Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-117/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Q Ə R A R D A Dİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rafiq Rasim oğlunun katibliyi, apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (oğlu) X2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs (VÖEN: **********) qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2026-cı il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 22160,25 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – ## ###### 1960-cı il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə dair e-*-*(*-**)-***/**** nömrəli kommersiya işi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki, “##.##.1960-cı il təvəllüdlü, Qax rayonu Lələpaşa kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi: AZE 13241255, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi – Maraqlı şəxs) Dövlət Büdcəsinə 22160,25 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.” Həmin kommersiya işi üzrə maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Maraqlı şəxs tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə 22160,25 manat məbləğində vergi borcunun mövcud olmasını əsas gətirməklə, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə maraqlı şəxsin iştirakı olmadan baxmış və yalnız ərizəçinin təqdim etdiyi sənədlərə əsaslanaraq ərizəni təmin etmiş və Maraqlı şəxs ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Lakin o, “vergi orqanının təqdim etdiyi sənədlərlə təsdiq olunduğu” iddia edilən vergi borcunun mövcudluğu barədə məhkəmənin gəldiyi nəticəni qəbul etmir. Məhkəmə - vergi borcunun həqiqətən qanuni qaydada hesablanmasını, borcun mübahisələndirilib-mübahisələndirilməməsini, borc barədə bildirişlərin qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilib-edilməməsini, habelə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün zərurətin mövcud olubolmamasını - araşdırmamışdır. Birinci instansiya məhkəməsi aşağıdakı mühüm halları araşdırmamışdır: vergi borcunun qanuni əsaslarla hesablanıb-hesablanmaması; borcun inzibati və ya məhkəmə qaydasında mübahisələndirilib-mübahisələndirilməməsi; borc barədə bildirişlərin qanunvericiliyin tələblərinə uyğun təqdim olunması; bank hesablarına yönəldilmiş sərəncamların nəticələri; borcun təmin edilməsi üçün daha yüngül vasitələrin mövcud olub-olmaması; ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruri və proporsional olub-olmaması. Bu hallar müəyyən edilmədən qətnamənin qəbul edilməsi iş üzrə düzgün nəticəyə gəlməyə imkan verməmişdir. Məhkəmə aşağıdakı halları sübut olunmuş hesab etsə də, həmin hallar mötəbər sübutlarla təsdiq edilməmişdir: 22160,25 manat vergi borcunun mübahisəsiz mövcud olması; bildirişlərin qanuni qaydada təqdim edilməsi; ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruri olması; digər təminat tədbirlərinin nəticəsiz qalması. Bu hallar yalnız vergi orqanının birtərəfli sənədləri ilə təsdiq edilmiş, onların obyektivliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (oğlu) X2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (oğlu) X2 Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Eyni zamanda, məhkəmə iclasında apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi X2 ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli “heç bir vergi borcunun olmaması” barədə Arayışı məhkəməyə təqdim edərək bildirmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs VÖEN-inini ## ###### 2024-cü ildən dayandırmış və bundan sonra ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən ona ## ######## 2024-cü il tarixli “heç bir vergi borcunun olmaması” barədə Arayış verilmişdir. Həmin Arayışda göstərilir ki, vergi ödəyicisi Maraqlı şəxs ## ######## 2024-cü il tarixə Dövlət Büdcəsinə vergilər üzrə ödənilməli borcu yoxdur. Lakin, həmin arayışın verilməsindən bir neçə ay keçmiş, yəni 2025-ci ilin fevral ayının 2-də vergi ödəyicisinə məlumat verilmişdir ki, onun dayandırılmış VÖEN-i üzrə 16793 manat məbləğində vergi borcu vardır. Təqdim edilən arayışa görə borcu olmayan və eyni zamanda, 2024-cü ilin avqust ayından etibarən fəaliyyəti dayandırılmış VÖEN üzrə vergi borcunun hesablanması əsaslı olmadığından, dərhal Vergi Orqanə ilə əlaqə yaradılaraq həmin borca etiraz edilmiş və borcun yaranmasının səbəbləri barədə məlumat verilməsi tələb edilmişdir. Lakin, onların dəfələrlə müraciətinə baxmayaraq, Vergi Orqanı bu borca heç bir aydınlıq gətirmədən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Buna görə də, Vergi Orqanı tərəfindən bu borcun hesablanmasına aydınlıq gətirilmədiyindən, vergi ödəyicisi bununla bağlı müvafiq inzibati məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə kollegiyası, proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar xüsusi icraat qaydasında baxılaraq, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən ## #### 2026-cı il tarixli qətnamənin qəbul olunduğu e-*- *(*-**)-***/**** nömrəli kommersiya işi materialları və eləcə də, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi xüsusi icraat qaydasında “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun ##.##.2026-cı il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 22160,25 manat məbləğində vergi borcu (əsas vergi borcu üzrə 16141,75 manat, maliyyə sanksiyası üzrə 40 manat və faizlər üzrə 5978,50 manat) yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Lakin vergi ödəyicisinə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə və bank hesablarına müvafiq sərəncamlar qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd olunan fiziki şəxs Maraqlı şəxs qeydiyyat ünvanı kimi Qax şəhəri, Bülbül küçəsi ev 4 ünvanı qeyd olunmuşdur. Lakin, maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti əsasında iş üzrə apellyasiya instansiyasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs ## ####### 2004-cü ildə verilmiş VÖEN dayandırıldıqdan sonra tərtib edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ## ######## 2024-cü il tarixli, *-**-*-**/*-O-**-**/**** nömrəli Arayışında göstərilir ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) ## ######## 2024-cü il tarixə Dövlət Büdcəsinə vergilər üzrə ödənilməli borcu yoxdur. Bununla belə, həmin arayışın verilməsindən bir neçə ay keçmiş vergi ödəyicisinə dayandırılmış VÖEN-i üzrə vergi borcunun olması barədə məlumat verilmişdir. Halbuki, məlum arayışa görə borcu olmayan və eyni zamanda, 2024-cü ilin avqust ayından etibarən fəaliyyəti dayandırılmış VÖEN üzrə vergi borcu hesablanmasının səbəbləri və bu borcun necə yaranması barədə vergi ödəyicisinə, eləcə də hazırkı ərizə üzrə məhkəməyə heç bir məlumat verilməmiş və tələb edilən həmin borca heç bir aydınlıq gətirilmədən, hazırkı ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Insan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi ## ###### 1999-cu il tarixli ** saylı X4 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Insan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda, hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə - məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara və aşağıda istinad edilən qanunvericilik normalarına əsasən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda, məhkəmə işə mahiyyəti üzrə baxmışsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) - qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 372, 382, 384-390, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-10)-117/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-117/2026
24.09.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver