Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-8/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə 24 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsi üzrə 15 may 2023-ci il tarixə 2262 (iki min iki yüz altmış iki) manat əsas borc, 1186.64 (bir min bir yüz səksən altı manat 64 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3448.64 (üç min dörd yüz qırx səkkiz manat 64 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 8000 (səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 15% dərəcəsi ilə 5 000 (beş min) manat məbləğində biznes krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin 02 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinə müvafiq olaraq Şərur rayon 1 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 1122 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh2 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan – Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilsə də Borcalanın X1 iştirak etmədiyini, kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtlərinin Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərin Borcalan tərəfindən ödənildiyini, kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalanın öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanlara və borcalana - Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, bildirişin Cavabdeh2 çatdırıldığını, Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsi üzrə 15 may 2023-ci il tarixə 2262 (iki min iki yüz altmış iki) manat əsas borc, 1186.64 (bir min bir yüz səksən altı manat 64 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3448.64 (üç min dörd yüz qırx səkkiz manat 64 qəpik) manat kredit borcu öhdəliyi olduğunu, öhdəliyə əsasən bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olduğunu, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsi), öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsinin (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsi), öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsi), öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi Borclunun icranı gecikdirməsi sayıldığını, icranı gecikdirmiş Borclunun gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıdığını (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsi), özgə vəsaitindən istifadə üçün faizlərin, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulduğunu (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsi), əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsinin İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verdiyini (İpoteka haqqında Qanunun 34-cü maddəsi), ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarını (İpoteka haqqında Qanunun 59.3-cü maddəsi), ipoteka qoyan Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduğunu, X6, X3 və X4 azyaşlı olduğundan onun qanuni nümayəndəsi olaraq atası Cavabdeh2 və anası Cavabdeh1 işə cəlb oluduğundan cavabdeh kimi qeyd edilmədiyini, kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə e-2-2(123)-102/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-102/2023 saylı işə “Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsi üzrə 15 may 2023-ci il tarixə 2262 (iki min iki yüz altmış iki) manat əsas borc, 1186.64 (bir min bir yüz səksən altı manat 64 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3448.64 (üç min dörd yüz qırx səkkiz manat 64 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 8000 (səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 29 mart 2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və cavabdeh Babayev Qafar Abbas oğlu məhkəmə iclasına gəlməmişlər. 29 mart 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 10:05ə təyin edildiyi, iddia tələblərini bir daha müdafiə etdiklərini bildirməklə yanaşı işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 15 may 2023-cü il tarixli, 652 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 5000 (beş min) manat məbləğində verilmiş kredit üzrə “15 may” 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 2262 (iki min iki yüz altmış iki) manat, faiz borcu 1186.64 (bir min yüz səksən altı manat 64 qəpik) manat olmaqla cəmi öhdəliyi 3448.64 (üç min dörd yüz qırx səkkiz manat 64 qəpik) manat təşkil edir. 03 sentyabr 2019-cu il tarixli KT0209/01 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 illik 15% dərəcəsi ilə, 24 ay müddətinə 5 000 (beş min) manat məbləğində verilmiş kreditin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 24 ay müddətində ödənilməli olan faiz 818.40 (səkkiz yüz on səkkiz manat 40 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 5818.40 (beş min səkkiz yüz on səkkiz manat 40 qəpik) manat təşkil etmişdir. 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının müdiri X5 şəxsində, digər tərəfdən Naxçıvan MR ünvan 2ində yaşayan vətəndaş Cavabdeh2 tərəfindən bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana, kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 24 ay müddətinə 5 000 (beş min) manat məbləğində illik 15% dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtlərilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, №0033231 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 8 000 (səkkiz min) manat olan daşınmaz əmlakı (fərdi yaşayış) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 02 sentyabr 2019-cu il tarixdə bağlanmış İpoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.12-ci bəndindən görünür ki, bu müqavilə üzrə borcla əlaqədar Bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənilir. 6.1.8-ci bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 3399 nömrəli, xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında 0.387 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, yaşayış sahəsi 115.74 kv.m, yardımçı sahəsi 77.47 kv.m olan fərdi yaşayış evi (xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21/4 nömrəli reyestr kitabının 732 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, 115.74 kv.m yaşayış sahəsi, 77.47 kv.m köməkçi sahədən ibarət **********67-10301 reyestr nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 21/4 nömrəli reyestr kitabının 732 nömrəli vərəqində qeydiyyata alınmışdır. 28 mart 2023-cü il tarixli, N-343 nömrəli X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 Cavabdeh2 iştirak etməmişdir. 28 mart 2023-cü il tarixli, 129533 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. 02 sentyabr 2019-cu il tarixli İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan (borcalan) Cavabdeh2 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Şərur rayon filialının müdiri X7 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 8 000 (səkkiz min manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin mahiyyəti kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.21 kv.m, olan mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında 02 sentyabr 2019-cu il tarixdə KT0209/01 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) məqsədilə illik 15% dərəcəsi ilə 24 ay müddətinə 5 000 (beş min) manat məbləğində kredit verilmişdir. Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı, habelə əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüş, bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli Çıxarışa əsasən ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.21 kv.m olan mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli fərdi yaşayış evi 02 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan kredit müqaviləsi üzrə borclu, Cavabdeh2 tərəfindən ipoteka müqaviləsi imzalanmış və müqavilə qanunla müəyyən edilmiş qaydada notarius tərəfindən təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilərək 5 000 (beş min) manat məbləğində kredit cavabdehin bank hesabına köçürülsə də, Cavabdeh2 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə Bank tərəfindən adına kredit reyestrində 15 may 2023-ci il tarixə 1122 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Cavabdeh2 sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, lakin borcun ödənilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. Nəticədə, 02 sentyabr 2019-cu il tarixdə KT0209/01 saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 adına 652 nömrəli maliyyə arayışına əsasən “15” may 2023-cü il tarixə əsas borc üzrə 2262 (iki min iki yüz altmış iki manat) manat, faiz borcu üzrə 1186.64 (bir min yüz səksən altı manat, 64 qəpik) manat olmaqla cəmi 3448.64 (üç min dörd yüz qırx səkkiz manat 64 qəpik) manat borc öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh2 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 880 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2, "xxxx" ASCyə kredit üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 2226,32 (iki min iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat, faiz borcu 709.64 (yeddi yüz doqquz manat, altmış dörd qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert qarşısında 15 may 2023-cü il tarixə qədər olan borcun hesablanmasına dair suallar qoyulduğu halda, ekspert 18 may 2023-cü il tarixə olan əsas və faiz borcu hesablamışdır. Lakin onu da qeyd etmək lazımdır ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra kredit üzrə heç bir ödəmə aparılmadığından, habelə ekspert tərəfindən müəyyən edilmiş 18 may 2023-cü il tarixə olan əsas və faiz borcu iddia qiymətindən kənara çıxmadan tərəflərin məsuliyyətinin artmasına və ya əlverişsiz nəticələrə səbəb olmadığından, o cümlədən, kredit üzrə hesablanmalı olan faizlər illik hesablandığından məhkəmə arada hesablanmış 3 gün fərqin cavabdehin borcunun müəyyən edilməsində böyük əhəmiyyət kəsb etməyəcəyi qənaətindədir. Odur ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 880 nömrəli rəyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, sözügedən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli, iddiaçının tələbinin əsas borc üzrə 2226,32 (iki min iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat məbləği, faiz borcu üzrə isə 709.64 (yeddi yüz doqquz manat, altmış dörd qəpik) manat məbləği təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi əsas götürülərək iddia tələbi 85,13% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 02 sentyabr 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 8000 (səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********67-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.387 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 30 noyabr 2023-cü il tarixli rəyinə və 30 noyabr 2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Naxçıvan MR, ünvan 2i ünvanında, 0387 ha torpaq sahəsində yerləşən, **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinin 30 noyabr 2023-cü il tarixinə bazar dəyəri 33900 (otuz üç min doqquz yüz) manat, likvid dəyəri isə bazar dəyərinə 10% likvidlik tətbiq olunmaqla 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 30 noyabr 2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan MR Daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Naxçıvan MR, ünvan 2i ünvanında 0.387 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, yaşayış sahəsi 115.74 kv.m, yardımçı sahəsi 77.47 kv.m olan xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67- 10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş) manatın təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla, məhkəmə qeyd edir ki, 28 mart 2023-cü il tarixli, N-343 nömrəli X1 iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə 28 mart 2023cü il tarixdə keçirilmiş X1 Cavabdeh2 iştirak etməmiş, iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 54.49 (əlli dörd manat, qırx doqquz qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 54.49 (əlli dörd manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, hazırkı vəziyyətdə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, eyni zamanda iddia tələbi 85,13% təmin olunduğundan məhkəmə belə qənaətə gəlir ki, 54.49 (əlli dörd manat, qırx doqquz qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 46,39 (qırx altı manat 39 qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 8,1 (səkkiz manat on qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı da dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu halda 28 mart 2023-cü il tarixli, N-343 nömrəli X1 iştirak edilməməsi barədə arayışdan aydın olur ki, 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 Cavabdeh2 üzrsüz səbəbdən İMS-də iştirak etmədiyindən mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini iddiaçı Naxçıvanbank ASC-yə ödəməlidir. Nəticədə, iddia tələbi 85,13% əsaslı olduğundan qismən təmin edilməli, 02 sentyabr 2019-cu il tarixli, KT0209/01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borc üzrə 2226,32 (iki min iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat, faiz borcu üzrə 709.64 (yeddi yüz doqquz manat, altmış dörd qəpik) manat olmaqla ümumilikdə 2935,96 (iki min doqquz yüz otuz beş manat 96 qəpik) alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, Cavabdeh2 üzrsüz səbəbdən X1 iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 54.49 (əlli dörd manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46,39 (qırx altı manat 39 qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 8,1 (səkkiz manat on qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı da dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalı, məhkəmənin 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 102,16 (bir yüz iki manat 16 qəpik) manat məbləği Cavabdeh2, qalan 17,84 (on yeddi manat 84 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh2 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 mülkiyyətində olan, Naxçıvan MR, ünvan 2i ünvanında 0.387 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, yaşayış sahəsi 115.74 kv.m, yardımçı sahəsi 77.47 kv.m olan xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh2 qaytarılması qanunamüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 2226,32 (iki min iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat, faiz borcu üzrə 709.64 (yeddi yüz doqquz manat, altmış dörd qəpik) manat olmaqla ümumilikdə 2935,96 (iki min doqquz yüz otuz beş manat 96 qəpik) alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 54.49 (əlli dörd manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 46,39 (qırx altı manat 39 qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 102,16 (bir yüz iki manat 16 qəpik) manat məbləği Cavabdeh2, qalan 17,84 (on yeddi manat 84 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh2 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 mülkiyyətində olan, Naxçıvan MR, ünvan 2i ünvanında 0.387 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, yaşayış sahəsi 115.74 kv.m, yardımçı sahəsi 77.47 kv.m olan xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2i ünvanında 0.387 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli (A və B tikililər), 4 otaqlı, yaşayış sahəsi 115.74 kv.m, yardımçı sahəsi 77.47 kv.m olan xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid satış qiyməti 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-8/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-8/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver