Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1029/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, mütənasiblik) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin icra orqanının rəhbəri X2r.
2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqəsindən çıxarışa əsasən, hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna 1717,08 manat borcu vardır.
3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqəsindən çıxarışa əsasən, hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna 1168,18 manat borcu vardır. Həmçinin məcburi dövlət sosial sığorta haqqı üzrə 548,9 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 12660,77 manat, İşsizlikdən Sığorta Fonduna 0,42 manat, Dövlət Sosial Müdafiə Fonduna 36,66 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 1717,08 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) dövlət büdcəsinə 12660,77 manat məbləğində (o cümlədən vergilər üzrə 8198,52 manat, faizlər üzrə 4422,25 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən Sığorta Fonduna 0,42 manat, Dövlət Sosial Müdafiə Fonduna 36,66 manat, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1717,08 manat olmaqla ümumilikdə 14414,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021242177800, ##.##.2025-ci il tarixli 2550020185435200, ##.##.2025-ci il tarixli 2550020200533100, ##.##.2024-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Eyni zamanda məhkəmə qeyd edib ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda göstərilən müvafiq normasına da əsasən, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair ## ### 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli, § 46 Qərarlar). Beləliklə, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi “xxxx” MMC-nin hazırkı icra orqanının rəhbəri X2 deyil, icra orqanının keçmiş rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb etmişdir. Qeyd edilən hal maraqlı şəxs Maraqlı şəxs “xxxx” MMC-nin borcuna görə ölkədən getmək hüququna edilən müdaxilənin qanunçuluğun tələblərinə cavab vermədiyinə, qanunilik prinsipinin pozulduğuna dəlalət edir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə isə aşağıdakılar göstərilməlib. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, vergi ödəyicisi olan “xxxx” MMC məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, ərizə məhkəmənin icraatında olarkən 548,9 manat ödəniş edilmiş, Dövlət Sosial Müdafiə Fonduna olan 1168,18 manat borc qalmışdır. Məhkəmə qalıq borc ilə əlaqədar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edib. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № *****/**, 2006- cı il 23 may tarixli qərarı, §§ 119-128). Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № *****/**, 2009-cu il ## ###### tarixli qərarı, §53). Məhkəmə xüsusilə qeyd edib ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Lakin vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərin – öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s. nəticə veribverməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Qeyd edilib ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır. Həmçinin eyni əsaslara görə Avropa Məhkəməsinin, hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № *****/** və 64568/16, 2021-ci il ## ####### tarixli qərarı, §§ 93-94). Hazırkı işdə maraqlı şəxs barəsində Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun görülmüş ilkin xarakterli tədbirlərin nəticələri barədə iş materiallarında məlumat yoxdur. Belə ki, ilkin tədbirləri effektiv tətbiq etmədən (məsələn, əmlakın siyahıya alınması, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddia qaldırması və s.), tükətmədən birbaşa hüquqi şəxsin icra orqanın rəhbərinin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir. Halbuki ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məhz borcun ödənilməsinə yönəlməsi barədə tutarlı dəlillər irəli sürülməli idi. Hazırkı halda – ərizədə qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna olan borc üzrə 548,9 manat ödənildiyi, yalnız 1168,18 manat borc qaldığı, vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə veribverməməsi barədə məlumat təqdim edilmədiyi halda, hüquqi şəxsin qalan borcunun alınması istiqamətində məhz onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur, onun dövlət qarşısında olan öhdəlikləri üçün icra orqanının rəhbərinin məsuliyyəti müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi standartları çərçivəsində tətbiq oluna bilər. Göstərilənləri və “xxxx” MMCnin qalıq borcunun həcmini nəzərə alaraq məhkəmə hesab edib ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, 28-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun 2-ci maddəsinin 2 və 3-cü hissələrinə istinadla əsaslandırmışdır.
9. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sosial Müdafiə Fonduna 1717,08 manat borcunun olduğu, həmin borcdan 548,90 manat ödənilməklə, qalıq borcun 1168,18 manat olduğu müəyyən olunmuşdur. Göründüyü kimi məhkəmənin öz qənaətinə əsasən maraqlı şəxs tərəfindən vergi öhdəliyi tam yerinə yetirilməmişdir. Vergi Məcəlləsinin 23.1.15-3cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinitəmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Birinci instansiya məhkəməsi isə borcun mövcudluğunu qəbul etsə də, qismən ödəniş edilməsini əsas götürərək məhdudiyyət tədbirinin tətbiqini mümkünsüz hesab etmişdir. Halbuki qismən ödəniş vergi öhdəliyinin tam icrası demək deyildir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi öhdəliyi yalnız tam ödənildikdə yerinə yetirilmiş hesab olunur. Belə ki, borc tam ödənilmədiyi halda qanunda nəzərdə tutulmuş təminat tədbirinin tətbiqi üçün hüquqi əsas qalmaqda davam edir. Məhkəmə həmçinin belə nəticəyə gəlmişdir ki, vergi orqanı əvvəlcə borcun alınması üçün digər tədbirləri, o cümlədən əmlakın siyahıya alınması, hərraca çıxarılması və digər icra tədbirlərini həyata keçirməli idi. Lakin məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət edilmişdir. Məhkəmənin öz qətnaməsində də göstərildiyi kimi, 548,90 manat məbləğində ödəniş artıq ərizə məhkəmənin icraatında olarkən həyata keçirilmişdir, bu da maraqlı şəxsin öhdəliyin icrasına münasibətinin könüllü deyil, məcburi xarakter daşıdığını göstərir. Deməli, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə borc tam həcmdə mövcud olmuş və Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmuşdur. Sonradan, məhkəmə baxışı zamanı edilmiş qismən ödəniş vergi orqanının müraciətinin qanuniliyini aradan qaldırmır və onun əvvəlcədən əlavə məcburiyyət tədbirləri görməli olması barədə nəticəyə əsas vermir. Əks yanaşma vergi ödəyicisinə yalnız məhkəmə icraatı başlandıqdan sonra cüzi məbləğ ödəməklə qanunda nəzərdə tutulmuş təminat tədbirindən yayınmaq imkanı yaratmış olar ki, bu da vergi öhdəliklərinin icrasının təmin edilməsinin mahiyyətinə uyğun deyildir. Məhkəmənin mütənasiblik prinsipindən irəli gələn meyarların pozulmasına münasibətdə qeyd edilir ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyindən 15 gündən sonra SMS göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən yenə də təmin edilmədiyi üçün ##.##.2026-cı il tarixdə ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Eyni zamanda bildirilir ki, maraqlışəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada ##.##.2026-cıil tarixli və ##.##.2025-ci il tarixli sərəncamlar göndərilmiş və ##.##.2026-cı il tarixli “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməsi tələb olunmuşdur. Yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, vergi orqanları konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmələrə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericilikdə nəzərdə tutulmayan bir çox tədbirləri həyata keçirmişdir. Qeyd edilib ki, vergi qanunvericiliyi vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanına verilmiş hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Bu üsulların paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı qanunvericiliklə məhdudlaşdırılmamışdır. Yəni vergi ödəyicisinin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməmişdən əvvəl vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlərin görülməsi, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddianın qaldırılmalı olması kimi məcburedici müddəa Vergi Məcəlləsində qeyd olunmamışdır. Qanunvericiliyinbu mövqeyi təsadüfi xarakter daşımır. Belə ki, fiskal funksiyaların, yəni dövlət büdcəsi və müvafiq fondlar qarşısında proqnoz tapşırıqların icrası zamanı çevikliyin gözlənilməsi dövlətin maliyyə təhlükəsizliyinin təminatı hesab olunur. Mövcud təcrübə və təhlillər göstərir ki, borcların vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi kifayət qədər vaxt və inzibati resurs tələb edən tədbirdir. Belə ki, siyahıya alınmasımümkün olan əmlakın müəyyən edilməsindən həmin əmlakın özgəninkiləşdirilməsinə qədər olan çoxsaylı mərhələlərin keçilməsi həddindən artıq vaxt, eləcə də əlavə subyektlərin iştirakını (hərracın təşkilatçısı kimi çıxış edən müvafiq orqan və ticarət şəbəkələri) tələb edir və bir sıra hallarda yekunda əmlak satılmamış qaldığı üçün mülkiyyətçiyə qaytarılır. Göründüyü kimi bu tədbirin vergi öhdəliklərinin məcburi icrası vasitəsi olaraq önə çəkilməsi inzibati imkanların qənaəti prinsipi ilə qəti şəkildə uzlaşmır. Bundan fərqli olaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olduqca çevik, nəticəyönümlü, qənaətli, təsirli, yəni daha optimal bir vasitədir. Yekun əsaslandırma - Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etsə də, həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə Vergi Məcəlləsinin 23.1.15- 3-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirinin tətbiqi üçün qanuni əsaslar mövcud olmuşdur. Məhkəmə baxışı zamanı vergi ödəyicisi tərəfindən borcunqismən ödənilməsi isə həmin hüquqi əsasları aradan qaldırmır. Çünki vergi borcu tam həcmdə ödənilmədiyi müddətdə təminat tədbirinin tətbiqi üçün zəruri əsaslar qalmaqda davam edir. Beləliklə,məhkəmə ətraflı araşdırma aparmayaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gələrək borcun alınmasında növbəliklə bağlı məsələyə istinadetməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbini təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Maraqlı şəxs məhkəmə verdiyi izahatda vergi orqanına olan borcunu hissə-hissə ödəyəcəyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət- ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
15. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
16. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
17. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
Apellyasiya baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər, işsizlikdən sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun, habelə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 1.717,08 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
21. İşə baxan birinci instansiya məhkəməsi ərizəni rədd edərkən maraqlı şəxsin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olmamasına, icra orqanın rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə isə borcun tutulması üçün ilkin məcburiyyət tədbirləri tükənmədən və borcun məbləğinin azlığı nəzərə alınmadan ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiq edilməsinin mütənasiblik prinsipinə zidd olmasına istinad etmişdir.
22. Ərizəçi apellyasiya şikayətində “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna borcunun tam şəkildə ödənilmədiyini, belə olan halda maraqlı şəxsin həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsaslar olduğunu əsas göstərərək qətnamənin ləğv edilməsini və “xxxx” MMC-nin icra orqanının rəhbəri kimi maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir.
23. Kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən borclu “xxxx” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1.717,08 manat məbləğində borcun bir hissəsi ödənilmiş və qətnamənin qəbul edildiyi tarixə hazırkı ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas qismində istinad edilən borcun yalnız 1168,18 manat hissəsi ödənilməmiş qalmışdır.
24. İşin yuxarıda istinad edilən hallarından da göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılarkən maraqlı şəxs tərəfindən hazırkı ərizədə istinad edilən borcunun 30%-dən artıq hissəsi ödənilmişdir. Göstərilən hal isə öz növbəsində maraqlı şəxsin dövlət sosial sığorta haqları və icbari sığorta haqları üzrə borcunu ödəməkdən yayınmamasına dəlalət edir.
25. Belə olan halda kollegiya hesab edir ki, hazırkı halda borclu fiziki şəxsin 1168,8 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.
26. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il # ###### tarixli ** saylı X3 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar.
27. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.
28. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanunauyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
29. Bununla yanaşı o da qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülüb-görülməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), eləcə də həmin tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir .
30. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçinin apellyasiya şikayətinin dəlillərindən biri də vergi qanunvericiliyinin vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanına verilmiş hüquqların ardıcıllığının və ya bir-birindən asılılığının müəyyən edilməməsi, qanunda nəzərdə tutulmuş tədbirlərin paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanının qanunvericiliklə məhdudlaşdırılmaması ilə bağlı olmuşdur.
31. Sözügedən dəlillərə münasibətdə kollegiya vurğulayır ki, Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi və onların tətbiqinin nəticə veribverməməsinin yoxlanılmasının zəruriliyi bu tədbirlərin mütləq şəkildə müəyyən edilmiş ardıcıllıqla həyata keçirilməli olmasına dair tələbdən deyil, hüquqa müdaxilənin mütənasiblik meyarına cavab verməli olması barədə tələbdən irəli gəlir. Belə ki, vergi orqanının sərəncamında daha az invaziv məcburetmə vasitələrinin olduğu və tükənmədiyi təqdirdə borcun ödənilməsinin təmin etmək üçün ən sərt tədbirin seçilməsi işin hallarından asılı olaraq qanuni məqsədlərə mütənasib və zəruri tədbir kimi qiymətləndirilməyə də bilər.
32. Odur ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə verilərkən ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilibedilməməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməklə konkret borcun ödənilməsini təmin etmək üçün məhz ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
33. Beləliklə, hazırkı halda vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna qalıq borcun yüksək olmadığından və vergi orqanının fonda olan borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qalıq borclara görə maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Səməd Cəfərov
Tural Qocayev