Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-9/2023 03.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, iddiaçı Finoko” Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil iştirakı olmadan İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə 28 dekabr 2022-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 kreditin əsas borcu üzrə 41.125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15.244,65 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108.650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14.404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179.424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 195.02 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsini, həmin əmlakın likvid dəyərinin 100 000 (bir yüz min) AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 41.125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15.244,65 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108.650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14.404 (on dörd min dörd yüz dörd) ABŞ dolları faiz borcu olmaqla, cəmi 179.424,56 (yüz yetmiş doqquz min dörd yüz iyirmi dörd dollar 56 sent) ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 195.02 (bir yüz doxsan beş manat 02 qəpik) manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsini, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 % hesablanmaq şərti ilə 50 000 ABŞ dolları məbləğində kredit verildiyini, kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətinə əsasən müqavilə ilə müəyyən edilən məbləğin cavabdehin bank hesabına köçürüldüyünü, krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Reyestr № **********26-05101-093004, Qeydiyyat №**********, tarix xx.xx.2014) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim edildiyini və bu barədə 13 may 2016-cı il tarixli, 2016/00310-01İP №-li İpoteka Müqaviləsi bağlandığını, qeyd olunan ipoteka müqaviləsinin xx.xx.2016-cı il tarixində qeydə alındığını və müvafiq çıxarış verildiyini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********), ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin tərəflərin razılığına əsasən 100 000 AZN məbləğində müəyyən edildiyini, ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışa əsasən, cavabdeh tərəfindən kredit üzrə ödənişlərin mütəmadi olaraq pozulduğunu, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmadığını, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verildiyini, İddiaçı BOKT ASC-nin cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etdiyini, bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubunun göndərildiyini, məktubun çatdırılmasına dair qaimələrə əsasən, cavabdehlər sözügedən məktubu qəbul etdiyini, lakin göstərilən kredit məbləği və ona hesablanmış faizləri bu günə kimi ödəmədiyini, bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxardığını, 26 oktyabr 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 41 125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15 244,65 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108 650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları məbləğində borcun yarandığını, xx.xx.2022-ci il tarixində “taxes.gov.az” elektron portalının İddiaçı BOKT ASC-yə məxsus şəxsi kabinetindən Cavabdeh1 elektron qaydada pretenziya məktubu göndərildiyini, cavabdehə bütün borcunu bağlanmasının təklif edildiyini və ona xx.xx.2022-ci il tarixinə qədər vaxt verildiyini, buna baxmayaraq, cavabdeh iddiaçının müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsinin baş tutmadığını, xx.xx.2022-ci il tarixində Cavabdeh2 pretenziya məktubu göndərildiyini, cavabdehə münasibət bildirməsi üçün xx.xx.2022-ci il tarixinə qədər vaxt verildiyini, buna baxmayaraq, cavabdeh iddiaçının müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsinin baş tutmadığını, daha sonra xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə təklif yollanıldığını, tərəflərin xx.xx.2022-ci il tarixinə X4 iştirak etmək üçün dəvət olunduğunu, xx.xx.2022-ci il tarixli “X4 iştirak edilməməsi barədə” arayışa əsasən, cavabdeh tərəf X4 iştirak etmədiyindən, mübahisənin məhkəməyəqədər mediatorun vasitəçiliyi ilə həllinin baş tutmadığını, xx.xx.2022-ci il tarixli “X4 iştirak edilməməsi barədə” arayışa və 3283 saylı ödəniş tapşırığına əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı olaraq 400 manat məbləğində mediasiya xərcinin İddiaçı BOKT ASC tərəfindən ödənildiyini, “Dövlət rüsumu haqqında” qanununun 8-ci maddəsinə əsasən, iddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 469.42 manat təşkil etdiyini, “Dövlət rüsumu haqqında” qanununun 9.1-1-ci və “Mediasiya haqqında” qanunun 3.4 və 36.5-ci maddələrinə müvafiq olaraq, İddiaçı BOKT ASC-nin dövlət rüsumu ödəməkdən azad olduğunu və mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutulmalı olduğunu, qeyd etmişdir. İddia ərizəsinə qarşı 25 yanvar 2023-cü il tarixdə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada “iddia müddətinin tətbiqinə dair” ərizə ünvanlanaraq, həmin ərizədə icraatda İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-9/2023 saylı kommersiya işinin olduğunu, iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında 13 may 2016-cı il tarixdə kredit müqaviləsinin bağlandığını, kreditin qaytarılma müddətinin 24 ay, yəni 13 may 2018-ci il tarixinə qədər müəyyən edildiyini, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən sonuncu ödənişin 19 iyul 2019-cu il tarixində 43.000 manat olmaqla həyata keçirildiyini, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə 6 il olduğunu, həmin məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğunu, həmin məcəllənin 376-cı maddəsinin tələbinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyini, həmin məcəllənin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlandığını, həmin məcəllənin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyini, həmin məcəllənin 380.2-ci maddəsinin tələbinə əsasən fasilədən sonra iddia müddətinin yenidən başlandığını, fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyini, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımının 19 iyul 2019-cu ildən başlandığını, belə ki, müqavilə üzrə ödəniş vaxtı 13 may 2018-ci il tarixdə bitsə də, sonuncu ödənişin Cavabdeh1 tərəfindən 19 iyul 2019-cu il tarixdə həyata keçirildiyini, iddia müddətinin bitmə tarixinin isə daha dəqiq deyilsə 19 iyul 2022-ci il tarixinə təsadüf etdiyini, iddiaçının isə yalnız 2022-ci ilin sentyabr ayında mediasiya prosesinə başladığını və sonra iddia ilə məhkəməyə müraciət etdiyini, iddiaçının bundan öncə də məhkəməyə müraciət etdiyini və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2022 saylı, 10 mart 2022-ci il tarixli Qətnaməsi ilə iddianın qismən təmin edildiyini, lakin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(108)-7/2022 saylı, 30 avqust 2022-ci il tarixli, qərardadı ilə iddia səlahiyyətsiz şəxs tərəfindən imzalandığından qətnamə ləğv edilərək, iddia ərizisinin baxılmamış saxlanıldığını, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etdiyini, yuxarıda göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin bir sıra qərarlarını nümunə üçün təqdim etdiyini, həmin qərarlarda əks edilmiş hüquqi mövqedən göründüyü kimi, ipoteka predmeti ilə yüklü edilmiş kredit müqavilələri üzrə 3 illik iddia müddətinin tətbiq edildiyini və iddianın baxılmamış saxlanılmasının iddia müddətinin axımına heç cür təsir göstərmədiyini, müddətin axımını dayandırmadığını, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etdiyini, göstərilənlərin artıq formalaşmış məhkəmə təcrübəsi olduğunu, nəticə etibari ilə şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı e-2-2(123)-9/2023 saylı kommersiya işi üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı 25 yanvar 2023-cü il tarixdə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada təqdim edilmiş “iddia müddətinin tətbiqinə dair” ərizəyə etiraz olaraq, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 25 yanvar 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlanmış və həmin ərizədə, icraatda iddiaçı "Finoko” BOKT ASC-nin cavabdehlər Cavabdeh1 va Cavabdeh2 qarşı e-2- 2(123)-9/2023 saylı işinin olduğunu, Cavabdeh1 "iddia müddətinin tətbiqinə dair” ərizəsi ilə müraciət edərək əsas öhdəlik üzrə iddia müddətinin 19 iyul 2022-ci il tarixində bitdiyini, bu səbəbdən də iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etdiyinin qeyd edib, cavabdehin sözügedən ərizəsinə etiraz edərək, həmin ərizədə, iddia müddətinin kəsilməsinə dair 2 halın mövcud olduğunu, belə ki, Cavabdeh1 09 sentyabr 2021-ci il tarixində "Finoko” BOKT ASC-nin Müşahidə Şurasına ərizə ilə müraciət etdiyini, həmin ərizəyə əsasən cavabdehin, borcu ödəməkdən heç bir halda boyun qaçırmadığını, maddi vəziyyətinin borcu hissə-hissə ödəməyə imkan verdiyini, bu səbəbdən də təşkilata olan borcunu hissə-hissə ödəməyi xahiş etdiyini bildirdiyini və həmin ərizədən də göründüyü kimi, cavabdehin borcunu etiraf etdiyini, onu ödəmək niyyətinin olduğunu ifadə etdiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2022 saylı 10 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin şikayətdə onun tələbinin: "iddia tələblərinin qismən təmin edilərək cavabdeh A. Fətəliyevdən iddiaçının xeyrinə əsas məbləğ üzrə 18306 (on səkkiz min üç yüz altı) ABŞ dolları va müqavilə bitdiyi vaxtdan, yəni 13 may 2018-ci ildən bu günə qədərki 4 il ərzində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq ilə 5% olmaqla (ilə 915,3 ABŞ dolları) 3661,2 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik” kimi olduğunu, cavabdehin qətnamənin bütövlükdə rədd edilməsini tələb etmədiyini, 18306 (on səkkiz min üç yüz altı) ABŞ dolları əsas, 3661,2 ABŞ dolları faiz məbləğində pul tutulmasını xahiş etdiyini, bununla da onun həqiqətən də "xxxx" BOKT ASC-yə borcunun olduğunu etiraf etdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsildiyini, həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddətinin yenidən başlandığını, fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyini, odur ki, cavabdehin borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə "xxxx" BOKT ASC-yə müraciət etdiyi və apellyasiya şikayəti verdiyi gündən müddətin axımının yenidən başlandığını, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında iddia müddəti institutunun mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq va qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıdığını, belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin va üçüncü şəxslərin qanunla qorunan hüquq va maraqlarının pozulmasına gətirib çıxara biləcəyini, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqinin mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruduğunu və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyinin qeyd olunduğunu məhkəmənin diqqətinə çatdırmaq istədiyini, iddia müddətinin tətbiq olunmasında qanunun məqsədinin hər bir mülki hüquq subyektinin öz maraqlarını vaxtında və operativ şəkildə müdafiə etməyə təşviq etmək olduğunu, bu prizmadan yanaşaraq, iddiaçının iddia müddətini heç bir halda ötürmədiyini və borcun geri qaytarılmasında maraqlı olduğunu, belə ki, borc tələbinə dair iddia ərizəsi ilə ilk dəfə 16 mart 2020-ci il tarixində məhkəməyə müraciət edildiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2022 saylı 10 mart 2022-ci il tarixli qətnamə ilə mülki işin başa çatdığını, 20 aprel 2022-ci il tarixində Babək rayon İcra va Probasiya şöbəsinin icra məmurunun "icraata başlamaq haqqında” qərar qəbul etdiyini, daha sonra Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdiyini, lakin şikayət verilməsi üçün müəyyən olunan prosessual müddət ötürüldüyündən, apellyasiya şikayətinin geri qaytarıldığını, daha sonra Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edildiyini, 27 iyul 2022-ci il tarixində apellyasiya şikayətinin icraata qəbul edildiyini, Naxçıvan MR Ali Məhkəməsinin 2-2(108)-7/2022 saylı 30 avqust 2022-ci il tarixli qarardadı ilə mülki işin baxılmamış saxlanıldığını, 30 sentyabr 2022-ci il tarixdə iddiaçının "mediasiya prosedurunun tətbiqi barədə təklifi” ilə cavabdehlərə müraciət etdiyini, 24 noyabr 2022-ci il tarixindən etibarən isə "Finoko” BOKT ASC-nin Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin 3 dəfə geri qaytarıldığını, 4-cü dəfə, yəni 28 dekabr 2022-ci il tarixində mülki işin məhkəmənin icraatına qəbul edildiyini, iddiaçının öz hüquqlarının müdafiəsi üçün operativ şəkildə çalışdığını, 16 mart 2020-ci il tarixindən bəri mülki işin davam etdiyini və 2 il sonra 10 mart 2022-ci il tarixində qətnamə qəbul edildiyini, daha sonra iddiaçının gözləntisinin qətnamənin icra edilməsi olduğunu, apellyasiya şikayətində də cavabdehin borcun bir hissəsini etiraf etdiyini və qətnamənin qismən təmin edilməsini xahiş etdiyini, bu səbəbdən də iddiaçının gözləntisinin ən pis halda apellyasiya instansiyasında qətnamənin dəyişdirilməsi olduğunu, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv ediləcəyini və mülki işin baxılmamış saxlanılacağını təxmin edə bilməyəcəyini, ümumiyyətlə, "Finoko” BOKT ASC-nin məhkəməyə yenidən "borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” ərizə ilə müraciət etməsi üçün əsasın 30 avqust 2022-ci il tarixində yarandığını, 19 iyul 2022-ci il tarixinə qədər "Finoko” BOKT ASC-nin belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün nə ehtiyac, nə də prosessual əsasın olmadığını, əgər müraciət edilsəydi belə, Mülki-Prosessual Məcəllənin 153.2.3 və 152.2.4-cü maddələri ilə iddia ərizəsinin geri qaytarılacağını, odur ki, "Finoko” BOKT ASC-nin iddia müddətini heç bir halda ötürmədiyini, cavabdehin iddia müddətinin tətbiq olunmasına dair müraciətinin əsassız oluğunu və "iddia müddəti” institutunun məqsədlərinə tamamilə zidd olduğunu, qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 "iddia müddətinin tətbiqinə dair” ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdiyini qeyd etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsinə cavab olaraq isə 25 yanvar 2023-cü il tarixdə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada ərizə təqdim edilərək, həmin ərizədə, iddia tərəfinin “Cavabdeh1 iddia müddətinin tətbiqinə dair” etirazında göstərilənlərlə əlaqədar 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımının kəsildiyini, onun tərəfindən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2- 2(123)-1/2022 saylı Qətnaməsindən və o cümlədən də, Cavabdeh1 tərəfindən 09 sentyabr 2021-ci il tarixdə iddiaçıya ünvanlanmış ərizələr iddiaçı tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlər kimi qiymətləndirildiyini, Cavabdeh1 tərəfindən ona verilən etibarnamədə iddianı etiraf etmək səlahiyyətinin nəzərdə tutulmadığını, halbuki, bu səlahiyyətin Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin tələbinə əsasən etibarnamədə xüsusi göstərilməli olduğunu, digər tərəfdən apellyasiya şikayətində hal-hazırda iddia edilən məbləğin bir qisminin mübahisələndirildiyini, 18306 ABŞ dolları hissəsinin isə mübahisləndirilmədiyini, ümumiyyətlə apellyasiya şikayətinin borcun etiraf edilməsini göstərən hərəkət olmadığını, əksinə etiraf edilməməsini göstərən hərəkət olduğunu, Cavabdeh1 tərəfindən yazılmış ərizəyə gəldikdə isə bu ərizədə borcun iddiaçının iddia etdiyi məbləğdə deyil, 15000 ABŞ dolları etiraf edildiyini, həmin ərizənin iddiaçı təşkilatın rəhbərliyi tərəfindən tərtib edildiyini, onların razılığı ilə Cavabdeh1 tərəfindən imzalandığını, göründüyü kimi iddia tərəfinin təqdim etdiyi sənədlərdə borcun yalnız 15000 ABŞ dolları hissəsinə dair etiraf edici hərəkətlərin edildiyi, bu sənədin borcun tam şəkildə etiraf edilməsi kimi qiymətləndirilməsinin mümkün olmadığını, şərh edilənlərin nəzərə alınmağının xahiş edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Finoko BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat vermişdir. Cavabdeh1 27 aprel 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında 44000 dollar pul götürdüyünü, qəbzlərinin də əlində olduğunu, 47500 dollar da pul ödədiyini, iddiaçı tərəfin dəbbə pulu və sairə hamısını yazdığını, Turan İsmayılovun onu İddiaçı ya dəvət etdiyini, müəyyən səbəblərlə əlaqədar isə özünün gələ bilmədiyini, onun 15000 dollarla razılaşıb pulu gətirib Vüsala verməsini bildirdiyini qeyd edərək, 43000 manat axırıncı dəfə pul ödədiyini, qəbzlərinin də əlində olduğunu, onların, yəni qarşı tərəfin köməkçisi olan Ağanın, Turan müəllimin 43000 manatla razılaşdığını dediyini, o da gətirib 43000 manatı verdiyini, sonra 6000 dollar da bir hörmət aldıqlarını, həmin məbləği işçiləri Rəşadın aldığını, 50000 dollar üstünə yazıldığını amma ona 44000 dollar pul verildiyini, 6000–in hörmət olduğunu dediklərini, Turan müəllimin 6000-i onun almadığını, Rəşadın aldığını bildirdiyini, sonra Rəşadın onun yanında Turana yığdığını, Turanın “mən Abazərlə danışmışam, ona lazım olan hörmətlərimi edəcəyəm” dediyini qeyd edərək, məhkəmədən vəkilinin göndərdiyi vəsatət əsasında müddətin keçməsi ilə bağlı iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********924200 №-li Çıxarışların notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, hüquqi ünvanı AZ1065, ünvan 3n İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyəti xx.xx.2014-cü il tarixdə qeydiyyata alınaraq ********** №-li VÖEN verilmiş, eyni zamanda qanuni təmsilçinin X5 olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinə kreditlərin verilməsi üçün verilmiş 22 sentyabr, 2014-cü il tarixli, 06-03088- 2014 saylı Lisenziyadan görünür ki, bu lisenziya İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verir. ”Finoko” BOKT ASC 18 sentyabr 2014-cü il tarixində BKT-28 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında Şəhadətnamədən (VÖEN **********) görünür ki, İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyəti xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. ********** qeydiyyat nömrəli, 11 mart 2014-cü il tarixli İddiaçı Bank olmayan Kredit X12 Cəmiyyətinin Nizamnaməsinin: 1.1-ci bəndindən görünür ki, İddiaçı Bank olmayan Kredit X12 Cəmiyyəti (bundan sonra BOKT adlandırılacaq) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kommersiya hüquqi şəxsdir. 2.2-ci bəndindən görünür ki, Kreditlərin verilməsi üçün lisenziya almış BOKT həmin nizamnamənin 2.2.2-ci bəndinə uyğun olaraq kreditlərin verilməsi üçün də fəaliyyət göstərə bilər. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, həmin məktubda İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2016-cı il tariхli, 2016/00310-01 saylı Kredit Müqaviləsinə əsasən 24 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50 000 manat məbləğində krеdit verildiyi, krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilin ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim edildiyi və bu barədə 13 may 2016-cı il tariхli, 2016/00310-01İP №-li İpoteka Müqaviləsi bağlanıldığı, dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, uzun müddət müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini, belə ki, 29 sentyabr 2022-ci il tarixinə cəmi 56 225,19 məbləğində borcun yarandığı, odur ki, xx.xx.2022-ci il tarixinə qədər aralarında bağlanmış 13 may 2016-cı il tariхli, 2016/00310-01 Krеdit Müqaviləsinin ləğv edilməsi və həmin tarixədək borcun tam şəkildə ödənilməsinin təklif olunduğu, əks təqdirdə, barələrində “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi qeyd olunaraq xəbərdarlıq edilmişdir. Müvafiq Onlayn kargüzarlıq sistemindən çıxarışlardan görünür ki, Cavabdeh1 adına göndərilmiş ******* saylı pretenziya məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət ediləcəyi barədə Cavabdeh1 nəzərinə çatdırılmış və iddia ərizəsi tanış olması üçün ona təqdim edilmişdir. Müvafiq Onlayn kargüzarlıq sistemindən çıxarışlardan görünür ki, Cavabdeh1 adına göndərilmiş ******* saylı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. X4 iştirak edilməməsi barədə 01 noyabr 2022-ci il tarixli, 1/1-1062 №-li arayışdan görünür ki, 01 noyabr 2022-ci il tarixdə, X2 keçirilən İMS-də iddiaçının nümayəndəsi X9 iştirak edərək, 400 manat məbləğində mediasiya xərci ödəmiş, o cümlədən, İMS-nin keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişdirlər. 13 may 2016-cı il tarixli, 2016/00310-01 №-li kredit müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyəti (bundan sonra “borc verən” adlandırılacaq) Nizamnamə əsasında fəaliyyət göstərən direktor müavini X6 şəxsində və digər tərəfdən öz adından çıxış edən Azərbaycan Respublikasının vətəndaşı fiziki şəxs sahibkar (VÖEN **********-qeydiyyata alındığı tarix xx.xx.2011) Cavabdeh1 tərəfindən (bundan sonra “borc alan” adlandırılacaq) müqavilədə göstərilmiş məzmunda və nəzərdə tutulmuş şərtlərlə bağlanılmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, borc verən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borc alana 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verir. 1.3-cü bəndindən görünür ki, kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. 1.4-cü bəndindən görünür ki, kredit dövriyyə vəsaitlərinin artırılması üçün verilir. 1.5-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 28%-ni (iyirmi səkkiz faiz) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 29,08 % (iyirmi doqquz tam yüzdə səkkiz) təşkil edir. 1.6-cı bəndindən görünür ki, faizlər kredit məbləğinin borc alanın hesabına daxil edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. 1.7-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması, hər ay 30 gün hesabı ilə götürülür və hər ayın 13-dən gec olmayaraq ödənilir. 1.8-ci bəndindən görünür ki, əsas borc və ona hesablanacaq faizlər borc alan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli (əsas borcun və hesablanmış faizlərin ödəniş cədvəli) əsasında ödənilir. 1.9-cu bəndindən görünür ki, borc alan borc verənə müqavilə məbləğinin 1% (bir faiz) həcmində bir dəfəlik komisyon haqqı ödəyir. Komisyon haqq kredit verilərkən ödənilir. 2.2.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə bütün ödənişləri həyata keçirməyi (fazilərin ödənilməsi, kreditin əsas məblğinin qaytarılması, dəbbə pulunun ödənilməsi) borcalan öz öhdəsinə götürür. (Borcalanın öhdəliyi müvafiq pul vəsaitinin Borc verənin kassasına və ya hesabına daxil edilməsindən sonra yerinə yetirilmiş hesab edilir. 3.1-ci bəndindən görünür ki, borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% (sıfır tam onda bir) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir.Dəbbə pulu(cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlayır. 3.3-cü bəndindən görünür ki, borc alan bildirir ki, kreditin xarici valyutada verilməsi ilə bağlı yarana biləcək risklər barədə borc verən tərəfindən məlumatlandırılmışdır. Gələcəkdə xarici valyutanın manat qarşısında məzənnəsinin dəyişməsi ilə bağlı borc verənə qarşı hər hansı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmayacaqdır. 4.1-ci bəndindən görünür ki, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzil (çıxarış: Seriya RX№ 0382131, Dövlət Reyestrində 394 nömrəli reyestr kitabının 36647 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********26-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) ipotekaya qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Qiymətləndirici tərəfindən cəmi 100.000 (yüz min) manat məbləğində qiymətləndirilmişdir. 5.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. 5.3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq qaydada həll edilir. 13 may 2016-cı il tarixli köçürmə üçün ərizədən görünür ki, 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən 50 000 ABŞ dolları məbləğində kredit vəsaiti İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 AZ50PAAA41020USD**********00 saylı hesabına köçürülmüşdür. 13 may 2016-cı il tarixli, 2016/00310-01İP nömrəli ipoteka müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətinin: 1.1-ci bəndindən görünür ki, İddiaçı BOKT ASC ilə fiziki şəxs sahibkar (VÖEN **********qeydiyyata alındığı tarix xx.xx.2011) Cavabdeh1 arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 Nömrəli İstehlak kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə verilən 50,000 (əlli min) ABŞ dolları məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərin təminatı olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi , Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzil (Çıxarış: Seriya RXN 0382131, Dövlət reyestrində 394 nömrəli reyestr kitabının 36647 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********26-05101- 093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014) ipoteka ilə yüklü edilmişdir. 3-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 100.000 (yüz min) manat məbləğində qiymətləndirilmişdir. 6.1.1-ci bəndindən görünür ki, ipotek qoyan bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş müqavilə (müqavilələr) üzrə və bu müqavilə ilə yaranmış öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina edildikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. 9.9-cu bəndindən görünür ki, ipoteka predmetinə tutma yönəldildikdə ipoteka qoyan, ipoteka predmeti yaşayış evi və ya mənzil olduqda isə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları sahəni (yaşayış sahəsini) ən geci hərraca çıxarılanadək tərk etmələrini və ipoteka predmetini öz vəsaiti hesabına boşaldmalarını öhdəliyinə götürürlər. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-yə ünvanlanmış 27 dekabr 2016-cı il tarixli, **********25 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, 19 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan **********26-05101- 093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində yerləşən ev 3b, 19 saylı mənzil İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 24 ay müddətinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində 394 nömrəli reyestr kitabının 36647 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2081-102022 saylı, xx.xx.2022-ci il tarixli Borc haqqında arayışdan görünür ki, həqiqətən, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 2016/00310-01 saylı istehlak kredit müqaviləsi üzrə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə verilən 50 000 ABŞ dollar məbləğindən 26 oktyabr 2022-ci il tarixinə kreditə görə 41 125,91 ABŞ dolları, müqavilə müddəti bitənə kimi hesablanmış 15 244,65 ABŞ dolları faiz borcu, 108 650,00 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra X16 uçot dərəcəsi əsasında hesablanmış 14 404,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2022-ci il tarixinə olan Hesabdan Çıxarışdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsiylə 50 000 (əlli min) ABŞ dolları məbləğində verilmiş kredit üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas məbləğ üzrə 8 874,09, faiz üzrə 38 686,03 olmaqla, cəmi 47 560,12 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. xx.xx.2022-ci il tarixli, 3398 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən 400,00 (dörd yüz manat sıfır qəpik) manat məbləğində mediasiya xərci ödənilmişdir. 07 avqust 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı BOKT ASC-nin AZ83MUGA**********20781USD12 nömrəli hesabına 2000 (iki min) ABŞ dolları məbləğində vəsait ödənilmişdir. 08 sentyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı BOKT ASC-nin AZ83MUGA**********20781USD12 nömrəli hesabına 1000 (bir min) ABŞ dolları məbləğində vəsait ödənilmişdir. 19 iyul 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən ”ödənilməkdə olan məbləğlər” adlı müştərinin AZ57MUGA**********00003AZM14 saylı hesabına 43 000,00 (qırx üç min manat sıfır qəpik) manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı BOKT ASC-nin Müşahidə Şurasına ünvanlanmış 6088- 092021 saylı, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 ərizədə onunla Finoko BOKT ASC arasında 13 may 2016-cı il tarixli 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50 000 ABŞ dolları məbləğində kreditin verildiyini, daha sonra onun biznes fəaliyyətinin iflasa uğradığını, bununla əlaqədar olaraq maddi vəziyyətinin müqavilə üzrə öhdəliyini yerinə yetirməyə imkan vermədiyini, vaxtı-vaxtında ödəniş edə bilmədiyi üçün İddiaçı BOKT ASC-nin Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə dair” iddia ərizəsi ilə müraciət etdiyini, öz borcunu ödəməkdən heç bir halda boyun qaçırmadığını, sadəcə olaraq hazırkı maddi durumunun borcu hissə-hissə ödəməyinə imkan verdiyini, bu səbəbdən də borcunu hissə-hissə ödəməyi üçün qarşı tərəfin razılığa gəlməyini istədiyini qeyd edib, göstərilənləri nəzərə alaraq İddiaçı BOKT ASC-yə olan borcunun 15 000 ABŞ dolları olaraq qəbul edərək, hər ay 1000 ABŞ dolları məbləğində ödəniş etməyinə razılıq verilməsini xahiş etmişdir. 2016/00310-01 saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 50 000 ABŞ dollar əsas məbləğ və 15 866 ABŞ dollar faiz məbləği olmaqla ümumilikdə 65 866 ABŞ dolları məbləğinin aylar üzrə müvafiq ödənişlərin edilməsi İddiaçı BOKT ASC-nin direktron müavini R.Ə.Əliyev ilə Cavabdeh1 arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Belə ki, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, tərəflər arasında 13 may 2016-cı il tarixdə 2016/00310-01 nömrəli kredit müqaviləsi bağlanılaraq, həmin müqavilə tərəflər üçün məcburi xarakter almış, müqavilənin şərtlərinə görə borc verən İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 ABŞ dolları məbləğində, illik 28% ödəmək şərti ilə, 24 ay müddətinə kredit verilməsi nəzərdə tutulmuş, 13 may 2016-cı il tarixli “köçürmə üçün ərizə” yə müvafiq olaraq 2016/00310-01 saylı kredit müqaviləsinin əsasında 50 000 ABŞ dolları məbləğində kredit vəsaiti İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 AZ50PAAA41020USD**********00 saylı hesabına köçürülmüş, borcalan Cavabdeh1 kredit borcundan, müqaviləyə əlavə edilmiş cədvələ əsasən, hər ay 2744 ABŞ dolları məbləğində pulun borc verənə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə borc alan tərəfindən borc verənə 15.866 ABŞ dolları faiz borcu olmaqla, cəmi 65.866 ABŞ dolları məbləğində pulun ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13 may 2016cı il tarixli ipoteka müqaviləsində göstərilmiş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, 19 saylı mənzil ipoteka saxlayan İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiyməti 100.000 manat müəyyən edilmişdir. Bununla da, tərəflər ipoteka müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişlər. 07 avqust 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı BOKT ASC-nin AZ83MUGA**********20781USD12 nömrəli hesabına 2000 (iki min) ABŞ dolları, 08 sentyabr 2017-ci il tarixdə İddiaçı BOKT ASC-nin AZ83MUGA**********20781USD12 nömrəli hesabına 1000 (bir min) ABŞ dolları və 19 iyul 2019-cu il tarixdə AZ57MUGA**********00003AZM14 saylı hesaba 43 000,00 (qırx üç min manat sıfır qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Ödənişlərin həyata keçirildiyi qeyd edilən tarixlərdən sonra borclu tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət edildiyindən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə qədər aralarında bağlanmış 13 may 2016-cı il tariхli, 2016/00310-01 Krеdit Müqaviləsinin ləğv edilməsi və həmin tarixədək yaranmış borcun tam şəkildə ödənilməsinin təklif olunması, əks təqdirdə, barələrində “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilsə də o, öhdəlikləri Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində və kreditorun etdiyi xəbərdarlıqdan sonra da könüllü icra etməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixinə olan Hesabdan Çıxarışa əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsiylə 50 000 (əlli min) ABŞ dolları məbləğində verilmiş kredit üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas məbləğ üzrə borclu 8 874,09 ABŞ dolları, faiz üzrə 38 686,03 ABŞ dolları olmaqla cəmi 47 560,12 ABŞ dolları məbləğində ödəniş etmiş, 2081-102022 saylı, xx.xx.2022-ci il tarixli Borc haqqında arayışa əsasən, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 2016/00310-01 saylı kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixinə kreditə görə 41 125,91 ABŞ dolları, müqavilə müddəti bitənə kimi hesablanmış 15 244,65 ABŞ dolları faiz borcu, 108 650,00 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra X16 uçot dərəcəsi əsasında hesablanmış 14 404,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları borcu yaranmışdır. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi yaranmış və bu öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb isə cavabdehlərin mübahisə edilməyən vəzifələrinə və yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 271.2-ci maddəsinə görə girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 34.1 və 34.1.3-cü maddələrinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3 və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4.1.3-cü madələrinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. İddia ərizəsinə qarşı 25 yanvar 2023-cü il tarixdə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış “iddia müddətinin tətbiqinə dair” ərizədə müqavilə üzrə ödəniş vaxtının 13 may 2018-ci il tarixdə bitdiyi, sonuncu ödənişin Cavabdeh1 tərəfindən 19 iyul 2019-cu il tarixdə həyata keçirildiyi, iddia müddətinin bitmə tarixinin isə 19 iyul 2022-ci il tarixinə təsadüf etdiyi qeyd edilsə də, məhkəmə bununla bağlı bildirir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur. Birincisi, müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi, ikincisi isə borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına, borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. (C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Komstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı). Hazırkı iş üzrə Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT ASC-nin Müşahidə şurasına ünvanlanmış 6088-092021 saylı, xx.xx.2021-ci il tarixli ərizədən Cavabdeh1 borcunu ödəməkdən heç bir halda boyun qaçırmadığı, sadəcə olaraq hazırkı maddi durumunun borcu hissə-hissə ödəməyinə imkan verdiyi, bu səbəbdən də borcunu hissə-hissə ödəməyi üçün qarşı tərəfin razılığa gəlməyini istədiyi, İddiaçı BOKT ASC-yə olan borcunun 15 000 ABŞ dolları olaraq qəbul edərək, hər ay 1000 ABŞ dolları məbləğində ödəniş etməyinə razılıq verilməsinin xahiş edildiyi görünməkdədir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Yuxarıda qeyd edilən hal məhkəmə tərəfindən borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkət olaraq qiymətləndirilərək iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən kəsildiyi, o cümlədən, həmin tarixdən etibarən iddia müddətinin yenidən başlayaraq 3 ilə qədər, daha dəqiq deyilərsə xx.xx.2024-cü il tarixədək uzadıldığı və fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan hallarla birlikdə, məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun, ona hesablanmış faizlərin, X16 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra X16 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə ədalətli məhkəmə araşdırması nəticəsində qanuni və obyektiv qərar qəbul edilməsi üçün məhkəmə-mühasibat ekspetizası keçirərək, ekspert qarşısında sualları iş materiallarına uyğun tərtib etmiş və müvafiq rəy almışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə xx.xx.2023 saylı qərardadına müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli 330 nömrəli Rəyin nəticə hissəsində qeyd olunur ki, Cavabdeh1 tərəfindən İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən 19 iyul 2019-cu il tarixinə (son ödəniş edilən tarixinə) kredit üzrə ödənilmiş 25294,12 ABŞ dolları məbləğinin 9045,46 ABŞ dolları faiz borcuna silinmiş bütövlükdə cavabdehin faiz borcu qalmamış, qalan məbləğin 4751,09 ABŞ dolları əldən çıxmış faydaya silinmiş, qalıq 11497,57 ABŞ dolları isə əsas borca silinmişdir. Ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh1 İddiaçı BOKT ASC-yə xx.xx.2022-ci il tarixinə (maliyə arayışının verildiyi tarixə) əsas borc üzrə 32051,55 (otuz iki min əlli bir dollar əlli beş sent) ABŞ dolları, əldən çıxmış fayda üzrə 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları borcu vardır. 19 iyul 2019-cu il tarixdə faiz borcu üzrə ödənilən 9045,57 ABŞ dolları məbləği bütün faiz borcunu əhatə etmiş və cavabdehin iddiaçıya faiz borcu qalmamışdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən tədim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli, 330 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ona görə də, məhkəmə qeyd olunan rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi qalıq və X16 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcuna dair hissədə qismən təmin edilərək, qalıq borc üzrə 32051,55 (otuz iki min əlli bir dollar əlli beş sent) ABŞ dolları, X16 uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu üzrə 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları müəyyən edilməli, müqavilə müddəti bitənə qədər hesablanmış faiz borcuna dair hissədə isə təmin edilməməlidir. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, İddiaçı BOKT ASC dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ təmin olunmuş iddia tələbinə münasibətdə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Kredit müqaviləsi üzrə kreditorun müqavilə müddətində çəkdiyi mümkün zərər müqavilədə əsas borca görə nəzərdə tutulan faiz məbləğinin vaxtında ödənilməməsidir. Belə ki, kredit müqaviləsinə görə borcluya verilmiş kredit məbləğinin ödənilməsi gecikdirilsə də bu məbləğə görə müqavilə müddətində faizlərin hesablanması əsas borca münasibətdə aparıldığından, yəni kreditorun mənafeyinə uyğun olaraq əsas borc dövriyyədə olmaqla faizlərə münasibətdə ona gəlir gətirdiyindən müqavilə müddətində kreditor əsas borca görə zərər çəkmir. Əsas borca görə faizlərin vaxtında ödənilməməsi kreditoru vaxtında əldə etməli olduğu pul məbləğini yenidən dövriyyəyə buraxmaqla gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorun icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 108650 (bir yüz səkkiz min altı yüz əlli) ABŞ dolları məbləğində tələb edilməsi, eyni zamanda ekspert rəyində isə cərimənin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında hesablanmadığı üçün Cavabdeh1 cərimənin hesablanmadığının müəyyən edilməsi öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyrimütənasibdir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh2 qarşı iddia tələbinə də aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1 və 271.2-ci maddələri). İpoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Göründüyü kimi, ipoteka hüququ ikili xarakter daşımaqla bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Tərəflər arasında bağlanmış 2016/00310-01İP nömrəli İpoteka müqaviləsinin 2.2-ci bəndində mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan mənzilin ipotekanın predmetini təşkil etdiyinə görə iddiaçının iddia tələbini həmçinin Cavabdeh2 qarşı yönəltməsi qanuni və əsaslıdır. İddia tələbinin tutmanın Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 100.000 (bir yüz min) AZN müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair hissələrində məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ipoteka müqaviləsi bağlamışlar. Bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin cavabdehlərin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsi üzrə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin hissəsi tərəflər arasında bağlanmış Kredit və İpoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin likvid qiymət müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına qalıq borcun iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra cavabdehin 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair hissələrinə münasibətdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 07 iyun 2023-cü il tarixli, MB 16/0715 nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzilin 07 iyun 2023-cü il tarixinə bazar dəyəri 160.000 (bir yüz altmış min) manat, likvid dəyəri isə 152.000 (bir yüz əlli iki min) manat müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 iyun 2023-cü il tarixli, MB 16/0715 nömrəli qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzilin ilkin satış qiyməti likvid qiyməti ilə 152.000 (bir yüz əlli iki min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnəsi qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iddia qismən, yəni 24,21% təmin edilməli, Cavabdeh1 32051,55 (otuz iki min əlli bir dollar, əlli beş sent) ABŞ dolları əsas borc, 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcu, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 43.443,3 (qırx üç min dörd yüz qırx üç dollar 30 sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Əvvəla məhkəmə qeyd edir ki, 1/İ-1062 saylı arayışa əsasən 01 noyabr 2022-ci il tarixdə X2 keçirilən X3 iştirak edən tərəf İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə olduğundan 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin də iddiaçı tərəfin ödədiyi müəyyən edilmiş, eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İMS-də iştirak etmədiyi qeyd olunmuşdur. O cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 595,02 (beş yüz doxsan beş manat 02 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 195,02 (bir yüz doxsan beş manat 02 qəpik) manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticədə isə mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya ödənilməlidir. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 (beş yüz doxsan beş manat 02 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 (bir yüz qırx dörd manat 05 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 (bir yüz doxsan beş manat 02 qəpik) manatın 47,21 (qırx yeddi manat 21 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 (üç yüz) manatın 72,63 (yetmiş iki manat 63 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 227,37 (iki yüz iyirmi yeddi manat 37 qəpik) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilinin ilkin satış qiyməti 152.000 (bir yüz əlli iki min) manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə məsrəfləri tələblərin məbləğinə mütənasib olaraq tərəflərin hər ikisinə aid edilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh1 32051,55 (otuz iki min əlli bir dollar, əlli beş sent) ABŞ dolları qalıq borc, 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcu, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 43.443,30 (qırx üç min dörd yüz qırx üç dollar 30 sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Yuxarıda göstərilən ödəmə mümkün olmadıqda, tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilin ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 152000 (bir yüz əlli iki min) manat məbləğində müəyyən edilmiş həmin əmlak, açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 özünə qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 (beş yüz doxsan beş manat 02 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 (bir yüz qırx dörd manat 05 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 (bir yüz doxsan beş manat 02 qəpik) manatın 47,21 (qırx yeddi manat 21 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 (üç yüz) manatın 72,63 (yetmiş iki manat 63 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 227,37 (iki yüz iyirmi yeddi manat 37 qəpik) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ**********6792716216, M/h – AZ03NABZ********************, Kod – 805562, VÖEN:**********, S.W.İ.F.T BİK:– İBAZAZ2X) ödənilsin.(***-***-**-**—***-***-**-**) İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-9/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-9/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver