Məhkəmə qərarları › İş №e-2-2(3-10)-128/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-128/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-128/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə, Iddiaçının nümayəndəsi nümayəndə1; Cavabdeh cavabdeh1 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları ##.##.2024-cü il tarixli hesab-faktura əsasında istehsalı “X2” firmasının “xxxx” MMC-yə 21000 kq, dəyəri 18060 ABŞ dolları dəyərində olan balıq yeminin göndərilməsi barədə istehsalçı bəyannaməsi, ****/*****/**/AZ nömrəli Aller classik markalı 21000 kq balıq yemi üzrə “xxxx” MMCyə qarantiya şəhadətnaməsinin verildiyi müəyyən edilir. Bununla bağlı Polşada Avropa birliyi üçün müəyyən edilən gömrük proseduralarına dair sənədlər təqdim edilmişdir. “xxxx” MMC-yə məxsus 60 ədəd satış çeklərində anbardan “Aller classik” adlı məhsulun 1300, 1820, 2080, 2350, 2600, 3250 və digər məbləğlərə satışına dair faktlar öz əksini tapmışdır. “Rabitəbank” üzrə “xxxx” MMC-nin ************** nömrəli hesabına # ###### 2024-cü il tarixdə 0224-48 və ****-** nömrəli nağd köçürmə sənədi ilə cavabdeh1 tərəfindən 48300 ABŞ dolları və 47300 ABŞ dolları ödəniş edilmişdir. Bərdə rayon X8 Bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, şikayətçi nümayəndə1 satdığı balıq yeminin dəyərinin ona ödənilməməsi ilə bağlı müraciəti üzrə HK-*/** nömrəli material üzrə işdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərara dair toplanmış material üzrə hazırkı iş üzrə cavabdehlərin izahatları alınmışdır. Iş üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 verdiyi izahatında bildirmişdir ki, cavabdeh1 tərəfindən ona məxsus təsərrüfatdan 2024-cü ilin tarixinədək, həmçinin mart-avqust tarixinədək apardığı balıq yemlərinə görə 152 490 manat borcunun qalmışdır. Həmin qərara dair toplanmış material üzrə cavabdeh1 polis orqanında verdiyi izahatında nümayəndə1 atasını 20 ildən artıq müddətdə tanıdığnı, cavabdeh şirkətin rəhbəri cavabdeh3 məxsus təsərrüfatda 2020-ci ildən işlədiyini, cavabdeh3 iddiaçının rəhbəri ilə tanış etməsini, həmin təsərrüfat üçün balıq yemi almasını, 2020-ci ildən ##.##.2024-cü il tarixədək “xxxx” MMCdən təxminən 300 ton, yəni 1 000 000 000 manat məbləğində balıq yemi aldığını, 1 kq balıq yemini keyfiyyətinə uyğun olaraq qiymətinin 2,80 manat-3,50 manat arası olduğunu, işdən azad edildiyi tarixə nümayəndə1 borcunun 200000 manat olmasını, sonradan təxminən 50000 manat ödəniş etməsini, borcunun 152490 manat qaldığını bildirmişdir. cavabdeh3 polis orqanında qeyd edilən araşdırma üzrə verdiyi izahatında balıq yemləri üçün dəyəri əvvəlcədən ödənilməklə balıq yemi aldığını, 2024-cü il üzrə əvvəlcədən, yəni 2024-cü ilin # ###### tarixində və ondan sonrakı qısa müddət ərzində 230000 manat balıq yemi üçün cavabdeh1 pul verdiyini, sonradan həmin yemin cavabdeh hüquqi şəxsin təsərrüfatına gətirildiyini, iddiaçıya son borcu ayrator-havalandırma sisteminin dəyəri olan 19800 manatı ödəməklə borcunun qalmadığını və bu faktı iddiaçı hüquqi şəxsin rəhbəri nümayəndə1 və cavabdeh1 bildirmişdir. Ağdaş rayon Icra Hakimiyyəti ##.##.2026-cı il tarixli *-**/*-***/**** nömrəli məktubunda qeyd edir ki, cavabdeh2 MMC-yə məxsus balıq vətəgəsi Ağdaş rayonu Qaradağlı kəndinin ərazisində yerləşir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada 152490 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi” tələbinə dair məhkəməyə müraciət etmiş və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs olaraq balıqçılıq təsərrüfatını həyata keçirməklə yanaşı, balıq yemi istehsalçısı olan Polşa dövlətinin hüquqi şəxsinin Azərbaycan Respublikasında distribütorluğunu həyata keçirir. Cavabdeh cavabdeh3 iddiaçıya müraciət edərək Ağdaş rayonu, Cücük kəndində 43 hektar sahədə balıqçılıq təsərrüfatının olduğunu bildirmiş, özünə məxsus balıqçılıq təsərrüfatında yetişdirilən balıqlar üçün təsisçisi olduğu müəssisənin balıqçılıq təsərrüfatına yem qida məhsullarının satılmasını xahiş etmişdir. 2020-ci ildən başlayaraq 2024-cü ilin mart ayınadək olan müddətdə cavabdeh “xxxx” MMC-dən təxminən 300 ton balıq yemi almışdır. Cavabdeh cavabdeh3 2024-cü ilin mart ayından həmin ilin avqust ayınadək cavabdeh2 MMC-yə məxsus balıqçılıq təsərrüfatı üçün digər cavabdeh cavabdeh1 vasitəsi ilə nisyə olaraq 58.650 kq yem məhsulu almışdır ki, aldığı bu yem məhsuluna görə də hazırkı vaxta cavabdehlərin iddiaçıya 152 490 manat borcu qalmışdır. Dəfələrlə onlarla əlaqə saxlanılıb borcun ödənilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış və bunun səbəbini cavabdeh cavabdeh1 digər cavabdehlər cavabdeh2 MMC və onun təsisçisi cavabdeh3 200.000 manat ziyan vurması, cavabdeh cavabdeh1lə digər cavabdehlər arasında olan razılaşmaya əsasən iddiaçı cəmiyyətə yaranmış 152 490 manat məbləğində borcun cavabdeh1 tərəfindən iddiaçıya ödəniləcəyi ilə izah etmişlər. Cavabdeh cavabdeh1 cavabdehə məxsus təsərrüfatda nəzarətçi vəzifəsində işləmiş və hazırda cavabdeh cavabdeh3 məxsus cavabdeh2 MMC-nin balıqçılıq təsərrüfatında işləmir. Yem məhsulları bilavasitə cavabdeh cavabdeh3 tərəfindən təsis edilmiş cavabdeh2 MMC-yə məxsus təsərrüfata daşınmış və həmin yem məhsulları ilə cavabdeh cavabdeh3 tərəfindən təsis edilmiş cavabdeh cavabdeh2 MMC-yə məxsus balıqçılıq təsərrüfatında olan balıqların qidalandırılması həyata keçirilmişdir. Iddiaçı tərəfindən balıq yemi məhsulu cavabdeh1 deyil, cavabdeh cavabdeh3 təsisçiliyi ilə yaranmış cavabdeh2 MMC-yə satılmışdır. Əvvəllər digər cavabdehin işçisi olmuş cavabdeh1lə cavabdeh3 aralarında yaranmış borcun tərəflər arasındakı ticarət münasibətlərinə və bu münasibətlərdən yaranmış 152490 manat borc məbləğinə heç bir aidiyyəti olmamışdır. Cavabdehlər tərəfindən 152 490 manat məbləğində pul vəsaiti ödənilmədiyindən, şikayətləri əsasında Bərdə rayon PŞ-nin Istintaq bölməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və izahatları alınmış və toplanmış HK-*** saylı material üzrə qəbul olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda alınan 58.650 kq yemin bilavasitə cavabdeh cavabdeh3 məxsus cavabdeh2 MMC-nin balıqçılıq təsərrüfatına daşındığı, həmin yem məhsulları ilə sözügedən cavabdehlərə məxsus balıqçılıq təsərrüfatında yetişdirilən balıqların qidalandırıldığı, iddiaçıya 152 490 manat məbləğində pul vəsaitinin ödənilmədiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsinə zərurət yaratmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, 1991-ci ildən etibarən atası balıqçılıqla məşğul olmuş, sonradan cavabdeh1la tanışlığı başlamışdır. 2021-ci ildə cavabdeh1 cavabdeh3 iddiaçının təsərrüfatına gətirmiş, onlar Ağdaş rayonunda fermer olaraq balıqçılıqla məşğul olduqlarını bildirmişlər. Qarşılığında isə onların balıq yemləri ilə təmin olunmasını xahiş etmiş, bütün sifariş və ödənişlərin cavabdeh1 tərəfindən həyata keçiriləcəyini qeyd etmişdir. Daha sonra şifahi razılaşma ilə cavabdehlərə balıq yemi göndərmişlər. Ilk vaxtlar aldıqları malların ödənişlərini vaxtında ödəmiş, ödənişlər cavabdeh1 tərəfindən icra edilmişdir. Iddiaçıya edilən ödənişlər əvvəlki borclarla bağlı olmuş və 2021-ci ildən bu prosesə qədər aralarında alqı-satqı mövcud olmuşdur. Son borcunu ödədikdən sonra cavabdeh1 3 maşın yem vermiş, həmin yemlər onların təsərrüfat ərazisinə boşaldılmışdır. 24 yanvar tarixindən öncə malları cavabdeh1 nisyə olaraq almışdı. Cavabdeh hüquqi şəxs cavabdeh1 rəsmi işçisi olaraq təqdim etmişdir. cavabdeh1 yem sifarişini, ölçülərini və bunun kimi digər bütün işləri həyata keçirən şəxs olaraq bildirilmişdir. Onlar həmin cavabdeh hüquqi şəxsə yemləri satmışar, lakin cavabdeh1 oğurluq üsulu ilə malları başqa şirkətə satıbsa, buna cavabdehlik daşımırlar. Göndərdikləri bütün yemlər onların təsərrüfatlarına boşaldılmış, cavabdeh1 işdən çıxdığı zaman Rahim müəllimlə görüşmüş və yemlərin pulunun cavabdeh1 tərəfindən ödənmədiyini bildirmişdir. Bu zaman o, yem aparatı və əlavə havalandırma sistemi aldığını, 19800 manat borcu olduğunu, bu borcun özü tərəfindən ödəniləcəyini, digər borcları isə cavabdeh1 istəməli olduğunu bildirmişdir. Balıq yeminin 1 kiloqramı 2,80 manat olmuş, cavabdeh1 tərəfindən ona əvvəlki illərin yem borcuna görə # ###### 2024-cü il tarixdə 48300 ABŞ dolları, 47300 ABŞ dolları, həmçinin 30000 manat və 2000 manat məbləğində pullar verilmişdir. 2025-ci ilin mart-aprel aylarında olan balıq yemi satışı üçün cavabdehlərin 152490 manat məbləğində borcu yaranmışdır. Iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, cavabdeh2 MMC-də # ######## 2020-ci ildə nəzarətçi kimi işə qəbul olmuş, həmin şirkətdə 2024-cü ilin ## ##### tarixinədək işləmişdir. Şirkət rəhbəri cavabdeh3 Avropadan gətirilən yem olduğunu təklif etmiş, iddiaçının nümayəndəsini əvvəllər də tanımışdır. cavabdeh3la Bərdənin Samux kəndinə getmiş, yemin qiyməti barədə razılaşmışlar. Iddiaçıdan alınan balıq yeminin pulu öncədən verilmişdir. Satılan yemin markası “Aller klassik” olmuş, bir kiloqramını 3 manat 5 qəpiyə danışmışlar, 2020ci ildən balıq yemi almağa başlamışlar. Mal göndərilərkən cavabdehin mühasibatlığında qeydə alınmışdır. 2024-cü ilin ######ın #-da cavabdeh3 balıq yemi üçün ona 95 600 ABŞ dolları vermiş və onu iddiaçıya ödəmişdir. Bundan əlavə, cavabdeh3 ona 2000 manat və 30000 manat da əlavə pul vermiş və həmin pulu da iddiaçıya ödəmişdir. O, 2024-cü ilin #####in ##-da işindən ayrılmışdır. Onun iddiaçıya borcu qalmamışdır. Bundan əlavə, cavabdeh1 tərəfindən başqa balıq təsərrüfatlarına da yemin iddiaçıdan alınması təklif edilmiş, bir neçə təsərrüfata yem verilmişdir. Polis orqanında verdiyi izahatında 152 490 manat məbləğində iddiaçıya borcunun olmasına münasibətdə bildirmişdir ki, həmin vaxt atası ağır xəstə olduğu üçün polis əməkdaşı yazdığı izahata imza etmiş və izahatını oxumamışdır. Məhkəmə iclasında cavabdeh qismində dindirilən cavabdeh2 MMC-nin rəhbəri cavabdeh3 izahatında bildirmişdir ki, Ağdaş rayonu Cücük kəndində ona məxsus balıq təsərrüfatı vardır. Həmin təsərrüfata nəzarət etmək üçün mütəxəssis olduğunu bildiyi üçün cavabdeh cavabdeh1 Vaqif oğlunu baş nəzarətçi olaraq 2020-ci ildə işə qəbul etmiş, 43 hektar balıq gölü olmuşdur. Həmin vaxt cavabdeh1 ona balıq yeminin rəhbəri dostu olan Bərdə rayonunda balıqçılıq təsərrüfatından alınmasını təklif etmiş və o da razılaşmışdır. Bu işlərin aparılmasını cavabdeh1 həvalə etmişdir. Iddiaçının nümayəndəsi həmin vaxt nisyə yem satmadığını bildirmiş və o da yemin pulunu əvvəlcədən vermişdir. 2020-ci ildə, 2023-cü ildə və 2024-cü ilədək alınan bütün yem məhsullarına görə yemin dəyəri Polşadan gətirilənədək cavabdeh1 vasitəsilə iddiaçıya çatdırılmışdır. Onlar 2022-ci ildə balıq yemi almamış, balığa yem əvəzinə arpabuğda məhsulu vermişlər. O, 100 ton balıq yemi üçün 2024-cü ilin ######ın #-da avans olaraq 220000 manat pulu cavabdeh1 vermişdir. cavabdeh1 həmin yemin gömrük rüsumu üçün əlavə 10000 manat pulu əlavə olaraq digər cavabdehə vermişdir. Qeyd edilən məbləğin qarşılığı olaraq təsərrüfatına 84 ton yem gətirilmiş, bir kq 3 manat 5 qəpikdən hesablanmışdır. cavabdeh1 öz xahişi ilə 2024-cü ilin aprel ayında işdən azad etmişdir. Ondan sonra iddiaçının nümayəndəsi Kamran adlı şəxs ona zəng edərək Anarın ona 200000 manatadək borcunun olduğunu bildirmişdir. O isə yemi almamışdan əvvəl yemin pulunu tam şəkildə cavabdeh1 ödədiyini bildirmiş, havalandırma sistemi üçün 19800 manat borcunun qalmasını bildirmiş, sonradan da həmin məbləği ödəmişdir. Bütün bunları iddiaçının nümayənədəsi nümayəndə1lə dəqiqləşdirmiş və o da bununla razılaşmışdır. 2024-cü ildə 230000 manat balıq yemi üçün ödəniş etmişdir. Onun balıq yemi üçün iddiaçıya borcu qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, əkinçilik, balıqçılıq, pambıq, arpa, buğda tədarükünə aid sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Qazel markalı maşını var, dövlət qeydiyyat nişanı 15-BB-90-dır. 10 il olar ki, cavabdeh1 tanıyır, cavabdeh3 əvvəl də onunla alış-verişləri olmuşdur. Həmin təsərrüfatı cavabdeh3 əvvəl başqa adam idarə etmiş, o həm körpə, həm də iri balıqları Ağdaşda və başqa yerdə satmışdır. O həmişə Anarla alqı-satqı etmiş, sonra rəhbərlik dəyişmişdir. Balıq gölünün idarə edilməsini Anar həyata keçirmiş və haqq-hesabı həmişə Anarla aparmışdır. Kamran adlı şəxsdən balıq yemi nisyə aldıqlarını bilirdi. Anar ondan da nisyə balıq almışdı. 2024-cü ilin may ayında balıq alarkən cavabdeh3 gəlmiş və o getdikdən sonra yolda olanda Anar zəng vuraraq cavabdeh3 onu işdən azad etdiyini bildirmişdir. Cavabdeh hüquqi şəxsin təsərrüfatına yem 2024-cü ilin martında gəlmiş, bu balıq mayda satılmalı idi. Anar tərəfindən ona apreldə həmin yemdən 3 ton borcunun əvəzində yem verilmişdir. 2024-cü ilin mart-aprel ayında X4 rayonu Qaradağlı kəndinə maşınla yaxud hər hansı vasitə ilə balıq yemi gəlmişdir, balıq yemi 22 ya 24 ton olmuş, həmin yem təsərrüfatda cavabdeh1 tərəfindən qəbul edilmişdir. O, şahidi olmuşdur ki, cavabdeh1 Ağdaş rayon yol polisi idarəsinin rəisi Namiq bəyə 10 ton 3 manatdan olmaqla 30 000 manatlıq yem, avtoqarmoşka, ayrator-havalandırma sistemi vermiş, həmin təsərrüfata balıqları o satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirmişdir ki, tərəfləri tanıyır, bankda işləməmişdən əvvəl nümayəndə1 işlərini və gömrük rəsmiləşmələrini apamışdır. 2023-cü il tarixdən iddiaçının etibarnamə üzrə nümayəndəsidir. Iddiaçının bütün gömrük rəsmiləşdirməsini aparmış, broker xidməti göstərmişdir. 2024-cü ilin mart ayında tırı rəsmiləşdirəndə Anar gömrük postuna gəlmiş, malı açıb cavabdeh1 təhvil vermiş, tır sürücüsünün iştirakı ilə mal birbaşa anbara daxil olmuşdur. Bu sənədlər əsasında Qida Təhlükəsizliyinə və Gömrük Xidmətinə müraciət edib malı təhvil almış və cavabdeh1 təhvil vermiş, sonuncu da özü şəxsən Yevlax yolunda tırla malı götürüb getmişdir. Malın çəkisi 20 ton yarım yaxud 21 ton, paddonla bir yerdə olub. Anar heç vaxt qabaqcadan malın pulunu verməmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh cavabdeh1 152490 manat borc və 442.49 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının rəhbəri ilə cavabdeh cavabdeh1 20 ildən çox müddətdə tanışlıqları vardır. cavabdeh1 2020-ci ildən 2024-cü ilin ## ##### tarixinədək cavabdeh cavabdeh2 MMC-də baş nəzarətçi vəzifəsində işləmişdir. O, cavabdeh hüquqi şəxsin rəhbərinə iddiaçıda balıq yeminin olmasını bildirmiş və oradan balıq yeminin alınmasını məsləhət bilmişdir. Cavabdeh hüquqi şəxsin rəhbəri də bununla yekunda razılaşmışdır. Bundan əlavə, cavabdeh1lə və ya cavabdeh2 MMC arasında hər hansı bir rəsmi müqavilə bağlanmamış, cavabdeh hüquqi şəxs balıq yeminin alınmasını və onun təsərrüfata gətirilməsini cavabdeh cavabdeh1 həvalə etmiş, sonuncu da bunu icra etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı cavabdeh hüquqi şəxsə satılan balıq yeminin dəyərinin əvvəlcədən ödənişini aparmış və həmin pulları nağd və qeyri-nağd formada cavabdeh1 vermişdir. Belə ki, 2024-cü ilin ######ın #-da cavabdeh3 balıq yemi üçün cavabdeh1 95600 ABŞ dolları, bundan biraz sonra isə 2000 manat və 30000 manat vermişdir. Sonradan balıq yeminin gömrük ödənişi üçün əlavə 10000 manat da vermişdir. Bundan sonra isə 100 tona yaxın balıq yemi cavabdeh hüquqi şəxsin təsərrüfatına gətirilmişdir. Cavabdeh hüquqi şəxsin iddiaçıya havalandırma sistemi-ayarator avadanlığına görə 19800 manat borcu olmuşdur və həmin borc cavabdeh tərəfindən birbaşa iddiaçının rəhbərinə ödənilmişdir. Bu faktı bütün tərəflər mübahisəsiz təsdiq etmişlər. Məhkəmə daha sonra qeyd etmişdir ki, şahid qismində dindirilmiş X5 bildirmişdir ki, cavabdeh1 2024-cü ilin aprel ayında ona olan borcunun əvəzində 3 ton balıq yemi vermiş, həmçinin Ağdaş rayonu Qaradağlı kəndinə maşınla gətirilmiş 24 ton balıq yeminin 10 tonu bir kiloqramı 3 manatdan olmaqla 30 000 manatlıq yem cavabdeh1 tərəfindən Ağdaş rayon yol polisi idarəsinin rəisi Namiq bəyə məxsus balıq təsərrüfatına göndərilmişdir. Qeyd edilən şahidin ifadəsindən sonra cavabdeh1 bu halla bağlı münasibəti öyrənilmiş və o, bildirmişdir ki, fəaliyyət göstərdiyi regionda bir neçə balıq təsərrüfatına iddiaçıya məxsus balıq yeminin alınmasını təklif etmiş və onun tərəfindən yemin çatdırılması təmin edilmişdir. Iddiaçının nümayəndəsi balıq yeminin satıldığı Ağdaş rayonu və yaxın rayonlarda yerləşən təsərrüfatları tanımadığını bildirmiş, lakin başqa-başqa təsərrüfatlardan onlara müraciət daxil olduğunu və distribütoru olduğu Polşadan idxal olunan yemin hansı balıq növləri üçün nəzərdə tutulduğuna dair onlara tez-tez suallar ünvanlanmışdır. cavabdeh1lə iddiaçı arasında yaranan münasibətlərin müqavilə xarakteri yoxdur. Belə ki, müqavilə münasibətinin yaranması üçün iddiaçının iradə ifadəsi, qarşılıqlı olaraq şifahi və ya yazılı qaydada hər hansı şərtlə bağlı təşəbbüsləri müəyyən edilməmişdir. Hazırkı mübahisə üzrə hər bir tərəf qanunla müəyyən edilmiş və müqavilə ilə nizamlanmalı davranışlardan kənar qeyri-rəsmi qaydada ticarət qaydalarına, vergi və digər qanunvericilik aktlarının müddəalarının pozulması ilə nəticələnən münasibətlərə daxil olmuşlar. Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında tapşırıq, ticarət nümayəndəsi, kommersiya konsesiyası, komissiya müqaviləsinin bağlanması ilə bağlı hallar araşdırılmışdır. Tərəflərin bu halla bağlı iradə ifadəsi, hər hansı bir şərtlə bağlı razılıqları və ya təşəbbüsləri olmadığından tərəflər arasında qeyd edilən müqavilə münasibətləri yaranmamışdır. Məhkəmə eyni zamanda bildirmişdir ki, cavabdeh cavabdeh1 polis orqanlarında verdiyi izahatında 152490 manat məbləğində iddiaçıya borcunun qaldığını bildirmiş və bunu ödəyəcəyini bildirmişdir. Bu halla bağlı cavabdehin münasibəti öyrənilmiş, o, qeyd edilən tarixdə atasının xəstə olması səbəbindən polis müstəntiqi tərəfindən yazılan izahata imza etdiyini bildirmişdir. Məhkəmə bu halla razılaşmır və bildirir ki, cavabdeh1 tərəfindən izahat ##.##.2025-ci il tarixdə verilmiş, atası Vaqif Abdullayevin 2024-cü ilin oktyabr ayından mütəmadi olaraq xəstəliyi ilə bağlı həkimə, təcili tibbi xidmətə müraciətlər edilmiş, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək evdə ambulator müalicədə olmuşdur və sonuncu qeyd edilən tarixdə vəfat etmişdir. Göründüyü kimi qeyd edilən izahatın verilmə tarixi ilə cavabdehin atasının vəfat etmə tarixləri arasında bir ay fərq vardır. Bundan əlavə cavabdeh1 polis orqanında verdiyi izahatında balıq yeminin satışı və borc məbləğləri və digər hallarla bağlı dəqiq və konkret formada ifadə etməsi məhkəmədə bir daha əminlik yaradır ki, həmin izahat verilərkən hər hansı iradəyə zidd maneə olmamış və sərbəst izahat vermişdir. Belə ki, yazılmış ifadədə olan konkret məqamlar və detallar yalnız cavabdeh1 tərəfindən bildirilə bilərdi. Bu hallar məhkəmə iclasında cavabdeh1 bildirilmiş, həmin hallara izah verilməsi nəzərinə çatdırılmış, cavabdeh1 həmin detalların başqa şəxs tərəfindən bildirməsi ehtimalını əsaslandıra bilməmişdir. Məhkəmə əlavə olaraq bildirmişdir ki, cavabdeh cavabdeh1 iddiaçı tərəfindən satılan balıq yemini digər təsərrüfatlara da satması özünün izahatı, şahidin ifadəsi, eyni zamanda iddiaçının nümayəndəsinin izahatı ilə bir daha təsdiq olunur. Bundan əlavə cavabdeh1 iddiaçıdan təxminən 1000000 manat dəyərində balıq yemi alması onun həmin yemin yalnız cavabdeh hüquqi şəxsə deyil başqa təsərrüfatlara da verməsini bir daha təsdiq edir. Məhkəmə sübutlar əsasında müəyyən edir ki, cavabdeh cavabdeh1 tərəfindən iddiaçı ilə yaxın münasibətləri olması və heç bir müqavilə əsası olmadan cavabdeh1 tərəfindən balıq yeminin cavabdeh hüquqi şəxs də daxil olmaqla digər balıq təsərrüfatlarına satması nəticəsində onun borcu yaranmışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 567, 600, 1091, 1092, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh cavabdeh1 aid hissədə ləğv edilərək iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında rəsmi alqı-satqı müqaviləsinin və ya qarşılıqlı imzalanmış üzləşmə aktının olmadığını qəbul etsə də, iddiaçı İddiaçı MMC-nin birtərəfli qaydada tərtib etdiyi subyektiv cədvəlləri və ilkin mühasibat sənədləri (qaiməfakturalar, yük qaimələri) ilə təsdiq olunmayan iddialarını mötəbər sübut kimi qəbul etmişdir. Daha sonra, cavabdehin (onun) malları kənar təsərrüfatlara sataraq şəxsi mülkiyyətinə keçirməsi və bununla da borc yaratması qənaətinə, heç bir maddi sübutla möhkəmləndirilməyən, yalnız bir nəfər şahidin (Zeynal Rüstəmov) mülahizə xarakterli və dolayı ifadəsinə əsaslanaraq gəlmişdir. Həmçinin, ##.##.2025-ci il tarixdə polis orqanında, ağır mənəvipsixoloji sarsıntı və cinayət təqibi hədəsi altında imzaladığım izahatı öhdəliyin qəbul edilməsi kimi qiymətləndirmiş, mülkiprosessual qaydada bu izahatın digər maddi sübutlarla təsdiq olunub-olunmamasını yoxlamamışdır. Bundan başqa iddiaçıdan borcun yarandığını təsdiq edən ilkin mühasibat sənədlərini tələb etmək əvəzinə, onun "borcun olmadığını sübut edən sənədlər təqdim etmədiyimi" əsas gətirərək, mənfi faktın sübutu vəzifəsini qanunsuz olaraq cavabdehin üzərinə qoymuşdur. Məhkəmə həmçinin malların (yemlərin) bilavasitə cavabdeh2 MMC-nin vətəgəsinə daxil olduğunu və orada istifadə edildiyini təsbit etsə də, bu maddi nemətdən birbaşa bəhrələnən hüquqi şəxsi və onun rəhbərini məsuliyyətdən tam kənarda saxlamış, onun sadəcə icraçı (işçi) statusumu nəzərə almadan borcu fiziki şəxs olaraq onun üzərinə kəsmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pulları iddiaçıya o aparıb vermişdir. Polisin qərarından bugünədən şikayət verməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh1 Mingəçevir şəhərində onunla görüşmüş və qeyd edilən borcu ödəməyə ona söz vermişdir. Bundan başqa, polis orqanında araşdırma zamanı da o borcu etiraf etmiş və həmin vaxtıda borcu ödəyəcəyini bildirmişdir. Yemin ölçülərini, çəkisini göstərməklə həmişə Anar sifariş vermişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən şikayət verməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə borcun ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “cavabdehlərdən müştərək qaydada 152490 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi” tələbinə dair məhkəməyə müraciət etmiş və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən yəni, iddia tələbinin özünə aid hissədə təmin edilməsi hissəsində mübahisələndirmişdir. Apellyator iddia tələbinin tamamilə rədd edilməsini xahiş edir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apellyator birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdeh cavabdeh1 aid hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin polis şöbəsində verdiyi izahatı ağır mənəvipsixoloji təsir altında imzalaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Bərdə rayon X8 Bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, şikayətçi nümayəndə1 satdığı balıq yeminin dəyərinin ona ödənilməməsinə görə müraciəti ilə bağlı HK-*/** nömrəli material üzrə işdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara dair toplanmış material üzrə cavabdeh1 polis orqanında verdiyi izahatında nümayəndə1 atasını 20 ildən artıq müddətdə tanıdığnı, cavabdeh şirkətin rəhbəri cavabdeh3 məxsus təsərrüfatda 2020-ci ildən işlədiyini, cavabdeh3 iddiaçının rəhbəri ilə tanış etməsini, həmin təsərrüfat üçün balıq yemi almasını, 2020-ci ildən ##.##.2024-cü il tarixədək “xxxx” MMCdən təxminən 300 ton, yəni 1000000000 manat məbləğində balıq yemi aldığını, 1 kq balıq yemini keyfiyyətinə uyğun olaraq qiymətinin 2,80 manat - 3,50 manat arası olduğunu, işdən azad edildiyi tarixə nümayəndə1 borcunun 200000 manat olmasını, sonradan təxminən 50000 manat ödəniş etməsini, borcunun 152490 manat qaldığını bildirmişdir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, HK-*/** nömrəli material üzrə araşdırma aparılan zaman cavabdeh cavabdeh1 bir neçə dəfə izahat vermişdir. Cavabdeh verdiyi bütün izahatlarında da iddiaçıya olan borcunu etiraf etmişdir (hətta borcun yalnız ona məxsus olduğunu bildirmişdir). Məhkəmə kollegiyası eyni zamanda cavabdehin atasının xəstəliyi ilə əlaqədar izahatı oxumadan imza etməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Bundan başqa, həmin izahat verilərkən cavabdehə qarşı hər hansı iradəyə zidd maneə olmamış və sərbəst izahat vermişdir. Belə ki, yazılmış ifadədə olan konkret məqamlar və detallar yalnız cavabdeh1 tərəfindən bildirilə bilərdi. Bu hallar birinci instansiya məhkəməsində cavabdeh1 bildirilmiş, həmin hallara izah verilməsi nəzərinə çatdırılmış, cavabdeh1 həmin detalların başqa şəxs tərəfindən bildirməsi ehtimalını əsaslandıra bilməmişdir. Bundan başqa, cavabdeh cavabdeh1 həmin izahatları hədə-qorxu, təzyiq və ya təsir altında da verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, şikayət həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi şəxsin məsuliyyətdən kənar qalması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, doğrudan da qanunvericiliyə əsasən əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar işəgötürən öz işçisinin hərəkətlərinə görə məsuliyyət (həmçinin birgə məsuliyyət) daşıyır. Lakin, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Hazırki işdən görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh cavabdeh1 isə apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apellyator birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdeh cavabdeh1 aid hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Göründüyü kimi, hüquqi şəxsin məsuliyyət məsələsi apellyasiya baxışının predmeti olmamışdır. Odur ki, kollegiya prosessual qənaət prinsipi baxımından hüquqi şəxsin məsuliyyət məsələsinə yenidən qiymət vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın sübut edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində iddia tələbinin ona aid hissədə də sübuta yetirilmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, mülki prosesdə sübutların bir neçə təsnifatı mövcuddur və onlardan birinin əsasını sübutla müəyyən edilməli olan fakt arasında olan əlaqə təşkil edir. Belə təsnifata əsasən sübutlar birbaşa və dolayı sübutlara bölünür. Birbaşa sübutlar – sübut edilən faktla birmənalı əlaqəyə malikdir, yəni, əminliklə onun mövcudluğu qənaətinə gəlməyə imkan verir (məsələn, tərəflər arasında imzalanmış təhvil-təslim aktı əşyanın təhvil verilməsinin birbaşa sübutudur). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. Iş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetərli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər. Dolayı sübutlar faktın mövcud olması haqqında bir neçə müxtəlif nəticə çıxarmağa imkan verir. Onlar yalnız faktın mövcud olmasını ehtimal etməyə əsas verirlər. Eyni zamanda, digər sübutlar olmadıqda məhkəmə yalnız aşağıdakı şərtlərə riayət etməklə dolayı sübutlar əsasında qənaətə gəlmək hüququna malikdir: 1) bir yox, bir neçə dolayı sübut olmalıdır; 2) onlardan heç birinin mötəbərliyi şübhə doğurmamalıdır; 3) sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; 4) sübutlara məcmu şəkildə qiymət verilməlidir; 5) sübutlar məcmu şəkildə sübut edilən faktın mövcud olması haqqında birmənalı nəticə çıxarmağa imkan verən sistem formalaşdırmalıdırlar. “Rəsul Cəfərov Azərbaycana qarşı” Insan Hüquqları üzrə Avropa Məhkəməsinin 2010-cu il ## ###### tarixli qərarında da qeyd edilmişdir ki, “...məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. Sübutedici dəyərinə görə sübutlar birbaşa və dolayı sübutlara bölünür. Dolayı sübutlar əsas faktlara, yaxud işin hallarına və ya hadisələrin gedişinə dair elə informasiyaları bildirir ki, onların əsasında əsas faktlar barəsində nəticə çıxarmaq mümkün olur. Iş materiallarına əlavə edilmiş Bərdə rayon X8 Bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına dair toplanmış material üzrə cavabdeh1 polis orqanında verdiyi izahatında nümayəndə1 atasını 20 ildən artıq müddətdə tanıdığnı, cavabdeh şirkətin rəhbəri cavabdeh3 məxsus təsərrüfatda 2020-ci ildən işlədiyini, cavabdeh3 iddiaçının rəhbəri ilə tanış etməsini, həmin təsərrüfat üçün balıq yemi almasını, 2020-ci ildən ##.##.2024-cü il tarixədək “xxxx” MMC-dən təxminən 300 ton, yəni 1000000000 manat məbləğində balıq yemi aldığını, 1 kq balıq yemini keyfiyyətinə uyğun olaraq qiymətinin 2,80 manat - 3,50 manat arası olduğunu, işdən azad edildiyi tarixə nümayəndə1 borcunun 200000 manat olmasını, sonradan təxminən 50000 manat ödəniş etməsini, borcunun 152490 manat qaldığını bildirmişdir. Bundan başqa, cavabdeh qismində dindirilən cavabdeh2 MMC-nin rəhbəri cavabdeh3 izahatında bildirmişdir ki, Ağdaş rayonu Cücük kəndində ona məxsus balıq təsərrüfatı vardır. Həmin təsərrüfata nəzarət etmək üçün mütəxəssis olduğunu bildiyi üçün cavabdeh cavabdeh1 Vaqif oğlunu baş nəzarətçi olaraq 2020-ci ildə işə qəbul etmiş, 43 hektar balıq gölü olmuşdur. Həmin vaxt cavabdeh1 ona balıq yeminin rəhbəri dostu olan Bərdə rayonunda balıqçılıq təsərrüfatından alınmasını təklif etmiş və o da razılaşmışdır. Bu işlərin aparılmasını cavabdeh1 həvalə etmişdir. Iddiaçının nümayəndəsi həmin vaxt nisyə yem satmadığını bildirmiş və o da yemin pulunu əvvəlcədən vermişdir. 2020-ci ildə, 2023-cü ildə və 2024-cü ilədək alınan bütün yem məhsullarına görə yemin dəyəri Polşadan gətirilənədək cavabdeh1 vasitəsilə iddiaçıya çatdırılmışdır. Onlar 2022-ci ildə balıq yemi almamış, balığa yem əvəzinə arpabuğda məhsulu vermişlər. O, 100 ton balıq yemi üçün 2024-cü ilin ######ın #-da avans olaraq 220000 manat pulu cavabdeh1 vermişdir. cavabdeh1 həmin yemin gömrük rüsumu üçün əlavə 10000 manat pulu əlavə olaraq digər cavabdehə vermişdir. Qeyd edilən məbləğin qarşılığı olaraq təsərrüfatına 84 ton yem gətirilmiş, bir kq 3 manat 5 qəpikdən hesablanmışdır. cavabdeh1 öz xahişi ilə 2024cü ilin aprel ayında işdən azad etmişdir. Ondan sonra iddiaçının nümayəndəsi Kamran adlı şəxs ona zəng edərək Anarın ona 200000 manatadək borcunun olduğunu bildirmişdir. O isə yemi almamışdan əvvəl yemin pulunu tam şəkildə cavabdeh1 ödədiyini bildirmiş, havalandırma sistemi üçün 19800 manat borcunun qalmasını bildirmiş, sonradan da həmin məbləği ödəmişdir. Bütün bunları iddiaçının nümayənədəsi nümayəndə1lə dəqiqləşdirmiş və o da bununla razılaşmışdır. 2024-cü ildə 230000 manat balıq yemi üçün ödəniş etmişdir. Onun balıq yemi üçün iddiaçıya borcu qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, cavabdeh1 2024-cü ilin aprel ayında ona olan borcunun əvəzində 3 ton balıq yemi vermiş, həmçinin Ağdaş rayonu Qaradağlı kəndinə maşınla gətirilmiş 24 ton balıq yeminin 10 tonu bir kiloqramı 3 manatdan olmaqla 30 000 manatlıq yem cavabdeh1 tərəfindən Ağdaş rayon yol polisi idarəsinin rəisi Namiq bəyə məxsus balıq təsərrüfatına göndərilmişdir. Qeyd edilən şahidin ifadəsindən sonra cavabdeh1 bu halla bağlı münasibəti öyrənilmiş və o, bildirmişdir ki, fəaliyyət göstərdiyi regionda bir neçə balıq təsərrüfatına iddiaçıya məxsus balıq yeminin alınmasını təklif etmiş və onun tərəfindən yemin çatdırılması təmin edilmişdir. Iddiaçının nümayəndəsi balıq yeminin satıldığı Ağdaş rayonu və yaxın rayonlarda yerləşən təsərrüfatları tanımadığını bildirmiş, lakin başqabaşqa təsərrüfatlardan onlara müraciət daxil olduğunu və distribütoru olduğu Polşadan idxal olunan yemin hansı balıq növləri üçün nəzərdə tutulduğuna dair onlara tez-tez suallar ünvanlanmışdır. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, HK-*/** nömrəli material üzrə araşdırma aparılan zaman cavabdeh cavabdeh1 bir neçə dəfə sərbəst izahat vermişdir. Bundan başqa, ifadələrdə olan konkret məqamlar və detallar yalnız cavabdeh1 tərəfindən bildirilə bilərdi. Bu hallar birinci instansiya məhkəməsində cavabdeh1 bildirilmiş, həmin hallara izah verilməsi nəzərinə çatdırılmış, cavabdeh1 həmin detalların başqa şəxs tərəfindən bildirməsi ehtimalını əsaslandıra bilməmişdir. Həmçinin, cavabdeh cavabdeh1 həmin izahatları hədə-qorxu, təzyiq və ya təsir altında verməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iş materiallarından cavabdeh cavabdeh1 iddiaçıya 152490 manat borcunun qalması müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin münasibətlərin rəsmi sənəd üzrə aparılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, doğrudan da iddiaçı vergidən və dövlət büdcəsinə ödənilməli olan digər məcburi ödənişlərdən yayınmaq üçün alğı-satqı əməliyyatlarını nağd qaydada aparmış və rəsmi sənəd tərtib etməmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, cavabdeh cavabdeh1 iddiaçıya borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli xüsusi qərardadı ilə, iddiaçı İddiaçı MMC barəsində - alğı-satqı əməliyyatlarını nağd qaydada aparmaları, dövlət büdcəsinə ödənilməli vergidən və digər məcburi ödənişlərdən yayınmaları halları ilə bağlı xüsusi qərardadı qəbul edilərək prokurorluğa göndərilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktublarından görünür ki, məhkəmənin bildirdiyi faktlarla bağlı iddiaçı İddiaçı MMC barəsində araşdırma aparılmaqdadır. Məhkəmə kollegiyası qaimə-fakturanın olmaması ilə bağlı dəlillərinə də münasibət bildirərək bir daha qeyd edir ki, iddia tələbinin cavabdeh cavabdeh1 münasibətdə əsaslı olması tərəfləri və iş üzrə şahid qismində dindirilmiş şəxslərin izahatları ilə tamamilə öz təsdiqini tapmışdır. Belə olan halda cavabdeh tərəfin həmin hallara istinad etməsi və ya münasibətlərin rəsmi aparılmaması iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutetmə yükünün düzgün bölüşdürülməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində sübutetmə yükünün cavabdehin üzərinə qoyulmasının düzgün olmadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş veribvermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Hazırki işdən də görünür ki, cavabdeh cavabdeh1 izahatında iddiaçıya 152490 manat borcunun qalmasını bildirmişdir. Belə olan halda isə artıq cavabdeh sübut təqdim etməlidir ki, o həmin pulu ödəmişdir (hal-hazırda). Cavabdeh tərəf isə məhkəməyə belə bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosessual normaların düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə qiymət verən zaman qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar