Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-81/2024 01.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 14 iyun 2021-ci il tarixli, 1406/10/SİF saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 10 046.18 (on min qırx altı manat 18 qəpik) manat əsas borc, 37.32 (otuz yeddi manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10 083.50 (on min səksən üç manat 50 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 30000 (otuz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********61-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Yuxarı Daşarx kəndində olan 0.1133 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən gecikdirilmiş kredit borcu üzrə 8650 (səkkiz mmin altı yüz əlli) manat, ipoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumları ödəniş edildiyindən və kredit ödənişləri gecikmədən çıxdığı üçün borcun ödənilməsi barədə razılaçma əldə olunduğundan, AR MPM-nin 259.0.11-ci maddəsinə müvafiq olaraq işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2n birlikdə Məhkəmənin ***-**-** nömrəli telefonuna zəng edərək iddiaçı bankla razılaşdıqlarını və iddiaçının ərizə göndərərək işi geri tələb etdiyi barədə məlumatlarının olduğunu və işin baxılmamış saxlanılmasına etirazlarının olmadığı bildirmişlər. Belə ki, iddiaçı ərizədə tərəflər arasında qalıq borcun ödənilməsi üçün razılaşma əldə olunduğunu və bu barədə cavabdehlərin Məhkəməyə zəng edərək razı olduqlarını bildirmələri AR MPM-nin 259.0.11-ci maddəsinə müvafiq olaraq işin baxılmamış saxlanılmasın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılması xahiş edildiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq ərizənin baxılmamaış saxlanılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamaış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin 16 yanvar 2024-cü il tarixli, e-2-2(123)- 81/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının məsrəfi olan 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN ********** ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraatın baxılmamış saxlanılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə ərizə baxılmamış saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının məsrəfi olan 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN ********** ödənilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-81/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-81/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver