Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-123/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Iddiaçı “sifarişçi” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “icraçı” Cavabdeh arasında ##.##.2024-cü il tarixində, ***/** nömrəli “yaşıl tütünün alışına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı öz mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan torpaq/əkin sahəsində "Virciniya" tipli tütün toxumunun CC-35 növünü və həmin növə aid şitilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) (bundan sonra "yaş tütün") sifarişçiyə satmağı, sifarişçi isə icraçının istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. 5.1.1-ci bəndinə əsasən sifarişçi bütün istehsalat dövrü üzrə icraçıya əvəzsiz mütəxəssis dəstəyi göstərir. 5.1.2-ci bəndinə əsasən icraçının müraciəti əsasında tütün istehsalı dövrlərinin müxtəlif fazalarında icraçının öhdəlik götürdüyü yaşıl tütün kütləsinin 50%-i həcmində maddi dəstək təyinatlı avans vəsaitləri ayırır və hissəli şəkildə ödəyir. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır. Iddiaçı “alıcı” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “satıcı” Cavabdeh arasında ##.##.2025-ci il tarixində, ***/** nömrəli “Virciniya NC-291 növlü yaşıl tütün məhsulunun alqı-satqısı” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini "satıcı" Oğuz rayonu Padar kəndi ərazisində yerləşən (mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan) 5 ha torpaq/əkin sahəsində "Virciniya" tipli tütün toxumunun NC-291 növünü və həmin növə aid şitilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yaş tütün yarpaqlarını qarışdırmamaq şərtilə) 1 ha. 15 (on beş) ton ümumilikdə cəmi 75 yetmiş beş) ton miqdarada yaş tütün "alıcı"ya satmağı, "alıcı" isə "Satıcı"nın istehsal etdiyi Yaş tütünü müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini "alıcı" tərəfindən "satıcının" borcları çıxılmaq şərli ilə məhsulun növləri nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. 5.3.7-ci maddəsinə əsasən müqavilə üzrə əkilmiş tütün sahəsində yetişdirilmiş "yaşıl tütün yarpaqlarının "satıcı tərəfindən "alıcı"ya təhvil verilməməsi və ya 3-cü şəxsə satması aşkar olunarsa, "satıcı" "alıcı"ya çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir. 5.3.9-cu bəndinə əsasən "satıcı" tərəfindən tütün əkilmədikdə "alıcı" avans vəsaitin verilməsini dayandırır. Bu halda "satıcı" aldığı avans məbıiəğin 2 (iki) mislini "alıcı"ya geri qaytarır. ##.##.2025-ci il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli ödəniş tapşırığlarından görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə məxsus bank hesabına müqavilə üzrə avans qismində müəyyən məbləğlərdə pul köçürülmüşdür. Cavabdeh Cavabdeh gübrənin təhvil verilməsi haqqında ##.##.2024-cü il tarixli aktdan görünür ki, cavabdehə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tütün əkini üçün 2400 kq gübrə təhvil verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən ##.##.2026-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, ##.##.2025-ci il ***/** saylı alqı-satqı müqaviləsinin 5.3.9 maddasinin tələblərinə əsasən fermer Cavabdeh İddiaçı MMC-yə 3000 manat qaytarmalıdır. ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilə əsasında Cavabdeh tütün yetişdirilməsi məqsəi ilə avans verilmiş pul vəsaitindən qalıq borc 13046.55 manat. Fermer Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 13046.55 manat pulu müqaviləyə əsasən ##.##.2024-cü il tarixədək qaytarmalı olduğu halda qaytarmamış, 1 (bir) il müddətindən artıq 13046.55 manat borcu qaytarmadığı üçün, bu müddət ərzində 3500 manat əldən çıxmış fayda yaranmaqla İddiaçı MMC-nin kommersiya maraqlarına zərər vurmuşdur. Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu və kommersiya maraqlarına dəymiş zərər, yaranmış əldən çıxmış fayda ilə birlikdə (13046.55+3500-16546.55) cəmi 16546.55 manat təşkil etmişdir. ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə əsasında Cavabdeh tütün əkməsi üçün avans olarar borc 1000 manat pul vəsaiti verilmişdir. Lakin Cavabdeh tütün əkməmiş, borc götürdüyü pul vəsaitini çəxsi təlabatı üzrə xərcləmişdir. Müqaviulənin 5.3.9 maddəsinin tələblərinə əsasən fermer borc olaraq götürüdüyü pul vəsaitini təyinatı üzrə istifadə etməməsi həmin pulun 2 (iki) misli məbləğində İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşüdür. Ona görədə Cavabdeh tütün yetişdirilməsi məqsədi ilə borc kimi avans verilmiş 1000 manat pul vəsaitindən yaranmış cəmi qalıq borc-3000 manat Fermer Cavabdeh qalıq borc cəmi 19546.55 manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 19546.55 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İddiaçı MMC-yə 13046.55 manat məbləğində əsas borcun, müqavilənin şərtlərinə görə 464 gün ərzində əsas borcu ödənilmədiyindən, hər gecikmiş gün üçün ödənilməyən məbləğin 0.01% üçün gecikdirildiyinə görə yaranmış 605.36 manat məbləğində faiz borcu və əldən çıxmış faydaya görə yaranmış 3500 manat məbləğində borcu olmaqla, ümumilikdə cəmi cəmi 13651.91 manat (on üç min altı yüz əlli bir manat doxsan bir qəpik) və ##.##.2025-ci il tarixli, 026/25 nömrli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən borc olaraq götülmüş 1000 (bir min) manat məbləğində borcun təyinatı üzrə xərcləmədiyi üçün müqavilənin şərtlərinə əsasən 3 (üç) misli qaytarılmaqla 3000 manat məbləğində məbləğində bоrcun, ümumilikdə cəmi 20151.91 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ***/** saylı alğı-satqı müqaviləsinə əsasən Oğuz rayonu, Padar kəndi ərazisində 6 hektar sahədə “Virciniya” CC-35 tütün növünün əkib, becərməyi, hər hektara 20 ton ümumilikdə 120 ton yaş tütün yarpaqları yetişdirib yaş tütün məhsulunu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” iddiaçı”dan 2832 manat dəyərində gübrə və 16879.91 manat məbləğində avans olaraq pul vəsaitini borc götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini yaş tütün yarpaqları ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu yaş tütün yarpağın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 2832 manat dəyərində gübrə verilmiş, şum, şitil əkin, suvarma, torpaq üzərində ştillər əkilməsi, tütün yarpaqlarınımn yığılması daşınması məqsədi ilə ümumilikdə cəmi 19711.91 manat avans pul verilmişdir. Lakin, “cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 6665.36 manat məbləğində 19930 kq. yaş tütün təhvil vermiş, “iddiaçı”ya 13046.55 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması barədə akt, qaimə və ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. ##.##.2025-ci il tarixdə İddiaçı MMC borclu qalmış fermerelələ görüş keçirərək, onların gələcəkdə borclanmasının qarşısını almaq məqsədilə müqavilə bağlamağı, borclarının yetişdirdikləri yaş tütün məhsulu ilə qaytarılmasına şərait yaradılması qərarına gələrək, yenidən müqavilə bağlanılmışdır. Cavabdeh 2025-ci il bağlanılmış müqavilə üzrəavans olaraq borc pul götürmüş, lakin tütün əkməmiş götürdüyü borc pulu təyinatı üzrə yox şəxsi təlabatına xərcləmişdir. ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilə əsasında cavabdehin tütün yetişdirilməsi məqsədilə avans verilmiş pul vəsaitindən qalıq borc 13046.55 manatdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 13046.55 manat pulu müqaviləyə əsasən ##.##.2024-cü il tarixədək qaytarmalı olduğu halda qaytarmamış, 1 (bir) il müddətindən artıq 13046.55 manat borcu qaytarmadığı üçün, bu müddət ərzində İddiaçı MMCnin 3500 manat əldən çıxmış faydası yaranmaqla kommersiya maraqlarına zərər vurmuşdur. Cavabdehin İddiaçı MMC-yə olan qalıq borcu və kommersiya maraqlarına dəymiş zərərlə birlikdə yaranmış əldən çıxmış fayda ilə ümumilikdə (13046.55+3500=16546.55) cəmi 16546.55 manat təşkil etmişdir. ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə əsasında cavabdehə tütün əkməsi üçün avans olaraq borc 1000 manat pul vəsaiti verilmişdir. Lakin cavabdeh tütün əkməmiş, borc götürdüyü pul vəsaitini şəxsi təlabatı üzrə xərcləmişdir. Müqavilənin 5.3.9 maddəsinin tələblərinə əsasən fermer borc olaraq götürüdüyü pul vəsaitini təyinatı üzrə istifadə etməməsi həmin pulun 2 (iki) misli məbləğində İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Ona görədə cavabdehə tütün yetişdirilməsi məqsədi ilə borc kimi avans verilmiş 1000 manat pul vəsaitindən yaranmış cəmi qalıq borc 3000 manat təşkil etmişdir. Cavabdehin ümumilikdə cəmi qalıq borc 19546.55 manat pul vəsatini İddiaçı MMC-yə qaytarmalıdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə o, 15000 manat məbləğində pul alıb, 6000 manat məbləğində isə qarşı tərəfə tütün verib. Tütünə aid bütün proseslərdə şirkətin nümayəndələri iştirak etmişdir. Şirkətin aqronomu tütünə tökmək üçün ona kalium gübrəsi vermiş, kalium gübrəsi isə tütünə verilməli deyildi. Kalium gübrəsini onlara məcburi tökdürdülər, nəticədə tütünün inkişafı dayandı. ##.##.2025-ci il tarixli müqavilə əsasında ona tütün əkməsi üçün avans olaraq 1000 manat pul vəsaiti verilsə də, o müqavilədə göstərilən ərazidə tütün əkməyib. Iddiaçı tərəfindən ona 1000 manat məbləğində pul vəsaiti verilmişdir. O da tütünü əksə də, daha sonra ona heç bir vəsait verilmədi. Buna görə də tütün əkməyi dayandırdı. Hətta 1000 manat pulun üstünə 5000 manat pulu da o, şəxsi hesabından əlavə edib, tütün əkmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 13046,55 manat borc, 1087,21 manat əldən çıxmış fayda, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2000 manat borc olmaqla cəmi 16133,76 manat və ödənilmiş dövlət rüsumuna görə 138,4 manat pul vəsaiti tutularaq iddiaçı “İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixli, ***/** nömrəli “yaşıl tütünün alışına dair” və ##.##.2025-ci il tarixli, ***/** nömrəli “Virciniya NC-291 növlü yaşıl tütün məhsulunun alqı-satqısı” müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh özünə məxsus torpaq sahəsində, iddiaçının verdiyi avans məbləği və digər məhsullar vasitəsi ilə tütün əkməyi və əldə edilmiş məhsulu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə sataraq gəlir götürməyi, həmçinin yaranmış borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə əsasında cavabdehə tütün əkməsi üçün avans olaraq borc 1000 manat pul vəsaiti verilmişdir. Müqavilənin 5.3.9 maddəsinə əsasən satıcı tərəfindən tütün əkilmədikdə alıcı avans vəsaitin verilməsini dayandırır. Bu halda satıcı aldığı avans məbləğin 2 mislini alıcıya geri qaytarır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda avans olaraq götürdüyü pulla müqavilədə göstərilən ərazidə tütün əkmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən cavabdehə tütün yetişdirilməsi məqsədi ilə avans verilmiş 1000 manat pulun 2 misli, yəni 2000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı “sifarişçi” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “icraçı” X3 arasında ##.##.2024-cü il tarixində, ***/** nömrəli “yaşıl tütünün alışına dair” müqavilənin icra müddəti ##.##.2024-cü il tarixdə başa çatdığından cavabdehin ödəməni gecikdirməsi müddəti 1 il 8 ay, həmin müddət ərzində 13046,55 manat borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının 2026-cı ilinə olan 6,5% bank uçot dərəcəsilə hesablanmış əldən çıxmış fayda məbləği isə 1087,21 manat təşkil edir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389, 442, 445, 448, 567, 600, 752, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə faktiki hallar tam və hərtərəfli araşdırılmadan, iş materiallarında olan bütün sübutlara obyektiv hüquqi qiymət verilmədən qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında izahatımda müqavilə üzrə öhdəliklərin tam həcmdə icra olunmamasının səbəblərini ətraflı izah etmiş, istehsal prosesinə iddiaçının nümayəndələri və aqronomlarının müdaxiləsi olduğunu bildirmiş, aqrotexniki göstərişlər, istifadə etdirilən gübrənin məhsuldarlığa mənfi təsiri, habelə müqavilə üzrə nəzərdə tutulan vəsaitin tam həcmdə ayrılmaması nəticəsində öhdəliklərin icrasında çətinlik yarandığını bildirmişdim. Tütün sahəsinə kalium sulfat gübrəsi veriləndən sonra həqiqətən əkib becərdiyim tütün bitkilərinin rəngi saraldı, inkişafı dayandı və nəticədə məhsuldarlıq kəskin aşağı düşdü. Normalda hər hektardan 30 ton məhsul götürülə biləcəyi halda kalium sulfat gübrəsinin mənfi təsiri ilə 6 hektardan cəmi 20 ton yaş tütün məhsulu götürülüb iddiaçıya verə bilib. Lakin məhkəmə həmin halları kifayət qədər araşdırmamış və bu izahatlara əsaslandırılmış hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri əsas götürsə də, həmin sənədlərin digər sübutlarla uyğunluğunu və etibarlılığını tam qiymətləndirməmiş, iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam müəyyən etməmişdir. Bundan başqa, məhkəmə əldən çıxmış faydanın yaranmasını və onun məbləğini təsdiq edən sübutları kifayət qədər araşdırmadan həmin tələbi qismən təmin etmişdir. Halbuki əldən çıxmış faydanın tutulması üçün onun real yaranması, məbləği və cavabdehin hərəkətləri ilə birbaşa səbəbli əlaqəsi mötəbər sübutlarla təsdiq edilməlidir. Bu hallar isə məhkəmə tərəfindən tam müəyyən edilməmişdir. Eyni zamanda, 2025-ci il tarixli müqavilə üzrə avans məbləğinin iki misli həcmində borcun tutulması zamanı da işin bütün faktiki halları və cavabdehin izahatları lazımi qaydada qiymətləndirilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin # ###### 2021-ci il taixli, ** nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 19546.55 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İddiaçı MMC-yə 13046.55 manat məbləğində əsas borcun, müqavilənin şərtlərinə görə 464 gün ərzində əsas borcu ödənilmədiyindən, hər gecikmiş gün üçün ödənilməyən məbləğin 0.01% üçün gecikdirildiyinə görə yaranmış 605.36 manat məbləğində faiz borcu və əldən çıxmış faydaya görə yaranmış 3500 manat məbləğində borcu olmaqla, ümumilikdə cəmi cəmi 13651.91 manat (on üç min altı yüz əlli bir manat doxsan bir qəpik) və ##.##.2025-ci il tarixli, 026/25 nömrli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən borc olaraq götülmüş 1000 (bir min) manat məbləğində borcun təyinatı üzrə xərcləmədiyi üçün müqavilənin şərtlərinə əsasən 3 (üç) misli qaytarılmaqla 3000 manat məbləğində məbləğində bоrcun, ümumilikdə cəmi 20151.91 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddia tələbinin qismən təmin edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin cavabdehlərin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin alğısatqı müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsi onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə vermişdir. Cavabdeh isə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Hazırki işdən müəyyən edilir ki, iddiaçı “sifarişçi” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “icraçı” Cavabdeh arasında ##.##.2024-cü il tarixində, ***/** nömrəli “yaşıl tütünün alışına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı öz mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan torpaq/əkin sahəsində "Virciniya" tipli tütün toxumunun CC-35 növünü və həmin növə aid şitilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) (bundan sonra "yaş tütün") sifarişçiyə satmağı, sifarişçi isə icraçının istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. 5.1.1-ci bəndinə əsasən sifarişçi bütün istehsalat dövrü üzrə icraçıya əvəzsiz mütəxəssis dəstəyi göstərir. 5.1.2-ci bəndinə əsasən icraçının müraciəti əsasında tütün istehsalı dövrlərinin müxtəlif fazalarında icraçının öhdəlik götürdüyü yaşıl tütün kütləsinin 50%-i həcmində maddi dəstək təyinatlı avans vəsaitləri ayırır və hissəli şəkildə ödəyir. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır. Daha sonra isə, iddiaçı “alıcı” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “satıcı” Cavabdeh arasında ##.##.2025-ci il tarixində, ***/** nömrəli “Virciniya NC-291 növlü yaşıl tütün məhsulunun alqı-satqısı” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini "satıcı" Oğuz rayonu Padar kəndi ərazisində yerləşən (mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan) 5 ha torpaq/əkin sahəsində "Virciniya" tipli tütün toxumunun NC-291 növünü və həmin növə aid şitilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yaş tütün yarpaqlarını qarışdırmamaq şərtilə) 1 ha. 15 (on beş) ton ümumilikdə cəmi 75 yetmiş beş) ton miqdarada yaş tütün "alıcı"ya satmağı, "alıcı" isə "Satıcı"nın istehsal etdiyi Yaş tütünü müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini "alıcı" tərəfindən "satıcının" borcları çıxılmaq şərli ilə məhsulun növləri nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. 5.3.7-ci maddəsinə əsasən müqavilə üzrə əkilmiş tütün sahəsində yetişdirilmiş "yaşıl tütün yarpaqlarının "satıcı tərəfindən "alıcı"ya təhvil verilməməsi və ya 3-cü şəxsə satması aşkar olunarsa, "satıcı" "alıcı"ya çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir. 5.3.9-cu bəndinə əsasən "satıcı" tərəfindən tütün əkilmədikdə "alıcı" avans vəsaitin verilməsini dayandırır. Bu halda "satıcı" aldığı avans məbıiəğin 2 (iki) mislini "alıcı"ya geri qaytarır. Cavabdeh Cavabdeh gübrənin təhvil verilməsi haqqında ##.##.2024-cü il tarixli aktdan isə görünür ki, cavabdehə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tütün əkini üçün 2400 kq gübrə təhvil verilmişdir. ##.##.2025-ci il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli ödəniş tapşırığlarından görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə məxsus bank hesabına müqavilə üzrə avans qismində müəyyən məbləğlərdə pul köçürülmüşdür. Kollegiya daha sonra qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. Cavabdeh isə müqavilə əsasən üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu hal iş materiallarında olan qaimələr, təhvil-təslim aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin kalium sulfat gübrəsinin tökülməsindən sonra məhsulun inkişafının dayanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyatorun əsas dəlili ondan ibarət olmuşdur ki, məhsula gübrə verildikdən sonra məhsul inkişafdan dayanmış və bu səbəbdən məhsuldarlıq aşağı olmuşdur. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, məhsuldarlığın aşağı olmasının səbəbinin iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş kalium sulfat gübrəsi ilə əlaqəli olmasını cavabdeh tərəf bildirdiyi halda, həmin halın əksini sübutetmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşə bilməz. Hazırki işdən isə görünür ki, cavabdeh tərəf məhz gübrə verilməsi nəticəsindən məhsuldarlığın aşağı olması (məhsulun inkişafdan dayanması və ya gübrənin məhsula hər hansı mənfi təsiri) ilə bağlı məhkəməyə hər hansı sübut (məsələn: mütəxəsis və ya ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə (məsələn: mütəxəsis və ya ekspert rəyi və s.) rast gəlinmir. Bundan başqa, tərəf belə bir ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə hər hansı vəsatət də təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, gübrə verilməsi nəticəsindən məhsuldarlığın aşağı olması (məhsulun inkişafdan dayanması və ya gübrənin məhsula hər hansı mənfi təsiri) ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya əlavə olaraq bir məqamıda qeyd edir ki, həmin gübrənin zərərli, keyfiyyətsiz və ya saxta olması da iş materiallarından müəyyən edilmir. Eyni zamanda, cavabdeh tərəf də məhkəmədə belə bir arqument irəli sürməmişdir. Bundan başqa, cavabdeh tərəfindən - iddiaçının istehsal prosesinə qanunsuz müdaxilə etməsi və aqrotexniki göstərişlərin düzgün verilməməsi hallarını təsdiq edə biləcək müvafiq sübutlar da məhkəməyə təqdim edilməmişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2025-ci il müqaviləsi üzrə avansın iki misli həddində geri qaytarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı “alıcı” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “satıcı” Cavabdeh arasında ##.##.2025-ci il tarixində, ***/** nömrəli “Virciniya NC-291 növlü yaşıl tütün məhsulunun alqı-satqısı” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini "satıcı" Oğuz rayonu Padar kəndi ərazisində yerləşən (mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan) 5 ha torpaq/əkin sahəsində "Virciniya" tipli tütün toxumunun NC-291 növünü və həmin növə aid şitilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yaş tütün yarpaqlarını qarışdırmamaq şərtilə) 1 ha. 15 (on beş) ton ümumilikdə cəmi 75 yetmiş beş) ton miqdarada yaş tütün "alıcı"ya satmağı, "alıcı" isə "Satıcı"nın istehsal etdiyi Yaş tütünü müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini "alıcı" tərəfindən "satıcının" borcları çıxılmaq şərli ilə məhsulun növləri nəzərə alınmaqla onun dəyərinin ödənilməsini təşkil edir. 5.3.7-ci maddəsinə əsasən müqavilə üzrə əkilmiş tütün sahəsində yetişdirilmiş "yaşıl tütün yarpaqlarının "satıcı tərəfindən "alıcı"ya təhvil verilməməsi və ya 3-cü şəxsə satması aşkar olunarsa, "satıcı" "alıcı"ya çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir. 5.3.9-cu bəndinə əsasən "satıcı" tərəfindən tütün əkilmədikdə "alıcı" avans vəsaitin verilməsini dayandırır. Bu halda "satıcı" aldığı avans məbıiəğin 2 (iki) mislini "alıcı"ya geri qaytarır. Iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəf avansın 3 misli miqdarında geri qaytarılmasını tələb etsə də, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin edərək, geri qaytarılmalı olan avansın məbləğini 2 (iki) misli həddində (müqavilə şərtinə uyğun olaraq) müəyyən etmişdir. Belə olan halda şikayətin dəlilləri həmin hissədə də əsaslı ola bilməz. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əldən çıxmış fayda ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın həmin hissədə qanuni əsasını müəyyən edərək Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etmiş və qeyd olunan maddənin dispozisiya şərtlərinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı “sifarişçi” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “icraçı” X3 arasında ##.##.2024-cü il tarixində, ***/** nömrəli “yaşıl tütünün alışına dair” müqavilənin icra müddəti ##.##.2024-cü il tarixdə başa çatdığından cavabdehin ödəməni gecikdirməsi müddəti 1 il 8 ay, həmin müddət ərzində 13046,55 manat borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının 2026-cı ilinə olan 6,5% bank uçot dərəcəsilə hesablanmış əldən çıxmış fayda məbləği isə 1087,21 manat təşkil edir. Bu səbəbdən cavabdehin iddiaçıya olan borcunu gecikdirmə ayları nəzərə alınmaqla iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” fəslində yer alan 443.4-cü maddəsi tərəflər arasındakı öhdəlik münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilə bilər. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Baxılan işdə də iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətləri mövcud olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında qeyd edilmişdir ki, əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır. Qeyd edilən normaya əsasən məhkəmə əldən çıxmış faydaya görə cavabdehdən tutulmalı olan zərər məbləğini müəyyənləşdirərkən iddiaçının zərər vurulma anınadək faktiki əldə etdiyi və ya bağladığı əqdlər əsasında əldə edəcəyi gəlirlərə dair sübutlar mövcud olmalıdır. MPMnin 77.1-ci maddəsinə əsasən, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olduğu halda hazırkı halda əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilir. Hazırki işdən də göründüyü kimi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti zərər vurulma anınadək faktiki əldə etdiyi və ya bağladığı əqdlər əsasında əldə edəcəyi gəlirlərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissədə təmin etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi qismən yəni, 1087.21 manat əldən çıxmış faydaya aid hissədə ləğv edilsin və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin (ləğv edilmiş) hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.