Məhkəmə qərarları › İş №e-2-2(123)-9/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-9/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-9/2022 24.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron formada məhkəməyə ünvanlanmış, 22 fevral 2022-ci il tarixdə daxil olmuş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 24 sentyabr 2021-ci il tarixə olan 03 iyun 2019-cu il tarixli, KT0306/01 saylı kredit müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə olan 1344.38 (bir min üç yüz qırx dörd manat 38 qəpik) manat gecikdirilmiş faiz, 4391.53 (dörd min üç yüz doxsan bir manat 53 qəpik) manat gecikdirilmiş əsas borc, 9.93 (doqquz manat 93 qəpik) manat faiz, 1670.25 (bir min altı yüz yetmiş manat 25 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7416.09 (yeddi min dörd yüz on altı manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş”in dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 91.46 (doxsan bir manat 46 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 16000 (on altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 05.07.2011-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********82-10301 reyestr nömrəli Naxçıvan MR, Culfa rayonu, Gülüstan kəndində mülkiyyətində olan 0.3305 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 61.43 kv.m yaşayış, 49.57 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 2.0.1-ci maddəsindən görünür ki, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi dövlət rüsumunun tutulduğu hallardan biridir. MPM-in 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Hal-hazırda isə belə aydın olur ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmiş olsa da, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” qanunun 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli, 18.01.2022-ci il tarixli mədaxil qəbzindən isə məlum olur ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 91.46 (doxsan bir manat qırx altı qəpik) manat təşkil edir. Həmin qanunun 8-ci maddəsi məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələrini müəyyən edir. Bu qanunun 8.1.2-ci maddəsində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləğinin 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi hesablanmalı olması göstərilmişdir. MPM-in 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Hazırki vəziyyətdə iddianın qiyməti 7556.09 (yeddi min beş yüz əlli altı manat 09 qəpik) manat olduğundan, bu məbləğə əsasən qanunla müəyyən edilmiş qaydada hesablandıqda dövlət rüsumunun iddiaçının ödədiyi kimi 91.46 (doxsan bir manat 46 qəpik) manat deyil, 95.56 manat məbləğində ödənməli olması aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1 və 4.1ci maddələr). Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə 22 fevral 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. Həmçinin, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ********* nömrəli, 18.01.2022-ci il tarixli qəbzlə ödənilmiş 91.46 (doxan bir manat 46 qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı "xxxx" ASC tərəfindən elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ21NABZ********************, transaksiya nömrəsi **********79, ********* nömrəli, 18.01.2022-ci il tarixli qəbzlə ödənilmiş 91.46 (doxan bir manat 46 qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar