Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-87/2025 20.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcu tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 24 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 manat məbləğində krеdit bоrcu, 1017.96 manat məbləğində faiz bоrcu və 605.45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 manat, - 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 manat məbləğində krеdit bоrcu, 549.69 manat məbləğində faiz bоrcu və 345.95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 manat, ümumilikdə cəmi 18448 (on səkkiz min dörd yüz qırx səkkiz) manat 10 (on) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 145.35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 997L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürdüyünü, o, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytardıqlarını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4639.52 manat ödədiyini, onun 10360.48 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən bildiriblər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 1017.96 manat təşkil etdiyi, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 137 gün üçün hеsablanmış cərimə 605.45 manat təşkil etdiyini, bundan başqa, Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixli 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altımin beş yüz) manat məbləğində məbləğində kredit götürdüyünü, o, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 931.43 manat ödəmiş, onun 5568.57 manat məbləğində kredit borcu qaldığını, Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən bildiriblər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 145 gün üçün hesablanmış faiz borcu 549.69 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 145 gün üçün hеsablanmış cərimə 345.95 manat təşkil etdiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini, həqiqətən müqavilələr əsasında kredit götürdüyünü, pulları sahibkarlıq fəaliyyəti üçün şəriyi Cavabdeh2 ilə birlikdə mal alınmasına istifadə etdiklərini, işlərinin uğursuz alındığından müqavilə öhdəliyini yerinə yetirə bilmədiyini, bu əsasla məhkəmə mübahisəsinin yarandığını, ekspert rəyində hesablanmanın tələb olunan məbləğdən artıq olduğundan qəbul etmədiyini, işə iddia tələbi çərçivəsində baxılmasını istədiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: 03 aprel 2023-cü il tarixli 997L**********45 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Bank Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat miqdarında sahibkarlıq fəaliyyətini maliyələşdirmək məqsədi ilə 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 14.3-cü və 14.4-cü bəndlərinə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin hesab olunurlar. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 03 aprel 2023-cü il tarixli 997R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka 10360.48 manat əsas, 1017.96 manat faiz, 605.45 manat cərimə olmaqla cəmi 11983.89 manat borcu yaranmışdır. 03 aprel 2023-cü il tarixli 997R********** saylı biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 75 manat komisyon haqqı olmaqla 15000 (on beş min) manat məbləğində kredit verilməsi barədə razılaşma əldə olunmuşdur. 04 mart 2023-cü il tarixli kreditin verilməsi haqqında qəbzdən görünür ki, Cavabdeh1 75 manat komisyon haqqı olmaqla 15000 manat məbləğində pulun verilməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təmin olunmuşdur. xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 15000 manat məbləğində kredit Cavabdeh1 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 25.10 2023-cü il tarixli 997R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka 5568.67 manat əsas, 549.69 manat faiz, 345.95 manat cərimə olmaqla cəmi 6464.21 manat borcu yaranmışdır. 25 oktyabr 2023-cü il tarixli 997R********** saylı biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə 1.9167 faiz dərəcəsi ilə 32.5 manat komisyon haqqı olmaqla 6500 (altı min beş yüz) manat məbləğində kredit verilməsi barədə razılaşma əldə olunmuşdur. 25 oktyabr 2023-cü il tarixli kreditin verilməsi haqqında qəbzdən görünür ki, Cavabdeh1 32.5 manat komisyon haqqı olmaqla 6500 manat məbləğində pulun verilməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təmin olunmuşdur. xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 6500 manat məbləğində kredit Cavabdeh1 hesabına köçüçülmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. 07 aprel 2025-ci il tarixli, 278 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 07 mart 2025-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında 03 aprel 2023-cü il tarixli, 997R********** saylı, 25 oktyabr 2023-cü il tarixli, 997R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış, həmin razılaşmalara əsasənBank Borcalana sahibkarlıq fəaliyyətinin maliyələşdirilməsi məqsədilə 36 ay müddətinə 15000 və 6500manat kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik Bank tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən borcalana borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə Cavabdeh1 adına 03 aprel 2023-cü il tarixli 997R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə banka 10360.48 manat əsas, 1017.96 manat faiz, 605.45 manat cərimə olmaqla cəmi 11983.89 manat, 25.10 2023-cü il tarixli 997R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2024cü il tarixə banka 5568.67 manat əsas, 549.69 manat faiz, 345.95 manat cərimə olmaqla cəmi 6464.21 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasına dair xx.xx.2024-cü il tarixli, maliyyə arayışları iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə cavabdehə qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 20 fevral 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 11 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 278 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 03 aprel 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına, hesabdan çıxarış məlumatlarına və xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh1, ‘AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 11030,54 (on bir min otuz manat əlli dörd qəpik) manat, faiz borcu 1007,78 (bir min yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 12038,32 (on iki min otuz səkkiz manat otuz iki qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasnda 03 aprel 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalarına əsasən kredit müqvilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlar bank hesablar sisteminə uyğun olmadığından və bank tərəfindən cərimə hesablanmadığından hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kim: Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 25 oktyabr 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına, hesabdan çıxarış məlumatlarına və xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024- cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 6740,20 (altı min yeddi yüz qırx manat iyirmi qəpik) manat, faiz borcu 524,44 (beş yüz iyirmi dörd manat qırx dörd qəpik) manat olmaqla, ümumilikə 6264,64 (altı min iki yüz altmış dörd manat altmış dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasnda 25 oktyabr 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalarına əsasən kredit müqvilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları bank hesablar sisteminə uyğun olmadığından və bank tərəfindən cərimə hesablanmadığından hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə ekspert rəyini kifayət qədər aydın və tam olmadığından sübut növü kimin qəbul etmir. Belə ki, rəydə Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 03 aprel 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 11030,54 (on bir min otuz manat əlli dörd qəpik) manat, faiz borcu 1007,78 (bir min yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla, ümumilikdə 12038,32 (on iki min otuz səkkiz manat otuz iki qəpik) manat təşkil etdiyi, həmçinin Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 25 oktyabr 2023-cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024- cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 6740,20 (altı min yeddi yüz qırx manat iyirmi qəpik) manat, faiz borcu 524,44 (beş yüz iyirmi dörd manat qırx dörd qəpik) manat olmaqla, ümumilikə 6264,64 (altı min iki yüz altmış dörd manat altmış dörd qəpik) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 6740,20+524,44=7264,64 etdiyi halda ekspert cəmin hesablanmasında səhvə yol verərək 6264,64 manat qeyd etmişdir. Həmçinin məhkəmə ekspert rəyi əsasında Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan ümumi borcunun 12038,32+7264,64=19302,96 manat müəyyən edildiyini qeyd edir. İddia tələbinə diqqət etdikdə iddiaçı isə ümumilikdə 18448,10 manat tələb etmişdir. Məhkəmə qeyd edir ki, ekspertin müəyyən etdiyi məbləğ tələb olunan məbləğdən artıq olduğundan sübut növü kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan iş materiallarında olan sübutlara qiymət verərək iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə - 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 manat məbləğində krеdit bоrcu, 1017.96 manat məbləğində faiz bоrcu və 605.45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 manat, - 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 manat məbləğində krеdit bоrcu, 549.69 manat məbləğində faiz bоrcu və 345.95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 manat, ümumilikdə cəmi 18448 (on səkkiz min dörd yüz qırx səkkiz) manat 10 (on) qəpik məbləğində bоrcun olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmaqla iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 manat məbləğində krеdit bоrcu, 1017.96 manat məbləğində faiz bоrcu və 605.45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 manat, - 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 manat məbləğində krеdit bоrcu, 549.69 manat məbləğində faiz bоrcu və 345.95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 manat, ümumilikdə cəmi 18448 (on səkkiz min dörd yüz qırx səkkiz) manat 10 (on) qəpik məbləğində bоrc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 145.35 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 18448.10 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 145.34 manat olaraq müəyyən edilir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 278 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 (on min üç yüz altmış manat qırx səkkiz qəpik) manat məbləğində krеdit bоrcu, 1017.96 (min on yeddi manat doxsan altı qəpik) manat məbləğində faiz bоrcu və 605.45 (altı yüz beş manat qırx beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 (on bir min doqquz yüz səksən üç manat səksən doqquz qəpik) manat, 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 (beş min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində krеdit bоrcu, 549.69 (beş yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində faiz bоrcu və 345.95 (üç yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 (altı min dörd yüz altmış dörd manat, iyirmi bir qəpik) manat olmaqla ümumilikdə cəmi 18448,10 (on səkkiz min dörd yüz qırx səkkiz manat, on qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 145.35 (yüz qırx beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 278 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(123)-87/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-87/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver