Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-86/2024 24.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə 11 dekabr 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 28 yanvar 2022-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsi üzrə 24 noyabr 2023-cü il tarixə 749.40 (yeddi yüz qırx doqquz manat 40 qəpik) manat əsas borc, 7.68 (yeddi manat 68 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 757.08 (yeddi yüz əlli yeddi manat 08 qəpik) manat kredit borcunun cavabdehlərdən birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 dekabr 2023-cü il tarixli, e-2-2(123)-368/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilmişdir. 24 yanvar 2024-cü il tarixdə iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq ərizədə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin Naxçıvan MR Kommersiya Məhkəməsində e-2-2(123)-86/2024 saylı mülki iş üzrə baxılması üçün qəbul edildiyini qeyd etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alıb təmin edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmağı zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla bağlı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan, sadələşdirilmiş qaydada baxılır. Belə olduğu halda isə sadələşdirilmiş icraat qaydasında baxılan hazırkı iş üzrə ərizə icraata qəbul edildikdən sonra iddiaçının vəsatəti əsasında ərizənin və ona əlavə edilən sənədlərin geri qaytarılması halını tənzimləyən müddəanın olmadığı müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu maddəsinə əsasən qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür. Odur ki, məhkəmə hazırkı mübahisənin sadələşdirilmiş qaydada baxılan işlərə aid edildiyini nəzərə alaraq qanunun analogiyasını tətbiq edib e-2-2(123)-86/2024 saylı iş üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin iddiaçının vəsatəti əsasında geri qaytarılmasına iddia icraatı qaydasında tətbiq edilən normaları tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli, N-1709 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasına dair iddiaçı tərəfindən 40 (qırx) manat məbləğində mediasiya xərci ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə iddiaçı 40 (qırx) manat məbləğində mediasiya xərci ödəməklə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumundan azad edildiyindən məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması zamanı dövlət rüsumunun qaytaılması məsələsinə toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixdə iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə daxil olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-86/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-86/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver