Məhkəmə qərarları › İş №e-2-2(3-10)-76/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-76/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-76/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq Razılaşma üzrə 1360,29 manat məbləğində krеdit bоrcu, 127,55 manat məbləğində faiz bоrcu və 37,27 manat məbləğində cərimə borcu və ***R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq Razılaşma üzrə 1454,55 manat məbləğində krеdit bоrcu, 107,48 manat məbləğində faiz bоrcu və 41,7 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3128,84 (üç min yüz iyirmi səkkiz manat 84 qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51,29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan qismində cavabdeh1 və zamin qismində cavabdeh2 “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2024-cü il tarixli ***L************ saylı Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 1000000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq razılaşma ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kredit alan cavabdeh1 kredit verən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq Razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, Ödəniş Planı üzrə hissəhissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. O, Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh cavabdeh1 götürdüyü krеdit bоrcundan 5639,71 manat ödəmiş və onun 1360,29 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan cavabdeh1 həmin Razılaşma üzrə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 137 gün üçün hesablanmış faiz borcu 127,55 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 137 gün üçün hеsablanmış cərimə 37,27 manat təşkil edir. Bundan başqa, Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kredit alan cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2024-cü il tarixli ***R********** saylı “Kredit sazişi-biznes krediti və girov” barədə qarışıq Razılaşma əsasında 19 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, Ödəniş Planı üzrə hissəhissə qaytarmaq şərti ilə 3100 (üç min yüz) manat məbləğində krеdit götürmüşdür. O, Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq, həmin Razılaşma üzrə dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən Banka qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 1645,45 manat ödəmiş və onun 1454,55 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 162 gün üçün hesablanmış faiz borcu 107,48 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 162 gün üçün hеsablanmış cərimə 41,7 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən cavabdеh cavabdeh2 zamin qismində kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 1360,29 manat məbləğində krеdit bоrcu, 119,3 manat məbləğində faiz bоrcu, 37,27 manat məbləğində cərimə borcu və ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 1454,55 manat məbləğində krеdit bоrcu, 104,54 manat məbləğində faiz bоrcu, 41,7 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3115,65 manat məbləğində pul və ödənilmiş 51,15 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan cavabdeh1 və zamin cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh1 120 ay müddətinə 1000000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2024-cü il tarixdə kredit sazişi-biznes krediti və girov barədə ***R********** nömrəli qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 26 % оlmaqla, 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında ##.##.2024-cü il tarixdə kredit sazişibiznes krediti və girov barədə ***R********** nömrəli qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh1 19 ay müddətinə, illik faiz dərəcəsi 25 % оlmaqla, 3100 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarış məlumatından görünür ki, cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 1360,29 manat məbləğində krеdit bоrcu, 127,55 manat məbləğində faiz bоrcu və 37,27 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1525,11 manat məbləğində bоrcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarış məlumatından görünür ki, cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 1454,55 manat məbləğində krеdit bоrcu, 107,48 manat məbləğində faiz bоrcu və 41,7 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1603,73 manat məbləğində bоrcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh1 **************** nömrəli hesabına bank tərəfindən 7000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh1 **************** nömrəli hesabına bank tərəfindən 3100 manat məbləğində pul köçürülmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ##.##.2025ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilələr ilə nəzərdə tutulmuş 7000 manat və 3100 manat məbləği müxtəlif vaxtlarda cavabdeh cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrclarından qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas və cərimə borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilələr üzrə faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə ##.##.2024-cü il tarixli müqavilə üzrə 119,3 manat məbləğində, ##.##.2024-cü il tarixli müqavilə üzrə isə 104,54 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi üzrə faiz borcu xəbərdarlıq məktubunda qeyd olunan məbləğlərə münasibətdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişlər. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməli və ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə 1360,29 manat məbləğində krеdit bоrcu, 119,3 manat məbləğində faiz bоrcu, 37,27 manat məbləğində cərimə borcu, ##.##.2024-cü il tarixli krеdit razılaşması üzrə isə 1454,55 manat məbləğində krеdit bоrcu, 104,54 manat məbləğində faiz bоrcu, 41,7 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi hər iki müqavilə üzrə 3115,65 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,15 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 51,29 manat məbləğində pul Dövlət Büdcəsinə ödənilmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 428.4, 442, 448.2, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741, 743.1 və 743.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1 və 284-6.2-ci maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

-3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, bəzi mühüm hallar isə ümumiyyətlə nəzərə alınmamış və ya düzgün qiymətləndirilməmişdir. Bu baxımdan, işin halları üzrə onun mövqeyi aşağıdakı kimidir: Iş materiallarından göründüyü kimi, onunla iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında ##.##.2024-cü il tarixli Uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, həmin müqavilə çərçivəsində sonradan ##.##.2024-cü il tarixli 7000 manat və ##.##.2024-cü il tarixli 3100 manat məbləğində Kredit Sazişləri imzalanmışdır. Həqiqətən də, qeyd olunan kredit vəsaitləri Bank tərəfindən onun hesabıma köçürülmüş və o, bu faktı inkar etmir. Eyni zamanda qəbul edir ki, götürülmüş kreditlər üzrə müəyyən müddət ərzində ödənişlər həyata keçirilmiş, lakin sonradan obyektiv səbəblərdən ödənişlərin vaxtında və tam şəkildə icrası mümkün olmamışdır. Belə ki, iş materiallarında da öz əksini tapdığı kimi, cavabdeh kredit öhdəlikləri üzrə əhəmiyyətli hissəni – birinci kredit üzrə 5639,71 manat, ikinci kredit üzrə isə 1645,45 manat məbləğində ödəniş etmişdir. Bu hal onu göstərir ki, o, öhdəliklərdən yayınmaq niyyətində olmamış, əksinə, imkan daxilində öhdəliklərini yerinə yetirməyə çalışmışdır. Lakin, o, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qəbul edilmiş bəzi hallar ilə razı deyil və onları mübahisələndirir. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışlarını və hesabdan çıxarışları heç bir əlavə yoxlama və ya müqayisəli təhlil aparmadan əsas sübut kimi qəbul etmiş, həmin sənədlərdə göstərilən borc məbləğlərinin düzgünlüyünü araşdırmamışdır. Halbuki, bu sənədlər birtərəfli qaydada Bank tərəfindən tərtib olunmuş və onların obyektivliyi mübahisə doğurur. Məhkəmə tərəfindən kredit üzrə hesablamaların, o cümlədən faiz və cərimə məbləğlərinin necə formalaşdığı, hansı dövrə və hansı əsaslara görə hesablandığı ətraflı şəkildə yoxlanılmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən onun faktiki maliyyə vəziyyəti, ödəniş qabiliyyətinə təsir edən hallar, o cümlədən ödənişlərin gecikməsinə səbəb olmuş obyektiv səbəblər araşdırılmamışdır. Halbuki, mübahisənin düzgün həlli üçün bu hallar mühüm əhəmiyyət kəsb edir. Kredit alan tərəfindən ödənişlərin gecikdirilməsi qəsdən deyil, müəyyən iqtisadi və şəxsi çətinliklərlə bağlı olmuşdur və bu hallar məhkəmə tərəfindən nəzərə alınmalı idi. Eyni zamanda, məhkəmə işə sadələşdirilmiş icraat qaydasında baxaraq tərəfləri məhkəmə iclasına çağırmamış, cavabdehə izahat vermək, etirazlarını əsaslandırmaq və əlavə sübutlar təqdim etmək üçün real imkan yaratmamışdır. Bildirişlərin faktiki olaraq cavabdehə çatıb-çatmadığı, onların məzmunu ilə tanış olub-olmadığı da araşdırılmamışdır. Nəticədə, iş üzrə cavabdehin mövqeyi məhkəmə tərəfindən dinlənilmədən qərar qəbul edilmişdir ki, bu da işin hallarının tam və obyektiv araşdırılmasına mane olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun cavabdehə faktiki olaraq təqdim olunubolunmaması, həmin məktubun məzmunu ilə tanış olub-olmamağı, eləcə də bu məktubdan sonra ona öhdəliklərin icrası üçün real və yetərli müddətin verilib-verilməməsi kimi mühüm hallar da araşdırılmamışdır. Məhkəmə cavabdehin təqsirinin olub-olmamasını, ödənişlərin gecikməsinin səbəblərini araşdırmadan məsuliyyət tətbiq etmişdir. Cavabdehin maliyyə vəziyyəti və obyektiv çətinlikləri nəzərə alınmamış, nəticədə məsuliyyət məsələsi formal şəkildə həll edilmişdir. Məhkəmə kredit müqavilələrinin mövcudluğunu əsas götürərək borcun tam şəkildə sübuta yetirildiyi qənaətinə gəlmişdir. Halbuki, müqavilənin mövcudluğu ilə, ondan irəli gələn borcun konkret məbləği və tərkibi arasında hüquqi fərq vardır. Məhkəmə bu fərqi nəzərə almadan müqavilənin mövcudluğunu - borcun məbləğinin sübutu kimi qiymətləndirmişdir ki, bu da normanın düzgün tətbiq edilməməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4cü maddəsi də iş üzrə düzgün tətbiq olunmamışdır. Bu norma kreditorun müəyyən hallarda öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququnu nəzərdə tutur. Lakin bu hüququn həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş şərtlərin – xüsusilə borclunun ödəniş qabiliyyətini itirməsi və ya təminatın azalması kimi halların mövcudluğu sübut edilməlidir. Məhkəmə isə bu halların faktiki olaraq baş verib-vermədiyini araşdırmadan kreditorun tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin ödənişləri gecikdirməsini avtomatik olaraq öhdəliyin tam pozulması kimi qiymətləndirmiş, lakin qismən icra faktını və bunun hüquqi nəticələrini nəzərə almamışdır. Halbuki, öhdəliyin qismən icrası onun tam icra edilməməsi ilə eyni hüquqi nəticələr doğurmur və bu hal fərqli hüquqi qiymətləndirmə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 743.1-ci maddələri (kredit müqaviləsinin mahiyyəti) də düzgün tətbiq edilməmişdir. Məhkəmə bu maddələrə istinad etsə də, kredit münasibətlərində tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı balansını nəzərə almamışdır. Xüsusilə, kreditorun da müəyyən öhdəliklərə malik olması, o cümlədən düzgün hesablamalar aparmaq və borclunu vaxtında məlumatlandırmaq kimi vəzifələri qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi faizlərin ödənilməsi qaydasını müəyyən etsə də, məhkəmə bu normanı tətbiq edərkən faizlərin hansı dövrə qədər hesablanmalı olduğunu düzgün müəyyən etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə baxmayaraq, faizlərin hesablanmasının dayandırılması anı tam dəqiqləşdirilmədən yekun məbləğ müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən kredit müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçının iradə ifadəsinin hüquqi nəticələri, bu xitamın hansı tarixdən qüvvəyə mindiyi və həmin tarixdən sonra faiz və cərimələrin hesablanmasının hüquqi əsasları tam və düzgün qiymətləndirilməmişdir. Bu isə borcun məbləğinin müəyyən edilməsinə birbaşa təsir edən haldır. Beləliklə, cavabdeh iş üzrə kredit müqavilələrinin bağlanması və kredit vəsaitlərinin verilməsi faktını, eləcə də müəyyən məbləğdə borcun mövcudluğunu qəbul etsə də, məhkəmə tərəfindən müəyyən edilmiş borcun məbləğini, xüsusilə faiz və cərimə hesablamalarını, eləcə də işin araşdırılması qaydasını və sübutların qiymətləndirilməsini əsaslı şəkildə mübahisələndirir. Eyni zamanda bildirir ki, mübahisənin düzgün və ədalətli həlli üçün yuxarıda qeyd edilən, lakin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayan hallar – kredit borcunun real qalığı, faiz və cərimələrin düzgün hesablanması, xəbərdarlıq məktublarının təqdim olunması, eləcə də cavabdehin faktiki maliyyə vəziyyəti və ödəniş qabiliyyəti – apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışları və hesabdan çıxarışlarda göstərilən borc məbləğlərinin düzgünlüyünü və əsaslılığını yoxlamamışdır. Halbuki, kredit borcunun məbləği, onun strukturu (əsas borc, faiz, cərimə) və hesablanma qaydası işin həlli üçün həlledici əhəmiyyətə malikdir. Məhkəmə tərəfindən bu məbləğlərin hansı konkret dövr üzrə, hansı faiz dərəcələri və hansı metodologiya əsasında hesablandığı araşdırılmamış, heç bir ekspertiza təyin edilməmiş, hesablamaların düzgünlüyü müqayisəli təhlil edilməmişdir. Bu hal ona görə mühümdür ki, borcun məbləğinin düzgün müəyyən edilməməsi birbaşa olaraq çıxarılmış qətnamənin məzmununa təsir edir. Bundan əlavə, məhkəmə tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin hansı tarixdən pozulduğu, gecikmənin konkret başlanma anı və davametmə müddəti dəqiq müəyyən edilməmişdir. Iddiaçı tərəfindən göstərilən tarixlər avtomatik olaraq qəbul edilmiş, lakin həmin tarixlərin hansı sübutlarla təsdiq olunduğu, ödəniş qrafiki ilə faktiki ödənişlərin müqayisəsi aparılmamışdır. Bu halın əhəmiyyəti ondan ibarətdir ki, gecikmə müddətinin düzgün müəyyən edilməməsi faiz və cərimə hesablamalarının da səhv olmasına gətirib çıxarır. Digər mühüm məqam ondan ibarətdir ki, məhkəmə tərəfindən iddiaçının cavabdehə göndərdiyini iddia etdiyi xəbərdarlıq məktublarının faktiki olaraq cavabdeh tərəfindən alınıb-alınmaması araşdırılmamışdır. Həmçinin, məhkəmə tərəfindən kredit müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi faktların yaranma anı və bunun nəticələri də aydınlaşdırılmamışdır. Iddiaçı tərəfindən müqaviləyə xitam verilib-verilmədiyi, verilibsə bunun hansı tarixdə və hansı qaydada həyata keçirildiyi, bu xitamın cavabdehə nə vaxt bildirildiyi müəyyən edilməmişdir. Bu hal ona görə mühümdür ki, müqaviləyə xitam verildikdən sonra faizlərin əvvəlki qaydada hesablanması qanunvericiliyin tələblərinə uyğun olmaya bilər və bu, borcun ümumi məbləğinin düzgün hesablanmasına birbaşa təsir edir. Bundan başqa, məhkəmə tərəfindən cavabdehin faktiki ödədiyi məbləğlərin hansı ardıcıllıqla əsas borca, faizlərə və cərimələrə silindiyi də araşdırılmamışdır. Halbuki, ödənişlərin hansı qaydada bölüşdürülməsi borcun qalığının müəyyən edilməsində əsas rol oynayır. Bu məsələ üzrə hər hansı aydınlıq gətirilməməsi nəticəsində qalıq borcun real məbləği düzgün müəyyən edilməmiş ola bilər. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehin maliyyə vəziyyəti, ödəniş qabiliyyətinə təsir edən hallar və öhdəliyin icra edilməməsinin səbəbləri ümumiyyətlə araşdırılmamışdır. Halbuki, bu hallar xüsusilə cərimə məbləğinin tətbiqi və onun ədalətliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə bu halları nəzərə almadan avtomatik olaraq cərimə məbləğini qəbul etmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən zaminin məsuliyyətinin həcmi və xarakteri də tam aydınlaşdırılmamışdır. Zaminlik müqaviləsinin konkret şərtləri, zaminin məsuliyyətinin subsidiar yoxsa birgə xarakter daşıması, zaminə qarşı tələb irəli sürülməsi üçün zəruri olan şərtlərin mövcud olub-olmaması dərindən araşdırılmamışdır. Bu hal ona görə əhəmiyyətlidir ki, zaminin məsuliyyətinin düzgün müəyyən edilməməsi nəticə etibarilə qətnamənin qanuniliyinə təsir edir. Bundan əlavə, işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar olaraq tərəflərin izahat vermək, sübut təqdim etmək və mövqelərini əsaslandırmaq imkanlarının məhdudlaşdırılması da faktiki halların tam aydınlaşdırılmasına mane olmuşdur. Məhkəmə tərəfindən əlavə sübutların tələb edilməsi, tərəflərin dindirilməsi və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi zəruri olduğu halda bu tədbirlər görülməmişdir. Bu isə işin birtərəfli qaydada, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında həll edilməsinə səbəb olmuşdur. Nəticə etibarilə, yuxarıda sadalanan faktiki halların aydınlaşdırılmaması məhkəmənin gəldiyi nəticənin düzgünlüyünə ciddi şübhələr yaradır. Çünki həmin hallar birbaşa olaraq borcun mövcudluğu, məbləği və tərkibi, eləcə də tərəflərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi ilə bağlıdır. Nəticədə, məhkəmənin gəldiyi nəticələr yalnız iddiaçının təqdim etdiyi məlumatlara əsaslanmış, cavabdehin mövqeyi isə nəzərə alınmamışdır. Bu isə tərəflər arasındakı real münasibətlərin düzgün müəyyən edilməsinə mane olmuşdur. Nəticə etibarilə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxarılan nəticələr həmin halların məzmunu ilə uzlaşmır, sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır və tərəflər arasındakı hüquq münasibətlərinin real vəziyyətini əks etdirmir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticələr əsassız hesab edilməli, iş üzrə faktiki hallar yenidən, hərtərəfli və obyektiv şəkildə qiymətləndirilməlidir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. Iş üzrə apellyasiya icraatı: - 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxılması ## #### 2026-cı il tarixə təyin edilmiş və həmin apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yazılı icraatda baxıldığı üçün tərəflər məhkəməyə dəvət edilməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-6.1. Işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *-*(*-**)-***/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmış və hətta, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi üzrə faiz borcunu azaldaraq, faiz borcunu Bank tərəfindən cavabdehlərə ünvanlanmış “borcun ödənilməsi” barədə xəbərdarlıq məktubunda qeyd olunan məbləğlərə münasibətdə təmin etmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsində qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi ## ###### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun və digər hüquqlarının izah olunması barədə tərtib edilmiş ## ###### 2026-cı il tarixli məhkəmə Bildirişini müvafiq qaydada cavabdehlərə göndərmişdir. Hazırkı apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh1 həmin “Bildirişi” ## ###### 2026-cı ildə poçt vasitəsilə rəsmi qaydada almışdır (iş vərəqi: 32). Digər cavabdeh cavabdeh2 isə həmin “Bildiriş” iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ## ###### 2026-cı ildə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi: 30). Lakin, cavabdeh cavabdeh1 tərəfindən Qanunvericiliyin tələb etdiyi qaydada məhkəməyə iddia tələbinə qarşı hər hansı bir etiraz və yaxud, sənəd, müraciət və sair təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində sadələşdirilmiş icraat qaydasında verilmiş iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında məhkəməyə göndərə bilərdi. Odur ki, hazırkı iş üzrə cavabdehlərin Qanunvericiliyin müəyyən etdiyi müddətdə iddia tələbi üzrə hər hansı bir etirazı məhkəməyə təqdim olunmadığından və eyni zamanda, iddiaçı tərəfin iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədlər isə mübahisəyə sadələşdirilmiş icraat qaydasında baxılması və yekun məhkəmə aktının qəbul edilməsi üçün kifayət etdiyindən - iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda, qeyd etmək lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X3 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə ## ###### 2007-ci il tarixli qərarında da qeyd olunur ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 372, 382, 384, 385, 392, 393, 394-1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar