Məhkəmə qərarları › İş №e-2-2(3-10)-114/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-114/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-114/2026 27.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə R A R D A Dİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı X1 Cəmiyyəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 müştərək qaydada ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 40153,73 manat məbləğində krеdit bоrcu, 2795,98 manat məbləğində faiz bоrcu və 674,67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43624,38 manat məbləğində borc və ödənilmiş 220,87 manat dövlət rüsumuna görə pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh2 rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, kredit borcunun 28000 manat müəyyən edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini işlə birlikdə baxılması üçün ## #### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin kommersiya işi ## #### 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməli və eyni zamanda, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir (maddə 361.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, cavabdeh cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPMin) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: - 1). Apellyasiya şikayətində onu verən cavabdeh cavabdeh2 rəsmi qeydiyyat ünvanı və digər məlumatlar Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun göstərilməmişdir (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.5-ci yarımbəndi). - 2). Apellyasiya şikayətində onu verən cavabdeh cavabdeh2 prosessual vəziyyəti düzgün qeyd olunmamışdır (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.8-ci yarımbəndi). Yəni, apellyasiya şikayətini vermiş cavabdeh2 hazırkı mülki iş üzrə prosessual vəziyyəti “cavabdeh” olduğu halda, apellyasiya şikayətinin 1.8-ci yarımbəndində o, “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onun MPM-in 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini əks etdirmir. Çünki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud, üçüncü şəxslər olduğundan, həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də şikayət verən şəxsin iddiaçı, cavabdeh və yaxud üçüncü şəxs olmasının (hazırkı halda - “cavabdeh”) qeyd olunmasını - tələb edir. - 3). Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” da apellyasiya şikayətində göstərilməlidir (MPM-in 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”-nin 5, 6, 7, 8, 9, 10 və 11-ci bəndləri). Yəni, apellyasiya şikayətində “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” formal olaraq sadalanmamalı, həmin hallar qeyd olunan bəndlərdə dəqiq qeyd edilməklə, müvafiq qaydada əsaslandırılmalı və həmin halları təsdiq edən sübutlar şikayətə əlavə edilərək, şikayətlə birlikdə məhkəməyə təqdim olunmalıdır. Lakin, hazırkı apellyasiya şikayətində yuxarıda qeyd olunan normaların tələbləri pozulmuş və “Əlavə 2”-nin 5, 6, 7, 8, 9, 10 və 11-ci bəndlərində şikayətçinin qətnamə üzrə mübahisələndirdiyi hissələrlə əlaqədar mövqeyi, onun şikayətçi olaraq istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar ümumiyyətlə göstərilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar və tələblər də aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eləcə də, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda, yuxarıda qeyd olunan nöqsanlardan əlavə, digər bir nöqsan da apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsində yol verilən nöqsandır. Belə ki, məhkəməyə təqdim olunan apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) hazırkı şikayətin verilməsi üçün dövlət rüsumunun – 2 (iki) manat məbləğində ödənildiyi qeyd olunmuşdur. Halbuki, hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun miqdarı birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən tutulması müəyyən edilən dövlət rüsumu məbləğinin (220,87 manat məbləğinin) 50 faizi miqdarında olmalı idi. Qeyd etmək lazımdır ki, apellyasiya şikayəti ilə birlikdə məhkəməyə “113 manat” məbləğində dövlət rüsumunun ödənilməsi barədə ## #### 2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzi əlavə olunsa da, bu rüsum təyinatı üzrə Şəki Apellyasiya Məhkəməsinə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinə ödənilmişdir (iş vərəqi: 120). Ona görə də, bu ödəniş – hazırkı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi kimi qəbul edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayəti verilərkən şikayətçinin etməli olduğu hərəkətləri təsbit edir və bu kimi hərəkətlər edilmədikdə və yaxud, düzgün yerinə yetirilmədikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti geri qaytarılır. Çünki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuş və həmin Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən apellyasiya şikayətlərinin qaytarılması institutu nəzərdə tutulmuşdur (apellyasiya şikayəti - Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı mümkündür). Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan - proses iştirakçıları tərəfindən ərizə və şikayətlər verilərkən Mülki-Prosessual Qanunvericiliyin tələblərinə düzgün riayət olunması məhkəmələr tərəfindən təmin edilməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdeh cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti - işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar