Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-93/2023 01.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" X9 Cəmiyyətinə qarşı 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 12 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyini günlərin əmək haqqının, kamaz 5511 markalı avtomaşının alınıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə 1987-ci ildə Kamaz 5511 markalı maşının onun istifadəsinə verildiyini, həmin avtomaşın 1997-ci ildən Naxçıvan "Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansına verildiyindən avtomaşını həmin idarədə idarə etdiyini, Naxçıvan MR Dövlət arxivinin xx.xx.2020-ci il tarixli, 13/661 saylı arxiv arayışında onun əmək haqqı barədə məlumat bildirildiyini, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin bildirişində Babək rayon Nehrəm kəndində yaşayan (Pasport XXV-JQ 579537) İddiaçı Sadiq oğlunun Naxçıvan "xxxx" f.Q. ASC səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak edərək iki nəfərə 1 (bir) ədəd özəlləşdirmə çeki təqdim edildiyini və nəticədə hər birinin dəyərinin 5000 (beş min) manat olan 19 (on doqquz) ədəd səhm əldə etdiyinin qeyd olunduğunu, Naxçıvan "xxxx" İdarəsinin müdiri X4 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən onun bilavasitə xəbəri olmadan avtomaşınları özəlləşdirib satdığını, onun adına 5 aya yazıb aldığı, özü də qol çəkib aldığı 278.110 (iki yüz yetmiş səkkiz min yüz on) manat pulun ona verilmədiyini, 148.43 manat 75 qəpik (bir yüz qırx səkkiz min qırx üç manat 75 qəpik) səhminin, son hesabı işləmədiyi illərin əmək haqqının, birdə Kamaz 551, 28 sentyabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1069/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadından şikayət ərizəsi ilə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixdə cavabdeh Naxçıvan "xxxx" ATSC-ə qarşı qaldırdığı Kamaz 55-11 nömrəli avtomaşının sahiblik və istifadəsinə qaytarılması barədə ərizəsini və ona əlavə olunmıış sənədləri özünə qaytardığını, məhkəmə ərizənin qaytarılmasını Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi ilə mənim həmin avtomaşının mülkiyyətinə veriməsi tələbinin rədd olunması ilə əsaslandırdığını, mövcud iddia üzrə mübahisələndirdiyi avtomaşının mülkiyyətinə deyil sahiblik və istifadəsinə qaytarılmasını tələb etdiyini, həmin avtomaşının uzun illər ərzində istifadəsində olmasını əsas kimi qeyd etdiyini, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin qərarla avtomaşını təşkilatın balansına qaytardığını, Naxçıvan MR Dövlət Arxivinin arxiv arayışına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək Rayon 110 nömrəli X1 Dəstənin sənədlərinə baxdıqda İddiaçı Sadiq oğlunun xx.xx.1987-ci il tarixli, 67 nömrəli əmrlə, 222 nömrəli məktuba əsasən maşın gətirmək üçün ezamiyyələ getməsi, xx.xx.1987-ci il tarixli, 71 nömrəli əmrlə ezamiyyətdən qayıtması, xx.xx.1987-ci il larixli, 79 nömrəli əmrlə Kamaz markalı avtomaşına sürücü vəzifəsinə keçirilməsi əmr kitablarında göstərilməsinin qeyd olunduğunun müəyyən olunduğunu, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 17 yanvar 2020-ci il larixli, NAX İN-X/O- 20/2020 nömrəli arayışında: "Əcəmi” Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyəti haqqında məlumat verilməsinə dair müraciətin tərəflərindən araşdırıldığını, "xxxx" Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 04 yanvar 2000-ci il larixli Sərəncamı ilə Naxçıvan şəhəri 1 saylı Tikinti Quraşdırma idarəsi ləğv olunaraq onun bazasında yaradıldığını, 2003-cii ilin avqust ayında Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən cəmiyyətin səhmlərinin pullu hərracda satışa çıxarıldığı və cəmiyyətin səhmlərinin satışı başa çatdırılaraq 100% özəlləşdirildiyinin bildirildiyini, müəssisə haqqında əlavə məlumatın alınması üçün aidiyyəti üzrə müraciət etməsinin xahiş olunduğunun qeyd edildiyini, Naxçıvan MR Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli. **********054300 nömrəli arayışında "Naxçıvan-Əcəmi Tikinti Quraşdırma’’ X9 Cəmiyyətinin (VÖEN: **********) hüquqi adında heç bir dəyişiklik edilmədiyini və bu günədək ləğv olunmadığının bildirildiyini, 12 may 2022-ci il tarixdə keçirilən mediasiya prosesində cavabdehin iştirak etmədiyini, cavabdehə pretenziya verildiyinin qeyd olunduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə etiraz təqdim edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə etirazda İddiaçı Naxçıvan Şəhər Məhkəməsində və eyni zamanda Kommersiya Məhkəməsində (Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il, iş № e-2-2(123)-05/2021; Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2021-ci il, iş № 2(078)-7/2021) qaldırdığı iddiaların məhkəmələr tərəfindən qanunsuz olaraq onun lehinə qismən təmin olunduğunu və qətnamələrlə təsdiq edildiyini, o bu qətnamələrlə razılaşmayaraq hələ məhkəmə proseslərində vəsatətlər qaldırdığını və hər iki məhkəmənin qanunsuz qərarlar çıxardığını bildirdiyini və etiraz əlaməti olaraq prosesləri tərk etdiyini və onun iştirakı olmadan qərarlar qəbul etdiklərini, qanunsuz qərarlara etiraz əlaməti olaraq Naxçıvan Ali Məhkəməsinə apellasiya şikayəti verdiyini, Naxçıvan Ali Məhkəməsinin hər iki məhkəmənin qətnamələrini nöqtəsini və vergülünü dəyişmədən onları təsdiq etdiyini və Naxçıvan Məhkəmələrində qanunsuzluğun baş alıb getdiyini bir daha sübut etdiyini (19 avqust 2021-ci il, iş № 2(108)-151/2021), iddiaçının isə hər şeylə razılaşdığını və iki ildən sonra yenidən peyda olunduğunu, Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsindən sonra ancaq Kassasiya şikayəti verilə biləcəyini, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını (hələ burada vaxtın ötürülməsi də var), ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxa biləcəyini, Naxçıvan Kommersiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun üzvü göründüyünü, əks halda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına belə hörmətsizlik etməyəcəklərini, ali instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəyə minmiş qətnamədən sonra heç bir ilk instansiya məhkəməsinin yeni açılmış hallar üzrə işi yenidən baxılması üzrə icraata götürə bilməyəcəyini, belə işlərə ancaq və ancaq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun baxdığını bildirmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" X9 Cəmiyyətinə qarşı (avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi;) 1997-ci ildən bu günə qədər Naxçıvan Əcəmi Tikinti Quraşdırma İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb verilməsi tələbi barədə kommersiya mübahisəsinə “Son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb verilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi və hazırkı kommersiya mübahisəsinə dair işə “1997-ci ildən bu günə qədər Naxçıvan Əcəmi Tikinti Quraşdırma İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbi həddində baxılması qərara alınmışdır. İddiaçı 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında 2003-cü ildə idarəyə səhm qoyduğunu, Əhməd müəllimin 2014-cü ildə idarənin bağlandığını dediyini, Əhməd müəllimin 2014-cü ilə kimi ona pul vermədiyini, 2004-cü ildən cəmiyyətin üzvü olduğunu, iclasa bir dəfə də olsa onu çağırmadığını, 5 aya onun adına 278000 manat əmək haqqı yazıldığını, hansı əsasa yazdığını, Əhməd müəllimin özünün yazdığını, özünün də qol çəkdiyini, öz haqqını istədiyini, nə qədər maşın satdığını, onun haqqına səhmin və onun adına yazılıb alınan pulun aid olduğunu, Əhməd müəllimin oğlunun Ədliyyə Nazirliyində işlədiyini, vəzifəsindən suiistifadə edərək gəlib 33 il idarə etdiyi maşını qapıdan apardığını, məhkəmədə iş ola-ola gəlib qapıdan apardığını, maşını satdığını, Kommersiya Məhkəməsinin maşının üzərinə həbs qoyduqdan sonra cavabdehin maşının nömrəsini dəyişdiyini, yenə qaytarıb həmin adama verdiyini, öz haqqlarını istədiyini, maşının idarənin balansına qaytarıldığını, hətta maşının üzərində həbs olaola aparıb nömrəni dəyişib yenə həmin adama yəni alan adama verdiyini, 5 aya 278000 manat əmək haqqı yazılmasına dair sənədin olduğunu, o sənədi arxivdən çıxartdığını, məhkəmənin iş materiallarında olduğunu, iş materiallarında olan arxiv arayışını dediyini, 2015-ci ildən sonra idarəyə neçə dəfə gəlib “Maşının sənədlərini ver, aparım özəlləşdirim” dediyini, onun da “Asəf müəllim söz verib iş verəcək” dediyini, 2019-cu ilə kimi Asəf müəllimin iş verəcəyini, gah da “Tikinti naziri dəyişib. O iş verəcək” dediyini, 09 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında, izahında Nümayəndə qəbuluna getdiyini, 4000 manatı olduğunu dediyini, özünün getdiyini, Nümayəndə çağırmadığını, Nümayəndə da “9000 manat ver, maşının sənədlərin sənə verim, maşını özəlləşdir” dediyini, Nümayəndə Babək rayonun polis rəisi, Alməmməd müəllimə də ərizə verdiyini, Əhməd müəllimin bacanağının da polis olduğunu, gəlib onlara “Məni rəis yollayıb işə çıxsın deyir” dediyini, o da “Bir şərtlə işə çıxacağam. Maşına iki dənə akkumulyator, dörd təkər və iki dənə də peredal alsın” dediyini, “Köhnələri vur, gəl” dediyini, maşının köhnə hissələri ilə gündə yollarda qala bilməyəcəyini dediyini, Müşfiqə “Mən maşını almaq istəyirəm” dediyini, Müşfiqin Nümayəndə bacanağı olduğunu, rayonda polis işlədiyini, Alməmməd müəllim çağırdığını, o da “Mənim maşınımın bütün hissələrini alıb versin, işə çıxım” dediyini, “Mənə elə maşın ehtiyac deyil, maşına o qədər xərc qoyum, sən gəlib işlə” dediyini, maşının ona görə də həyətdə qaldığını, maşının işləmədiyini, 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında 5 aylıq əmək haqqını əgər almışsa, gətirib maaş cədvəlində göstərməsini, onun səhminin orada hesablandığını, İqtisadiyyat Nazirliyində, bir də Milli Departamentdə hesablandığını, hesablanmasına dair məhkəməyə sübut təqdim etmədiyini, 2000-ci ildə beş aylıq onun adına yazılıb qol çəkilib alınan pulun miqdarını istədiyini, sübutun, verdiyi o sənəd arxivdən verilən sənəd olduğunu, həmin maaş cədvəllərini gətirib “Budur, qol çəkib, alıb” deməsini, almadığını dediyini, bir dəfə özlərinin onun adına qol çəkdiyini, onun əmək haqqını gətirib verdiklərini, bu beş aylığı onun heç görmədiyini, “Bu adam 2000-ci ildə işləməyib” dediyini, bunun elə sübut olduğunu, imzanın onun olmadığını, özlərinin olduğunu, ərizə vermədiyini bildirmişdir. İddiaçı məhkəmə çıxışında öz haqqını istədiyini qeyd edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Həmçinin repklika hüququndan istifadə edərək cavabdehin nümayəndəsinin 2000-ci ildə iki yüz yetmiş səkkiz min yüz on manatı 6 il ərzində istifadə etdiyini camaatın pulundan 6 il istifadə etdiyini niyə demədiyini, cavabdehin nümayəndəsinin onu deməsini, niyə istifadə etdiyini deməsini, cəmiyyətə heç bir borcu olmadığını, cavabdehin nümayəndəsinin dediklərinin hamısının yalan olduğunu, sübutları məhkəməyə təqdim etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında Azərbaycanda pul islahatının 2006-cı ildə keçirildiyini, 2006-cı ilə kimi yazılan pulların rus rublu ilə olduğunu, yəni rus rublunu 5000 manata bölüb, Azərbaycan manatı alındığını, 2006-cı ildə pul islahatı olduğunu, iddiaçının dediyi 270000 manatın qırx manat etmədiyini, bir ömür bu işdə işlədiyini, o vaxt əmək haqqı olaraq 50 manat və ya 60 manat pul yazdıqlarını, rublla da veriləndə belə etdiyini, iddiaçıya dəfələrlə dediyini, başa saldığını, amma əl çəkmədiyini, Azərbaycanda axırıncı pul islahatının 2006-cı ildə keçirildiyini, 2005-ci ilə kimi camaata yazılan əmək haqqının rus rublu ilə olduğunu, onun məbləğini beş minə böldüklərini, beş minin bir manat olduğunu, onlar beş minə böləndən sonra nə olduğunun bilindiyini, İddiaçı iki yüz yetmiş deyirsə, deməli, haradasa İddiaçı 42 manat pulun yazıldığını, iddiaçının dediklərinin böhtan olduğunu, 2005-ci ildə iddiaçının altı milyon doqquz yüz on min səkkiz yüz altmış yeddi manat aldığını, iddiaçıya altı milyon əmək haqqını onun necə yazdığını, o vaxtı da bir milyonun iki yüz manat etdiyini, iddiaçının 2005-ci ildə ümumi işlədiyi dövrdə, altı ay və ya yeddi ay işlədiyini, dəqiq bilmədiyini, altı milyon doqquz yüz on min səkkiz yüz altmış yeddi manat pul aldığını, iddiaçının orta əmək haqqının 398 manat etdiyini, beşə böləndə orta əmək haqqının haradasa 79 manat 60 qəpik olduğunu, bunun manatla olduğunu, iddiaçıya neçə dəfə bunu izah etdiyini, o vaxt fəhləyə əgər iki yüz min və ya üç yüz min pul yazsaydı, Naxçıvanda onu çıxardıb, elə meydanda güllələyəcəklərini, bunların hamısının statistikaya getdiyini, beş il əvvəl maşını sənədsiz işlətdiyini, beş il yarım da axırda elə işlətdiyini, idarə işini dayandırdığını, dəfələrlə “Ya maşını özəlləşdir, ya da maşını təhvil ver” dediyini, “Bu gün özəlləşdirəcəm, bu gün təhvil verəcəm” deyə-deyə eləcə qaldığını, özü də mənə təklif etməyib dediyini, halbuki iddiaçının rəhmətlik qardaşını 2002-ci ildə axırıncı dəfə yanına çağırdığını, “Səməd məni aldatdığın bəsdir. Ya gəlib maşını özəlləşdir, ya da ki təhvil ver” dediyini, ona “Yaxşı” dediyini, onun Bakıya getdiyini, Sonra Səmədin gəlib onu Şəhər Məhkəməsinə verdiyini, ona fikirləşərəm deyib beş il yarım onda, beş il yarım da əvvəl maşının sənədsiz iddiaçının qapısında olduğunu, cəmiyyətə bir qəpik pul da keçirmədiyini, onda səhmdar cəmiyyət olduğunu, Dövlət müəssisəsi olmadığını, cəmiyyətin də camaata əmək haqqı versin, xərclərin və borclarını ödəsin deyə hər bir cəmiyyətin üzvünün vəzifəsinin işləyib cəmiyyətə pul keçirməsi olduğunu, iddiaçı işləyən dövrdə də saat altıda iş qurtardıqdan sonra saat altıdan səhər saat doqquza kimi, yəni iş vaxtına kimi maşının iddiaçının qapısında olduğunu, neçə dəfələrlə gəlib ona “İstəyirəm bunun üstünə çən qoyam və ya bu işi görəm” dediyini, ona edə bilərsən dediyini, bunları təmənnalı etmədiyini, bu yaxşılıqların qabağında bu hərəkəti etdiyini, gərək səhərə sağ çıxmamalı olduğunu, onun başqa şey bilmədiyini, onun iddiaçıdan nə pul alıb yazacağını, maşını verdiyini, o istifadə etdiyini və maşına görə ondan pul almadığını, DNK 51-də uzun müddət rəis olduğunu, orada rəisi olandan onun nəzdində olduğunu, sonra 1 saylı idarə yarandığını, bunların 1 saylı idarənin vaxtında, yəni 1997-ci ildə kalxozstroyda işlədiyini, onu 1 saylı idarəyə birləşdirdiklərini, indi onların idarəsi olduğunu, iddiaçının gəlib, ona ərizə verdiyini, onu sürücü kimi işə götürdüyünü, DNK 51-də on il və ya on beş il müdir olduğunu, indi DNK 51 ona aid olduğunu deyəcəyini, dövlətin maşını olduğunu, axırda onu bezdirəndən sonra polisə müraciət etdiyini, Babək rayon Polis İdarəsinə maşını gətirib ona təhvil verdiyini, onda iddiaçının idarə tərəfindən inzibati qaydada cəzalandırıldığını, yəni onu sürücülükdən məhrum etdiyini, maşını da alıb idarəyə qoyduğunu, artıq bu səhmdar cəmiyyətin üzvü olduğunu, sürücü olmadığını, iddiaçını o vaxt cəzalandırdığını, polisin aktı olduğunu, maşını vaxtında gətirib təhvil vermədiyinə görə polis tərəfindən cəza alaraq maşının gətirilib idarəyə qoyulduğunu, bu qədər yalanın olmayacağını, 2021-ci ildə eyni məsələ ilə bağlı Şəhər Məhkəməsinə müraciət edildiyindən bu məhkəməyə ona görə etiraz etdiyini, o vaxt Şəhər Məhkəməsində alqı-satqı müqaviləsinin ləvğ olunmasının onlara aid olmadığının deyildiyini, onun da vəkil Allahverdinin iştirakı ilə olduğunu, vəkilin iddiaçıya başa saldığını, məhkəməyə verdiklərini, alqı-satqı müqaviləsinin ləvğ olunduğunu, yəni Şəhər Məhkəməsinin bu məsələnin ona aid olmadığını kommersiya məhkəməsinin edə biləcəyini dediyini, iddiaçının da alqı-satqı müqaviləsinin ləğv olunması üçün əlavə bir ərizə verdiyini, iddiaçının Şəhər Məhkəməsində və Kommersiya Məhkəməsində qaldırdığı iddianın hazırkı iddia ilə eynilik təşkil etdiyini, hamıya məlum olan bu məsələni ikinci dəfə birinci instansiya məhkəməsində qaldırıla bilmədiyindən etiraz etdiyini, buna dair Ali Məhkəmənin qərarı olduğunu, bu qərarın orada təsdiq olunduğunu, iddiaçıya 1800 manat pul ödədiyini, qeyri-qanuni olduğunu, iki il yoxa çıxdığını, iki ildən sonra ortaya bir də çıxdığını, iddiaçının böhtançı olduğunu, iddiaçının guya ki ona çatası məzuniyyət haqqının ödənilməli olduğuna dair iddia qaldırıldığını, onun da Şəhər Məhkəməsinə etirazını bildirdiyini, eyni zamanda, buraya Kommersiya Məhkəməsində Elnur müəllimə də etirazını bildirdiyini, bunların qeyri-qanuni şeylər olduğunu, iddiaçının 15 ildən sonra məhkəməyə müraciət etdiyini, Əmək Məcəlləsində, eyni zamanda, Mülki-Prossesual Məcəllədə işçi səhvini başa düşürsə, bir ildən gec olmayaraq məhkəməyə müraciət edə biləcəyinin göstərildiyini, on beş ildən sonra iddiaçının gəlib məhkəməyə müraciət etdiyini, vaxtın ötürüldüyünün aydın göründüyünü, Şəhər Məhkəməsində də bu işin icraata alındığını, eyni zamanda Kommersiya Məhkəməsinin hakimi Elnur müəllimin də işi icraata götürdüyünü, bütün məhkəmələrdə onun etirazının və vəsatətinin olduğunu, bu gün də etirazını bildirdiyini, bu işin icraata alınan iş olmadığını, iddiaçının qaldırdığı məsələnin keçən dəfə Şəhər Məhkəməsində qaldırdığı məsələ ilə eyni olduğunu, bugünkü gündə əlavə bir hal çıxarıb “Mənim beş aylıq əmək haqqımı alıb götürüb” dediyini, bu iddiasının yalan olduğunu, sübut etməyini, onun əvəzinə qol çəkib pul aldığına dair gətirib onun imzasını göstərməsini, sabah Babək Rayon Məhkəməsinə verəcəyini, başqa bir gün gedib Şərur Rayon Məhkəməsinə sonra Culfa Rayon Məhkəməsinə, Ordubad Rayon Məhkəməsinə və sair verəcəyini, onda Ali Məhkəmənin nəyə lazım olduğunu, iddiaçının bir səlahiyyətinin Azərbaycan Ali Məhkəməsinin Plenumuna müraciət etmək olduğunu, bir də kassasiyaya məhkəməsinə şikayət verə biləcəyini, iddiaçının ondan 1800 manatı alıb getdiyini, o pul qurtardığından və indi də iddiaçıya pul lazım olduğundan bir də yalan dediyini, iddiaçı ölənə və ya o ölənə qədər ondan pul alıb getmək üçün iddia qaldıracağını, belə görsəndiyini, onun belə başa düşdyünü, o vaxtı iddiaçıya böyük maşın verdiyini, on il işlədiyini, işləməyə-işləməyə beş il əvvəl və beş il sonra, həmçinin qalan dövrdə də, işləyən vaxtda da yəni 6 ay, 7 ay, və 8 ay müxtəlif vaxtlarda maşının iddiaçının qapısında olduğunu, ona görə maşın onun dədəsinin maşını olduğunu bildiyini, iddiaçının kasıb adam deyərək mənə humanistlik ediblər deyə fikirləşmədiyini, kimsə əgər məhkəmədə iddia qaldırırsa iddiasını sübut etməli olduğunu, onun sübut etməyəcəyini, iddiaçıya heç cavabda verməyəciyini, ona böhtan atdığını, həqiqətən onun iddiaçının 5 aylıq əmək haqqını aldığını dübut etməsini, sonra nə malı, mülkü varsa hamısını iddiaçıya verəcəyinə burada söz verdiyini, o vaxtı Babək Prokurorluğuna getdiyini, orada ondan izahat aldıqlarını, Prokurorluqda İddiaçı böhtançı olduğunu, böhtançıya meydan verdiklərini dediyini, bu böhtançıya “Sən düz etmirsən, dur” demək lazım olduğunu, bunu deyən biri tapılmadığını, burada onunla qabaq-qabağa oturduğuna görə də özünü təhqir olunmuş hesab etdiyini, səbəbinin də o qədər yaxşılığın qarşısında iddiaçı ona namərdlik etməsi olduğunu, iddiaçının islah olunmaz şəxs olduğunu, iddiaçının neçə dəfələrlə yanıma gəlib “Müdir allah sənin balanı saxlasın. Sənin hesaba mən ailəmi dolandırıram” dediyini, indi onun bəhrəsini gördüyünü, bu məhkəmə prosesinin vaxtilə 2020-ci ildə aparıldığını, birləşdirilmiş halda yenidən Kommersiya məhkəməsinə verildiyini, bu işin bir hissəsinin o vaxt Şəhər Məhkəməsinə, o bir hissəsinin Kommersiya məhkəməsinə verildiyini, onun hər iki məhkəmə prosesini tərk etdiyini, hər iki məhkəmənin onun etirazlarına baxmayaraq onsuz qərar qəbul edərək qismən iddiaçının qaldırdığı məsələləri həll etdiklərini, iddia ərizəsində alqısatqı müqaviləsinin ləğv olunmasını və maşının onun sərəncamına verilməsini xahiş etdiyini, alqısatqı müqaviləsi ləğv olunaraq maşının idarənin balansına qaytarıldığını, Şəhər Məhkəməsində də o biri iddialarını yazdığını, guya onun iddiaçının 5 aylıq əmək haqqını aldığına dair hazırda verdiyi iddia ərizəsinə bir əlavə etdiyini, onun 2015-ci ildə fəaliyyətini dayandırdıqdan sonra 2018-ci ildə Sirab kəndində sirab zavodunda Teymur müəllimin idarəsində işlədiyini, ona iş təklifi etdiklərini, ora getdiyini, ona maşın lazım olduğunu, öz maşını olmasına baxmayaraq iddiaçını işə dəvət etdiyini, ona əmək haqqı verib orada işlətdiyini, hansı ki, onun maşınından istifadə etdiyini, Başqa maşın gətirib də o işi edə biləcəyini, gündəlik əmək haqqı verdiyini, hətta oradan qum gətir dediyini, gələn kimi də yanacağının və qumunun pulunu verdiyini, o ərəfədə ona neçə dəfə “Müdir icazə versən maşının üstünə çən qoyub istifadə edim” dediyini, ona hələ zarafatla “Maşın onsuz sənindi, mənim deyilki. Nə edirsən et” dediyini, iddiaçının bugünkü gündə idarəyə 27200 manat borcu olduğunu, lakin ondan qeyri-qanuni 1800 manat pul aldığını, məhkəmələrin xeyri olmadığını gördüyündən kassasiyaya şikayəti vermədiyini, nəinki Naxçıvanda, Azərbaycanda məhkəmə sisteminin olmadığını, ona görə də bir də şikayət vermədiyini, bu məhkəmənin qeyri-qanuni olduğunu, 17 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında məhkəmənin qeyri-qanuni olduğunu, məhkəmə qeyri-qanuni olduğuna görə vəsatət verdiyini, burada qaldırılan məsələlərin düzgün olmadığını, bu məhkəmənin davam edə bilməyəcəyini, Naxçıvan Ali Məhkəməsinin bu barədə qərar verdiyini, bu qərarla iddiaçının tam razılaşdığını, iddiaçı iki il yoxa çıxdığını, iki ildən sonra bir də gəldiyini, qanunlardan başa düşdüyü qədəri ilə bunun qeyri-qanuni məhkəmə olduğunu, 2020-ci ildə Naxçıvan Şəhər Məhkəməsində, bir də Kommersiya Məhkəməsində işə baxıldığını, bunun hamıya məlum olan iş olduğunu, iddiaçının Naxçıvan Ali Məhkəməsinin qərarı ilə razılaşdığın, iddiaçının 1800 manatı alıb aparıb, xərclədikdən iki il sonra bir də qayıtdığını, iki ildən sonra bir də gələcəyinin göründüyünü, ölüncəyə qədər məhkəmə proseslərində olacağını, iddiaçının Şəhər Məhkəməsində və Kommersiya Məhkəməsində maşın onun olduğuna dair iddia qaldırdığını, sonra da sözünü dəyişib “Maşın mənimdi deməmişəm. Mən demişəm ki, mənim idarə etdiyim maşını mənə qaytarın” dediyini, Azərbaycan Respublikasında məhkəmə sisteminin üç pilləli sistem olduğunu, onların iki məhkəmə instansiyasından keçdiyini, kassasiya məhkəməsinin qaldığını, Naxçıvan Şəhər Məhkəməsi və Kommersiya Məhkəməsinin çıxardığı qərarları Apellyasiya Məhkəməsi təsdiqlədiyinə görə Kassasiya Məhkəməsinə müraciət etmədiyini, Kassasiya Məhkəməsinə müraciət etməyin ağılsızlıq olduğunu fikirləşdiyini, Kassasiya Məhkəməsinin də həmin qərarı təsdiqləyəciyini, bu səbəbdən Kassasiya Məhkəməsinə müraciət etmədiyini, iddiaçının isə Apellyasiya Məhkəməsinə verməsini, Apellyasiya Məhkəməsinə verə bilmirsə, Kassasiya Məhkəməsinə verməsini, tutaq ki, bu məsələnin həll edildiyini, iki-üç ildən sonra gedib onu Babək rayon Məhkəməsinə verəcəyini, Babək rayon Məhkəməsinin də bu işi götürüb baxacağını, bu gündən sonra məhkəmədə təmsilçi kimi iştirak etməyəcəyini, müşahidəçi kimi iştirak edəcəyini, iddiaçının iddiasını qaldırdığını ancaq sübut göstərə bilmədiyini, iddiaçının maşının özəlləşdirilməsi barədə dəfələrlə ona müraciət etdiyini, iddiaçının əvvəl mənim yanıma gəldiyini, 2015-ci ildə işin dayandığını, ona qədər neçə dəfələrlə ona müraciət edib “Maşını özəlləşdirmək istəyirəm” dediyini, heç kəsdən maşını almadığını, iki il sonra sürücülərin hamısını yığıb “Maşınları sizə vermişəm, amma siz cəmiyyətə heç bir vəsait köçürmürsünüz. Hər bir kamaz sürücüsü cəmiyyətə yüz manat vəsait keçirməlidir” dediyini, sonra sürücülərə “Maşınları özəlləşdirin” dediyini, bu cəmiyyəti iş görmək üçün yaratdığını, iş görmək üçün də ona ağır tonnajlı maşınlar lazım olduğunu, onlarsız iş görə bilməyəcəyini, beş il ərzində iddiaçının işə çıxmadığını, özünə işlədiyini, iddiaçı onun gəldiyini eşidəndə maşının təkərlərini sökdüyünü, o “Gəl işlə, cəmiyyət də işləsin” dediyini, ondan sonra iddiaçını başa saldıqlarını, iddiaçının beş ildən sonra işə gəldiyini, 9 il biz də işlədiyini, ondan sonra da işləsə də, işləməsə də, şəxsi maşını kimi maşının yay-qış, iddiaçının qapısında olduğunu, camaatın bir neçə ay işlədiyini, qış fəslində heç kəs işləmədiyini, iddiaçını yanına çağırdığını, 2019-cu ilin yay ayı olduğunu, iddiaçının rəhmətlik qardaşı ilə gəldiyini, onun da iddiaçıya “Ya gətirib maşını təhvil ver, ya da maşını özəlləşdir” dediyini, İddiaçı ona “Müdir, mənim dörd min manat verməyə imkanım var” dediyini, maşını da o vaxt 11500 manata özəlləşdirmək istədiklərini, onun da “Səməd, 9000 manat gətirib, cəmiyyətin hesabına köçür, maşını sənə verim” dediyini, iddiaçının 4000 manat pulu olduğunu dediyini, o da “Ona da razıyam. Gətirib, 4000 manatı ödə, sənə 2-3 il vaxt verirəm. Cəmiyyətin maşını ilə qazan. Maşını özəlləşdir, sənin olsun” dediyini, iddiaçının ona yaxşı dediyini, onun da sanatoriyaya getdiyini, oradan gələndə İddiaçı onu məhkəməyə verdiyini gördüyünü, Babək rayonun polisinin maşını gətirib, cəmiyyətə təhvil verdiyini, o vaxt cəmiyyətin sədri kimi iddiaçıya inzibati cəza tətbiq etdiyini, iddiaçını sürücülükdən azad etdiyini, neçə ildir ki, İddiaçı əməllərinə dözdüyünü, apellyasiya məhkəməsinin qərarından sonra bu işi yenidən icraata götürməyə ixtiyar olmadığını, 09 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Səhmdar Cəmiyyətinin bir təşkilat olduğunu, cəmiyyət fəaliyyət göstərdiyi dövrdə ən yaxşı halda 8 və ya 9 ay işlədiyini, iş prosesində təşkilatın borclarının yarandığını, bu idarənin 15 il ərizində xeyr əldə etmədiyini, özüözünü idarə etdiyini, buna dair sənədlərin də olduğunu, məsələn 800 və ya 1000 manat alındığını, onun da dövlətin büdcəsinə keçirildiyini, qaydalara əsasən bir neçə faizinin dövlətə keçirildiyini, əgər dividentlər də olsa idi, idarədə olan o qədər adamın dividentlərini tələb edəcəklərini, Cəmiyyətin gəliri olsa idi, hər bir şəxsə müəyyən məbləğ divident verəcəyini, digər tərəfdən Cəmiyyətin ən yaxşı halda 8 və ya 9 ay işlədiyini, 3 ay qış fəslində işləmədiyini, ancaq işləyən dövrdə də işləməyən dövrdə də iddiaçının maşının həmişə qapısında olduğunu, iddiaçının cəmiyyətin maşını ilə özünə pul qazandığını, sonra işləmədiyi dövrlərdə əmək haqqı verilməsi üçün qanunsuz olaraq məhkəməyə müraciət etdiyini, cəmiyyətin maşınından əldə edilən gəlirin üçdə ikisinin işçilərin, üçdə birinin cəmiyyətin olmalı olduğunu, cəmiyyətə ödəməli olduğunu, 1997ci ildə onun iddiaçını 1 saylı tikinti-quraşdırma idarəsinə işə götürdüyünü, hələ onda idarənin Səhmdar Cəmiyyəti olmadığını, iddiaçı tamamilə yalan dediyini, iddiaçıya neçə dəfə dediyini ancaq gəlmədiyini, onun heç vaxt inzibati qaydada iş görmədiyini, kimisə polisə versin və ya polislə gətizdirsin, belə şeylər etmədiyini, Alməmməd müəllimin polis rəisi işlədiyini Alməmməd müəllimə müraciət etdiyini, bacanağının orada polis işlədiyini, bacanağı orada polis işləyirsə onun nə edəcəyini?! Alməmməd müəllimin də təsadüfən onu göndərdiyini, adının da Müşfiq olduğunu, iddiaçının indi Müşfiqlə olan söhbətləri dediyini, onun işçisi olmadığını, ona tabe olan adam olmadığını, iddiaçının qohumu olan ovçular ittifaqında işləyən Vaqifin onun qonşusu olduğunu, Vaqifin bir gün onlara gəldiyini, “Səmədin xahişini deməyə gəlmişəm. Səməd deyir ki, işə çağırırsan. O da gəlmək istəmir” dediyini, o da “Səmədi işdən çıxartmıram. Bir neçə ildir ki, Səməd məni incidir. Mən Səmədi çağırıram ki, maşını gətirsin. Mən işləməliyəm, dövlət mənə plan qoyur. Səməd işə çıxmır. Onun nazı ilə oynayıram” dediyini, Vaqifin Səmədi başa salandan sonra iddiaçının gəldiyini, beş ildən sonra iddiaçını işə gətirdiyini, 24 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının “İdarə mənfəətlə işləyibsə, mənfəətdən olan payımı istəyirəm” demək istədiyini, bu idarənin çox mənfəətlə işləmədiyini, ona görə də Səhmdar Cəmiyyətin üzvünə pay ödənilmədiyini izah etdiyini, bunun Statistika Komitəsində də olduğunu, o vaxt iddiaçı Nehrəmə gedəndə o iddiaçını maşınla apardığını, yolda “Səməd nə etməliyəm sənə? soruşduğunu, İddiaçı “Mənim yaşım keçib, kamaz işlədən deyiləm” dediyini, hətta ona “O maşının əvəzinə başqasını verirəm” dediyini, həmin maşının satıldığını, onda da etiraz edərək o maşın olmalıdı dediyini, İddiaçı “Mənə 3000 manat pul ver. Jiquli alım, ailəmi saxlayım” dediyini, o da “Sənə 1500 manat pul verəcəm” dediyini, İddiaçı az olduğunu dediyini, “Onda sənə 2000 manat pul verəcəyəm. Üstün də düzəlt, maşın al, ailəni saxla” dediyini, İddiaçı razılaşıb getdiyini, yəqin ki, Allahverdi ilə məsləhətləşdiyini, məhkəmə də etiraz etdiyini, razılaşmadığını, qeyri-qanuni olaraq onun iddiaçıya 1800 manat pul ödədiyini, hərdən 350 manat maşına rüsum ödədiyini, barışa bilməyəcəyini, 2014-cü ilin axırlarından fəaliyyətini dayandırdığını, indi iddiaçıya verəcək pulunun olmadığını, olsa belə, verməyəcəyini, onu təhqir etdiyini, 06 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında arxiv arayışını onun tələb etdiyini, verdiklərini, iddiaçının tələbini yalanlamaq üçün onun əmək haqqını arxivdən çıxardığını, 2005-ci ildə qiymətlərdə bir milyon söhbəti getdiyini qeyd etdiyini, bir milyonun iki yüz manat olduğunu, iddiaçının “Mənə beş il ərzində bu qədər pul yazıb, mən almamışam” dediyini, sübut etməsini, o arayışı arxivdən çıxarıb, sübut etdiyini, İddiaçı işə götürdüyünü dediyini, İddiaçı “Xeyr, məni sən işə götürməmisən” dediyini, o da ərizəni təqdim edib İddiaçı Səhmdar Cəmiyyətə onun işə götürdüyünü göstərdiyini, 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında 2000-ci ildə bunun onların təşkilatında işləmədiyini, 2000-2004-cü illərdə bu adamın orada olmadığını, 1997-dən 2000-ci ilə qədər də Səhmdar Cəmiyyətinin olmadığını, Cəmiyyətin 1999-cu ilin oktyabrın 4-ündə yarandığını, bir daha təkrar etdiyini, 4 oktyabr 1999-cu ildə Səhmdar Cəmiyyətinin yarandığını, bu adamın 2004-cü ildə işə çıxdığını, 5 il onun bunu işə gətirə bilmədiyini, bunun necə işləyə biləcəyini, orada 50000 nə qədər, o buğalteriya haqq-hesabından olduğunun yazıldığını, onu 5000-ə böləndə görün nə qədər etdiyini, bir-iki manat olan şey olduğunu, buğalteriyadan çıxan bəzi şeylər olduğunu, bu adamın o vaxt işləmədiyini, onun əvvəlki illərdə işlədiyini, 1997-dən 2000-ə qədər işlədiyini, o arada buğalteriyada bəzən çıxardıqlarını, səhvlik olduğunu, o şeylərə qəpik-qəpik atıqlarını, bir tək bunda deyil hamıda olduğunu bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə çıxışında bu məhkəmə proseslərini qeyriqanuni hesab etdiyini, çünki bu işə 2020-ci il tarixində Kommersiya Məhkəməsində və Naxçıvan Şəhər Məhkəməsində baxıldığını, Naxçıvan şəhər Məhkəməsinin qətnamə qəbul etdiyini, qətnamədən apellyasiya şikayəti verərək qətnamədən narazı olduğunu bildirdiyini, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi Vera xanımın qanuna zidd qərarlar qəbul etdiyini, əvvəlcədən yəni 2020-ci ildən qaldırılmış bu iddanın əsaslı olmadığını dediyini, qeyriqanuni iddialar olduğunu, iddiaçının bu məsələləri 15 il müddət ötürüldükdən sonra qaldırdığını, halbuki bu iddianın müddətinin 1 il olduğunu, bunu o vaxtıda qeyd etdiyini, indi də qeyd etdiyini, məhkəmələri vəsatətlər verməklə tərk etdiyini, hər iki məhkəmədə, yəni Kommersiya Məhkəməsində və Naxçıvan Şəhər Məhkəməsində vəsatətlərinə əməl olunmadığından onun da həmin məhkəmələri tərk etdiyini, buna baxmayaraq qanunsuz qətnamələr qəbul olunduğunu, Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri kimi onun1800 manat iddiaçıya pul ödədiyini, iddiaçının o vaxt gəlib pulu aldığını, heç bir etirazı olmadığını, iki il müddətində də o pulu xərcləməklə məşğul olduğunu, iki ildən sonra 2023-cü ilin iyun ayında yenidən məhkəməyə müraciət etdiyini, məhkəmə eyni işi yəni əvvəlcə baxılmış işi icraata qəbul etdiyini, qeyri-qanuni məhkəmə proseslərinin bugünkü günə kimi davam etdirildiyini, Mülki Prosessual Məcələnin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməyəcəyini və onların sübuta ehtiyacı olmadığını, Mülki Prosessual Məcələnin 82.3-cü maddəsində isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədiyinin qeyd edildiyini, yəni bunun sübutunun bir dəfə olduğunu, iddiaçının Ali Məhkəmənin Plenumuna müraciət edə biləcəyini, bu məsələyə Ali Məhkəmənin Plenumunda baxıla biləcəyini, Kommersiya Məhkəməsinin bütün bunlara və qanunlara əhəmiyyət vermədiyini, hətta qərardadda qəbul edildiyini, onun qərardada reaksiya vermədiyini, çünki qeyri-qanuni məhkəmə proseslərində qərardad qəbul olunsa da qanunsuz qərardad kimi qaldığını, Qeyriqanuni məhkəmə proseslərində qərardad qəbul edilə bilməyəcəyini, hakimin iddiaçı ilə eyni kəndin nümayəndəsi olduğunu, dolayısı ilə qohumluğun çata biləcəyini, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hakimin isə veto qoyduğunu, iddiaçının cəmiyyətə iyirmi yeddi min iki yüz manat borcu olduğunu sübut etdiyini, Cəmiyyətə iyirmi yeddi min iki yüz manat borcu olan, cəmiyyətdə bir faiz səhmi olan şəxs elə bir iddia qaldırdığını, bunun artıq böhtançılıq olduğunu, məqsədinin cəmiyyətdən nəsə qoparmaq olduğunu, onun qaldırdığı iddiaya hakim tərəfindən heç bir məhəl verilmədiyini, səbəbi kimi də qarşılıqlı iddianının verilməsi üçün müəyyən edilmiş vaxtın keçməsi olduğu göstərildiyini, iddiaçının qaldırdığı iddiaları sübut etməli olduğunu, məhkəmə proseslərindən iddiaçının heç bir sübutu olmadığının göründüyünü, yazdıqlarının hamısının böhtan və söz yığını olduğunu, lakin buna baxmayaraq məhkəmə prosesinin davam etdirildiyini, bu məhkəmə prosesləri qeyri-qanuni olduğunu bir daha qeyd etdiyini, bu işin icraata götürülməməli olduğunu qeyd edərək iddianının təmin edilməməsini xahiş etmişdir. Həmçinin repklika hüququndan istifadə edərək hazırkı iş üzrə qeyri-qanuni olsa da qərardad qəbul edildiyini, həmin qərardadla iddianın bir hissəsinə xitam verildiyini, o iddialara Şəhər Məhkəməsində və Kommersiya Məhkəməsində də baxıldığını, hakimin onu təmin etmədiyini, eyni zamanda onu həmin məhkəmələrin də təmin etmədiyini, həmin məhkəmə proseslərində qəbul edilmiş qərara əsasən 1800 manatın onun tərəfindən iddiaçıya ödənildiyini, bu pulun qeyri-qanuni olaraq tutulduğunu dəfələrlə bildirdiyini, 1800 manatın üstündən sükutla keçirildiyini, elə bil bunun heç olmadığını, onun nə məsələ qaldırmışsa baxılmadığını, avtomobillərin qaytarılması məsələsinin Səhmdar Cəmiyyətinin bir üzvünün məsələsi olmadığını, bu iddianın ya qrup halında ya da 10 faizdən artıq səhmi olan səhmdarın qaldırdığını, 1 faiz səhmi olan adamın bu məsələni qaldıra bilməyəcəyini, 2020-ci ildən cəmiyyət tərəfindən cəzalandırılaraq maşının iddiaçının əlindən alındığını, iddiaçı sürücü deyilsə adi bir səhmdar cəmiyyətinin üzvüdürsə avtomobillərin qaytarılması məsələsi ilə nə işi olduğunu, 2003-cü ildən Səhmdar Cəmiyyətin onun tərəfindən tam özəlləşdirildiyini, yəni dövlət nəzarətindən çıxdığını, Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi müddətdə, yəni 15 il müddətində Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olduğunu, orada nəyi etmək olar nəyi etmək olmaz, bunları onun bildiyini, Səhmdar Cəmiyyətin borcuna, xərcinə, hər şeyinə onun baxdığını, iddiaçının səmlərini tələb etdiyini ancaq bunun gülünc bir iddia olduğunu, Səhmdar Cəmiyyətinə səhm qoymayan adamın Səhmdar Cəmiyyətinin üzvü ola bilməyəcəyinin aydın məsələ olduğunu, iddiaçının bu iddiasının da əsassız olduğunu, Səhmdar Cəmiyyəti ləğv edildikdə payının o vaxt ala biləcəyini, Səhmdar Cəmiyyəti ləğv ediləndə nə varsa Səhmdar Cəmiyyətinin işçiləri arasında bölündüyünü, iddiaçının dediklərinin hamısının böhtan olduğunu, heç bir sübut da olmadığını, Statistika Komitəsinə müraciət edib idarənin mənfəətlə işləyib ya işləmədiyinə baxmasını, bütün bu halları onun dediyini və sübut etdiyini, ancaq iddiaçının böhtandan başqa bir şeyi olmadığını, bunların hamısının qeyri-qanuni və böhtan olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: İddiaçı adına verilmiş verilmiş “Bildirişdən” görünür ki, Naxçıvan "Əcəmi Tikinti Quraşdırma” ATSC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak edən iki nəfərə 1 (bir) ədəd özəlləşdirmə çeki təqdim edilmiş və nəticədə hər birinin dəyəri 5000 (beş min) manat olan 19 ədəd səhm əldə edilmişdir. Mart 2023-cü il tarixli “Qəbz”dən görünür ki, Naxçıvan "Əcəmi Tikinti Quraşdırma ATSC-nin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 1 (bir) ədəd özəlləşdirmə çeki İddiaçı və X3 tərəfindən qəbul edilmişdir İddiaçı verilmiş 13/108 saylı arxiv arayışından görünür ki, İddiaçı 51 saylı Tikinti trestinin 51 saylı mexanikləşdirilmiş Səyyar Dəstəsində işləmiş və müvafiq aylar üzrə müvafiq əmək haqqı (2005-ci ilin aprel ayında 600017 manat, may ayında 580017 manat, iyun ayında 940186 manat, iyul ayında 950196 manat, avqust ayında 950137 manat, sentyabr ayında 939984 manat, oktyabr ayında 950037 manat, noyabr ayında 500209 manat, dekabr ayında 500084 manat və.s) almışdır. İddiaçı verilmiş 13/661 saylı arxiv arayışından görünür ki, Əcəmi Səhmdar Cəmiyyətində 2000-ci ilin yanvar ayında 59698 manat, mart ayında 59698 manat, aprel ayında 59698 manat, may ayında 50008 manat, iyun ayında 49008 manat əmək haqqı almış, 1999, 2001-2004-cü illərə dair əmək haqqı cədvəlində adına rast gəlinməmişdir. İddiaçı verilmiş arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixli 67 saylı əmrlə, 222 saylı məktuba əsasən maşın gətirmək üçün ezamiyyətə getməsi, xx.xx.1987-ci il tarixli, 71 saylı əmrlə ezamiyyətdən qayıtması, xx.xx.1987-ci il tarixli, 79 saylı əmrlə kamaz markalı avtomaşına sürücü vəzifəsinə keçirilməsi əmr kitablarında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.2-ci maddəsinə əsasən səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Mart 2023-cü il tarixli “Qəbz”ə əsasən müəyyən edilir ki, Səfərov X6 "Əcəmi Tikinti Quraşdırma” ATSC-nin Səhmdarıdır. Bu səbəbdən də məhkəmə bildirir ki, İddiaçı Naxçıvan "Əcəmi Tikinti Quraşdırma” ATSC-nin səhmdarı olması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçının “1997-ci ildən bu günə qədər “Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması” tələbinə münasibətdə qeyd edir ki, səhm səmhdarın mülkiyyəti olduğundan səhmdarın Səhmdar Cəmiyyətindəki səhminin üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranır. Beləliklə buradan görünür ki, səhmdar səhmini özgəninkiləşdirə bağışlaya və.s hərəkətlər edə bilər. Göründüyü kimi səhmin özgəninkiləşdirilməsi, bağışlanması və.s halları mümkün olsada yəni qanunvericiliklə səhmin satılmasına, bağışlanmasına və.s hallara yol verilsə də səhmin şəxsin özünə qaytarılması halı qanunvericilikdə mövcud deyildir və bu hal üzrə iddiaçının subyektiv hüququnun olmaması Məhkəmə tərəfindən qeyd edilməkdədir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddia ərizəsinin “Xahiş etdi" hissəsinin “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərimin özümə qaytarılması, adıma yazılıb alınan 5 aylıq əmək haqqımın alınıb verilməsi barədə qərar qəbul etmənizi sizdən xahiş edirəm” formasında olduğunu bildirib, bu hissədə dəqiqləşdirmələr aparılmasına dair fikrinin olub-olmadığını iddiaçıdan dəfələrlə soruşmuş, lakin iddiaçı iddia ərizəsində heç bir dəqiqləşmə aparmaq istəmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, səhmin şəxsin özünə qaytarılması halı qanunvericilikdə mövcud olmadığından iddiaçının “1997-ci ildən bu günə qədər “Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması” tələbi subyektiv hüququ olmaması səbəbindən rədd edilməlidir. Həmçinin məhkəmə bununla yanaşı iddiaçının digər tələbi olan “Adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbinə münasibətdə bildirir ki, məhkəmə iş materiallarında olan sübut kimi təqdim edilmiş müvafiq sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı bu tələbini təsdiq edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə çəkişmə prinsipi, tərəflərin bərabərliyi və faktlar əsasında ədalət mühakiməsini həyata keçirərək hesab edir ki, iddiaçı tərəfində irəli sürülən göstərilən bu tələb sübuta yetirilə bilmədiyindən rədd edilməlidir. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Eyni zamanda “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Belə ki, hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 100 manat təşkil edir. İddiaçı mediasiya xərclərini ödəmiş və çəkdiyi xərc həddində yəni 50 manat məbləğində dövlət rüsumundan azad olmuşdur. Qalan 50 manat məbləğində dövlət rüsumu isə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Beləliklə məhkəmə İddiaçı cavabdeh Naxçıvan "xxxx" X9 Cəmiyyətinə qarşı 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı cavabdeh Naxçıvan "xxxx" X9 Cəmiyyətinə qarşı 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-93/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-93/2023
01.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver