Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-98/2025 08.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 30 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan MR Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh (Vöen: **********, FİN: xxxxxxx) 3106 (üç min bir yüz altı) manat qalıq borc məbləğinin və 51.06 manat ödənilmiş dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Naxçıvan şəhər 21-ci məhəllədə yerləşən ona məxsus olan “Dərya Elektrik” mağazasına xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Şərur rayon Cəlilkənd kənd sakini Cavabdeh daxil olaraq özünü Naxçıvanda gedən tikinti işlərinə lazım olan elektrik mallarının təminatçısı-bir növü iş adamı kimi təqdim edərək götürəcəyi malların siyahısını göstərdikdən sonra ödənişini 1-2 günə nağd şəkildə edəcəyini söylədiyini, bu zaman onu tanımadığından aldığı malların ödənişini yerindəcə ödəməyi təklif etdiyini, lakin Cavabdeh əminlik yaradaraq aldığı malları tikinti obyektinə təhvil verib pulun alıb gətirib verəcəyini söylədiyini, onun vədinə inanıb aralarında şifahi razılaşaraq xx.xx.2024-cü il tarixdə 2046 (iki min qırx altı) manat dəyərində kabelləri anbar qəbzinə yazdırıb imzaladıb ona təhvil verdiyini, malın çatışmayan hissəsini isə xx.xx.2024-cü il tarixdə 1660 (bir min altı yüz altmış) manat dəyərində anbar qəbzinə yazaraq imzaladıb ona təhvil verdiyini, ümumilikdə Cavabdeh 3706 (üç min yeddi yüz altı) manat dəyərində mal satdığını, İlkinin isə cəmi 600 (altı yüz) manat pul ödədiyini, 3106 (üç min bir yüz altı) manatın isə bu günə kimi ödənilməyərək ona cəmi 3106 (üç min bir yüz altı) manat borcun mövcud vəziyyətdə qaldığını, dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfəsində ona əsassız cavablar verilərək borcun ödənilmədiyini, hüquqlarının cavabdeh tərəfindən kobut şəkildə pozulduğunu göstərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 385, 425.1, 442, 443, 448.1, 449-cu maddələrinə istinad edərək Cavabdeh (Vöen: **********, FİN: xxxxxxx) 3106 (üç min bir yüz altı) manat qalıq borc məbləğinin və 51.06 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında ona məxsus olan “Dərya Elektrik” mağazasına xx.xx.2024-cü il tarixdə Cavabdeh daxil olaraq özünü Naxçıvanda gedən tikinti işlərinə lazım olan elektrik mallarının təminatçısı-bir növü iş adamı kimi təqdim edərək götürəcəyi malların siyahısını göstərdikdən sonra ödənişini 1-2 günə nağd şəkildə edəcəyini söylədiyini, bu zaman onu tanımadığından aldığı malların ödənişini yerindəcə ödəməyi təklif etdiyini, lakin Cavabdeh əminlik yaradaraq aldığı malları tikinti obyektinə təhvil verib pulun alıb gətirib verəcəyini söylədiyini, əvvəlcədən tanıdığı Zeynəddin kəndindən olan Elnur adlı şəxsin onları tanış edərək etibarlı adam olduğunu dediyindən İlkinin vədinə inanıb aralarında şifahi razılaşaraq xx.xx.2024-cü il tarixdə 2046 (iki min qırx altı) manat dəyərində kabelləri anbar qəbzinə yazdırıb imzaladıb ona təhvil verdiyini, malın çatışmayan hissəsini isə xx.xx.2024-cü il tarixdə 1660 (bir min altı yüz altmış) manat dəyərində anbar qəbzinə yazaraq imzaladıb ona təhvil verdiyini, ümumilikdə Cavabdeh 3706 (üç min yeddi yüz altı) manat dəyərində mal satdığını, sonradan pulu ödəmədiyindən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, sahə müvəkkilinin Elnuruda dəvət etdiyini, İlkinlə telofon vasitəsilə əlaqə yaratdıqlarını, İlkinin pulu ödəyəcəyinə vəd verdiyini, onunla telofonda danışanda pulu verəcəm deyib Elnuru polisə şikayət etmə dediyini, sonra İlkinin onun kart hesabına cəmi 600 (altı yüz) manat pul ödədiyini, sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etdiyini, onun izahatının alındığını, lakin İlkini tapa bilmədiklərini, ona isə məktub yazaraq məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, İlkinin atası ilə telofonda danışdığını, pulu ödəyəcəklərini bildirsədə ödəmədiklərini, 3106 (üç min bir yüz altı) manatın isə bu günə kimi ödənilməyərək ona cəmi 3106 (üç min bir yüz altı) manat borcun mövcud vəziyyətdə qaldığını, dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfəsində ona əsassız cavablar verilərək borcun ödənilmədiyini göstərərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli 012730 nömrəli anbar qəbzindən görünür ki, "xxxx"MMC ilə İlkin APF arasında malların satışı icra olunmaqla 2046 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş və tərəflər bu sazişi imzaları ilə təsdiq etmişdirlər. xx.xx.2024-cü il tarixli 012747 nömrəli anbar qəbzindən görünür ki, “Dərya Elektrik” ilə İlkin arasında malların satışı icra olunmaqla 1660 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş və tərəflər bu sazişi imzaları ilə təsdiq etmişdirlər. Həmçinin 29 mart tarixində ödəniləcək qeydi aparılmışdır. İddiaçı Naxçıvan MR Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, məhkəməyə müraciət etməsi tövsüyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı iddia ərizəsində 3106 manat dəyərində satdığı malların dəyərinə görə cavabdehin borcunun qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında alqı-satqı olmuş, və bu anbar qəbzləri ilə bağlanaraq tərəflər üzərinə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi pozaraq - öhdəliyini tam icra etməyərək aldığı malların dəyərinin bir qismini ödəmiş, 3106 manatını isə ödəməmişdir. Məhkəmə təqdim edilmiş sübutları və iddiaçının izahatını nəzərə alaraq iddianın əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Həmçinin, MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilərsə geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək qanunvericiliyə uyğun olaraq iddia ərizəsi üzrə 51.06 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edilməli olduğundan 51.06 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edirik ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3106 manat pul alınaraq İddiaçı ödənilməli, 51.06 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN **********) 3106 (üç min yüz altı) manat alınaraq İddiaçı (VÖEN **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 51.06 (əlli bir manat altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-98/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-98/2025
08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver