Məhkəmə qərarları › İş №e-2-2(123)-84/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-84/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-84/2024 22.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, X5 və X12 qarşı Borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə 11 dekabr 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- X6, X7, X10 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5851.94 manat əsas borc, 376.91 manat faiz borcu və 14.97 manat cərimə borcu olmaqla, cəmi 6243.82 manat borcun, 100 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsində X4 xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən İddiaçı ASC-nin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrıldığını, X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23% olmaqla 30 ay müddətinə 8000 manat məbləğində kredit götürdüyünü, Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixdə X7, X15 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin bağlandığını, xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddətinin xx.xx.2025-ci il tarixinə kimi uzadıldığını, 2023-cü ilin sentyabrın 8-dək X3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5851.94 manat əsas borc, 376.91 manat faiz borcu və 29.93 manat cərimə borcu olmaqla cəmi 6258.78 manat borcunun olduğunu, X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 29.93 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləğinin kredit müqaviləsində nəzərdə tutulduğunu və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 14.97 manat məbləğində tələb olunduğunu, Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, İddiaçı ASC ilə cavabadehlər X6, X7, X15 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət edildiyini, lakin tərəflər arasında razılıq əldə olunmadığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 448.1-ci, 21-ci, 465.2-ci, 445.2.1-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-366/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, X5 və X12 qarşı Borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 4-MCR-1-904-22/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh X3 Banka olan əsas borcu 5851.94 (beş min səkkiz yüz əlli bir manat 94 qəpik), faiz borcu 376.91 (üç yüz yetmiş altı manat 91 qəpik), cərimə borcu isə 29.93 (iyirmi doqquz manat 93 qəpik) manat olmaqla cəmi borc məbləği 6258.78 (altı min iki yüz əlli səkkiz manat 78 qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzindən görünür ki, X4 5339 (beş min üç yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzindən görünür ki, X4 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, Yelo Bank ASC-nin Sumqayıt filialı tərəfindən X4 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmış, eyni zamanda müştəri bu razılaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və bu razılaşmanı imzalaması nəticəsində həmin şərtlər toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bəyan və təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 nömrəli kredit verilməsinə dair razılaşmadan görünür ki, Yelo Bank ASC-nin Sumqayıt filialı tərəfindən X4 biznes məqsədilə 30 (otuz) ay müddətinə 23 % dərəcəsilə 8000 (səkkiz) min manat məbləğində kredit verilmiş, bu razılaşma 4- MCR-1-904-22 nömrəli xx/xx/2022 tarixli kredit limitinin ayrılması üzrə razılaşma əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunmuşdur. xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə əlavə xx.xx.2022-ci il tarixli 1 saylı sazişdən görünür ki, bu saziş bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialı müdiri X11 və digər tərəfdən cavabdeh X6 şəxsində bağlanmışdır. Həmin əlavənin: 1.1.2-ci bəndindən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılır. 1.1.3-cü bəndindən görünür ki, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. 2.3-cü bəndindən görünür ki, bu saziş müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 8000 (səkkiz min) manat, faiz məbləği 2593.55 (iki min beş yüz doxsan üç manat 55 qəpik) manat olmaqla ümumilikdə 10593.55 (on min beş yüz doxsan üç manat 55 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 7177.57 manat, faiz məbləği 2034.06 manat olmaqla üumilikdə 9211.63 manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, Z/11405/22 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Yelo Bank ASC və digər tərəfdən X7 (bundan sonra zamin adlanacaq) şəxsində bağlanmışdır. xx.xx.2022-ci il tarixli, Z/11404/22 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Yelo Bank ASC və digər tərəfdən X15 (bundan sonra zamin adlanacaq) şəxsində bağlanmışdır. xx.xx.2022-ci il tarixli, Z/11404/22 nömrəli və Z/11405/22 nömrəli zaminlik müqavilələrinin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904- 22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz öhdəsinə götürməsidir. 2.1.1-ci bəndindən görünür ki, kredit limitinin ayrılmasına dair müqavilə əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləği bu müqavilə ilə təmin edilir. 3.1.3-cü bəndindən görünür ki, Zaminin və ya zaminlərin öhdəliklərini yerinə yetirmədikdə müvafiq qaydada məhkəməyə müraciət etmək kreditorun hüququdur. 3.4.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndindən görünür ki, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər dəbbə pulu (cərimə, penya) borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 4-MCR-1- 904-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma imzalanaraq Yelo Bank ASC-nin Sumqayıt filialı tərəfindən X3 hesabına 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmış, həmin razılaşmanın əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunan xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən Yelo Bank ASC-nin Sumqayıt filialı tərəfindən X4 biznes məqsədilə 30 (otuz) ay müddətinə 8000 (səkkiz) min manat məbləğində kredit verilmiş, kreditin verilməsi iş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzi və xx.xx.2022-ci il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzi ilə təsdiq edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə əlavə xx.xx.2022-ci il tarixli 1 saylı saziş bağlanaraq həmin saziş əsasında müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmış, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmasına baxmayaraq cavabdeh X6 üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün iddiaçı tərəfdən cavabdehə və zaminlərə xx.xx.2023-cü il tarixdə Pretenziya məktubu göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, borcalan X6 kreditorun xəbərdarlığından sonra da öhdəliyini icra etmədiyindən 4-MCR-1-904-22/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh X3 Banka olan əsas borcu 5851.94 (beş min səkkiz yüz əlli bir manat 94 qəpik), faiz borcu 376.91 (üç yüz yetmiş altı manat 91 qəpik), cərimə borcu isə 29.93 (iyirmi doqquz manat 93 qəpik) manat olmaqla ümumilikdə ödənilməli olan borc məbləği 6258.78 (altı min iki yüz əlli səkkiz manat 78 qəpik) manat təşkil etmişdir. Məhkəmə həmin maliyyə arayışının cərimə borcuna dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı xx.xx.2023-cü il tarixli maliyyə arayışında 29.93 (iyirmi doqquz manat 93 qəpik) manat məbləğində cərimə müəyyən edilməsinə baxmayaraq iddiaçı ərizəsində təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 14.97 manat məbləğini tələb etmişdir. Beləliklə məhkəmə təqdim edilmiş maliyyə arayışının cavabdehin iddiaçıya olan borcunu təsdiq edən mötəbər sübut kimi qəbul etsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini əsas götürərək işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılacağını qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərdən əlavə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixdə Yelo Bank ASC və X7 arasında Z/11405/22 nömrəli Zaminlik müqaviləsi, eyni zamanda xx.xx.2022-ci il tarixdə Yelo Bank ASC və X15 arasında Z/11404/22 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, Z/11404/22 nömrəli və Z/11405/22 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndindən də göründüyü kimi zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Hazırkı kredit sazişi üzrə cavabdeh X3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə X7 və X15 zaminlik müqavilələrinə əsasən bank qarşısında kredit üzrə öhdəlik lazımınca icra edilmədiyi təqdirdə kreditor qarşısında birgə məsuliyyət daşımalarına dair razılıq əldə etmişdirlər. Qeyd edilənlərdən əlavə məhkəmə, kiçik iddialara dair işlər üzrə elektron iddia ərizəsinin “Tərəflər” hissəsində cavabdeh Həsənli Kənanın ata adının Kamaləddin olaraq qeyd edilməsini texniki səhvlik kimi qiymətləndirərək iş materiallarına əlavə edilmiş sənədləri və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları qarşılaşdırdıqda, tərəfin ad, soyad, ata adının Həsənli Kənan olaraq müəyyən edildiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Əvvəla məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, Y-1516 nömrəli X8 İştirak edilməməsi barədə arayışdan görünür ki, kredit mübahisəsi üzrə borc tələbi barədə 20 oktyabr 2023-cü il tarixdə keçirilmiş X8 iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi Nümayəndə iştirak etmiş və iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, cavabdehlər X6, X7 və X15 isə iştirak etməmişdir. O cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 82,44 (səksən iki manat 44 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X8 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X8 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan tam təmin edilməli, xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlər X1, X2 və X10 müştərək qaydada 5851.94 (beş min səkkiz yüz əlli bir manat 94 qəpik) manat əsas borc, 376.91 (üç yüz yetmiş altı manat 91 qəpik) manat faiz borcu və 14.97 (on dörd manat 97 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6243.82 (altı min iki yüz qırx üç manat 82 qəpik) manat tutulub iddiaçı Yelo Bank ASC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 82,44 (səksən iki manat 44 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər X1, X2 və X10 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən X9 keçirilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci cavabdehlər X1, X2 və X10 müştərək qaydada tutularaq iddiaçı Yelo Bank ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. xx.xx.2022-ci il tarixli, 4-MCR-1-904-22/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlər X1, X2 və X10 müştərək qaydada 5851.94 (beş min səkkiz yüz əlli bir manat 94 qəpik) manat əsas borc, 376.91 (üç yüz yetmiş altı manat 91 qəpik) manat faiz borcu və 14.97 (on dörd manat 97 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6243.82 (altı min iki yüz qırx üç manat 82 qəpik) manat tutulub iddiaçı Yelo Bank ASC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 82,44 (səksən iki manat 44 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər X1, X2 və X10 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən X9 keçirilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci cavabdehlər X1, X2 və X10 müştərək qaydada tutularaq iddiaçı Yelo Bank ASCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada tərəflərə verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar