Məhkəmə qərarları › İş №e-2-2(3-1)-24/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2-2(3-1)-24/2026

22.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-24/2026 22.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddia ərizəsinin qaytarılması barədə qərardaddan verilmiş şikayətdən imtina olunması, apellyasiya icraatına xitam verilməsi. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X1 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ### tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) 2026-cı il # ### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 (bundan sonra - cavabdeh) 8176 manat borcun və 101 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ### tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ödənilmiş 102 manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul olunmuşdur. (hakim Elşən Salmanov)

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisənin pretenziya qaydasında nizama salınması formal xarakter daşıyır və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması kimi qiymətləndirilmir, çünki iddiaçı tərəfindən cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müddət müəyyən edilməli, nəzərdə tutulmuş müddət daxilində öhdəliklərin icrası təmin edilmədikdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.

4. Lakin iş materiallarından görünür ki, iddiaçı cavabdehə ünvanladığı pretenziya məktubunda mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə 3 gün müddətində vaxt versə də, iş materiallarına əlavə edilmiş X2 Sistemindən çıxarışa əsasən, pretenziya məktubu göndərildikdən (##.##.2026) 1 gün sonra, ##.##.2026-cı il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, nəticə etibarilə pretenziya qaydasında nizama salma üçün nəzərdə tutulmuş müddət gözlənilməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin hal mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması kimi qiymətləndirilməməlidir.

5. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.3, 114.1, 114.1.3, 150.1 və 150.1.6, 150.2, 152.1.6, 152.2, 152.3 və 152.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 4.1-ci maddələrinə istinad etmişdir.

6. Iddiaçı 2026-cı il ## ### tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ### tarixli qərardadın ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, həmin şikayətə 2026-cı il ## ### tarixdə baxılaraq təmin edilməmiş, Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmiş və 2026-cı il ## ### tarixli qərardadla verilmiş şikayət mümkün hesab edilərək həmin şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Şikayətin dəlilləri

7. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydalarına əməl etmək qərarına gəlmiş, daha sonra bunun qanunvericilikdə məcburi olmadığı ona məlum olmuşdur.

8. Tərəfindən cavabdehə pretenziya məktubunun göndərilməsi yalnız mübahisənin sülh yolu ilə həllinə cəhd məqsədi daşımışdır. Lakin həmin məktub qanundan irəli gələn məcburi prosedur, eləcə də müqavilə öhdəliyi deyil, məhkəməyə müraciət hüququnu məhdudlaşdıran prosessual maneə ola bilməz. Məhkəmə isə könüllü xarakterli hüquqi hərəkəti iddianın qəbuluna maneə olan məcburi şərt kimi qiymətləndirmişdir.

9. Iddiaçı şikayətində Mülki Prosessual Məcəllənin 4.3 və 152.1.6-cı maddələrinin düzgün tətbiq olunmadığına istinad etmişdir. Tətbiq edilən hüquq

10. Mülki Prosessual Məcəllə; Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. ... 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi

11. Qeyd olunduğu kimi iddiaçı 2026-cı il ## ### tarixdə məhkəməyə müraciət göndərərək şikayətindən imtina etdiyini bildirmişdir.

12. Kollegiya qeyd edir ki, şikayətin verilməsi kimi bu şikayətdən imtina olunması da şikayəti vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni birinci instansiya məhkəməsinin qərardadından şikayət vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq şikayətindən imtina edə bilər. Qanunla şikayətdən onu vermiş şəxsin imtina etməsi imkanının nəzərdə tutulması mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir və şikayətdən imtina hüququnun realizə edilməsi bu prinsipin təzahür formalarından biridir.

13. Şikayət verən şəxsin ondan imtina etməsi haqqında ərizə yazılı formada verilir və həmin ərizədə şikayətdən imtinanın səbəblərinin əsaslandırılması tələb olunmur. Ərizədə şikayəti vermiş şəxsin ondan imtina barədə fikrinin qəti olaraq ifadə edilməsi bu ərizənin məzmununa dair kifayətedici tələb kimi qəbul olunur.

14. Işdə iştirak edən şəxsin şikayətindən imtina etməsi nəticəsində apellyasiya icraatına xitam verilməsi birinci instansiya məhkəməsinin qərardadının qanuni qüvvəyə minməsinə səbəb olur.

15. Göstərilənləri nəzərə almaqla və iddiaçının şikayətindən imtina ilə bağlı müraciətini müzakirə edərək kollegiya bu nəticəyə gəlir ki, şikayətdən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və şikayətdən imtina etmiş iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Nəticə

16. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ### tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətindən imtinası qəbul еdilsin və apellyasiya icraatına xitam vеrilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar