Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-84/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Qətnamə Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. Işin halları
1. Iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh4 arasında ##.##.2022-ci il tarixdə *-MCR-*-**-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2.50 % olmaqla 100000 manat məbləğində kredit xətti ayrılmışdır.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh4 arasında ##.##.2022-ci il tarixdə *- MCR-*-**-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən ##.##.2022-ci il tarixdə bağlanmış *-MCR-*-**-**/* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh4 bank tərəfindən 36 ay müddətinə aylıq 1.75 % olmaqla 20000 manat məbləğində kredit verilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh2 *-MCR-*-**-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu cavabdeh4 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzrərinə götürmüşdür.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 *-MCR-*-**-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu cavabdeh4 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh3 *-MCR-*-**-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclu cavabdeh4 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
6. Iş materiallarında olan hesabdan çıxarış və ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh4 İddiaçı ASC-yə ##.##.2022-ci il tarixli kredit razılaşması üzrə 4600,08 manat məbləğində əsas bоrc 560,34 manat məbləğində faiz bоrcu, 657,85 manat məbləğində cərimə borcu və əsas borca hesablanmış əldən çıxmış fayda qismində 5 % borcu 13,5 manat olmaqla, ümumilikdə cəmi 5831,77 manat məbləğində bоrcu yaranmışdır.
7. Iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ##.##.2022-ci il tarixli məxaric orderindən görünür ki, cavabdeh4 bank tərəfindən 15000 manat məbləğində pul verilmişdir.
8. Iş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2, cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ## ###### 2022 il tarixli kredit müqaviləsi üzrə banka 4600.08 manat əsas borc, 560.34 manat faiz borcu, 328.93 manat cərimə və kredit müqaviləsi üzrə ## ###### 2025 il tarixdən, ## ###### 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 13.5 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5502.85 manat borcun və 75.03 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh4 ## ###### 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh2 və cavabdeh1 və cavabdeh3 ilə ## ###### 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. ## ###### 2025-ci il tarixədək cavabdeh4 banka ## ###### 2022 il tarixli kredit müqaviləsi üzrə 4600.08 manat əsas borc, 560.34 manat faiz borcu, 657.85 manat cərimə və kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixdən, ## ###### 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 13.5 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5831.77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4600,08 manat əsas borc, 560,34 manat faiz borcu, 230 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 13,5 manat faiz borcu olmaqla cəmi 5403,92 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 74,04 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 428.4, 443.1, 445.7, 448.2, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741, 743.1, 743.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1, 284-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh cavabdeh4 Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, aralarında bağlanmış müqavilədə dəyişikliklərin edilməsi və aylıq ödənişlərin minimuma endirilməsini xahiş etmişdir. Bank da ona başqa iki zaminin gətirilməsini tələb etmişlər. O, onların bu tələblərini də yerinə yetirərək başqa iki zaminin sənədlərini də onlara (iddiaçıya) təqdim etmişdir. Lakin əfsuslar olsun ki, onların bütün tələblərini yerinə yetirsə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri söz verdikləri kimi hərəkət etməmişlər və aralarında bağlanmış müqaviləni dəyişməmişlər. Çox qəribədir ki, beynəlxalq bank təcrübəsində də adətən banklar müsbət kredit tarixçəsi olan müştərilərinə hər cür güzəştlər edərək onların müvəqqəti çətinlikləri zamanı daimi müştərilərinə dəstək və dayaq olurlar. Amma əfsuslar olsun ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onu həm bir insan kimi, həm də bir sahibkar kimi yaxşı tanıdıqları halda ona qarşı belə qeyri-adekvat münasibət göstərmişlər. Bu isə onun çətin olan maddi vəziyyətini daha çətinləşdirməklə yanaşı bir sahibkar kimi biznes fəaliyyətinin inkişafına da maneçilik törədir. Çox maraqlıdır ki, hörmətli prezidentimiz bütün dövlət və maliyyə strukturlarına, sahibkarlara onların biznes fəaliyyətində daima dəstək və yardım göstərilməsini tapşırsa da İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı olan münasibəti tamamilə bunun əksinədir. Ona görə də hesab edir ki, iddiaçı ilə onun arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə restrukturizasiya olunmalıdır. Əfsuslar olsun ki, o, bu baradə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmə tərəfindən qarşlıqlı iddia ərizəsi geri qaytarılmış və elektron qaydada müraciət etməyi tövsiyyə olunmuşdur. Amma artıq həmin vaxt məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul olunmuşdur. Əfsuslar olsun ki, məhkəmə tərəfindən də yalnız iddiaçının iddia ərizəsi göstərdiyi hallar qətnamədə öz əksini tapmış, lakin işin digər halları araşdırılmamışdır. Bu halda ki, mənim tərəfindən məhkəməyə bildirdyi məlumatlar əsasında işin halları ətraflı araşdırılmalı və bu kredit münasibətlərin davam etdirilməsi mümkünlyü aydınlaşdırılmalı idi. Eyni zamanda bildirir ki, onların borcunun dəqiq məbləğini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertizya təyin olunduğu halda edilməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etmişdir. Eyni zamanda bu kredit müqaviləsi üzrə cərimə borcunu məbləğidə yüksək hesablanmışdır. Ona görədə hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və daha ədalətli qətnamə qəbul edilməlidir. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd edir ki, bu iddia ərizəsinə daha ədalətli və obyektiv baxmaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertiziyasının təyin edilməsi zəruri olduğu haldan məhkəmə tərəfindən bu təyin edilməmiş və bununlada AR MPM-nin 97-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanların nəzərə alınmasını, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilərək işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Işdə iştirak edən şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Iş üzrə cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (...).
25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Maddə 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Maddə 739.1. (köhnə redaksiyada). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 741. (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
32. Maddə 743.1. (köhnə redaksiyada). Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
33. Maddə 743.2.(köhnə redaksiyada). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
41. Maddə 394-1.2. Işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
42. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi, həmçinin Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 20000 manat məbləği cavabdeh cavabdeh4 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
51. Iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh4 apellyasiya şikayəti vermişdir.
52. Apellyasiya şikayətinin başlıca dəlili hazırkı kommersiya mübahisəsi üzrə məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsi barədədir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə dəlilini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq göstərməmişdir.
54. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum yoxdur.
55. Apellyasiya şikayətinin digər dəlili də cərimə borcunun yüksək hesablanması ilə bağlıdır.
56. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsaslandırılmamış, apellyator cərimə borcu ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.
57. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (Mülki Məcəllə, 462.1, 462.3-cü maddələr)
58. Birinci instansiya məhkəməsinin kredit razılaşmasi üzrə tutduğu cərimənin həcmi (230 manat) təmin olunan əsas borcun (4600.08 manat) 4,9%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tələflərin əmlak mənafelərinə uyğun hesab edilməlidir.
59. Cavabdeh cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit müqaviləsinin məzmununu mübahisələndirməmişdir.
60. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli *-MCR-*-**-**/* nömrəli kredit müqaviləsinin restrukturizasiya olunmalı olduğunu bildirsə də, bu mövqeyini əsaslandırmamışdır.
61. Eyni zamanda kredit müqaviləsinin restrukturizasiyası və müqavilədən irəli gələn digər məsələlərin həlli müqaviləni bağlamış tərəflərin qarşılıqlı razılaşmaları nəticəsində həll oluna bilər.
62. Cavabdeh cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etdiyini bildirsə də, o, iş üçün əhəiyyəti olan heç bir sənəd və sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
64. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Cavabdehin işləməməsi, onun hər hansı qazanc mənbəyinin olmaması və maddi vəziyyətinin çətinliyi onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir.
65. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarət olmuşdur.
66. Insаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Hazırkı kommersiya mübahisəsi dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov