Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-80/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə bağlanmış **-SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 200 000 manat məbləğində kredit xətti ayrılmışdır. Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixdə bağlanmış **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh1 bank tərəfindən 24 ay müddətinə illik 15 % olmaqla 65000 manat kredit verilmişdir. Iddiaçı ASC-nin **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə * saylı əlavəyə əsasən cavabdeh1 bank tərəfindən verilimiş kreditin, 24 ay müddətinə aylıq 3151,63 manat sonuncu ay isə 3151,67 manat ödəmək şərti ilə tərəflər arasında ödəniş qrafiki müəyyən edilmişdir. Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış Z/*****/** nömrəli, ##.##.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2 **-SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu cavabdeh1 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. Iddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış DA/*****/** nömrəli ##.##.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzili, ##.##.2022-ci il tarixdə bağlanmış **-SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin təminatı kimi Iddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************-*****-****** nömrəli çıxarışadan görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin ipoteka müqaviləsindən irəli gələn yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır. xxxx ASC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025- ci il tarixli “ipoteka predmentinə tutmanın yönəldilməsi” haqqında bildirişdən görünür ki, cavabdeh1 kredit müqaviləsi üzrə ödənişi etmədiyi halda, ipoteka qoyduğu əmlaka tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. xxxx ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin ** saylı Ərazi Idarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ##.##.2025-ci il tarixli ərizədən görünür ki, bank tərəfindən ipoteka predmenti olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan cavabdeh1 göndərilmiş bildirişin ##.##.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRXnin ** saylı Ərazi Idarəsindən xahiş edilmişdir. Iddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu və illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 “xxxx” Bank ASC-yə ##.##.2023-cü il tarixli, 12- SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə əsas borcu 33787,97 manat, faiz borcu 3167,62 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2026-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli, 12-SME-1-858- **/* nömrəli kredit müqaviləsi ürzə ##.##.2024-cü il tarixə əsas borcu 34956,73 manat, faiz borcu 3277,19 manat təşkil edir. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyəri 62000 manat təşkil edir Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, «kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Iddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və bu günədək uzun müddət keçmiş və tələb olunan borc ##.##.2025-ci il tarixədək hesablanmış borcdur. Bununla belə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdən sonra cəmi 10565 manat pul ödənilmiş və ödənilən pulun 10070 manatı əsas borcdan, 314,35 manat cərimədən, 180,65 manat faiz borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 24847,93 manat, faiz borcu 3177,84 manat, cərimə borcu 0 manat təkil edir. Eyni zamanda məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh1 ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək 5 faizlə hesablanmış 1614,28 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh1 və cavabdeh2 müştərək qaydada Iddiaçı ASC-nin xeyrinə 2023-ci il ## #### tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu olmaqla ümumilikdə cəmi 29640,05 manat məbləğində borcun, 205.77 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Iddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il ## #### tarixli kredit müqaviləsinə əsasən cavabdeh1 Iddiaçı ASC-nin “Bərdə” filialından illik 29%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. 2023-ci il ## #### tarixli kredit müqaviləsinə əsasən cavabdeh1 Iddiaçı ASC-nin “Bərdə” filialından illik 15%-lə 24 ay müddətinə 65000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdeh1 mülkiyyətindəki Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzili 2022-ci il ## #### tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və cavabdeh2 ilə 2022-ci il ## #### tarixli zaminlik müqaviləsi bağlanmışdır. Ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il ## #### tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2025-ci il ######ın ##-dək cavabdeh1 2023-cü il ## #### tarixli kredit müqaviləsi üzrə banka 34917.93 manat əsas, 3358.49 manat faiz, 1257.38 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 39533.8 manat borcu vardır. 2023-cü il ## #### tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1257.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği 314.15 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, əsas borclu cavabdeh1 ilə Iddiaçı ASC arasında kredit limitin ayrılması barədə 2022-ci il ## #### tarixində müqavilə imzalanmışdır. Həmin müqavilədən sonra cavabdeh1 ayrıca bir kredit müqaviləsinə əsasən illik 15%-lə 24 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, cavabdeh1 mülkiyyətindəki Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kvadrat metr ümumi, 58.9 kvadrat metr yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzili 2022-ci il ## #### tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və cavabdeh2 ilə 2022-ci il ## #### tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəf üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyinə görə məhkəməyə müraciət ediblər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada Iddiaçı ASC-nin xeyrinə 2023-ci il ## #### tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu,cəmi 29640,05 manat məbləğində borcun, 205.77 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kvadrat metr ümumi, 58.9 kvadrat metr yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Iddiaçı ASC-yə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh1 izahatında bildirmişdir ki, bankdan ikinci dəfədir ki, kredit götürüb. Ilk dəfə də 12 aylıq krediti yenilədilər. Kiçik sahibkarlıqla məşğul olur. Kredit götürdüyü pulla iri buynuzlu heyvan almışdı. Lakin aldığı heyvanlar öldü. Sonra banka bildirdi ki, ödəməkdə çətinlik çəkir. Bu məbləğ aylıq ödənişlərə hissə-hissə bölünsün, kreditin restrukturizasiya olunmasını istəyib. Kredit mütəxəssisi deyib ki, bu ayı ödəyin növbəti ayda restrukturizasiya edəcəyik. Həyat yoldaşının qızıllarını başqa banka girov qoyub, ordan kredit götürüb. Götürdüyü kreditlə 11 ayı ödəyib ki, restrukturizasiya olunacaq. Lakin 12-ci ayda yenə bankla əlaqə saxlayıb, oradan deyiblər ki, bu ayı da ödəyin restrukturizasiya edəcəyik. Qohumlardan borc alıb 12-ci ayı da ödəyib. Daha sonra gözlədi ki, restrukturizasiya edəcəklər. Lakin bank tərəfindən restrukturizasiya edilməmişdir. Iddiaçı ASC-nin baş idarəsinin əməkdaşı ilə mütəmadi olaraq əlaqə saxlayır. Müəyyən köməklik göstərirlər. Hər ay ödənişlər həyata keçirir. Bu gündə müəyyən məbləğdə ödəniş edəcək. Mütəmadi olaraq ödənişləri həyata keçirməyə çalışır ki, borcu əmlakına yönəldilməsin. Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyəri 58000 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada ## #### 2023-ci il tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu və illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu olmaqla ümumilikdə cəmi 29640,05 manat məbləğində borc, 178,92 manat ödənilmiş dövlət rüsumuna, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumuna və 36 manat xidmət haqqına görə pul vəsaiti tutularaq iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ## #### 2023-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin cavabdeh cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan cavabdeh cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyərinin (ilkin satış) 62000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin ## #### 2023-ci il tarixli kredit müqaviləsi üzrə Iddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 65000 manat məbləğində pulu cavabdeh cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Həmçinin bankla cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu cavabdeh1 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbinin “tutmanın cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Iddiaçı ASC-nə ödənilməsi” hissəsində də təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak - cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyəri (ilkin satış) 62000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 470, 472, 739.1 və 739.2, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərində 4 otaqlı evin qiyməti düzgün deyil. Belə ki, evin əvvəlcə 62000 manat, sonra isə 58000 manat qiymətləndirməsi ilə razılaşmır. Likvid qiymətləndirmə ilə bağlı təkrar ekspertiza keçirilməsini istəyir. Həmçinin məhkəmədə işə baxılan zaman ödədiyi məbləğin ekpert rəy verən zaman nəzərə alımadığını bildirir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qətnamə qəbul ediləndən sonra cavabdeh tərəf 810 manat pul ödəyib. Həmin məbləğdə icra mərhələsində nəzərə alıncaqdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 36.1. Ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, «kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Iddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və bu günədək uzun müddət keçmiş və tələb olunan borc ##.##.2025-ci il tarixədək hesablanmış borcdur. Bununla belə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdən sonra cəmi 10565 manat pul ödənilmiş və ödənilən pulun 10070 manatı əsas borcdan, 314,35 manat cərimədən, 180,65 manat faiz borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 24847,93 manat, faiz borcu 3177,84 manat, cərimə borcu 0 manat təkil edir. Eyni zamanda məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh1 ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək 5 faizlə hesablanmış 1614,28 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh1 və cavabdeh2 müştərək qaydada Iddiaçı ASC-nin xeyrinə 2023-ci il ## #### tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu olmaqla ümumilikdə cəmi 29640,05 manat məbləğində borcun, 205.77 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Iddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini əmlakın ilkin satış qiyməti və borcun düzgün hesablanmaması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehlərin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit xətti müqavilələri isə bank müştərilərinin rahatlığını, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir. Kredit xətti müqaviləsinin tətbiqi bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə bağlanmış **-SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 200 000 manat məbləğində kredit xətti ayrılmışdır. Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixdə bağlanmış **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh1 bank tərəfindən 24 ay müddətinə illik 15 % olmaqla 65000 manat kredit verilmişdir. Iddiaçı ASC-nin **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə * saylı əlavəyə əsasən cavabdeh1 bank tərəfindən verilimiş kreditin, 24 ay müddətinə aylıq 3151,63 manat sonuncu ay isə 3151,67 manat ödəmək şərti ilə tərəflər arasında ödəniş qrafiki müəyyən edilmişdir. Iddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından isə görünür ki, cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu və illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və lazımınca icra etmədiyinə görə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan borc məbləğinin düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə bağlanmış **-SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, illik 29 faiz dərəcəsi olmaqla 200 000 manat məbləğində kredit xətti ayrılmışdır. Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixdə bağlanmış **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh1 bank tərəfindən 24 ay müddətinə illik 15 % olmaqla 65000 manat kredit verilmişdir. Iddiaçı ASC-nin **-SME-*-***-**/* nömrəli kredit müqaviləsinə * saylı əlavəyə əsasən cavabdeh1 bank tərəfindən verilimiş kreditin, 24 ay müddətinə aylıq 3151,63 manat sonuncu ay isə 3151,67 manat ödəmək şərti ilə tərəflər arasında ödəniş qrafiki müəyyən edilmişdir. Iddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu və illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 “xxxx” Bank ASC-yə ##.##.2023-cü il tarixli, 12- SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə əsas borcu 33787,97 manat, faiz borcu 3167,62 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2026-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli, **-SME-*-***-**/* nömrəli kredit müqaviləsi ürzə ##.##.2024-cü il tarixə əsas borcu 34956,73 manat, faiz borcu 3277,19 manat təşkil edir. Daha sonra isə, iddiaçı Iddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və bu günədək uzun müddət keçmiş və tələb olunan borc ##.##.2025-ci il tarixədək hesablanmış borcdur. Bununla belə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdən sonra cəmi 10565 manat pul ödənilmiş və ödənilən pulun 10070 manatı əsas borcdan, 314,35 manat cərimədən, 180,65 manat faiz borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 24847,93 manat, faiz borcu 3177,84 manat, cərimə borcu 0 manat təkil edir. Eyni zamanda məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh1 ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək 5 faizlə hesablanmış 1614,28 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh1 və cavabdeh2 müştərək qaydada Iddiaçı ASC-nin xeyrinə 2023-ci il ## #### tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu olmaqla ümumilikdə cəmi 29640,05 manat məbləğində borcun, 205.77 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına Iddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin illik 5 faizlə hesablanmış borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1614,28 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göründüyü kimi, cavabdeh tərəfin ##.##.2026-cı il tarixə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu olmaqla ümumilikdə cəmi 29640,05 manat məbləğində borcu qalmışdır. Kollegiya bir məqamıda xüsusilə qeyd edir ki, apellyator şikayətində ümumi qaydada borcun düz hesablanmadığını bildirsə də, konkret olaraq hansı borcun və ya hansı hissəsinin (məbləğ göstərilməklə və ya hansı məbləğin nəzərə alınmadığını) düzgün hesablanmadığı bildirməmişdir. Bundan başa, apellyator şikayətində qətnamənin tam olaraq ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsini xahiş etsə də, şikayətin mahiyyətindən tərəfin borcun bir hissəni qəbul etdiyi görünür (yəni tərəf borcu qismən mübahisələndirir). Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən (maliyyə arayışı, hesabdan çıxarış və s.) görünür ki, tələb olunan borc ##.##.2025-ci il tarixədək hesablanmış borc olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 “xxxx” Bank ASC-yə ##.##.2023-cü il tarixli, 12- SME-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə əsas borcu 33787,97 manat, faiz borcu 3167,62 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2026-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli, **-SME-*-***-**/* nömrəli kredit müqaviləsi ürzə ##.##.2024-cü il tarixə əsas borcu 34956,73 manat, faiz borcu 3277,19 manat təşkil edir. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəqiqləşdirmə ərizəsi və digər sənədlərdən görürün ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdən sonra cəmi 10565 manat pul ödənilmiş və ödənilən pulun 10070 manatı əsas borcdan, 314,35 manat cərimədən, 180,65 manat faiz borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 24847,93 manat, faiz borcu 3177,84 manat, cərimə borcu 0 manat təkil edir. Kollegiya cavabdeh tərəfindən ödənilmiş məbləğin borcdan silinməsi ardıcıllığı ilə bağlı da qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc verən borc alandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəllənin 432.4-cü maddəsinə görə isə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Yuxarıda qeyd edilmiş normadan görünür ki, əgər borclu əsas öhdəlikdən başqa faizləri də ödəməlidirsə onda, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası məqsədi ilə ödənilmiş pul əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına, sonda isə əsas borcun hesabına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf ödənilmiş borca münasibətdə qanunvericiliyə uyğun olaraq (hətta qismən cavabdehin xeyrinə) silinmə aparmışdır. Bundan başqa, apellyator şikayətində borcun az olduğunu bildirsə də, o, hesabdan çıxarışda göstərilmiş məbləğlərdən əlavə hər hansı məbləğdə borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd (qəbz və kassa orderi və s.) təqdim etməmişdir. Eyni zamanda kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Kollegiya hesab edir ki, apellyator tərəfindən hazırki iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən ekspertizanın təyin edilməklə də yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır. Həmçinin, cavabdeh tərəfin xahişi ilə məhkəmə iclası təxirə salınsa (tərəf məhkəməyə dəlilsübut təqdim etməsi üçün şərait yaradılsa) da, o, yenidən məhkəmə iclasına gələməmiş və hər hansı əlavə sübut və ya sənəd təqdim etməmişdir. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Sadalanan həmin hallar onu deməyə əsas verir ki, tərəf ümumi qaydada borcun düz hesablanmadığını bildirsə də, bununla bağlı məhkəməyə konkret dəlil və ya sübut təqdim etməmişdir. Odur ki, kollegiya şikayətin dəlillərini həmin hissədə əsaslı hesab etmir. Məhkəmə kollegiyası son olaraq Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qəbul edildikdən sonra ödənişin edilməsi ilə bağlı isə qeyd edir ki, cavabdeh tərəf həmin halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi dəlili araşdırmaq məqsədilə iddiaçı tərəfdən sonuncu günə “hesabdan çıxarış” alınmışdır. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh cavabdeh1 tərəfindən hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra yəni, ## ###### 2026-cı il tarixdə 810 manat ödəniş edilmişdir. Şəki Kommersiya Məhkəməsi ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində borcun tutulması qənaətinə gələrkən, ## ###### 2026-cı ildə tərtib edilmiş “maliyyə arayışı”nda olan məlumatlara istinad etmişdir. Hazırda məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, ödəniş qətnamə qəbul edildikdən sonra edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamə qəbul edildikdən sonra həmin borcun hər hansı bir hissəsinin ödənilməsi - qəbul edildiyi vaxt əsaslı və qanuni olan qətnamənin tamamilə, yaxud qismən ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola bilməz. Çünki, qətnamə qəbul edildikdən sonra borc üzrə edilmiş ödənişlər icra qaydasında, yəni “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun nəzərə alına və bununla da, cavabdeh tərəfində etdiyi ödənişlərlə bağlı mənafe və maraqları qoruna bilər. Odur ki, qətnamə qəbul edildikdən sonra ödənilmiş 810 manat ödəniş icra mərhələsində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka ilə yüklü edilmiş evin hərracda satılmasının düzgün olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq Iddiaçı ASC ilə cavabdeh1 arasında DA/*****/** nömrəli ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, cavabdeh1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzili, ##.##.2022-ci il tarixdə bağlanmış **- SME-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin təminatı kimi Iddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************-*****-****** nömrəli çıxarışadan görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin ipoteka müqaviləsindən irəli gələn yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı ASC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025- ci il tarixli “ipoteka predmentinə tutmanın yönəldilməsi” haqqında bildirişdən görünür ki, cavabdeh1 kredit müqaviləsi üzrə ödənişi etmədiyi halda, ipoteka qoyduğu əmlaka tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. Iddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin ** saylı Ərazi Idarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ##.##.2025-ci il tarixli ərizədən görünür ki, bank tərəfindən ipoteka predmenti olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan cavabdeh1 göndərilmiş bildirişin ##.##.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRXnin ** saylı Ərazi Idarəsindən xahiş edilmişdir. Iddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 Iddiaçı ASC-yə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24847,93 manat əsas borc, 3177,84 manat faiz borcu və illik 5 faizlə hesablanmış 1614,28 manat faiz borcu yaranmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən iddiaçı yaranmış borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa, qeyd edilən əmlakın ipotekaya qoyulmasına razılıq olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, öhdəliyin icrasının təminatı olaraq ipoteka müqaviləsi bağlandığından məhkəmə ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltməkdə və onun açıq hərracda satılması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirən zaman ilkin olaraq qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Kollegiya qeyd edir ki, “Ipoteka haqqında” Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əmlakın ilin satış qiyməti ilə bağlı hissədə də əsassızdır. Belə ki, tərəflər arasında ipoteka müqavilələri 2022-ci ildə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat məbləğində müəyyən edilmişdir. Işə birinci instansiya məhkəməsində baxılan zaman Mərkəzi Ekspertiza Bürosundan müvafiq rəy alınmışdır. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 62000 manat təşkil edir. Kollegiya həmin rəylə bağlı ilkin olaraq qeyd edir ki, rəy vermiş qurum Azərbaycan Qiymətləndiricilər Palatasında qeydiyyatdan keçməklə həmin palatanın üzvüdür. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X5rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin normativ sənədə görə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətlərinə, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlərinə, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətlərinə, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətlərinə, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarına, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "Internet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarına, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyinə, habelə, nəzarət qaydasında mal alqışının nəticələrinə, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərə, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərə, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlarına dair mənbələrdən istifadə edilir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən tərəflər həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiyası xüsusilə qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan cəmi 3 il müddət keçmiş və keçən müddət ərzində əmak qiymətləri artımışdır. Bu müddət ərzində də əmlak bazarında qiymətlərində artımın olmasını nəzərə alınmalıdır. Hazırki işdən də görünür ki, rəy verilən zaman həmin artım nəzərə alınmışdır. Kollegiya mütəxəssis rəyini təhlil edərkən eyni zamanda qeyd ki, rəy mübahisəni tam əhatə etmiş, həmin rəyi şübhə altına alabiləcək sübutlar istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmışdir. Belə olan halda, rəy ağlabatan və hazırki real vəziyyəti əks etdirdiyi üçün mötəbər hesab edilərək sübut kimi qəbul edilməlidir. Kollegiya daha sonra qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur. Ümumiyyətlə likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Eyni zamanda, borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəf qiymətin daha yüksək olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq sübutları (məsələn: alternativ mütəxəsis və ya ekspert rəyi, elan internet resurslarından və kütləvi informasiya vasitələrindən çıxarışlar və s.) məhkəmələrə təqdim etməmişdir. Belə olan halda kollegiya cavabdehin qeyd etdiklərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iki ekspertiza rəyi olduğundan, həmin rəylər bir-birindən fərqləndiyindən və bu səbəbdən rəylərin inandırıcı olmaması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, doğrudan da hazır ki iş üzrə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün iki dəfə rəy alınmışdır. Belə ki, Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyəri 62000 manat təşkil edir. Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət * nömrəli evin ** nömrəli mənzilin likvid dəyəri 58000 manat təşkil edir. Lakin, iş üzrə qəbul edilmiş məhkəmə aktından da göründüyü kimi, əmlakın ilin satış qiyməti müəyyən edilərkən ekspert rəylərində verilmiş ən yuxarı qiymətlə (yəni, 62000 manat) götürülmüşdür. Bundan başqa kollegiya bir daha xatırladır ki, müqavilə bağlanan zaman tərəflərin razılaşması ilə əmlakın ilkin satış qiyməti 48000 manat müəyyən edilmişdir ki, həmin qiymətdə hazırda müəyyən edilmiş ilkin satış qiymətindən dəfələrlə aşağıdır. Odur ki, kollegiya şikayətin dəlillərini həmin hissədə də əsaslı hesab etmir. Kollegiya əlavə olaraq bildirir ki, ipoteka müqavilə bağlanan dövrdə əmlakın likvid dəyəri ilə bağlı normalar qüvvədə olmuşdur. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllə 217.2). Tərəflər arasında hüquq münasibəti yaranan (müqavilə bağlanan) zaman qüvvədə olan “Ipoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışının daşıdığı mənaya aydınlıq gətirilmişdir. Ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.