Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-95/2024 17.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və nümayəndəsi X7 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 11 avqust 2021-ci il tarixli,1108/01/SİF saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 11 931.75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat əsas borc, 207.83 (iki yüz yeddi manat 83 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12 139.58 (on iki min bir yüz otuz doqquz manat 58 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 600 (iyirmi iki min altı yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********57-10301 reyestr nömrəli ünvan 1i ünvanında 0.1553 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 5% dərəcəsi ilə 15 000 (on beş min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********57-10301 reyestr nömrəli ünvan 1i ünvanında 0.1553 ha torpaq sahəsində fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Babək rayon dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 227 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-Cavabdeh1 və ipoteka qoyan- Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X3 iştirak etmədiyini, kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka borcalan- Cavabdeh1 və ipoteka qoyan- Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh1 11 avqust 2021-ci il tarixli,1108/01/SİF saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 11 931.75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat əsas borc, 207.83 (iki yüz yeddi manat 83 qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 12 139.58 (on iki min bir yüz otuz doqquz manat 58 qəpik) manat kredit borcu öhdəliyi olduğunu qeyd etməklə əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci və 449.4-cü maddələrinə İpoteka haqqında Qanunun 34-cü və 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin 12 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, 22 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 01 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 02 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, 16 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 16 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 may 2024-cü il tarixli, 04/375 nömrəli məktubu məhkəməyə daxil olmuş, məhkəmənin 16 may 2024-cü il tarixli, e-2-2(123)-95/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, 27 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 25 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 699 nömrəli ekspert rəyi məhkəməyə daxil olduğundan məhkəmənin 26 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi qismində Kreditlərin hüquqi təqibi Departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(123)-95/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Cavabdeh1 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Krediti heyvandarlıqla bağlı götürdüyünü, əvvəl iyirmi beş min götürməyini planlaşdırdığını, səksən üç dənə ya səksən neçə dənə yanı balalı heyvan alacağını, “Bunlar mənimdi” deyə beh kimi pul da verdiyini, on beş min verdiklərini, azaldıb əlli dənəsini aldığını, yanında balasının da olduğunu, satıb dövriyyə etdirdiyini, sonra 2022-ci ildə heyvanlarına canavar girdiyini, həmin il iyirmi nəfər kredit götürübsə onların hamısının təbii ki, qazana bilməyəcəyini, nəticədə 4 dənə heyvanı qaldığını, Naxçıvanbankdan da özlərinin gəldiklərini, onlara “Belə bir hadisə baş veribdir” dediyini, cəmi 4 dənə heyvanının qaldığını, onların da yazdıqlarını, bir neçə dəfə də gəlib heyvandarlıqla bağlı baxdıqlarını, təsadüfən çöldə olanda, heyvanlarının yanında olanda zəng vurub “Hardasan?! Dediklərini, “Bağdayam” dediyini, onda gecikməsinin olmadığını, özlərinin gəlib bir neçə dəfə baxdıqlarını, canavar girəndən sonra belə bir vəziyyət yarandığını, o gün də məhkəməyə çağırılandan sonra hardasa yanvarın 28-i Naxçıvanbankdan ona zəng elədiklərini, “Səni gecikmənlə bağlı vermişik məhkəməyə” dediklərini, “Bəli, məktub gəldi” dediyini, Naxçıvanbankdan “Ayda nə qədər ödəyə bilərsən?” dediklərini, “Gəl birbirimizİ aldatmayaq, mən bu aralar ödəyə bilmirəm, gözləyə bilirsinizsə avqust ayını gözləyin, mənim sezonum o vaxt başlayır, işim o vaxt başlayır. Avqust ayını gözləyin, mən əlli faizini ödəyim, mən məhkəmədə də deyəcəm ki, mənim üç yüz manata gücüm çatır. Mənim on iki min borcum var, tutaq ki hamı razılaşdı, Naxçıvanbank da razılaşdı, bu çəkəcək qırx ay. Qırx ay gözlədiyinə mən iki ilə sezona verim. Əlli faizini bu avqustda ödəyim” dediyini, bağını satışa qoyduğunu, əlli minlik bağ olduğunu bildirmişdir. 17 sentyabr 2024-cü il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: X3 İştirak edilməməsi barədə 28 noyabr 2023-cü il tarixli, N-1761/2023 nömrəli arayışdan görünür ki, 28 noyabr 2023-cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X7 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh1 isə iştirak etməmişdir. 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X8 şəxsində, bir tərəfdən Naxçıvan MR X1 İdarə Heyətinin sədri v.m.i. X9 tərəfindən və irəlidə borcalan adlandırılacaq Cavabdeh1 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 15 000 (on beş min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, kredit borcalana Heyvandarlıq təsərrüfatının (55 baş xırdabuynuzlunun alınması) yaradılması yönümlü məqsədilə verilir. 1.4-cü bəndindən görünür ki, kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 1.5 və 1.5.1-ci bəndlərindən görünür ki, borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatıdır. 2.1-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə Borcalan illik 5% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. 3.3.3-cü borcalan bəndindən görünür ki, borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. 3.3.7-ci bəndindən görünür ki, kreditin bütün məbləğinin, əsas borcun, cərimələrin, borcların yığılması ilə əlaqədar çəkilən digər xərclər (məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilir. 5.1-ci bəndindən görünür ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan "xxxx" ASC adından müdir X8, digər tərəfdən ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 1108/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.2-ci bəndindən görünür ki, ipoteka qoyulan əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən ipoteka qoyana məxsusdur: -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021 tarixdə Cavabdeh2 verilmiş **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.1553 ha torpaq sahəsi, 118.73 kv.m, 3 otaq. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 22600 manat 00 qəpik (iyirmi iki min altı yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 4-cü bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 04 dekabr 2023-cü il tarixli, 1516 nömrəli arayışdan görünür ki, Cavabdeh1 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı kredit müqaviləsi üzrə illik 5% dərəcəsi ilə 36 ay müddətinə verilmiş 15 000 (on beş min) manat məbləğində kredit üzrə 04 dekabr 2023-cü il tarixə olan əsas borcu 11 931.75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat, faiz borcu 207.83 (iki yüz yeddi manat 83 qəpik) manat olmaqla, ümumilikdə borcu 12 139.58 (on iki min bir yüz otuz doqquz manat 58 qəpik) manat təşkil edir. 16 avqust 2021-ci il tarixli, 406 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən 9810.00 (doqquz min səkkiz yüz on manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh1 AZ69NAXB**********1248004AZN saylı hesabına köçürülmüşdür. 03 sentyabr 2021-ci il tarixli, 718 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən 4905.00 (dörd min doqquz yüz beş manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh1 AZ69NAXB**********1248004AZN saylı hesabına köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 4079 nömrəli Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118.73 kv.m, yaşayış sahəsi 50.01 kv.m, yardımçı sahəsi 68.72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23/12 nömrəli reyestr kitabının 2157 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 3ində 0.1553 ha torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan **********57-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məslələri üzrə Dövlət Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 3ində, 0.1553 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118.73 kv.m olan **********57-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəməmühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 may 2024-cü il tarixli, 04/375 nömrəli məktubundan görünür ki, 01 may 2024-cü il tarixli, e-2-2(123)-95/2024 nömrəli məktubla əlaqədar, qərardadda qeyd olunan ünvan 3ində Cavabdeh2 mülkiyyətində olan 0.1553 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 118.73 kv.m olan **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndis qiymətləndiriciyə şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. 19 iyul 2024-cü il tarixli, 699 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, bir tərəfdən "xxxx" ASC və Naxçıvan MR X2maqla digər tərəfdən borc alan Cavabdeh1 arasında 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana Heyvandarlıq təsərrüfatının (55 baş xırdabuynuzlunun alınması) yaradılması məqsədilə illik 5% dərəcəsilə 36 ay müddətinə 15 000 (on beş min) manat məbləğində kredit verilmiş, kreditin borcalanın hesabına köçürülməsi iş materiallarında olan 16 avqust 2021-ci il tarixli, 406 nömrəli və 03 sentyabr 2021-ci il tarixli, 718 nömrəli Xəzinə məxaric orderləri ilə təsdiq edilmişdir. Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə hər ay müəyyən edilmiş məbləğdə krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məslələri üzrə Dövlət Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Naxçıvan MR, ünvan 3ində, 0.1553 ha torpaq sahəsində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan **********57-10301 reyestr nömrəli fərdi yaşayış evi 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı İpoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edilərək ipoteka müqaviləsi Babək rayon dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, nəticədə bank tərəfindən adına kredit reyestrində xx.xx.2023-cü il tarixə 227 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh1 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 11 avqust 2021-ci il tarixli,1108/01/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixə 11 931.75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat əsas borc, 207.83 (iki yüz yeddi manat 83 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12 139.58 (on iki min bir yüz otuz doqquz manat 58 qəpik) manat məbləğində borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 04 dekabr 2023-cü il tarixli, 1516 nömrəli maliyyə arayışı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 01 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 avqust 2021-ci il tarixli, 1108/01 /SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 11819,72 (on bir min səkkiz yüz on doqquz manat yetmiş iki qəpik) manat, faiz borcu 273,08 (iki yüz yetmiş üç manat səkkiz qəpik) manat olmaqla, ümumilikdə 12092.80 (on iki min doxsan iki manat səksən qəpik) manat təşkil edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 tərəfindən 27 may 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “Təkrar ekspertizanın təyin edilməsi barədə” ərizə ünvanlanaraq, Cavabdeh1 qalıq borcunun dəqiqləşdirilməsi və ekspert qarşısında qoyulmuş suallara ətraflı şəkildə rəy verilməsi üçün e-2-2(123)-95/2024 saylı iş üzrə təkrar ekspertiza təyin edilməsi xahiş edilmişdir. Nəticədə, məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 11946,32 (on bir min doqquz yüz qırx altı manat, otuz iki qəpik) manat, faiz borcu 131,08 (bir yüz otuz bir manat, səkkiz qəpik) manat olmaqla, ümumilikdə 12077,39 (on iki min yetmiş yeddi manat otuz doqquz qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə, iş üzrə məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli və 19 iyul 2024cü il tarixli, 699 №-li ekspert rəyləri qarşılıqlı şəkildə əlaqələndirildikdə, əsas və faiz borcu olmaqla ümumilikdə yaranmış borc məbləğlərində fərqliliklər müəyyən edilmişdir. Belə ki, 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyinin nəticəsində müəyyən edilmiş: 11819,72 manat məbləğində əsas borc, iddia tələbi üzrə əsas borca münasibətdə 112.03 manat, 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyi ilə müəyyən edilmiş əsas borca münasibətdə isə 126,6 manat az olduğu müəyən edilməsinə baxmayaraq 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahından iddiaçının tələbinə etirazı olmaması istiqamətində izah verməsi müəyyən edildiyindən, məhkəmə sözügedən ekspert rəyi üzrə müəyyən edilmiş əsas borc məbləği ilə razılaşmadığını qeyd edir. Həmçinin, 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyində faiz borcu 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyi üzrə heablanmış faiz məbləğinə münasibətdə isə 142 manat, iddiaçının tələb etdiyi faiz məbləğinə münasibətdə isə 65,25 manat artıq hesablanmaqla iddia tələbindən kənara çıxdığından məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyi ilə razılaşmadığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Təkrar məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində məhkəməyə daxil olmuş 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyinə münasibətdə isə bildirir ki, ekspert rəyi üzrə müəyyən edilmiş 11946,32 (on bir min doqquz yüz qırx altı manat 32 qəpik) manat məbləğində əsas borc iddia tələbindən kənar həddə müəyyən edildiyindən həmin hissədə qəbul edilməməli və iddiaçının tələb etdiyi 11931.75 manat əsas borc (maliyyə arayışı əsasında) təmin edilməli, 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyi üzrə müəyyən edilmiş 131,08 (bir yüz otuz bir manat 08 qəpik) manat məbləğində faiz borcu isə iş materiallarında olan hesabdan çıxarışlara əsaslanmaqla həqiqəti əks etdirdiyindən həmin hissədə mötəbər hesab edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, 19 iyul 2024-cü il tarixli, 699 №-li ekspert rəyi faiz borcuna münasibətdə mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 11931,75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat, faiz borcuna münasibətdə 131.08 (bir yüz otuz bir manat 08 qəpik) manat olmaqla, ümumilikdə, 12062,83 (on iki min altmış iki manat 83 qəpik) manat məbləğində təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 11 avqust 2021-ci il tarixli, 1108/01/SİF saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin “Tutmanın ilkin satış qiyməti 22 600 (iyirmi iki min altı yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********57-10301 reyestr nömrəli ünvan 1i ünvanında 0.1553 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyərinin müəyyənləşdirilməsi məqsədilə ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 16 may 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 may 2024-cü il tarixli, 04/375 nömrəli məktubu məhkəməyə daxil olmuşdur. Qeyd olunan məktubdan aydın olur ki, ünvan 3ində Cavabdeh2 mülkiyyətində olan 0.1553 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118.73 kv.m olan **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndis qiymətləndiriciyə şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından ipoteka müqaviləsində qeyd olunan tutmanın ilkin satış qiyməti 22600 manat 00 qəpik (iyirmi iki min altı yüz manat sıfır qəpik) manat məbləğində əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 99,37% əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 12 139.58 (on iki min bir yüz otuz doqquz manat 58 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, X3 İştirak edilməməsi barədə 28 noyabr 2023-cü il tarixli, N-1761/2023 nömrəli arayışdan məlum olur ki, 28 noyabr 2023-cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X7 iştirak edərək iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən X3 iştirak etmədiyindən və X5 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 99,37% hissəsinə mütənasib olaraq 125,62 (bir yüz iyirmi beş manat 62 qəpik) manat məbləği Cavabdeh1 tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan hissədə iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Bundan əlavə məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticəsində, 01 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024cü il tarixli, 145 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilməlidir. O cümlədən, məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəməmühasibat ekspertizasının nəticəsində, 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 699 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manata münasibət bildirərkən iş materiallarında olan qəbzlərdəki ödəmələrdə 15 manat və 36 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manatın deyil, 15+36=51 (əlli bir) manatın təmin edilməsi qənaətində olaraq hesab edir ki, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 51 (əlli bir) manat məbləğində xidmət haqqı Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Nəticədə, iddia tələbi 99,37% əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 11931,75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat, faiz borcu üzrə 131.08 (bir yüz otuz bir manat 08 qəpik) manat olmaqla ümumilikdə 12062,83 manat alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 99,37% hissəsinə mütənasib olaraq 125,62 (bir yüz iyirmi beş manat 62 qəpik) manat məbləği Cavabdeh1 tutularaq dövlət gəlirlərinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 699 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, Cavabdeh1 İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilməli, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 22600 manat 00 qəpik (iyirmi iki min altı yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 11931,75 (on bir min doqquz yüz otuz bir manat 75 qəpik) manat, faiz borcu üzrə 131.08 (bir yüz otuz bir manat 08 qəpik) manat olmaqla ümumilikdə 12062,83 (on iki min altmış iki manat 83 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 99,37% hissəsinə mütənasib olaraq 125,62 (bir yüz iyirmi beş manat 62 qəpik) manat məbləği tutularaq dövlət gəlirlərinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli, 145 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 699 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 99,37% hissəsinə mütənasib olaraq 59,62 (əlli doqquz manat 62 qəpik) manat məbləği Cavabdeh1, qalan 0,38 (otuz səkkiz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Cavabdeh1 “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilsin. Yuxarıda cavabdehdən alınaraq ödənilməsi qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 3i ünvanında 0.1553 ha torpaq sahəsində yerləşən **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid satış qiyməti 22600 manat 00 qəpik (iyirmi iki min altı yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-95/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-95/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver