Azәrbaycan Respublikası adından Qərardad Naxçıvan şәhәri İş № e-2-2(3-1)-48/2026 14.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDAD Açar sözlər: pretenziya qaydasının mübahisə üçün məcburi olduğunun müəyyən edilməməsi, pretenziya institutunun formal və maddi-prosessual təyinatı, məhkəməyə əlçatanlıq hüququnun təmin edilməsi Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyası, hakimlәr - X2 (sәdrlik edәn vә mәruzәçi), X5 vә X6 ibarәt tәrkibdә, Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) 2026-cı il ## ###### tarixdə Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 22.388,27 manat əsas, 6.070,24 manat faiz, 103,86 manat cərimə borcu olmaqla, cəmi 28.562,37 manat borcun və 175,69 manat dövlət rüsumunun ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş “DAF yük” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı, ban №: X7 olan və “Fliegl qoşqulu” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı, şassi №: WFDFLT33551001545 olan avtomobillərin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi; satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdehə iddiaçıdan 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən cavabdeh iddiaçıdan illik 21% olmaqla 36 ay müddətinə 25.000 manat kredit götürmüşdür.
3. Borcun təminatı olaraq cavabdehin mülkiyyətindəki ** TH *** dövlət qeydiyyat nişanlı, göy rəngli, “DAF yük”, yürüş: 1274214 km, ban №: X7 olan avtomobilə ##.##.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır.
4. Həmçinin borcun təminatı olaraq cavabdehin mülkiyyətindəki ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli, “Fliegl qoşqu” markalı, şassi №: WFDFLT33551001545 olan avtomobilə ##.##.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır.
5. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. # #### 2026-cı il tarixədək cavabdehin ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 22.388,27 manat əsas, 6.070,24 manat faiz, 415,44 manat cərimə borcu olmaqla, ümumilikdə 28.873,95 manat borcu vardır. Cavabdehin banka kredit müqaviləsi üzrə ümumi cərimə borcu 415,44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında, yəni 103,86 manat məbləğində tələb olunur.
6. Qanunla müәyyәn edilmiş qaydada vә müddәtdә ipoteka predmetinә tutmanın yönәldilmәsinә dair cavabdehә bildiriş verilmiş, eyni zamanda reyestr orqanına әrizә göndәrilmiş vә әrizә bu orqanda qeydә alınmışdır. Müddәtin keçmәsinә baxmayaraq cavabdeh bildirişә münasibәtini bildirmәmişdir.
7. Banklar әsasәn bağladıqları kredit müqavilәlәri ilә faizlәr әldә etmәk üçün fәaliyyәt göstәrirlәr vә nәticә etibarilә verilәn әsas borcla yanaşı, kredit müqavilәsindә nәzәrdә tutulan faizlәrin әldә edilmәmәsi bankları ödәnilmәyәn bu mәblәği dәyәrlәndirmәk imkanlarından mәhrum edir. Buna görә dә, kredit borcunu vaxtında ödәmәmәklә borclu kreditora faktiki olaraq әldәn çıxmış fayda şәklindә zәrәr vurmuş olur.
8. Cavabdeh kredit müqavilәsindәn irәli gәlәn öhdәliyini vaxtında vә lazımi qaydada icra etmәdiyi üçün bu öhdәliyin icrasını tәmin etmәk mәqsәdilә ipoteka predmeti olan әmlaka tutma yönәldilmәli, hәmin әmlak hәrracda satılmalı vә onun satışından әldә edilmiş pul vәsaiti borcun әvәzinә yönәldilmәlidir.
9. Iddiaçı iddia әrizәsindә Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21.1, 317.1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 449.4 vә 465.2-ci, Ipoteka haqqında Azәrbaycan Respublikası Qanununun 4, 34.1.1 vә 39.1-ci maddәlәrinә istinad etmişdir.
10. Naxçıvan MR Kommersiya Məhkəməsinin Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 175,69 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır (hakim Qabil Məmmədov).
11. Birinci instansiya mәhkәmәsi mövqeyini aşağıdakı kimi әsaslandırmışdır. Mәhkәmә iddia әrizәsi üzrә mәhkәmә icraatının mümkünlüyünün yoxlanılması zamanı müәyyәn etmişdir ki, iddia әrizәsinin geri qaytarılması üçün әsaslar mövcuddur. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra Mülki Prosessual Məcəllə); 150.1-ci vә 150.1.6-cı maddәlәrinә әsasәn, iddia әrizәsinә müqavilә ilә vә ya hәmin kateqoriya mübahisәlәr üçün qanunda bu nәzәrdә tutulmuşsa, cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr vә ya pretenziya qaydasında nizama salınmasına riayәt edilmәsini tәsdiq edәn sәnәd (kommersiya mübahisәlәri üzrә hәmin sәnәdlәr bu Mәcәllәnin 150.2-ci maddәsinә uyğun olaraq verilir) әlavә edilir. 150.2-ci maddәsinә әsasәn, kommersiya mübahisәlәri üzrә elektron qaydada verilәn iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr işdә iştirak edәn digәr şәxslәrin “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetinә göndәrilir vә bu barәdә mәlumat elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) onlara çatdırılır. Əgәr sahibkar olan cavabdeh “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmәmişsә, bu halda kommersiya mübahisәlәri üzrә elektron qaydada verilәn iddia әrizәsi barәdә bildiriş vә “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmә qaydasına dair mәlumat hәmin şәxsin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә yaradılmış elektron kabinetinә göndәrilir vә bu barәdә mәlumat elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) ona çatdırılır.
12. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli 2021-ci il ## #### tarixli Fərmanına əsasən, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Sistemi (bundan sonra AVIS) nəzərdə tutulur.
13. Mәhkәmә qeyd etmişdir ki, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә mәhkәmәyә müraciәt edildikdә pretenziya bildirişinin (xәbәrdarlıq mәktubunun), iddia әrizәsinin surәtinin vә ona әlavә edilmiş sәnәdlәrin cavabdehin AVIS-dә yaradılmış elektron kabinetinә göndәrildiyini tәsdiq edәn müvafiq sәnәdlәr iddia әrizәsinә әlavә edilmәlidir.
14. Iddiaçı tərəfindən cavabdehə pretenziyanın göndərilməsi ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə ki, iş materillarına cavabdehə ünvanlanmış ##.##.2026-cı il tarixli pretenziyanın mətni əlavə edilsə də, həmin sənədin cavabdehə göndərilməsini təsdiq edən sənəd iş materillarında yoxdur.
15. Hәmçinin, mәhkәmә poçt göndәrişinә münasibәtdә qeyd etmişdir ki, hәmin sәnәdlәrin cavabdehә çatdırılması tәsdiqini tapmamaqla bәrabәr, qanunverici pretenziya bildirişinin (xәbәrdarlıq mәktubunun), iddia әrizәsinin surәtinin vә ona әlavә edilmiş sәnәdlәrin cavabdehә çatdırılması ilә bağlı prosedur qaydalar müәyyәn etmişdir. Belә ki, qeyd olunan sәnәdlәrin cavabdehә çatdırılması AVIS vasitәsilә hәyata keçirilmәli idi. Lakin pretenziya bildirişinin cavabdehә çatdırılması ilә bağlı qanunvericilikdә nәzәrәdә tutulan prosedur qaydalarına riayәt edilmәmişdir.
16. Məhkəmə iş materillarında olan ##.##.2026-cı il tarixli pretenziyanın və ##.##.2026-cı il tarixli iddia ərizəsinin surətinin AVIS vasitəsilə cavabdehə göndərilməsini təsdiq edən sənədə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin pretenziya və iddia ərizəsinin göndərilməsinin zərurətini ifadə edən imperativ normalarının tələbi formal olaraq yerinə yetirilsə də, bu hərəkətlər işin məhkəməyəqədər nizama salınması ilə bağlı müddəanın məqsədlərinə uyğun həyata keçirilməmişdir. Belə ki, AVIS vasitəsilə cavabdehə pretenziya və iddia ərizəsinin surəti eyni gündə - ##.##.2026-cı il tarixdə göndərilmişdir.
17. Mәhkәmә hesab etmişdir ki, qeyd olunan hal mübahisәnin mәhkәmәyәqәdәr hәll edilmәsi üçün nәzәrәdә tutulan pretenziya qaydasının tәbiәtinә uyğun deyil. Pretenziya qaydasına әmәl olunması yalnız müvafiq sәnәdin göndәrilmәsi ilә deyil, hәm dә qarşı tәrәfә öhdәliyin icra edilmәsi üçün ağlabatan müddәtin verilmәsi ilә xarakterizә edilmәlidir. Pretenziya müddәtinә әmәl edilmәmәsi cavabdehin hüquqlarının pozulmasına vә mübahisәnin mәhkәmәdәnkәnar hәll imkanlarının aradan qalxmasına sәbәb olur. Belәliklә, mәhkәmә cavabdeh ilә mәhkәmәyәqәdәr nizamasalma qaydasına әmәl edilmәsini formal әsas kimi qiymәtlәndirir.
18. Həmçinin, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmışdır ki, AVIS vasitəsilə ##.##.2026-cı il tarixdə göndərilmiş pretenziya məktubunun mətni iddia sənədlərinə əlavə edilmədiyindən məhkəmə üçün qeyri-müəyyəndir.
19. Mәhkәmә onu da qeyd etmişdir ki, iddia әrizәsi vә ona әlavә olunmuş sәnәdlәr elektron kabinet vasitәsilә elektron formada mәhkәmәyә tәqdim edilmә ilә yanaşı, Mülki Prosessual Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verilmәlidir. Belә ki, Mülki Prosessual Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş “iddia әrizәsinin forması vә mәzmunu” vә 150-ci maddәsi ilә müәyyәn olunmuş “iddia әrizәsinә әlavә edilәn sәnәdlәr”ә dair müddәalara riayәt edilәrәk, hәmin Mәcәllәnin 151, 152 vә 153-cü maddәlәrinin tәlәblәri nәzәrdә saxlanılmaqla verildikdә, iddia әrizәsinin mәhkәmә icraatı mümkündür.
20. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3, 150.1, 150.1.6, 150.2, 152.1, 152.1.6, 152.2, 152.3 və 152.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1 və 2.1.2, 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Iddiaçı 2026-cı il # ######## tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qərardadın ləğv olunması, iddiaçının iddia tələbi üzrə işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən həmin şikayətə 2026-cı il # ######## tarixdə baxılaraq təmin edilməmiş, qərardad aşağıdakı qaydada əsaslandırılmışdır. Mәhkәmә hesab etmişdir ki, şikayәt әsaslı olmadığından tәmin edilmәmәli, ## ###### 2026-cı il tarixli qәrardad dәyişdirilmәmәli vә ya lәğv edilmәmәlidir. Belә ki, iddiaçı şikayәtdә ##.##.2026-cı il tarixdә cavabdehә “xxxx” MMC vasitәsilә pretenziya mәktubu vә iddia әrizәsinin göndәrildiyini bildirsә dә, hәmin poçt göndәrişlәri vasitәsilә müvafiq sәnәdlәrin cavabdehә çatdırılması (ünvanda yaşamadığından) tәsdiq olunmur.
23. Mәhkәmә qeyd etmişdir ki, qanunverici pretenziya bildirişinin (xәbәrdarlıq mәktubunun), iddia әrizәsinin surәtinin vә ona әlavә edilmiş sәnәdlәrin cavabdehә çatdırılması ilә bağlı prosedur qaydalar müәyyәn etmişdir. Belә ki, qeyd olunan sәnәdlәrin cavabdehә çatdırılması AVIS vasitәsilә hәyata keçirilmәlidir. Lakin pretenziya bildirişinin cavabdehә çatdırılması ilә bağlı qanunvericilikdә nәzәrәdә tutulan prosedur qaydalara riayәt edilmәmişdir.
24. Həmçinin iddiaçı şikayətində xəbərdarlıq məktubunun ##.##.2026-cı il tarixdə göndərilməsi halını inkar etsə də, iş materillarının 9-cu və 10-cu səhifələrini əhatə edən göndərilmiş məktubların siyahısından aydın olur ki, iddia ərizəsi ilə birlikdə yenidən xəbərdarlıq məktubu göndərilmiş, həmin xəbərdarlıq məktubunun mətni iş materillarına əlavə edilməmişdir. Məhkəmə iddiaçının son iradə ifadəsini mötəbər hesab edir.
25. Iddiaçının istinad etdiyi “xxxx” MMC vasitəsilə pretenziya məktubunun göndərilməsi iddia ərizəsinin prosessual baxımdan məhkəmənin icraatına qəbul edilməsinə yol vermir. Belə ki, vergi ödəyiciləri üçün məhkəməyəqədər nizamasalma vasitələrinin tətbiqi ilə bağlı yazışmalar qanunvericiliklə nəzərə tutlmuş qaydada həyata keçirilməlidir.
26. Şikayət iş materialları ilə birlikdə 2026-cı il # ######## tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına daxil olmuşdur. Şikayətin dəlilləri
27. Işin halları üzrə - iş materiallarına əlavə olunmuş səndlərdən də məlum olur ki, cavebdehə borc öhdəliyinin icra edilməsi ilə bağlı ##.##.2026-cı ildə tarixdə xəbərdarlıq məktubu (pretenziya) göndərilmişdir. Bununla da cavabdeh iddia qaldırılmasından xeyli əvvəl mövcud borc, onun ödənilməsi tələbi və öhdəliyin icra edilməməsinin nəticələri barədə məlumatlandırılmışdır.
28. Iddia ərizəsi bundan sonra - ##.##.2026-cı il tarixdə hazırlanmış, iddia ərizəsinin surəti ##.##.2026-cı il tarixdə AVIS vasitəsilə cavebdehin VÖENI-i üzrə elektron kabinetinə göndərilmişdir. Iddia ərizəsi faktiki olaraq ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmənin pretenziyanın göndərilməsi ilə məhkəməyə müraciət arasında cavabdehə ağlabatan müddət verilmədiyi barədə gəldiyi nəticə faktiki hallarla təsdiq olunmur.
29. Bundan əlavə, məhkəmə qərardadda Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə istinad edərək, məhkəməyəqədər nizamasalma qaydasına əməl edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməli olduğunu göstərmişdir. Lakin iş materiallarında ardıcılıq olaraq ##.##.2026-cı ildə tərtib olunmuş xəbərdarlıq məktubunun surəti, cavabdehə çatıdırlması məqsədi ilə ##.##.2026-cı il tarixdə “xxxx” MMC vasitəsilə göndərilmiş ****** nömrəli qaimə, həmçinin ##.##.2026-cı il tarixdə cavabdehin VÖEN-i üzrə elektron kabinetinə göndərilmiş iddia ərizsəinin surətinin göndərilməsi ilə bağlı məktub da əlavə olunmuşdur.
30. Mülki Prosessual Məcəllənin 150.1.6 və 152.1.6-cı maddələri üzrə - iddiaçının pretenziya qaydasına әmәl etmәsi ilә bağlı göndәrilmiş xәbәrdarlıq, onun göndәrilmә qәbzi iş materiallarına әlavә olunmuşdur. Bu sәbәbdәn, iddiaçı tәrәfindәn mәhkәmәyәqәdәr nizamasalma qaydasına riayәt edilmәdiyi barәdә nәticәyә gәlinәrәk iddia әrizәsinin geri qaytarılması әsassızdır.
31. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsi üzrə - məhkəmə ##.##.2025-cı il tarixdə pretenziya və iddia ərizəsinin surətinin cavabdehə göndərilməsinə istinad edərək, pretenziya qaydasına riayət edilmədiyi qənaətinə gəlmişdir. Lakin ##.##.2026-cı il tarixi xəbərdarlığın cavabdehə təqdim edildiyi tarix deyildir. Belə ki, xəbərdarlıq məktubu poçt vasitəsi ilə ##.##.2026-cı il tarixdə cavabdehə göndərilmişdir. Həmin tarixli iddia ərizəsinin surətinin cavabdehə çatdırılması üçün VÖEN-i üzrə müvafiq elektron informasiya sisteminə yerləşdirilmişdir.
32. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılması üzrə - bax §27. Tətbiq edilən hüquq
33. Mülki Prosessual Mәcәllә; Maddә 4. Müdafiә üçün mәhkәmәyә müraciәt etmәk hüququ 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. 4.3. Əgәr qanunla müәyyәn kateqoriya kommersiya mübahisәlәri üçün mәhkәmәyә qәdәr nizamlama (pretenziya) qaydası müәyyәn olunarsa vә yaxud bu, tәrәflәr arasında müqavilә ilә nәzәrdә tutularsa, mübahisә hәmin qaydaya riayәt edildikdәn sonra kommersiya mәhkәmәsinin hәllinә verilә bilәr. Maddә 10. Mәhkәmә baxışının aşkarlığı 10.8-1. Bu Mәcәllәnin 159, 269,... 394-1, 397.2-ci ... maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Maddә 149. Iddia әrizәsinin forması vә mәzmunu 149.2. Ərizәdә aşağıdakılar göstәrilmәlidir: ... 149.2.4. müqavilә ilә vә ya hәmin kateqoriya işlәr üçün qanunla bu nәzәrdә tutulmuşsa, cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr (pretenziya qaydasında) nizama salınmasına riayәt edilmәsinә dair mәlumat; Maddә 150. Iddia әrizәsinә әlavә edilәn sәnәdlәr 150.1. Iddia әrizәsinә aşağıdakı sәnәdlәr әlavә edilir: 150.1.4. bu Mәcәllәnin 150.2-ci maddәsinә uyğun olaraq kommersiya mübahisәlәri üzrә işdә iştirak edәn digәr şәxslәr tәrәfindәn iddia әrizәsinin surәtinin vә ona әlavә edilmiş sәnәdlәrin alınması haqqında sәnәd; 150.1.6. müqavilә ilә vә ya hәmin kateqoriya mübahisәlәr üçün qanunda bu nәzәrdә tutulmuşsa, cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr vә ya pretenziya qaydasında nizama salınmasına riayәt edilmәsini tәsdiq edәn sәnәd (kommersiya mübahisәlәri üzrә hәmin sәnәdlәr bu Mәcәllәnin 150.2-ci maddәsinә uyğun olaraq verilir); 150.2. Kommersiya mübahisәlәri üzrә elektron qaydada verilәn iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr işdә iştirak edәn digәr şәxslәrin “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetinә göndәrilir vә bu barәdә mәlumat elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) onlara çatdırılır. Əgәr sahibkar olan cavabdeh “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmәmişsә, bu halda kommersiya mübahisәlәri üzrә elektron qaydada verilәn iddia әrizәsi barәdә bildiriş vә “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmә qaydasına dair mәlumat hәmin şәxsin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi HYPERLINK "https://e-qanun.az/framework/282" \t "_blank" \o "Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin X4 Sistemi" orqanın (qurumun) informasiya sistemindә yaradılmış elektron kabinetinә göndәrilir vә bu barәdә mәlumat elektron qaydada (elektron poçt vә SMS vasitәsilә) ona çatdırılır. Maddә 151. Iddia әrizәsinin mümkünlüyü 151.1. Iddia әrizәsi bu Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun mәhkәmә icraatı mümkündür. Maddә 152. Iddia әrizәsinin qaytarılması 152.1. Hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır: 152.1.4. kommersiya mübahisәlәri üzrә işdә iştirak edәn digәr şәxslәr tәrәfindәn iddia әrizәsinin alınmasına dair sübut tәqdim edilmәdikdә; 152.1.6. müqavilә ilә vә ya hәmin kateqoriya işlәr üçün qanunla nәzәrdә tutulmuşsa, iddiaçı cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr (pretenziya qaydasında) nizama salınmasına riayәt edilmәsinә dair sәnәd tәqdim etmәdikdә; 152.3. Iddia әrizәsinin qaytarılması haqqında qәrardaddan şikayәt verilә bilәr. Qәrardad lәğv edildikdә, iddia әrizәsi mәhkәmәyә müraciәt edildiyi gündәn verilmiş hesab edilir. Maddә 365. Ümumi şәrtlәr Apellyasiya icraatına apellyasiya instansiyası mәhkәmәsindә icraat fәslinin vә bu Mәcәllәnin müddәaları tәtbiq olunur. Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Maddә 395. Birinci instansiya mәhkәmәlәrinin qәrardadlarından şikayәt vermәk hüququ 395.1. Işdә iştirak edәn şәxslәr qәtnamәdәn ayrılıqda birinci instansiya mәhkәmәlәrinin qәrardadlarından aşağıdakı hallarda şikayәt verә bilәrlәr: 395.1.1. bu Mәcәllәdә göstәrilәn hallarda; 395.1.2. mәhkәmәnin qәrardadı işin sonrakı hәrәkәtinә mane olduqda. Maddә 397. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn şikayәtә baxılması müddәti vә qaydası 397.2. Apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır... Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәtlәri 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Maddә 400. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәt üzrә qәbul etdiyi qәrardadının qanuni qüvvәsi Apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir.
Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında istinad etdiyi halları və həmin hallara tətbiq edilməli prosessual hüquq normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin 2026-cı il ## ###### tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. Mәhkәmә kollegiyası qeyd edir ki, Mülki Prosessual Mәcәllәnin 372.7-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Bu baxımdan apellyasiya instansiyası mәhkәmәsinin vәzifәsi yalnız şikayәtdә göstәrilәn arqumentlәrin araşdırılması ilә mәhdudlaşmır vә birinci instansiya mәhkәmәsinin qәrardadının qanuniliyini vә әsaslılığını bütövlükdә yoxlamağı nәzәrdә tutur.
36. Mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, Mülki Prosessual Mәcәllәnin 152.1.6cı maddәsindә nәzәrdә tutulan әsasın tәtbiqi üçün iki alternativ hüquqi şәrtdәn birinin mövcudluğu müәyyәn edilmәlidir. Belә ki, mәhkәmәyәqәdәr pretenziya qaydasına әmәl olunması: a) həmin növ mübahisələr üçün qanunla nəzərdə tutulmalı, yaxud b) tərəflər arasında bağlanmış müqavilədə nәzәrdә tutulmalıdır. Demәli, kommersiya mübahisәsinin mövcudluğu öz-özlüyündә hәr bir halda pretenziya qaydasına riayәt edilmәsini mәcburi edәn hüquqi әsas deyildir.
37. Mülki Prosessual Mәcәllәnin 4.3, 149.2.4, 150.1.6 vә 152.1.6-cı maddәlәrinin sistemli tәhlili dә göstәrir ki, qanunverici mәhkәmәyәqәdәr pretenziya qaydasını ümumi vә universal prosessual şәrt kimi deyil, yalnız qanunda vә ya müqavilәdә nәzәrdә tutulmuş hallarda tәtbiq edilәn xüsusi şәrt kimi müәyyәn etmişdir.
38. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli kredit müqaviləsində cavabdehlə mübahisənin məhkəməyəqədər pretenziya qaydasında həllinin məcburi olması barədə hər hansı müqavilə şərtinin mövcudluğunu müəyyən etməmişdir.
39. Eyni zamanda, qәrardadda bu növ (kredit müqaviləsi üzrə bank tərəfindən borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi) mübahisәlәr üçün pretenziya qaydasının mәcburi olmasını müәyyәn edәn konkret qanun normasına da istinad edilmәmişdir. Belә olan halda, iddiaçının pretenziyanı hansı üsulla göndәrmәsi, hәmin pretenziyanın AVIS vasitәsilә vә ya poçt-kuryer vasitәsilә göndәrilib-göndәrilmәmәsi mәsәlәsi Mülki Prosessual Mәcәllәnin 152.1.6-cı maddәsi baxımından iddia әrizәsinin qaytarılması üçün ilkin hüquqi şәrt yarada bilmәz.
40. Başqa sözlә, әvvәlcә pretenziya qaydasının bu mübahisә üçün mәcburi olduğu müәyyәn edilmәli, yalnız bundan sonra hәmin qaydaya әmәl olunub-olunmadığı araşdırılmalıdır. Birinci instansiya mәhkәmәsi isә bu ardıcıllığı gözlәmәdәn birbaşa pretenziyanın göndәrilmә üsulunu vә onun cavabdehә çatdırılmasını araşdırmışdır. Bu isә Mülki Prosessual Mәcәllәnin 152.1.6-cı maddәsinin tәtbiq dairәsinin әsassız genişlәndirilmәsi demәkdir.
41. Hәmçinin kollegiya qeyd edir ki, qanunvericilik pretenziya qaydasına riayәt olunmasını müәyyәn hallarda iddia әrizәsinin qaytarılması üçün prosessual әsas kimi nәzәrdә tutsa da, hәmin institutun hüquqi tәyinatı yalnız formal prosedurun yerinә yetirilmәsindәn ibarәt deyildir. Pretenziya qaydasının mәqsәdi tәrәflәr arasında yaranmış mübahisәnin mәhkәmәyә müraciәt edilmәzdәn әvvәl qarşı tәrәfә bildirilmәsi, ona irәli sürülmüş tәlәbi könüllü icra etmәk vә mübahisәni mәhkәmәdәnkәnar qaydada hәll etmәk imkanının yaradılmasıdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarında da məhkəməyə qədər nizamlama institutunun məqsədinin tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət edilməsi, yalnız tərəflərin razılığa gəlmədiyi halda mübahisənin məhkəmədə həll olunması olduğu qeyd edilmiş, belə nizamlama tələblərinin məhkəmə müdafiəsi hüququnun təmin edilməsi ilə əlaqəli şəkildə qiymətləndirilməsinin zəruriliyi vurğulanmışdır.
43. Bu hüquqi mövqedәn irәli gәlәn nәticәyә görә, pretenziya qaydası öz-özlüyündә mәqsәd deyil, mübahisәnin mәhkәmәyә qәdәr hәllinә xidmәt edәn vasitәdir. Buna görә dә onun tәtbiqi zamanı formal tәlәbin mövcudluğu ilә yanaşı, hәmin tәlәbin hüquqi mәqsәdinin faktiki olaraq hәyata keçirilib-keçirilmәdiyi dә nәzәrә alınmalıdır.
44. Pretenziyanın mәqsәdi cavabdehdәn mütlәq cavab alınmasını vә ya onun iddiaçı ilә razılığa gәlmәsini tәmin etmәk deyildir. Pretenziyanın göndәrilmәsi ilә cavabdehә irәli sürülmüş tәlәb barәdә mәlumat almaq, borcu könüllü ödәmәk, tәlәbә etiraz etmәk vә ya mübahisәnin başqa qaydada hәllini tәklif etmәk imkanı verilir. Cavabdeh bu imkanından istifadә etmәdikdә isә bunun nәticәsi iddiaçının qeyri-müәyyәn müddәt әrzindә mәhkәmәyә müraciәt etmәkdәn mәhrum edilmәsi ola bilmәz. Bu baxımdan pretenziyanın tәqdim edilmәsinin hüquqi formasına riayәt olunması ilә onun maddi mәqsәdinin hәyata keçirilmәsi bir-birindәn fәrqlәndirilmәlidir.
45. Hazırkı iş üzrə 2026-cı il # #### tarixli pretenziyanının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş elektron qaydada cavabdehə göndərilməsi və çatdırılması təsdiq olunmamışdır. Lakin iş materiallarından belə görünür ki, məhz həmin pretenziya ##.##.2026-cı il tarixdə AVIS vasitəsilə cavabdehə göndərilmiş, eyni tarixdə iddia ərizəsinin və ona əlavə edilmiş digər sənədlərin surətləri də cavabdehə elektron qaydada göndərilmişdir. Iddiaçı isə məhkəməyə yalnız ##.##.2026-cı il tarixdə müraciət etmişdir.
46. Birinci instansiya mәhkәmәsi bu halı pretenziya qaydasına riayәt edilmәmәsi kimi ona görә qiymәtlәndirmişdir ki, pretenziya ilә iddia әrizәsinin surәti cavabdehә eyni tarixdә göndәrilmiş vә bununla da cavabdehә pretenziyaya cavab vermәk üçün ayrıca müddәt verilmәmişdir. Kollegiya isә hәmin nәticә ilә razılaşmır.
47. Əvvəla, iddia ərizəsinin cavabdehə göndərilməsi ilə pretenziyanın göndərilməsi eyni hüquqi məzmun daşımır. Pretenziya cavabdehə öhdəliyin könüllü icrası barədə tələb yönəldir, iddia ərizəsi isə məhkəmə müdafiəsi üzrə müraciətin məzmununu və iddiaçının tələbini əks etdirir. Bununla belə, konkret işdə iddia ərizəsinin də ##.##.2026-cı il tarixdə cavabdehə göndərilməsi sonuncunun irəli sürülmüş tələb barədə məlumatlandırılmasının təmin edildiyini göstərir.
48. Ikincisi, iddiaçı pretenziyanı və iddia ərizəsini ##.##.2026-cı il tarixdə cavabdehə göndərdikdən dərhal sonra məhkəməyə müraciət etməmiş, iddia ərizəsini yalnız ##.##.2026-cı il tarixdə təqdim etmişdir. Beləliklə, cavabdehin ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək olan 26 günlük müddət ərzində borcu könüllü ödəmək, iddiaçı ilə əlaqə yaratmaq, borcun məbləği və hesablanması ilə bağlı etirazlarını bildirmək və ya mübahisənin başqa qaydada həllini təklif etmək üçün real imkanı olmuşdur.
49. Üçüncüsü, mübahisәnin borc münasibәtlәrindәn irәli gәlmәsi vә cavabdehin öz öhdәliyinin mövcudluğundan vә onun icra edilmәmәsindәn xәbәrsiz olduğunun müәyyәn edilmәmәsi dә nәzәrә alınmalıdır. Bu halda pretenziyanın әsas mәqsәdi cavabdehә öhdәliyin mövcudluğunu ilk dәfә bildirmәk deyil, iddiaçının hәmin öhdәliyin icrasını tәlәb etdiyini rәsmi şәkildә çatdırmaq vә mәhkәmәyә müraciәtdәn әvvәl könüllü icra üçün imkan yaratmaqdır. Hazırkı işdә hәmin imkan cavabdehә yaradılmışdır.
50. Cavabdehin göstәrilәn müddәt әrzindә pretenziyaya cavab vermәmәsi vә borcu ödәmәmәsi iddiaçının daha uzun vә ya qeyri-müәyyәn müddәt әrzindә gözlәmәli olması nәticәsini doğurmamalıdır. Əks halda cavabdehin passiv davranışı iddiaçının mәhkәmә müdafiәsi üzrә müraciәt etmәk hüququnun qeyri-müәyyәn müddәtә tәxirә salınmasına sәbәb ola bilәr.
51. Bu nәticә pretenziyanın göndәrildiyi gün iddia әrizәsinin mәhkәmәyә tәqdim edilmәsinin bütün hallarda qanuni hesab edilmәsi kimi başa düşülmәmәlidir. Konkret iş üzrә әhәmiyyәtli olan pretenziyanın cavabdehә çatdırılması ilә mәhkәmәyә müraciәt arasında real zaman intervalının olması vә hәmin müddәt әrzindә cavabdehә mübahisәni könüllü hәll etmәk imkanının yaradılmasıdır. Əgәr qanun vә ya müqavilә pretenziyaya cavab verilmәsi vә ya mәhkәmәyә müraciәtdәn әvvәl gözlәnilmәsi üçün konkret müddәt müәyyәn edirsә, hәmin müddәtә riayәt olunması mәcburidir. Lakin belә konkret müddәtin müәyyәn edilmәdiyi halda pretenziya qaydasının mәqsәdi nәzәrә alınmaqla ağlabatan müddәtin mövcudluğu qiymәtlәndirilmәlidir.
52. Hazırkı işdə isə ##.##.2026-cı il tarixdə pretenziyanın və iddia ərizəsinin cavabdehə elektron qaydada göndərilməsi ilə ##.##.2026-cı il tarixdə iddianın məhkəməyə verilməsi arasında 26 günlük müddət mövcuddur. Iş materiallarında cavabdehin həmin müddət ərzində mübahisəni məhkəmədən əvvəl həll etmək üçün real imkanının olmadığına dair hər hansı hal müəyyən edilmir. Ona görə də, pretenziya institutunun həm formal, həm də maddi-prosessual təyinatının konkret iş üzrə həyata keçirildiyi qənaətinə gəlmək mümkündür.
53. Bu yanaşma Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ###### tarixli qərarında ifadə olunmuş məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinatının nəzərə alınmasına dair hüquqi mövqeyə uyğundur. Həmin mövqeyə əsasən, məhkəməyəqədər nizamlama tələbinin tətbiqi məhkəmə müdafiəsi hüququnun təmin edilməsi zərurəti ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə əlçatanlığı məsələsinə dair hüquqi mövqeyində prosessual normaların tətbiqi zamanı ifrat formalizmdən çəkinilməsinin zəruriliyini xüsusi olaraq qeyd etmiş, prosessual qaydaların həddən artıq formal tətbiqinin məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirə biləcəyini vurğulamışdır (“xxxx” Istehsalat Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ### 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il ## ###### tarixli Qərar).
55. Eyni zamanda, Avropa Insan Hüquqları Mәhkәmәsinin formalaşmış hüquqi mövqeyinә әsasәn, prosessual qaydalar hüquqi müәyyәnlik, әdalәt mühakimәsinin düzgün hәyata keçirilmәsi, tәrәflәrin prosessual bәrabәrliyi vә işlәrin ağlabatan müddәtdә hәlli kimi legitim mәqsәdlәrә xidmәt edir. Bununla belә, hәmin qaydaların tәtbiqi şәxsin mәhkәmәyә çıxış hüququnun mahiyyәtini zәdәlәyәn hәddә çatmamalıdır.
56. X1 Hüquqları Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirməklə qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər. (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il ## #### və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il ## ######## tarixli Qərarlar).
57. Kollegiya qeyd edir ki, hazırkı baxışın predmeti yalnız iddia әrizәsinin Mülki Prosessual Mәcәllәnin 152.1.6-cı maddәsinә әsasәn qaytarılmasının qanuniliyidir. Hәmin maddәnin hazırkı işdә tәtbiqi üçün isә iddiaçının pretenziya qaydasına riayәt etmәdiyi barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr hüquqi әsas yoxdur.
58. Mülki Prosessual Mәcәllәnin; 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardadı lәğv edib işi birinci instansiya mәhkәmәsinә göndәrә bilәr. 152.3-cü maddәsinә görә iddia әrizәsinin qaytarılması haqqında qәrardad lәğv edildikdә iddia әrizәsi mәhkәmәyә müraciәt edildiyi gündәn verilmiş hesab olunur. Bu sәbәbdәn iddiaçının ##.##.2026-cı il tarixli müraciәti hәmin tarixdәn verilmiş hesab edilmәlidir.
59. Göstərilənlərə əsasən şikayət təmin edilməli, e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli iddia ərizəsinin qaytarılması haqqında qərardadı ləğv olunmalı və iddia ərizəsi qanunvericiliyin digər tələblərinə əməl olunması məsələsinin həll edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
60. Mәhkәmә kollegiyasının qәbul etdiyi hazırkı qәrardaddan Mülki Prosessual Mәcәllәnin 402.2-ci maddәsinә müvafiq olaraq kassasiya şikayәti verilә bimәz. Nəticə
61. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263-264, 365, 397.2, 398.0, 398.0.2, 400 vә 402.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: Şikayәt tәmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-***/**** nömrәli 2026-cı il ## ###### tarixli qәrardadı lәğv olunsun vә iş baxılması üçün hәmin mәhkәmәyә göndәrilsin. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Mehman Allahverdiyev və Zamiq Əliyev