Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-23/2026 14.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçızirliyinin “X4, X6 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satınalınması Hakimlər - X5 (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi nümayəndə3 və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə Işin halları
1. Naxçıvan MR X1 2016-cı il ## ##### tarixli 27-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın müddəalarına uyğun olaraq Naxçıvan X10nin Cavabdeh ilə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin "X4, X9 arasında bağlanmış * nömrəli 2023-cü il ## ###### tarixli müqavilənin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Icraçı bu müqavilənin * nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. 1.2. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.1. Sifarişçi; 2.1.1. bu müqavilənin * nömrəli cədvəlinə uyğun olaraq ərzaq məhsullarının çatdırılması ilə bağlı sifarişi göndərir. 2.1.2. sifarişi ərzaq məhsullarının gözlənilən çatdırılma tarixindən ən azı 3 (üç) iş günü əvvəlcədən göndərir. 2.1.3. sifarişdə ərzaq məhsullarının adı, növü, miqdarı, çatdırılma tarixi, ünvanı və digər zəruri qeydlər göstərilir. 2.1.4. bu müqaviləyə və sifarişə uyğun olaraq, ərzaq məhsullarını təxirə salınmadan (ərzaq məhsullarının keyfiyyətinin sifarişçi tərəfindən müayinə edilməsinə tələb olunan müddət nəzərə alınmaqla) qəbul edir. Sifarişçi tərəfindən təhvil-təslim aktı təsdiq edildikdən sonra məhsullar qəbul edilmiş sayılır. 2.1.5. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin təqdim olunmuş elektron və ya kağız qaimə-fakturaya əsasən növbəti ayın 10-dək icraçıya ödənilməsini təmin edir. 2.2. Icraçı; 2.2.1. bu müqavilənin * nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının sifarişə uyğun olaraq göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib ərzaq məhsullarını sifarişdə müəyyən edilmiş ünvanda təhvil verir. Sifarişçi tərəfindən təhvil-təslim aktı təsdiq edildikdən sonra məshullar qəbul edilmiş hesab olunur. 4.2. Ərzaq məhsullarının qəbulu sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilir və qaimə-faktura və ya təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 7.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 2.104.084,05 manat təşkil edir. 7.3. Bu müqavilənin şərtlərinə və sifarişə əsasən ərzaq məhsulları icraçı tərəfindən göndərildikdən və sifarişçi tərəfindən qəbul edildikdən sonra (təhvil-təslim aktı təsdiq edildikdən sonra) icraçının təqdim etdiyi sənədlər (hesab faktura, elektron və ya kağız qaimə-faktura və digər sənədlər) əsasında faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri sifarişçi tərəfindən növbəti ayın 10-dək ödənilir. 9.3. Sifarişçi tərəflər arasında bu müqavilənin 1 və * nömrəli cədvəlləri üzrə razılaşdırılmasına baxmayaraq sifariş edilməyən ərzaq məhsullarına, habelə bu ərzaq məhsullarının sifariş edilməməsinə görə icraçıya və ya dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşıyır. 14.1. Bu müqavilənin icrası ilə bağlı alqı-satqı əməliyyatları, habelə alqı-satqı əməliyyatları ilə bağlı bütün sənəd dövriyyəsi (müqavilədə dəyişikliklər, əlavələr, razılaşmalar, sifarişlər, təhvil-təslim aktları və s.) elektron portal vasitəsilə və ya kağız daşıyıcıda aparılır. 14.3. Müqavilə 2023-cü il ## ###### tarixdən qüvvəyə minir və 2024-cü il # ####### tarixədək qüvvədədir.
2. 2024-cü il ## ### tarixli alqı-satqı müqaviləsinə əlavə və diyişikliklərin edilməsi haqqında əlavə razılaşmada tərəflər * nömrəli 2023-cü il ## ###### tarixli müqavilənin 1.3.1-ci bəndində göstərilən cavabdehin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəlinə (* nömrəli cədvəl) 2024-cü il ## ### tarixdən adları cədvəldə qeyd olunan ərzaq məhsullarının əlavə olunması barədə razılığa gəlmişlər.
3. 2024-cü il ## ###### tarixli alqı-satqı müqaviləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında əlavə razılaşmada tərəflər * nömrəli 2023-cü il ## ###### tarixli müqavilənin 1.3.1-ci bəndində göstərilən cavabdehin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri ilə iddiaçı arasında bağlanmış müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəlinə (* nömrəli cədvəl) Naxçıvan X10nin 2024-cü il ## ###### tarixli, **/**** nömrəli məktubu nəzərə alınmaqla 2023-cü il ## ###### tarixdən adları cədvəldə qeyd olunan ərzaq məhsullarının əlavə olunmuş hesab edilməsi, * nömrəli cədvəl üzrə Naxçıvan şəhər * saylı Uşaq bağçasına ümumi məbləği 13.672,75 manat, cavabdehin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə isə ümumi məbləği 127.339,60 manat olmaqla naringi, kərə yağı (bərk yağ, bitki tərkibli, Novaya Zemlya), ayran adlı məhsulların əlavə olunması barədə razılığa gəlmişlər.
4. Iddiaçının tələbinə görə cavabdeh (sifarişçi - alıcı) müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir.
Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
5. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin “X4, X9 (bundan sonra “iddiaçı”) 2025-ci il ## ###### tarixdə Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 86.386,31 manat vəsaitin alınıb iddiaçının “xxxx" ASC-nin Naxçıvan filialında olan hesabına ödənilməsi, dövlət rüsumu üçün ödənilən 408,50 manatın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 2023-cü il ## ###### tarixli * nömrəli müqaviləyə uyğun olaraq cavabdehin tabeliyində fəaliyyət göstərən sosialyönlü müəssisələr iddiaçı tərəfindən fasiləsiz olaraq ərzaq məhsulları ilə təmin olunmuş, bu hesaba cavabdehin 2025-ci il # ###### tarixə iddiaçıya 2023-cü ilin dekabr ayı üzrə 64.214,98 manat, 2024-cü ilin: mart ayı üzrə 9.289,41 manat, aprel ayı üzrə 3.648,55 manat, may ayı üzrə 11.097,45 manat, iyun ayı üzrə 203,51 manat, iyul ayı üzrə 4.706,70 manat, avqust ayı üzrə 6.033,75 manat və sentyabr ayı üzrə 19.340,91 manat olmaqla, ümumilikdə 118.535,26 manat borcu yaranmışdır. (bax İ c, i/v. 2).
7. Iddiaçı ilə satınalan təşkilatlar arasında ərzaq məhsullarının təchizatı barədə bağlanmış müqavilələr həmin satınalan təşkilatlar tərəfindən təqdim olunan illik tələbata əsasən rəsmiləşdirilir.
8. Qeyd olunan müəssisələrə 2023-cü ilin dekabr ayında iddiaçı tərəfindən verilmiş ərzaq məhsullarının ümumi dəyəri olan 71.135,03 manat vəsaitin əlavə dəyər vergisi olan 6.920,05 manat cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənildiyi halda, məhsulların dəyəri olan 64.214,98 manat Naxçıvan MR X1 “Naxçıvan Muxtar Respublikasinda aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2023-cü il ## #### tarixli 187-VI FR nömrəli Fərmanı ilə ləğv edilmiş və Naxçıvan MR Nazirlər Kabinetinin 2023-cü il ## #### tarixli 63 S saylı sərəncamı ilə yaradılmış ləğvetmə komissiyası tərəfindən əmlakı 2023-cü ilin oktyabr ayında Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmiş “xxxx" publik hüquqi şəxsin hesabına ödənilmişdir. Yanlış olaraq köçürülən 64.214,98 manatın geri alınaraq iddiaçının hesabına ödənilməsi ilə bağlı dəfələrlə rəsmi müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən həmin vəsaitin ödənilməsi təmin olunmamışdır.
9. Cavabdehin ##.##.2024-cü il tarixli */** nömrəli məktubu ilə iddiaçıya təqdim olunmuş sifarişində naringi məhsulunun qeyd olunduğu, lakin bağlanmış müqavilədə naringi məhsulu olmadığı üçün həmin məhsulun tələbatının müəyyən olunaraq, həmçinin digər məhsulların miqdarına baxılaraq müqaviləyə əlavə olunması üçün iddiaçıya rəsmi müraciət olunmasının vacibliyi haqda cavabdeh məlumatlandırılmışdır.
10. Cavabdeh naringi məhsulunun müqaviləyə əlavə olunması və digər məhsulların miqdarına baxılması ilə məlumatlandırılmasına baxmayaraq yalnız ##.##.2024-cü il tarixli */*** nömrəli məktubla Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, həmin müraciət ##.##.2024-cü il tarixdə icra üçün iddiaçıya göndərilmişdir. Cavabdeh müraciətində iddiaçı ilə bağlanmış ##.##.2023-cü il tarixli * nömrəli müqaviləyə naringi xaric, adı və miqdarı müqavilədə mövcud olan 21 adda məhsulun miqdarının artırılmasını qeyd etmişdir. Cavabdehin müraciətində qeyd olunan məhsullar və miqdarı müraciət daxil olduğu gündən müqaviləyə əlavə olunmuşdur.
11. Cavabdeh ilə bağlanmış ##.##.2023-cü il tarixli * nömrəli müqaviləyə əsasən hər ay məhsulların cavabdehin aylıq və həftəlik rəsmi müraciəti əsasında təchizatı həyata keçirilmişdir.
12. Əlavə olaraq Naxçıvan X10 ##.##.2024-cü il tarixli **/**** nömrəli məktubla ##.##.2023-cü il tarixli müqaviləyə 3 adda (naringi, kərə yağı və ayran) ərzaq məhsullarının əlavə olunması ilə bağlı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, həmin məktub ##.##.2024-cü il tarixdə icra üçün iddiaçıya göndərilmişdir. Iddiaçı tərəfindən qeyd olunan məktub nəzərə alınaraq ##.##.2023-cü il tarixli müqaviləyə qeyd olunan 3 məhsul əlavə olunmuş və müqavilə təsdiq olunmuşdur.
13. Müqaviləyə ##.##.2024-cü il tarixdə ikitərəfli razılaşma ilə 21 adda məhsulun və ##.##.2024-cü il tarixdə ikitərəfli razılaşma ilə 3 adda məhsulun miqdarının artırılmasına baxmayaraq, 2024-cü ilin mart ayından oktyabr ayınadək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya 54.320,28 manat vəsait az ödənilmişdir.
14. Ləğv edilmiş “xxxx" publik hüquqi şəxsin hesabına cavabdeh tərəfindən 2023cü ilin dekabr ayında səhvən köçürülmüş 64.214,98 manat və 2024-cü ilin mart ayından oktyabr ayınadək olan dövr ərzində verilmiş məhsulların dəyərindən az ödənilən 54.320,28 manat borc iddiaçının hesabına ödənilməmişdir.
15. Cavabdehin ##.##.2025-ci il tarixə iddiaçıya 118.535,26 manat borcunun 32.148,95 manatı 2025-ci ilin iyul ayında iddiaçıya ödənilmiş, qalan 86.386,31 manat borcun isə dəfələrlə, müxtəlif vaxtlarda məktublarla müraciət olunmasına baxmayaraq ödənilməsi təmin edilməmişdir.
16. Mövcud vəziyyət satınalan müəssisə və təşkilatların ərzaq təchizatı üçün iddiaçı tərəfindən 2024-cü ilin IV rübündə istehsal və topdansatış müəssisələrindən alınmış məhsulların dəyərinin, işçilərin əmək haqlarının, vergilərin və kommunal xərclərin ödənilməsində ciddi çətinliklər yaratmışdır.
17. Iddiaçı tərəfindən cavabdehdən borcun alınması ilə bağlı ##.##.2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət olunmuş və ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərardadla iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir.
18. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2026-cı il ## ##### tarixli qətnaməsi ilə iddianın tam təmin edilməsi, 86.386,31 manatın və 349,16 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).
19. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli, * nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı (icraçı) bu müqavilənin * nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib ərzaq məhsulları ilə sifarişçini təmin etməyi, cavabdeh (sifarişçi) isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Iş üzrə cavabdehin nümayəndələrinin verdikləri izahatlardan iddiaçı tərəfindən müqaviləyə, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli razılaşmalara əlavə edilmiş cədvəllərdə, o cümlədən məktublara əlavə edilmiş Naxçıvan X10nin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə ehtiyac olan ərzaq məhsullarının sifarişində qeyd olunan məhsulların cavabdehə təhvil verilməsi ilə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi X3 2026-cı il ## ###### tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında bu məhsulların cavabdeh tərəfindən alındığını və qəbul edildiyini bildirmişdir.
20. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra edərək malların təhvil verilməsini təmin etsə də, cavabdeh öhdəliyi lazımi qaydada icra etməyərək müqavilə üzrə yaranmış borcu tam ödəməmişdir.
21. Müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
22. Iddiaçının cavabdehə qarşı alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır.
23. Məhkəmə qeyd edir ki, tərəflər müqavilənin 4.2 və 2.1.5-ci bəndlərinə müvafiq olaraq malların təhvil alınmasının elektron qaiməyə əsasən rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. Iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, həmin qaimələrin təhvil alınması cavabdehin aparıcı mühasibi Zəhra Cəfərovanın imzası ilə təsdiq olunmuşdur. Beləliklə, cavabdeh tərəf qaimələri imzalayaraq, malların təhvil verildiyini, o cümlədən borcun olmasını təsdiq etmiş, iş materiallarının araşdırılması zamanı malların geri qaytarılması və ya qaimələrin ləğv edilməsi halları aşkar edilməmişdir.
24. Verilmiş tələbə münasibətdə cavabdehin nümayəndəsi Məhəmməd Həsənli izahatında borcun ödənilməməsinin əsas səbəbinin aktın tərkibində göstərilməyən meyvə, hansı ki, ümumi dəyəri 671 manat olan naringi meyvəsinin müqavilədə olmadığını, bu meyvənin müqavilədə olmadığına görə pulun ödənilmədiyini qeyd etmiş, eyni zamanda cavabdehin digər nümayəndəsi nümayəndə1 də müqavilədə nəzərdə tutulmuş 54.000 manatdan artıq məhsulların iddiaçıdan götürüldüyünü, sadəcə olaraq Maliyyə Nazirliyinin həmin müqaviləyə əsasən məhuslların pulunu buraxmadığını, səbəbinin isə müqavilədə nəzərdə tutulmuş məhsullardan artıq naringi məhsulunun olması olduğunu bildirmişdir.
25. Cavabdehin nümayəndələri tərəfindən qeyd edilmiş hallara münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndində sifarişçinin tərəflər arasında bu müqavilənin 1 və * nömrəli cədvəlləri üzrə razılaşdırılmasına baxmayaraq sifariş edilməyən ərzaq məhsullarına, habelə bu ərzaq məhsullarının sifariş edilməməsinə görə icraçıya və ya dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşıması qeyd olunmuşdur.
26. Lakin iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, **/**** saylı məktubdan görünür ki, müqaviləyə 3 adda (naringi, kərə yağı və ayran) ərzaq məhsullarının əlavə olunması ilə bağlı cavabdeh tərəfindən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilərək, məktuba əlavə edilmiş siyahı üzrə həmin ərzaq məhsullarının ##.##.2023-cü il tarixli müqaviləyə əlavə edilməsi üçün iddiaçıya müvafiq göstəriş verilməsi xahiş olunmuş, müqaviləyə ##.##.2024-cü il tarixli əlavələrin və dəyişikliklərin edilməsi haqqında razılaşma ilə naringi, kərə yağı (bərk yağ, bitki tərkibli, Novaya Zemlya), ayran adlı məhsulların müqaviləyə əlavə olunması barədə razılığa gəlinmişdir.
27. Nəticə etibarilə də məhkəmə hesab edir ki, cavabdeh tərəf naringi meyvəsinin müqavilədə olmadığına istinad etsə də, naringi məhsulunun tərəflərin razılaşması ilə müqaviləyə əlavə olunması iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır.
28. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Məhəmməd Həsənli izahatında, ümumiyyətlə borcun ödənilməməsi ilə bağlı iddialarının olmadığını, bununla razılaşdıqlarını, cavabdehin digər nümayəndəsi nümayəndə1 isə 2025-ci ilin may ayında 32.000-lik bir ödəniş etdiklərini, ümumi borcun 118.000 olduğunu, ancaq ödəniş etdikdən sonra 86.000-nin qaldığını, iddianı qəbul etdiklərini bildirmiş, beləliklə də qeyd olunan məbləğdə borcun olmasını təsdiq etmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə bağladığı müqaviləyə əsasən aldığı ərzaq məhsullarının müqabilində yaranmış və elektron qaimələrdə öz əksini tapmış borcunu cari ilin iyul ayında qismən - 32.148,95 manatını iddiaçının hesabına ödəməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir.
30. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
31. Iddianın etirafı da cavabdehin iradəsindən asılı olmaqla məhz dispozitivlik prinsipindən irəli gəlir. Cavabdeh tərəfindən iddianın etiraf olunması halına münasibətdə nəzərə alınmalıdır ki, iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
32. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, malların cavabdeh tərəfindən təhvil alınmasını, habelə borcunun olduğunu təsdiq edən elektron qaimə fakturalar mötəbər sübut kimi qəbul edilməli, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahında borclarının olduğunu təsdiq edən etirafı (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, tələb təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 349,16 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 14.1, 14.2-14.2.1, 385.1, 386.1, 442, 567, 597.1 və 598.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 14.2, 76.1, 76.2, 77.1, 106.1, 106.3, 190, 191.3, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 119.1, 217.5, 218.1, 220.4 və 220.5-ci, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ####, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## ######, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
34. Cavabdeh apellyasiya şikayəti verərək e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
35. Mülki Məcəllənin 60, 61 və 390-cı, Vergi Məcəlləsinin 77.4.4, 79.1 və 79.2-ci maddələri üzrə - Mülki Məcəllənin müqavilə hüququna dair normalarına əsasən, müqavilə üzrə öhdəliklər yalnız həmin müqavilənin qüvvədə olduğu müddət ərzində mövcud olur və icra edilməlidir. Müqavilənin icra müddəti başa çatdıqdan sonra həmin müqavilədən irəli gələn hüquq və vəzifələr də sona çatır və onların davam etdirilməsi yalnız qanunda nəzərdə tutulmuş hallar və ya yeni hüquqi əsas əsasında mümkündür.
36. Iş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış 2023-cü il ## ###### tarixli, * nömrəli müqavilənin icra müddəti 2024-cü il # ####### tarixədək müəyyən edilmişdir. Bu tarixdən sonra müqavilə hüquqi qüvvəsini itirmiş və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri faktiki olaraq başa çatmışdır. Buna baxmayaraq, müqavilənin qüvvədə olma müddətinin bitməsinə yaxın və ya həmin müddətin hüquqi mahiyyətinə zidd olaraq 2024-cü il ## ###### tarixli əlavə razılaşma ilə müqavilə predmetinə yeni malların daxil edilməsi, hüquqi baxımdan mövcud müqaviləyə dəyişiklik deyil, yeni hüquq münasibətinin yaradılması kimi qiymətləndirilməlidir.
37. Mülki qanunvericiliyin ümumi prinsiplərinə görə, müqaviləyə əlavə və dəyişikliklər yalnız onun qüvvədə olduğu dövrdə edilə bilər. Müqavilənin müddəti başa çatdıqdan sonra edilən dəyişikliklər əvvəlki müqavilənin tərkib hissəsi kimi deyil, ayrıca və müstəqil müqavilə kimi qiymətləndirilməlidir. Bu baxımdan, 2024-cü il ## ###### tarixli əlavə razılaşmanın əvvəlki müqavilənin davamı kimi qəbul edilməsi hüquqi cəhətdən əsassızdır.
38. Eyni zamanda, Mülki Məcəllənin 390-cı maddəsi baxımından tərəflər yeni hüquqi münasibətlər yaratmaq istəyirdilərsə, bu halda onlar yeni müqavilə bağlamalı idilər. Mövcud müqavilənin müddəti bitdikdən sonra ona istinad etməklə yeni öhdəliklərin yaradılması mülki hüququn əsas prinsiplərinə ziddir.
39. Bundan əlavə, əlavə razılaşma ilə yeni məhsullar üzrə qiymət və miqdarın müəyyən edilməsi faktiki olaraq yeni alqı-satqı münasibətlərinin formalaşdığını göstərir ki, bu da əvvəlki müqavilənin hüquqi rejiminin tətbiqini istisna edir.
40. Nəticə etibarilə, kommersiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə müqavilə müddətinin başa çatmasına baxmayaraq, həmin müqavilədən irəli gələn öhdəliklərin tətbiq olunması barədə gəlinmiş nəticə hüquqi baxımdan mübahisəlidir, əsaslandırılmamışdır və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Bu səbəbdən həmin qətnamə apellyasiya instansiyası tərəfindən ləğv edilməli və işə yenidən baxılmalıdır.
41. Mülki Məcəllənin 60 və 61-ci maddələrinin məzmunu onu göstərir ki, hüquqi şəxs yalnız bütün öhdəlikləri icra edildikdən və qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar yerinə yetirildikdən sonra hüquqi baxımdan tam ləğv edilmiş hesab olunur.
42. Vergi Məcəlləsinin 77.4.4-cü maddəsi bir daha təsdiq edir ki, hüquqi şəxsin ləğvi yalnız formal qərarla deyil, bütün maliyyə və vergi öhdəliklərinin tam icrası ilə bağlıdır və bu prosesə görə məsuliyyət birbaşa ləğvetmə komissiyasının üzərinə düşür.
43. Beləliklə, qeyd olunan maddələrin sistemli təhlili göstərir ki, ləğv edilmiş hüquqi şəxsin aktiv bank hesabının mövcudluğu, öhdəliklərin tam bağlanmaması və müvafiq hesablaşmaların başa çatdırılmaması halları hüquqi əhəmiyyət kəsb edir və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Lakin bu hallar mübahisələndirilən qətnamədə nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir ki, bu da qərarın əsassızlığına dəlalət edir.
44. Mülki Prosessual Məcəllənin 9.1, 76, 77, 79, 80,88, 217.1, 217.3 və 390-cı maddələri üzrə - qətnamədə iş üzrə mühüm sübutlar olan elektron qaimə-fakturalara (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə uyğun) hüquqi qiymət verilməmiş, onların sübutedici əhəmiyyəti nəzərə alınmamış və nəticədə işin faktiki halları tam və obyektiv araşdırılmamışdır.
45. Bundan əlavə, iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hal ondan ibarətdir ki, cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında iddiaçıya ödənilməli olan 64.214,98 manat texniki səhv nəticəsində ləğv edilmiş “xxxx” publik hüquqi şəxsin bank hesabına köçürülmüşdür. Ləğv edilmiş hüquqi şəxsin aktiv bank hesabının bağlanmaması və ləğvetmə komissiyası tərəfindən müvafiq maliyyə-hesabat və hesablaşma tədbirlərinin tam həyata keçirilməməsi nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmaması halı yaranmışdır. Bu isə mübahisənin mahiyyətinə birbaşa təsir edən mühüm hüquqi və faktiki haldır.
46. Qeyd olunan vəsaitin geri qaytarılması məqsədilə 2024-cü il ## ###### tarixdə Naxçıvan MR Iqtisadiyyat Nazirliyinə rəsmi müraciət edilmiş, lakin həmin qurumun 2024-cü il ## ######## tarixli cavab məktubunda vəsaitin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Bu isə öhdəliyin faktiki olaraq yerinə yetirilməməsinin səbəblərinin cavabdeh tərəfin iradəsindən kənar olduğunu göstərən hal kimi qiymətləndirilməlidir.
47. Iş üzrə təqdim edilmiş sübutlar - elektron qaimə-fakturalar, ödəniş sənədləri, rəsmi yazışmalar və normativ hüquqi aktlara istinadlar məhkəmə tərəfindən hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə işə birtərəfli yanaşılmış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticə etibarı ilə, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticələr arasında uyğunsuzluq mövcuddur.
48. Işin halları, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - (bax §35-47).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
50. Cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Texniki səhvlik nəticəsində, cavabdeh tərəfindən 64.214,98 manat vəsait ləğv edilmiş “xxxx” publik hüquqi şəxsinə köçürülmüş, həmin vəsaitdən 32.000 manatı alıb iddiaçının hesabına ödəmişlər, lakin qalan pulu ala bilmirlər. Burada günah iddiaçının deyil, sadəcə olaraq “xxxx” publik hüquqi şəxsinin vergi borcu olduğundan göndərdikləri pul həmin vergi borcuna ödənmişdir. Həmin hesab bağlansa, cavabdeh o pulu geri ala bilər. Müqaviləyə salınmadan naringi məhsulunu qəbul etmişlər. Həmin məhsul müqaviləyə əlavə olunmasa da, cavabdeh ilə olan 2024-cü il ## ###### tarixli razılaşmaya əlavə olunmuş, sadəcə təhvil-təslim aktı aprel ayında baş tutmuşdur. Müqavilənin icrası ilə bağlı alqı-satqı əməliyyatları, müqaviləyə əlavə razılaşmalar, sifarişlər, təhvil-təslim aktları ilə razıdır. Iddiaçı tərəfin iddia etdiyi bütün məhsulların cavabdeh tərəfindən alınmasını, mart ayından oktyabr ayına qədər yaranan 54.000 manat borcu və iddianı qəbul edir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
51. Iddiaçının nümayəndəsi nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Naxçıvan MR Ali Məclisi sədri tərəfindən verilmiş 2016-cı il ## ##### tarixli Naxçıvan Muxtar Respublikasında "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uyğun olaraq müqavilə bağlamışlar. Müqavilə oktyabr ayından oktyabr ayına kimi bağlanmış, məhsulların qiymətlərini Naxçıvan MR Nazirlər Kabineti təsdiq edib vermişdir. Naxçıvanda baş nazirin həm cavabdehə, həm də Naxçıvan MR Kənd Təssərüfatı Nazirliyinə göstərişi olmuşdur ki, “müəssisələr tərəfindən verilən sifarişlər saxlanılmadan vaxtında icra olunsun”. Bununla əlaqədar naringi məsələsi ilə bağlı cavabdeh tərəfin imzası və möhürü ilə təsdiqlənmiş sifariş olmuş, müqaviləyə salınmadan cavabdehə naringi məhsulu verilib qəbul olunmuş, əvvəl verdikləri naringi məhsulunu sonra 2024-cü il ## ###### tarixli razlaşmaya salmışlar. Cavabdeh tərəfindən 64.000 manat vəsait yanlış olaraq keçmiş “xxxx” publik hüquqi şəxsin hesabına vurulmuş, iddiaçının banka və Maliyyə Nazirliyinə xahişləri nəticəsində 32.000 manat iddiaçının hesabına ödənilmişdir. Elektron qaimə-fakturalar vergi orqanı vasitəsilə verilmiş, ancaq onlar yenə də məsələləri kağız variantda imzalatmışlar ki, dəqiq olsun. Iddiaçı 2025-ci il yanvar ayının birindən 2024-cü ilin noyabr, dekabr ayları da daxil olmaqla Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən aldığı malların dəyərini ödəyə bilməmişdir. Onlarda işdən azad olan işçilər, komissiyanın tərkibində qalan 5 nəfər işçi əmək haqqı ala bilmir. Buna görə işdən çıxan işçilərin əmək müfəttişliyinə şikayətləri nəticəsində cəmiyyətə 2.000 manat, maddi məsul şəxs kimi isə idarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən şəxs kimi ona 1.700 manat inzibati cərimə tətbiq olunmuşdur. Ləğvetmə komissiyası da 13 may tarixdən fəaliyyətini davam etdirir, lakin vəsait də ödənilmir. Göstərilənlərin nəzərə alınmasını, kommersiya məhkəməsinin 2026-cı il ## ##### tarixli qərarının qüvvədə saxlanılmasını və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
52. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
53. Apellyasiya baxışında təqdim edilmiş: - Naxçıvan MR Nazirlər Kabinetinin “Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X4, X6 ləğv edilməsi haqqında” 2026-cı il ## ##### tarixli ** nömrəli qərarının 1-2ci hissələrindən görünür ki, qeyd olunan ASC-nin ləğv edilməsi, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin bu qərarın 1-ci hissəsinin icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələbinə uyğun həyata keçirilməsini təmin etməsi qərara alınmışdır. - Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X4, Tədarük və Təchizat” ASC-nin ləğv edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2026-cı il ## ### tarixli *-**-**/*-*-**/**** nömrəli əmrindən məlum olur ki, göstərilən Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyasının (komissiyanın sədri Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Vüsal Ibrahimov, komissiyanın üzvləri ..., Cəmiyyətin idarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən, təchizat şöbəsinin müdiri nümayəndə3) yaradılması və s. barədə əmr verilmişdir. Apellyasiya baxışının hədləri
54. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
55. Mülki Məcəllə; Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.3. ... Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici və s.) çıxış edir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...
56. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu (2024-cü il ######ın #-də qüvvədən düşmüşdür) Maddə 1. Qanunun tətbiq dairəsi 1.2. Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) müəyyən etdiyi qaydada həyata keçirilir.
57. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu (2024-cü il ######ın #-dən qüvvəyə minmişdir) Maddə 3. Qanunun tətbiq dairəsi 3.4. Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. (müqaviləyə əlavə razılaşmalara münasibətdə).
58. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ... Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
60. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatları ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
61. Hazırkı işdə iddia üzrə mübahisə iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış * nömrəli 2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə 2024-cü il: 24 may və 23 avqust tarixli əlavə və diyişikliklərin edilməsi haqqında əlavə razılaşmalara əsasən iddiaçı tərəfindən cavabdehə satılmış ərzaq məhsullarının dəyəri olan 86.386,31 manatın və ödənilmiş 349,16 manat dövlət rüsumunun tələb olunması ilə bağlıdır.
62. Iddianın əsasını tərəflər arasında bağlanmış müqavilə (müqaviləyə əlavə razılaşmalar) və həmin müqavilənin (müqaviləyə əlavə razılaşmaların) cavabdeh tərəfindən lazımınca icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.
63. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulanmışdır ki, “istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.
64. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (“T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il # ###### tarixli Qərar).
65. Iş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh azad iradə ifadəsi əsasında, mülki qanunvericilik və 2024-cü il ######ın #-dək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları, eləcə də Naxçıvan MR X1 2016-cı il ## ##### tarixli 27-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uyğun olaraq qeyd olunan müqaviləni bağlamış, bu müqavilə (müqaviləyə əlavə razılaşmalar) mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamış və müəyyən edilməmişdir.
66. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərar).
67. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## #### tarixli Qərar).
68. Müqavilənin və ona əlavə razılaşmaların istinad olunan bəndləri işin hallarında göstərilmişdir (bax §1).
69. Iş üzrə müqavilənin predmeti ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasıdır. Mülki Məcəllənin 567-ci maddəsinə görə, bu müqavilə - alqı-satqı müqaviləsidir. Iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567 və 600.1-ci maddələri təşkil edir.
70. Alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında yaranan öhdəlik maddi nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Bu müqavilədə iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur.
71. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
72. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, bu əşyanın nisyə satışı hesab olunur. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (Mülki Məcəllənin 427.2-ci maddəsi).
73. Iş materiallarından müəyyən edilir ki, tərəflər arasında qeyd olunan müqavilə bağlanmış, müqavilənin qüvvədə olma müddəti 2024-cü il # ####### tarixədək müəyyən edilmişdir.
74. Müqavilənin 1.1, 2.1.1, 2.1.5, 2.2.1, 4.2 və 7.3-cü bəndlərinə əsasən iddiaçı sifarişlər əsasında ərzaq məhsullarını təhvil verməyi, cavabdeh isə qəbul etdiyi məhsulların dəyərini növbəti ayın 10-dək ödəməyi öhdələrinə götürmüşlər.
75. Iş materiallarında olan hesab fakturalar (təhvil-təslim aktları), elektron qaiməfakturalar, sifariş məktubları və əlavə razılaşmalarla təsdiq olunur ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etmiş, cavabdeh isə təqdim edilmiş məhsulları qəbul etmişdir.
76. Öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Öhdəlik lazımi qaydada icra edilməlidir. Belə olan halda məhsullar qəbul edildikdən sonra onların dəyərinin ödənilməsi cavabdehin müqavilə öhdəliyidir və bu öhdəlik yalnız müqavilənin icra müddətinin başa çatması ilə aradan qalxmır.
77. Cavabdeh Mülki Məcəllənin 425.1 və 598.1-ci maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.
78. Kollegiya “müqavilənin müddəti və əlavə razılaşmaların hüquqi qüvvəsi” ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin mülahizəsinə görə, müqavilənin qüvvədə olma müddəti bitdiyindən sonrakı öhdəliklər etibarsız hesab edilməlidir.
79. Həmin dəlil əsaslı hesab oluna bilməz. Belə ki, müqavilənin qüvvədə olma müddəti tərəflərin gələcək icra hərəkətlərini müəyyən edir. Lakin müqavilənin qüvvədə olduğu dövrdə yaranmış pul öhdəlikləri müqavilənin müddətinin başa çatması ilə avtomatik xitam olunmur. Əks yanaşma qəbul edilsəydi, hər bir borclu müqavilə müddəti bitdikdən sonra sadəcə ödəniş etməməklə öhdəlikdən azad olardı ki, bu da müqavilə hüququnun mahiyyətinə ziddir.
80. Mülki Məcəllənin 385.1, 425, 442 və 445.2-ci maddələrinin əlaqəli təhlili göstərir ki, müqavilənin icra müddətinin başa çatması həmin müqavilənin qüvvədə olduğu dövrdə yaranmış və icra edilməmiş pul öhdəliklərini aradan qaldırmır.
81. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd olunan hüquqi mövqeyinə görə, “müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə “Öhdəliklərin icra edilməməsi” adlanan 22 Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir”.
82. Tərəflər arasında bağlanmış müqavilə ## ###### 2023-cü ildən # ####### 2024-cü ilədək qüvvədə olmuş, əlavə razılaşmalar isə 2024-cü il: 24 may və 23 avqust tarixlərdə imzalanmışdır. Yəni, hər iki əlavə razılaşma əsas müqavilənin qüvvədə olduğu dövrdə bağlanmış, sonuncu razılaşmanın bağlandığı tarixdə müqavilənin bitməsinə hələ bir aydan artıq müddət qalmışdır. Buna görə cavabdehin "müddəti bitmiş müqaviləyə dəyişiklik edilmişdir" arqumenti iş materialları ilə təkzib olunur.
83. Qanunvericilik qüvvədə olan müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə yeni şərtlərin (yeni məhsul adlarının və miqdarının) əlavə edilməsini qadağan etmir. Tam tərsinə, bu, mövcud müqavilənin təkmilləşdirilməsidir və əlavə razılaşma imzalandığı andan əsas müqavilənin tərkib hissəsinə çevrilir.
84. Mülki Məcəllənin 390-cı maddəsi müqavilə azadlığını təsbit edir və tərəflərə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişiklik etmək hüququ verir. Qanunvericilik bu cür dəyişikliklərin yalnız yeni müqavilə bağlanması yolu ilə mümkün olduğunu nəzərdə tutmur.
85. Tərəflər arasında bağlanmış müqavilənin 14.1-ci bəndində isə göstərilir ki, bu müqavilənin icrası ilə bağlı alqı-satqı əməliyyatları, habelə alqı-satqı əməliyyatları ilə bağlı bütün sənəd dövriyyəsi (müqavilədə dəyişikliklər, əlavələr, razılaşmalar, sifarişlər, təhvil-təslim aktları və s.) elektron portal vasitəsilə və ya kağız daşıyıcıda aparılır.
86. Şikayətin “məhsulların müqaviləyə sonradan əlavə olunması” barədə dəlili ilə bağlı bildirilir ki, iş materiallarından görünür ki, ## ### 2024-cü ildə 21 adda məhsulun miqdarı artırılmış, ## ###### 2024-cü ildə 3 adda məhsul (naringi, kərə yağı və ayran) əlavə edilmişdir. Bu dəyişikliklərin hər ikisi məhz cavabdeh tərəfin sifarişi əsasında yazılı əlavə razılaşma ilə rəsmiləşdirilmiş, həmin əlavə razılaşmalar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Əgər cavabdeh əlavə razılaşmaları qeyri-qanuni hesab edirdisə, həmin məhsulları qəbul etməməli idi. Qeyd olunan razılaşmaların hüquqi nəticələri isə inkar edilə bilməz.
87. Cavabdehin nümayəndəsinin izahatında göstərdiyi “müqavilədə göstərilməyən naringi məhsulunun iddiaçı tərəfindən cavabdehə verilməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhz cavabdehin iddiaçıya ünvanlanmış */** nömrəli 2024 -cü il 15 fevral tarixli məktubunda 2024-cü ilin fevral ayı üçün lazım olan ərzaq məhsullarının məktəbəqədər təhsil müəssisələrinə göndərilməsi xahiş olunmuş və ona əlavə sifarişdə digər məhsullarla yanaşı, 624,880 kq naringi sifariş verilmiş, həmin sifarişə müvafiq olaraq iddiaçı tərəfindən EBEA 142657 seriya nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-faktura və * nömrəli “01-29” fevral 2024-cü il üçün hesab fakturaya əsasən naringi məhsulu iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, bu məhsulla bağlı “sifariş-icra” 2024-cü il ## ###### tarixli razılaşma ilə bəyənilmişdir. (İ cild, i/v. 11-14, 40- 42, 84-86)
88. Apellyasiya şikayətinin əsas arqumentlərindən biri odur ki, 64.214,98 manat vəsait texniki səhv nəticəsində ləğv edilmiş "xxxx" publik hüquqi şəxsin hesabına köçürülmüşdür. Aydındır ki, vəsaitin müqavilə tərəfi olmayan üçüncü bir şəxsin hesabına kğçürülməsi cavabdehin iddiaçıya olan pul öhdəliyinin icra olunmasını təsdiq etmir. Pul öhdəliyi yalnız kreditorun hesabına və ya onun göstərdiyi hesaba ödənildikdə icra edilmiş hesab olunur. Iddiaçı həmin vəsaiti almamış, deməli, borc ödənilməmiş qalmışdır.
89. Ödəniş tapşırığını tərtib və icra edən tərəf cavabdeh olduğu üçün, bank əməliyyatları zamanı buraxılan texniki səhvlərin maliyyə riski də cavabdehin üzərinə düşür. Iqtisadiyyat Nazirliyinin vəsaiti geri qaytarmaması cavabdehi iddiaçı qarşısındakı borcundan azad etmir. Ləğv edilmiş hüquqi şəxsin hesabının bağlanmaması və ya ləğvetmə komissiyasının fəaliyyəti cavabdehin iddiaçı qarşısında mövcud olan ödəniş öhdəliyini aradan qaldırmır.
90. Cavabdeh iddiaçıya olan borcunu tam ödəməlidir. Səhvən "xxxx" PHŞ-nin hesabına köçürülmüş vəsaiti isə cavabdeh yalnız əsassız varlanma (Mülki Məcəllənin 1092-ci maddəsi) institutuna əsasən həmin qurumun ləğvetmə komissiyasından və ya aidiyyəti orqandan (qurumdan) müstəqil iddia qaydasında tələb edə bilər. Iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından isə məlum olmuşdur ki, qeyd olunan 64.214,98 manat vəsaitin 32.148,95 manatı cavabdehə qaytarılmış və sonuncu tərəfindən iddiaçıya ödənilmişdir.
91. Apellyasiya şikayətində göstərilmişdir ki, elektron qaimə-fakturalara (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə uyğun) hüquqi qiymət verilməmişdir. Ancaq iş materiallarından isə əks nəticə görünür.
92. Qeyd olunan hüquqi mövqeyə görə, “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.
93. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan elektron qaiməfakturalar - müqavilə (əlavə razılaşmalar), sifariş məktubları və hesab fakturalar (təhvil-təslim aktları) ilə birlikdə qiymətləndirilmiş, məhsulların sifariş verilməsi, faktiki təhvil verilməsi və qəbul olunması tam təsdiq edilmiş, cavabdehin nümayəndələri də həmin məhsulların qəbul olunmasını etiraf etmişlər. Ona görə də bu dəlilə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
94. Kollegiya tərəfindən apellyasiya şikayətində və cavabdehin nümayəndəsinin izahatında göstərilən digər dəlillər subyektiv mülahizələr kimi dəyərləndirilir.
95. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Iddiaçı müqaviləni, əlavə razılaşmaları, sifarişləri, elektron qaimələri, hesab fakturaları (təhvil-təslim aktlarını), borcun hesablamasını, qismən ödəniş faktını təqdim etməklə iddiasını sübut etmişdir.
96. Cavabdeh isə tələb olunan 86.386,31 manatın ödənildiyini təsdiq edən heç bir maliyyə sənədi təqdim etməmiş, cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatında borcun olduğunu etiraf etmiş və iddianı qəbul etdiyini bildirmişdir. Kollegiya bu baxımdan birinci instansiya məhkəməsinin “cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi” barədə gəldiyi nəticəni düzgün hesab etməklə onunla razılaşır (bax §28-31).
97. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi dövlət satınalmaları haqqında qanunvericiliyin xüsusi maddi hüquq normalarına istinad etməsə də, ümumən maddi və prosessual hüquq normalarına riayət etmiş, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz.
98. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
99. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı; - e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
100. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0- 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.