Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-9/2024 08.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə 24 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı kredit müqaviləsi üzrə 18 may 2023-cü il tarixə 29 982.97 (iyirmi doqquz min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat əsas borc, 5 645.78 (beş min altı yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X1 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 66 000 (altmış altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********01-10301 reyestr nömrəli ünvan 1 mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin mənzildən çıxarılması, mənzilə istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən qeydiyyatından çıxarılmaları və mənzilin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 aralarında bağlanmış 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 44 000 (qırx dörd min) manat məbləğində biznes kreditinin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********01-10301 reyestr nömrəli ünvan 1 mənzili 28 sentyabr 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Naxçıvan şəhər 2 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-ci il tarixə 617 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan - Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, 07 fevral 2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, 04 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan və borcalana- Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, lakin cavabdeh həmin ünvanda yaşamadığından, bildirişin ona çatdırılmasının mümkün olmadığını, Cavabdeh1 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı kredit müqaviləsi üzrə 18 may 2023-cü il tarixə 29 982.97 (iyirmi doqquz min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat əsas borc, 5645.78 (beş min altı yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə, e-2-2(123)-104/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin mənzildən çıxarılması, mənzilə istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən qeydiyyatından çıxarılmaları və mənzilin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-105/2023 saylı işə “Cavabdeh1 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı kredit müqaviləsi üzrə 18 may 2023-ci il tarixə 29 982.97 (iyirmi doqquz min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat əsas borc, 5 645.78 (beş min altı yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X1 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 66 000 (altmış altı min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********45-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Məhkəmənin 08 avqust 2023-cü il tarixli e-2-2(123)-104/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 11 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 834 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(123)- 104 /2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 18 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 21 noyabr 2023-cü il tarixli, 27 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 19 dekabr 2023-cü il tarixli, e-2-2(123)-104/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 08 fevral 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirak etməmişlər. 08 fevral 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edildiyi, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə yanaşı, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 18 may 2023-cü il tarixli, 667 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 44 000 (qırx dörd min manat) manat kredit məbləği üzrə “18 may” 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 29 982.97 (iyirmi doqquz min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat, faiz borcu 5 645.78 (beş min altı yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat olmaqla cəmi öhdəliyi 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat təşkil edir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, 3818 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 12/20 nömrəli reyestr kitabının 3923 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan ümumi sahəsi 65.41 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 12/20 nömrəli reyestr kitabının 3923 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29 sentyabr 2020-ci il tarixli, 0063 nömrəli, 01 oktyabr 2020-ci il tarixli 0064 nömrəli, 02 noyabr 2020-ci il tarixli 0065 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASCnin Naxçıvan filialı tərəfindən heyvandarlıq üçün ümumilikdə 41 682 manat (qırx bir min altı yüz səksən iki manat) manat kredit məbləği Cavabdeh1 AZ84NAXB**********4988002AZN nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1145 (min yüz qırx beş) manat, xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manat məbləğində ödəniş edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının müdiri v.m.i.e X4 şəxsində və digər tərəfdən Naxçıvan MR, Kəngərli rayon Qarabağlar kəndində yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə 44 000 (qırx dörd min manat) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus, dəyəri 66 000 (altmış altı min) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 28 sentyabr 2020ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 6.1.7-ci bəndindən görünür ki, Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək bankın hüququdur. 6.1.9-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüququdur. 28 sentyabr 2020-ci il tarixli, KT 2809/10 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən borcalan Cavabdeh1 şəxsində, digər tərəfdən ipoteka saxlayan X5 (Naxçıvanabank ASC-nin Şərur rayon filialı müdiri) şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 28 sentyabr 2020-ci il tarixli, KT 2809/10 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 66 000 (altmış altı min manat) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 28 sentyabr 2020-ci il tarixdə KT 2809/10 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən heyvandarlıq məqsədilə illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 44 000 (qırx dörd min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan 29 sentyabr 2020-ci il tarixli, 0063 nömrəli, 01 oktyabr 2020-ci il tarixli, 02 noyabr 2020-ci il tarixli 0065 nömrəli Xəzinə məxaric orderləri ilə öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 olduğundan ipoteka müqaviləsi onun tərəfindən imzalanmışdır. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə Bank tərəfindən adına kredit reyestrində 18 may 2023-ci il tarixə 617 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 28 sentyabr 2020-ci il tarixli KT2809/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “16” may 2023-cü il tarixə əsas borc üzrə 29 982.97 (iyirmi doqquz min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 5 645.78 (beş min altı yüz qırx beş manat yetmiş səkkiz qəpik) manat olmaqla cəmi 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 18 may 2023-cü il tarixli, 667 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 834 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli, KT2809/10 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 18 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 18 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 29 834.06 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat altı qəpik) manat, faiz borcu 3 977.87 (üç min doqquz yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manatdır. 18 may 2023-ü il tarixdən sonrakı tarixə ödənilmiş 2645 manat məbləğin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh1 Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə 18 iyul 2023-cü il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 29834,06 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat altı qəpik) manat, faiz borcu üzrə 2078,73 (iki min yetmiş səkkiz manat yetmiş üç qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduqda, məhkəmə 09 oktyabr 2023-cü il tarixli, 834 nömrəli ekspert rəyi ilə razılaşaraq yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə hesablanmış 29 834.06 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat altı qəpik) manat, faiz borcunun isə 3 977.87 (üç min doqquz yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat olduğu qənaətinə gəlir. Digər hissələr barədə ekspert qarşısında sual qoyulmadığından Məhkəmə həmin hissələri nəzərə almamaqdadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 28 sentyabr 2020-ci il tarixdə KT2809/10 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 66 000 (altmış altı min manat) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 21 noyabr 2023-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 21 noyabr 2023-cü il tarixinə bazar dəyəri 76 314 (yetmiş altı min üç yüz on dörd) manat, likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 72 500 (yetmiş iki min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 21 noyabr 2023cü il tarixli qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 72 500 (yetmiş iki min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1145 (min yüz qırx beş) manat, xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manat məbləğində ödənişlərin iddia ərizəsində tələb edilən tarixdən yəni xx.xx.2023-cü il tarixdən sonar ödənildiyindən, qeyd olunan ödənişlərin Qətnamə icra edilən zaman, icra məmuru tərəfindən nəzərə alınması qənaətindədir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsi qənaətindədir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, N-329 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Kredit müqaviləsi üzrə borcun qaytarılması və ya ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi tələbi barədə” 04 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında Cavabdeh1 iştirak etməmiş, "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə isə iştirak edərək 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 35 628.75 (otuz beş min altı yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 76 manat 89 qəpik = 196,89 (bir yüz doxsan altı manat səksən doqquz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və X3 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 94,90% hissəsinə mütənasib olaraq 186,85 (bir yüz səksən altı manat səksən beş qəpik) manat cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan mediasiya xərcinin əhatə etdiyi 10,04 (on manat dörd qəpik) manat iddianın təmin edilməmiş hissəsinə aiddir. Lakin iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Nəticədə, iddia qismən təmin edilməli, 28 sentyabr, KT2809/10 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 29 834.06 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat altı qəpik) manat, faiz borcu üzrə 3 977.87 (üç min doqquz yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat olmaqla ümumilikdə 33 811.93 (otuz üç min səkkiz yüz on bir manat doxsan üç qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, məhkəmənin qiymətləndirmə ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120.00 (yüz iyirmi manat sıfır qəpik) manat məbləğində xidmət haqqının 113.88 (yüz on üç manat səksən səkkiz qəpik) manat məbləği Cavabdeh1, qalan 6.12 (altı manat on iki qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-548-01-11) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat məbləğin Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satış qiyməti 72 500 (yetmiş iki min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ cavabdehə qaytarılmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 29 834.06 (iyirmi doqquz min səkkiz yüz otuz dörd manat altı qəpik) manat, faiz borcu üzrə 3 977.87 (üç min doqquz yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat olmaqla ümumilikdə 33 811.93 (otuz üç min səkkiz yüz on bir manat doxsan üç qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə 1145 (min yüz qırx beş) manat və xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manatın, cəm olaraq 2645 (iki min altı yüz qırx beş) manat məbləğində edilmiş ödəniş qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən, ödənilmiş məbləğ olaraq nəzərə alınsın. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 196,89 (bir yüz doxsan altı manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 94,90 %-ə mütənasib olaraq 186,85 (bir yüz səksən altı manat səksən beş qəpik) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. X1 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat məbləği Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat məbləği Cavabdeh1, qalan 6.12 (altı manat on iki qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-548-01-11) ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus ünvan 1 fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 fərdi yaşayış evinin likvid bazar dəyəri qiymətləndirmə hesabatı ilə 72 500 (yetmiş iki min beş yüz) manat məbləğində müəyyən edilmiş həmin əmlak, açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ cavabdehə qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-9/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-9/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver