Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-96/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qаrşı (açar sözlər: Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1994-cü il təvəllüdlü, Ağsu rayonunda doğulmuş Maraqlı şəxs Ağsu rayonu, Növcü Ə/D, Axundlu kəndi ünvanında qeydiyyatdadır.
2. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) ünvanlanmış ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
4. İş materiallarında olan Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilən ##.##.2025-ci il tarixli *********** nömrəli qərardan görünür ki, Maraqlı şəxs adına olan əmlakların siyahıya alınması qərara alınmışdır.
5. İş materiallarında olan Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən tərtib edilən ##.##.2025-ci il tarixli vergi ödəyicisinin siyahıya alınmalı əmlakının müəyyən edilməməsi haqqında aktdan görünür ki, Maraqlı şəxs siyahıya alınmalı hər-hansı bir əmlakı müəyyən edilməmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli məlumatda Maraqlı şəxs mülkiyyətində olan torpaq sahələrinin adları qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqda Maraqlı şəxs vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir
9. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** saylı qərarından görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır.
10. İş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, fiziki şəxsin ##.##.2026-cı il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcu vardır.
II. Birinci instansiya məhkəməsində icraat
11. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 559178,5 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 559635,51 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində (doğum tarixi - ##.##.1994-cü il, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA2236871, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026- cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 559178,5 manat məbləğində (o cümlədən, vergilər üzrə 505243,68 manat, faizlər üzrə 53934,82 manat), İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 559635,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli, 2550020044791500, ##.##.2025-ci il tarixli, 2550021284184600, ##.##.2025-ci il tarixli, **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Ağsu rayonu, Növcü Ə/D, Axundlu kəndi ünvanında yaşayır.
13. Maraqlı şəxsin nümayəndəsi və vəkili vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, aparılan xüsusi icraat çərçivəsində ##.##.2026-cı il tarixli vəsatətlərində irəli sürdüyü prosessual əsaslara əlavə olaraq, işlə bağlı yeni hüquqi əhəmiyyət kəsb edən hal baş vermişdir. Belə ki, aparılan ətraflı araşdırma nəticəsində məlum olub ki, 2025-ci ildə maraqlı şəxsin VÖEN-i üzərindən etibarnamə əsasında fəaliyyət göstərmiş X9 tərəfindən gəlir vergisi bəyannamələri vergi orqanına təqdim edilməmişdir. Bəyannamələrin təqdim edilməməsi səbəbindən vergi orqanı AR Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq 2024-cü ilin gəlir göstəricilərinə əsasən ehtimal xarakterli cari hesablama aparmış və bu hesablamanı maraqlı şəxsin şəxsi vərəqəsinə daxil etmişdir. Həmin ehtimal xarakterli hesablamanın yanlışlığı araşdırma nəticəsində sübut edilmiş, bunun nəticəsində ## ##### 2026-cı il tarixində vergi orqanı tərəfindən A.Elçinin şəxsi vərəqəsindən əsas borcdan 52.658 AZN və faiz borcundan 17.169, cəmi 69.827 AZN borc silinmişdir. Vergi orqanında olan şəxsi vərəqədə ##.##.2026-cı il tarixində həmin silinmələr və azalmalar təsdiq edilmişdir. Hazırki işdə artıq tələbin predmeti dəyişmiş, ərizənin hüquqi əsası qeyrimüəyyənləşmişdir. Belə ki, ərizəçi məhkəməyə ##.##.2026-cı il tarixinə olan borca ümumilikdə 559.635,51 AZN məbləğinə əsaslanaraq müraciət etmişdir. Həmin məbləğin strukturu belədir: Vergilər üzrə borc 505.243,68 AZN, faizlər 53.934,82 AZN, DSMF 372,95 AZN, İTSF 84,06 AZN cəmi 559.635,51 AZN Bu silinmə sadə rəqəm düzəlişi deyildir. Silinmənin hüquqi mənası odur ki, cari hesablama heç bir halda qanuni əsas yaratmır. Belə ki, vergi orqanı bəyannamə olmadığı üçün 2024-cü il gəlirini 2025-ci ilə proyeksiya etmiş və üstəlik bu ehtimal məbləğin hər günü üçün 0,1% faiz hesablamışdır. Yəni mövcud olmayan, sübut edilməmiş gəlirdən vergi tutulmuşdur. Bu metodologiya AR Vergi Məcəlləsinə əsasən bütün şübhələrin vergi ödəyicisinin xeyrinə şərh olunması prinsipinə birbaşa ziddir. Silinmənin yalnız bir hesablama dövrünə aid olduğu məlum olsa da, ərizədə göstərilən ümumi borc məbləğinin formalaşmasında eyni ehtimal xarakterli hesablama metodologiyasının tətbiq edilib-edilmədiyi məhkəməyə izah edilməmişdir. Vergi orqanı qalan borcun hansı hesablama metoduna əsaslandığını sübut etmə vəzifəsini hələ yerinə yetirməmişdir. Ərizədə göstərilən 53.934,82 AZN məbləğindəki faiz borcu, müəyyən dövr ərzində şişirilmiş borca, o cümlədən, artıq silinmiş 52.658 manata tətbiq olunmuş 0,1% gündəlik faiz daxildir. Deməli, faiz borcunun mövcud hesablanma miqdarı hüquqi cəhətdən yanlış əsas üzərindədir və yenidən hesablanması zəruridir. Bununla Vergi orqanı iddia etdiyi borcun mövcudluğunu faktiki olaraq mübahisə etmişdir. Vergi orqanı 69.827 manatı sildiyi halda qalan borcun dəqiq və mübahisəsiz olduğunu artıq iddia edə bilmir. “Büdcə sistemi haqqında” Qanunun 9.1.1-ci maddəsində göstərilib ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Qanunun 8ci maddəsinə müvafiq olaraq, dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. AR Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Bu normaların mahiyyəti odur ki, vergi orqanı kommersiya təşkilatı deyildir, onun fəaliyyətinin məqsədi büdcənin qanuni gəlirlərini toplamaqdan ibarətdir, mənfəət götürmək deyil. Vergi məcburi, fərdi, əvəzsiz ödənişdir. Bu o deməkdir ki, vergi orqanının tələb etmək hüququ yalnız qanunla müəyyən edilmiş, real vergi öhdəliyinə aiddir. Buna görə vergi orqanı kommersiya bankı kimi mövcud olmayan, ehtimal xarakterli gəlirə görə hesablanmış şişirilmiş borc tələb edə bilməz. Faiz, gecikməyə görə kompensasiya mexanizmidir, gəlir aləti deyil. Əsas borcun ehtimal xarakterli olduğu halda həmin borca hesablanan faiz də hüquqi əsasdan məhrumdur. Vergi Məcəlləsinə əsasən bu şübhə maraqlı şəxsin xeyrinə həll olunmalıdır. Bununla əlaqədar AR MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən hüquq haqqında mübahisənin mövcudluğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır. Hazırki işdə hüquq haqqında mübahisənin mövcudluğu aşağıdakı faktlarla sübut olunur. Borcun bir hissəsi ehtimal xarakterli cari hesablamanın yanlışlığı səbəbindən silinmişdir. Qalan borcun da eyni metodologiya çərçivəsində formalaşıb-formalaşmadığı mübahisəlidir. Faiz borcu yanlış əsas məbləğ üzərindən hesablanmışdır. Dəqiq məbləği müəyyən edilməyən borcun yaranma səbəbinin Camalov Rizvan tərəfindən idarə edilən VÖEN-ə aid olub. Belə ki, bəyannaməni təqdim etməyən etibarnamə əsasında fəaliyyət göstərən şəxs Camalov Rizvandır. Maraqlı şəxs o dövrdə VÖEN-ə bağlı borcdan məlumatı olmamışdır, hətta Rizvan artıq çox geç bildirdikdən sonra onu əmin etmişdir ki, borc silinəcək. Yəni, maraqlı şəxsin özündən səhlənkarlıq deyil, etibarnamə verdiyi şəxsə tam etimad etməsi olmuşdur. Çünki, Camalov Rizvanın fəaliyyət istiqamətini dərk etmirdi. Sadəcə güvənirdi. Rizvanın özü və ərizəçi tərəfindən yaranmış borc maraqlı şəxsə zamanında bildirilmədiyindən və zamamnıda düzgün tədbirlər görmədiyindən belə qeyri dəqiq olan cari hesablanmış borc yaranmışdır. Vergi orqanı bəyannamə olmadıqda hesablama apara bilər, onun hüququdur. Lakin, cari hesablamanı şişirdilmiş şəkildə aparmaq, 0,1% gündəlik faiz tətbiq etmək onun vəzifəsi deyil. Belə ki, vergi qanunvericiliyə əsasən bəyannamə olmadıqda vergi orqanı ən yüksək ehtimal ilə deyil, ən mülayim, ədalətli hesablama ilə getməli idi. Bəyannamənin vaxtında təqdim edilməməsi prosessual nöqsan olsa da, bu nöqsan vergi orqanına ehtimal xarakterli, şişirilmiş hesablama aparmaq hüququ vermir. Ərizəçi hazırki vaxtda bildirdikləri borcu silmişdir və bununla borcun yanlış hesablanmasını faktiki etiraf etmişdir. Hazırki halda vergi orqanı özü borcun bir hissəsini silməklə əslində tələbinin əsassızlığını mübahisə etmişdir. Bu silinmə həm əsas məbləği, həm faizləri dəyişdirir ki, bu halda artıq tələbin predmeti mübahisəlidir. Mübahisəli tələb xüsusi icraatın predmeti ola bilməz. Qeyd edilənlərə əsasən xüsusi icraat yalnız o hallarda tətbiq olunur ki, tərəflər arasında hüquq haqqında mübahisə olmasın. Hazırki halda isə borcun həm mövcudluğu, həm məbləği, həm hesablama metodu, həm də hüquqi əsası mübahisəlidir. Bu şəraitdə xüsusi icraat qaydasının tətbiqi prosessual baxımdan mümkün deyildir. Yuxarıda qeyd edilən halları və Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq maraqlı şəxs Maraqlı şəxs barəsində “ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı” xüsusi icraat qaydasında ərizədə tələbin predmeti ilə bağlı hüquq mübahisəsinin mövcud olması səbəbindən ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini və ərizəçiyə ümumi iddia qaydasında müraciət etmək hüququnun izah edilməsini təmin edilməsi xahiş edilir.
14. Ərizəçinin nümayəndəsi etirazla birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, icraatda olan e-*-*(*-**)-**/**** saylı kommersiya işi üzrə maraqlı şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli vəsatətin və ondan əvvəl verilmiş vəsatətin əsassız olmasına görə rədd edilməsini xahiş edirlər. Belə ki, hazırki iddia maraqlı şəxs Maraqlı şəxs ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır, lakin maraqlı şəxsin vəkili tərəfindən iddianın predmetindən kənara çıxılaraq kameral vergi yoxlamasının qərarı mübahisələndirilir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, vergi ödəyicisi Maraqlı şəxs barəsində kameral vergi yoxlaması keçirilmiş müvafiq qərar onun elektron kabinetinə yerləşdirilmiş və Maraqlı şəxs tərəfindən Şəki İnzibati Məhkəməsində * saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia tələbi ilə çıxış etmiş iddiası təmin edilməmişdir (müvafiq qərar ərizəyə əlavə olunub). Həmin Qərardan Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hal-hazırda da maraqlı şəxs tərəfindən qəbul edilmiş kameral vergi yoxlamaları barədə qərarlar inzibati qaydada mübahisələndirilməmişdir. Maraqlı şəxs və onun vəkili tərəfindən həmin qərarları mübahisələndirmək üçün nəzərdə tutulmuş prosessual müddətlər buraxılmışdır. Həmçinin hazırki vəsatətdə silinmə ilə bağlı qeyd olunanlarla əlaqədar qeyd edirlər ki, maraqlı şəxsin borcu olduğu kimi qalmaqda davam edir, hətta maraqlı şəxsin vəkilinin təqdim etdiyi şəxsi hesab vərəqəsində də çap olunma tarixinə-##.##.2026-cı il tarixə 615000 manatdan çox borcu qalmışdır. Onu da qeyd etmək lazımdır ki, tərəflərindən ##.##.2026-cı il tarixdən ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət olunmuş, artıq 4 ay 11 gün keçməsinə baxmayaraq yekun məhkəmə qətnamə qəbul edilməmişdir. Maraqlı şəxs və onun vəkili tərəfindən hər fəfə əsassız vəsatətlər təqdim olunaraq prosesin gedişi uzadılır və bununla da vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınır. Maraqlı şəxsin vəkili tərəfindən verilmiş vəsatətlər onun subyetkiv mülahizələrinə əsaslanır və heç bir sübutla təsdiq olunmur. Həmçinin hazırki işdə Azərbaycan Respublikası MPM-in 259-cu maddəsində nəzərdə tutulan işin baxılmamış saxlanılması üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən maraqlı şəxsin vəkili tərəfindən verilmiş ##.##.2026-cı il tarixli və onunla bağlı digər vəsatətlərinin əsassız olmasından rədd edilməsi, tərəflərindən verilmiş ərizənin təmin olunaraq maraqlı şəxs X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında ərizəçinin nümayəndəsi izahatında bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ## ###### 2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 372 manat 95 qəpik, dövlət büdcəsinə 559178 manat 05 qəpik məbləğində o cümlədən, vergilər üzrə 505243 manat 68 qəpik, faizlər üzrə 53934 manat 82 qəpik, İcbari Tibbi Sığorta Fonduna 84 mant 06 qəpik olmaqla, ümumilikdə 559635 manat 51 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə ## ###### 2025-ci il tarixli ,## #### 2025-ci il tarixli və təkrar ## ###### 2025-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ərizə ilə bağlı tərəfindən məhkəməyə vəsatət təqdim edilmişdir. Hesab edir ki, ərizəçinin ərizəsində bir sıra ciddi prosessual və maddi hüquq pozuntuları mövcuddur. Verilən məlumatlar həqiqəti əks etmir. Maraqlı şəxs rəngsaz kimi öz işi ilə məşğul olduğundan və VÖEN etibarnamə əsasında Camalov Rızvan tərəfindən fəaliyyət kodu dəyişdirildiyi ## #### 2024-cü il tarixindən etibarən idarə olunduğundan Maraqlı şəxs həmin borclardan, həmin bildirişlərdən onun heç bir xəbəri olmamışdır. Eyniləşdirmə nömrəsinin bağlı olduğu keçmiş asan imza nömrəsi onun istifadəsində olmamışdır. VÖEN fəaliyyəti dayandırıldığından 2025-ci ilin may ayından etibarən keçmiş asan imza nömrəsi istifadə edilmədiyindən tam deaktiv edilmişdir. Məhkəmə tərəfindən məlumatlar Maraqlı şəxs təqdim edildikdən sonra qeyd edilən tarixdə yeni asan nömrə alınmışdır. Sahibkarlıq fəaliyyəti 2025ci ilin may ayından dayandırıldığından və asan imza istifadə edilmədiyindən deaktiv edildiyindən Maraqlı şəxs Vergi orqanı tərəfindən onun elektron vergi internet şəbəkəsindən eyniləşdirmə nömrəsinə məktubların, bildirişlərin, xəbərdarlıqların gəlməsindən heç bir məlumatı olmamışdır. Ona görə Maraqlı şəxs onun adından fəaliyyət göstərən Camalov Rızvanın işindən, necə fəaliyyət göstərməsindən məlumatsız olmuşdur. VÖEN-nin bağlı olduğu fəaliyyət kodu ilə o, heç bir vaxt fəaliyyət göstərməmişdir.
17. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə ərizə təmin edilərək ##.##.1994-cü il təvəllüdlü, Ağsu rayonu, Axunlu kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA2236871, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******) Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 615251,55 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 615708,56 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi .
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci, “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 119.2, 355-5.1, 355-5.2, 355-7.3-cü maddələrinə istinad edərək həmin nəticəyə gəlmişdir.
19. Həmin qətnamədən narazı olan maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilən əsaslar ilə bağlı Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi qanunsuz və ədalətsiz hesab edilib ləğv edilməlidir. Hazırkı işdə borcun mövcudluğu, məbləği, hətta kim, yəni Maraqlı şəxs və ya Camalov Rizvan tərəfindən yaranması dəqiq qətnamə ilə müəyyən edilməmişdir. Ölkədən çıxış qadağası üçün borcun həm mövcudluğu, həm məbləği dəqiq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə yanvar ayında verilmiş ərizədə borc məbləği 559.635,51 AZN, qətnamədə borc məbləği 615.708,56 AZN və şəxsi vərəqədə borc məbləği 615.000 AZN yazılıb ki, bu 3 fərqli rəqəmdir. Məbləğin özü dəqiq müəyyən edilmədiyindən mübahisəlidir ki, bu hal hüquqi müəyyənlik prinsipini pozur. Mübahisəli olan heç bir halda sübut edilməmiş ehtimal xarakterli cari hesablama üzrə şişirdilmiş ehtimal borcun mövcud olması əsasında həm mütənasiblik prinsipi, həm də sərbəst hərəkət hüququ kobut şəkildə pozularaq məhdudlaşdırılmışdır. X6 VÖEN üzərindən apardığı fəaliyyətdən yaranması sübut edilmişdir. Maraqlı şəxs heç vaxt həmin fəaliyyət kodu ilə işləmədiyi sübut edilmişdir. Etibarnamə vermək öhdəliyi maraqlı şəxsi etibar edilən şəxsin hərəkətlərindən yaranan borca görə tam məsul etmir. Bundan əlavə, AR Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin hüquqlarının qorunmasını təmin etməlidir. Yəni, vergi orqanının qanunla müəyyən edilmiş vəzifəsi büdcənin qanuni gəlirlərini toplamaqdan ibarətdir. Vergi orqanının vəzifəsi şişirilmiş borclarla vergi ödəyicisini məcburi tədbirlərlə təqib etmək deyildir. Vəzifəsi, mövcud yanlışlıqların aradan qaldırılmasında vergi ödəyicisinə kömək etməkdir. Hazırkı işdə isə vergi orqanı yanlışlıqları düzəltməkdə maraqlı şəxsə kömək əvəzinə şişirilmiş borc əsasında məcburi tədbirə müraciət etmişdir ki, bu da vergitutmanın məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edir. Nəticə odur ki, məhkəmə yalnız formal olan borc məbləğinə baxmış, maddi hüquq çərçivəsindəki şərtlərin yerinə yetirilib-yetirilmədiyini heç bir halda araşdırmamışdır. Odur ki, məhkəmə üzərinə düşən öhdəliyini icra etməmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyən edən məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul edilməli idi. Ziddiyyətlərdən biri odur ki, maraqlı şəxs tərəfindən iş üzrə verilmiş əlavə məlumatlar araşdırılmamış, təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verilməmiş və təqdim edilmiş sonuncu vəsatətdə maraqlı tərəfin iştirakı məsələsi müzakirə edilməmişdir. Qətnamədə sübutlara birtərəfli hüquqi qiymət verilmişdir. Yalnız ərizəçinin vermiş olduğu izahatlar, sübutlar və təqdim etdiyi məlumatlar həqiqət kimi qəbul edilmişdir. ##.##.2025-ci il tarixli, *-**-**-**/*-**/**** nömrəli AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş Xasiyyətnaməyə əsasən, ##.##.2015-ci il tarixindən hazırkı vaxtadək Maraqlı şəxs AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin tikinti qrupunda rəngsaz vəzifəsində çalışır. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan əməkdaş kimi göstərmişdir. Kollektivdə ünsiyyətdə səmimi, rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirən, təşəbbüskar və əməksevərdir. Zəhmətkeşdir. Peşəkar bilikləri və iş təcrübəsi kifayət qədərdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində (AZ1130) yerləşir və fəaliyyət göstərir. Həm xasiyyətnamənin özündə, həm də kütləvi informasiya vasitələrində, internetdə idarənin fəaliyyət göstərdiyi ünvan barədə məlumat verilmişdir. A. Elçin həmin idarədə əmək müqaviləsi əsasında azı 10 il müddətində həftənin 5 iş günü işlədiyindən, o, qeydiyyatı üzrə yaşamamışdır. Valideynləri ilə birgə Bakı şəhərində yaşayır və Bakı şəhərində çalışır. ##.##.2026-cı il tarixli Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyinin arayışına əsasən, Maraqlı şəxs həqiqətən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 8 ünvanında atası və anası ilə birlikdə 2010-cu ildən qeydiyyatsız yaşayır. VÖEN: ********** A. Elçin tərəfindən ilk dəfə 2021-ci ildə açılmasına baxmayaraq, 2024cü ilin iyun ayından etibarən həmin eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərən şəxs X9 olmuşdur. Camalov Rizvan həmçinin Bakı şəhərində fəaliyyət göstərirdi. Bunun üçün A. X7 ##.##.2024-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən * saylı “ASAN xidmət” mərkəzində notariat ofisində etibarnamə vermişdir. Məcəlləyə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Bu maddədə qeydiyyat ünvanı deyil, məhz şəxsin faktiki yaşadığı (olduğu) yer ifadəsi işlədildiyindən hesab edilir ki, şəxsin olduğu, fəaliyyət göstərdiyi yer nəzərdə tutulur. Nəticə odur ki, sübutlardan aydın görünür ki, ərizəçi məhkəməyə təqdim etdiyi məlumatları təhrif etmişdir. Ərizəçi ərizəsini reyestr məlumatlarında qeyd olunan ünvana əsaslanaraq vermişdir. Lakin ərizəçi bilir ki, maraqlı şəxs artıq 10 ildən artıqdır ki, Bakı şəhərində daimi yaşayır, işləyir və fəaliyyət göstərir. Bu fakt vergi orqanına da məlumdur. Belə olduqda, ərizəçinin istinad etdiyi hüquq normaları ilə bildirdiyi faktlar arasında ziddiyyət olduğundan, məhkəmə bu hissədə ərizəçinin müraciətini təmin edə bilməzdi. Digər ziddiyyət odur ki, hüquq barəsində mübahisənin mövcud olması sübut edildiyindən ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməmiş, əvəzində qətnamə qəbul edilmişdir. Çünki borcun mübahisəli olduğu halda ona xüsusi icraat qaydasında baxılması prosessual baxımdan yolverilməzdir. Hazırkı işdə isə borcun məbləği, hesablanma metodologiyası, hüquqi əsası və əsl məsul şəxsin kim olması kəskin şəkildə mübahisəlidir! Belə ki, Məcəlləyə əsasən, xüsusi icraat qaydasında işlərə yalnız o halda baxıla bilər ki, tərəflər arasında hüquq və fakt barəsində heç bir mübahisə olmasın. Mübahisəli borcun formalaşmasının səbəbi etibarnamə əsasında VÖEN-i idarə etmiş Camalov Rizvan tərəfindən bəyannamələrin vaxtında verilməməsidir. Maraqlı şəxsin isə borcdan ümumiyyətlə xəbəri olmamışdır. Həmin mübahisəli borcdan həddən artıq gec xəbər tutmuşdur. Bu zaman isə VÖEN fəaliyyəti çoxdan dayandırılmışdır. Vergi orqanının tələb etdiyi məbləğin daxilində bu dərəcədə böyük dəyişikliyin və silinmənin baş verməsi o deməkdir ki, tələbin predmeti artıq qeyri-müəyyəndir və mübahisəlidir. Vergi orqanı sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Sadəcə VÖEN sahibi olmaq vergi öhdəliyinin yerinə yetirilməməsi faktını sübut etmir. Vergi orqanı şəxsin borclu olduğunu iddia edir, lakin bu iddia nə məhkəmə, nə də müstəqil bir orqan tərəfindən yoxlanılmışdır. Vergi orqanı xüsusi icraatdan istifadə etməklə əslində mübahisəli borcu sanki mübahisəsiz fakt kimi qəbul etdirməyə cəhd edir. Lakin həmin borcun mövcudluğunu təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmə bu mübahisəli tələbi xüsusi icraat çərçivəsində sanki mübahisəsiz fakt kimi qəbul etmiş, MPM-in 306.4-cü maddəsinin imperativ tələbini yerinə yetirməmişdir. Digər ziddiyyət odur ki, xəbərdarlıqların, bildirişlərin həqiqətən maraqlı şəxsə çatmasına dair heç bir sübut olmadığı halda, hətta müraciətlərdə 5 gün müddətində azı 500.000 AZN borcun ödənilməsi tələbinin ağlabatan olmadığı müəyyən edilsə də, həmin müraciətlərin guya tərəfə çatdırılması həqiqi hal kimi qəbul edilmişdir. Vergi xidməti maraqlı şəxsin bildirişlərə məhəl qoymadığını iddia edir.
1. Vergi xidməti iddia edir ki, 3 ədəd bildiriş, yəni ##.##.2025-ci il tarixli, **************** saylı, ##.##.2025-ci il tarixli, **************** saylı və ##.##.2025-ci il tarixli, **************** saylı bildirişlər göndərilmişdir, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. 3 ədəd bildirişdə vergi orqanının ünvanı ünvan 2 qeyd edilmişdir. A. Elçindən 5 gün müddətində dövlət büdcəsinə 559.178,5 AZN, DSMF-yə olan 340,10 AZN və İTSF-yə olan 76,35 AZN məbləğində borcun ödənilməsi tələb edilmişdir.
2. Vergi xidməti iddia edir ki, 2 ədəd xəbərdarlıq, yəni ##.##.2025-ci il tarixli, qeydiyyat nömrəsi olmayan xəbərdarlıq və ##.##.2025-ci il tarixli, *-**-*-*/*-*****/**** saylı xəbərdarlıq göndərilmişdir, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Sonuncu xəbərdarlıqda A. Elçindən 15 təqvim günü müddətində ümumilikdə dövlət büdcəsinə 640.772,65 AZN, vergilər üzrə 640.255,56 AZN, DSMF-yə olan 421,44 AZN və İTSF-yə olan 95,65 AZN məbləğində borcun ödənilməsi tələb edilmişdir. Həmin sənədlərin mövcud olması, barəsində hesablamaların, pul tələblərinin və xəbərdarlıqların mövcud olması haqqında məlumatı A. Elçin ilk dəfə məhkəmə tərəfindən 2026-cı ilin yanvar ayında təqdim edilmiş bildiriş əsasında və elektron məhkəmə kabinetinə qoşulması təmin edilməklə əldə etmişdir!
3. Vergi xidməti tərəfindən göndərilmiş məktubda ##.##.2025-ci il tarixli ərizəyə əsasən Maraqlı şəxs fəaliyyətinin ##.##.2025-ci il tarixindən ##.##.2034-cü il tarixinədək dayandırılmasının təmin edilməsi qeyd edilmişdir. Həmin birtərəfli sənədlərin Maraqlı şəxs tərəfindən həqiqətən alınmadığını təsdiq edən sübutlar isə aşağıdakılardır:
4. A. Elçin ##.##.2026-cı il tarixində abunə nömrəsi +************ olan “ASAN İmza” nömrəsini əldə etmişdir.
5. ##.##.2026-cı il tarixli “NAR” Azərfon Xidmətinin Abunə Müqaviləsinə əsasən, ##.##.2026-cı il tarixindən Maraqlı şəxs “ASAN İmza” xidmətinin göstərilməsi bərpa edilmişdir. Eyniləşdirmə nömrəsinin bağlı olduğu keçmiş “ASAN İmza” nömrəsinin onun istifadəsində olmadığı sübut olunmuşdur. 2025-ci ilin may ayından etibarən VÖEN fəaliyyəti dayandırıldığından, keçmiş “ASAN İmza” nömrəsi istifadə edilmədiyi üçün tam deaktiv edilmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs məlumatlar təqdim edildikdən sonra qeyd edilən tarixdə yeni “ASAN İmza” nömrəsi alınmışdır. A.Elçinin vergi orqanı tərəfindən onun elektron vergi internet şəbəkəsindən eyniləşdirmə nömrəsinə məktubların, bildirişlərin və xəbərdarlıqların göndərilməsindən heç bir məlumatı olmamışdır. Maraqlı şəxsin VÖEN fəaliyyəti hələ ##.##.2025-ci il tarixində rəsmi olaraq 2034-cü ilə qədər dayandırılmışdır. Vergi orqanı göndərdiyini iddia etdiyi bildirişləri fəaliyyəti dayandırılmış VÖEN-in elektron kabinetinə 5 ay sonra göndərmişdir. Hüquqda “göndərmək” ilə “çatdırmaq” ifadələri eyni anlayış deyildir. Elektron sistemdə “göndərildi” qeydi yalnız texniki faktdır, tərəfin bildirişi açıb oxuduğuna dair heç bir sistem loqu, oxunma tarixi və ya IP ünvanı mövcud deyildir. Odur ki, fəaliyyəti dayandırılmış VÖEN-ə göndərilən bildiriş hüquqi cəhətdən tərəfə çatdırılmış hesab edilə bilməz. Vergi Məcəlləsinə əsasən, bildirişin çatdırılıb-çatdırılmaması barədə hər hansı şübhə maraqlı şəxsin xeyrinə həll olunmalıdır prinsipinə əsasən, ərizəçi işini doğru gördüyünü sübut edə bilməmişdir. Digər ziddiyyət odur ki, ərizəçinin etirazı heç bir halda məhkəmə tərəfindən həqiqi və etibarlı hesab edilə bilməz.
1. “69,827 AZN silinsə də, yerdə qalan borc böyükdür və məhdudiyyət üçün yetərlidir” arqumenti əsassızdır. Belə ki, məsələ borcun qalıq məbləğinin az və ya çox olması deyil. Məsələ odur ki, borcun hesablanma metodologiyası yanlış olmuş və məhkəmə prosesi getdiyi dövrdə borc dəyişmişdir. Bu faktın özü sübut edir ki, vergi orqanının təqdim etdiyi rəqəmlər “mübahisəsiz” deyil. Əgər bir hissəsi səhv hesablanıbsa, qalan hissəsinin də düzgünlüyü şübhə altındadır. Xüsusi icraat isə yalnız mübahisəsiz faktlar üzrə aparıla bilər.
2. “Predmetdən kənara çıxılır, kameral qərar inzibati məhkəmədə uduzulub və müddətlər buraxılıb” arqumenti əsassızdır. Belə ki, maraqlı şəxs kameral vergi yoxlaması qərarının ləğv edilməsini və ya onun inzibati akt kimi qanuniliyinin qiymətləndirilməsini tələb etmədiyindən, iddianın predmetindən kənara çıxmamışdır. Qeyd edilən real faktlara əsasən, xüsusi icraat qaydasında ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün iddia edilən borcun mübahisəli, qeyri-dəqiq və likvid olması əsası ilə ərizənin baxılmamış saxlanılmasını tələb etmişdir ki, bu, qanuni tələbdir. Şəki İnzibati Məhkəməsindəki prosesdə iddianın predmeti “maraqlı şəxsin riskli vergi ödəyicisi statusundan çıxarılması tələbi ilə bağlı işə” gəlincə, bu qətnamə yalnız vergi ödəyicisinin hələ VÖEN-i aktiv olduğu vaxt onun sistemdə riskli vergi ödəyicisi statusundan çıxarılması ilə bağlı tələbə hüquqi qiymət vermişdir. Vergi borcunun məbləği heç bir halda mübahisə predmeti olmamışdır. Həm də həmin iş inzibati iş olmuşdur. Hazırkı iş isə kommersiya işidir. Həmçinin danılmaz fakt odur ki, hazırkı iş üzrə vergi orqanı məhkəmə icraatı davam edə-edə borcun məbləğində dəyişiklik etmişdir. Əgər borcun məbləği məhkəmə araşdırması dövründə dəyişirsə, deməli, ortada MPM-in 306.4-cü maddəsinin tələb etdiyi mənada bir “hüquq (borcun real miqdarı) barəsində mübahisə” yaranmışdır. Ona görə də məhkəmə qətnamə qəbul edə bilməzdi, sadəcə bu mübahisəyə görə ərizəni baxılmamış saxlamalı idi. Digər ziddiyyət odur ki, məhkəmə səlahiyyətini aşaraq qanuni qüvvəyə minməmiş maddi tələbi aşan məbləğ üzrə qərar vermişdir. Ərizəçi ##.##.2026-cı il tarixli ərizəsində məhkəməyə ümumilikdə 559.635,51 AZN məbləğində borc üzrə müraciət etmişdir. Lakin məhkəmə qətnaməsinin nəticəvi hissəsində maraqlı şəxsin 615.708,56 AZN məbləğində borcunun olmasını təsdiq etmişdir. İki məbləğ arasındakı fərq azı 56.073,05 AZN-dir. Heç bir tərəf bu yeni məbləği nə tələb etmiş, nə də mübahisələndirmişdir. Maraqlı tərəf məhkəmə prosesinin davam etdiyi müddətdə 10 ədəd verilməmiş bəyannaməyə görə 69.827 AZN borcun silinməsinə nail olunmasını fakt kimi bildirmiş və bu əsasla ərizəçinin bildirdiyi halların təhrif edilməsini sübut etmişdir. Məhkəmə yalnız ##.##.2026-cı il tarixli ərizədə irəli sürülmüş tələb – 559.635,51 AZN məbləği daxilində qətnamə qəbul edə bilərdi. Məhkəmə səlahiyyət həddini aşaraq, tələbdən kənar, heç bir halda tələb edilməyən və təsdiq edilməyən borcun olmasını bəyan etmişdir. Bu davranış aşkar şəkildə qanunun tələblərinin pozulmasını təsdiq edir. Bu imperativ norma məhkəməyə tələb edilən həddi aşmağı qadağan edir. Məhkəmə öz qətnaməsinin əsaslandırma hissəsindəki şəxsi hesab vərəqəsinə istinad edərək tələb edilməmiş yeni məbləği özbaşına müəyyən etmişdir. Bu hal qətnamənin ləğvini zəruri edir. Məhkəmə səlahiyyət həddini aşaraq təsdiqini heç bir rəsmi sənəddə tapmamış borcun olmasını qət etmiş və buna görə maraqlı şəxsin hərəkət hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*- *(*-**)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi:
26. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
27. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
28. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
29. Maddə 24.0.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
“Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanunu:
30. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət
9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (...).
31. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri
Sığortaedənlərin vəzifələri aşağıdakılardır: -müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; (...).
32. Maddə 15-5. İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri 15-5.1. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı hüquqları vardır: (...). 15-5.2.2. sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək; (...).
“Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunu
33. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifəsidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6.21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi dəyişdirilməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. İşdə olan sənədlərdən görünür ki, Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 559178,5 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 559635,51 manat borcu yaranmışdır.
47. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür.
48. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
49. Apellyasiya şikayətində göstərilmişdir ki, qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, məhkəmə iddianı təmin edən zaman birmənalı şəkildə əlavə araşdırma etməmiş, vergi orqanının təqdim etdiyi dəlillərlə razılaşmışdır. Hesab edir ki, məhkəmə onun sərbəst ölkə xaricinə getmək hüququnu məhdudlaşdıran zaman bunu kifayət qədər əsaslandırmamışdır. Vergi xidməti tərəfindən təqdim edilmiş sübutlarla onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsaslandırılmamışdır.
50. Kollegiya həmin dəlillərlə bağlı vurğulayır ki, Azərbaycan Respublikası MPM-in 355- 5-ci maddəsinin dispoziyia şərtlərindən müəyyən edilir ki,vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.
51. Eyni zamanda, Vergi Məcəlləsi ilə müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.
52. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
53. “X8 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
54. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).
55. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
56. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № *****/**, 2006-cı il ## ### tarixli qərarı, § 119).
57. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.
58. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.
59. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.
60. Beləliklə, kollegiya sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; - vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.
61. İş materialarından görünür ki, vergi orqnı tərəfindən Maraqlı şəxs adına olan əmlakların siyahıya alınması barədə qərar qəbul edilmiş və bununla bağlı tədbirlər görülmüşdür (bax: qətnamənin 4-6-cı bəndləri).
62. Yuxarıda da qeyd edildiyi kimi, maraqlı şəxsin ##.##.2026- cı il tarixə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 559178,5 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 559635,51 manat borcu vardır və hal-hazıradək həmin borc ödənilməmiş qalmışdır.
63. Ümumiyyətlə, hazırkı iş üzrə apellyasiya şikayətininin ana xəttini borcun mövcudluğunun, məbləğinin kim tərəfindən yaranması dəqiq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilməməsi təşkil edir.
64. Maraqlı şəxs apellyasiya şikayətində verği orqanı tərəfindən hesablanmış vergi məbləğlərinin düzgün olmadığını, o, Camalov Rızvana etibarnamə verdiyindən və sonuncu tərəfindən fəaliyyət kodu dəyişdirilərək ## #### 2024-cü il tarixindən etibarən idarə olunduğundan Maraqlı şəxs onun adından fəaliyyət göstərən Camalov Rızvanın işindən, necə fəaliyyət göstərməsindən məlumatsız olduğunu bildirir.
65. Kollegiya həmin dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, maraqlı şəxs vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri ilə razılaşmadığını bildirsə də, bunu lazımi qaydada mübahisələndirməmişdir və həmin vergi məbləğlərinin mübahisələndirilməsi (düzgün hesablanl hesablanmamsı) hazırkı mübahisənin predmeti deyildir.
66. Maraqlı şəxs Rizvan Camalova etibarnamə verdiyi üçün onun vergi borclarına heç bir aidiyyəti olmaması barədə bəyanı da əsassız sayılmalıdır. X4 etibarnamə əsasında maraqlı şəxsin adından çıxış etmiş, sonuncunu üçüncü şəxslər qarşısında təmsil etmişdir.
67. Eyni zamanda, kollegiyanın iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili vergi borc məbləğinin maraqlı şəxs Maraqlı şəxs aidiyyətinin olmadığı halda sonuncunun nə üçün məhkəmədə onun “riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin vergi orqanının üzərinə qoyulması” barədə iddia qaldırmasının məntiqi, inandırıcı və ağlabatan izahını verə bilmədi (bax: qətnamənin 9-cu bəndi).
68. Daha sonra apellyasiya şikayətində göstərilir ki, hazırkı işdə hüquq haqqında mübahisə olduğundan xüsusi icraat qaydasında baxıla bilməzdi və birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul etməliydi.
69. Apellyatorun həmin dəlili tam əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi verginin düzgün hesablanıb hesablanmaması hazırkı işin predmeti olmadığından ümumiyyətlə MPM-in 306.4-cü maddəsinin tətbiqindən söhbət gedə bilməz.
70. Maraqlı şəxsin vergi ödəyicisi kimi fəaliyyətinin dayandırılması, onu vergi öhdəliklərinin icrasından azad etmir.
71. Ərazi aidiyyətinin pozulması dəlili bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, hazırkı işə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır.
72. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
73. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.
74. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 615251,55 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 615708,56 manat borcu vardır.
75. Ərizəçi ərizəsində dövlət büdcəsinə olan borcun 559178,5 manat məbləğində olduğunu göstərmiş, sonradan ərizənin həcminin artırılması barədə ərizə veməmişdir.
76. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxsin dövlət büdcəsinə borcunun 615708,56 manat göstərilməsi MPM-in 218.3-ci maddəsinin tələblərinin pozulması deməkdir. Həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli, * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
78. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
80. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
81. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*- *(*-**)-**/**** saylı qətnaməsi - Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar dövlət büdcəsinə olan borcu hissəsində dəyişdirilərək həmin məbləğ 559178,5 manat müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi - Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun 615251,55 manat məbləğində olması hissəsində dəyişdirilərək həmin məbləğ 559178,5 manat, ümumi borc məbləğ isə 559635,51 manat müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov