Məhkəmə qərarları › İş №e-2-2(123)-94/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-94/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-94/2024 21.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və nümayəndəsi Nümayəndə 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 31 mart 2022-ci il tarixli, 3103/01/SİF saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 15 000 (on beş min) manat əsas borc, 374.97 (üç yüz yetmiş dörd manat 97 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15374.97 (on beş min üç yüz yetmiş dörd manat 97 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 79000 (yetmiş doqquz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********03-10301 reyestr nömrəli ünvan 1 ünvanında 0.0689 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən 12 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə "xxxx" ASC-nin X1 Yığıncağının qərarına əsasən Bankın yenidən təşkil qaydasında Bank olmayan kredit təşkilatına çevrilməsinə dair müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankından razılıq verildiyini, xx.xx.2024-cü il tarixdə Bankın lisenziyası ləğv olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını, Bankın hüquqları, tələbləri, təminatları, üstünlükləri və vəzifələrinin "xxxx" MMC-yə ötürüldüyünü qeyd edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd olunanlara əsasən "xxxx" ASC-nin hüquq varisi kimi "xxxx" MMC-nin işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 21 avqust 2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən 12 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizənin təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" MMC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. 08 avqust 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron qaydada məhkəməyə “İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizə ünvanlanaraq, həmin ərizədə tərəflər arasında məhkəmədən kənar razılıq əldə olunduğu üçün, "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının məqsədəuyğun hesab edildiyi qeyd edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən işin geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş ərizədə “İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” məhkəmədən xahiş edilsə də, iş üzrə məhkəmənin xx.xx.2024cü il tarixli, e-2-2(123)-94/2024 saylı qərardadı ilə iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxşına təyin edildiyindən, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən isə iddia ərizəsinin geri qaytarılmasına hazırlıq mərhələsində yol verildiyindən, hazırkı vəziyyətdə isə iddiaçının nümayəndəsi tərəfindən “İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə” ərizə iş üzrə məhkəmə baxışı mərhələsində təqdim edildiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini əsas götürərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının deyil, iddia ərizəsinin baxılmamış saxlanılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bununla da məhkəmə iş üzrə cavabdeh tərəfin məhkəmə iclasına gəlməməsini, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə qeyd olunan ərizəsini nəzərə almaqla hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı iddia ərizəsinin baxılmamış saxlanılması zamanı qanunvericiliklə müəyyən edilmiş məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələlərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində ödənilir. Hazırkı iş üzrə iddianın qiymətinin 15374.97 (on beş min üç yüz yetmiş dörd manat 97 qəpik) manat məbləğində olduğunu nəzərə aldıqda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun məbləğinin 136,12 (bir yüz otuz altı manat 12 qəpik) manat məbləğində olduğu məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan X2 sonra X4 Bilməməsi barədə 01 dekabr 2023-cü il tarixli N-1754 nömrəli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş İMS-də hər iki tərəf iştirak etmiş, lakin 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, iddiaçı tərəf 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəməklə dövlət büdcəsinə ödənilməli olan 136,12 (bir yüz otuz altı manat 12 qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edildiyindən, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması zamanı dövlət rüsumunun qaytarılması məsələsinə toxunmur. Bundan əlavə məhkəmənin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə təyin edilən Məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində 01 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 mart 2024-cü il tarixli, 144 nömrəli ekspert rəyi ilə birgə məhkəməyə daxil olmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilməsi, iddiaçının vəsatəti əsasında xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən təyin edilən Təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində 08 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 iyul 2024-cü il tarixli, 599 nömrəli ekspert rəyi ilə birgə məhkəməyə daxil olmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi qənaətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 267, 268-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən 08 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış “İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizə təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmənin təşəbbüsü ilə təyin edilən Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh2 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilsin. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilən Təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar