Məhkəmə qərarları › İş №e-2-2(123)-85/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-85/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-85/2025 25.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı ASC 22 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 DCLT00278448-06 saylı (hesab № 41040AZNSK**********) maliyyələşdirmə üçün ərizəyə əsasən 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat əsas borc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat faiz borcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 18717,66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat məbləğində borcun və 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666.05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 196,15 (bir yüz doxsan altı manat on beş qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə X7 (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə onGTC-/SE/00278448 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2022-ci il tarixli 1.0.5 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X9 çərçivəsində xx.xx.2023-cü il tarixli DCLT00278448-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 33.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, limiti 29333 (iyirmi doqquz min üç yüz otuz üç) manat məbləğində olan biznes kredit kartı verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCLT00278448-06 saylı (hesab №41040AZNSK**********) maliyyələşdirmə üçün ərizəyə əsasən 11,293.25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat əsas borc, 423.98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat faiz borcu, 7000.43 (yeddi min manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 18717.66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat təşkil edir, gecikmə günü: 289, 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666.05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat borcu təşkil edir. Overdraftın yaranması ilə bağlı müştərinin kredit limiti xx.xx.2024 tarixində bitməsi, limit bitən zaman əsas borcun 11293.25 (on bir min iki yüz doxsan üç) manat təşkil etməsi və limitin xx.xx.2024 tarixində sıfırlanması bildirilmişdir. Lakin müştəri kart üzrə (CMS) xx.xx.2024 tarixində ödənişlər icra etmiş, ödənişlərin silinməsi xx.xx.2024 tarixində daxil olduğundan və qeyd olunan tarixdə kredit limiti sıfır olduğundan, sistem istifadə olunan vəsaiti overdraft kimi hesablamış və 16666.05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat vəsaiti overdraft hesabında əks etdirilmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 194.17 (bir yüz doxsan dörd manat on yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X5 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Belə ki, Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank xidmətlərinin göstərilməsinə dair X5 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 421.2-ci 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci və 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Məhkəmənin 22 yanvar 2025-ci il tarixli, e-2-2(123)-85/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 25 iyul 2025-ci il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş o cümlədən, cavabdeh X7 məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək həmin ərizədə İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair iş üzrə məhkəmə baxış iclası 25 iyul 2025-ci il tarixə, saat 11:05-ə təyinb edildiyini, iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyini və ekspert tərəfindən rəy verildiyini, rəyin tərəflərindən məqbul hesab edildiyini, lakin üzürlü səbəblərdən qeyd edilən tarixdə məhkəmə iclasında iştiraklarını təmin edə bilmədiklərini, qeyd edilənləri nəzərə alaraq, təyin edilmiş məhkəmə iclasının iştirakıarı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiklərini bildirmişlər. Məhkəmə, tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarına əlavə olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, onGTC-/SE/00278448 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə Razılaşmadan görünür ki, Vüsal Səfərov şəxsində, bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X5 Bankın rəsmi internet səhifəsində link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının (bundan sonra “müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəlarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, DCLT00278448-06 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, X9 çərçivəsində Bank tərəfindən X4 xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, limiti 29333 (iyirmi doqquz min üç yüz otuz üç) manat məbləğində olan biznes kredit kartı verilmişdir. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00012-2025 nömrəli Maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT00278448-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat əsas borc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat faiz borcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 18717.66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı 289 gün olmaqla, 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666,05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, onGTC-/SE/00278448 saylı Razılaşma bağlanmış, xx.xx.2023-cü il tarixli, DCLT00278448-06 saylı Maliyyələşdirmə üçün ərizə əsasında iddiaçı tərəfindən X4 xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, limiti 29333 (iyirmi doqquz min üç yüz otuz üç) manat məbləğində olan biznes kredit kartı verilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, cavabdeh X7 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00012-2025 nömrəli Maliyyə arayışına əsasən onun xx.xx.2024-cü il tarixə 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat əsas borc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat faiz borcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 18717.66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat borcu və kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666,05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 10 mart 2025-ci il tarixli, e-2-2(123)-85/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 463 saylı ekspert rəyindən görünür ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DCLT00278448-06 saylı (hesab Na 41040AZNSK**********) kredit müqaviləsinin və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat əsas borc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat faiz borcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 18717,66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat məbləğində borcun və 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666,05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində borc iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən düzgün hesablandığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən məbləğlərlə ekspert rəyində göstərilən məbləğlər tamamilə eyni olduğundan və üst-üstə düşdüyündən məhkəmə ekspert rəyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri də nəzərə alınmaqla, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 35383,71 (otuz beş min üç yüz səksən üç manat 71 qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 196,15 (yüz doxsan altı manat 15 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq İddiaçı ASC-ti tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 196,15 AZN məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmənin 10 mart 2025-ci il tarixli, e-2-2(123)-85/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 03 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli, 463 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin edildiyindən cavabdeh X2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdeh X2 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 18717,66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat məbləğində bоrc və kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666.05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASC-nə ödənilməli; iddia ərizəsinin verilməsinə görə 196,15 (bir yüz doxsan altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq iddiaçıya ödənilməli; məhkəmənin 10 mart 2025-ci il tarixli, e-2-2(123)-85/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin edildiyindən cavabdeh X2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh X2 (VÖEN: **********, AA5774800; FİN: 2A3B50P) 11293,25 (on bir min iki yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 423,98 (dörd yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 7000,43 (yeddi min manat qırx üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 18717,66 (on səkkiz min yeddi yüz on yeddi manat altmış altı qəpik) manat məbləğində bоrc və kredit kartı hesabı üzrə overdraft əməliyyatı üzrə 16666.05 (on altı min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASC-nə (VÖEN:**********) ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 196,15 (bir yüz doxsan altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq İddiaçı ASC-nə ödənilsin. Məhkəmənin 10 mart 2025-ci il tarixli, e-2-2(123)-85/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh X2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar