Məhkəmə qərarları › İş №e-2-2(3-10)-124/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-124/2026

26.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-124/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: borca görə gecikdirmə faizinin tutulması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçı İddiaçı iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı (VÖEN:**********) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və qərarın qəbul edildiyi gündən qüvvəyə mindiyi qərara alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 ona qaytarmalı olduqları 10750 manat pul məbləğinin vaxtında qaytarılmadığı 5 illik müddət ərzində dəymiş zərərin əvəzi olaraq illik 5 faizi olmaqla, cəmi 2687,5 manatın və iddia ərizəsi ilə bağlı ödədəyi 50 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o Şəki rayonu, Baş Göynük kəndində yaşayır. Iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 ata-oğul olmaqla, onlar da Şəki rayonu, Baş Göynük kəndində yaşayırlar. O, cavabdehlərlə razılığa gəlib qeyri-yaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəliblər. Buna görə də Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X4 mülkiyyətində olan torpaq sahəsini almağı razılaşıblar və Şəki rayonu, Baş Göynük kəndinin yuxarı hissəsində yerləşən həmin torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa ediblər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44385 manat xərc çəkib və həmin tikililərdən uzun müddət özüm istifadə edib. Lakin, cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməyinə imkan vermirlər. Nəticədə ona kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. Bununla bağlı cavabdehlərlə dəfələrlə danışıqlar aparsa da, heç bir nətəcə əldə edilməmişdir. Buna görə də o, iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyriyaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44385 manatın cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsi, tələb etdiyi pulun ona tam şəkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən maneəçiliklərin edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Iş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21500 manat məbləğində müəyyən olunur. Şəki Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 10750 manat məbləğində pul və 54.25 manat dövlət rüsumu alınaraq ona verilməsi qərara alınmışdır. Iş üzrə borclular ödəməli olduqları pulun verilməsi müddətini uzatmaq, həmçinin süründürməçiliyə şərait yaratmaq, həmçinin, pulunun infiliyasiyaya uğraması arzusuna çatmaq məqsədi ilə həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Işə Şəki Apellyasiya Məhkəməsində baxılarlən həmin qətnamə ləğv edilərək, iddia baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Uzun keçən məhkəmə araşdırmalarından sonra Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsinə əsasən Şəki Kommersiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı (VÖEN: **********) verilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdehlər yenə də kassasiya şikayəti versələr də, onların kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi icra edilməsi üçün Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə göndərilmiş və həmin qətnamə 2026-cı ildə icra edilmişdir. Göründüyü kimi iş üzrə üç ildən çox müddətdə məhkəmə araşdırması davam etmiş və iş üzrə qərar qəbul etmiş bütün məhkəmələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyində göstərilən 21500 manat məbləğə istinad etmişlər. Onu da qeyd edir ki, mən cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl uzun müddət də onlarla danışıqlar aparıb. Yəni, nəticə etibarı ilə iş üzrə təyin edilmiş rəy əsasında ona verilməli olan məbləğin ona qaytarılması üçün 3 ildən çox məhkəmə araşdırması və məhkəməyə müraciət etməmişdən əvvəl 1-2 il danışıqlar prosesi getmişdir. Həmin rəy verilərkən həmin il üçün bazar qiymətlərinə istinad edilmişdir. Artıq keçən müddət ərzində infiliyasiya yüksək həddə olmuş və göstərilən həmin məbləğ bu günə münasibətdə öz dəyərini itirmişdir. Qeyd olunan şərh məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsinə əsasən cavabdehlərdən mənim xeyrinə tutulması qət olunan pul məbləğlərinə də şamil edirir. Çünki, onun cavabdehlərlə birlikdə belə bir sahibkarlıq binası inşa etməyi, onun da buna vəsait xərcləməyi məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, onun bu sahədə kifayət qədər təcrübəsi var və o vəsait və təcrübə hesabına başqa bir ünvanda da eyni işlərlə məşğul olaraq özüm üçün və ya başqaları ilə birlikdə sahibkarlıq fəaliyyitini yenidən başlaya və ya genişləndirə bilərdi. Lakin, cavabdehlərin süründürməçiliyə çərait yaratmaları, uzun müddət mənə qaytarılmalı olan pulu qaytarmamaları nəticəsində o, həmin fəaliyyətinə vaxtında başlaya və genişləndirə bilmədi. Yəni, onun həmin pulu beş il qabaqdan, yəni vaxtında ona qaytarılsa idi, o, həmin pulla daha çox işlər görə bilərdi. Yəni, beş il bundan əvvəlki 10750 manat pulla qazanc əldə etmək üçün görüləsi işi hazırda görmək mümkün deyildir. Çünki, keçən bu müddət ərzində həm qiymətlər bahalaşmış, yəni infiliyasiya baş vermiş, həmçinin, də özünə məxsus olan 10750 manat puldan beş il müddətində istifadə edə bilməyib. Həmin pulu banka qoysa idi həmin puldan heç bir əziyyət çəkmədən kifayət qədər qazanc əldə edə bilərdi. Həmin pulu beş il əvvəl hər hansı bir qazanc gətirən istiqamətə xərcləsəydi, daha çox qazanc əldə edə bilərdi. Göründüyü kimi cavabdehlərin ona qarşı qanunsuz hərəkətləri, süründürməçiliyə və haqsızlığa yol vermələri nəticəsində o beş il ərzində öz vəsaitindən məhrum olub və ona kifayət qədər zərər dəymişdir. Odur ki, cavabdehlər ona 10750 manatın qaytarılmadığı 5 illik müddət ərzində dəymiş zərərin əvəzi olaraq illik 5 faizi ödəməlidirlər. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olub. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 1612,5 manat məbləğində dəymiş zərər və 36,12 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Şəki rayonu Baş Göynük kənd sakinləri olan iddiaçı ilə cavabdeh2 öz aralarında razılığa gələrək, təxminən 2009-cu ildə Şəki rayonu Baş Göynük kəndi ərazisində bəyəndikləri torpaq sahəsinin sahibi olan həmkəndlilərindən şifahi razılıq əsasında torpaq sahəsi alıb, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə hissə-hissə inşa olunmaqla, təxminən 2 il ərzində qeyri-yaşayış tikililəri tikmişlər və həmin tikililər hazır olduqca da, onlardan ət kəsimi otağı, ət dükanı, mətbəx, çayxana, taxıl satdıqları mağaza və anbar (tövlə) kimi istifadə etmişlər. Həmin dövrdən etibarən onlar birlikdə bir neçə il, yəni təxminən 10 il ərzində həmin tikililərdən müvafiq təyinatlar üzrə sahibkarlıq obyekti kimi birlikdə istifadə etmiş, yəni çayxananı digər şəxslərə icarəyə verməklə, ət kəsimi və ət dükanını isə iddiaçının qardaşı V.Isayev və cavabdeh2 oğlu - cavabdeh1 birlikdə işlətməklə, əldə olunan qazancı bölmüş və ya əldə edilən gəliri həmin tikililərin təmir-tikintisinə və yaxud, yenidən qurulmasına sərf etmişlər. Hətta, aldıqları torpaq sahibləri ilə 2009-cu ildə baş tutmuş məlum şifahi razılaşmaya əsasən iddiaçı və cavabdeh2 tərəfindən öz vəsaitləri hesabına, onlara məlum torpaq sahəsindən istifadəyə verilən icazənin əvəzi kimi, həmin sahənin yanında “aptek” kimi istifadə üçün nəzərdə tutulan kiçik bir tikili də tikilərək torpaq sahiblərinin sərəncamına verilmişdir. Məhkəmə iclaslarında tərəflərin izahatlarının müvafiq detalları və dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh2 arasında şifahi razılıq əsasında 2009-cu ildən etibarən məlum qeyriyaşayış tikililərinin tikintisi və həmin tikililərdə sahibkarlıq fəaliyyəti onların tərəfindən təxminən 10 il ərzində birgə aparılmış, həmin tikililərdən istifadə edilməklə əldə edilən gəlir tərəflər arasında bölünmüş, yaxud tikililərin təmir-tikintisinə sərf edilmiş və onların bu birgə fəaliyyətində iddiaçı tərəfindən qardaşı V.Isayev, cavabdeh2 tərəfindən isə oğlu cavabdeh1 də iştirak etmişlər. Lakin, cavabdeh2 tərəflərin birgə inşa edib istifadə etdikləri həmin tikililərin yerləşdiyi torpaq sahələrinin sahibləri ilə razılaşaraq, iddiaçının xəbəri olmadan həmin torpaq sahələrini 2019-cu ildə bağlanmış alqı-satqı müqavilələri ilə oğlunun, yəni iş üzrə digər cavabdeh1 adına rəsmiləşdirmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər birgə fəaliyyət nəticəsində tikilmiş qeyriyaşayış tikililərdən 2011-ci ildən 10 il ərzində müvafiq təyinatlar üzrə sahibkarlıq obyekti kimi birlikdə istifadə etmiş, yəni çayxananı digər şəxslərə icarəyə verməklə, ət kəsimi və ət dükanını isə iddiaçının qardaşı V.Isayev və cavabdeh2 oğlu - cavabdeh1 birlikdə işlətməklə, əldə olunan qazancı bölmüş və ya əldə edilən gəliri həmin tikililərin təmir-tikintisinə və yaxud, yenidən qurulmasına sərf etmişlər. Iddiaçı ilə cavabdehlər arasında olan birgə fəaliyyət münasibətləri 2022-ci ildən etibarən ləğv edilmiş, o, qeyri-yaşayış tikililərdən həmin ildən gəlir əldə edə bilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi üzrə 10750 manat pulun iddiaçıya ödənilməsi 2026-cı ilin yanvar ayında icra edildiyindən, iddiaçı 2022-ci ildən 2026-cı ilin yanvar ayınadək məhkəmə qətnaməsi ilə ona ödənilməli olan 10750 manat pulun gecikdirilmiş 3 il müddət ərzində illik 5 faizlə hesablanmış (10750 x 5% x 3= 1612,5 manat) faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.7-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki tərəf məhkəmə müdafiəsindən istifadə etmişdir. Eyni zamanda hər bir tərəfin qanunla ziyanına verilmiş qərarlardan şikayət vermək hüquqları mövcuddur. Tərəflərin yuxarıda qeyd edilən tələbləri üzrə hər iki tərəfin ziyanına qərarlar çıxarılmış və hər iki tərəf həmin qərarla razılaşmadığı üçün şikayət vermişdir. Məhkəmə qərarlarından göründüyü kimi qərarların əksəriyyəti İddiaçı ziyanına olmuşdur. Belə olan halda məhkəmələrin yekun qərarının cavabdeh tərəfindən bu qərdər uzanmaması öz təsdiqini tapır. Eyni zamanda uzun sürən məhkəmə gedişatlarında İddiaçı bir dəfə də olsun iş üzrə təkrar və ya əlavə ekspertiza təyin edilməsini xahiş etməmişdir. O belə bir xahiş etmirsə deməli verilmiş rəylə razılaşmışdır. Iş üzrə mübahisəli əmlakın qiyməti barədə ekspertiza rəyi ## ##### 2023-cü ildə olmuşdur. Yəni qərar icra edildiyi dövrdən 2 il 9 ay qabaq olmuşdur. Həmin dövr üzrə hesablanma aparılarsa həmin müddətin böyük hissəsi iddiaçı İddiaçı yuxarı instansiya məhkəmələrinə müraciəti və müraciətinə baxılma müddətini əhatə edir. Yəni Şəki rayon məhkəməsinin qərarı ləğv edilir və aidiyyəti üzrə kommersiya göndərilmə qərardadından əsassız Ali Məhkəməyə şikayəti iddiaçı özü verir. Şəki rayon məhkəməsində və Şəki Kommersiya Məhkəməsində işin baxılma vaxtı, ondan sonrakı apellyasiya və ali məhkəmələrə şikayətlər hər biri İddiaçı adından olmuşdur. Yəni işin bu qədər uzanması cavabdehin səhvi və səhlənkarlığının nəticəsində baş verməmişdir. Belə olan halda cavabdeh tərəf nə üçün ona dəymiş ziyan ödəməlidir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Iddiaçı etiraz verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Digər tərfələrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə borca görə gecikdirmə faizinin tutulması ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 ona qaytarmalı olduqları 10750 manat pul məbləğinin vaxtında qaytarılmadığı 5 illik müddət ərzində dəymiş zərərin əvəzi olaraq illik 5 faizi olmaqla, cəmi 2687,5 manatın və iddia ərizəsi ilə bağlı ödədəyi 50 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı (VÖEN:**********) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və qərarın qəbul edildiyi gündən qüvvəyə mindiyi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Şəki rayonu Baş Göynük kənd sakinləri olan iddiaçı ilə cavabdeh2 öz aralarında razılığa gələrək, təxminən 2009-cu ildə Şəki rayonu Baş Göynük kəndi ərazisində bəyəndikləri torpaq sahəsinin sahibi olan həmkəndlilərindən şifahi razılıq əsasında torpaq sahəsi alıb, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə hissə-hissə inşa olunmaqla, təxminən 2 il ərzində qeyri-yaşayış tikililəri tikmişlər və həmin tikililər hazır olduqca da, onlardan ət kəsimi otağı, ət dükanı, mətbəx, çayxana, taxıl satdıqları mağaza və anbar (tövlə) kimi istifadə etmişlər. Həmin dövrdən etibarən onlar birlikdə bir neçə il, yəni təxminən 10 il ərzində həmin tikililərdən müvafiq təyinatlar üzrə sahibkarlıq obyekti kimi birlikdə istifadə etmiş, yəni çayxananı digər şəxslərə icarəyə verməklə, ət kəsimi və ət dükanını isə iddiaçının qardaşı V.Isayev və cavabdeh2 oğlu - cavabdeh1 birlikdə işlətməklə, əldə olunan qazancı bölmüş və ya əldə edilən gəliri həmin tikililərin təmir-tikintisinə və yaxud, yenidən qurulmasına sərf etmişlər. Hətta, aldıqları torpaq sahibləri ilə 2009-cu ildə baş tutmuş məlum şifahi razılaşmaya əsasən iddiaçı və cavabdeh2 tərəfindən öz vəsaitləri hesabına, onlara məlum torpaq sahəsindən istifadəyə verilən icazənin əvəzi kimi, həmin sahənin yanında “aptek” kimi istifadə üçün nəzərdə tutulan kiçik bir tikili də tikilərək torpaq sahiblərinin sərəncamına verilmişdir. Məhkəmə iclaslarında tərəflərin izahatlarının müvafiq detalları və dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh2 arasında şifahi razılıq əsasında 2009-cu ildən etibarən məlum qeyri-yaşayış tikililərinin tikintisi və həmin tikililərdə sahibkarlıq fəaliyyəti onların tərəfindən təxminən 10 il ərzində birgə aparılmış, həmin tikililərdən istifadə edilməklə əldə edilən gəlir tərəflər arasında bölünmüş, yaxud tikililərin təmirtikintisinə sərf edilmiş və onların bu birgə fəaliyyətində iddiaçı tərəfindən qardaşı V.Isayev, cavabdeh2 tərəfindən isə oğlu cavabdeh1 də iştirak etmişlər. Lakin, cavabdeh2 tərəflərin birgə inşa edib istifadə etdikləri həmin tikililərin yerləşdiyi torpaq sahələrinin sahibləri ilə razılaşaraq, iddiaçının xəbəri olmadan həmin torpaq sahələrini 2019-cu ildə bağlanmış alqı-satqı müqavilələri ilə oğlunun, yəni iş üzrə digər cavabdeh1 adına rəsmiləşdirmişdir. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından eyni zamanda görünür ki, iddiaçı ilə cavabdehlər arasında olan birgə fəaliyyət münasibətləri 2022-ci ildən etibarən ləğv edilmiş, o, qeyri-yaşayış tikililərdən həmin ildən gəlir əldə edə bilməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində pulun qaytarılmasının gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanunverici qeyd olunan normada gecikdirmə zamanı faizlərin ödənilməsi imkanını tələbkarın digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda tələbkara verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının və ən əsası ləngitmə olmuşsa hansı vaxtdan ləngitməsi ilə bağlı düzgün müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə tələbkara qaytarılanadək borclu tələbkar qarşısında məsuliyyət daşıyır və tələbkar hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, borclu öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini tələbkara ödəmədikcə, eləcə də tələbkarla həmin borclu arasında yaranan mübahisə üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, tələbkar həmin vəsaitdən gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə tələbkara əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində tələbkara vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Belə ki, hazırda qanuni qüvvəsini almış və iş üzrə preyudisiallıq daşıyan qətnamələrdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 (VÖEN: **********) müştərək qaydada 10750 (on min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,25 (yüz iyirmi iki manat 25 qəpik) manat olmaqla, cəmi 10872,25 (on min səkkiz yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı İddiaçı (VÖEN:**********) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və qərarın qəbul edildiyi gündən qüvvəyə mindiyi qərara alınmışdır. Kollegiya qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə ## #### 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırki iş üzrə cavabdehlər iddiaçıya olan cəmi 10872,25 manat məbləğdə borcu ödəməli idilər. Iş materiallarından, həmçinin iddiaçı tərəfin apellyasiya şikayətindən görünür ki, cavabdehlər tərəfindən qətnamə ##.##.2026-cı il tarixdə tam icra edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında olan birgə fəaliyyət münasibətləri 2022-ci ildən etibarən ləğv edilmiş, o, qeyri-yaşayış tikililərdən həmin ildən gəlir əldə edə bilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi üzrə 10750 manat pulun iddiaçıya ödənilməsi 2026-cı ilin yanvar ayında icra edildiyindən, iddiaçı 2022-ci ildən 2026-cı ilin yanvar ayınadək məhkəmə qətnaməsi ilə ona ödənilməli olan pulun gecikdirilmiş 3 il müddət ərzində illik 5 faizlə hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Bundan başqa, borc ödənilmədiyindən iddiaçı tərəf təxminən 3 il müddətdə qeyd edilən məbləğdən heç bir fayda (qazanc, gəlir) əldə edə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəf özüdə borcun ödənilməməsini mübahisələndirməmiş, işə məhkəmədə baxıldığını bildirmişdir. Kollegiya bir məqamıda xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 445.7-ci maddəsində pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmiş, yalnız digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarında da pulun gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmişdir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə müdafiəsindən istifadə edilməsi və şikayət vermə hüququnun mövcudluğu ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, hər kəsin məhkəmə müdafiə hüququndan istifadə etmək və hüquq və mənafeynə toxunan qərarlardan şikayət vermə hüququ vardır. Bununla yanaşı, tərəflər arasında olan birgə fəaliyyət münasibətləri 2022-ci ildən etibarən ləğv edildiyindən o, qeyri-yaşayış tikililərdən həmin ildən gəlir əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı tərəfin gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qiymən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar