Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-57/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən e t d i: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə ***R********** nömrəli krеdit razılaşması üzrə 8124.26 manat krеdit bоrcu, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, ***R********** nömrəli krеdit razılaşması üzrə 15525.23 manat krеdit bоrcu, 1308.48 manat faiz bоrcu, 444.03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26280.79 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168.84 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının tutulması, tələbin cavabdeh1 məxsus Zaqatala şəhəri, Cabir Novruz küçəsi, 14 (köhnə Qazangül kəndi ərazisi)-də yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.05 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 26280.79 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168.84 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müvafiq olaraq ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdən banka qaytarmamışdır. Cavabdehlər kredit razılaşması ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən hər iki müqavilə üzrə ödənilməmiş əsas, faiz və cərimə borcları qalmışdır. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında ##.##.2022-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 8034.98 manat əsas bоrc, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, ## ######## 2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 15277.44 manat əsas bоrc, 1308.48 manat faiz bоrcu, 444.03 manat cərimə borcu olmaqla, cəmi 25943.72 manat pul, 166.67 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, borcun tutulmasının cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Cabir Novruz küçəsi, 14 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri (ilkin satış) 27.200 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir. Daha sonra, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin öhdəliklərini yerinə yetirməsi səbəbindən iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh cavabdeh1 da öz növbəsində ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini və özünün də apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiadan imtina ərizəsi qəbul edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsində isə qeyd edilmişdir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Hazırki işdən isə görünür ki, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdildiyini və imtinanın qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh cavabdeh1 da öz növbəsində ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. Iddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina ərizəsi qəbul edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bundan başqa qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə, aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 manat pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin “xxxx” ASC Nərimanov filialında olan bank hesabına (BankVöeni:9900001881, m/h:AZ03NABZN, H/h:AZ47IBAZ3509001 9444176788205, kod: 805711, swift: IBAZAZ2X) ödənilməsi qət edilmişdir. Iş üzrə tərəflər isə həmin halı mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin xərclər də birinci instansiya məhkəməsinin müəyyən etdiyi qayda da tutulmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 161, 263-264, 384, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara a l d ı: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 8124.26 manat krеdit bоrcu, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 15525.23 manat krеdit bоrcu, 1308.48 manat faiz bоrcu və 444.03 manat cərimə borcu olmaqla, cəmi 26280.79 manat məbləğində borcun, ödənilmiş 168.84 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasından imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 8124.26 manat krеdit bоrcu, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, ***R********** saylı krеdit razılaşması üzrə 15525.23 manat krеdit bоrcu, 1308.48 manat faiz bоrcu və 444.03 manat cərimə borcu olmaqla, cəmi 26280.79 manat məbləğində borcun, ödənilmiş 168.84 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi barədə iş üzrə icraata xitam verilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin “xxxx” ASC Nərimanov filialında olan bank hesabına (Bank Vöeni:9900001881, m/h:AZ03NABZN, H/h:AZ47IBAZ3509001 9444176788205, kod: 805711, swift: IBAZAZ2X) ödənilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(3-10)-57/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-57/2026
05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver