Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-85/2023 03.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Xudiyev Nazim Məmməd oğluna və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək, 31 mart 2017-ci il tarixli, 70017720 hesab nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə cəmi borcu 6544,69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) manat-bundan 1828,77 (bir min səkkiz yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik ) manat əsas, 1191,49 (bir min bir yüz doxsan bir manat qırx doqquz qəpik) manat faiz, 3265,68 (üç min iki yüz altmış beş manat altmış səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 258,75 (iki yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat faiz borcu və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Xudiyev Nazim Məmməd oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə cavabdeh Xudiyev Nazim Məmməd oğlu arasında bağlanmış 70017720 saylı xx.xx.2025-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7000 ( yeddi min) ABŞ dolları məbləğində kredit verildiyini, cavabdeh Xudiyev Nazim Məmməd oğluna kredit verilərkən Cavabdeh1 ilə bank arasında 70017720/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlandığını, həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıdığını, 70017720 saylı kredit müqaviləsinə 31 mart 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlandığını, Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı 3983.15 ( üç min doqquz yüz səksən üç ABŞ dolları on beş sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə ( 1 (bir) USD = 1.40 ( bir manat qırx qəpik)) bu Saziş qüvvəyə mindiyi tarixə 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) manat təşkil etdiyini, restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılaraq və illik 20 (iyirmi) faiz ödənildiyini, Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanıldığını, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Xudiyev Nazim Məmməd oğluna və Cavabdeh1 (bundan sonra cavabdehlər) qarşı sözügedən kredit müqaviləsinin icra edilməməsinə görə 6544,69 AZN məbləğində ümumi borcun ödənilməsi tələbinə dair” mübahisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərindən “X3 iştirak edilməməsi” barədə X-426 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edildiyini, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 70017720 saylı kredit müqaviləsi, ödəniş cədvəli, xx.xx.2015-ci il tarixli 70017720/ZM saylı zaminlik müqaviləsi, 31 mart 2017-ci il tarixli Əlavə Saziş, ödəniş cədvəli, 31 mart 2017-ci il tarixli zaminlik müqaviləsi, 03 mart 2015-ci il tarixli Memorial orderi, **********522 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlar olduğunu, kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ olduğunu, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********762 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlərin borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, xx.xx.2023-cü il tarixə Xudiyev Nazim Məmməd oğlunun kredit üzrə cəmi borcu 6544,69 (altı min beş yüz qırx dörd manat 69 qəpik) manat təşkil edir. Bundan 1828,77 (bir min səkkiz yüz iyirmi səkkiz manat 77 qəpik) manat əsas, 1191,49 (bir min bir yüz doxsan bir manat 49 qəpik) manat faiz, 3265,68 (üç min iki yüz altmış beş manat 68 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 258,75 (iki yüz əlli səkkiz manat 75 qəpik) manat faiz borcu təşkil etdiyini bildirmiş və ərizəsini yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 427.3, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 739.1, 465, 470.1, 472.2, 474.2-ci və Azərbaycan Respublikası MPM-in 23.1, 284-1, 284-2, 284-3, 284-6.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə, iddiaçının cavabdehlərə qarşı borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: “AZEMİS”-in Çıxarışından görünür ki, Xudiyev Nazim Məmməd oğlu xx.xx.2006-cı il tarixdə, ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçının ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov tərəfindən imzalanaraq cavabdehlərə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində kredit verilməsi haqqında KM051T03170087S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ilkin məbləğ 5576.41 ( beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN məbləğində kredit verilmiş, lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdehlər tərəfindən pozularaq kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəliklərini lazımınca icra edilmədiyindən cavabdehlərin 5 dekabr 2022-ci il tarixinə LPO Banka 1828.77 AZN məbləğində əsas borc, 1191.49 AZN məbləğində faiz borcu, 3265.68 AZN məbləğində cərimə borcu, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 244.75 AZN faiz məbləği, ümumilikdə isə 6530.69 AZN məbləğində borcu qaldığını, göstərilənlərə əsasən və tərəflər arasında olan mübahisənin məhkəmədən kənar həll etmək məqsədi ilə tələb olunan 6530.69 AZN məbləğində borcun 3 gün ərzində cavabdehlər tərəfindən ödənilməsini, borcun ödənilməyəcəyi təqdirdə Bankın öz hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət olunacağını cavabdehlərə bildirmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki xx.xx.2023-cü il tarixdə ******* nömrəli bildiriş (xəbərdarlıq məktubu) Xudiyev Nazim Məmməd oğlunun AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. “Onlayn Kargüzarlıq” sistemindən çıxarışlardan görünür ki xx.xx.2023-cü il tarixdə ******* nömrəli iddia ərizəsi Xudiyev Nazim Məmməd oğlunun AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, X-426 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli, KM051T03170087S01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər əsasında yaranan kommersiya mübahisələri barəsində iddiaçının nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə və cavabdehlərin iştirakı olmadan 11 aprel 2023-cü il tarixdə X2 X7 keçirilmiş, o cümlədən İMS-nin keçirilməsi ilə əlaqədar 100 (bir yüz) AZN məbləğində mediasiya xərci iddiaçının nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlu tərəfindən ödənilmişdir. 01 fevral 2023-cü il tarixli, **********522 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Xudiyev Nazim Məmməd oğlu arasında bağlanmış 31 mart 2017-ci il tarixli KM051T03170087S01 saylı kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixinə müqavilə üzrə əsas borc 1828.77 ( bir min səkkiz yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik ) AZN, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1191.49 (bir min bir yüz doxsan bir manat qırx doqquz qəpik) AZN, borcun gecikdirdiyinə görə hesablanan və tələb olunan cərimə 3265.68 (üç min iki yüz altmış beş manat altmış səkkiz qəpik) AZN, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 258.75 ( iki yüz əlli səkkiz manat yetmiş beş qəpik) AZN olmaqla müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 6544.69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) AZN-dir. 03 mart 2015-ci il tarixli “Memorial Order” adlı sənəddən görünür ki, Bank kodu 508308 olan İddiaçı ASC Əməliyyat İdarəsi tərəfindən 7000 USD ( yeddi min ABŞ dolları) xx.xx.2015-ci il tarixli, 652 saylı sərəncama əsasən Xudiyev Nazim Məmməd oğluna ödənilmişdir. xx.xx.2015-ci il tarixli, 70017720 nömrəli kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992ci il tarixli 24 saylı lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı ASC, etibarnamə əsasında Əməliyyat İdarəsi filialının müdiri X5 şəxsində, bundan sonra “Kreditor” adlanacaq və digər Xudiyev Nazim Məmməd oğlu (ş.v seriya AZE06017021verilib: xx.xx.2008ci il tarixdə Şahbuz RPŞ tərəfindən), bundan sonra “Borcalan” adlanacaq aşağıdakı şərtlər əsasında həmin müqaviləni (bundan sonra “Müqavilə”) bağladılar. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən Kreditor Borcalana 7000 (yeddi min) USD məbləğində kredit verir. 2.2-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən kredit Borcalana Dövriyyə vəsaitininin artırılması məqsədlə verilir. 2.3-cü bəndindən görünür ki, Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. 2.4-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə Borcalan Kreditora illik 24 (iyirmi dörd) faiz ödəyir. Kredit ürə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 25.09 (iyirmi beş tam yüzdə doqquz) faiz təşkil edir. 2.5-ci bəndindən görünür ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 (qırx səkkiz) faiz dərəcəsilə, aylıq isə 4.00 (dörd) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 2.7-ci bəndindən görünür ki, Borcalan Kreditora kreditin rəsmiləşdirilməsi üçün bu Müqavilənin 1 (bir) faiz məbləğində komissiya haqqı ödəyir. xx.xx.2015-ci il tarixli, 70017720 saylı kredit müqaviləsinə Əlavə №1-dən görünür ki, İddiaçı ASC, etibarnamə əsasında Əməliyyat İdarəsi filialının müdiri X5 ilə X9 Məmməd oğlu arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7.000 USD kredit məbləği, aylıq ödəniş 370.18 USD, kreditin komissiya xərci 140 USD, banka ödəniləcək ümumi faiz məbləği 1.882 USD, kreditin illik faiz dərəcəsi 24%, faktiki illik faiz dərəcəsi 25.09%, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə hesablanan illik faizi 48%, aylıq faizi 4.00%, kreditin ümumi xərcləri 2022.00 USD +Sığorta haqqı olmaqla banka ödəniləcək ümumi məbləğ 8.880 USD razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli, 70017720 saylı zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992ci il tarixli 24 saylı lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı ASC, etibarnamə əsasında Əməliyyat İdarəsi filialının müdiri X5 şəxsində, bundan sonra “Kreditor” adlanacaq digər tərəfdən Cavabdeh1 şəxsində bundan sonra "Zamin" adlanacaq müqavilədə göstərilən şərtlər əsasında bu müqaviləni bağlamışdırlar. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmenti 70017720 N-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Zaminlik müqaviləsinin 2-ci maddəsindən görünür ki, Zaminliklə təmin edilmiş öhdəliklərə: 2.1. 7000 (yeddi min) USD təşkil edən kredit məbləği 2.2. 24 (iyirmi dörd) ay təşkil edən kreditin qaytarılma müddəti 2.3. 24 (iyirmi dörd) faiz təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 2.4. 48 (qırx səkkiz) % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 4.00 (dörd) % isə aylıq cərimə faiz dərəcəsi aiddır. 3.1.1-ci bəndindən görünür ki, Kreditorun Borcalan kredit müqaviləsi üzrə öhdəliyi icra etmədikdə dəymiş zərərin əvəzini Borcalan və Zamin və ya Zaminlərdən tələb etmək hüququ vardır. 3.4.2-ci bəndindən görünür ki, X6 üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək vəzifəsi vardır. 4.2-ci bəndindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli, 70017720 saylı Zaminlik müqaviləsinə Əlavə №1-dən görünür ki, İddiaçı ASC Əməliyyat İdarəsi ilə Zamin Cavabdeh1 (FİN xxxxxxx) arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 7.000 USD kredit məbləği, aylıq ödəniş 370.18 USD, kreditin komissiya xərci 140 USD, banka ödəniləcək ümumi faiz məbləği 1.882 USD, kreditin illik faiz dərəcəsi 24%, faktiki illik faiz dərəcəsi 25.09%, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə hesablanan illik faizi 48%, aylıq faizi 4.00% olmaqla banka ödəniləcək ümumi məbləğ 8.880 USD razılaşdırılmışdır. 70017720 saylı, xx/xx/2015-ci il tarixli kredit müqaviləsi üzrə 31 mart 2017-ci il tarixli Əlavə Saziş №1-dən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992-ci il tarixli 24 saylı lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı ASC, etibarnamə əsasında filialının müdiri X5 şəxsində, bundan sonra “Kreditor” adlanacaq və digər Xudiyev Nazim Məmməd oğlu (ş.v seriya AZE 06017021verilib: xx.xx.2008-ci il tarixdə Şahbuz RPŞ tərəfindən), bundan sonra “Borcalan” adlanacaq, digər tərəfdən 70017720 saylı, xx/xx/2015-ci il tarixli Kredit Müqaviləsinə (bundan sonra -Müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1.1-ci bəndindən görünür ki, Borcalanın Kreditor qarşısındakı 3983.15 (üç min doqquz yüz səksən üç ABŞ dolları on beş sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1(bir) USD= 1.40(bir manat qırx qəpik)AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN təşkil edir. 1.2-ci bəndindən görünür ki, restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. 1.3-cü bəndindən görünür ki, restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 11.43 faiz təşkil edir. 1.4-cü bəndindən görünür ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 40 (qırx) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 1.5-ci bəndindən görünür ki, bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 2.1-ci bəndindən görünür ki, borcalan bu Əlavə Sazişə uyğun olaraq restrukturizasiya edilmiş kreditin bu Sazişin 1.5-ci bəndində göstərilən ödəniş qrafiki üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD=1.40 AZN məzənnəyə əsasən manata konvertasiya edilməklə, 2442.44 AZN (iki min dörd yüz qırx iki manat qırx dörd qəpik) məbləğ) ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə (yəni, 12 (on iki) aydan sonra ümumi gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda )dondurulmuş faiz və cərimə borcları müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz gündən artıq olarsa, dondurulmuş faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq dondurulmuş faiz və cərimə məbləğinin, sonra 1.5-ci bənddə qeyd edilmiş qrafik üzrə hesablanmış faiz və cərimələrin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. 2.3-cü bəndindən görünür ki, bu Əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. 051T03162267S01 nömrəli ödəniş cədvəlindən görünür ki, X9 Məmməd oğlu tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kreditor Dəmirbank ASC Əməliyyat İdarəsi filialına 36 (otuz Altı) ay müddətinə 20 (iyirmi) faiz ilə, əsas borc üzrə 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN, faiz borcu üzrə 1887.21 (bir min səkkiz yüz səksən yeddi manat iyirmi bir qəpik) AZN olmaqla cəmi 7463.62 (yeddi min dörd yüz altmış üç manat altmış iki qəpik) AZN ödənilməsi razılaşdırılmışdır. 70017720 saylı, xx/xx/2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə 31 mart 2017-ci il tarixli Əlavə Saziş №1-dən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.1992-ci il tarixli 24 saylı lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı ASC, etibarnamə əsasında filialının müdiri X5 şəxsində, bundan sonra “Kreditor” adlanacaq və digər tərəfdən Xudiyev Nazim Məmməd oğlu, bundan sonra “Borcalan” adlanacaq, digər tərəfdən Cavabdeh1 bundan sonra Zamin adlanacaq 70017720 saylı, xx/xx/2015-ci il tarixli Zaminlik Müqaviləsinə (bundan sonra -Müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1.2-ci bəndindən görünür ki, restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. 1.3-cü bəndindən görünür ki, restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 11.43 faiz təşkil edir. 1.4-cü bəndindən görünür ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 40 (qırx) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 1.5-ci bəndindən görünür ki, bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 2.2-ci bəndindən görünür ki, Zamin bu Əlavə Sazişi imzalamaqla xx/xx/2015-ci il tarixli, 70017720 saylı Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş 31 mart 2017-ci il tarixli, №01 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. 2.3-cü bəndindən görünür ki, bu Əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən, 51-70349507-18 hesab nömrəli xx.xx.2018-ci il hesab açılış tarixli Xudiyev Nazim Məmməd oğluna məxsus Hesabdan Çıxarışdan görünür ki, dövrün sonuna qalıq məbləğ 654,77 AZN-dir. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən, 51-70349507-14 hesab nömrəli xx.xx.2017-ci il hesab açılış tarixli Xudiyev Nazim Məmməd oğluna məxsus Hesabdan Çıxarışdan görünür ki, dövrün sonuna qalıq məbləğ 1174.00 AZN-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh (Borcalan) Xudiyev Nazim Məmməd oğlu arasında 70017720 saylı kredit müqaviləsi və eyni tarixdə iddiaçı ilə cavabdeh (Zamin) Cavabdeh1 arasında 70017720 saylı zaminlik müqaviləsi üzrə 01 nömrəli Əlavə Saziş bağlanmış, Cavabdehlərin Kreditor qarşısındakı 3983.15 (üç min doqquz yüz səksən üç ABŞ dolları on beş sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı konvertasiya edilməklə (1(bir) USD= 1.40(bir manat qırx qəpik)AZN) 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN təşkil edərək razılaşdırıldığı müəyyən edilmişdir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən kredit və zaminlik müqavilələri üzrə Əlavə Sazişin bağlanması ilə cavabdehlərin kreditor qarşısındakı əsas borc üzrə qalığı konvertasiya edilməklə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilməkdədir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3- ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, müqavilənin tərkib hissəsi olan 051T03162267S01 nömrəli ödəniş cədvəlinə əsasən X9 Məmməd oğlu tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kreditor Dəmirbank ASC Əməliyyat İdarəsi filialına 36 (otuz Altı) ay müddətinə 20 (iyirmi) faiz ilə, əsas borc üzrə 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN, faiz borcu üzrə 1887.21 (bir min səkkiz yüz səksən yeddi manat iyirmi bir qəpik) AZN olmaqla cəmi 7463.62 (yeddi min dörd yüz altmış üç manat altmış iki qəpik) AZN ödənilməsi razılaşdırılsa da, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçının ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov tərəfindən 23 dekabr 2022-ci il tarixdə cavabdehlərə ünvanlanmış bildirişdə iddiaçı ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində kredit verilməsi haqqında KM051T03170087S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ilkin məbləğ 5576.41 ( beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN məbləğində kredit verildiyi, xx.xx.2017-ci il tarixli, 70017720 saylı kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə Saziş üzrə əlavə edilən 051T03162267S01 nömrəli ödəniş cədvəlinə əsasən X9 Məmməd oğlu tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kreditor Dəmirbank ASC Əməliyyat İdarəsi filialına 36 (otuz Altı) ay müddətinə 20 (iyirmi) faiz ilə, əsas borc üzrə 5576.41 (beş min beş yüz yetmiş altı manat qırx bir qəpik) AZN, faiz borcu üzrə 1887.21 (bir min səkkiz yüz səksən yeddi manat iyirmi bir qəpik) AZN olmaqla cəmi 7463.62 (yeddi min dörd yüz altmış üç manat altmış iki qəpik) AZN ödənilməsi razılaşdırıldığı, eyni tarixli, 70017720 saylı zaminlik müqaviləsi üzrə 01 nömrəli Əlavə Saziş ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdehlər tərəfindən pozularaq kredit ödənişləri qrafikə uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərini lazımınca icra edilmədiyindən cavabdehlərin 5 dekabr 2022-ci il tarixinə iddiaçıya 1828.77 AZN məbləğində əsas borc, 1191.49 AZN məbləğində faiz borcu, 3265.68 AZN məbləğində cərimə borcu, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 244.75 AZN faiz məbləği, ümumilikdə isə 6530.69 AZN məbləğində borcu qaldığını, göstərilənlərə əsasən və tərəflər arasında olan mübahisənin məhkəmədən kənar həll etmək məqsədi ilə tələb olunan 6530.69 AZN məbləğində borcun 3 gün ərzində cavabdehlər tərəfindən ödənilməsini, borcun ödənilməyəcəyi təqdirdə Bankın öz hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət olunacağını cavabdehlərə bildirilsə də öhdəliyin icrasını pozmaqda davam etmiş, eyni zamanda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 18 may 2023-cü il tarixli, e-2-2(123)-85/2023 saylı qərardadı qəbul edildikdən sonra cavabdehlər Xudiyev Nazim Məmməd oğluna və Cavabdeh1 məhkəmə bildirişi ünvanlanmış, nəticədə isə cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatəti, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etirazı təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Bundan əlavə, məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış 70017720 saylı, 31 mart 2017-ci il tarixli kredit müqaviləsi və 70017720 saylı, 31 mart 2017-ci il tarixli zaminlik müqaviləsinin bəndlərindən, iddiaçının cavabdehlərə qarşı kredit müqavilələri üzrə yaranmış öhdəliyin icra edilməməsi nəticəsində irəli sürdüyü 1828,77 AZN əsas borcun, o cümlədən 1191,49 AZN faiz borcunun, 3265,68 AZN cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan 258.75 ( iki yüz əlli səkkiz manat yetmiş beş qəpik) AZN faiz borcunun cavabdehlər Xudiyev Nazim Məmməd oğlundan və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi hissəsində tələbin əsaslı olduğunu müəyyən etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, 01 fevral 2023-cü il tarixli, **********522 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Xudiyev Nazim Məmməd oğlu arasında bağlanmış 31 mart 2017-ci il tarixli KM051T03170087S01 saylı kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixinə müqavilə üzrə əsas borc 1828.77 ( bir min səkkiz yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik ) AZN, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1191.49 (bir min bir yüz doxsan bir manat qırx doqquz qəpik) AZN, borcun gecikdirdiyinə görə hesablanan və tələb olunan cərimə 3265.68 (üç min iki yüz altmış beş manat altmış səkkiz qəpik) AZN, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 258.75 ( iki yüz əlli səkkiz manat yetmiş beş qəpik) AZN olmaqla müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 6544.69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) AZN məbləğində hesablanmışdır. Belə olduğu halda, xx.xx.2023-cü il tarixli maliyyə arayışının: Müqavilə müddəti üçün hesablanan faiz üzrə ödənilməli olan 1191.49 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının tələbi bu hissədə əsaslı hesab edilməlidir. Belə ki, cavabdehin iddiaçıya tərəflər arasında olan müqavilədə razılaşdırılmış qaydaya uyğun olaraq hesablanmış faiz üzrə 1191.49 AZN məbləğində borcu vardır. Gecikdirilən vaxt üçün hesablanan faiz üzrə ödənilməli olan 258.75 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd edilən maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bu müddəalardan aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən onun barəsində mülki qanunvericilikdə nəzərdə tutulan məsuliyyət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsi, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyi borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyəcəyi, 449.2-ci maddəsi ilə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi qeyd olunmuş, eyni zamanda sonuncu tarixə, yəni xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən faiz uçot dərəcəsinin 9.0% dərəcəsi ilə hesablanmağı nəzərdə tutulmuşdur. AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yəni hazırkı tələb üzrə gecikdirilmiş vaxt üçün faiz məbləği 9.0% dərəcəsi ilə hesablandığından məhkəmə iddiaçının cavabdehdən gecikdirilmiş vaxta görə faiz üzrə hesablanılan 258.75 AZN məbləğində faiz borcunu tələb etməsini əsaslı hesab etməkdədir. Cərimə üzrə ödənilməli olan 3265,68 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, kredit müqaviləsinin 2.5-ci bəndində, gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 (qırx səkkiz) faiz dərəcəsilə, aylıq isə 4.00 (dörd) faiz dərəcəsilə faiz hesablandığını və Borcalan tərəfindən Kreditora ödənildiyinin qeyd edildiyini, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 3265,68 AZN məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 330.00 AZN məbləğində cavabdehlərdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1828,77 AZN, faiz borcuna görə 1191,49 AZN, cərimə borcuna görə 3265,68 AZN, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 258,75 AZN olmaqla cəmi 6544,69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) AZN məbləğində borcun və 100 (bir yüz) manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq iddaçıya ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 3265,68 AZN məbləğində cərimə məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq, 330.00 AZN məbləğində cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi təmin edilməli və X4 keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 1828,77 (bir min səkkiz yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik ), faiz üzrə 1191,49 (bir min bir yüz doxsan bir manat qırx doqquz qəpik) manat, cərimə üzrə 3265,68 (üç min iki yüz altmış beş manat altmış səkkiz qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz üzrə 258.75 ( iki yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat olmaqla ümumilikdə 6544,69 (altı min beş yüz qırx dörd manat altmış doqquz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 55 manat 44 qəpik (5544,69 manat x 1%) = 85,44 (səksən beş manat qırx dörd qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçının nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə və İMS-nin keçirilməsi barədə bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlərin iştirakı olmadan xx.xx.2023-cü il tarixdə X2 X7 keçirilmiş, o cümlədən cavabdeh tərəf iştirak etmədiyindən İMS-nin keçirilməsi ilə əlaqədar 100 (bir yüz) AZN məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, 100 manat mediasiya xərcinin məbləği 85.44 manat məbləğində ödənilməli olan dövlət rüsumunu əhatə edərək, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə, yəni 55,14 % hissəsinə mütənasib olaraq, 47,11 (qırx yeddi manat on bir qəpik) manat cavabdehlərdən tutularaq dövlət gəlirinə ödənilməli, X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf cavabdehlər olduğundan, X4 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 100 AZN məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı qalan hissədə dövlət rüsumundan azad edildiyinə görə məhkəmə 38,33 (otuz səkkiz manat otuz üç qəpik) AZN məbləğində təmin edilməmiş dövlət rüsumunun ödənilməsinə toxunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdehlər Xudiyev Nazim Məmməd oğlundan xx.xx.2017-ci il tarixli 70017720 saylı hesab nömrəli kredit müqaviləsi, Cavabdeh1 xx.xx.2017-ci il tarixli 70017720 saylı zaminlik müqaviləsinə əsasən əsas borc üzrə 1828,77 AZN, faiz borcuna görə 1191,49 AZN, cərimə borcuna görə 330.00 (üç yüz otuz manat) manat məbləğində müəyyənləşdirilən cərimə olmaqla ümumilikdə 3.609,01 (üç min altı yüz doqquz manat bir qəpik ) AZN borc məbləği müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 85,44 (səksən beş manat qırx dörd qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə 47,11 (qırx yeddi manat on bir qəpik) AZN məbləği cavabdehlərdən tutularaq dövlət gəlirlərinə ödənilsin. Cavabdeh tərəf üzrsüz səbəbdən mediasiya prosesində iştirak etmədiyindən X4 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci, bütövlükdə cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-85/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-85/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver