Məhkəmə qərarları › İş №e-2-2(123)-81/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-81/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-81/2023 23.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 12 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 3485.07 manat məbləğində kredit borcu, 355.50 manat məbləğində faiz borcu və 535.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4376.40 manat məbləğində borcun, 3.76 manat dövlət rüsumunun və 60 manat mediasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizəsində Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 021L**********94 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğin və müddətin ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunduğunu (xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti ərizəyə əlavə olunduğunu), uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 021R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində krеdit götürdüyünü (xx.xx.2021-ci il tarixli, 021R********** saylı krеdit razılaşmasının notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli, 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini (xx.xx.2022-ci il tarixli, 021R**********S saylı sazişin notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4514.93 manat ödədiyini, onun 3485.07 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 196 gün üçün hesablanmış faiz borcunun 355.50 manat təşkil etdiyini, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclunun ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2022-ci il tarixə 196 gün üçün hеsablanmış cərimənin 535.83 manat təşkil etdiyini (maliyyə arayışının əslinin ərizəyə əlavə olunduğunu), uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alanın müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu (xəbərdarlıq məktublarının və xəbərnamələrin surətinin ərizəyə əlavə edildiyini), uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, o, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduğunu (xx.xx.2021-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinin ərizəyə əlavə olunduğunu), hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət edildiyini, bu barədə xx.xx.2023-cü il tarixli arayış verildiyini, mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 60 manat haqq ödənildiyini (mediasiya arayışının və mediasiya xərcinin ödənilməsinə dair ödəniş tapşırığının əsli əlavə olunduğunu), “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləğinin 63.76 manat məbləğində olduğunu, lakin İddiaçı QSC tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC-nin 3.76 manat məbləğində dövlət rüsumu ödəməli olduğunu (dövlət rüsumunun ödənilməsinə dair qəbzin əslinin əlavə olunduğunu) bildirmiş və ərizəsini yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası MPM-nin 284-1 və Azərbaycan Respublikası MM-nin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestri məlumatları adlı sənədlərindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ********** saylı VÖEN ilə xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Davit Tsıklaurı-dır. “AZEMİS”-in Çıxarışından (vergi ödəyicilərinin məlumatlarından) görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, A-188 saylı X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırkı tələb üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan xx.xx.2023-cü il tarixdə X1 X5 keçirilmiş, o cümlədən cavabdehlər iştirak etmədiyindən İMS-nin keçirilməsi ilə əlaqədar 60 (altmış) AZN məbləğində mediasiya xərci iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmış və verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşmasından görünür ki, 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 8000 manat məbləğində Cavabdeh2 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsi üzrə bağlanılmış xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialı ilə Cavabdeh2 arasında kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 8000 manat məbləğində Cavabdeh2 kredit verilmişdir. Həmin kredit razılaşmasının: 1.2-ci bəndindən görünür ki, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş “Ödəniş planı”na əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. 4.1.3-cü bəndindən görünür ki, kredit alan bu kredit razılaşması üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bank onun iş yerinə xəbərdarlıq məktubu göndərmək hüququna malikdir. 4.2.2-ci bəndindən görünür ki, “Ödəniş planı” üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 01 faizi məbləğində cərimə ödəməyə borcludur. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, “Kreditin verilməsi-köçürmə” adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialı tərəfindən 8000 manat məbləğində pul vəsaiti Cavabdeh2 AZ59ACAB******************** saylı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 021R**********S saylı “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən görünür ki, bank ilə kredit alan arasında 11 iyun 2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsi üzrə 08 fevral 2021-ci il tarixdə bağlanmış 021R********** saylı kredit razılaşmasına əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 04 aprel 2022-ci il tarixli “Ödəniş planı”na uyğun olaraq banka ödəməlidir. xx.xx.2022-ci il tarixli “Ödəniş planı”nından görünür ki, borclu Cavabdeh2 tərəfindən müvafiq aylarda və günlərdə müəyyən edilmiş məbləğlər əsasında 3485.07 manat kredit qalığından aylıq ödəmə məbləği və 372.9 manat kredit qalığı üzrə aylıq faiz ödəməsinin məbləği ilə birlikdə ümumilikdə 4251.61 manat ödənilməsi, həmçinin 393.64 manat məbləğində hesablanmış cərimə borcunun ödənilməsi müəyyən edilmişdir. Həmçinin iş materiallarında xx.xx.2022-ci il tarixli “Ödəniş planı”ndan iki nüsxə mövcuddur. Belə ki, onlardan birinin üzərində digər Cavabdeh1 adının, soyadının və imzası əks olunduğu və Cavabdeh1 həmin “Ödəniş planı” ilə tanış olduğu müəyyən edilir. xx.xx.2022-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bank və Cavabdeh2 (borclu) arasında bağlanan ayrıca razılaşmalar üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialı ilə Cavabdeh1 arasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin zaminlik müqaviləsinin: 1.1-ci bəndindən görünür ki, borclunun “Uzunmüddətli” kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndindən görünür ki, borclu “Uzunmüddətli” kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun “Uzunmüddətli” kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borculudur. - Uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etmək (Razılaşmanın 3.1.1-ci bəndi) - Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləği qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunası cəriməni zamin ödəyir. (Razılaşmanın 3.1.2-ci bəndi) - Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək. (Razılaşmanın 3.1.3-cü bəndi) - “Uzunmüddətli” kredit müqaviləsi üzrə verilən kreditlər barədə borclu və bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə borclunun öhdəliklərinin icrası üçün borclu ilə birgə və tam məsuliyyət daşımaq.(Razılaşmanın 3.1.4-ci bəndi) 4.7-ci bəndindən görünür ki, zamin bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bank onun iş yerinə xəbərdarlıq məktubu göndərmək hüququna malikdir. İddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixinə olan vəziyyətə dair” cədvələ əsasən görünür ki, Cavabdeh2 021R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 3485.07 manat əsas məbləğ üzrə, 355.50 manat faiz üzrə, 535.83 manat cərimə borcu olmaqla cəmi 4376.40 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2021-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialı ilə Cavabdeh2 arasında 021R********** saylı kredit razılaşması bağlanılmış, iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilərək, xx.xx.2021-ci il tarixdə 8000 manat məbləğində pul vəsaiti Cavabdeh2 AZ59ACAB******************** saylı hesabına köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən xx.xx.2020-ci il tarixli, 021L**********94 saylı “Uzunmüddətli” kredit müqaviləsi üzrə bağlanılmış xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının bağlanması və təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 10 mart 2023-cü il tarixdə ona, yəni Cavabdeh2 elektron məktub ünvanlanaraq "xxxx" ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 18 ay müddətinə aylıq ödəmək şərti ilə 8000 AZN məbləğində kredit götürdüyünün, kredit borcunu ödəməsi barədə dəfələrlə şihafi xəbərdarlıq olunmasına baxmayaraq hazırkı vaxtadək kredit borcunu ödəməkdən yayındığının, xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 4411,41 AZN (əsas məbləğ 3485.07 AZN, faiz ödənişi 315,23 AZN, cərimə məbləği 611,11 AZN) təşkil etdiyinin, xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılmasa kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və banka borclu olduğu 4723,52 AZN məbləğin (3485,07 AZN təşkil edən əsas məbləğ, 627,34 AZN faiz məbləği və 611,11 AZN cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyinin, bu halda cavabdehin banka borclu olduğu məbləğin deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyinin bildirilməsinə baxmayaraq onun tərəfindən öhdəliyin icrasının şərtləşdirilmiş qaydada həyata keçirilmədiyi müəyyən edilmiş, belə olduğu halda müqavilənin 3.1.2-ci bəndinə və onun «a» yarımbəndinə müvafiq olaraq, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun qaytara bilmədikdə bankın bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququ ayrıca olaraq nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasının mütəmadi olaraq pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmçinin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən digər Cavabdeh1 adına ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 18 ay müddətinə aylıq ödəmək şərti ilə 8000 AZN məbləğində kredit verildiyi, onun Cavabdeh2 öhdəliklərinə zamin durduğu və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyəti daşıdığı, borcu ödəmək barədə öz üzərinə öhdəlik götürdüyü, hazırda Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozduğunu və kredit ödəməkdən yayındığını, xx.xx.2022-ci il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 2819.56 AZN (əsas məbləğ 2435,16 AZN, faiz ödənişi 279,84 AZN, cərimə məbləği 104,56 AZN təşkil etdiyini, xx.xx.2022-cı il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılmasa kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və banka borclu olduğu 4279,03 AZN məbləğin (3485,07 AZN təşkil edən əsas məbləğ, 295,76 AZN faiz məbləği və 498,2 AZN cərimə məbləği), həmçinin xx.xx.2022 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi Cavabdeh1 bildirilmişdir. Belə ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə tam məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini birgə icra еtməlidir. Nəticədə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 15 may 2023-cü il tarixli, e-2-2(123)-81/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin Cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmçinin, məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının və xx.xx.2022-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsinin bəndlərindən, iddiaçının cavabdehlərə qarşı kredit razılaşması üzrə yaranmış öhdəliyin icra edilməməsi nəticəsində irəli sürdüyü əsas borcun, o cümlədən faiz borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində tələbin əsaslı olduğunu müəyyən etmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixinə olan vəziyyətə dair” cədvələ əsasən Cavabdeh2 021R********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə əsas məbləğ üzrə 3485.07 manat, faiz üzrə 355.50 manat, cərimə borcu 535.83 manat olmaqla borcu cəmi 4376.40 manat məbləğində hesablanmış, nəticədə məhkəmə iddiaçının 3485.07 manat məbləğində əsas borcun ödənilməsi hissəsində iddiaçının tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Faiz üzrə ödənilməli olan 355.50 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd edilən maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bu müddəalardan aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən onun barəsində mülki qanunvericilikdə nəzərdə tutulan məsuliyyət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsi, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyi, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyəcəyi, 449.2-ci maddəsi ilə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi qeyd olunsa da, eyni zamanda sonuncu tarixə, yəni xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən faiz uçot dərəcəsinin 9.0% dərəcəsi ilə hesablanmağı nəzərdə tutulsa da, həmin məcəllənin 390.1-ci maddəsinin məzmunundan fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bağlanılan müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququları nəzərdə tutulduğundan, həmin kredit razılaşmasının 1.1-ci bəndindən aylıq faiz dərəcəsinin 2.1667% (iki tam on mində bir min altı yüz altmış yeddi) olmaqla hesablandığı müəyyən edilmiş, belə olduğu halda məhkəmə mülki qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin verdiyi tələb çərçivəsində qətnamə qəbul etdiyindən kredit razılaşmasında müəyyənləşdirilən illik faiz uçot dərəcəsini əsas götürməklə, iddiaçının əsas borc üzrə hesablanılan 355.50 AZN məbləğində faiz borcunu tələb etməsini əsaslı hesab etməkdədir. Cərimə üzrə ödənilməli olan 535.83 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, kredit razılaşmasının 4.2.2-ci bəndində “Ödəniş planı” üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 01 faizi məbləğində cərimə ödəməyə borclu olduğunun qeyd edildiyini, belə olduğu halda iddiaçının cərimənin ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 535.83 AZN məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib nəticədə, cərimənin azaldılaraq 54 AZN məbləğində cavabdehlərdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə pul vəsaitindən faydalanır. -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma -ödənilməsini digər şəkildə gecikdirmə -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdimetdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3485.07 (üç min dörd yüz səksən beş manat, yeddi qəpik) manat məbləğində kredit borcu, 355.50 (üç yüz əlli beş manat əlli qəpik) manat məbləğində faiz borcu, 535.83 (beş yüz otuz beş manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4376.40 (dörd min üç yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində borcun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 535.83 (beş yüz otuz beş manat səksən üç qəpik) manat məbləğində cərimə məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq, 54 manat məbləğində cərimə borcunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi təmin edilməli və X3 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 3485.07 manat, faiz üzrə 355.50 (üç yüz əlli beş manat əlli qəpik) manat, cərimə üzrə 535.83 (beş yüz otuz beş manat səksən üç qəpik) manat məbləğində olmaqla ümumilikdə 4376.40 (dörd min üç yüz yetmiş altı manat qırx qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 33 manat 76 qəpik (3376,40 manat x 1%) = 63,76 (altmış üç manat yetmiş altı qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı tələb üzrə üzrsüz səbəbdən X2 cavabdehlər iştirak etmədiyindən və X4 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 AZN məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətin ödənilməlidir. Həmçini hazırkı iş üzrə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyindən və dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan (63,76 manat olduğundan) tərəf çəkdiyi xərc həddində yəni 60 manat məbləğində dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 88,99% hissəsinə mütənasib olaraq 56.74 manat (əlli altı manat yetmiş dörd qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan mediasiya xərcinin əhatə etdiyi 3.26 (üç manat iyirmi altı qəpik) manat məbləğ iddianın təmin edilməmiş hissəsinə aiddir. lakin iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 3.76 manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə münasibətdə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 3485.07 (üç min dörd yüz səksən beş manat yeddi qəpik) manat məbləğində kredit borcu, 355.50 (üç yüz əlli beş manat əlli qəpik) manat məbləğində faiz borcu, o cümlədən, 535.83 (beş yüz otuz beş manat səksən üç qəpik) manat məbləğində tələb edilən, lakin məhkəmə tərəfindən azaldılaraq 54 (əlli dörd) manat məbləğində müəyyənləşdirilən cərimə borcu olmaqla ümumilikdə 3894,57 (üç min səkkiz yüz doxsan dörd manat əlli yeddi qəpik) manat məbləğində borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun iddianın 88,99% təmin olunmuş hissəsinə münasibətdə 56.74 (əlli altı manat yetmiş dörd qəpik) manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfində ödənilmiş 3.76 manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə münasibətdə iddiaçıya aid edilsin. X3 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci, bütövlükdə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar