Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-68/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Qətnamə Iddiaçı “xxxx” QSC-nin cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - cavabdeh2 iştirakı ilə, Iddiaçı “xxxx” QSC-nin cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları
1. Iş materiallarında olan ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında “xxxx” QSC ilə cavabdeh2 arasında, ##.##.2024-cü il tarixdə bağlanmış ***R********** nömrəli kredit razılşamasına əsasən cavabdeh2 bank tərəfindən 27 ay müddətinə aylıq 1,8333 % olmaqla 20000 manat kredit verilmişdir. cavabdeh2 bank tərəfindən verilmiş kreditin, 27 ay müddətinə aylıq 950 manat sonuncu ay isə 943,35 manat ödəməsi şərti ilə tərəflər arasında ödəniş planı müəyyən edilmişdir.
2. “xxxx” QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***S************ nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh3 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
3. “xxxx” QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***S************ nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
4. “xxxx” QSC ilə cavabdeh4 arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***S************ nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh4 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
5. İddiaçı QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh2 **************** nömrəli hesabına bank tərəfindən 20000 manat məbləğində pul köçürülmüşdür.
6. Iş materiallarında olan İddiaçı QSC ilə cavabdeh2 və cavabdeh3 arasında bağlanmış ***N************ nömrəli ##.##.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzil ##.##.2020-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
7. Iş materiallarında olan hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************-*****-****** nömrəli çıxarışadan görünür ki, Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilin ipoteka müqaviləsindən irəli gələn yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Iş materiallarında olan Zaqatala rayon Mənzil Istismarı idarəsindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan görünür ki, Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzildə cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh3 Elbrus qızı və X2 qeydiyyatdadırlar.
9. Iş materiallarında olan cavabdeh2, cavabdeh3, cavabdeh4 tərəfindən imzalanmaqla təsdiq edilmiş ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli ərizələrdən görünür ki, cavabdeh2, cavabdeh3, cavabdeh4 həmin ərizəni imzalamaqla Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə və kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsində razı olduqlarını və əmlakın boşaldılmasına etiraz etmədiklərini bildirmişlər.
10. Iş materiallarında olanİddiaçı QSC tərəfindən cavabdeh2, cavabdeh3 ünvanlanmış ##.##.2025-ci il tarixli “ipoteka predmentinə tutmanın yönəldilməsi” haqqında bildirişlərdən görünür ki, cavabdeh2, cavabdeh3 kredit müqaviləsi üzrə ödənişi etmədiyi halda, ipoteka qoyduğu əmlaka tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin ** saylı Ərazi Idarəsindən İddiaçı QSC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məlumatda Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alıdığı bildirilmişdir.
12. Iş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş ##.##.2025-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 İddiaçı QSC-yə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 17673,89 manat əsas borc, 2091,52 manat faiz, 678,68 manat cərimə borcu olmaqla cəmi 20444,09 manat borcu yaranmışdır.
13. Iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, Zaqatala şəhəri, ** nömrəli SMDnin ərazisində yerləşən ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi cavabdeh3 məxsus olan, ½ hissəsi cavabdeh2 məxsus olan * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilin likvid dəyəri 45000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
14. Iş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
II. Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 17673.89 manat məbləğində krеdit bоrcu, 2091.52 manat məbləğində faiz bоrcu və 678.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20444,09 manat məbləğində bоrcun, ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv. m , yaşayış sahəsi 38.5 m, yardımçı sahəsi 32.9 kv. m -dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 20444,09 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 “xxxx” QSC ilə bağladığı ##.##.2020-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 xxxx QSC ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 2326.11 manat ödəmiş, onun 17673.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 2091.52 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 192 gün üçün hеsablanmış cərimə 678.68 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh3, cavabdeh4, cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh, ipoteka qoyan cavabdeh2, ipoteka qoyan cavabdeh3 və bank arasında bağlanılmış ##.##.2020-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m , yaşayış sahəsi 38.5 kv.m , yardımçı sahəsi 32.9 kv.m -dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəlimənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2020-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 m , yaşayış sahəsi 38.5 m , Yardımçı sahəsi 32.9 m –dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzil cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka predmetində qeydiyyatda olanlar və yetkinlik yaşına çatanlar cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMDnin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m , yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m –dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəlievin 2-cimərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzili İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surətiəlavə olunur). “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi kimi nəzərdə tutulmuşdur. Ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka qoyana “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi şəxsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı QSC ipoteka Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi şəxsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, 2020-ci ildən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisidir. Bu günə kimi ödənişləri vaxtı-vaxtında edib və heç bir gecikmə də olmayıb. Başqa banklara da kredit borcu və bir sıra başqa borcları da var idi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən ona kredit götürüb digər banklardakı kreditini bağlamasını və sadəcə onların bankına ödənişlər etməsini təklif etdilər. O da razılaşıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən kredit götürüb, digər borclarını ödəyib. Hər ay 950 manat məbləğində banka ödəniş edirdi. Lakin 3 yaşlı övladının səhhətində olan problemlərə görə onun müalicəsi müəyyən xərclər tələb edirdi. Övladının müalicəsi üçün hal-hazırda da əlindən gələni edir. Banka ödənişlər edə bilməməyi bu səbəbdən yaranmışdır. Fındıq bağı var və həmin bağı da satışa çıxarıb, oranı satıb borcunu ödəyəcəkdir.
18. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 müştərək qaydada ##.##.2024-ci il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə 17673.89 manat məbləğində krеdit bоrcu, 2011,85 manat məbləğində faiz bоrcu və 678.68 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20364,42 manat məbləğində bоrc, ödənilmiş 151.34 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqına görə pul tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ##.##.2024-ci il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə borc məbləği cavabdehlər cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan cavabdeh2, cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, ** nömrəli SMD-nin ərazisində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 38.5 kv.m, yardımçı sahəsi 32.9 kv.m-dən ibarət, ½ hissəsi cavabdeh3, ½ hissəsi cavabdeh2 məxsus * nömrəli evin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı * nömrəli mənzilin likvid dəyəri (ilkin satış) 45000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin ##.##.2024-ci il tarixli, ***R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh1 müştərək qaydada tutularaq “xxxx Group” MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 17673.89 manat məbləğində əsas və 678.68 manat məbləğində cərimə borcunun tutulması hissəsində hissəsində əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində qeyd olunan məbləğdə, yəni 2011,85 manat məbləğində təmin edilməlidir.
21. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 45.000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 270.1, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 470.1, 472.1, 472.2, 462.1, 467-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3, 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6.1.5, 6.2, 14.2, 77.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə işin faktiki halları və tərəflərin real vəziyyəti tam, obyektiv və hərtərəfli araşdırılmadan çıxarılmışdır. Xüsusilə mənim ailə və maliyyə vəziyyəti, o cümlədən azyaşlı övladımın ciddi sağlamlıq problemi və bununla bağlı yüksək müalicə xərcləri nəzərə alınmamışdır. Halbuki bu hallar öhdəliklərin vaxtında icra edilməməsinin obyektiv səbəblərini təşkil edir və məhkəmə tərəfindən mütləq qiymətləndirilməli idi. Lakin qətnamədə bu mühüm amillərə hüquqi qiymət verilməmişdir. Bundan başqa, bankla münasibətlər çərçivəsində borcun restrukturizasiyası, ödəniş qrafikinin dəyişdirilməsi və ya digər alternativ həll yollarının mövcud olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Halbuki mübahisələrin həllində daha az zərərli vasitələrin tətbiqi imkanları nəzərdən keçirilməli və borclunun real vəziyyəti ilə uyğunlaşdırılmalı idi. Məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmadan ən sərt tədbirə üstünlük vermişdir. Qətnamə ilə müəyyən edilmiş cərimə (penya) məbləği də tənasübsüz dərəcədə yüksəkdir. Gündəlik 0,5% həcmində hesablanmış cərimə real zərərə uyğun gəlmir və borcun həddindən artıq artmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə əsasən, məhkəmə belə hallarda dəbbə pulunu azalda bilərdi. Lakin bu məsələ lazımi səviyyədə qiymətləndirilməmiş və cərimə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi son tədbir kimi əsaslandırılmamışdır. Mübahisəli mənzil ailənin yeganə yaşayış yeridir və daha yüngül tədbirlərin tətbiqi yəni borc tələbinin ipoteka predmetinə yönləndirilmədən mümkün olduğu halda birbaşa hərrac yolu ilə satış barədə qərar qəbul edilməsi balanslılıq prinsipinə uyğun deyildir. Bu baxımdan məhkəmənin yanaşması balanslı və ədalətli hesab edilə bilməz. Nəhayət, işə baxılarkən prosessual qaydalara da tam riayət olunmamışdır. Digər cavabdehlərin iştirakı təmin edilməmiş, onların mövqeyi və izahatları hərtərəfli araşdırılmamışdır. Bu isə işin obyektiv, hərtərəfli və ədalətli araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Faizlər (o cümlədən gecikmə faizləri) yalnız əsas borcun qalığına hesablanmalıdır. Bank tərəfindən faizə faiz (mürəkkəb faiz) tətbiq edilməsi yolverilməzdir. Əgər borcun bir hissəsi ödənilmişdirsə, bankın əvvəlki (tam) məbləğə faiz hesablamağa davam etməsi qanunsuz hesab olunur. Iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsasən, ipoteka predmetinin likvid dəyəri 45 000 manat müəyyən edilmişdir. Lakin qeyd olunan qiymətləndirmə birtərəfli qaydada aparılmış, cavabdeh kimi mənim iştirakım təmin edilməmiş və həmin rəyə etiraz etmək imkanım məhdudlaşdırılmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, rəy üzrə müəyyən edilmiş məbləğ bazar dəyəri deyil, likvid (təcili satış) dəyəridir və bu, əmlakın real bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olur. Bu isə əmlakın açıq hərracda daha aşağı qiymətə satılması və nəticədə mənim əmlak hüquqlarımın pozulması ilə nəticələnə bilər. Qanunun tələblərinə əsasən, belə hallarda əmlakın dəyəri mübahisələndirildikdə müstəqil və obyektiv qiymətləndirmə aparılmalıdır. Lakin məhkəmə bu məsələyə kifayət qədər diqqət yetirməmiş, alternativ və ya təkrar qiymətləndirmə təyin etməmişdir. Bu səbəbdən ipoteka predmetinin dəyərinin yenidən, müstəqil ekspertiza qaydasında müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin əsas borc üzrə faizlərin və cərimə məbləğinin tutulması hissəsində, habelə kredit borcunun ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması hissəsində ləğv edib həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
26. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
27. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. Iş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini faiz və cərimə borcları və ipoteka predmeti olan mənzilin likvid dəyərinin (ilkin satış) 45000 manat məbləğində müəyyən edilməsi hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
33. Maddə 269. Girov və ipoteka hüququ anlayışı - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...). - 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (...).
34. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
35. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (...).
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
43. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
44. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (...).
47. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu :
48. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;
49. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...); - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (...).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 20000 manat məbləğində pulu cavabdeh cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Həmçinin bankla cavabdeh3, cavabdeh4, cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən onlar, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borclu cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərlərinə götürmüşlər. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə müraciət etmişdir.
64. Iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
65. Apellyasiya şikayətinin başlıca dəlilləri faiz və cərimə borclarının yüksək məbləğdə hesablanması ilə bağlıdır.
66. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, apellyator faiz və cərimə borcu ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.
67. Eyni zamanda cavabdeh cavabdeh2 kredit razılaşması üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin faizlərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmasının məzmununu mübahisələndirməmişdir.
68. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır.
69. Cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə ##.##.2024-cü il tarixli müqavilə üzrə 2011,85 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir.
70. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (Mülki Məcəllə, 462.1, 462.3-cü maddələr)
71. Birinci instansiya məhkəməsinin kredit razılaşmasi üzrə tutduğu cərimənin həcmi (678,68 manat) təmin olunan əsas borcun (17673,89 manat) 3,8%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tələflərin əmlak mənafelərinə uyğun olmaqla, tutulmuş cərimə pulunun tənasübsüz surətdə yüksək olması anlamına gəlmir.
72. Belə olan halda şikayətin həmin dəlilləri əsassız hesab edilməlidir.
73. Eyni zamanada kollegiya qeyd edir ki, tərəflər müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyi təqdirdə gecikdirilmiş hər gün üçün cərimə hesablanması haqqında razılığa gəlmiş, müqavilə şərtinə uyğun cərimə hesablanmışdır.
74. Apellyasiya şikayətinin digər dəlili hazırkı kommersiya mübahisəsi üzrə ipoteka predmetinin likvid dəyəri ilə bağlı olmaqla yenidən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsi barədədir.
75. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırması zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan mənzilin likvid dəyəri 45.000 manat müəyyən edilmişdir.
76. Kollegiya həmin dəlillə bağlı ilk növbədə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi ##.##.2020-ci il tarixdə bağlandığından mübahisənin həllində “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun həmin vaxtı qüvvədə olan 1.0.9 və 39.3.3-cü maddələrinə istinad edilməlidir.
77. Iş üzrə verilmiş qiymətləndirmə rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
78. Kollegiya qeyd edir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
79. Eyni zamanda cavabdeh cavabdeh2 mənzilin qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) işə baxan məhkəmələrə təqdim etməmişdir.
80. Qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən əhəmiyyətli dərəcədə (təqribən 2 dəfəyə yaxın) artıqdır.
81. Birinci instansiya məhkəməsi tərəfindən alınmış ipoteka predmetinin likvid dəyəri ilə razılaşmayan cavabdeh cavabdeh2 ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyərinin aşağı həddə müəyyən edilməsinin (24.000 manat) ağlabatan izahını verə bilmədi.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
83. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** saylı mütəxəssis rəyinin aydın, tam olmamasına və əsassızlığına dair heç bir şübhə yoxdur.
84. Təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsinə dair MPM-in 102-ci maddəsində göstərilmiş əsaslar hazırkı işdə mövcud olmamışdır.
85. Eyni zamanda, cavabdeh təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatətini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq gətirməmişdir.
86. Belə ki,qiymətləndirmə rəyi məhkəmənin qərardadı əsasında verilmiş, qiymətləndirici tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Apellyator isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
87. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə alınmış qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.
88. Kollegiya apellyasiya şikayətinin işə baxılarkən prosessual qaydalara da tam riayət olunmaması, digər cavabdehlərin iştirakı təmin edilməməsi və bununla da onların mövqeyi və izahatlarının hərtərəfli araşdırılmamasına dair dəlillərini də əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən digər cavabdehlər işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.
89. Kollegiya apellyasiya şikayətinin işə baxan məhkəmə tərəfindən cavabdehin real maliyyə və ailə vəziyyətinin, borcun restrukturizasiyası və alternativ həlli imkanlarının araşdırılmaması barədə dəlili ilə bağlı vurğulayır ki, qeyd olunan məsələlər kredit müqaviləsinin tərəfləri kimi kreditor və borclunun öz aralarında məhkəmədən kənar müzakirə oluna bilər. Iddiaçı məhkəmə kollegiyasının iclasında təkrarən təmsil olunmadığından onun nümayəndəsinin qeyd olunan məsələlər barədə mövqeyinin öyrənilməsi mümkün olmamışdır.
90. Apellyasiya şikayətinin iş üzrə cavabdehlərin öhdəliklərinin müştərək qaydada müəyyən edilməsinin sübut olunmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, qanunun tələbinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllə, maddə 472.1, 472.2).
91. Hazırkı mübhahisə üzrə “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü maddələrində nəzərdə tutulmuş ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar baş verdiyindən birinci instansiya məhkəməsi tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracda satılmasını qət etməkdə haqlı olmuşdur.
92. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
93. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
94. Insаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
95. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Insаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
96. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
97. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
98. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov