Məhkəmə qərarları › İş №e-2-2(3-10)-83/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-83/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-83/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh2 və zamin cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh2 “xxxx” QSC tərəfindən 120 ay müddətinə 3000000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Zamin cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan “xxxx” QSC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılşamasından görünür ki, cavabdeh2 bank tərəfindən 18 ay müddətinə aylıq 1,4167 % olmaqla 125000 manat kredit verilmişdir. cavabdeh2 oğluna bank tərəfindən verilmiş kreditin, 12 ay müddətinə aylıq 7936 manat sonuncu ay isə 7941 manat ödəməsi şərti ilə tərəflər arasında ödəniş planı müəyyən edilmişdir.

3. İş materiallarında olan “xxxx” QSC ilə cavabdeh1 arasında bağlanmış ***S************ nömrəli, ##.##.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh1 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.

4. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh2 **************** nömrəli hesabına bank tərəfindən 125000 manat məbləğində pul köçürülmüşdür.

5. İş materiallarında olan İddiaçı QSC-nin ##.##.2025-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 İddiaçı QSC-yə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 71844,15 manat əsas borc, 3818,20 manat faiz, 890,86 manat cərimə borcu olmaqla cəmi 76553,21 manat borcu yaranmışdır.

6. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ***M************ nömrəli ##.##.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.

7. İş materiallarında olan Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************-***** nömrəli çıxarışadan görünür ki, ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka müqaviləsi əsasında İddiaçı QSC-nin xeyrinə edilmiş yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır.

8. İş materiallarında olan cavabdeh2 tərəfindən imzalanmış ##.##.2021-ci il tarixli ərizədən görünür ki, o, ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə və kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsində razı olduğunu və əmlakın boşaldılmasına etiraz etmədiyini bildirmişdir.

9. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025-ci il tarixli “ipoteka predmentinə tutmanın yönəldilməsi” haqqında bildirişdən görünür ki, cavabdeh1 kredit müqaviləsi üzrə ödənişi etmədiyi halda, ipoteka qoyduğu əmlaka tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. İş materiallarında olan İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin ** saylı Ərazi İdarəsindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əsasən ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyana göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir. II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı “xxxx” QSC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı kredit razılaşması üzrə 71844.15 manat kredit borcu, 3818.20 manat faiz borcu, 890.86 manat cərimə borcu olmaqla cəmi 76553,21 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 319.66 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh1 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 76553,21 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 319.66 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 “xxxx” QSC ilə bağladığı ##.##.2021-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 3000000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 xxxx QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 125000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli ***R**********S saylı, ##.##.2024cü il tarixli ***R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 53155.85 manat ödəmiş, onun 71844.15 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 99 gün üçün hesablanmış faiz borcu 3818.20 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 99 gün üçün hеsablanmış cərimə 890.86 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bununla yanaşı uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh1 İddiaçı QSC ilə bağladığı ##.##.2021-ci il tarixli ***M************ nömrəli sonrakı ipoteka müqaviləsiəsasında ünvan 1 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinintərəfindən verilmiş * №-li reyestr kitabının ** №li vərəqində qeydiyyata alınmış və ##.##.2021-ci il tarixli elektron çıxarışa əsasən ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin cavabdeh2kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxx” QSC tərəfindən cavabdeh-ipoteka qoyan cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı “xxxx” QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, bankdan kredit götürdü. Lakin sonra ödənişlər edə bilmədi. Daha sonra banka müraciət edərək köməklik göstərilməsini xahiş etdi. Bankla razılaşdı və ödəniş aşağı salınıb müqavilənin müddəti uzadıldı. Lakin üstünə yenidən faizlər də gəldi. Onun başqa banka da kredit borcu var. Orada ödənişlər etməlidir. Həmçinin işində də müəyyən problemlər oldu və buna görə ödənişlər edə bilmədi. Keçən il banka müəyyən məbləğdə ödənişlər edib və həmin ödənişlər isə faiz məbləğindən çıxılıb.

14. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə 71844.15 manat kredit borcu, 3536,16 manat faiz borcu, 890.86 manat cərimə borcu olmaqla cəmi 76271,17 manat məbləğində bоrc, ödənilmiş 318,81 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqına görə pul vəsati tutularaq iddiaçı xxxx Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə borc məbləği cavabdeh cavabdeh1 məxsus ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan cavabdeh cavabdeh1 məxsus ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 75000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin ##.##.2023cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə iddiaçı İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada, 150 manatı isə iddiaçı İddiaçı QSC-dən tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-nin Yasamal filialında olan bank hesabına ödənilməsi qət edilmişdir.

15. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi krеdit razılaşması üzrə 71844.15 manat məbləğində əsas borc və 890.86 manat məbləğində cərimə borcunun tutulması hissəsində əsaslıdır.

16. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə ##.##.2023cü il tarixli müqavilə üzrə 3536,16 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi üzrə faiz borcu xəbərdalıq məktubunda qeyd olunan məbləğdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “tutmanın cavabdeh1 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 76553,21 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 319.66 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi” hissəsində də təmin edilməlidir.

18. Məhkəmə həmçinin, hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 75.000 manat məbləğində müəyyən edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 270.1, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 470.1, 472.1, 472.2, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3, 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6.1.5, 6.2, 14.2, 77.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Həmin hissədə qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində əsassızdır, belə ki, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyində ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 75000 manat məbləğində qiymətləndirilmiş, qiymətləndirmə həyata keçirilərkən əmlaka faktiki baxış keçirilməmiş əmlak ipotekaya qoyulan zaman bank tərəfindən çəkilmiş şəkillər qiymətləndiriciyə təqdim edilmiş şəkilə vizual baxışla rəy verilmişdir. Tərəfindən təkrar qiymətləndirmə həyata keçirilməsi üçün vəsatət verilmiş, məhkəmənin ##.##.2026-ci il tarixli qərardadı ilə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Mərkəzi Ekspertiza Bürosuna həvalə edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli məktubu ilə qeyd edilən ərazidə əməkdaşlarının olmaması səbəbindən qərardad icra olunmadan geri qaytarılmış, məhkəmə iş üzrə icraatı təzələyərək “xxxx” MMC-nin rəyinə əsaslanaraq qeyd olunan qətnaməni qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, iş obyektiv araşdırılmamış əsassız qətnamə qəbul edilmişdir. Həmçinin bank tərəfindən əsas və faiz borcları düzgün hesablanmamış bu barədə etiraz edilməsinə baxmayaraq bu hallarda məhkəmə tərəfindən araşdırılmamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. İddiaçının etirazında göstərilmişdir ki, borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, lakin borcun məbləğini mübahisələndirməmiş, hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq faiz borcunu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə uyğun təmin etmişdir. Həmçinin məhkəmə qanuni və ədalətli olaraq cərimə borcu hissəsində də iddia tələblərini təmin etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən dəbbə pulu müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İpoteka predmeti olan əmlakın dəyəri müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən edilmişdir. Rəydən görünür ki, qiymətləndirici tərəfindən tədqiqat aparılan zaman iki əsas qiymətləndirmə metodundan istifadə olunmuşdur: Bazar yanaşması (müqayisəli bazar yanaşması metodu) və xərc yanaşması. Qiymətləndirici tədqiqat zamanı istifadə etdiyi, daşınmaz əmlakların alqı satqısı barədə internet saytlarında eyni ərazidə oxşar ölçülü əmlaklarla bağlı məlumatları rəyində ətraflı şəkildə təhlil etmişdir. İpoteka qoyan olaraq əmlaka baxış keçirilməsinə şərait yaratmaq cavabdehin vəzifəsi idi. Lakin cavabdeh əmlaka baxış keçirilməsinə şərait yaratmamışdır. Hesab edirik ki, rəy konkret, müqayisəli şəkildə tərtib edilmiş, rəydə qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsviri edilmiş, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilmişdir. Cavabdeh borc məbləğinin düzgün hesablanmaması, həmçinin ipoteka predmetinin dəyərinin daha yüksək olmasını qeyd etsə də, bununla bağlı birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə heç bir mötəbər sübut təqdim etməmişdir.

23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcları və ipoteka predmeti olan mənzilin likvid dəyərinin (ilkin satış) 75000 manat məbləğində müəyyən edilməsi hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

29. Maddə 269. Girov və ipoteka hüququ anlayışı - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...). - 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (...).

30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (...).

36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Maddə 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

40. Maddə 741. (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

41. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;

42. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...); - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (...).

43. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: (...); - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

57. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. İş materiallarına əsasən cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 125000 manat məbləğində pulu cavabdeh cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Həmçinin bankla cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borclu cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. Eyni zamanda iddiaçı bankla cavabdeh1 arasında bağlanmış ***M************ nömrəli ##.##.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.

58. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarət olmuşdur ki, qiymətləndirmə həyata keçirilərkən əmlaka faktiki baxış keçirilməmiş əmlak ipotekaya qoyulan zaman bank tərəfindən çəkilmiş şəkillər qiymətləndiriciyə təqdim edilmiş şəkilə vizual baxışla rəy verilmişdir.

59. Kollegiya həmin dəlillə bağlı ilk növbədə qeyd edir ki, tərəflər arasında sonrakı ipoteka müqaviləsi ##.##.2021-ci il tarixdə bağlandığından mübahisənin həllində “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun həmin vaxtı qüvvədə olan (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan) 1.0.9 və 39.3.3-cü maddələri əsas götürülməlidir.

60. Kollegiya həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırması zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında 0.0453 ha torpaq sahəsi və üzərində yerləşən 133.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 75000 manat təşkil edir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

62. Məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında mövcud olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli mütəxəssis rəyinin aydın, tam olmamasına və əsassızlığına dair heç bir şübhə yoxdur.

63. Təkrar məhkəmə əmtəşünaslıq (qiymətləndirmə) ekspertizasının təyin edilməsinə dair MPM-in 102-ci maddəsində göstərilmiş əsaslar hazırkı işdə mövcud olmamışdır.

64. Eyni zamanda, cavabdeh təkrar əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatətini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq gətirməmişdir.

65. Cavabdeh cavabdeh1 fərdi yaşayış evinin qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

66. Qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin sonrakı ipoteka müqaviləsində razılaşdıqları ilkin satış qiymətindən əhəmiyyətli dərəcədə artıqdır.

67. Belə ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin ilkin satış qiyməti 40.000 manat müəyyən edilmişdir.

68. Apellyasiya şikayətinin digər dəlilləri də əsas və faiz borclarının düzgün hesablanmaması ilə bağlıdır.

69. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, apellyator əsas və faiz borcu ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.

70. Eyni zamanda, cavabdeh cavabdeh2 kredit razılaşması üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmasının məzmununu mübahisələndirməmişdir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır.

72. Cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə ##.##.2023-cü il tarixli müqavilə üzrə 3536,16 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir.

73. Cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində iştirak etmiş, lakin tələb olunan borcun məbləğini mübahisələndirməmiş, bununla bağlı hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir.

74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

75. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

76. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

77. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

78. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

79. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar