Məhkəmə qərarları › İş №e-2-2(123)-96/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-96/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-96/2024 28.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və nümayəndəsi X5 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 3 723.43 (üç min yeddi yüz iyirmi üç manat 43 qəpik) manat əsas borc, 14.76 (on dörd manat 76 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3738.19 (üç min yeddi yüz otuz səkkiz manat 19 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 18400 (on səkkiz min dörd yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********63- 10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon Şəhriyar kəndində yerləşən 0.1183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində biznes kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********63-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Şəhriyar kəndində 0.1183 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 23 avqust 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Şərur rayon 1 saylı dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 160 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan Cavabdeh ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, Borcalanın ilkin X1 etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan-borcalan Cavabdeh “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 3 723.43 (üç min yeddi yüz iyirmi üç manat 43 qəpik) manat əsas borc, 14.76 (on dörd manat 76 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3738.19 (üç min yeddi yüz otuz səkkiz manat 19 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2-2(123)-96/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 07 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlanmış, həmin ərizədə hal-hazırda tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbinin azaldılması zərurətinin olduğu bildirilərək Cavabdeh 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixə 3 723.43 (üç min yeddi yüz iyirmi üç manat qırx üç qəpik) manat əsas borc, 14.76 (on dörd manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3738.19 (üç min yeddi yüz otuz səkkiz manat on doqquz qəpik) manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 07 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd olunan həcmdə baxılması qərara alınmışdır. 28 avqust 2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 15 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 241 №-li ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 15 aprel 2024-cü il tarixli, e-2-2(123)-96/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 24 aprel 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən “Təkrar ekspertizanın təyin edilməsi barədə” ərizə ünvanlandığından məhkəmənin 25 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 02 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 572 №-li ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 02 iyul 2024-cü il tarixli, e-2- 2(123)-96/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: İlkin X1 edilməməsi barədə xx.xx.2023-cü il tarixli, N-1767/2023 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən İMS-də iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh isə iştirak etməmişdir. 04 dekabr 2023-cü il tarixli, 1515 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 11 000 (on bir min) manat kredit məbləği üzrə “04” dekabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 3 723.43 (üç min yeddi yüz iyirmi üç manat 43 qəpik) manat, faiz borcu 14.76 (on dörd manat 76 qəpik) manat olmaqla cəmi öhdəliyi 3738.19 (üç min yeddi yüz otuz səkkiz manat 19 qəpik) manat təşkil edir. 04 aprel 2024-cü il tarixli, 241 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 28 iyun 2024-cü il tarixli, 572 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 24 avqust 2021-ci il tarixli, 0104 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən heyvandarlıq üçün 10 791.00 (on min yeddi yüz doxsan bir) manat kredit məbləği Cavabdeh AZ91NAXB**********8385002AZN nömrəli hesabına köçürülmüşdür. 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının (sonradan “Bank” adlanacaq) müdiri v.m.i.e. X6 şəxsində və digər tərəfdən Naxçıvan MR, Şərur rayon, Şəhriyar kəndində yaşayan vətəndaş Cavabdeh (sonradan “Borcalan” adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə 11 000 (on bir min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus, dəyəri 18400 (on səkkiz min dörd yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış evi) təqdim edir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 11000 (on bir min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 24 avqust 2021-ci il tarixli, 0104 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində yerləşən **********63-10301 reyestr nömrəli fərdi yaşayış evi 23 avqust 2021-ci il tarixli, 62 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu-ipoteka qoyan Cavabdeh olduğundan ipoteka müqaviləsi onlar tərəfindən imzalanmış və müvafiq olaraq Şərur rayon 1 saylı dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən nəticədə bank tərəfindən adına kredit reyestrində xx.xx.2023-cü il tarixə 160 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh adına 04 dekabr 2023-cü il tarixə 3.723,43 (üç min yeddi yüz iyirmi üç manat qırx üç qəpik) manat əsas borc, 14,76 (on dörd manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.738,19 (üç min yeddi yüz otuz səkkiz manat on doqquz qəpik) manat borc öhdəliyinin yaranmasına dair 04 dekabr 2023-cü il tarixli, 1515 nömrəli maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 241 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 3689,19 (üç min altı yüz səksən doqquz manat on doqquz qəpik) manat, faiz borcu 6,15 (altı manat on beş qəpik) manat olmaqla, ümumilikdə 3695.34 (üç min altı yüz doxsan beş manat otuz dörd qəpik) manat təşkil edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 tərəfindən 24 aprel 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “Təkrar ekspertizanın təyin edilməsi barədə” ərizə ünvanlanaraq, Cavabdeh qalıq borcunun dəqiqləşdirilməsi və ekspert qarşısında qoyulmuş suallara ətraflı şəkildə rəy verilməsi üçün e-2-2(123)-96/2024 saylı iş üzrə təkrar ekspertiza təyin edilməsi xahiş edilmişdir. Nəticədə, məhkəmənin 25 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 02 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 572 №-li ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və 23 avqust 2021-ci il tarixli, KT2308/01 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) əsas borcu 3689,19 (üç min altı yüz səksən doqquz manat on doqquz qəpik) manat, faiz borcu 6,15 (altı manat on beş qəpik) manat olmaqla, ümumilikdə borcu 3695,34 (üç min altı yüz doxsan beş manat otuz dörd qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, 04 aprel 2024-cü il tarixli, 241 №-li və 28 iyun 2024-cü il tarixli, 572 №-li ekspert rəyləri tamamilə eyni olduğundan məhkəmə, hər iki ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 3.689,19 (üç min altı yüz səksən doqquz manat on doqquz qəpik) manat, faiz borcunun 6,15 (altı manat on beş qəpik) manat olmaqla ümumilikdə borcunun 3695,34 (üç min altı yüz doxsan beş manat otuz dörd qəpik) manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 98,85% əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3.738,19 (üç min yeddi yüz otuz səkkiz manat on doqquz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 57,38 (əlli yeddi manat otuz səkkiz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, xx.xx.2023-cü il tarixli, N-1767/2023 nömrəli X1 edilməməsi barədə arayışdan məlum olur ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin nümayəndəsi X5 iştirak edərək iddiaçı tərəfindən 60 (altmış yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 57,38 (əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin X1 etmədiyindən və X3 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 57,38 (əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 98,85% hissəsinə mütənasib olaraq 56,72 (əlli altı manat yetmiş iki qəpik) manat Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan hissədə iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Bundan əlavə məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticəsində, 15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 241 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilməlidir. O cümlədən, məhkəmənin 25 aprel 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 02 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 572 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Nəticədə, iddia tələbi 98,85% əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 3.689,19 (üç min altı yüz səksən doqquz manat on doqquz qəpik) manat, faiz borcu üzrə 6,15 (altı manat on beş qəpik) manat olmaqla ümumilikdə 3695,34 (üç min altı yüz doxsan beş manat otuz dörd qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 241 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 572 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 57,38 (əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 98,85% hissəsinə mütənasib olaraq 56,72 (əlli altı manat yetmiş iki qəpik) manat məbləği Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 3.689,19 (üç min altı yüz səksən doqquz manat on doqquz qəpik) manat, faiz borcu üzrə 6,15 (altı manat on beş qəpik) manat olmaqla ümumilikdə 3695,34 (üç min altı yüz doxsan beş manat otuz dörd qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 241 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 572 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 98,85% hissəsinə mütənasib olaraq 59,31 (əlli doqquz manat otuz bir qəpik) manat məbləği Cavabdeh, qalan 0,69 (altmış doqquz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 57,38 (əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 98,85% hissəsinə mütənasib olaraq 56,72 (əlli altı manat yetmiş iki qəpik) manat məbləği Cavabdeh tutularaq dövlət gəlirlərinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar