Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-127/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “127806,27 manat borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi, alğı-satqı) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Iddiaçının nümayəndəsi Nümayəndə; Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında ## ###### 2020-ci il tarixli A-***/**/**/**** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə göstərilən malları alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin malları bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə satılan malların adı, miqdarı, çeşidi və razılaşdırılmış dəyəri elektron qaimələrdə göstərilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri elektron qaimələrdə müəyyənləşdirilir. Bu qiymətə ƏDV də daxildir. Müqavilə imzalandığı andan 5 gün ərzində elektron qaimələrdə göstərilən əmlakın dəyərinin 100%-i alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. Hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə əsasən aparılır. ##.##.2020-ci il tarixli EBAF seriyalı ****** nömrəli (46 764,58 manat), ##.##.2021-ci il tarixli EBBC seriyalı ****** nömrəli (86 491,64 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (70 973,46 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (61 561,78 manat), ##.##.2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli (118180,54 manat), ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli (17 605,60 manat), ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli (120 752,94 manat) və ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli (169 209,64 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Iddiaçı İddiaçı MMC (kreditor) və Cavabdeh (borclu) arasında bağlanmış ## ###### 2025ci il tarixli 28.**/** nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-yə 132 746 manat məbləğində borcunun olduğunu və həmin borcu bu müqavilənin əlavəsi olan ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2027-ci il tarixədək aybaay ödəniş etməklə tam şəkildə qaytaracağını qəbul etmişdir. ##.##.2025-ci il tarixli ödəniş planından müəyyən edilir ki, cavabdeh iddiaçıya olan ümumilikdə 132 746 manat borcunu ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək hər ay 2000 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək hə ay 5800 manat, ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək hər ay 3883 manat və sonuncu ay olan ##.##.2027-ci il tarixdə isə 6403 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki: Ekspertizaya təqdim olunmuş, işin 02-ci cildinin 145-ci vərəqində olan ##.##.2025-ci il tarixli mövcud 28.**/** nömrəli borcun etirafı haqqında müqavilədə “Borclu:” bölməsində “imza” qrafasındakı imza; 146-cı vərəqində olan ##.##.2025-ci il tarixli borcun geri ödəmə planında “Cavabdeh” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “cavabdehdən 127806,27 manat borcun və 417,81 manat dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “satıcı”) ilə fiziki şəxs Cavabdeh (bundan sonra “alıcı”) arasında ##.##.2020-ci il tarixdə A-***/**/**/**** saylı alqı-satqı müqaviləsi (bundan sonar “Müqavilə”) və eyni tarixdə həmin müqaviləyə * saylı Əlavə bağlanmışdır. Müqavilənin 2.2.1-ci maddəsində qeyd olunur ki, elektron qaimələrdə göstərilən əmlakı Təhvil-təslim aktı üzrə satıcıdan qəbul etmək, 2.2.2-ci maddəsinə əsasən isə bu müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında əmlakın dəyərini ödəmək alıcının müqavilə ilə müəyyən olunmuş öhdəlikləridir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə imzalandığı andan 5 gün ərzində elektron qaimələrdə göstərilən əmlakın dəyərinin 100%-i alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq bu müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq mallar ##.##.2020-ci il tarixli EBAF seriyalı ****** nömrəli; ##.##.2021-ci il tarixli EBBC seriyalı ****** nömrəli; ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli; ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli; ##.##.2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli; ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli; ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli və son olaraq, ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimələr üzrə satıcı tərəfindən alıcıya çatdırılmışdır. Tərəflər arasında ##.##.2025-ci il tarixli 28.**/** nömrəli Mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, cavabdehin iddiaçıya ümumilikdə 132746 manat borcunun olduğu təsdiqlənmiş və borcun geri qaytarılmasına dair ödəniş qrafiki tərəflər arasında razılaşdırılmışdır. Daha sonra qeyd olunan borc məbləği ilə əlaqədar cavabdeh tərəfindən edilmiş ödənişlər nəticəsində mövcud borc məbləği 127806,27 manata qədər azaldılmışdır. Borcunun təsdiqlənməsinə baxmayaraq, alıcı mallar üzrə ödəniş öhdəliyini icra etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda alıcının müqavilə üzrə satıcıya olan borcu ümumilikdə 127806,27 manat təşkil edir. Iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixində pretenziya məktubu ünvanlansa da, heç bir nəticə əldə edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, borcun etiraf edilməsinə dair müqavilə imzalandıqdan sonra təxminən 5000 manat ödəniş edilmiş və borc 127 806,27 manata qədər azaldılmışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh bu müddət ərzində əlavə ödəniş etmədiyini qeyd etmiş, ekspertiza ilə də sənədin cavabdeh tərəfindən imzalanması müəyyən edilmiş, beləliklə borcun etirafına dair müqavilənin özünün və ya hər hansı bir işçisi tərəfindən imzalanmamasını qeyd etməsi halının düzgün olmaması sübuta yetirilmişdir. Iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 127806,27 manat borc və 417,81 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə razılaşdırılmış mallar verilmiş, bundan sonra tərəflər arsında mövcud borcun etirafı haqqında müqavilə bağlanaraq cavabdeh tərəfindən 132 746 manat borcunun olduğu və həmin borcu ödəniş planına əsasən geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirdiyindən məhkəmə tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə həmin imzaların cavabdehə məxsus olması təsdiqlənmişdir. Ekspert rəyini təkzib edə biləcək sübutlar olmadığından məhkəmə həmin rəyi sübut olaraq qəbul edir. Məhkəmənin daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmə tərəfindən məhkəmə-iqtisad ekspertizası təyin edilsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin ekspertizanın aparılması mümkün olmadığından ekspert rəyinin verilməsindən imtina edilmişdir. Buna münasibətdə məhkəmə hesab edir ki, ## ###### 2025-ci il tarixinə 132746 manat məbləğində borcun mövcudluğunu və ödənilmə qaydasını özündə əks etdirən mövcud borcun etirafı haqqında müqavilənin cavabdeh tərəfindən imzalandığı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bundan sonrakı mərhələdə edilən ödənişlərlə, borcun azaldılması ilə bağlı hər hansısa sübut təqdim edilmədiyindən məhkəmə-iqtisad ekspertizasına zərurət qalmamışdır. Tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin bağlanmasından sonra cavabdeh tərəfindən təxminən 5 min manatdan çox ödəniş edilmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389, 442, 445, 448, 567, 600, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli sənədi borcun mövcudluğunun birbaşa sübut kimi qiymətləndirsə də, onun Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan mücərrəd borc etirafı müqaviləsi olubolmadığını hüquqi baxımdan araşdırmamışdır. Əgər həmin sənəd əvvəlki alğı-satqı münasibətlərindən yarandığı iddia edilən borcun təsdiqi xarakteri daşıyırsa, iddiaçı ilkin borcun yaranmasını, malların cavabdehə verilməsini və borcun məbləğini ayrıca sübut etməli idi. Daha sonra vavabdeh Cavabdeh həqiqətən də Qax şəhərində yerləşən "Madeyra" mağazasını idarə etmiş və bu fəaliyyət üzrə vergi orqanında qeydiyyata alınmışdır. Bunun təsdiqi kimi obyekt kodu barədə arayış məhkəməyə təqdim edilmişdir. Həmin arayışdan açıq şəkildə görünür ki, cavabdehin adına yalnız bir obyekt vergi uçotuna alınmışdır və həmin obyekt Qax şəhərində yerləşir. Bununla yanaşı, iddiaçı tərəfindən qarşılıqlı əməliyyatlara dair təqdim edilmiş digər sənədlərdə kontragent kimi "(Ö_mətbəx) xxxx Ağdaş 2", "xxxx Ağdaş 2" və "Madeyra Ağdaş 2" qeyd edilmişdir. Halbuki cavabdeh Ağdaş şəhərində heç vaxt sahibkarlıq fəaliyyəti göstərməmiş, həmin ərazidə vergi qeydiyyatına alınmamış, Ağdaş mağazası ilə bağlı iddiaçı ilə hər hansımüqavilə bağlamamış və həmin mağazanın fəaliyyəti ilə heç bir hüquqi əlaqəsi olmamışdır. Həmçinin, iddiaçının tələb etdiyi borcun əsasını təşkil etdiyi iddia olunan malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı, qəbul aktı və ya digər mötəbər sübut iş materiallarına təqdim edilməmişdir. Eyni zamanda, təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tərəflər arasında ümumilikdə 256.382,10 manat məbləğində mal alınmış, 253.950,71 manat məbləğində ödəniş edilmiş və yekun borc 2.431 manat təşkil etmişdir. Iddiaçı tərəfindən borcun etirafı kimi təqdim edilən sənədlə bağlı cavabdeh tərəfindən imzanın hansı psixoloji-iradi vəziyyətdə atılmasının müəyyən edilməsi məqsədilə kompleks məhkəmə-psixoloji və xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş, imzanın cavabdehə məxsus olmasının ekspertiza ilə təsdiq edilməsini kifayət hesab etmişdir. Halbuki imzanın konkret şəxsə məxsus olması onun mütləq qaydada sərbəst iradə ilə, könüllü və normal psixoloji vəziyyətdə icra edilməsi demək deyildir. Müqavilənin hüquqi etibarlılığı baxımından imzanın kim tərəfindən atılması ilə yanaşı, onun hansı psixoloji-iradi şəraitdə icra edilməsi də mühüm əhəmiyyət kəsb edir. Lakin hazırkı iş üzrə məhkəmə bu vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin borcu təxminən 35000 manatdır. Birinci instansiya məhkəməsində izahat verən zaman cavabdehə heç bir təzyiq edilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb hər hansı üçüncü şəxsin deyil məhz cavabdeh Cavabdeh borcuna aiddir. Üçüncü şəxslərin iddiaçıya olan borcları hazırki iş üzrə mübahisə predmeti olmamaqdadır. Bundan başqa, cavabdeh tərəf həm etiraf ərizəsində, həm də məhkəmə iclasında malları aldığını və qeyd edilən məbləğdə borcu olduğunu təsdiq etmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin # ###### 2021-ci il taixli, ** nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “cavabdehdən 127806,27 manat borcun və 417,81 manat dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddianın təmin, edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin alğısatqı müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsi onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə vermişdir. Cavabdeh isə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Hazırki işdən müəyyən edilir ki, İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında ## ###### 2020-ci il tarixli A-***/**/**/**** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə göstərilən malları alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin malları bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə satılan malların adı, miqdarı, çeşidi və razılaşdırılmış dəyəri elektron qaimələrdə göstərilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri elektron qaimələrdə müəyyənləşdirilir. Bu qiymətə ƏDV də daxildir. Müqavilə imzalandığı andan 5 gün ərzində elektron qaimələrdə göstərilən əmlakın dəyərinin 100%-i alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. Hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə əsasən aparılır. Bundan başqa, ##.##.2020-ci il tarixli EBAF seriyalı ****** nömrəli (46 764,58 manat), ##.##.2021-ci il tarixli EBBC seriyalı ****** nömrəli (86 491,64 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (70 973,46 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (61 561,78 manat), ##.##.2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli (118180,54 manat), ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli (17 605,60 manat), ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli (120 752,94 manat) və ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli (169 209,64 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Iddiaçı İddiaçı MMC (kreditor) və Cavabdeh (borclu) arasında bağlanmış ## ###### 2025ci il tarixli 28.**/** nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1-ci və 2-ci bəndlərinə görə isə, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-yə 132 746 manat məbləğində borcunun olduğunu və həmin borcu bu müqavilənin əlavəsi olan ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2027-ci il tarixədək aybaay ödəniş etməklə tam şəkildə qaytaracağını qəbul etmişdir. Göründüyü kimi, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə razılaşdırılmış mallar verilmiş, bundan sonra tərəflər arsında mövcud borcun etirafı haqqında müqavilə bağlanaraq cavabdeh tərəfindən 132 746 manat borcunun olduğu və həmin borcu ödəniş planına əsasən geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Kollegiya daha sonra qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermişdir. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və borcun 127806,27 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan qaimələr, təhvil-təslim aktı və digər öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin borcun 2431 manat olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında ## ###### 2020-ci il tarixli A- ***/**/**/**** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, ##.##.2020-ci il tarixli EBAF seriyalı ****** nömrəli (46 764,58 manat), ##.##.2021-ci il tarixli EBBC seriyalı ****** nömrəli (86 491,64 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (70 973,46 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (61 561,78 manat), ##.##.2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli (118180,54 manat), ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli (17 605,60 manat), ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli (120 752,94 manat) və ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli (169 209,64 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Iddiaçı İddiaçı MMC (kreditor) və Cavabdeh (borclu) arasında bağlanmış ## ###### 2025ci il tarixli 28.**/** nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1-ci və 2-ci bəndlərinə görə isə, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-yə 132 746 manat məbləğində borcunun olduğunu və həmin borcu bu müqavilənin əlavəsi olan ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2027-ci il tarixədək aybaay ödəniş etməklə tam şəkildə qaytaracağını qəbul etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki: Ekspertizaya təqdim olunmuş, işin 02-ci cildinin 145-ci vərəqində olan ##.##.2025-ci il tarixli mövcud 28.**/** nömrəli borcun etirafı haqqında müqavilədə “Borclu:” bölməsində “imza” qrafasındakı imza; 146-cı vərəqində olan ##.##.2025-ci il tarixli borcun geri ödəmə planında “Cavabdeh” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, apellyator şikayətində borcun az olduğunu bildirsə də, yenə həmin cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində sual-cavab zamanı “127000 manatdan heç bir ödəniş etmədiyini, mebellərin ona təqdim edildiyini, sifarişin özü tərəfindən edildiyini və ödənişin də ona edildiyini” bildirmişdir (III cild, iş v. 137). Haqlı olaraq sual yaranır ki, iddiaçıdan əlavə birinci instansiya məhkəməsindədəmi cavabdehə təzyiq edilib “borcunun olması və malları alması ilə bağlı” izahat zorla və ya hədəqorxu ilə verdirmişlər. Bütün bu məqamlar şikayətin formal mülahizələr əsasında tərtib edilməsini təsdiq edir. Bundan başqa, kollegiya başqa bir vacib məqamıda qeyd edir ki, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, “cavabdehin iddiaçıya təxminın 35000 manat borcu vardır”. Bu hal bir daha onu təsdiq edir ki, cavabdeh tərəf həm iddianın rədd edilməsini (apellyasiya şikayətində), həm borcun 2431 manat olmasını qeyd etməklə və sonda isə borcun 35000 manat olduğunu vurğulamaqla faktiki olaraq öhdəlikdən yayınmağa çalışmaqdadır. Göründüyü kimi, apellyator şikayətində borcun az olduğunu bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə iş materialları və tərəflərin izahatları ilə borcun qeyd edilən məbləğdə olması müəyyən edilmişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun etirafı ərizəsinin təzyiq (hədə-qorxu, iqtisadi asılılıq) vəziyyətində imzalanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, cavabdeh tərəf əvvəllər həmin sənədi ümumiyyətlə imzalamadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki: Ekspertizaya təqdim olunmuş, işin 02-ci cildinin 145-ci vərəqində olan ##.##.2025-ci il tarixli mövcud 28.**/** nömrəli borcun etirafı haqqında müqavilədə “Borclu:” bölməsində “imza” qrafasındakı imza; 146-cı vərəqində olan ##.##.2025-ci il tarixli borcun geri ödəmə planında “Cavabdeh” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan sonra isə cavabdeh Cavabdeh ərizəni təzyiq (hədə-qorxu, iqtisadi asılılıq) vəziyyətində imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdeh Cavabdeh təzyiq və hədə-qorxu gəlinməsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf həmin halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, tərəf iddiaçı tərəfindən ona təzyiq və hədə-qorxu gəlindiyini bildirsə də, bugünədək həmin halla bağlı hüquq-mühafizə orqanına müraciət etməmişdir. Kollegiya ərizənin iqtisadi (maddi) asılılıq vəziyyətində imzalaması ilə bağlı dəlilə də münasibət bildirərək qeyd edir ki, bir tərəfin başqa bir tərəfə borclu olması hələ onun maddi asılılıq vəziyyətində olması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, iş materialları ilə cavabdehin maddi asılılıq vəziyyətində olması da müəyyən edilmir. Belə olan halda şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun başqasına məxsus olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində Ağdaş mağazasının borcunun cavabdehə yükləndiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, tələb edilən borcun özünün deyil başqasının borcunun olduğunu cavabdeh tərəf bildirdiyi halda, bunun əksini sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə qoyula bilməz. Hazırki işdən isə görünür ki, cavabdeh tərəf borcun önun olmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Əksinə iş materiallarında olan etiraf ərizəsi və cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan borcun ona məxsus olması öz təsdiqini tapmaqdadır. Kollegiya bir məqamıda qeyd edir ki, üçüncü şəxslərin iddiaçıya olan borcları hazırki iş üzrə mübahisə predmeti olmamaqdadır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə (məsələn: mütəxəsis və ya ekspert rəyi və s.) rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borcun başqasına məxsus olması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc kimi göstərilmiş məbləğdə malların cavabdeh tərəfindən alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı İddiaçı MMC (kreditor) və Cavabdeh (borclu) arasında bağlanmış ## ###### 2025-ci il tarixli 28.**/** nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1-ci və 2-ci bəndlərinə görə isə, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-yə 132 746 manat məbləğində borcunun olduğunu və həmin borcu bu müqavilənin əlavəsi olan ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2027-ci il tarixədək aybaay ödəniş etməklə tam şəkildə qaytaracağını qəbul etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki: Ekspertizaya təqdim olunmuş, işin 02-ci cildinin 145-ci vərəqində olan ##.##.2025-ci il tarixli mövcud 28.**/** nömrəli borcun etirafı haqqında müqavilədə “Borclu:” bölməsində “imza” qrafasındakı imza; 146-cı vərəqində olan ##.##.2025-ci il tarixli borcun geri ödəmə planında “Cavabdeh” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan başqa, ##.##.2020-ci il tarixli EBAF seriyalı ****** nömrəli (46 764,58 manat), ##.##.2021-ci il tarixli EBBC seriyalı ****** nömrəli (86 491,64 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (70 973,46 manat), ##.##.2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli (61 561,78 manat), ##.##.2023-cü il tarixli EBDS seriyalı ****** nömrəli (118180,54 manat), ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli (17 605,60 manat), ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli (120 752,94 manat) və ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli (169 209,64 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Bundan başqa, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində sual-cavab zamanı “127000 manatdan heç bir ödəniş etmədiyini, mebellərin ona təqdim edildiyini, sifarişin özü tərəfindən edildiyini və ödənişin də ona edildiyini” bildirmişdir (III cild, iş v. 137). Kollegiya hesab edir ki, cavabdeh ona heç bir mal verilmədiyini bildirsə də, yenə onun özü tərəfindən edilmiş ödənişlərlə cavabdehin iddiaçıdan mal alması və borcunu tam olaraq ödəməməsi müəyyən edilmişdir. Kollegiya ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübutu əhəmiyyəti ilə bağlı bildirir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırki işdən isə görünür ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq sadəcə elektronqaimə fakturalar təqdim edilməmiş, həmçinin həmin qaimə fakturalar üzrə cavabdehin ödənişlərini təsdiq edən sübutlar təqdim edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, əgər iddiaçı tərəfindən cavabdehə heç bir mal verilməmişsə nə üçün iddiaçı tərəfindən göndərilmiş elektron qaimə-fakturalar ləğv edilməmişdir. Həmçinin, əgər tərəflər arasında heç bir alğı-satqı olmamışsa onda cavabdeh tərəf nə üçün iddiaçıya ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh tərəf heç bir mal almadığını bildirməklə faktiki məsuliyyətdən yayınmaq istəməkdədir. Lakin, cavabdeh tərəf inkar etsədə iş materiallarından tərəflər arasında işgüzar münasibətlərin olması müəyyən edilməkdədir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, əgər tərəfə ödəniş etməsi üçün elektron qaimə-faktura göndərilirsə, həmin qaimə faktura uzun müddət keçməsinə baxmayaraq ləğv edilməmişsə və ən önəmlisidə həmin qaimələr üzrə tərəf müəyyən ödənişlər etmişsə, buzaman tərəf malların ona təhvil verilmədiyinə istinad edə bilməz. Belə ki, bu halda o borcu qəbul etmiş sayılır. Belə olan halda cavabdehin malların ona verilməməsi ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmək olmaz. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf ## ###### 2025-ci il tarixli müqavilə ilə iddiaçıya olan borcunu təsdiq (etiraf) etmiş, eyni zamanda məhkəmə iclasında da malları aldığını və həmin məqama təxmini borcunun 127000 manat olduğunu təsdiq etmişdir. Bundan başqa, cavabdehə nə iddiaçı tərəfindən nədəki birinci instansiya məhkəməsi tərəfindən hər hansı təzyiqin edilməsi müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.