Məhkəmə qərarları › İş №e-2-2(3-10)-103/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-103/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-103/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” qərardadından iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1, cavabdeh3, cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 11723.9 manat əsas borc, 1869.95 manat faiz borcu və 20.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13614.74 manat borcun və 130.84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 11723,9 manat əsas borc, 1869,95 manat faiz borcu və 20,89 manat cərimə borcu olmaqla cəmi 13614,74 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumuna görə 130,84 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ##.##.2026-ci il tarixdə tərəflərin Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetlərinə yerləşdirilməklə imzalanmış, Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabinetləri olmayan tərəflərə isə kağız daşıyıcıda poçt vasitəsi ilə təqdim edilmişdir. Cavabdeh cavabdeh1 Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** saylı qətnaməsindən elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin cavabdeh cavabdeh1 münasibətdə bərpa edilməsindən imtina edilməsi, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd edilən qərardaddan şikayətlə məhkəməyə müraciət edərək şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə düzgün deyil, ona görə də qərardad ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, ərizədə göstərilən xüsusatları təsdiq edəcək sübutları təqdim etmək imkanı yoxdur. Belə ki, bu məsələ ilə əlaqədar olaraq İşıq İdarəsi ilə əlaqə saxladı. Ona bildirdilər ki, yaşadığı Qəbələ rayonu, Yenikənd kənd ərazisini işıqla təmin edən Hacallı yarımstansiyasında qeyd edilən məlumatlar müvafiq qeydiyyat kitabında saxlanılır. Həmin yarımstansiya ilə əlaqə saxladı, ona şifahi şəkildə bildirdilər ki, həqiqətən də qətnamədən şikayət verilməsi üçün son gün olan gündə işıq verilişi fasilələrlə verilməklə gün ərzində az müddətdə olmuşdur. Lakin bu məlumatların təqdim edilməsi üçün vəkil sorğusu və ya məhkəmə sorğusu təqdim edilməlidir. O, vəkil sorğusu almaq istəsə də bildirdilər ki, müqavilə bağlanmalı və rüsum ödənilməlidir. Lakin buna maddi imkanı çatmadı. Buna görə də həmin məlumatları əldə edə və ərizəyə əlavə edə bilmədi. Ancaq təxmin edir ki, qeyd edilən tarixlərdə şimal qərb zonasında eyni vəziyyətin olması məhkəməyə də məlumdur və həmin vəziyyət hazırda da davam edir. Gün ərzində dəfələrlə işıq verilişində fasilələr olur və eyni zamanda internet də kəsilir. O, isə qeyd edilən sistemi işlətməkdə çətinlik çəkdiyi üçün rahat və tez istifadə edə bilmir. Sənədi hazırlamaq və yerləşdirmək üçün saatlarla vaxt sərf etməli olur. Bu baxımdan hesab edir ki, həmin hallar məhkəməyə də məlum olduğundan, bunu nəzərə ala bilərdi. Beləliklə, hesab edir ki, məhkəmə ərizədə göstərilən halları həqiqi qəbul etməli, həmin halları təsdiq edəcək sübutları əldə etmək imkanının olmadığını nəzərə almalı idi. Bu baxımdan hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyil. Apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş bir günlük müddət həqiqətən də ondan asılı olmayan səbəbdən ötürüldüyündən müddət bərpa edilməli idi. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, müddətin ötürülməsinin üzürlü hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e- *-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilərək Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadının ləğv edilməsi, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdeh cavabdeh1 münasibətdə bərpa edilməsi, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı qanuni qüvvəyə mindikdən sonra 7 gün müddətində Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, h işdə cavabdeh apellyasiya şikayətini vaxtında verə bilməməsini elektrik cərəyanının kəsintisi ilə əlaqələndirir. Hesab edir ki, iş materiallarında bu vəziyyətin sübut edilməsi görünmür. Yəni həqiqətən də, həmin vaxtı işıqların sönülü olmasını təsdiq edəcək bir sübut yoxdur. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, cavabdehin apellyasiya şikayəti verməsi üçün qanun ona bir ay müddət tanımış, o da bu 1 ay müddətin içində sonuncu günə şikayət verməyini saxlaması risqi cavabdehin üzərinə düşmüş, yəni şikayət verməyi sonuncu günə saxlaması artıq məsuliyyət onun üzərində olmuşdur. Bundan əlavə hazırda elə bir dövrdə yaşanılır ki, adi bir elektrik xəttinin kəsintisinin baş verməsini bu və ya digər yolla başqa qaydada aradan qaldırmaq imkanın məhdud deyildir. Yəni işıqlar sönmüşsə, istənilən variantla elektrik əldə etmək (generator, nautbuk) mümkündür. Adi noutbuq vasitəsi ilə də mobil telefondan internetə qoşulmaqla 3-5 dəqiqəlik bir prosesi yekunlaşdırmaq mümkündür. İşıqların sönməsi təsdiq olunmuş olsa idi belə, məhkəmə nəzərə almali idi ki, apellyasiya şikayətinin yüklənilməsi tək elektrik kəsintisinin mövcudluğundan asılı olan bir məsələ deyildir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdehin verdiyi şikayətin təmin edilməməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və bununla da ona rəsmi qaydada çatdırılmışdır. Cavabdeh isə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 1 gün ötürülmüşdür. Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizədə göstərilən dəlillər əsaslı hesab edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu müddətin minimum olmasını cavabdeh tərəfin hüquqlarının müdafiəsi məqsədi ilə qeyd olunan qətnamədən cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsi ədalətli və əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin hüqularının müdafiəsi məqsədi ilə qeyd olunan qətnamədən cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməli və cavabdehin apellyasiya şikayəti hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar