra, yazdıqları əsasında qol çəkdirdiyini, əvvəlcə malı verdikcə qol çəkdirdiyini sonra dəftərə saldığını, eynilə dəftərə qol çəkdirdiyini, ”bəs bu qolları kim çəkibdir?” deyə bildirdiyini, 20 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında işin gedişatından razı olduğunu, ancaq bir şeyin həddindən artıq qaranlıq qaldığını, ekspertizanın 5-ci partiyanın düzgün hesablamadığını, ekspertiza idarəsində, müdirin yanında olduğunu, 15-ci partiya gələn məhsulu yazmadığını, bundan əlavə 3965 manatı 2965 manat, 100 manat olaraq özündən rəqəmlər yazdığını bildirərək, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə 12 dekabr 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahında tərəflərin öz aralarında yazılı müqavilə bağlayaraq un alqı-satqısı ilə bağlı cavabdeh şəxsə çörək birişirilməsi üçün un verildiyini, 2011-ci ildən fəaliyyətlərinin başladığını, bununla bağlı olaraq tərəflər arasında yazılı şəkildə müqavilə formasında tərtib olunduğundan müqavilə adlandırıla bilinəcək sənəd tərtib olunduğunu, həmin gündən son ödəmə tarixinədək verilən bütün unların, eləcə də borcun müqabilində verilən unların qarşısından cavabdeh şəxsin öz imzası ilə imzaladığını, verilən pulun da qarşısında imza edib, verilən pul çıxıldıqdan sonra qalıq borcun qarşısında da imza edildiyini, sonuncu imzanın 01 fevral 2021-ci ildə olduğunu, 900 (doqquz yüz) manat ödədiyini, qalıq borcun da 19.846 (on doqquz min səkkiz yüz qırx altı) manat borcun da qarşısında imzanın mövcud olduğunu, ondan sonrakı tarixlərdə də un verildiyini, pul alındığını və bunların hamısının qeyd olunduğunu, bugünkü günədək iddiaçının qeyd etdiyinə görə sadəcə 200 (iki yüz) manat ödəniş edildiyini, 20 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında hazırkı iş üzrə məhkəmə araşdırmasının tamamlandığını, İddiaçı Cavabdeh qarşı otuz doqquz min səkkiz yüz yetmiş dörd manat pul tələbinə dair iddia ərizəsinin sübut kimi təqdim olunduğunu, tərəflər arasında un alqı satqısı ilə bağlı 2011-ci il tarixdə aralarında bağlanmış yazılı sadə müqavilə əsasında iddia tələbini əsaslandırdığını, həmin iddia tələbinin əsası kimi məhkəməyə təqdim olunmuş yazılı müqavilənin məhkəmə araşdırmasında tədqiq olunduğunu, eyni zamanda həmin müqavilə üzrə şahid qismində şəxslərin məhkəmə iclasına dəvət olunaraq dindirildiyini, müvafiq olaraq iki dəfə məhkəmə ekspertizası təyin olunduğunu, verilmiş həmin müqavilənin təqdim edildiyini, nəticə etibarı ilə ekspertiza tərəfindən qarşılıqlı imzalar əsasında cavabdehin iddiaçıya 25316 (iyirmi beş min üç yüz on altı) manat borcu olduğunun müəyyən edildiyini, lakin iddiaçı tərəfin həmin ekspert rəyi ilə razılaşmadığını, iddiaçının otuz doqquz min səkkiz yüz yetmiş dörd manat pulun tam olaraq ona ödənilməsini hesab etdiyini, həmin müqavilə üzrə həmin borcun müəyyən olunduğunu bildirərək, qeyd olunanları nəzərə alıb iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 31 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında Ordubad rayonunda Əmir adlı şəxsin yanacaqdoldurma məntəqəsində pekarnı işlətdiyini, həmin vaxt iddiaçını da tanımadığını, Yanacaqdoldurma məntəqəsində qaynı ilə kira götürüb pekarnı işlətdiklərini, onda pekarnının az olduğunu, alverlərinin pis olmadığını, Ordubad rayon bazarında da çörək qoyub satdığını, orada bir oğlanın olduğunu neçə il onun satdığını, o ərəfədə gəlib “səni mən izləyirəm, işləyən uşaqsan, mən sənə köməklik etmək istəyirəm, atam belə xeyirxah olub, mən sənə un verərəm və sairə” deyə bildidiyini, o da “problem yoxdur” deyə bildirdiyini, onsuz da başqasının da ununu gətirəndə pulunu verdiyini, o da göndərsə pulunu verəcəyini, yəni ona heç bir dəyişiklik olmadığını, onun işlədiyini, pulu verəverə Rza müəllimin gedib-gəlib borcun var dediyini, onun da “bəs, müəllim, mən pulları verirəm, necə borcum yaranır?” deyə bildirdiyini, Müəllimin dəftərlərinə baxılsa borcunun heç olmadığı iki ildə belə ona borc yazıldığını, 300-400 manat pulu qalanda belə atasına Rza müəllimin zəng vurub, “oğluna de sabah mənim pulumu göndərsin” dediyini, onun da “müəllim, axı demişəm ayın beşi pensiya verilir, altısı da mən pulu yığıram göndərirəm ki mənə un göndərəsən” deyə qeyd etdiyini, ona necə borc yarana bilər? deyə bildirdiyini, dörd min də deyil, qırx minin söhbətin etdiyini, bunun mümkün olan hal olmadığını, “Mənim ona borcum olsa idi, gedərdim qapısına yalvarardım, ağlıyardım, deyərdim məni ötüşdür, uşaq oxuduram, vəziyyətim budur, gedib Türkiyədə işləyib göndərərəm” deyə bildirdiyini, onun borcunun Yaycı kəndində Rizvana olduğunu, kredit götürüb verdiyini, oğluna kiçik toy edib aparıb özünə qalan pulu verdiyini, anasının adına kredit götürüb yenə aparıb xalxın pulunu verdiyini, dollar qalxanda, yüz əlli manat da artıq verdiyini, beş min manat pul verdiyini, bu dəqiqə də adamın yaşadığını, bu dəqiqə hamının borcunun olduğunu, üç nəfərdən birindən də alacağının olduğunu, çünki çörək sexi işlətdiyini, amma iddiaçının iddia etdiyinin tamamən yalan olduğunu, bir manat belə borclu qalmadığı ildə ona nə qədər borc çıxardığını, iddiaçının pulunu verməmiş ona un vermədiyini, “bəli, un gəlib pulunu göndərmişəm, min iki yüzdür deyək, qalıb orda mini demişəm müəllim, ayın deyək ki 27-si maaşlar verilir, üç günün içində mən yığıb qalanını da göndərəcəyəm, mənim unumu göndər” deyə bildirdiyini, onun pulu dəyirmana, iddiaçının dediyi şəxsə getməyincə heç vaxt ona un göndərmədiyini, hər şeyi yalan dediyini, hamıyla eyni qaydada işlədiyini, bundan sonra da Naxçıvan firmasıyla işlədiyini, “O deyir un verim, bu deyir un verim, pisəmsə verməsinlər də” deyə qeyd edərək, pulu ödədiyini, amma ona borcun necə oldu qaldığını bilmədiyini “Nə beş yüz manat, nə min manat? Kim bu borc qarşısında ikinci dəfə un verər ki,?” deyə bildirdiyini, bu dəqiqə terminalın müdirinin belə kiməsə qırx minlik mal verməyəcəyini, yalandan o borcu üstünə götürməyəcəyini, iddia etdiyi borcun tamamən yalan olduğunu, özü də yalan olduğunu bildiyini, Rzanın onun yoldaşına “İslam bir dəfə desin pul məndədir, mən o pulu istəmirəm. Hamı bilsin, kiməsə sübut edim ki, pul İslamdadır” dediyini, kreditlərlə iş gördüyünü, on üç ildən çox Türkiyədə inşaatlarda fəhlə işləyərək, özünə bir iş qurduğunu, o da başına belə iş gətirdiyini, onun cavanlığından, təcrübəsizliyindən istifadə edib neçə illərdir oyun qurduğunu, iddiaçının ona qurdlu unlar da göndərdiyini və ziyana düşdüyünü bildirib, əlavə olaraq, axırıncı borcun xx.xx.2021-ci ilə qədər borclu qalmayanda belə iddiaçının ona borc çıxardığını, dəftərləri ona görə yandırdığını, iyirmi min alver edib, götürüb altına iyirmi min borc yazdığını, pulu verməmişdirsə malı niyə göndərdiyini, günlük etdiyi alveri yazdığı dəftərlərdə nə qədər un gəldiyini, nə qədərini verdiyini, nə qədərinin qaldığının yazdığını, yoldaşının dəftərlərin çoxunu yandırdığını, on ildən artıqdır bu işi gördüyünü, evdə dəftər əlindən yer olmadığına görə yandırdığını, ziyanını qarşılayacağını dediyi üçün artıq ondan un almaq istəmədiyini demədiyini, hər dəfəsində təmiz undur dediyini, 3 il ərzində iddiaçıdan ayrı, alver etməyə-etməyə Yaycı kəndində Rizvan adlı şəxsdən çörək daşıdığını, gecəgündüz özünün həm fəhlə işlədiyini, kürəni də özünün işlətdiyini, yerin kafelini də özünün vurduğunu, amma iddiaçının bunları onun iddia etdiyini, onun elədiyini, bildirib, kimin nə etdiyini, pulunu necə aldığını, hamısını sübut etməli olduğunu bildirib, özünün də sübut edə biləcəyini, kənddə hamının şahid olduğunu, bir dənə 04 maşının olduğunu, onu 3500 manata işlətməyə verdiyini, 3600-ə bir dənə başqasını aldığını, 40.000 - 45.000 pul mənimsəyibsə əgər içində qazancı daxil 70.000 olmalı olduğunu, 70.000-lik yox 7000-lik onunla işlədiyi müddətdə evində nəsə tapılsa, hər şeyini ona verəcəyini, 17 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında neçənci ildən onunla işlədiyini, unun pulu qurtaranda ona un verdiyini, unun pulu qurtarmayınca ona un göndərilmədiyini, haqq-hesab dəftərində qolları bazarın qabağında çəkdiyini, ona şəxsən pul vermədiyini, Rzanın həmişə “üçüncü şəxslərə ver” dediyini, ona “verdiyin pulların qarşısından qol çək” dediyini, o da ayaqüstə qol çəkib çıxıb getdiyini, ona “sən pul verdin min beş yüz, onun qarşısından qol çək, veribsən yeddi yüz onun qarşısından qol çək” dediyini, verdiyi pulların qabağından qol çəkdiyini, özünün də “mənim başım itibdir, bunlar mənə lazım deyil, mən kiməsə sübut etmək istəyirəm, gəl borcu üzərinə götür, mənə bir qəpik də pul lazım deyil, pul da istəmirəm, sadəcə sən de ki, o pul məndədir” dediyini, onun da evində-eşiyində hər şeyi araşdırıb, bütün kənddən soruşmaqlarını ki, o qırx min yox, dörd min onun pulu çıxsın evini-eşiyini hər şeyini ona verəcəyini, 200-200 ödədiyi pulları 2019-cu ildən ödədiyini, polisdə ona borcunun olduğunun deyilmədiyini, Rza müəllimin ona borcunun olduğunun iddia etdiyini dediklərini, polisdə verdiyi izahatında borcu qəbul etmədiyini, 20 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçının onu aldadıb qol çəkdirdiyini, iddiaçının onun yoldaşına, iddiasının olmadığını, sadəcə İslamı süründürmək istədiyini deyə bildirdiyini, “pul iddiası olsaydı, günü günə verilən pulları bir dəfə soruşardı, ki bəs sənə hər gün pul verilib, bu pulları sən mənə niyə verməmisən?, pul istəyən adam gedib pul verilən adamdan pulun tələb edər” deyə bildirib, günü-gündən pul verildikdən sonra ona mal verildiyini, qalan hamısının yalan olduğunu, yalana don geyindirib yeritməyə çalışdığını, başqa bir partiyadan 500 manat yubananda hər gün zəng edib “pulu ver sonra o biri partiyanıı göndərim” dediyini, bir manatı o yan bu yan etməsinin mümkün olmadığını, 15 partiyanın hər partiyasına 4030 (dörd min otuz) manatlıq un gəldiyini, iddiaçının ortada pulu getdiyini, lakin ondan deyil, pulun ondan çıxdığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdiyini bildirdi. Şahid3 məhkəmə baxışı iclasında verdiyi ifadəsində taksi fəaliyyətində olduğunu, (Aza kənarında oturduğunu) Aza yol ayrımında durduğunu, Naxçıvana marşrut işlətdiyini, “beş dəfə, üç dəfə, iki dəfə olduğunu” dəqiq deyə bilmədiyini qeyd edərək, lakin dəfələrlə, son bu iki il ərzində İslamın gəlib iki manat (xidmət haqqı) verdiyini, bu pulu X5 verməsini dediyini, Zakirin dəyirmanda işlədiyini, ora çatıb, ona zəng vurub telefonu Zakirə verdiyini, Zakirin də "İslam, mənə pul çatdı” dediyini, işin nə yerdə olduğunu bilmədiyini, heç bir anlayışının olmadığını, Zakirin yanına çatıb, “Zakir, bu pulu İslam verib sənə” dediyini, İslamın da ona “gedərdən ora deyərsən ki, Zakir bu pulu islam göndərib” dediyini, onun da “problem deyil, yolda vermisən, vermişəm Zakirə” dediyini, bura məhkəməyə gələcəyini bilmədiyini, yalandan, bu kişiyə (iddiaçını göstərərək) pul verdiyini deyə bilməyəcəyini, hesab-kitabın harda olduğunu bilmədiyini, onların məqsədlərinin nə olduğunu, o sarıdan heç bir anlayışının olmadığını, bir dəfə də Zakirin orada olmadığını, Zakirə zəng vurduğunu, Zakirin “ver mənim işçimə” dediyini, orada fəhlə işçisi olduğunu, təzədən telefonu ona verdiyini, telefonla danışdığını, “Zakir, götürüm pulu?” dediyini, Zakirin də “hə, götür” dediyini, sonra özünün çıxıb getdiyini, iddiaçını tanımadığını, ona pul da vermədiyini, nəsə də etmədiyini, bu işdən heç anlayışının olmadığını bildirib, əlavə olaraq iki il ərzində bu işi gördüyünü, iki ildən öncə Zakiri tanımadığını, 2020-ci ildən 2022-ci ilədək bu işi gördüyünü, amma beş dəfə, on dəfə, yeddi dəfə deyə bilməyəcəyini, İslamla iddiaçı arasında un alıb-satılmasını, verilməsini, kimin kimə borcu olmağı barədə heç bir anlayışının olmadığını bildirərək ifadəsini bitirmişdir. Şahid1 məhkəmə baxışı iclasında verdiyi ifadəsində Rza müəllimin uzun müddət İslamla özünün işlədiyini, sonra ona “gəl bizim aramızda sən işlə, çünki mən səni İslamdan yaxşı tanıyıram” dediyini, onun da Rza müəllimə, “gəl məni bura qatma” dediyini, Rza müəllimin “yox, gəl sən işlə” dediyini, bir müddət işlədiyini, sonra aralarının yaxşı olmadığını gördüyünü, onun vaxtında sözünün onunla, bununla düz gəlmədiyini, aradan çıxdığını, sözünün pul məsələsində düz gəlmədiyini, birinin pulu ver dediyini, digəri də çatdıra bilmirəm dediyini bildirərək, nisyə getdiyini, onlar arasında münasibətin korlandığını, bu dəqiqə hər şeyin nisyə olduğunu, özünün iyirmi ildir alacaqlarının olduğunu, heç gətirib vermədiklərini, onun vaxtında cavabdehin iddiaçıya hardasa bir üç-dörd min, beş min borcunun olduğunu həmin vaxtın 2018-ci ilin fevralında olduğunu, o zaman onun bunlarla qutarıb, aradan çıxdığını, ikisinin qaldığını, İslamdan aldığı pulu ya Rzaya, ya da dəyirmana verdiyini, sonra daha onlara vasitəçilik etmədiyini dediyini, 2018-ci ildə onlarla işləməyi qurtardığını, onun öz ticarətinin olduğunu, öz işi ilə məşğul olduğunu, daha bunların işinə qarışmadığını, 2018-ci ildə Cavabdeh İddiaçı dəqiq nə qədər borcu qaldığını bilmədiyini, onun öz dəftər-kitabının olduğunu, 2018-ci ildən bu vaxta kitab saxlamadığını, İslamın İddiaçı borcunun təqribən dördbeş min arası olduğunu bildirərək ifadəsini bitirmişdir. Şahid2 məhkəmə baxışı iclasında verdiyi ifadəsində İslama ununu təqribən 2021-ci ildə apardığını, İslama unu rəhmətlik Bədərnüşün daşıdığını, onun maşını xarab olanda, işi olanda özünün gətirdiyini, maşınının Qazel olduğunu, unu Camaldın dəyirmanından apardığını, oranın Dərəlikdə olduğunu, dəyirmanın Hacının olduğunu, işlədən isə Zakirin olduğunu, Zakirin ona zəng edib “gəl İslama un apar” dediyini, hər dəfəsində 60 tay, bir-iki dəfə də 70 tay un apardığını, aparıb unu təhvil verdiyini, onun da pulu sayıb verdiyini, amma pulun yadında olmadığını, Dəyirmanın fəhləsi ilə getdiyini, onun boşaltdığını, pulu verdikləri zaman saydığını, onun da pulu ora gedəcəyi üçün dəyirmanın işçisinə verdiyini, Culfaya yola saldığını, yarım saat keçdikdən sonra zəng edib, “Zakir, pulu aldın, saydın?” deyə soruşduğunu, Zakirin də “hə, aldım” deyə cavab verdiyini, amma heç bir sənəd vermədiklərini, onun da yəqin Rza müəllimə zəng edib bu qədər pul gətirdi, bu qədər un apardı dediyini güman etdiyini bildirib, əlavə olaraq, bütün unların pulunu dəyirmana verdiyini, Rza müəllimə pul vermədiyini, dəyirmana verdiyini, hər dəfə un aparanda dəyirmana vermək üçün pulunu verdiyini, kəsirinin də olduğunu, köhnənin pulunun, ya birbaşa nağd verilməsini bilmədiyini, pul gəlib Zakirə çatanda Zakirin zəng vurub Rzaya nə qədər pul çatdığını bildirdiyini, Zakirin qarşısında cavabdehin Rza müəllim olduğunu, həmin unun pulunun nə qədər olması, yaxud da keçmişin pulunun olması ilə bağlı, o cümlədən, Rüstəmovla Rza müəllim arasında borc məsələsininin, unun pulunun nə qədər verilməsi, nə qədər qalması ilə bağlı bilmədiyini, yadından çıxdığını, kimin kimə borcu olması barədə məlumatının olmadığını bildirərək ifadəsini bitirmişdir. Şahid4 məhkəmə baxışı iclasında verdiyi ifadəsində yoldaşının iddiaçıyla un alışverişi etdiyini bildiyini, un gələndə nisyə verildiyini, gələn partiya gələndə o biri partiya un gəlsin deyə evdə nə pul var verildiyini, evdə pulun qalmadığını, gələn partiya bir də unun gəldiyini, Aralarında danışdıqlarını eşitdiyini, iddiaçının tez-tez zəng vurduğunu, çörək sexlərinin olduğunu, kirayənin çoxaldığını, kənd yeri olduğundan nisyə getdiyini, çatdırmaq olmadığından orada işini dayandırdığını, hər şeyi, aparatı olsun və sairəni gətirib həyətinə tökdüyünü, razılığını aldıqdan sonra həyətlərində fəaliyyət göstərməyə başladığını, Sexin həyətlərində olduğunu, çox çətinlik çəkdiklərini, kredit götürüb gedib başqa yerdən—Culfanın Yaycı kəndindən çörək gətirib, müştəriləri əllərindən çıxmasın deyə camaata payladıqlarını, kredit götürüb, evdə hamının kürənin tikilməsinə kömək etdiyini, çox çətinlik çəkdiklərini, özünün bir üç il orada tibb bacısı ola-ola fəhlə kimi işlədiyini, düzdür, borcun olduğunu, belə ki, kubik götürüb, ustası olub, elə olub çörək verib işin içindən çıxdıqlarını, kredit götürüb, qızıllara kimi-öz razılığı ilə satdığını, özünün də işlədiyini, şəxsin iddia etdiyi kimi pulu mənimsəmədiklərini, yoldaşının tədricən birtəhər iddiaçıya pulunu göndərdiyini, Rza adlı şəxs ilə alış-veriş etdiyini bildiyini, bu partiya gələndə evdə pulun qalmadığını, hamısının unun puluna getdiyini, bir az irəli getsinlər deyə bir ay iş üçün Türkiyəyə gedəndə həmin vaxt borcu onun ödədiyini, amma şəxsən alış-veriş etmədiklərini, ona pulu ver filankəsə deyiləndə, məsələn Həsən əmisinə, un gətirənə pulu verdiyini, sonra 2019-cu ildə o Kələntər Dizədə məntəqə müdiri olarkən iddiaçının yanında yoldaşı olan Rəfiqə adlı bir qadınla ora gəldiyini gördüyünü, onu çölə çağırdığını, onda kim olduğu barədə tanışlıq verdiyini, ona “hə, adınızı eşitmişəm, amma şəxsən tanımıram” dediyini, özünün də təsdiqləyə biləcəyini, onu kənara çəkib hədə-qorxu gələrək, “yoldaşınızın mənə borcu var, versin. Yoldaşını belə edərik, elə edərik. Adamımız var, belə” dediyini, amma borcun məbləğini demədiyini, yoldaşının həmin vaxt burda olduğunu, Türkiyədə olmadığını, yoldaşının xasiyyəti bir az çətin olduğuna ona bu haqda heç nə demədiyini, sonra bu dəfə də həyətdə olan iş yerlərinə Rəfiqə xanımla yenə gəldiklərini, həyətdə ucadan danışdıqlarını, səs-küy olduğunu, Rəfiqə xanımın da ona hədəqorxu mənasında bəzi sözlər dediyini, onun da yoldaşına “bu yaşlı insandır, ola bilər sən bununla alış-veriş edibsən, məntiqli fikirləşdim, dedim ola bilər borcun qalar arada, sən demə ki yoxumdur, bəlkə olub sən bilmirsən?” deyə soruşduğunu, evə dəvət etdiklərini, onlara gələndə ağladığını, yoldaşına biz bunlara cüzi ödəniş edək bizdən əl çəksinlər dediyini, özlərinin elə insan olmadığını, yoldaşının da, özlərinin də heç kəslə sözlərinin olmadığını, onların gəldiklərini və ayda 200 manat razılaşdıqlarını, amma yoldaşına şərt qoyaraq orada, pulu verəndə qol çəkdirməyi, aparıb şəxsən qol çəkdirib, verməyi dediyini, sonra onun gəlib pulu verdin, vermədin? deyəcəyini hardan biləcəyini, bir müddət keçdikdən sonra, onun Ordubad rayonu Mərkəzi Xəstəxanasında bir ay olardı işlədiyini, zəng gəldiyini, Rəfiqə xanımın zəng etdiyini, onun “siz Rza bəyə o iki yüz manat razılaşdığınız pulu verirsiz?” dediyini, onun da “əlbəttə, qol çəkdiririk, özü də təsdiqləyə bilər ki, veririk” dediyini, Rəfiqə xanımın, “verirsiz, hə, yaxşı, sağ ol” dediyini və telefonu söndürdüyünü, təxminən bir ay keçdikdən sonra, kadrlar şöbəsinin işçisinin gəlib Aytən, səni maraqlanıblar dediyini, onu kənara çəkib belə bir məsələnin olduğunu soruşduğunu, ayda 200 manat iddiaçıya pul verdiklərini, iddiaçının isə onlara borc iddia etdiyini, hər ay 200 manat olmaqla, ümumilikdə 4000 manat pul yoldaşının iddiaçıya verdiyini, həm kredit ödəyib, həm də çətinliklə o pulu verdiklərini, kadrlar şöbəsinin işçisinin getdiyini, yəqin onun nə vaxt növbədə olduğunu dediyini, iddiaçının qeydiyyatda öz qohumunun da olduğunu, rəhmətə gedən yoldaşının bacısının qızı olduğunu, ona dediyini, onun da gəlib “Aytən, səni bir şəxs soruşur” dediyini, baxanda iddiaçının olduğunu gördüyünü, qızın qəbul şöbəsində qapıda durduğunu, qızın yanında yoldaşı haqqında şər böhtan deməyə başladığını, onda ona borcun bu qədər olduğunu, o vaxt 40.000 manat dediyini, məhkəmədən sonra yoldaşı İslama “ver zəng vurum” dediyini, zəng vurub “ay Rza müəllim, etməyin belə. Elə məbləğ irəli sürmüsünüz ki, dörd min vermişik axı. Bu aparatdır iki adamın işini görür, kredit götürüb o aparatı alıb, mənim maaşımdan çıxılıb da onun pulu” dediyini, onun da “sənin sözünlə mən yalan deyirəm? yox, getsin qırx mini boynuna götürsün məhkəmədə, eybi yox” dediyini, özü iddiaçını araşdırıb maraqlandığını, hamıya şər atır dediklərini, həyatlarını zindan etdiklərini, yoldaşının İddiaçı borcunun olmadığını, iddiaçı ilə yoldaşı arasında hər hansı bir haqq-hesabı tam bilmədiyini, sadəcə alver etdiklərini, un göndərdiyini bildiyini, bu partiya gələndə evdə bir qəpik qalmadığını, yoldaşının pulu evə qoyduğunu, camaatdan yığdığı pulu ikinci partiya gələn una verdiyini, elə olub ki, alış-verişə gəldikləri zaman pulu tapıb o pulun qalığını qaytara bilmədiyini, özünün də qazandığının getdiyini, zəng vuranda iddiaçıya heç o qırx mindən əksik olmadı? dediyini, iddiaçının otuz səkkizə endiyini dediyini, razılaşdıqları iki yüz manat pulları aparıb verəndə imza çəkdirməyi yoldaşına bildirdiyini, yoldaşına polisi də götürüb, onun yanında pulu verməyi bildirdiyini, yoldaşının dörd min ödədiyini, üç min manat bir dəfəyə ödəməsi ilə bağlı yoldaşının o barədə danışmadığını, iddiaçı xəstəxanaya bir neçə dəfə təkrar gələndə yoldaşı haqqında mənfi ifadələr işlətdiyini, onun, elə bil kiməsə sübut etməyə çalışırcasına məhkəmədə borcu boynuna almasını, pulun lazım olmadığını bildirdiyini, un gələndə evdən pul verəndə köhnəni tamamilə verdiyini, yaxud da üç min idi minini verdiyini iki mini qaldığını dəqiq bilmədiyini, amma bu partiyanın pulunu qurtardığını, o biri partiya gəldiyini bildiyini, iddiaçı Kələntərə gəlib səs-küy yaratdığından yoldaşına 200-200 pul verməyi razılaşdığını, borcun qala biləcəyini düşünərək, aralarında alış-veriş etdiklərini, səs-küy olmasın deyə cüzi miqdarda ödəniş edərək, əl çəkib, çıxıb getmələrini, ayda 200 manat olmaqla, dörd min ödədiklərini, 20 ay, iki ilə yaxın ayda iki yüz manat ödədiklərini, yoldaşının iddiaçıya ümumiyyətlə borcunun olmadığını ona dediyini, İslamın əmisi Həsənin bu ikisinin arasında un alveri etmələrində vasitəçilik etdiyini, Həsənlə Rza və İslam arasında olan un alış-verişində Həsənin bunlardan aralananda nə qədər borc qaldığını bilmədiyini bildirərək ifadəsini bitirmişdir. Şahid5 17 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində Rza müəllimi neçə illərdir tanıdığını, İslamı bir az sonra tanıdığını, Rza müəllimə un verdiyini, onun da payladığını, üç-dörd nəfərin, bir də İslamın Ordubadda olduğunu, İslama sonradan un verdiyini, hesabı da ancaq Rza müəllimlə gördüyünü, İslama birbaşa un vermədiyini, İslamın Rza müəllimə borcunun çox olduğunu, borclandığını, Rza müəllimin zəng etdiyi vaxtda, İslama un göndərdiyini, ancaq hesabı Rza müəllimlə gördüyünü, yəni birbaşa onunla pul haqq-hesabının olmadığını, amma son zamanlar İslamın borcunun çoxaldığını, Rza müəllimin ona un vermədiyini, verdiyi unun hesabını bağlayandan sonra ikinci partiyanı verdiyini, İslam pul verib, yetmiş tay un göndərəndə Rza müəllimin “min manat pul verəcək, ya min iki yüz verəcək” dediyini, İslam onun otuz faizini, qırx faizini verdiyini, pul da göndərdiyini, Rza müəllimin zəng edib, “bugün İslam pul göndərəcək” dediyini, İslam həmin gün, ya bir gün sonra min manatmı, min iki yüz manatmı, göndərdiyini, Cavabdeh İddiaçı borcunun axırda təqribən qırx min manatı keçdiyini, bu barədə həm İslam tərəfdən, həm də Rza müəllim tərəfdən məlumatının olduğunu, hal-hazırda İslama mal verməyəcəyini, yəni pulunu verəndən sonra malı verəcəyini, pulsuz mal verməyəcəyini, borc məsələsinin onunla İslam arasında deyil, Rza müəllimlə İslam arasında olduğunu, Rza müəllimin aldığı unlardan İslama da verdiyini, Rövşən, Zülfüqar, Cəlil adlı şəxslərə də verdiyini, İslamın Rza müəllimə olan qırx mini keçməsi barədə borcu ilə bağlı məlumatları Rza müəllimdən eşitdiyini, bir dəfə də bu barədə İslamla söhbətinin olduğunu, dolayısı ilə onun “indiyə qədər Rza müəllim babalıq edib, edəcək” dediyini, Cavabdeh unu Rza müəllim nə vaxt zəng etsə onda göndərdiyini, son zamanlarda, cavabdehin Rza müəllimə tam borclandığı vaxtda Rza müəllimin artıq ona un vermədiyini, un göndərəndə Rza müəllimin “İslam bugün min manat pul verəcək” dediyini, onun da un göndərdiyi adama “bu qədər pul verməsə unu boşaltmayın” tapşırdığını, deyilən məbləği də cavabdehin göndərdiyini, qalan borcun da Rza müəllimlə İslamın arasında olduğunu, arada Rza müəllimin zəng edib “bugün İslam pul göndərəcək” dediyini, İslamın ondan un istəyəndə ona “mənə zəng etmə, zəng elə Rza müəllimə Rza müəllim məndən istəsin unu” dediyini İslama göndərilən unun pulunu Rza müəllimin İslamdan əvvəl bağladığını, göndərilən unun pulunun qalanının son zamanlar göndərildiyini, təxminən Rza müəllimin İslama on ildən çox olar ki, mal verdiyini bildirərək ifadəsini bitirmişdir. 20 oktyabr 2023-cü il tarixə, saat 09:15-ə təyin edilmiş məhkəmə baxışı iclasında İddiaçı, iddiaçının vəkili Nümayəndə və Cavabdeh iştirak etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 1/n-1036 nömrəli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 39 874 manat borc pulun qaytarılmasına dair kommersiya mübahisəsinə dair iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən İMS-də İddiaçı və Cavabdeh iştirak etmişdir. xx.xx.2022-ci il tarixli, 180269 nömrəli mədaxil qəbzindən görünür ki, İMS-nin keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 9.70 (doqquz manat 70 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 27 iyul 2022-ci il tarixli, Ordubad rayon Vergilər Şöbəsinin rəisi vergi xidməti müşaviri Məhəmməd İbadov tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (VÖEN-**********) həqiqətən, 05 oktyabr 2020-ci il tarixdən 05 oktyabr 2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Ordubad rayon Vergilər Şöbəsinin rəisi vergi xidməti müşaviri Məhəmməd İbadov tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, **********512400 nömrəli məktubdan görünür ki, Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh (VÖEN **********) 16 iyul 2009-cu il tarixdə Ordubad rayon Vergilər Şöbəsində “İxtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadi məmulatlarının pərakəndə satışı” fəaliyyət növü üzrə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Haliyyədə Ordubad rayon Sabirkənd kəndində yerləşən “çörək sexində” lavaş çörək istehsalı ilə məşğul olur. 27 avqust 2022-ci il tarixli, 4/1105 N-73 nömrəli Ordubad rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli Nəbiyev tərəfindən ünvan 2 ünvanda yaşayan İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı 18 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəyə aiddiyyəti üzrə Ordubad rayon Polis Şöbəsində baxılmış, Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh Ordubad rayon Polis Şöbəsinə verdiyi izahatda səmimi olaraq iddiaçıya olan borcunu etiraf etmiş və maddi vəziyyətinin aşağı olması səbəbindən həmin borcu hissə-hissə ödəməsini xahiş etmiş, 26 avqust 2022-ci il tarixdə Ordubad rayon Polis Şöbəsinə iddiaçı müraciət edərək göndərilən müraciətin baxılmamış saxlanılmasını xahiş etdiyindən həmin müraciət “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin un alqı-satqısı ilə bağlı iddiaçıya olan 39 874.00 manat pul öhdəliyi bu günədək ödənilmədiyindən, həmin miqdarda pulun ödənilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq bu öhdəlik yerinə yetirilmədiyindən, verilən sözlərə əməl edilməyərək borc qaytarılmadığından, məhkəmədən kənar mübahisənin həlli ilə bağlı X1 müvafiq borcun ödənilməsi barədə razılığa gəlinmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalındığı, buna görə də çəkilən bütün xərclərin cavabdehdən alınmasının məhkəmədən xahiş ediləcəyi bildirilmişdir. e-2-2(123)-8/2023 saylı kommersiya mübahisəsinə dair iş materiallarının İ cildinin 95- 130-cu vərəqələrini əhatə edən dəftərdən görünür ki, 23 may 2011-ci il tarixdə tərəflər arasında iki tərəfli sadə yazılı müqavilə bağlanmış, həmin müqavilədə iddiaçı və cavabdeh tərəfindən qarşısında imzalar qoyulmaqla verilən unlar və onun qarşılığında ödənilən pullar öz əksini tapmışdır. 31 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasında Cavabdeh tərəfindən təqdim edilən əl yazısı ilə tərtib edilən və başlıq göstərilməyən yazılı material sonradan mübahisələndirilməməsi üçün işə əlavə edilmiş və nəticədə işə aidiyyəti olmadığından məhkəmə tərəfindən qiymətləndirilməməsi qərara alınmışdır. 03 mart 2023-cü il tarixli məhkəmə baxışı iclasında İddiaçı tərəfindən təqdim edilmiş “məlumat” başlıqlı, əl yazısı ilə tərtib edilmiş izahatdan görünür ki, həmin izahatda İslamın əvvəlcə yaxın qohumları ilə (arvadının qardaşları) çörək sexini kirayə edərək birlikdə işlətdiyini, qohumlarına kələk gəldiyinə görə onların ayrıldığını, həmin sexi tək işlətməyə başladığı, İslamın əmisi Həsənlə onun tanış olduğunu, Həsənin düz adam olduğunu, elə ona görə də Həsənin xahişi ilə İslama un verdiyini, İslama ehtiyac olduğu qədər un verdiyini, ilk vaxtlar unun pulunu vaxtında verdiyini, sonralar özünün torpağında çörək sexi tikdiyini, İslamın pulunun olmadığını, bu halı bildiyini, ona görə də pulunu yubatmadan qaytarmaq şərtilə ona veriləcək puldan istifadə etməyi İslama razılıq verdiyini, İslamın sexə avadanlıqlar aldığını, sex tam hazır olduğu zaman birlikdə işləməyə başladıqlarını, İslamın sexə un aldıqca və pulunu ödəyərkən imzası ilə bu əməliyyatı təsdiq etdiyini, bir müddətdən sonra İslamın onu aldatdığını hiss etdiyini, ona “sən hər taydan (50 kq un) 15-16 bağlam çörək bişirirsən” deyə bildirdiyini, bunun dörd manatdan 60 manat etdiyini, hər gün doqquz taya qədər un bişirdiyini, bunun isə hər tayda 60 manat qazanc demək olduğunu, bu pulun yarısı xərclərə getsə belə İslama hər gün 150 manat pul qaldığını, bunları İslama bildirdiyini və məsələni aydınlaşdırmaq üçün onlara getdiyini, öz həyat yoldaşı ilə birlikdə tez qayıdacağını düşünüb maşınının qapısını bağlamadığını, onlara çay gətirdiklərini, bu anda İslamın nəyi isə bəhanə edərək evdən (otaqdan) çıxdığını, çay içmədiklərini, bu anda İslamın geri qayıtdığını, məsələni aydınlaşdırıb, İslamın ona verəcəyi pulu hissə-hissə ödəməsinin razılaşdırıldığını, təqribən 2 gün sonra həmin sənədləri maşından götürmək istədiyini, sənədlərin maşında olmadığını, onu İslamın götürdüyünü, ona un verməyi dayandırdığını, bu ərəfələrdə onun Yaycı kəndində yerləşən çörək sexindən çörək gətirib satdığını, onlara da 4800 manat borclu qaldığını, sexin sahibi Rizvanın onun maşınını əlindən aldığını, borcu qaytarandan sonra maşınının ona verdiklərini, bunu sonralar bildiyini, onun atasına hörmət əlaməti olaraq yenidən un verməyə başladığını, çünki atası və oğlu İslamın belə halların bir daha təkrarlanmayacağı barədə ona söz verdiklərini, İslamın tək onu aldatmadığını, xalası ərinin evini girov qoyaraq 6000 manat pulunu mənimsədiyini, onun pullarını (un pulları) götürüb parağalı Şahlarla İstanbula gedib və oradan Moskva şəhərinə karqo ilə mal göndərdiyini, Şahların Moskvaya getdiyini, İslamın isə geri qayıtdığını, qızı az bal topladığından qızını özəl universitetə düzəltdirib, ilə də 1600 manat təhsil haqqı ödədiyini, İslamın dediyinə görə iki “04 Lada” maşınının olduğunu, birinin atasının adına olduğunu, kirayə verildiyini, birinin isə özünün adına olduğunu, Ordubad bazarında əvvəlcədən proqnoz vermək variantı ilə qumar oynadığının və yüz manat uduzduğunun, 60 manat isə borclu qaldığının şahidi olduğunu, bir dəfə Ordubad mərkəzi xəstəxanasının yanında İslamla rastlaşdığını, yanıındakı qızın kim olduğunu soruşduğunu, ona həyat yoldaşının iş yoldaşı olduğunu bildirdiyini, maraqlanıb yalan danışdığının öyrəndiyini, onun həyat yoldaşı ilə bu qadının işləmədiyini, İslamın gizli münasibətdə ola biləcəyi qadınlardan biri olduğunu düşündüyünü, İslamın araq içdiyini və özünə münasib adamlarla yeməkxanalarda yeyib-içdiyini, bu işlərə pul tapdığını, onun pulunu isə vermədiyini, dandığını, İslamın ona Sabirkənd İcra başçısı Xəlilə çörək sexinin işlədilməsinə görə 3000 manat pul rüşvət verdiyini bildirdiyini, bu insanın humanist və ədalətli qanunlar qarşısında cavab verəcəyini, onun haqlı şikayətinin ədalətli həllini tapacağını, halal zəhmətlə qazandığı pulların geri qaytarılacağını, bildirmiş, ardından İslamın pulları hara xərcləməyi ilə bağlı tutduğu siyahısında “çörək sexinin tikintisi üçün 16000 manat, sexə alınmış avadanlıqlar üçün 5000 manat, sexi işlətmək üçün razılıq 3000 manat, İstanbula gedib Moskvaya karqo ilə mal göndərmək üçün 6000 manat, Yaycı kəndində yerləşən çörək sexindən çörək gətirib satmaq üçün 4800 manat, qumar oynamağı, qadın düşkünü olmağına özünün şahidlik etdiyini, qız övladı az bal topladığından özəl üniversitetə düzəltmək, təhsil haqqının 1600 manat, iki ədəd “04 Lada” maşının 8000 manat olmaqla 44.400 manat” göstərərək, bir sözlə, İslamın məsuliyyətsiz, əhlikef və fırıldaq olduğunu, iddiaçının sadəliyindən istifadə edərək onu tora saldığını, bunları deməkdə məqsədin İslamın başqalarının da onun kimi aldatmamasının olduğunu, onun olduqca hiyləgər, şər böhtan deyən adam olduğunu qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad rayon Polis Şöbəsinin rəisi, polis mayoru Tural Cəfərov tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Salmanova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/914 nömrəli məktubdan görünür ki, həmin məhkəmənin 17 fevral 2023-cü il tarixli, e-2-2(123)-8/2023 nömrəli sorğusuna cavab olaraq Ordubad şəhər sakini İddiaçı ərizəsi və izahatı, eyni zamanda Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh ərizəsi və izahatlarının surəti təsdiq edilməklə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 4/914 nömrəli məktubla birlikdə məhkəməyə təqdim edilmiş İddiaçı ərizəsindən görünür ki, həmin ərizədə 2004-cü il tarixdən 2011-ci il tarixədək qanuni şərtlərlə ticarətlə məşğul olduğunu, Culfa rayonunun dərəlik dəyirmanından xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək un gətirib Ordubad rayon Sabirkənd kəndində yerləşən çörək sexinin sahibi Cavabdeh verdiyini, həmin çörək sexinin tikilməsinə pulunu qaytarmaq şərtilə pul köməyi etdiyini, əvvəllər verilən unların dəyərinin pul şəklində hissə-hissə verildiyini, son zamanlar maddi imkanının pis olmasını bəhanə gətirərək möhlət istədiyini və bir il müddətinə möhlət verdiyini, haliyədə isə onun yaşlı olmağından (75 yaş) istifadə edərək borcunu qaytarmadığını, müxtəlif bəhanələr gətirdiyini, borcunun geri qaytarılması üçün köməklik edilməsini xahiş etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli, 4/914 nömrəli məktubla birlikdə məhkəməyə təqdim edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə uyğun izahatından görünür ki, həmin izahatda İddiaçı Subay olmaqla 2 övladının olduğunu, övladlarının hal-hazırda Bakı şəhərində yaşadığını, təxminən 2004-cü il tarixdən ticarət fəaliyəti ilə məşğul olduğunu, 2004-cü ildən 2011-ci il tarixədək Ordubad rayon Sabirkənd sakini Şahid1 müxtəlif məsul və əşyalar sataraq ticarət əlaqəsi yaratmış, bu günə kimi onunla arasında hər hansı narazıçılıq olmadığını, 2011-ci il tarixdə Həsənlə Ordubad şəhər bazarında rastlaşdığını, Həsənin yanında olan tanımadığı şəxslə onu tanış etdiyini, həmin şəxsin adının İslam olduğunu, onun qardaşoğlusu olduğunu, ticarətlə məşğul olduğunu və onun onunla qarşılıqlı ticarət əlaqəsi yaratmaq istədiyini bildirdiyini, sonra İslamın Aza kəndində yerləşən çörək pekarnısını icarəyə işlətdiyini, həmin pekarnıda çörək bişirmək üçün un lazım olduğunu bildirdiyini, o da ona “istəsən sənə un gətirib verərəm” deyərək, hər kisəsində 50 qəpik qazanc ələ etdiyini bildirdiyini, 23 may 2011ci il tarixdə İslama un gətirməyə başladığını, 26 sentyabar 2012-ci il tarixədək onunla un alışverişi etdiyini, İslama un satarkən pulunu tam olaraq almadığını, yəni pulunu İslamın hissəhissə verdiyini, xx.xx.2012-ci il tarixdə İslamla ticarət əlaqəsini dayandırarkən İslamın ona 12 036 (on iki min otuz altı) manat borcu qaldığını, xx.xx.2013-cü il tarixdə İslamın onunla yenidən görüşdüyünü, ticarət əlaqələrini yenidən quracağını, ona borclu olduğu pulları hissəhissə ödəyəcəyinə söz verdiyini, bu səbəbdən onunla yenidən ticarət əlaqəsinə başladığını, bir müddətdən sonra İslam ona borcunu vaxtında qaytarmadığından onunla ticarət əlaqəsini kəsdiyini, xx.xx.2013-cü il tarixdə İslamın ona 2 100 (iki min yüz) manat borcunun qaldığını, həmin vaxt İslamın ona ümumilikdə 14 136 (on dörd min yüz otuz altı) manat borcunun olduğunu, 2015-ci ilin may ayında İslamın ona yenidən yaxınlaşdığını, ticarət əlaqələrini yenidən qurmağı təklif etdiyini, bundan sora ticarət əlaqələrini davam etdirdiyini, sonra İslamın həyətyanı sahəsində tikdiyi lavaş sexinin tamamlanması üçün ondan borca pul istədiyini, həmin vaxtı lavaş sexinin tamamlanması üçün ona 1 620 (min altı yüz iyirmi) manat məbləğində borc verdiyini, İslam sexin tikilməsində borclu olduğu üçün onun pullarını hissəhissə verə bilmədiyini, həmin ilin avqust ayı İslamla ticarət əlaqəsini kəsdiyini, 06 09.2015-ci il tarixdən 31.01 2016-cı il tarixədək İslama 6 970 (altı min doqquz yüz yetmiş) manat dəyərində un verdiyini, İslamın həmin pulu hissə-hissə ödəyə bilmədiyini, alverinin zəif olduğunu əsəs gətirərək ondan müddət istədiyini, həmin tarixdən İslamla ticarət əlaqəsini kəsdiyini, xx.xx.2016-cı il tarixdə İslam atası Famil ilə birlikdə onlara gəldiyini, Famil ondan İslama un verilməsini xahiş etdiyini, onun bu xahişini qəbul edərək İslama 1 (bir) maşın un verdiyini, həmin unun pulunun bir hissəsini ödədikdən sonra ona 1 884 (min səkkiz yüz səksən dörd) manat borcu qaldığını, həmin müddətdə İslam pulu yenə hissə-hissə ödəmədiyindən ticarət əlaqələrini kəsdiyini, bu vaxt İslamın ona ümumilikdə 24 610 (iyirmi dörd min altı yüz on) manat borcu qaldığını, bir müddətdən sonra İslam, Həsən və onun birlikdə görüşərək söhbət etdiyini, söhbət zamanı Həsənin unu onun vasitəsi ilə İslama satılmasını xahiş etdiyini, Həsənə inandığı üçün onun bu xahişi ilə razılaşdığını, 2016-cı ilin mart ayından Həsənin vasitəsi ilə İslama un satmağa başladığını, bir müddətdən sonra Həsənlə İslam arasında narazıçılıq yarandığını və Həsənin vasitəçilikdən imtina etdiyini, Həsənin vasitəçilikdən imtina etməsinə baxmayaraq yenə də İslamla ticarət əlaqələrini davam etdirdiyini, 2016-cı ilin mart ayından xx.xx.2021-ci il tarixədək İslamla ticarət əlaqələrini davam etdirdiyini, bu müddət ərzində ona dəfələrlə un verdiyini, həmin unların bir hissəsinin pulunu hissə-hissə ödədiyini, qalıq olan 19 264 (on doqquz min iki yüz altmış dörd) manatını isə maddi vəziyyətinin aşağı olduğunu bildirərək ödəyə bilmədiyini bildirdiyini, həmin vaxtı ona ümumilikdə 43 874 (qırx üç min səkkiz yüz yetmiş dörd) manat borcu olduğunu, İslam cavabında ona maddi vəziyyətinin yaxşı olmadığını, ona möhlət verilməsini istədiyini bildirdiyini, xx.xx.2020-ci il tarixdə İslam ona hər ay 200 (iki yüz) manat verərək borcunu ödədiyini, maddi vəziyyətinin yaxşı olduğu halda daha çox pul ödəyəcəyini bildirdiyini, xx.xx.2020-ci il tarixdən bu günə kimi İslam ona borclu olduğu pulun 3 800 (üç min səkkiz yüz) manatını hissə-hissə ödədiyini, hal-hazırda İslamın ona 40 074 manat borcunun qaldığını, İslama un satıb pulunu alarkən ona borclu olduğu məbləğ qarşısında qeyd dəftərində ona imza çəkdirdiyini, Cavabdeh ilə ticarət əlaqəsi zamanı yaranmış borclardan onun əmisi Həsən və atası Familin İslamın ona borcu olduğunu bildiyini, hətta dəfələrlə hər ikisi İslamın ona borclu olduğu halda ona yenə də un satılmasını xahiş etdiklərini, əlavə olaraq qeyd dəftərində İslamın çəkdiyi imzalarla bunu təsdiq etdiyini, İslam borclu olduğu pulu qaytara bilmədiyi halda, İslamla ilk dəfə ticarətə başlayarkən o, vaxtı vaxtında ona borclu olduğu pulu hissə-hissə ödədiyindən və sonradan həyətyanı sahəsində lavaş sexi tikdiyindən, həmin sexə avadanlıq və başqa materiallar alaraq ona verəcəyi pulları həmin sexin qurulmasına, avadanlıqlarının alınmasına xərclədiyini, bu səbəbdən onun pullarını verə bilmədiyini, gələcəkdə islamın işlərinin düzələcəyini, onun pullarını hissə-hissə ödəyəcəyini düşündüyünü, xx.xx.2019-cu il tarixdə İslamın ona 17 450 (on yeddi min dörd yüz əlli) manat borcu olduğu halda xx.xx.2021-ci il tarixdə isə ona 19 264 (on doqquz min iki yüz altmış dörd) manat borcunun olduğunu, fərqin 1 814 (min səkkiz yüz on dörd) manat olduğunu, bunun da İslamın lavaş sexini və oraya alınan avadanlıqları ona verəcəyi pullarla aldığının sübut etdiyini, Cavabdeh ilə əvvəlcədən hər hansı ədavətinin olmadığını, onun cəzalandırılmasını da istəmədiyini, sadəcə olaraq ona borclu olduğu pulların qaytarılmasını istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli, 4/914 nömrəli məktubla birlikdə məhkəməyə təqdim edilmiş Cavabdeh izahatından görünür ki, həmin izahatda, evli və iki övladının olduğunu, qızı Nuray Rüstəmovanın hal-hazırda Naxçıvan Dövlət Universitetinin İ kursunu bitirdiyini, oğlu Fuadın isə məktəbli olduğunu, təxminən 14 ilə yaxındır ki, çörək bişirib satmaqla məşğul olduğunu, bişirdiyi çörəkləri Ordubad şəhər bazarında və rayonun digər kəndlərində satdığını, 2011-ci ilin yay ayları zamanı Ordubad şəhərində tanımadığı bir şəxsin ona yaxınlaşaraq adının Rza olduğunu bildirdiyini, ticarət fəliyyəti ilə məşğul olduğunu, un satdığını və çörək bişirmək üçün onu unla təmin edə biləcəyini bildirdiyini, sonra ona “sənə neçə vaxtdır fikir verirəm, çox əməksevər insansan” dediyini, bu səbəbdən onunla ticarət əlaqəsinə girə biləcəyini bildirdiyini, o da onun bu təklifi ilə razılaşdığını, Rza adlı şəxsə “mənə çörək bişirmək üçün un gətir, amma həmin pulunu hissə-hissə verəcəm” deyə bildirdiyini, Rza da onun bu təklifini qəbul etdiyini, 2011-ci il tarixdən onunla un alverinə başladığını, yəni Rzanın gətirdiyi unlardan çörək bişirərək satdığını, birinci gətirilən unun pulunu verdikdən sonra Rzanın əlavə olaraq un gətiridiyini, bunun hər dəfə eyni qaydada təkrar olunduğunu, bir müddətdən sonra onun təcrübəsizliyindən istifadə edərək dəfələrlə ona yararsız (qurdlu) un gətirdiyini, həmin unlarda itkilər olduğundan ziyana getdiyini və Rzanın ona dəymiş ziyanı qarşılamadığını, amma buna baxmayaraq həmin unların pulunu hissə-hissə olsa da ödədiyini, buna baxmayaraq Rza ilə ticarət əlaqələrini davam etdirdiyini, icarəyə işlətdiyi sexin bağlandığını, bu səbəbdən Rza ilə ticarət əlaqələrinin dayandığını, müştərilərini itirməmək üçün Yaycı kəndində yerləşən lavaş sexlərindən çörək gətirərək satmaqla məşğul olduğunu, bir neçə il keçdikdən sonra, yəni 2014-cü il tarixdə həyətyanı sahəsində lavaş sexi açdığını, Sex fəaliyyətə başlayan zaman Rza adlı şəxsin onunla əlaqə saxlayaraq un verəcəyini bildirdiyini, o da “unun pulunu eyni qaydada verəcəm, yəni, hissə-hissə” deyə bildirdiyini, Rzanın onun bu fikri ilə razılaşdığını, yeni tikdiyi sexə un gətirdiyini, həmin unlardan lavaş sataraq onun pulunu hissə-hissə verməsinə baxmayaraq ona borcunun qaldığını, bu halın bir dəfə təkrar olunduğunu, 2019-cu ilin oktyabr ayında Rzanın onun yaşadığı evə gəldiyini və orada səs salaraq ona olan borcunun ödənilməsini tələb etdiyini, Rzaya hal-hazırda maddi vəziyyətinin çox aşağı olduğunu, bu səbəbdən ona olan borcunu tam ödəyə bilmədiyini, borcunu hər ay (iki yüz) manat ödəməklə ödəyə biləcəyini bildirdiyini, Rza da onun bu təklifi ilə razılaşdığını, 19 ay ərzində ona hər ay 200 (iki yüz) manat ödəməklə ümumilikdə ona 3800 (üç səkkiz yüz ) manat ödədiyini, ona olan borcunu bir müddət ödədikdən sonra alverin zəiflədiyini, bu səbəbdən onun borcunu ödəyə bilmədiyini, bundan sonra aralarında narazıçılıq yarandığını, 25 avqust 2022-ci il tarixdə onunla yenidən görüşdüyünü və ona olan borcunu hər ay 200 (iki yüz) şəklində hissə-hissə ödəyəcəyini bildirdiyini, Rzanın da onun bu təklifini qəbul etdiyini və onunla yenidən ticarət əlaqəsinə girməyə razılıq verdiyini, İddiaçı ilə ticarət əlaqəsi yaradarkən əmisi Həsənin heç bir vasitəçiliyinin olmadığını, Rzanın ona göndərdiyi unların pulunu müxtəlif şəxslərlə Rzanın dediyi dəyirmana göndərdiyini, Rza ilə görüşərkən verdiyi un pullarının qarşısından imza çəkməyini xahiş etdiyindən, hər dəfə ödədiyi məbləğin qarşısından imza çəkdiyini, sonra Rzanın ona borclu olduğunu iddia etdiyini, İddiaçı un alıb həmin unun pulunu ödəyərkən şahid kimi Rzanın unlarını gətirən sürücü, Culfa şəhər sakini Həsən və "Nuranə” dəyirmanın saibkarının oğlu Rüstəm adlı şəxslərin bu hadisənin şahidi ola biləcəyini, İddiaçı olan borcunun çox hissəsini hissə-hissə ödədiyini, ona çox az miqdarda borcunun qaldığını, dəqiq xatırlamadığını, həmin borcu hissə-hissə ödəyəcəyini, onunla alver edərkən hər hansı imza çəkdirmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini, eləcə də şahid ifadələrini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İşin yuxarıda göstərilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2011-ci il tarixdən un alqı-satqısı ilə məşğul olmaq məqsədilə tanış olmuş, bir surəti Cavabdeh olan, un alqı-satqısı ilə bağlı qeydlərin olduğu, tərəflər arasında sadə yazılı formada 23 may 2011-ci il tarixdə, qarşılıqlı razılıq əsasında bağlanmış iki tərəfli müqavilə əsasında tərəflərin izahatlarında qeyd edildiyi kimi, İddiaçı Cavabdeh un verməyi, Cavabdeh da verilən unların dəyərini iddiaçı şəxsə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hər dəfəsində təxminən 50- 120 kisə civarında unu, adına Hacı deyilən şəxsin olan, lakin Şahid5 işlətdiyi dəyirmandan Cavabdeh təhvil verərək üzərinə düşən öhdəliyini yerinə yetirmiş, eyni zamanda Cavabdeh da verilən unun dəyərini dəyirmana birbaşa və ya dolayı yolla göndərmiş, Şahid3 və Şahid2 ifadələri ilə həmin hal öz təsdiqini tapmış, lakin həmin məbləğlərin əvvəl ödənilməmiş unun və ya yeni unun pulu olduğu, yaxud verilən unun pulunu tam əhatə edib-etmədiyi şahid ifadələri ilə müəyyən edilə bilməmişdir. 17 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında həmin dəyirmanı işlədən Şahid5 ifadəsində Rza müəllimin İslama göndərilən unun pulunu İslamdan əvvəl bağladığını, təxminən Rza müəllimin İslama on ildən çox olar ki, mal verdiyini bildirmişdir. Belə ki, vasitəçi kimi çıxış edən İddiaçı dəyirmana əvvəlcədən unun dəyərini ödəyərək Cavabdeh un verdiyi, verilən unun qarşlığında cavabdeh tərəfindən pulun bir hissəsinin ödənildiyi, nəticədə cavabdehin iddiaçıya borclu qaldığı şahid ifadələri ilə təsdiq edilmişdir. İddiaçı bir müddətdən sonra Cavabdeh hesabına düzgün olmadığı qənaətinə gələrək onunla haqq-hesab etdikdən sonra ona olan borcunun 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat olduğunu müəyyən etmiş, Cavabdeh müvafiq borcunu qaytarması üçün bu barədə ərizə ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmiş, həmin müraciət baxılması üçün Ordubad Rayon Polis Şöbəsinə göndərilmiş, Ordubad Rayon Polis Şöbəsində müvafiq müraciətə baxılması barədə ona məlumat verilmişdir. Cavabdeh Ordubad Rayon Polis Şöbəsinə verilmiş izahatından maddi vəziyyəti çox aşağı olduğundan iddiaçıya olan borcunu tam ödəyə bilmədiyi, borcunu hər ay 200 (iki yüz) manat ödəməklə ödəyə biləcəyi, iddiaçının da onun bu təklifi ilə razılaşdığı, 19 ay ərzində ona hər ay 200 (iki yüz) manat ödəməklə ümumilikdə ona 3800 (üç min səkkiz yüz) manat ödədikdən bir müdət sonra alveri zəiflədiyindən bu səbəbdən onun borcunu ödəyə bilmədiyi, bundan sonra aralarında narazıçılığın yarandığı, 25 avqust 2022-ci il tarixdə onunla yenidən görüşərək ona olan borcunu hər ay 200 (iki yüz) manat şəklində hissə-hissə ödəyəcəyinin bildirildiyi müəyyən edilmiş, beləliklə, cavabdeh 3 800 (üç min səkkiz yüz) manatdan əlavə, 25 avqust 2022-ci il tarixdə iddiaçı ilə görüşdükdən sonra ona olan borcunu hissə-hissə ödəməsini öhdəsinə götürsə də, onun tərəfindən öhdəliyin lazımınca icra edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş və həmin müqavilə hər iki tərəf üçün məcburi xarakter alsa da, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə, xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məlumat başlıqlı əl yazısı ilə tərtib edilmiş izahatına münasibətdə məhkəmə bildirir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı verdiyi izahatında iddia tələbini müdafiə etməklə yanaşı, cavabdehin şəxsi həyatına müdaxilə edərək izahat vermiş, belə ki, həmin izahat cavabdehin mənimsədiyi borc məbləğinin hansı yöndə istifadə edilməsi məqsədi daşısa da, həmin hallar məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən, birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının: 32-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 32-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 72-ci maddəsinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Avropa İnsan hüquqları konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Şəxsi toxunulmazlıq hüququ dedikdə, şəxsin şəxsi və ailə həyatına hörmət hüququ, şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ, şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar başa düşülür. Belə ki, məhkəmə, hazırkı mübahisənin borc pul məbləğinin ödənilməsi tələbi ilə bağlı olduğunu qeyd edərək, həmin tələb çərçivəsində mübahisənin məhkəmə tərəfindən həll edilməsini zəruri hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə iş materiallarının 1-ci cildinin 95-130-cu vərəqələrində olan və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu dəftərdəki imzaların həqiqətən Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunduğunu, eyni zamanda iş materiallarının 2-ci cildinin 4-45-ci vərəqələrində olan və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu haqq-hesab dəftərindəki imzaların həqiqətən İddiaçı tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunduğunun müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 15 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 369 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 15 may 2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmış, həmin rəyin nəticə hissəsindən iş materiallarının 1-ci cildinin 95-130-cu vərəqələrində olan və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu dəftərdəki imzaların həqiqətən Cavabdeh tərəfindən icra olunduğunun, eyni zamanda iş materiallarının 2-ci cildinin 4-45-ci vərəqələrində olan və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu haqq-hesab dəftərindəki imzaların həqiqətən İddiaçı tərəfindən icra olunduğunun öz təsdiqini tapdığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmənin e-2-2(123)-8/2023 saylı kommersiya mübahisəsinə dair iş materiallarında olan dəftərlərdə imzasız məbləğlər istisna olmaqla, qarşısında imzaların əks olunduğu rəqəmlərin hesablanması (həmin imzaların məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə təyin olunmuş məhkəməxətşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 369 №-li ekspert rəyi əsasında həqiqiliyi təsdiqlənmişdir) və ümumilikdə nə qədər borc məbləğinin olduğunun aydınlaşdırılması məqsədilə iş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün məhkəmənin 25 may 2023cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 608 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 18 iyul 2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmış, həmin rəyin nəticə hissəsindən ekspert qarşısında qoyulan suala müvafiq olaraq Cavabdeh İddiaçı 29 dekabr 2021-ci il tarixə (son ödəniş tarixinə) yekun borcunun 7853,00 (yeddi min səkkiz yüz əlli üç) manat təşkil etdiyi qeyd edilmişdir. 10 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı 14 iyul 2023-cü il tarixli, 608 saylı ekspert rəyi ilə razı olmadığını, ekspertin düzgün hesablamadığını bildirmiş, nəticədə iddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə şifahi vəsatət verərək rəy vermiş ekspertin izahının alınması üçün məhkəmə iclasına dəvət edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin qərarı ilə vəsatət təmin edilərək, ekspertin izahının alınması üçün məhkəmə iclasına dəvət edilməsi qərara alınmışdır. 29 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasına dəvət olunmuş ekspert X8 ekspert rəyi ilə bağlı verdiyi izahında-xətşünaslıq ekspertizasındakı imzaları nəzərə aldığını, birinci tranş üzrə cavabdehin iddiaçıya 12 867 manat, ikinci tranş üzrə 2 100 manat, üçüncü tranş üzrə 8 590 manat, dördüncü tranş üzrə 1 894 manat və sonda ödənişlər nəzərə alınmadığından 17 575 manat iddiaçının artıq ödənişinin hesablandığını, ona görə məbləğlərin ümumilikdə 17 500 manat, toplam məbləğlərdən çıxdıqda 7 853 manat cavabdehin iddiaçıya borcunun qaldığını, ödəniş məbləğlərinin nəzərə alındığını, qarşısında imzası olmayanlar nəzərə alınmadığından həmin məbləğlərin mənfiyə düşdüyünü, artıq ödəniş kimi nəzərə alındığını, ümumilikdə 17 853 manat cavabdehin iddiaçıya borcu qaldığını, gördüklərini yazdığını, əlavə heç nə yazmadığını, imza olmayan məbləğləri nəzərə almadığını, dəftərin 108-ci vərəqində yazılan 17 500 manatın qarşısında imza olduğunu, ümumi məbləğləri toplayıb hamısının qabağında imza olduğunu, bunu ümumi məbləğ kimi gördüyünü, çünki tək-tək rəqəmlərdə 17 450 manat oxuduqlarını, 17 450 manatın ümumi borc olaraq gördüyünü, elə başa düşdüyünü, bunu yeni borc kimi görmədiyini, bütün borcların cəmi kimi gördüyündən e-2-2(123)-8/2023 saylı kommersiya işinin 1-ci cildinin 95-130-cu vərəqlərini əhatə edən dəftərin 108-ci vərəqində qeyd edilən 17 450 (on yeddi min dörd yüz əlli) manatın ümumi məbləğ hesab etdiyindən ekspertiza keçirilən zaman həmin məbləği nəzərə almadan rəy verdiyini bildirmişdir. Belə ki, 29 avqust 2023-cü il tarixli məhkəmə baxışı iclasında İddiaçı dəftərin 108-ci vərəqində qeyd edilən 17 450 (on yeddi min dörd yüz əlli) manat məbləğin ekspert tərəfindən ümumi məbləğ hesab edilərək nəzərə alınmadığından, həmin məbləğin nəzərə alınaraq borcun hesablanmalı olduğunu qeyd edərək, şifahi vəsatət verib əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Nəticədə, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, həmçinin ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 29 sentyabr 2023-cü il tarixli, e-2-2(123)-8/2023 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Təqdim edilən ekspert rəyinin nəticə hissəsində xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu, e-2-2(123)- 8/2023 saylı kommersiya işinin 1-ci cildinin 95-130 cu vərəqlərini əhatə edən dəftərdə, imzasız məbləğlər istisna olmaqla dəftərlərdə öz əksini tapan hər iki tərəfin imzaları ilə təsdiqlənən məbləğlər nəzərə alındıqda, İddiaçı tərəfindən 142 489 manat dəyərində mal verildiyi, onun qarşılığında Cavabdeh 117 173 manat ödəniş etdiyi, yuxarıda göstərilənlər və 29 avqust 2023-cü il tarixli, e-2-2(123)-8/2023 nömrəli kommersiya işi üzrə qərarda öz əksini tapan 17 450 manat borc məbləği düzgünlüyü nəzərə alındıqda Cavabdeh İddiaçı 29 dekabr 2021-ci il tarixə (son ödəniş tarixinə) yekun borcu 25 316 (iyirmi beş min üç yüz on altı) manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, imzasız məbləğlər istisna olmaqla qarşısında imzaların olduğu məbləğlər, o cümlədən, 17 450 manat borc məbləği nəzərə alınmaqla verilən 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, 03 mart 2023-cü il tarixli məhkəmə baxışı iclasında Cavabdeh tərəfindən təqdim edilən əl yazısı ilə tərtib edilmiş, başlıq qeyd olunmayan və hansı təqvim ilinə aid olduğu məlum olmayan 06 vərəqdən ibarət haqq-hesab yazısında verilən unun dəyərini alan şəxsin imzaları olmadığından və bu halın iradə ifadəsinin əks etdirilmədiyinin sübutu olduğunu nəzərə alaraq, həmin sənədi mötəbər sübut hesab etmədiyindən məhkəmə-mühasibat ekspertizası təyin edilərkən, ekspert qarşısında həmin yazılarda qeyd olunan məbləğlərin hesablanmasını məqsədəmüvafiq hesab etməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Nəticədə, məhkəmə real vəziyyəti əks etdirdiyi üçün 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyini sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi qismən təmin edilərək, əsas məbləğ üzrə 29 dekabr 2021-ci il tarixə (son ödəniş tarixinə) yekun borcu 25 316 (iyirmi beş min üç yüz on altı) manat müəyyən edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, iddia qismən, yəni 63,49% təmin edilməli, 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dərəcəsində hesablanır. Hazırkı mübahisə üzrə iddianın qiyməti 39 874,00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat məbləğində hesablandığından, ödənilməli olan dövlət rüsumu (39.874-10.000= 29.874 x 0.3% = 89,62 + 120) 209,62 (iki yüz doqquz manat 62 qəpik) manat təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 180269 nömrəli mədaxil qəbzi əsasında İMS-nin keçirilməsi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci həddində dövlət rüsumundan azad edildiyindən, qalan 9,62 (doqquz manat 62 qəpik) manat məbləğində dövlət rüsumuna münasibətdə iddiaçı xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında 9.70 (doqquz manat 70 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, 209,62 (iki yüz doqquz manat 62 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş, 63,49% hissəsinə mütənasib olaraq 133,09 (bir yüz otuz üç manat 09 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməli, artıq ödənilmiş 08 (səkkiz) qəpik dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına İddiaçı qaytarılmalıdır Bundan əlavə iddia ərizəsində iddiaçı əsas borc məbləğindən əlavə, cavabdehdən 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin İddiaçı ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1/n- 1036 nömrəli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan 39 874 manat borc pulun qaytarılmasına dair kommersiya mübahisəsinə dair iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən İMS-də İddiaçı və Cavabdeh iştirak etdiyi və İMS-nin keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin İddiaçı tərəfindən ödənildiyi müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə” nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, X3 keçirilməsində hər iki tərəf iştirak etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək, 100 (bir yüz) manatı Cavabdeh alınıb İddiaçı ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi barədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 209,62 (iki yüz doqquz manat 62 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş, yəni 63,49% hissəsinə mütənasib olaraq 133,09 (bir yüz otuz üç manat 09 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilsin, 9.62 (doqquz manat 62 qəpik) manat hissədə iddiaçının özünə aid edilsin. İddia ərizəsinin verilməsinə görə 9.62 (doqquz manat 62 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumuna münasibətdə iddiaçı tərəfindən ödənilmiş 9.7 (doqquz manat 70 qəpik) manatın artıq ödənilmiş 0.8 (səkkiz qəpik) manat məbləği “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı qaytarılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-8/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-8/2023
20.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver