Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1077/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə (Açar sözlər: buraxılmış prosessual müddət) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 143985,06 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9892,63 manat, Işsizlikdən sığortafonduna olan 258,31 manat, Icbari Tibbi Sığorta Fonduna olan 2089,3 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
2. ##.##.2026-cı il tarixdə maraqlı şəxs məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır.
3. ##.##.2026-cı il tarixdə maraqlı şəxs yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, müddət bərpa edilərək məhkəməni ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayətinin maraqlı şəxsə geri qaytarılması qərara alınmışdır.
5. ##.##.2026-cı il tarixdə maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla 1 ay müddət müəyyən edilmişdir. Həmin maddəyə istinadən hazırkı iş üzrə maraqlı şəxsin şikayət verməsi üçün son tarix ##.##.2026-ci il olmalı idi. Maraqlı şəxs isə Məhkəmənin ##.##.2026cı il tarixli,e-*-*(*-**)-****/**** saylı saylı qətnaməsini rəsmi qaydada ##.##.2026-cı il tarixdə almış, lakin apellyasiya şikayətini ##.##.2026-cı il tarixədək verməli olduğu halda, ##.##.2026-cı il tarixdə verməklə, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ##.##.2026-cı il tarixli məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, bununla da qətnamə maraqlı şəxsə rəsmi qaydada verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin maddəyə istinadən hazırkı iş üzrə cavabdehin şikayət verməsi üçün son tarix ##.##.2026-ci il müəyyən edilir. Məhkəmənin mövqeyindən maraqlı bir nüans orytaya çıxır. Belə ki, məhkəmə qətnaməni qəbul edib ##.##.2026-cı il tarixdə. Daha sonra məhkəmə qeyd edir ki, şikayət vermənin son günü ##.##.2026-cı il tarixdi. Belə aydın olur ki, məhkəmə qətnaməni qəbul etməmişdən öncə şikayət verməli idi. Qətnamənin nəticəsini bilməyəbilməyə necə öncədən şikayət verə bilərdi. Bundan başqa maraqlı şəxsin elektron kabineti olmadığı üçün Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətini vaxtında verməyi mümkün olmamışdır. Belə ki, qətnamə ona rəsimi olaraq ##.##.2026-cı il tarixdə təqdim edilmişdir və o qətnaməni əldə etdikdən sonra apellyasiya şikayətini vermişdir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinine-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddət ondan asılı olmayan üzürlü səbəblərdən dolayı ötürülmüşdür. Eyni zamanda yuxarıda qeyd olunan hallar bir daha açıq-aydın şəkildə göstərir ki, bu müddətin ötürülməsi onun təqsiri ucbatından yox, üzürlü səbəblərdən baş vermişdir. Qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirmir və bu məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırır və pozulmuş maddi və prosesual hüquqların müdafiəsinə şərait yaradır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinin vaxtında verilibverilməməsi və müddətin buraxıldığı müəyyən edildiyi halda buraxılmış prosessual müddətin bərpası bərpa edilməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
9. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
12. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
15. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Məhkəmənin mövqeyi
17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
20. Elektron məhkəmə sistemində e-*-*(*-*)-****/**** nömrəli işin “proses iştirakçıları” qrafasından görünür ki, maraqlı şəxs Maraqlı şəxs “AZEMIS” Elektron Məhkəmə sistemində elektron kabineti ##.##.2022-ci il tarixdə yaradılmışdır.
21. Iş materialları ilə həmçinin müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir.
22. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinin tələblərinə əsasən maraqlı şəxs tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.
23. Buna baxmayaraq maraqlı şəxs tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ilk dəfə ##.##.2026-cı il tarixdə, daha sonra isə müddətin bərpası barədə ərizə ilə birlikdə ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır).
24. Bununla yanaşı, kollegiya qeyd edir ki, maraqlı şəxs tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmiş, lakin ərizə formal şəkildə tərtib edilmiş, qətnaməni əldə edə bilmədiyini, yalnız ##.##.2026-cı ildə ona rəsmi qaydada təqdim edildiyini təsdiq edən sübutlara istinad edilməmişdir.
25. Qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MIÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.
26. Kollegiya hesab edir ki, maraqlı şəxsin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
27. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
29. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.