Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-84/2025 28.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 22 yanvar 2025ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3.685,52 (üç min altı yüz səksən beş manat əlli iki qəpik) manat bundan 3.379,08 (üç min üç yüz yetmiş doqquz manat səkkiz qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 306,44 (üç yüz altı manat qırx dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 56,86 (əlli altı manat səksən altı qəpik) manat dövlət rüsumunun cavabdehlər X4 və X2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaiti” məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində kredit verildiyini, daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında 330003536/19 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlandığını, həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.482,69 Manat məbləği restrukturizasiya olunduğunu və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürdüyünü, Restrukturizasiya müqaviləsinin 36 ay müddətinə bağlanıldığını, borcun ödənilməli olduğu son tarixin xx.xx.2022-ci il müəyyən edildiyini, X5 ilə Bank arasında 330003536/19 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlandığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış Kredit və Restrukturizasiya Müqavilələri, ödəniş cədvəlləri, **********348 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlar olduğunu, Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququnun olduğunu, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********987 saylı xx.xx.2024-cü il tarixli və **********647 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlərin borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini, Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlərin həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, cavabdeh X6 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcunun 3.685,52 (üç min altı yüz səksən beş Manat 52 qəpik) manat təşkil etdiyini, bundan 3.379,08 (üç min üç yüz yetmiş doqquz Manat 08 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 306,44 (üç yüz altı Manat 44 qəpik) Manat faiz borcu təşkil etdiyini bildirərək ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,427.3, 442, 445,445.2.2, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465,470.1, 472.2, 474.2və 739.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, iddiaçı LPOİddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2014-cü il tarixli 330003536№-likredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC, etibarnamə əsasında İçəri Şəhər filialının müdiri İmanov Seymur Vəkil oğlu şəxsində, bundan sonra kreditor adlanacaq və digər tərəfdən “Borcalan” qismində X9 arasında bağlanmışdır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına (bundan sonra Fərman) və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1278/19 nömrəli qərardadına uyğun olaraq vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən X7 şəxsində (bundan sonra "Ləğv prosesində olan bank" adlandırılacaq), bir tərəfdən və Azərbaycan Respublikasının vətəndaşı, AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi X9 şəxsində (bundan sonra "Borclu" adlandırılacaq), digər tərəfdən bağlanmışdır. xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsindən görünür ki, bir tərəfdən ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən X7 şəxsində (bundan sonra "Ləğv prosesində olan bank" adlandırılacaq), digər tərəfdən Azərbaycan Respublikası vətəndaşı, AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi X5 şəxsində (bundan sonra "Zamin" adlandırılacaq) və üçüncü tərəfdən Azərbaycan Respublikası vətəndaşı AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi adlandırılacaq), X9 arasında bağlanmışdır. 330003536/19 №-li Restrukturizasiya Müqaviləsinin: 1.1.1-ci bəndinə əsasən Şərtlər ləğv prosesində olan Bankla Müştəri arasında bağlanacaq restrukturizasiya müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunacaqdır və Tərəflər arasındakı münasibətlərin əsas şərtlərini əks etdirəcəkdir. 1.1.2-ci bəndinə əsasən Restrukturizasiya müqaviləsinin forması və strukturu ləğv prosesində olan bank tərəfindən Fərmana uyğun olaraq müəyyən edilir. 1.1.3.-cü bəndinə əsasən "Restrukturizasiyanın məqsədi-Borclunun mövcud olan ilkin kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. 1.6-cı bəndinə "Restrukturizasiya olunan borc məbləği" - Fərmana əsasən problemli kreditlərinin restrukturizasiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən və restrukturizasiya olunan pul vəsaitidir. 1.1.7-ci bəndinə əsasən "Restrukturizasiyanın müddəti" - Restruturizasiya edilmiş kredit borcunun ödənilməli olduğu dövrdür. 1.1.9-cu bəndinə əsasən "Faiz(lər)" - illik faiz dərəcəsi 1% -dir. 1.1.10-cu bəndinə əsasən güzəştli kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır. 2.1-ci maddəsinə əsasən Ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3482.69 (üç min dörd yüz səksən iki manat 69 qəpik) manat məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən borcları Restrukturizasiya müqaviləsinin bağlanması ilə Borclunun restrukturizasiya olunmuş kredit üzrə ilkin kredit müqaviləsinə xitam verilir. 3.4-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixdən borc məbləği Banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. 3.9-cu bəndinə əsasən Restrukturizasiya müqaviləsi 36 (otuz altı) ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci ildir. 4.4.1-ci bəndinə əsasən Borclu ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə dulunu ləğv prosesində olan banka ödəyir. 330003536/19 №-li Zaminlik Müqaviləsinin: 1.1-ci bəndinə əsasən "Ləğv prosesində olan bank"la "Borclu" arasında bağlanmış 27 Avqust 2019-cu il tarixli olunmuş 330003536/19 saylı restrukturizasiya müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə restrukturizasiya hesablanmış 3482.69 (üç min dörd yüz səksən iki manat 69 qəpik) manat borc məbləğinin və ona təminatı faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının qarşısında kimi "Zamin" "Borclu"nun öhdəliklərinin yerinə yetirilməsinə görə "Ləğv prosesində olan bank" cavabdehlik daşımağı öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən Zaminlik Müqaviləsinin 8-ci maddəsində göstərilən zaminliyin verilmə müddətindən asılı olmayaraq, zaminliyə əsas öhdliklər tam icra edildikdə xitam verilir. 3.2.1-ci bəndinə əsasən zamin "Borclu"nun zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə "Ləğv prosesində olan bank"ın tələbi ilə "Borclu"nun öhdəliyini icra etməlidir. 8-ci maddəsinə əsasən bu müqavilə Tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir və 10 il müddətinə ("zaminliyin verilme müddəti") qüvvədə qalır. 330003536 №-li Kredit Müqaviləsinin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Kreditor Borcalana 8000 (səkkiz min) AZN məbləğində kredit verir 2.2-ci bəndinə əsasən Müqaviləyə əsasən kredit Borcalana Dövriyyə vəsaitini məqsədilə verilir. 2.3-cü bəndinə əsasən Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. 2.4-cü bəndinə əsasən Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 27 (iyirmi yeddi) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28.106 (iyirmi səkkiz tam mindе bir yüz altı) faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 (əlli dörd) faiz dərəcəsilə, aylıq isə 4.50 (dörd tam onda beş) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 2.6-cı bəndinə əsasən Güzəşt müddəti yoxdur. 2.7-ci bəndinə əsasən Borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu Müqavilə məbləğinin 1 (bir) % məbləğində komissiya haqqı ödəyir. 3.2-ci bəndinə əsasən Kredit üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmiş) təqvim günü, ayda ise 30 (otuz) təqvim günü götürülməklə hesablanır. 4.4.2-ci bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Kreditora vaxtında ödəmək; 8.2-ci bəndinə əsasən bu Müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2024-cü il tarixli, **********348 saylı arayışa əsasən X6 xx.xx.2024-cü il tarixinə LPO İddiaçı ASC-yə əsas məbləğ üzrə borcu 3379,08 manat; faiz üzrə borcu 0,00 manat; cərimə üzrə borcu 0,00 manat; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 306,44 manat və cəmi borc məbləği 3685,52 manatdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2014-cü il tarixli İddiaçı ASC Kassa əməliyyatlarının aparılması prosedurlarına Əlavə 9 adlı sənədə əsasən 8.000,00 manat məbləğində pul 15 avqust 2014-cü il tarixdə X6 hesabına köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında uzun müddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X8 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə, X3 xx.xx.2024-cü il tarixdə elektron qaydada bildiriş ünvanlanaraq LPO İddiaçı ASC ilə X9 və X5 arasında xx.xx.2019-cu il tarixində kredit verilməsi haqqında 330003536/19 saylı müqavilə bağlandığı və həmin müqaviləyə əsasən Bank tərəfindən onlara illik 1(bir) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ilkin məbləğ 3482.69 (üç min dörd yüz səksən iki manat 69 qəpik) AZN məbləğində kredit verildiyi, lakin qeyd olunan kredit müqaviləsinin tələblərinin onlar tərəfindən pozulduğu, kredit ödənişlərinin qrafikə uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilmədiyi, bunun nəticəsində onların 25 lyun 2024-cü il tarixinə LPO Banka 3379.08 (üç min üç yüz yetmiş doqquz manat 8 qəpik) AZN məbləğində əsas borc, 0(sıfır) AZN məbləğində faiz borcu, 0(sıfır) məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə, görə gecikdirilmiş vaxt üçün hesablanan 313.02 (üç yüz on üç manat 2 qəpik) AZN faiz məbləği, ümumilikdə isə 3692.1 (üç min altı yüz doxsan iki manat 10 qəpik) AZN məbləğində borcları qaldığı, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, onlardan tələb olunan 3692.1 (üç min altı yüz doxsan iki manat 10 qəpik) AZN məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin etməli olduqları, əks təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı bildirilmişdir. Beləliklə, məhkəmə borcluların öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-84/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsində borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3.685,52 (üçminaltı yüz səksən beş manat əlli iki qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği:30+3.685,52 *1/100=56,86(əlli altı manat səksən altı qəpik) manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********09 saylı qəbzlə ödənilmiş 56,86 AZN məbləğində dövlət rüsumunun cavabdеhlər X4 və X2 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdеhlər X8 və X3 qarşı kredit borcunun qaytarılması tələbi barədə ərizəsi təmin edilərək, cəmi borcu 3.685,52 (üç min altı yüz səksən beş manat 52 qəpik) manat bundan 3.379,08 (üç min üç yüz yetmiş doqquz manat 08 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 306,44 (üç yüz altı manat 44 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 56,86 (əlli altı manat səksən altı qəpik) manat dövlət rüsumunun cavabdehlər X4 və X2 müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-nin хеyrinə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. Cavabdehlər X4 və X2 müştərək qaydada 3.685,52 (üç min altı yüz səksən beş manat əlli iki qəpik) manat və iş üzrə ödənilmiş 56,86 (əlli altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-84/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-84/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver