Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-93/2025 22.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə,cavabdeh X9 iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 10000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 120 manatın alınaraq onaödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artırması ilə müraciət etdiyindən Məhkəmə iddia tələbinə cavabdeh X5 26577,50manatın və dövlət rüsumu olaraq ödənilmiş 169,73 manatın alınaraq iddiaçıya ödənilməsi həddində baxılmasını qərara almışdır. 11 mart 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçıizahatında 2016-cı ildən cavabdehlə ortaqlığa gələrək obyekti 100 min manata dəyərləndirərək öz aralarında S.Novruzovun 50000 manatıverməli olduğunu, S.Novruzovun 50000 manat verib gəlirə şərik olacağını, bu barədə sənədlərin olduğunu, cavabdeh Sənan Novruzovun öz əlyazması ilə ordan götürdüyü pullara qol çəkib özünün hamısını qeyd etdiyini, öz əlyazması ilə doğurdan da 50000manat verəcəyini qeyd etsədə ona 50000 manat vermədiyini, 32000 manat pul şəklində verdiyini, qalan 18000 manatı obyektə xərclədiyini və onunla şərikli olaraq gəlir əldə etdiyini bildirmişdir. 11 mart 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndəizahatında obyektin gəlirinin yaxşı olduğunu, Novruzov Sənanın şərik olmağa gəldiyini, atasına gəlirinə şərik olacağını dediyini, əslində oranı qiymətləndirib 100000 manata dediklərini, əgər adına keçirtsək 200000 manata qiymətləndirəcəyik dedikdə tək gəlirinə şərik olacağını, 50000 manat verib tək gəlirinə şərik olacağını, atasını aldadıb 50000 manatı tam vermədiyini, tamamlanmamış obyektə girdiyi gündən oranı icarəyə verib hər ay pulunu götürdüyünü, eyni vaxta da atasının ona 6500 manat bir verib, 10000 manat da pozuluşandan sonra verdiyini, bir də 8500 manat da həmin obyektə şərikli qoyduqları pul olduğunu, əslində 17155 manatın yarısı olduğunu, onların 3 tələbi olduğunu, birinin 8500 manat, ikincinin 6500 manat və üçüncünün 10000 manat olduğunu bildirmişdir. 04 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçıizahatında 2016-cı ildə S.Novruzovun onunla şərikliyə gələndə yeməkxananın ikidə bir hissəsinin verilməsi üçün ailə üzvlərinə qol çəkdirərək notarial qaydada təsdiq olunduğunu, S.Novruzovun öz adına sənədləşdirmək istəmədiyi üçün qaynatasının adını yazdırdığını, qaynatasının da o zaman nə vaxtsa polisə, məhkəməyə düşsəz mən ortalıqda yoxam dediyini, onların da qəbul edərək pulu S.Novruzovunverib obyekti qaynatasının adına yazın dediyini, bu günkü gündə 100000 manatlıq obyekti 25000 manata alacağını bilmədiklərini, birinci növbədə 17155 manat daxil olmaqla 50000 manata qol çəkməsini dediyini, S.Novruzova 20000 manatı saxla lazım olanda götürəcəm dediyini, S.Novruzovunda 32000 manat xərclədiyini, 18000 manat qaldığını, 17155 manatın obyektə xərcləndiyini, bu pulların da daxil olmaqla ona 50000 manata qol çəkdirdiyini, əgər S.Novruzovun ora başqa vəsait qoymuşdursa ona 60000 manat yazdırıb 60000 manata qol çəkdirməli olduğunu, sənədin olmadığını, onun 50000 manata qol çəkdiyini bildirmişdir. 04 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh X14 izahatında iddiaçının təqdim etdiyi sənədlərdə heç bir əsaslı göstərici olmadığını, İddiaçı ondan tələb elədiyi 10000 manatın əsasının 49.653 manat tələbə əsaslandığını, onun İddiaçı 49.653 manat pul tələbi olduğunu, 59000 manatdan 10000 manatını verdiyindən 49000 manatı qaldığından ona görə 49000 manat tələbi etdiyini, ümumi borcun isə 59000 manat olduğunu, məhkəmənin də qərar verərək İddiaçı ümumilikdə 50000 manat pul alınıb X10 verilməsini müəyyən etdiyini, 05 mart 2021-ci ildən bu günədək qətnamənin icra olunmadığını, sonradan yeməkxananın ikidə birini aldığından 50000 manat verib ikidə birini adına keçirmək istədiyini, həmin obyekti İddiaçı yoldaşının adına keçirdiyini, məsliyyətdən xilas olmaq üçün gedib yoldaşından boşandığını, yoldaşı da sonradan məsuliyyətdən kənarlaşmaq üçün oğlunun adına keçirdiyini, borcun nikah dövründə yarandığını, oğlunun da “mən bu biyabırçılığı götürmürəm dədəm nə edir bilmirəm anamın üstündə olan ikidə bir hüququ obyekt mənimdi sata bilərəm getdik satışa” dediyini, 45000 manat qiymətləndirib ödəyib aldığını, iddiaçının 8000 manat pul yazdığını, iddiaçı ilə 2 il şərik işlədiklərini, 1 il obyekti onun işlətdiyini, İddiaçı illik 7500 manat pul verdiyini, 1 il isə İddiaçı işləyib ona verdiyini, 50000 manat pul verərək ildə 8 min manat pul qazanmaqistədiyini, yoxsa ona niyə pul verməli olduğunu, sonra 6 il onun 50000 manat pulunu nə qaytardığını nə heçnə etmədiyini, 6 il obyekti işlədib pulunu cibinə qoyduğunu, sonra gəlib məhkəmədə bu yerdə dayandıqlarını, iddiaçının heç bir əsası olmadığını, 6500 manatın 17000 manata gəlib çıxmasının heç bir əsası olmadığını, çünki 10000 manatı ona 60000 manat olan borcundan 10000 manatını verib 50000 manat ona borcu qaldığını, 50000 manat üzrədə yazıb məhkəməyə verdiyini, məhkəmənin də qətnamə çıxardığını, 10000 manatı almağı barədə təqdim olunan sənədin onun tərəfindən yazıldığını, həmin sənəddə başlığın olmadığını, İddiaçı dəftərində elə formada olduğunu, dediklərinin sübutu olaraq İddiaçı təqdim etdiyi siyahıda şəriyindən 50000 manatı aldım o siyahıda onun ümumilikdə İddiaçı verdiyipulların siyahısını o siyahıdakı pulları tamamlayanda 60000 manat olduğunu, 17155 manat obyektə çəkilən ümumi xərcin yarısını onun yarısını İddiaçı qoyduğunu, 50000 manatdan əlavə 9000 manat da onun obyektə pul qoyduğunu, İddiaçı isə cəmi10000 manat pul qaytardığını, 49653,45 manatın isə qaldığını, təqdim olunan siyahının içərisində hammısının öz əksini tapdığını, 50000 manata razılaşdıqlarını, 32000 manatını nağd şəkildə İddiaçı borclarına verdiyini, müxtəlif vaxtlarda 8000 manat bir nəfərə, 3000 manat bir nəfərə, 5000 manat bir nəfərə verdiyini, hammısınınhəmin sənəddə yazıldığını, obyektin genişlənməsinə, inkişafına, təmirinə, tikintiisnə 17155 manat pul xərcləndiyini, onun ikidə birini İddiaçı verəcəyi50000 manat tamamlansın deyə bunun üstünə yazıldığını, İddiaçı bəli mən şərikim Sənandan alacağım 50000 manatı aldım yazdığını, onun 9000 manat qoyduğu pulun bir payını da onun qoyduğunu, bu səbəbdən obyektə onunqoyduğu pulun 59000 manat olduğunu, bu barədə sənədləşmələrinin dəftərə yazdıqlarından başqa bir sənədin olmadığını bildirmişdir. 18 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdeh X14 izahatında 59000 manatdan heç vaxt inkar etmədiyini, 10000 manatı aldığını, ümumi borcun 59000 manat olduğunu, İddiaçı 10000 manatını verib 49000 manatın isə qaldığını, 49000 manata münasibətdə də xx.xx.2021-ci ildə qətnamə çıxdığını, qətnamə qəbul ediləndən sonra 49000 manat pulun ikidə bir hissəsini yəni yarısını qarşı tərəfin yoldaşının ona ödədiyini, yeməkxananın İddiaçı adına olduğunu, 2016-cı ildə ondan şəriyə götürdüyünü, şərikliyə girib 1 il işlədən onun olduğunu, İddiaçı 7500 manat pul vermək şərti ilə işlətdiyini, kafenin illik gəlirinin 15000 manat olduğunu, kimin işlətməsindən asılı olmayaraq hər birinə 15 min manat gəlir verdiyini, ilin 6 ayını 1500 manatdan, 6 ayını isə 1000 manat olmaqla işlətdiklərini, özünə çatacaq 7500 manatı olan borcuna verdiyini, yəni gəlir götürmədiyini, ikinci ili qarşı tərəfin işlətdiyini, qazancı ona və özünə götürdüyünü, 16000 manat məbləğində ortada pul olduğunu, qarşı tərəfin 7500 manat verdiyi pulu borcdan sildirmək istədiyini, ona görə 16000 manat və 10000 manat olmaqla pulu qaldırıb 26000 manat etdiyini, bunun da absurd bir fikir olduğunu heç bir əsası olmadığını, aldığı 10000 manatı etiraf etdiyini, 1 il kirayə işlədib 8000 manat qazanc elədiyini, 2-ci il işlədib 8000 manat qazanc elədiyini, onun qazancının borca heç bir dəxli olmadığını bildirmişdir. 18 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçı izahatında ondan pulun alınıb S.Novruzova verilməsi barədə qətnamə olduğunu, həmin qətnamədən apellyasiya şikayəti verdiyini, qətnamənin qüvvədə qaldığını, 50000 manata qol çəkdiyini, qarşı tərəfin 60000 manat dediyini, onun sübutunu göstərməsini istədiyini, tikintiyə birlikdə 17155 manat pul qoyduqlarını, tələbinin 6500 manat S.Novruzovun obyektdən götürdüyü, 10000 manatın verdiyi pul olduğunu, 8 min manat qol çəkibobyektdən götürdüyü, obyektə qoyduqları 17155 manat pulun yarısı olduğunu bildirmişdir. 14 may 2025-ci il tarixdə məhkəmə baxış iclasında İddiaçı izahatında 2016-cı ildə cavabdehlə razılığa gələrək obyekti öz aralarında 100000 manata dəyərləndirərək həmin məbləğin 50000 manatını ona verib obyektdən gələn gəlirlərə şərik olacağını, sonra cavabdehin fikrini dəyişərək təxminən 20000-21000 manat arası ona pul vərərək onun da adının obyektin kupçasına qeyd olunmağını istədiyini, ona ödəyəcəyi 50000 manatı hissəhissə ödəyib həmin vaxtı da obyektdən gəlir götürdüyünü, cavabdehin 32000 manatı öz vəsaitindən verərək qalan 17155 manatı da təmir məqsədilə obyektə şərikli qaydada çəkdiklərini, sonra cavabdehlə şərikliyi bitəndə həmin 17155 manatı bütünlüklə onun üstünə yazaraq 50000 manatın tamamlandığını bildirib və ona 50000 manat borclu olduğuna dair kağıza imza çəkdirdiyini, şəriklik pozulduqdan sonra cavabdehə başqa adamdan 10000 manat, əlavə olaraq obyekdən götürülən gəlirdən 8000 manat verdiyini, 18000 manat nağd şəkildə obyekdən götürüb verdiyini, əlavə olaraq obyektə qoyduğu əmlakın yarı hissəsini tələb etdiyini, cavabdehin 16000 manat gəlirinin ola bilməyəcəyini, qeyd olunanlara əsasən cavabdehin 6500 manat, 8000 manat obyekdən gəlir götürdüyünü, amma 10000 manatı, obyektə qoyduğumuz əmlakın yarısını təxmini 8555 manatı və 17755 manatın da yarısını tələb etdiyini, 2016-cı ildə Sənan Novruzova şərikliyə görə qazancdan 6500 manat pul verib özünə isə qazancdan 7500 manat götürdüyünü, 2017-ci ilin yanvarın 14-də ona 50000 manata imza çəkdirib şəriklikdən çıxdığını dediyini, 2016-cı ilin fevral ayında cavabdehin ilk dəfə ona 4100 manat verdiyini, şərikliyə başlayanda cavabdehin ona verəsi 50000 manatının olmadığını, notariusa getdikdəonlara 50000 manatı keçirməlisiniz ada həmin vaxt cavabdehin ona 20000 manat verdiyini, cavabdeh də 20000 manat verdiyini, başqa pulunun olmadığını dediyini, cavabdehin həmin vaxtadək ona 21000 manata qədər pul verdiyini, həmin müddətdə notariusa getdikdə qanunla 50000 manat ödənilməlidir şəxsin adına dediklərini, alqı-satqı üçün həmin 50000 manatın ödənilməsinin vacib olduğunu bildirdiklərini, Sənan Novruzovun xx.xx.2017-ci il tarixədək 32000 manatı ona verdiyini, əlavə olaraq pul şəklində obyektə qoyulmuş xərci çəkdiyini, xx.xx.2018-ci il tarixdə S.Novruzova 10000 manatı 50000 manat olan borcundan verdiyini, təqdim etdikləri sənəddə “50000 manatı aldım” yazdığını, çünki obyektə qoyulan əşyaları cavabdehin onun üstünə yazdığındanona qalacağını deyib onu aldatdığını, sənəddə yazılan “50000 manatı aldım” ifadəsindəki 50000 manatı onun aldığı fikrini əks etdirdiyini bildirmişdir. 14 may 2025-ci il tarixdə məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında obyekti 100000 manat dəyərində satışa qoyduqlarını, cavabdehin sonradan gələrək 50000 manat verib şərik olmaq istədiyini, əslində birinci gəlirinə şərik olmaq istədiyini dediyini, bir müddətdən sonra 1/2 hissəsinə şərik olmağı dediyini, cavabdehin 32000 manatı pul şəklində hissə-hissə verdiyini, 50000 manatın tamamlanması üçün obyektin təmiri üçün pul xərclədiyini, sonra cavabdehin şəriklikdən çıxmasını dediyini, gəlib atasından 50000 manat borcdan 10000 manatını alıb getdiyini, 40000 manatın qaldığını, sonra atası ilə anasının boşandıqlarını, həmin 50000 manat borcun bölünərək 25000 manat borcun atasının, digər 25000 manat borcun isə anasının payına düşdüyünü, atasının o puldan 10000 manatını verdiyini, atasının cavabdehin qazancdan götürdüyü pulu tələb etməkdə haqlı olduğunu, belə ki, cavabdehin 50000 manatı tam ödəmədən obyektin gəlirindən hissə olaraq pul götürdüyünü, amma razılığa əsasən 50000 manatı tam ödəməli olduğunu, qazancı hər ikisinin iddiaçının və cavabdehin götürdüyünü, 32000 manatı hissə-hissə almaqlarının səbəbinin atasının borcu olduğunu, sonra ona pul lazım olduğu üçün atasına cavabdehdən istəməsini dediyini, atasının istədikdə cavabdehin pulum yoxdur qoymuşam obyektə dediyini, şəriklik müddətində oobyektin təmirinə xərclənən pulun yarısını atasının tələb etdiyini, 2021-ci il tarixdə qəbul edilən qətnamədə 50000 manat borcun təsdiqləndiyini, 16000 manat borcla bağlı cavabdehin imza çəkdiyi 8000 manat və əlavə olaraq obyektin təmirinə çəkilən xərcin yarısı olaraq göstərdiklərini bildirmişdir. 22 may 2025-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdeh X14 izahatında iddia tələbini qəbul etmədiyini, İddiaçı borca düşdüyünü eşitdiyini, bəzi insanlara borcu olduğunu və adı keçən kafeyə bir şərik tapıb bununla da borclarını bağlamasını istədiyini, bu barədə danışdıqlarını olduğunu, Məhərrəmdən nə qədər borcunun olduğunu nə qədər qiymətə şərik axtarırsan deyə soruşduğunu, iyirmi beş-otuz min manat borcu olduğunu şərik axtardığını dediyini, kafeni neçəyə qiymətləndirirsən soruşduqda əvvəlcə yetmiş-səksən min manat qiyməti olar dediyini, sonra isə onun Elşad adlı qohumu olduğunu, onunla danışaraq kafenin yüz min manat məbləğində qiyməti olduğunu dediyini, kafenin qiyməti yüz min manatdırsa, əlli faizə şərik olmaq istədiyini dediyini, mülkiyyət hüququnun əlli faizinin onun olmasını istədiyini, kafedə onun da əlli faiz söz haqqıolmasını dediyini, xərcləri də birlikdə çəkək deyə bildirdiyini, bu qaydada da razılaşdıqlarını, iddiaçıya problemin iyirmi beş-otuz min manatdır, amma əlli faizə, yəni əlli min manata şərik olmaq istədiyini bildirdiyini, belə də razılaşdıqlarını, Məhərrəmin ödənişlərin başqa-başqa şəxslərə, başqa-başqa tarixlərdə lazım olduğunu bildirdiyini, bu vaxtlarda pul istəyib həmin adamlara borclarını verəcəyini dediyini, Məhərrəmlə razılaşdığını, həmin pulun iyirmi beş-otuz min manat olduğunu, yerdə qalan iyirmi-iyirmi beş min manatla isə kafedə abadlıq işləri görəcəklərini razılaşdıqlarını, kafe ərazisində balıqçılığın olduğunu, həmin balıqçılıqda vəziyyətin yaxşı olmadığını, oranın təmizlənməsinin vacib olduğunu, həmin yerdə yetişdirilməsi üçün balıq gətirilməsinin lazım olduğunu, bunların qazanc məqsədi ilə edilən işlər olduğunu, bu məqsədlə zəruri xərclər yarandığını, kafenin kirayəsindən gələn gəlirə toxunmayacağını, yəni Məhərrəmə pul lazım oldu-olmadı, beş min, üç min götürdü-götürmədi, özünün kafenin kirayəsindən pul götürməyəcəyini, həmin kafeni Məhərrəmin altı ay min beş yüz manata, altı ay isə min manata kirayəyə verdiyini, verilən kirayələrin də yarı pulunun ona aid olduğunu, o, isə payını götürməyərək yerdə qalan iyirmiiyirmi beş min manat verəcəyi tamamlansın, beləliklə kafenin yüzdə əllisinə şərik olduğunu, bu müddətdə sənədlərini düzəltməyə başladıqlarını, bələdiyyədən arayış aldıqlarını, Məhərrəmin uşaqlarından razılıq ərizələri aldıqlarını, uşaqlardan birinin də hərbi xidmətdə olduğunu, Məhərrəmin gedib ondan da ərizə alıb gətirdiyini, kafenin ikidə bir hissəsinin mülkiyyət hüququnun tamamlanması üçün hətta notariusa qədər müraciət etdiklərini, bu vaxtlarda verəcəyi əlli min manatınında tamam olduğunu, əvvəlcə iyirmi beş-otuz min manat verəcəyini, kafenin illik gəliri olan on beş min manatın yeddi min beş yüzü ona çatacağı halda götürməyəcəyini, təqribən on səkkiz-iyirmi aylıq müddətə yerdə qalan iyirmi-iyirmi beş min manat borcunuqurtaracağını, Məhərrəmin ona yerdə qalan pulu lazım olsa, oğlumu evləndirəndə səndən alaram dediyini, bununla razılaşdıqlarını, əlli min manatın tamamlandığını, kafeyə şərik kimi gedəndə orda olan kirayəçinin çıxıb getdiyini, onun yerinə kafenin şəriki kimi öz əmisini gətirdiyini, kafeni bir il Məhərrəmin, bir il isə özünün işlətdiyini, yəni bir il cavabdehin kirayəyə verdiyini, bir il də onun kirayəyə verməsi barədə razılaşdıqlarını, vaxtlı-vaxtında kafenin kirayəsinin verildiyini, balıq yetişdirilməsindən min səkkiz yüz manat və min yeddi yüz manat gəlir əldə olunduğunu, İrandan balıq yemi alıb gətirdiyini, özünün Cəhri kəndində olan dəyirmanından un, kəpək gətirib balıqlara yem olaraq verdiyini,hər şey tamam olduğunda Məhərrəmin banka yeddi-səkkiz min manat borcu olduğunu ona dediyini, bununla bağlı Babək rayonuna, Kapital banka getdiklərini, Məhərrəmin borcu olduğunun bildiyini, dövlətə olan borcun ödənilməli olduğunu, amma ondan pul istədikdə, artıq ödəniləcək əlli min manatdan başqa ona veriləsi borcu qalmadığını dediyini, maddi vəziyyəti yaxşı olacağı təqdirdə ona bir şərik kimi pul verə bilcəyini, şərik kimi onu pis vəziyyətdə qoymayacağı fikirində olduğunu, Məhərrəmin bank məni qara dəftərə saldı deyə iddia etdiyini, onun da Məhərrəmə əlli min manat pul tamam olduğunu, ilkin olaraq razılıq ərizələrinin tarixinə baxılsa görülər ki, lap əvvəldən hələ pulları ödənməmiş ərizələrin yığılaraq kafenin ikidə bir hissəsinin mülkiyyət hüququnun tamamlanması üçün addımlar atıldığını dediyini, sonda pul da tamam olub, iş görürük, iş görəcəyik, onun mülkiyyət hüququtamamlansın dediyini, səhər ölərsə onun əlli min manat pulunun qaldığını, mülkiyyət hüququnun da tamamlanmadığını dediyini, sonra notariusa getdiklərini, iki dəfə də forma bir sənədi aldığını, birinin vaxtı keçdiyini, digərində isə notariusa alğı-satqı müqaviləsi bağlamaq istədiklərini dedikdə notariusunda gəlin dediyini, notariusa getdiklərində, notariusun “prokurorluqdan zəng edilərək məsələdə mübahisə var deyildiyini, məsələnin belə də qaldığını, sonradan razılığa gələrlər deyə fikirləşdiyini, ammaverəcəyindən də artıq pulu vermədiyinə görə Məhərrəmin əsəbiləşdiyini gördüyünü, kafenin yarısını onun mülkiyyət hüququna keçirməkdən boyun qaçırdığını gördüyünü, əlli min manatdan başqa da, on min manat kafenin abadlaşmasına pul xərclədiyini, Məhərrəmdə təqribi altmış min manat pulu olduğunu, bir müddət sonra Məhərrəmin səni ortaqlıqdan çıxarıram və sənin pulunu qaytarıram dediyini, həmin vaxtı kafeni bir xanımın işlətdiyini, Məhərrəmin həmin xanımdan on min manat pul alıb ona verdiyini, əlli minə yaxın pulun qaldığını, pulunu ala bilmədiyindən məhkəməyə müraciət edib qətnamə aldığını, işə baxılarkən Məhərrəmin deyilənləri təsdiq edərək ona əlli minə yaxın borcunun olduğunu etiraf etdiyini, həmin qətnamədə izahatında Məhərrəmin ona 10000 manat ödədiyini, 49653 manat borclu olduğunu və ödəyəcəyini bildirdiyini, hazırda isə ondan pul tələb etdiyini, Məhərrəmlə danışıqlarında 50000 manat ödəyəndən sonra gəlirdən mənfət götürəcəyi barədə razılaşmanın olmadığını, əksinə Məhərrəmin ona borcunun olduğunu deyərək şərik axtardığını, borcunun iyirmi beş-otuz min manat olduğunu, müxtəlif vaxtlarda müxtəlif insanlara pul verəcəyini, ondan həmin vaxtlarda pul istəyəcəyini deyib şərikliyə razılaşdıqlarını, belə də olduğunu, şərikliyə başladıqdan sonra obyektdə zəruri xərclərin yarandığını, birlikdə pul xərcləməyə razılıqlarının olduğunu, xərcləri Məhərrəmin razılığı ilə etdiyini, gəlirdən mənfəti Məhərrəmin ona şərik olduğu üçün verdiyini, 10000 manat pulunu ona ödəyib indi isə tələb etdiyini, bununla bağlı məhkəmənin qətnaməsində Məhərrəmin izah verdiyini, 32000 manat Məhərrəmə pul verdiyini, 18000 manata yaxın abadlığa pul xərclədiyini, əlavə olaraq gələn gəlirdən ona çatacaq hissəni də götürmədiyini, bütün bu halların qətnamə ilə təsdiq olunduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 22 may 2025-ci il tarixdə məhkəmə baxışı iclasında İddiaçı Sənanın gəlib kafenin gəlirinə şərik olmaq istədiyini bildirdiyini, bir müddət keçdikdən sonra kafenin yarısını onun mülkiyyətinə keçirmək fikirində olduğunu dediyini, Sənanın ona lazım olsa pul verəcəyəm dediyini, Sənanın ona hissə-hissə pul verdiyini, əvvəl dörd min yüz manat pul verib obyektin tam gəlirinə şərik olduğunu, sonra qalan məbləğləri lazım olduqca ona verdiyini, onun da borclarını ödədiyini, “Kapital Bank”a borcunu ödəmə vaxtında isə Sənanın ona pul vermədiyini, vaxtında ona nə vaxt pul lazım olduqda verəcəyini dediyini, pulu vermədiyindən “Kapital Bank”ın qara siyahısına düşüdüyünü, bununla da Sənanla aralarında anlaşılmazlığın yarandığını, kafeyə şərikli olduqları müddətdə onun kafenin həm bağbanı, həm də gözətçisi olduğunu, işlətmə növbəsi Sənanda olduğu vaxtda kafenin həyətini və bitkiləri suladığını, Sənanın əmisinin kafeni işlətdiyi vaxtı narazılıq yarandığını, Sənana on min manat verdiyini, qalan 49653 manata dair qərar verildiyini, Sənanın ona əlli manat verdiyi halda əlavə olaraq 49653 manatın da alınmasına dair qərar verildiyini, eyni zamanda Sənanla şərikli abadlığa pul qoyduqlarını lakin qoyduğu pulu sonradan ondan istədiyini, həmçinin onunla razılaşdığı 50000 manatı tam vermədiyi halda kafenin gəlirinə şərik olduğunu, sonradan həmin kafeni ucuz qiymətə onun ailə üzvülərini aldadaraq aldığını, qətnamə qəbul olunarkən araşdırmanın tam olaraq müəyyən edilmədən yazıldığını bildirərək iddia tələbinin təmin olunmasını xahiş etdi. 22 may 2025-ci il tarixdə məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında cavabdehin 50000 manat verməli olduğu halda 32000 manatı pul hissə-hissə verib gəlirə şərik durduğunu, 50000 manatın tamamlanması üçün obyektin təmiri üçün pul xərcləyib 50000 manata yazdığını, borcdan 10000 manatını aldığı halda 49653 manatı tələb etdiyini, atasının cavabdehin qazancdan götürdüyü pulu tələb etməkdə haqlı olduğunu, cavabdehin 50000 manatı tam ödəmədən obyektin gəlirindən hissə olaraq pul götürdüyünü, amma razılığa əsasən 50000 manatı tam ödəməli olduğunu, şəriklik müddətində obyektin təmirinə xərclənən pulun yarısını atasının tələb etdiyini, həmçinin gəlirdən götürdüyü pulu tələb etdiyini, 2021-ci il tarixdə qəbul edilən qətnamədə 50000 manat borcun təsdiqləndiyini, 16000 manat borcla bağlı cavabdehin imza çəkdiyi 8000 manat və əlavə olaraq obyektin təmirinə çəkilən xərcin yarısı olaraq göstərdiklərini, qətnamə qəbul olunarkən məbləğlərin tam olaraq araşdırılmadan yazıldığını bildirməklə iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənəddən görünür ki, 28 sentyabr 2018-ci il tarixdə Məhərrəmdən 10000 manat aldım yazılmaqla imza çəkilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənəddən görünür ki, S.Novruzov ortaqlıqdan 2017-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2018-ci ilin yanvar ayı üzrə cəmi 8000 manat gəlr götürüb. İş materiallarında olan 09 mart 2016-cı il tarixli Nümayəndə tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Nümayəndə atası İddiaçı mülkiyyətində olan Naxçıvan MR ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinin istədiyi qiymətə, istədiyi şərtlər altında satılmasına, ona aid bütün hüquqlara xitam verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənəddən görünür ki, iddiaçı kafeyə görə S.Novruzovdan 2016-cı ildə aldığı pulları qeyd etməklə cəmi 38500 manat olduğunu qeyd etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənəddən görünür ki, S.Novruzov İddiaçı qarşı 49653,45 manat tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan 03 may 2016-cı il tarixli X6 tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X2 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan atası İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının X12 yarı hissəsinin satılmasına etirazı yoxdur. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli X7 tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X3 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan atası İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının və yarı hissəsinin X1 etirazı yoxdur. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli X11 tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, X4 qeydiyyatda olduğu ünvan 1ində icarədə olan həyat yoldaşı İddiaçı adına olan 0.1006 ha torpaq sahəsində yerləşən, 6 girişli, ümumi sahəsi 100.25 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının və yarı hissəsinin X1 etirazı yoxdur. Cavabdeh S.Novruzov 15 aprel 2025-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini, 2016-cı ildə iddiaçı ilə şəriklik qaydasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün razılığa gəlib 50000 manat ödədiyini, obyektə təmir üçün 10000 manatdan artıq xərc çəkildiyini, sonra anlaşılmazlıq səbəbindən şərikliyin pozulduğunu, çəkdiyi xərcin qaytarılması üçün məhkəməyə müraciət etdiyini, məhkəmənin qətnaməsinə əsasən ümumilikdə 59658,45 manat borcdan 10000 manatın ödənilməsi nəzərə alınaraq 49653,45 manatın alınmasının təyin olunduğunu, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 saylı qətnaməsinin sübut qismində qiymətləndirilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh S.Novruzov 18 aprel 2025-ci ildə iddiaçının iddia tələbinin artırılmasına dair yazdığı etirazında iddiaçının ona gəlirdən ödənilən 8000 manatı ona dəymiş ziyan hesab etməsini qəbul etmədiyini, iddiaçının ümumi olaraq şəriklikdən ona çatan 15000 manat qazancı iddia etməklə əldə etmək istədiyini, həmçinin restoranın abadlığına xərclənən 17155,50 manat vəsaitin 8577,50 manatının onun vəsaiti olmasını qeyd etməsinin əsassız olduğunu, bunu sübut edəcək qətnamə təqdim etdiyini, həmçinin iddiaçının məsuliyyətdən boyun qaçırmaq üçün xərc çəkdiyi obyekti həyat yoldaşının adına rəsmiləşdirdiyini, ondan tələb olunan məbləğin hüquqi əsasının olmadığını, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 29 aprel 2025-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin vəsatətində göstərdiklərini təkzib etdiyini və iddiasını müdafiə etdiyini, cavabdehlə 2016-cı ildə şəriklik münasibətlərinin olduğunu, cavabdehin 32000 manat pulu nağdı şəkildə ona ödədiyini, cavabdehin vəsatətdə 10000 manat xərc çəkdiyini qeyd etsədə xərcin 17155 manat ortaq şəkildə olduğunu, hazırda obyektin oğlu tərəfindən cavabdehə satılmasını və onun da xərcin yarısı olan 8577 manatı tələb etdiyini, əlavə olaraq xx.xx.2018-ci ildə onun 18000 manatı S.Novruzova verməsini təsdiq edən sənədin mövcud olduğu halda cavabdehə borclu olduğu məbləğdən çıxılmadığını, belə olan təqdirdə həmin məbləğin ona olan borc məbləği kimin cavabdehdən ona alınmalı olduğunu, şəriklik müddətində çəkilmiş xərc 8577,50 manatın, restoranın fəaliyyətindən S.Novruzova verdiy 8000 manat, şəriklikdən çıxmaq istədiyi zaman S.Novruzova verdiyi 18000 manat təqdim etdiyi sənədlərlə sübut edilməkdə olduğunu, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 saylı qətnaməsi ilə hüquqi baxımdan nəticələnən, lakin hələ də istər maddi, istərsədə mənəvi şəkildə ona zərər vurmağa davam edən, ailə həyatının dağılmasına səbəb olmuş bu mübahisənin artıq yekunlaşmasını istədiyini, iddia ərizəsi əsasında tələb etdiyi pul məbləğinin cavabdeh tərəfindən ona olan ümumi borcundan çıxılmalı olduğunu, əks halda iddia tələbində qeyd etdiyi 26577,50 manatın cavabdeh tərəfindən ona ödənilməli olduğunu bəyan etdiyini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan sənəddən görünür ki, İddiaçıla S.Novruz arasında şəriklik müddətində tərtib olunmaqla çəkilən xərclər və İddiaçı verilən pullar barədə qeydlər aparılmışdır. xx.xx.1017-ci il tarixdə şərikim Sənandan 50000 manat aldım qeyd olunan və imza çəkilən yazı olduğu qeyd olunub. Cavabdeh S.Novruzov 29 aprel 2025-ci ildə iddiaçının vəsatətinə yazdığı etirazında iddiaçının tələbinin əsasız olduğunu, iddiaçının obyektə çəkilən xərcin 17155,50 manatın ortaq xərcləndiyini yarsının ona çatmalı olduğu fikiri ilə razılaşmadığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 saylı qətnaməsində obyekti öz vəsaiti hesabına abadlaşdırılmasının bildirildiyini, bu səbəbdən ondan bu hisədə tələbin əsasız olduğunu, əlavə olaraq ona ödənilən 8000 manat kirayədən gələn gəlirin şəriklikdən yaran öhdəlik olduğunu, ona ödənilən 10000 manat pula münasibətdə isə məhkəmənin qətnaməsində İddiaçı “iddiayaçıya 10000 manat verdiyini, qalan 49653 manatı isə pandemiya dönəmi olduğundan verə bilmədiyini, qalan 49653 manatı da verəcəyini” bildirdiyinin yer aldığını, İddiaçı özünün borcdan əlavə 10000 manatı ödədiyini təsdiq etdiyini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə tərəflərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin verdiyi izahatlardan və təqdim olunan sənədlərdən məlum olur ki, 2016-cı ildə iddiaçı ilə cavabdeh arasında kafenin şərilkli işlətmələri barədə razılıq olmuş və cavabdeh tərəfindən 50000 manat ödənilməklə şəriklik hüququ əldə etməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, tərəflər arasında rəsmi müqavilə bağlanmasda bu hal mübahisəsiz olaraq tərəflərin izahatı ilə təsdiq olunur. Məhkəmə həmçinin iddiaçının izahatında qeyd etdiyi şəriklik üçün 50000 manat ödənilmədən cavabdehin gəlirə şərik olmaqla qazanc götürməsinə dair fikirinə əsasən qeyd edir ki, istər iddiaçı tərəfin istərsədə cavabdehin izahatlarında bu hal təsdiqini tapmamışdır, əksinə tərəflərin izhatından iddiaçının 25000-30000 manat borcunun olduğunu, cavabdehdən hissəhissə müxtəlif vaxtlarda borculu olduğu şəxslərə müəyyən qədər pulu qaytarmaq üçün istəyəcəyi barədə razılaşdıqları təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, şəriklik razılaşması əsasında kafenin abadlaşdırılması üçün pul xərclənmiş və şərikliyə uyğun olaraq çəkilən xərcdə iki yerə bölünmüşdür. Bu hal hər iki tərəfin izahatları və təqdim olunan sübutlarla təsdiqini tapır. Bundan başqa hər iki tərəfin izahatından məlum olur ki, 2016-cı il tarixdə şəriklik barədə razılıq əldə olunduqdan sonra iki il kafe icarəyə verilməklə qazanc əldə olunmaqla iddiaçı və cavabdeh arasında mübahisəsiz bölünmüşdür. Məhkəmə iddiaçının cavabdehə 10000 manat ödəməsini lakin qətnamə əsasında ondan pulun tutulması qərara alınanda nəzərə alınmaması barədə tələbinə əsasən bildirirki, cavabdeh tərəfdən məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-2(123)-6/2021 saylı qətnaməsinin mətnindən görünür ki, İddiaçı izahatında Sənan Novruzova 10000 manat ödədiyini, 49653 manat da ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının tələbində qazancdan 8000 manat S.Novruzova verdiyini, 17155 manat abadlığa çəkilmiş xərcdən ona çatası 8577.50 manat tələbinə münasibətdə qeyd edir ki, sözü gedən qətnamədə İddiaçı vəkilinin sualına cavabda S.Novruzovun ilkin olaraq 21000- 25000 manatı iki ay ərzində ödədiyini, ilin tamamında isə 32000 manat ödədiyini, 32250 manat aldıqdan sonra S.Novruzovun 1753 manat balıqçılıqdan gələn gəlirin də özünə düşən hissəsinidə ona verdiyini, S.Novruzovun 6250 manat yeməkxananın qazancından özünə düşən hissəsini də ona verdiyini, S.Novruzovun 17155 manat dəyərində abadlıq işlərinə pul xərclədiyini bildirmişdir. Həmçinin həmin qətnamədə İddiaçı işə sədrlik edən hakimin sualına cavabında ona verilən pulun bir qismi ilə borclarını vermək istədiyini, bir qisminin 20000 manatın isə S.Novruzovda qalmasını, həmin pulla oğlunu evləndirmək istədiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh İddiaçı ailə üzvləri tərəfindən yazılmış, imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizələrdən məlum olur ki, həqiqətən də, cavabdeh İddiaçı mülkiyyətində olan yeməkxananın ½ hissəsini özgəninkiləşdirmək niyyətində olub. Bu da onu göstərir ki, tərəflər arasında mübahisəsiz razılıqlar olub və bunun qarşılığında müəyyən miqdarda pul məbləği ödənilməklə sahibkarlıq münasibəti yaranmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, tərəflərin məhkəmə araşdırılması zamanı izahatlarından aydın olur ki, iddiaçının iddia etdiyi pul məbləğlərini cavabdehdən almışdır. Belə ki, 2016-cı ildə şərikliyin yaranması, iddiaçının cavabdehin onunla şərik olmasına səbəbin iddiaçının borcunun yaranmasının, cavabdehin şərik olmasına iddiaçının etiraz etmədiyi, cavabdehin ilkin olaraq 25000-30000 manat pulu ödədiyi, nəhayət isə 32000 manat pul ödədiyi, sonra cavabdehin 1753 manat balıqçılıqdan gələn gəliri özünə düşən hissəsini iddiaçıya verdiyi, cavbdehin kirayə haqqından özünə düşən hissəni də iddiaçıya verdiyi, cavabdehin 17155 manat məbləğində təmir-abadlıq işləri apardığı verilmiş izahatlarla öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, istər hazır ki, iş üzrə araşdırma zamanı istərsədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2- 2(123)-6/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş sübutlarla iddiaçının tələbinin əsaslı olması öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edərək bildirir ki, tərəflərin izahatlarından 2018-ci ildən şəriklik münasibətinə son qoyulsada tərəflər arasında şəriklik müddətində fəaliyyətlə əlaqədar mübahisə olmaması, 2020-ci ildə pul tələbi barədə məhkəmə mübahisəsinin olması, 2021-ci ildə qətnamə qəbul olunması və 2025-ci ildə yenidən pul tələbi barədə mübahisə açılması məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2-2(123)-6/2021 saylı qətnaməsi ilə İddiaçıla Sənan Novruzovun 2016-c ildə yeməkxananı 50000 manat qarşılığında şərikli işlətmələri, abadlıq məqsədi ilə pulun xərclənməsi, gələn gəlirin S.Novruzov tərəfindən İddiaçı verilməsi, S.Novruzovun İddiaçı 50000 manat verməsi, ümumilikdə İddiaçı S.Novruzova 60000 manata yaxın borcunun olması faktları öz təsdiqini tapır. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcud deyil. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh X10 qarşı “pul” tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd ediləcəyi təqdirdə, iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ona aid hesab edilməlidir. Beləliklə məhkəmə işin araşdırılan hallarına hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməli, İddiaçı cavabdeh X10 qarşı 26577.50 manat pul tələbi əsasız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-93/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-93/2025
22.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver