Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-26/2026 25.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi və icarəçinin icarə obyektindən çıxarılması Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı İddiaçı iştirakları ilə Işin halları
1. Iddia ərizəsinə görə, İddiaçı (icarəyə verən) aralarında olan razılaşmaya əsasən ##.##.2025-ci il tarixdə mülkiyyətində olan Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən, sahəsi 400 m2 olan qeyri-yaşayış sahəsini (yeməkxananı) hər ay 3.000 manat (günlük 100 manat) icarə haqqı ödənilməsi şərtilə “xxxx” MMC-yə (icarəçiyə) icarəyə vermişdir.
2. Icarəyə verənlə icarəçi arasında bağlanmış ****** saylı ##.##.2025-ci il tarixli icarə müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər;
1. Icarəyə verən Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən ümumi sahəsi 1163,39 m2 olan qeyri-yaşayış sahəsinin 1163,39 m2 hissəsi tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir; - icarəyə verən İddiaçı (100 m2) - icarəçi "xxxx” MMC
3. Icarə müddəti ##.##.2026-cı il tarixədək müəyyən edilir...
4. Icarəyə verilən sahənin istifadəsinə görə icarəçi icarəyə verənə aylıq 300 manat 0 qəpik icarə haqqı ödəyir.
9. Icarəyə götürən hər ay aylıq icarə haqqından 14% qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir.
3. Icarəyə verən iddia edir ki, şifahi razılaşmalarına uyğun olmayaraq, onun xəbəri olmadan icarəçi tərəfindən müqavilədə icarə obyektinin sahəsi 400 m2 yerinə 100 m2, aylıq icarə haqqı isə 3.000 manat əvəzinə 300 manat göstərilmiş və kağız daşıyıcıda olan müqavilə onun tərəfindən imzalanmamışdır. Imzanın icarəyə verənə aid olmaması ekspert rəyi ilə təsdiq olunmuşdur.
4. Icarəyə verən və icarəçi ****** saylı ##.##.2025-ci il tarixli icarə müqaviləsinin ADOC variantını ##.##.2025-ci il tarixdə ASAN imza ilə vergi orqanı vasitəsi ilə imzalamışlar.
5. Icarəyə verənin iddia tələbinə görə icarəçi müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.
Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) 2025-ci il ## ###### tarixdə “xxxx” MMCyə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.690 manat icarə haqqının, hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonorarın və ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi, mülkiyyətində olan Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən qeyri-yaşayış binasından (yeməkxanadan) cavabdehin məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Nümayəndə (bundan sonra cavabdehin nümayəndəsi) şahid3 vasitəsi ilə tanımış, o iddiaçıya yeməkxana işlətmək istədiyini bildirmişdir. Aralarında aparılan razılaşmaya əsasən ##.##.2025-ci il tarixdə iddiaçı mülkiyyətində olan yeməkxana binasını günü 100 manat (aylıq 3.000 manat) icarə haqqı müqabilində cavabdehə təhvil vermişdir.
8. ##.##.2025-ci il tarixdə cavabdehin nümayəndəsi ona zəng edib aralarında olan razılaşmanı rəsmiləşdirmək istədiyini deyərək onunla cavabdeh arasında icarə müqaviləsi bağlayacağını bildirmiş, iddiaçı isə buna heç bir etirazının olmadığını bildirmişdir. Lakin həmin icarə müqaviləsini bağlamaq üçün iddiaçı ilə heç bir əlaqə yaratmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, güya iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Lakin iddiaçının həmin müqavilədən xəbəri olmamışdır. Bxxxxə ki, tərtib olunmuş icarə müqaviləsində kobud saxtakarlıqlar edilərək iddiaçının yeməkxanasının sahəsi 400 m2 olmasına baxmayaraq həmin müqavilədə 100 m2, həmçinin icarə haqqı olaraq 3000 manat məbləğ isə 300 manat yazılmış, eyni zamanda iddiaçının əvəzindən bxxxxə imza çəkilmişdir. Iddiaçı müqaviləyə saxta imza çəkilməyi ilə bağlı Naxçıvan Şəhər Vergilər Idarəsinə məlumat vermişdir.
9. 2025-ci ilin fevral ayının icarə haqqı martın 18-dək vaxtında ödənsə də, martın 18-dən sonra günlük icarə haqqı ödənişlərində gecikmələr yaranmağa başlamışdır. Hətta mart ayının icarə haqqının bir qismini isə may ayında ödədikdən sonra cavabdehin iddiaçıya mart ayının 18-dən aprxxxx ayının 18-nə kimi olan icarə haqqından 690 manat borcu qalmışdır. May, iyun, iyul və avqust aylarında cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə icarə haqqı ödənilməmiş, cavabdehin ##.##.2025-ci il tarixə kimi iddiaçıya 12.690 manat borcu yaranmışdır.
10. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan qeyri-yaşayış binasını boşaltmaqdan və ona borclu olduğu icarə haqqını ödəməkdən imtina etmişdir.
11. ##.##.2025-ci il tarixdə mübahisənin məhkəmədən kənar nizama salınması qaydasına riayət etməklə cavabdehə pretenziya məktubu göndərsə də, sonuncu tərəfindən mübahisənin həlli istiqamətində heç bir addım atılmamışdır.
12. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4, 700.1, 700.2, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 26.1, 26.2-ci maddələrinə istinad etmişdir.
13. Iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə iddiaçının vəkilinümayəndəsi 2025-ci il ## ###### tarixdə müraciət edərək iddiaya “cavabdehdən 21.690 manat icarə haqqının, müvafiq ekspertiza təyin olunmaqla qeyri-yaşayış binasına (yeməkxanaya) vurulmuş ziyanın müəyyən edilməklə alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından (yeməkxanadan) cavabdehin məcburi qaydada çıxarılması, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonorarın və ödənilmiş 239 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbi çərçivəsində baxaraq bu barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Iddiaçının vəkili-nümayəndəsi 2026-cı il ## ###### tarixdə ərizə ilə müraciət edərək iddia tələbinin həcminin artırılaraq, “cavabdehdən 33.690 manat icarə haqqının alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən qeyri-yaşayış binasından (yeməkxanadan) cavabdehin məcburi qaydada çıxarılması, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonorarın və ödənilmiş 288,50 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbi çərçivəsində baxılması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 2026-cı il # #### tarixli qərardadı ilə işə iddiaçının 2026-cı il ## ###### tarixli ərizədə göstərilən tələbi həcmində baxılması qərara alınmışdır.
15. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 3.600 manat icarə haqqının alınıb iddiaçıya ödənilməsi, Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən qeyri-yaşayış binasından (yeməkxanadan) cavabdehin məcburi qaydada çıxarılması, hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonorarın və 58,70 manat ödənilmiş rüsumun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, 133,18 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, dövlət rüsumu olaraq artıq ödənilmiş 96,62 manatın iddiaçıya qaytarılması, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 80 manat ekspertiza xərcinin cavabdehdən alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsində olan hesabına ödənilməsi, iddia tələbinin qalmış hissədə təmin olunmaması qət edilmişdir (hakim Qabil Məmmədov).
16. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə iddiaçı tərəfin iddia tələbini istinad etdiyi ##.##.2025-ci il tarixdən icarə münasibətlərinin yaranması, icarə haqqının gündəlik 100 manat ödənilməsi əsası ilə aylıq 3.000 manat ödənməli olması, cavabdehin iddiaçının kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul köçürməsi, həmçinin razılıqdan kənar müqavilə rəsmiləşdirilərkən icarə obyektinin ölçüsünün, haqqının az göstərilməsi əsaslarına və sənədlərinə əsasən bildirir ki, həmin əsaslar və sənədlər hüquqi nəticə yaradan sübut kimi qiymətləndirilə bilməz. Bxxxxə ki, təqdim olunan müxtəlif vaxtları əhatə edən ödəniş qəbzlərindən hazırkı iddia üzrə icarə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məlum olmur. Ümumiyyətlə, əməliyyatın məqsədi və təyinatı aşkar görünmür.
17. Bundan başqa, Kapital Bank ödəniş kartı üzrə çıxarışdan iddiaçının hesabında əməliyyatlar aparılması məlum olur, lakin diqqət etdikdə həmin əməliyyatlarda icarəçi tərəfindən icarə haqqı olaraq ödəmələr olması aşkar görünmür.
18. Həmçinin məhkəmə qeyd etməyi zəruri görür ki, təqdim olunan bank əməliyyatlarında bir gündə bir neçə əməliyyat olunduğu görünür (##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,00 manat, ##.##.2025-ci il tarixdə 300,0 manat) bu hal sübutların əsaslılığını şübhə altına salır.
19. Bundan başqa, təqdim olunan icarə müqaviləsində icarə haqqının kart hesabına ödənilməsi ilə icra olunacağı qeyd edilməmişdir.
20. Iddiaçı və şahidlər gündəlik 100 manat ödənilməsini qeyd etsələr də, bu hal iddiaçının verdiyi izahatla təkzib olunmaqdadır. Bxxxxə ki, iddiaçı bu halı göstərsə də, ödənişin gündəlik icra olunmasının ilk günlərdən pozulduğunu bildirsə də, pretenziya qaydasında tərəfə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfdən təqdim olunan həmin sübutları əsaslı hesab etmir.
21. Məhkəmə iddiaçının ##.##.2025-ci il tarixdən obyektin icarəyə verilməsi tələbinə münasibətdə bildirir ki, təqdim olunan müqavilənin ##.##.2025-ci il tarixdə bağlanması məlum olur. Iddiaçının qeyd etdiyi tarixlə əlaqədar müqavilə isə məhkəməyə təqdim edilməmişdir.
22. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qiymətləndiricinin rəyində, həmçinin şahidlərin ifadələrində qeyd etdikləri obyektin icarə qiymətinə münasibətdə bildirir ki, tərəflər müqavilə bağlamaqda, şərtlərdə, qiymətdə sərbəstdirlər. Həmçinin ##.##.2025ci il tarixi əhatə edən rəyə diqqət yetirildikdə 1 m2 üzrə aylıq bazar icarə dəyəri 10 manat göstərilmişdir. Məhkəməyə təqdim olunan icarə müqaviləsində obyektin icarəyə verilən hissəsi 100 m2 göstərilmişdir. Məhkəmə obyekt üzrə icarə haqqının aylıq 3.000 manat olması sübutlarını əsaslı hesab etmir.
23. Məhkəmə təqdim olunan icarə müqaviləsinə hüquqi qiymət verərək bildirir ki, həmin sənədin hər iki tərəfin gücləndirilmiş imzası ilə imzalanmaqla təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması üçün Naxçıvan Şəhər Vergilər Idarəsinə xxxxektron qaydada obyektin qeydiyyatı ərizəsi ilə müraciət edilməsi və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması təsdiqini tapmışdır. Bu hal iddiaçının iddia ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında və Naxçıvan Şəhər Vergilər Idarəsinin məhkəmənin, həmçinin iddiaçının vəkilinin sorğu məktubuna verdiyi cavablarda öz təsdiqini tapmışdır.
24. Məhkəmə qeyd edir ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **** nömrəli rəyindən iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli ****** nömrəli icarə müqaviləsinin aşağı hissəsində "icarəyə verən: İddiaçı” qrafasında əks olunmuş imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunsa da, iddiaçının vergi orqanına təqdim olunması üçün imza etməsi öz təsdiqini tapmışdır.
25. Məhkəmə iddiaçının müqaviləni oxumaması, icarə obyektinin sahəsinin və haqqının az göstərilməsi fikirlərinə münasibətdə qeyd edir ki, tərəfin müqaviləni oxumaq, şərtlərə münasibət bildirmək öhdəliyi vardır. Bütün hallarda müqavilə oxunduqdan sonra imzalanır. Iddiaçının isə müqaviləni oxumadan imzalaması ilə bağlı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
26. Məhkəmə iddiaçı ilə cavabdeh arasında rəsmi müqavilə olmasını işin mübahisəsiz halı kimi qiymətləndirir.
27. Həmçinin hər iki tərəfin şifahi qaydada iş görmələri üçün razılaşmaları barədə səslənən fikirə əsasən məhkəmə qeyd edir ki, şifahi olaraq razılaşmanın bxxxxə qanuni tərəfləri izahatlardan və sübutlardan məlum olmur.
28. Məhkəmə təqdim olunan icarə müqaviləsi üzrə tərəflərin öhdəliklərinin yaranmasını hüquqi nəticəyə əsas olan hesab edir və istinad olunan həmin əqd üzrə iddia tələbinin qismən əsaslı olmasının mövcudluğunu görür.
29. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
30. Məhkəmə iş üzrə cavabdeh tərəfin iştirak edib sübutlarını təqdim etmədiyindən iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında işə baxmışdır. Məhkəmə cavabdehin icarə obyektindən çıxarılması tələbini təmin edərkən müqavilə öhdəliklərini də əsas götürür. Bxxxxə ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti ##.##.2026-ci il tarixədək müəyyən edilir.
31. Məhkəmə qeyd edir ki, müqavilədəki 3-cü bənd iddiaçı məhkəməyə müraciət etdiyi andan hüquqi əsasını itirmişdir. Bxxxxə ki, iddiaçı məhkəməyə müraciət edərək müqavilə öhdəliklərinin pozulmasını qeyd etməklə müqavilənin davam etdirilməsi üçün əsasın olmadığını bildirmiş hesab olunur.
32. Bundan başqa, müqavilə müddəti bitsə də, məhkəmədə verilən izahatlar, həmçinin şahidlərin ifadələri ilə təsdiq olunur ki, cavabdeh icarə obyektində olmaqla fəaliyyətini davam etdirir.
33. Hazırkı iddia tələbi üzrə iddianın təmin edilmiş hissəsinin qiyməti 3.870 (üç min səkkiz yüz yetmiş) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 58,70 manat olaraq müəyyən edilir.
34. Iş materiallarında olan ##.##.2025-ci tarixli ********** nömrəli mədaxil qəbzindən 129,00 manat, ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən 111,00 manat, ##.##.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən 49,50 manat dövlət rüsumunun, ümumilikdə 288,50 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənildiyi görünür.
35. Bxxxxəliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməklə icarə müqaviləsi bağlandığı ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək aylıq 300 manat olmaqla 3.600 manat icarə haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən qeyri-yaşayış binasından (yeməkxanadan) cavabdeh məcburi qaydada çıxarılmalı, hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat qonorarın əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməli, 58,70 manat ödənilmiş rüsumun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 133,18 manat dövlət rüsumu iddiaçıya aid edilməli və artıq ödənilmiş 96,62 manat rüsum iddiaçıya qaytarılmalı, iddia tələbi qalmış hissədə təmin edilməməlidır.
36. Bundan əlavə, təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi olaraq məhkəməyə daxil olmuş ## ###### 2026-cı il tarixli, **** nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 80 manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsinə, Mülki Məcəllənin 5.3, 6.2, 9.1, 9.3, 13, 14.2-14.2.1, 16.1, 17.1, 18, 324.1, 324.2, 329.1, 329.2, 329.3, 329.4, 337.1, 337.4, 337.5, 385.1, 386.1, 389.1, 390.2, 442, 700.1 və 700.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 81, 88, 107, 119.1, 217.3, 217.4, 218.1, 220.4 və 220.5-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 2.1.2 və 4.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır.
38. Iddiaçı 2026-cı il ## ### tarixdə apxxxxlyasiya şikayəti verərək e-*-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnamənin icarə haqqı məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
39. Cavabdeh 2026-cı il ## ### tarixdə apxxxxlyasiya şikayəti verərək e-*-*(***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qətnamənin ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apxxxxlyasiya şikayətlərinin dəlilləri
Iddiaçının apxxxxlyasiya şikayəti üzrə
40. Işin halları üzrə - cavabdehin nümayəndəsi ilə 2025-ci ilin fevral ayında faktiki razılaşmaya əsasən ona məxsus ümumi sahəsi 400 m2 olan qeyri-yaşayış sahəsi gündəlik 100 manat, aylıq isə 3.000 manat icarə haqqı müqabilində cavabdehin istifadəsinə verilmişdir. Aralarında faktiki münasibətlər yarandıqdan sonra vergi orqanının kömək məqsədilə cavabdehin nümayəndəsinə təqdim etdiyi standart xxxxektron müqavilə forması cavabdehin nümayəndəsi tərəfindən doldurulmuş, lakin aralarında razılaşdırılmış şərtlər müqavilədə qəsdən düzgün göstərilməmişdir. Bxxxxə ki, cavabdehin nümayəndəsi müqavilədə icarə obyektinin sahəsini 400 m2 əvəzinə 100 m2 göstərmiş, aylıq icarə haqqını 3.000 manat əvəzinə 300 manat qeyd etmişdir. Bundan əlavə, müqaviləyə onun adından imza etmiş və sənəd xxxxektron qaydada vergi orqanına təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi vergi orqanında olarkən ona zənd edib müqaviləni hazırlayaraq vergi orqanına təqdim etdiyini, müqaviləni xxxxxxxxktron inza ilə imzalamağını bildirmişdir. O, müqavilənin razılaşdırılmış şərtlərə uyğun tərtib edildiyini düşündüyündən sənədi xxxxektron qaydada təsdiqləmişdir.
41. Cavabdehin nümayəndəsi tərəfindən 2025-ci ilin fevral, mart, aprxxxx və may ayları ərzində ona hissə-hissə olmaqla mütəmadi ödənişlər edilmişdir. Iş materiallarında olan qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə 100 manat, 300 manat, 400 manat, 500 manat, 700 manat və digər məbləğlərdə pul köçürülmüşdür. Sonradan cavabdehin nümayəndəsi icarə haqqını verməkdən yayındığından vergi orqanına müraciət etdiyi zaman xəbəri olmuşdur ki, cavabdehin nümayəndəsi tərəfindən vergidən yayınmaq məqsədilə müqaviləni saxtalaşdırmışdır. Çünki cavabdehin nümayəndəsi ilə aralarında faktiki hüquq münasibətləri mövcud olmuş, müxtəlif tarixlərdə hissə-hissə olmaqla ona mütəmadi ödənişlər həyata keçirilmişdir. Eyni zamanda ödəniş qəbzlərində vəsaiti köçürən şəxs kimi “Şövqü M." qeyd edilmişdir. Həmin şəxs cavabdehin nümayəndəsi olmuşdur.
42. Qeyd etdiyi xüsusatlardan da görünür ki, birinci instansiya məhkəməsi işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Bxxxxə ki, məhkəmə bir tərəfdən ekspertiza rəyinə əsasən müqavilədəki imzanın ona aid olmadığını qəbul etmiş, digər tərəfdən isə həmin müqavilədə göstərilən 300 manatlıq şərti əsas götürmüşdür.
43. Mülki Məcəllənin 5.3, 6.1, 6.1.1, 6.1.2, 6.1.3, 6.1.4, 6.1.5, 14.1, 14.2, 14.2.1, 16.1, 329.1, 337.1, 337.4, 385.1, 442, 700.1, 700.2-ci maddələri üzrə - məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətinin mahiyyətini formal sənəd üzrə deyil, tərəflərin həqiqi iradəsi və faktiki davranışları əsasında müəyyən etməli olduğu halda bunu etməmişdir. Çünki iş materiallarından açıq şəkildə görünür ki, tərəflər arasında 400 m2 qeyri-yaşayış sahəsinin aylıq 3.000 manat müqabilində icarəyə verilməsi barədə faktiki razılıq olmuş, cavabdehin nümayəndəsi həmin razılaşmaya uyğun olaraq mütəmadi ödənişlər etmiş, iddiaçı həmin ödənişləri qəbul etmiş, münasibətlər faktiki olaraq icra edilmişdir. Buna baxmayaraq məhkəmə yalnız formal olaraq müqavilədə göstərilmiş 300 manat məbləğində icarə haqqını əsas götürmüşdür. Halbuki iş üzrə keçirilmiş ekspertiza ilə həmin müqavilədəki imzanın ona aid olmadığı müəyyən edilmişdir. Bu halda məhkəmə bir tərəfdən müqavilənin iddiaçının iradəsini ifadə etmədiyini qəbul etdiyi halda, digər tərəfdən həmin müqavilənin şərtlərini əsas götürməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
44. Məhkəmə həmçinin tərəflərin faktiki icra olunmuş münasibətlərinə hüquqi qiymət verməmiş, Mülki Məcəllənin müqavilə azadlığı, əqdlərdə tərəflərin həqiqi iradəsinin müəyyən edilməsi, öhdəliklərin vicdanlı icrası, faktiki yaranmış mülki hüquq münasibətlərinin qorunması ilə bağlı normaları düzgün tətbiq edilməmişdir.
45. Bundan başqa, məhkəmə iş üzrə faktiki icra olunmuş ödənişlərin hüquqi əsasını müəyyən etməmişdir. Əgər tərəflər arasında faktiki icarə münasibəti mövcud olmamışdırsa, bu halda cavabdehin nümayəndəsinin iddiaçıya sistemli və mütəmadi şəkildə ödənişlər etməsinin hüquqi səbəbi qətnamədə məhkəmə tərəfindən izah edilməmişdir.
46. Məhkəmə tərəflərin həqiqi iradəsini deyil, vergidən yayınmaq məqsədilə formal qaydada tərtib edilmiş sənədi əsas götürməklə maddi hüquq normalarını pozmuşdur. Bxxxxəliklə də, məhkəmə tərəfindən iş üzrə qeyd edilən nüanslar hərtərəfli və tam şəkildə araşdırılmamışdır ki, bu səbəbdən də iş üzrə məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması şərti ilə qəbul edilmişdir.
47. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 174.2-ci maddələri üzrə - birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları ayrı-ayrılıqda və formal şəkildə qiymətləndirmiş, onların qarşılıqlı əlaqəsini və sübut xarakterini nəzərə almamışdır. Bxxxxə ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzləri, ödənişlərin sistemli və mütəmadi xarakter daşıması, ödəniş məbləğlərinin aylıq 3.000 manatlıq razılaşmaya uyğun gəlməsi, tərəflər arasında münasibət yarandıqdan sonra ödənişlərin həyata keçirilməsi, iddiaçının həmin ödənişləri qəbul etməsi halları məhkəmə tərəfindən tam araşdırılmamışdır.
48. Məhkəmə yalnız qəbzlərdə “Şövqü M.” qeyd edilməsinə əsaslanaraq həmin şəxsin cavabdehin nümayəndəsi olmasının müəyyən edilmədiyini göstərmiş, lakin bu halın araşdırılması üçün əlavə sübutların toplanması, şahidlərin dindirilməsi və digər prosessual tədbirlərin görülməsi məsələsinə münasibət bildirməmişdir.
49. Bundan başqa, məhkəmə ekspertiza rəyi ilə müəyyən edilmiş hallara da tam hüquqi qiymət verməmişdir. Bxxxxə ki, ekspertiza rəyi ilə müqavilədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edildiyi halda, məhkəmə həmin müqavilənin 300 manatlıq şərtini əsas götürmüş, ekspertiza rəyi ilə gəldiyi nəticə arasındakı ziddiyyəti aradan qaldırmamışdır.
50. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - bax §40-49.
Cavabdehin apxxxxlyasiya şikayəti üzrə
51. Işin halları üzrə - ## ##### 2025-ci il tarixli, ****** nömrəli icarə müqaviləsinin 1 və 4-cü bəndlərinə əsasən, icarəyə verən Naxçıvan MR, Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən, ümumi sahəsi 1163.39 m2 olan qeyri-yaşayış sahəsinin 1163,39 m2 hissəsi tam mülkiyyət üzrə ona məxsus hissəsindən 100 m2 hissəni icarəçiyə icarəyə verməyi, icarəyə götürən cavabdeh isə icarəyə verən iddiaçıya aylıq 300 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
52. Iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu qəbzlərdən də göründüyü kimi, cavabdeh bu günə qədər iddiaçıya 7.300 manat məbləğində icarə haqqı ödəmişdir. Yəni 2 ilin icarə haqqını tərəflərin şifahi razılaşmasına əsasən cavabdeh əvvəlcədən iddiaçıya ödəmişdir.
53. Iddiaçı sonradan birtərəfli qaydada icarə haqqının məbləğini artırmaq istədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Göründüyü kimi müqavilə şərtləri cavabdeh tərəfindən deyil, iddiaçının özü tərəfindən pozulmuşdur.
54. Iddiaçı icarə obyektinin kommunal xidmətlərini dayandırmaqla, cavabdehin normal fəaliyyət göstərməsinə maneə yaradır və cavabdehə maddi ziyan vurur. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, ona görə də qanunsuz və əsassız olaraq iddia tələbini qismən təmin etmişdir.
55. Mülki Məcəllənin 700.1-ci maddəsi üzrə - indiki halda 2 ilin icarə haqqını tərəflərin şifahi razılaşmasına əsasən cavabdeh əvvəlcədən iddiaçıya ödəmişdir, yəni cavabdehin iddiaçıya heç bir icarə haqqı borcu yoxdur. Çox təəssüf ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, ona görə də qanunsuz və əsassız olaraq iddia tələbini qismən təmin etmişdir.
56. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - təəssüf ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir.
57. Mülki Prosessual Məcəllənin 217-ci maddəsi üzrə - indiki halda məhkəmə qanunvericiliyin bu tələblərini də pozmuşdur.
Apxxxxlyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
58. Apxxxxlyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
59. Cavabdehin nümayəndəsi Nümayəndə ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında vəkil vasitəsilə hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatəti təmin olunmuş, lakin işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, növbəti məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə kollegiyaya heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apxxxxlyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.
60. ##.##.2026-cı il tarixli ******* nömrəli vəkil orderinin surətindən görünür ki, hüquqi yardım göstərilən cavabdehlə yalnız apxxxxlyasiya şikayətinin tərtib olunması üçün müqavilə bağlanılmışdır.
61. Iddiaçı məhkəmə iclaslarında apxxxxlyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, öz apxxxxlyasiya şikayətini müdafiə edir, qarşı tərəfin apxxxxlyasiya şikayətini isə qəbul etmir.
62. Cavabdehin nümayəndəsi ilə 2025-ci ilin fevral ayının 18-dən aylıq 3.000 manat ödəmək şərtilə sahəsi 400 m2 olan yeməkxananı cavabdehə icarəyə verməyə razılaşmışlar.
63. Növbəti gün o, cavabdehin nümayəndəsi ilə müqavilə bağlamaq üçün vergi xidmətinə getməyi təklif etsə də, cavabdehin nümayəndəsi müxtlif bəhanələrlə (işlərinin olduğunu bildirərək) rəsmi müqavilə bağlamaqdan yayınmışdır.
64. Aprxxxxin 3-də saat 17 radələrində cavabdehin nümayəndəsi ona zəng edərək vergi xidmətində olduğunu, sahəni 400 m2 və aylıq icarə haqqını 3.000 manat olaraq müqaviləyə daxil etdiyini bildirmiş və ondan ASAN imza ilə təsdiq etməsini xahiş etmişdir. O, cavabdehin nümayəndəsinə inanaraq ona gələn bildirişi ASAN imza ilə təsdiqləmişdir. Lakin cavabdehin nümayəndəsi müqavilənin kağız daşıyıcıda olan nüsxəsini imzalanmaq üçün ona təqdim etməmişdir.
65. 2025-ci ilin may ayında o, cavabdehin nümayəndəsi ilə görüşüb ödənişlərin tam edilməməsi və müqaviləni ona verməməsi barədə söhbət etmiş, ona demişdir ki, “ya ayın tamamında 3.000 manatı ver, ya da gündəlik 100 manatı və yaxud da indiyə qədər nə qədər borcun var, onu karta at”. Həmin vaxt cavabdehin nümayəndəsi sonuncu dəfə onun kart hesabına 700 manat pul köçürmüşdür. Ondan əvvəl də 400, 500, 300, 100 manat da atdığı olmuşdur.
66. Bir müddət sonra o vergi idarəsinə müraciət edərək müqaviləni əldə etmiş, həmin vaxt ona məlum olmuşdur ki, cavabdehin nümayəndəsi aldatma yolu ilə müqavilədə icarə haqqını 3.000 manat əvəzinə 300 manat, sahəni isə 400 m2 əvəzinə 100 m2 göstərmişdir. Cavabdehin nümayəndəsi bunu ödəyəcəyi 14%-lik vergi məbləğini azaltmaq məqsədilə etmişdir. Bu saxtakarlıqla bağlı iddiaçı Vergilər Nazirliyinə, Iqtisadi Inkişaf Nazirliyinə şikayət etmiş və cavabdehin nümayəndəsinə müqavilənin pozulması barədə bildiriş göndərmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi və Vergi Idarəsinin sənədləri də obyektin həqiqətən 400 m2 olduğunu və hər kvadrat metrə görə 10 manat hesablandığını təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilən 5 nəfər şahid də bu halları təsdiq etmişlər.
67. O, “Kapital Bank”ın ödəniş kartlarından çıxarışları və həmin kartlara cavabdehin nümayəndəsi tərəfindən göndərilən pullara dair qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin kart hesablarına başqaları tərəfindən də pul köçürülmüşdür. Cavabdehin nümayəndəsinin köçürdüyü pullar qəbzlərdə göstərilən pullardır. Bir dəfə isə cavabdehin nümayəndəsi Günay adlı qadının kartından ona 100 manat pul atmışdır.
68. Cavabdehin nümayəndəsinin bayram və istirahət günlərində, bank işləməyən vaxt onun kart hesablarına atdığı pullar ödəniş kartı üzrə çıxarışlarda eyni günə qeyd olunmuşdur. Məsələn, mart ayının 20-dən 30-dək cavabdehin nümayəndəsinin onun kart hesabına köçürdüyü pulların hamısı ödəniş kartı üzrə çıxarışda aprxxxxin 1-nə göstərilmişdir.
69. Müqavilənin tarixi # ##### 2025-ci il kimi rəsmiləşdirilmiş, may ayından sonra cavabdeh icarə haqqını və kommunal xərcləri ödəməkdən imtina etmişdir.
70. 2025-ci il ####un ##-də iddiaçı obyektin 238 manat qaz borcunu ödədikdən sonra obyektdə özünə aid sayğacdan icarəyə verdiyi yeməkxanaya xxxxektrik enerjisinin verilməsini kəsmişdir. Həmin tarixdən etibarən obyekt fəaliyyətini dayandırmışdır, lakin açarlar cavabdehdə olduğu üçün iddiaçı obyektə daxil ola bilmir.
71. Ödəniş kartları üzrə çıxarış və köçürmə qəbzlərinə əsasən cavabdehin nümayəndəsi ona dəqiq icarə haqqı olaraq cəmi 5.940 manat pul ödəmişdir.
72. Qeyd olunanları nəzərə alaraq, apxxxxlyasiya şikayətinin təmin olunmasını, cavabdehin apxxxxlyasiya şikayətinin isə rədd olunmasını xahiş edir.
73. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
74. Apxxxxlyasiya baxışında təqdim olunmuş Azərbaycan Respublikası Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**-*/*-*****/**** nömrəli məktubunda iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin ADOC və PDF variantının kollegiyaya göndərilməsi göstərilmişdir. Həmin məktuba əlavə olunmuş ADOC sənədində hansı müqavilənin təsdiq olunması görünmür, lakin AsanDoc portalı vasitəsi ilə ASAN imza ilə həmin sənədin iddiaçı tərəfindən “##.##.2025 15:52”-də, cavabdehin nümayəndəsi tərəfindən isə “##.##.2025 16:19”-da imzalanmasına dair qeydlər vardır.
Apxxxxlyasiya baxışının hədləri
75. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq iddiaçının apxxxxlyasiya şikayəti qətnamənin qismən, cavabdehin apxxxxlyasiya şikayəti isə tam ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
76. Mülki Məcəllə; Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd bxxxxə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. ... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. ... Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, ... ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
77. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apxxxxlyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız xxxxektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apxxxxlyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apxxxxlyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apxxxxlyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apxxxxlyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apxxxxlyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apxxxxlyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apxxxxlyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apxxxxlyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apxxxxlyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apxxxxlyasiya şikayətlərində göstərdikləri dəlillərin apxxxxlyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
79. Kollegiya iş materiallarını, apxxxxlyasiya şikayətlərinin dəlillərini, iddiaçının izahatını, birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları və tətbiq etdiyi maddi və prosessual hüquq normalarını qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddia tələbinin “icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində iş üzrə müəyyən edilmiş faktiki hallara və həmin hallara tətbiq edilməli olan hüquq normalarına uyğun deyildir.
80. Iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 675 və 700.1-ci, 157.2-ci maddələri təşkil edir.
81. Mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında hansı hüquq münasibətinin yarandığı, həmin münasibətin hansı tarixdən mövcud olduğu, icarəyə verilmiş əmlakın sahəsi və icarə haqqının məbləği barədə tərəflərin həqiqi iradəsinin nədən ibarət olduğu, habxxxxə ##.##.2025-ci il tarixli ****** nömrəli icarə müqaviləsinin tərəflərin həqiqi iradəsini ifadə edib-etmədiyi müəyyən edilməlidir.
82. Mülki Məcəllənin 385.1, 675 və 700.1-ci maddələrindən göründüyü kimi, icarə münasibətinin mövcudluğu üçün əsas əhəmiyyət kəsb edən hallar əmlakdan istifadənin verilməsi və bunun müqabilində müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair tərəflərin razılaşmasıdır.
83. Iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2025-ci il ## ###### tarixdən cavabdehin istifadəsində olmuş, həmin obyekt üzrə faktiki fəaliyyət həyata keçirilmiş və cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür.
84. Bununla da, tərəflər arasında obyektin faktiki olaraq cavabdehin istifadəsinə verilməsi və həmin istifadənin müəyyən ödəniş müqabilində həyata keçirilməsi iş materialları ilə təsdiq olunur.
85. Cavabdehin apxxxxlyasiya şikayətində də iddiaçıya müəyyən məbləğdə ödənişlərin edildiyi etiraf edilir. Bununla bxxxxə, tərəflər həmin ödənişlərin məbləği və hüquqi əsası barədə fərqli mövqxxxxər irəli sürürlər.
86. Kollegiya tərəflər arasında həqiqi iradə və əqdin etibarlılığı (Mülki Məcəllənin 390, 404, 337, 347-ci maddələri) baxımından vergi orqanında ASAN imza ilə imzalanmış xxxxektron müqavilənin və kağız daşıyıcıda olan müqavilənin qiymətləndirilməsi üzrə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Kiçik Müəssisəsinin, Tofiq Əliyev və Txxxxman Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “... məhkəmələr tərəfindən mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin hər hansı şərti təfsir edilərkən, ilk növbədə, həmin müqavilənin hüquqi mahiyyəti və xarakteri, müqavilə üzrə qarşıya qoyulan məqsəd göz önündə tutulmaqla həmin şərtin digər şərtlərlə müqayisəsi aparılmalı, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”.
87. Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il # ###### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, “mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi zəruridir”.
88. Iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ##.##.2026-cı il tarixli **** nömrəli rəyi ilə ##.##.2025-ci il tarixli ****** nömrəli müqavilənin “icarəyə verən: İddiaçı” qrafasında əks olunmuş imzanın iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir.
89. Iş materiallarından göründüyü kimi, xxxxektron sistemdə təsdiqlənmiş müqavilə şərtləri (100 m2 və 300 manat) tərəflərin faktiki münasibətlərinə və iddiaçının həqiqi iradəsinə uyğun gəlməmişdir. Cavabdeh iddiaçını aldadaraq formal vergi hesabatlılığı üçün bu sənədi təsdiqlətməyə nail olmuşdur. Aldatma təsirilə bağlanmış və ya tərəflərin həqiqi iradəsini əks etdirməyən müqavilə şərtləri isə hüquqi nəticə yaratmır (Mülki Məcəllənin 337 və 347-ci maddələri).
90. Işdə olan ödəniş kartları üzrə çıxarış, bank köçürmə qəbzləri, şahid ifadələri və bazar dəyəri rəyi (1 m2 = 10 manat) sübut edir ki, tərəflər arasında ümumi sahəsi 400 m2 olan obyektin aylıq 3.000 manat (gündəlik 100 manat) icarə haqqı müqabilində icarəyə verilməsinə dair faktiki şifahi icarə müqaviləsi bağlanmışdır. Cavabdehin iddiaçının kart hesabına hissə-hissə 5.940 manat köçürməsi də aylıq 300 manatlıq "formal" şərtin yalan olduğunu və faktiki olaraq daha böyük məbləğ (3.000 manat) üzrə öhdəliyin icra edildiyini təsdiqləyir.
91. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər şahid3, şahid4, Emin Yusifov və şahid2 icarə haqqının aylıq 3.000 manat olduğunun iddiaçı və cavabdehin nümayəndəsi arasında razılaşdırıldığın təsdiq etmişlər.
92. Icarə haqqı üzrə borcun və istifadə müddətinin hesablanması baxımından (Mülki Məcəllənin 700.1 və 448.1-ci maddələri) cavabdehin icarə obyektindən faktiki istifadə dövrü “##.##.2025 - ##.##.2025” olan dörü əhatə edir.
93. Iş materiallarından müəyyən edilir ki, cavabdeh obyektdən faktiki olaraq ## ###### 2025-ci ildən ## #### 2025-ci il tarixədək (ümumi 3 ay 29 gün) istifadə etmiş və gəlir götürmüşdür. ##.##.2025-ci il tarixdən iddiaçı tərəfindən xxxxektrik enerjisinin kəsilməsi nəticəsində cavabdeh obyektdən faydalanmaq imkanından məhrum olmuşdur.
94. ##.##.2025-ci ildən sonrakı dövr üçün icarə haqqı tələbi üzrə bildirilir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi icarə obyekti ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ verir. Kommunal xidmətlərin kəsilməsi səbəbindən fəaliyyəti dayandırılmış və istifadəsiz qalmış obyekt üçün icarəçidən həmin dövr üzrə icarə haqqı tələb edilə bilməz.
95. ##.##.2025 - ##.##.2025 (119 gün və ya 3 ay 29 gün) x 100 manat (günlük) = 11.900 manat, cavabdeh tərəfindən faktiki ödənilmiş məbləğ 5.940 manat, cavabdehin iddiaçıya qalan icarə haqqı borcu isə 11.900 - 5.940 = 5.960 manat təşkil edir.
96. Iddia tələbinin icarə obyektindən (qeyri-yaşayış sahəsindən) məcburi çıxarılma tələbi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri pozulduğundan, öhdəliklər icra edilmədiyindən və cavabdeh obyekti faktiki olaraq iddiaçının ixtiyarına qaytarmadığından (açarları təhvil vermədiyindən), Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsinə dair normalarına və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdehin Naxçıvan şəhəri, 11-ci məhəllə, 4 ünvanında yerləşən yeməkxana binasından məcburi qaydada çıxarılması (obyektin azad edilərək təhvil verilməsi) barədə birinci instansiya məhkəməsinin qətnaməsi hüquqauğundur və həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
97. Kollegiya apxxxxlyasiya şikayətlərinin dəlillərinə qiymət verərək iddiaçının apxxxxlyasiya şikayəti üzrə bildirir ki, iddiaçı 33.690 manat icarə haqqının tam tutulmasını tələb edir. Göstərildiyi kimi, bu dəlil qismən əsaslıdır. Birinci instansiya məhkəməsi faktiki icarə haqqını (3.000 manat) nəzərə almadan formal 300 manatı əsas götürməklə səhvə yol vermişdir. Lakin iddiaçının ##.##.2025-ci il tarixdən sonra (xxxxektrik enerjisini kəsdikdən sonra) olan dövr üçün icarə haqqı tələb etməsi də hüquqi əsasdan məhrumdur. Iddia yalnız faktiki istifadə olunmuş dövr üzrə 5.960 manat borc hissəsində təmin olunmalıdır.
98. Cavabdehin apxxxxlyasiya şikayəti üzrə kollegiya bildirir ki, cavabdeh iddia edir ki, 2 ilin icarə haqqı olan 7.300 manatı əvvəlcədən ödəmişdir. Lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etməkdən yayınmaqla qeyd olunan dəlilini təsdiq edəcək hər hansı bir sübutu kollegiyaya təqdim etməmişdir. Ona görə də, bu dəlil əsassızdır və rədd edilməlidir. Ekspertiza rəyi, şahid ifadələri və faktiki bazar qiymətləri ilə sübut olunur ki, icarə obyektinin 400 m2 sahəsi aylıq 3.000 manata verilmişdir. 7.300 (və ya bank çıxarışları ilə təsdiqlənən 5.940) manat ödəniş 2 illik haqq deyil, faktiki fəaliyyət göstərilən ümumi 3 ay 29 gün ərzində hissə-hissə edilmiş cari ödənişlərdir.
99. Kollegiya tərəfindən apxxxxlyasiya şikayətlərində və iddiaçının izahatında göstərilən digər dəlillər subyektiv mülahizələr kimi dəyərləndirilir.
100. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, qanunu səhv təfsir etmiş (Mülki Məcəllənin 404.1, 404.2, 700.1-ci maddələri), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin faktiki hallarına və sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq qiymət verməmişdir. (Mülki Prosessual Məcəllənin 386, 387.1 və 388-ci maddələri).
101. Məhkəmə xərclərinə aid hissədə kollegiya qeyd edir ki, iddia verilərkən iddiaçı 33.690 manat tələbə (qiymətləndirilən iddia) münasibətdə 191,07 manat, qeyriyaşayış binasından cavabdehin məcburi qaydada çıxarılması tələbinə (qiymətləndirilməyən iddia) görə isə 100 manat dövlət rüsumu ödəməli olduğu halda, 288,50 manat (2,57 manat kəsir), apxxxxlyasiya şikayəti verilərkən isə 95,53 manat ödəməli olduğu halda 96,60 manat (1,07 manat artıq) rüsum ödəmişdir. Artıq və kəsir ödənilmiş məbləğlər əvəzləşdirilməklə iddiaçıdan 1,50 manat alınaraq dövlət gəlirlərinə ödənməlidir.
102. Cavabdeh tərəfindən apxxxxlyasiya şikayəti verilərkən isə 145,53 manat dövlət rüsumu ödənilməli olduğu halda, 96 manat rüsum ödənilmişdir. Ona görə də ödənilməmiş dövlət rüsumunun kəsiri 49,53 manat cavabdehdən alınaraq dövlət gəlirlərinə ödənilməlidir.
103. Iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən apxxxxlyasiya şikayəti verilərkən ödənilmiş 95,53 manat dövlət rüsumunun 16,90 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, cavabdeh tərəfindən apxxxxlyasiya şikayəti verilərkən ödənilməli olan 145,53 manat dövlət rüsumunun 78,63 manatı isə iddiaçıdan alınıb cavabdehə ödənilməli, qalan hissədə iddiaçının və cavabdehin özlərinə aid edilməlidir. Həmin rüsumları əvəzləşdirdikdə 61,73 manat iddiaçıdan alınıb cavabdehə ödənilməlidir.
104. Bxxxxəliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - iddiaçı və cavabdeh tərəfindən verilmiş apxxxxlyasiya şikayətləri qismən təmin olunmalı; - e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnamə “Cavabdeh “xxxx” MMCdən 3.600 (üç min altı yüz) manat icarə haqqı alınıb iddiaçı İddiaçı ödənilsin” hissəsində ləğv edilməli; - cavabdehdən 5.960 manat icarə haqqı alınıb iddiaçıya ödənilməli; - iddiaçıdan 1,50 manat dövlət rüsumu alınaraq dövlət gəlirlərinə ödənilməli; - iddianın təmin edilmiş hissəsinə (17,69%) mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən dövlət rüsumu üzrə 51,49 manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcə görə 47,76 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, dövlət rüsumu və vəkil xərci qalan hissədə iddiaçının özünə aid edilməli; - qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı; - cavabdehdən apxxxxlyasiya şikayəti verilərkən ödənilməmiş dövlət rüsumunun kəsiri 49,53 manat dövlət rüsumu alınaraq dövlət gəlirlərinə ödənilməli; - iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq apxxxxlyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları üzrə 61,73 manat iddiaçıdan alınıb cavabdehə ödənilməli, qalan hissədə tərəflərin özlərinə aid edilməlidir. Nəticəvi hissə
105. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392, 393, 402.1, 405.0- 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apxxxxlyasiya şikayətləri qismən təmin edilsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi “Cavabdeh “xxxx” MMC-dən 3.600 (üç min altı yüz) manat icarə haqqı alınıb iddiaçı İddiaçı ödənilsin” hissəsində ləğv edilsin. Cavabdeh “xxxx” MMC-dən 5.960 (beş min doqquz yüz altmış) manat icarə haqqı alınıb iddiaçı İddiaçı ödənilsin. Qətnamə məhkəmə xərclərinə aid hissədə aşağıdakı kimi qəbul olunsun: İddiaçı iddia verilən zaman ödənilməmiş dövlət rüsumunun kəsiri 1,50 (bir manat əlli qəpik) manat alınaraq dövlət gəlirlərinə ödənilsin. Iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən dövlət rüsumu üzrə 51,49 (əlli bir manat qırx doqquz qəpik) manat və vəkilə etdiyi kömək üçün ödənilmiş xərcə görə 47,76 (qırx yeddi manat yetmiş altı qəpik) manat “xxxx” MMC-dən alınıb İddiaçı ödənilsin, dövlət rüsumu və vəkil xərci qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apxxxxlyasiya şikayəti verilərkən ödənilməmiş dövlət rüsumunun kəsiri 49,53 (qırx doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu “xxxx” MMC-dən alınaraq dövlət gəlirlərinə ödənilsin. Iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq apxxxxlyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları üzrə 61,73 manat İddiaçı alınıb “xxxx” MMC-yə ödənilsin, qalan hissədə iddiaşının və cavabdehin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “xxxxektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan xxxxektron kabinetlərinə yerləşdirildiyi gündən 2 ay müddətində xxxxektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin xxxxektron kabinetlərinə yerləşdirildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.